A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: 14 Məsumdan möcüzələr
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı: 109
Çap növbəsi: 3000
Tirajı:
Geri  


O, bir ili İsfahana gəldi. Mən onun yanına gedib, teyyül-ərz sahibi olduğu haqda ondan sual etdim. O mənə belə cavab verdi: Bunun səbəbi budur ki, bir dəfə hacılarla birlikdə Məkkəyə gedirdim. Məkkəyə 7 ya 9 mənzil qalmış mən karvandan dala qaldım. Artıq onları görmədim. Acıb susuzladım. Öz həyatımdan məyus oldum. Bu zaman dedim:***

Ey Əba Saleh (İmam Zaman) mənə yol göstər. Allah sizi rəhm etsin. Bu zaman uzaqdan bir qaraltı göründü. O, tez bir vaxtda mənə yaxınlaşdı. Onun gözəl bir cavan, buğdayi surətli və yaxşı bir insan olduğunu gördüm. Onun yanında su da var idi. Ona salam verdim. Cavabımı verib, susuzsan dedi:

Dedim: Bəli, O sudan bir qab mənə verdi. Onu içdikdən sonra dedi: Karvana yetişmək istəyirsən?

Bəli, deyə cavab verdim. Məni özü mindiyi dəvənin arxasına mindirib Məkkəyə tərəf yola düşdü. Mənim adətim idi, hər gün «Hirzi-yəmani» duası oxuyurdum. Duanı oxumağa məşğul oldum. Duanın bəzi yerlərini necə oxumağı deyirdi. Qısa bir müddətdən sonra dedi: Buranı tanıyırsan?

Baxıb özümü Məkkədə gördüm.

Sonra buyurdu: Aşağı en. Mən yerə düşdükdə o qeybə çəkildi. Elə bu zaman onun İmam Zaman olduğunu anladım və onu tanımadığım üçün peşman oldum. Bizim karvan yeddi gündən sonra Məkkəyə çatdı. Məni orda görüb təəccüb etdilər. Elə o zamandan bəri «Təyyül-ərz» ləqəbini qazanmışam.

QEYBİ XƏBƏRLƏR

Əbu Səid Ğanim hindi deyir:

Mən Hindistanın şəhərlərindən birində (Keşmir) idim. Mənim 40 nəfər Soltanın yaxınlarından olan dostlarım var idi. Onların hamısı müqəddəs kitabları (Tövrat-İncil sühufe İbrahim və Zəbur) oxuyurdular. Biz camaat arasında dindən, halal və haramdan deyib, fətvalar verirdik. Soltan və camaat bizə tərəf gəlirdilər. Bir gün öz aramızda Mühəmməd peyğəmbərin adını çəkib, onun dini haqqında axtarış aparması qərarına gəldik. Hamı mənim bu haqda axtarış aparmağımı istədilər. Çoxlu miqdarda pul götürüb, Keşmiri terk etdim. Türk dilli camaat mənim qabağımı kəsib, pullarımı alıb, yaralayıb Kabula apardılar. Şəhərin Soltanı mənim başıma gələnləri . Öyrəndikdən  sonra məni Bəlx şəhərinə göndərdi. O zaman Bəlxin hakimi Davud ibni Abbas ibni Əbul Əsvəd idi. Mənim Hindistandan və bir din dalınca, olduğumu və fars dilini bildiyimi ona xəbər verdilər.

Davud ibni Abbas bir məclis qurub alimlərlə Mübahisə etmək üçün məni oraya dəvət etdi. Mən onlara dedim. Mən adını kitablarda oxuduğum peyğəmbəri axtarmaq üçün, öz şəhərimdən çıxmışam. Dedilər: O, kimdir və adı nədir? Dedim: Adı Mühəmməddir(s). Dedilər: Sən axtardığın o şəxs bizim peyğəmbərimizdir. Sonra onun dini barədə sual etdim. Onlar məni başa saldılar. Sonra onlara dedim: Mən bilirəm Mühəmməd Peyğəmbərdir. Ancaq bilmirəm ki, siz dediyiniz o şəxsdir, ya xeyr. Siz onun yerini mənə deyin. Gedib özüm ondan bildiklərim haqqında sual edim. Əgər axtardığım şəxs olsa, ona iman gətirəcəyəm.

Onlar dedilər: Peyğəmbər vəfat edibdir.

Dedim: Onun nümayəndə və xəlifəsi kimdir. Onlar dedilər: Əbu Bəkr.

Dedim: Bu ki, onun künyəsidir. Adı nədir?

Dedilər: Qüreyş tayfasından olan Əbdullah ibni Osman.

Dedim: Peyğəmbərin nəsəblərini deyin, onlar peyğəmbərin nəsəblərini saydılar.

Dedim: Bu adam mən axtardığım şəxs deyil. Mən axtardığım şəxs onun xəlifəsi onun din qardaşı, əmisi oğlu və qızının əridir və o peyğəmbərin yer üzündə, bu xəlifənin övladlarından başqa nəsli yoxdur. Birdən hamı mənim üstümə qalxıb, dedilər: Ey Əmir! Bu kişi şirkdən çıxıb küfrə giribdir. Qanı halaldır. Mən onlara dedim: Ey camaat mənim öz dinim vardır. Ondan üstününü tapmayınca başqa din qəbul etməyəcəyəm. Mənim öz dinim var. Öz dinimdə bu din haqda oxuduğum yaxşı sifətlərə görə, bura gəlib onu axtarıram və siz dediyiniz peyğəmbər mən axtardığımdeyil, məndən əl çəkin.

Oranın hakimi «Hüseyn ibni Əşkib» adlı bir kişini çağırıb dedi: Bu hindistanlı kişi ilə bəhs et.

Hüseyn dedi: Allah səni saxlasın. Bu məclisdə bəhs etmək üçün məndən də yaxşıları vardır.

Hakim dedi: Dediklərimi qəbul et. Onunla təklikdə və mehribancasına mübahisə et.

Onunla söhbət etdikdə, dedi: Sən axtardığın Peyğəmbər onlar dedikləri peyğəmbərdir. Ancaq xəlifəni düzgün deməyiblər. Bu peyğəmbər Mühəmməd ibni əbdullah ibni Əbdülmütəllibdir və onun xəlifəsi Əli ibni Əbi Talib İbni Əbdül Mütəllibdir. Əli(ə) Mühəmmədin(ə) qızı Fatimənin(s.ə) əri və Həsən və Hüseynin(ə) atasıdır. Onlarda peyğəmbərin nəvələridir.

Əbu Səid deyir: Əllahu Əkbər! Mən axtardığım budur. Sonra Davud ibni Abbasın yanına gəlib dedim: Ey Əmir! Axtardığımı tapdım. Şəhadət verirəm Allahın birliyinə və Mühəmməd onun rəsuludur. O mənimlə yaxşı rəftar etdi. Hüseynə namazda dedim: Biz kitablarda oxumuşuq ki, Mühəmməd sonuncu peyğəmbərdir və onun xəlifəsi də sonuncu xəlifədir. Sonra başqa bir xəlifə və vəsiyy olacaqdır və qiyamətə kimi rəhbərlik onlarla olacaqdır. İndi Mühəmmədin xəlifəsinin xəlifəsi kimdir?

O dedi: Həsən(ə) sonra Hüseyn(ə). Sonra da İmam Zamana(ə) kimi saydı. Sonra olanları mənə anlatdı. Elə o vaxtdan bəri mən İmam Zamanı tapmaqdan başqa bir şey istəmirdim. Əbu Səid həqiqəti tapdıqdan sonra Qum şəhərinə gəldi. 264-cü ildə hiələrlə birlikdə Bağdada tərəf yola düşdü. Sonra hərəkət edib «Abbasiyəyə» (Mülk çayının yaxınlığındakı kənd) yetişdik. Namaza hazırlaşıb, namaz qıldıq. Mən isə axtardığım şəxs haqqında fikirləşirdim. Birdən bir nəfər mənə yaxınlaşıb, dedi: Sən filan kəssən? Və mənim Hindi adımı dedi: Bəli, deyə cavab verdim.

Dedi: Ağan səni istəyir. Qəbul et. Onunla birlikdə yola düşdüm. Hey məni küçədən başqa bir küçəyə apardı. Sonunda bir ev və bağa yetişdik. İmam Zamanın orda oturduğunu gördüm. Hind dilində dedi: Xoş gəlmisən, ey Əba Səid! Necəsən?

Ayrıldığın filan kəslər necədirlər? Onların40-ınıda sayıb, onların keflərini soruşdu. Sonra bizim aramızda olanları Hind dilində mənə dedi: Sonra buyurdu: Qumlular ilə həccə getmək istəyirdin?

Cavab verdim: Bəli!

Buyurdu: Bu il onlarla Həccə getmə! Qayıt. Gələn il gedərsən. Sonra qabağında olan bir kisə pulu mənə verib buyurdu: Bu pulu xərclə və Bağdadda filan kəsin yanına getmə! Ravi (Amiri) deyir: Sonra Qumda mənim yanıma gəldi. İmamı gördükdən sonra Xorasana getdi. O biri il isə Həccə getdi. Xorasanda dünyadan getdi.[160]



[1] İkindi namazı, günortadan sonrakı namaz.

[2] Biharül-Ənvar, 17-ci cild, səh. 359.

[3] Ərəbistanda yer adıdır.

[4] Biharül-Ənvar, 17-ci cild, səh.379.

[5] Səfər edən, yolçu.

 

[6]Ay

[7] Məcməul-Bəyan, 9-cu cild, səh.186.

[8] Sübhanəllah, «Allah pakdır» deməkdir.

[9] Biharul-Ənvar, 17-ci cild. Səh.360.

[10] Sehr edən.

[11] Nəhcül-Bəlağə, 192-ci xütbə.

[12] Biharul-Ənvar, 17-ci cild, səh,354.

[13] Biharul-Ənvar, 17-ci cild, səh. 389.

[14] Müntəhal-Amal, səh. 48.

[15] Biharul-Ənvar, 17-ci cild, səh. 395.

[16] Tovhide-Səduq, 44-cü bab, 1-ci hədis. Biharul-Ənvar, 17-ci cild, səh. 373.

[17] Məkan adıdır.

[18] Əmaliye-Səduq, səh. 351. Biharul-Ənvar, 41-ci cild, səh. 177.

[19] İrşade-Müfid, səh. 162.  Biharul-Ənvar, 41-ci cild, səh. 172.

[20] Biharul-Ənvar, 41-ci cild, səh. 271.

[21] Sərin, duru və şirin su.

[22] Biharul-Ənvar, 41-ci cild, səh. 261.

[23] Müaviyəyə, Əmr As və s.işarədir.

[24] Bəsairüddərəcat, səh. 109. Biharul-Ənvar, 41-ci cild, 255-ci səh.

[25] Zəlzələ surəsi, 1, 2 və 3-cü ayələr.

[26] Zəlzələ surəsi, 4-cü ayə.

[27] İləlüş-şəraye, səh. 176.

[28] Biharul-Ənvar, 41-ci cild, səh. 24.

[29] Biharul-Ənvar, 41-ci cild, səh. 351.

[30] Biharul-Ənvar, 41-ci cild, səh. 249.

[31] Biharul-Ənvar, 43-cü cild, səh.2.

[32] Biharul-Ənvar,43-cü cild, səh. 30.

[33] Biharul-Ənvar, 43-cü cild, səh. 30.

[34] Dəlailul-imamə, səh. 48.

[35]Kəşşaf təfsiri, 1-ci cild, səh. 358.

[36] Mənaqib, 2-ci cild, səh. 98.

[37] Biharul-Ənvar, 43-cü cild, səh. 29.

[38] Biharul-Ənvar, 43-cü cild, səh. 78.

[39] Biharul-Ənvar, 43-cü cild, səh. 78.

[40] Bu həccdə iştirak edən şəxs Hacı sayılmır. «Ömrə» həccin bir növüdür. Xüsusi zamanı yoxdur.

[41] Üsule-Kafi, Babu Məvludil Həsən(ə) ibni Əli(ə).

[42] Yəni, qeybdən verilən xəbər.

[43] Dayanılan yer, mənzil salınan yer yolun ortasında istirahət üçün dayanacaq yeri.

[44] Üsuli-kafi, Babe-molode Əlhəsən(ə) ibni Əli(ə).

[45] Əlinin(ə) künyəsidir: «Həsənin atası» deməkdir.

[46] Ərəb olmayan şəxslərə, millətə, əcəm deyilir.

[47] Mənaqib, 1-ci cild, səh. 206. biharul-Ənvar, 43-cü cild, 326-cı səh. İrşade-Müfid. 60-cı səh.

[48] Zənn etmə, təqribi bir miqdar göstərmək.

[49] Biharul-Ənvar, 43-cü cild, səh. 330.

[50] İnsanın başına gələn hadisə, hökm.

[51] Biharul-Ənvar, 43-cü cild, səh. 328. biharul-Ənvar, 44-cü cild, səh.153.

[52] O zaman Əli(ə) şəhadətə qovuşmuşdu.

[53] Biharul-Ənvar, 43-cü cild, səh. 328.

[54] Biharul-Ənvar, 43-cü cild, səh. 327.

[55] Biharul-Ənvar, 44-cü cild, səh. 140.

[56] Peyğəmbərin(s) ailəsi: Fatimə(s.ə), Əli(ə), Həsən(ə), Hüseyn və onun övladları.

[57] Biharul-Ənvar, 43-cü cild, səc. 328.

[58] Rəvayət edən, rəvayətçi.

[59] Biharul-Ənvar, 44-cü cild, səh.181.

[60] Varis (vərəsə), «Ölən bir adamın mülk və malına vəsiyyət ylu ilə yiyələnən şəxs.»

[61] məscidlərdə qiblə cəhətdəki divarda qayrılmış və pişnamazın önündə durub namaz qıldığı oyuq.

[62] Biharul-Ənvar, 44-cü cild, səh. 184.

[63] Biharul-Ənvar, 44-cü cild, səh. 186.

[64] Biharul-Ənvar, 44-cü cild, səh. 184.

[65] Biharul-Ənvar, 44-cü cild, səh. 187.

[66] Biharul-Ənvar, 44-cü cild, səh. 188.

[67] İmam Hüseynin(ə) Künyəsidir.

[68] Müntəhal-Amal, səh. 423.

[69] Müəllifdən.

[70] Biharul-Ənvar, 46-cı cild, səh. 41.

[71] Mənaqib, ibni Şəhre Aşub, 3-cü cild, səh. 279.

[72] Biharul-Ənvar, 46-cı cild, səh. 29.

[73] Üsule-Kafi: kitabul-höccə.

[74] Biharul-Ənvar, 46-cı cild, səh. 27.

[75] Biharul-Ənvar, 46-cı cild, səh. 49.

[76] Biharul-Ənvar, 46-cı cild, səh. 49.

[77] Biharul-Ənvar, 46-cı cild, səh. 42.

[78] Biharul-Ənvar, 46-cı cild, səh. 40.

[79] Mənaqib, 3-cü cild, səh. 326. biharul-Ənvar, 46-cı cild, səh. 268.

[80] Bəsariüd-dərəcat. 5-ci cild, səh. 70. 14-cü  bab.

[81] Bəsairüd-dərəcat. 5-ci cild, səh. 69, 13-cü bab.

[82] Məcməul-Bəyan, 6-cı cild, səh. 511.

[83] Yəni: camatın ixtiyarı onun əlində olacaq.

[84] Kəşfül-ğəmmə, 2-ci cild, səh. 355.

[85] Allahın böyük adları.

[86] Bəsairu-Dərəcat, 3-cü cild, 10-cu bab, səh. 36.

[87] Bəsairu-Dərəcat 3-cü cild, 10-cu bab.1

[88] Kəşfül-Ğəmmə, 2-ci cild, səh.356.

[89] mənaqib, 3-cü cild.

[90] Biharul-Ənvar, 46-cı cild, səh.250.

[91] Biharul-Ənvar, 46-cı cild, səh. 344.

[92] Bəqərə surəsi, 260-cı ayə.

[93] Biharul-Ənvar, 47-ci cild, səh.11.

[94] Bəsairüd-dərəcat, 8-ci hədis, 12-ci bab, səh.119.

[95] biharul-Ənvar, 47-ci cild, səh.139.

[96] Bəsairud-dərəcat, 7-ci cild, 2-ci bab, səh. 109. Üsule-Kafi molode Əbi Əbdillah Cəfər ibni Mühəmməd(ə)

[97] Əlamül-vəra, 268-ci  səh. Biharul-Ənvar, 47-ci cild, səh.72.

[98] Bəsairüd-dərəcat, 7-ci cild, 14-cü bab, səh. 99. Biharul-Ənvar, 47-ci cild, 86-cı səh.

[99] Burada məqsəd içməli sudur.

[100] İxtisase Şeyx Müfid, səh. 325.

[101] Əmaliye Şeyx Tusi, səh. 70. Biharul-Ənvar, 47-ci cild, səh. 64.

[102] Həzrəti Məhdi(ə)

[103] Üyunul-Möcizat, səh. 82. Biharul-Ənvar, 47-ci cild, 159-cu səh.

[104] Kəşfül-Ğəmmə, 2-ci cild, səh. 420. Biharul-Ənvar, 47-ci cild, 79-cu səh.

[105] İmamlıq.

[106] Biharul-Ənvar, 48-ci cild, səh. 62.

[107] Mənaqib, 3-cü cild, səh. 406. Biharul-Ənvar, 48-ci cild, 73-cü səh.

[108] Üsule-Kafi. Babe-Molode, Əbil-Həsən Musa ibni Cəfər

[109] Üsule-Kafi, babe molode Əbi əl Həsən Musa ibni Cəfər

[110] Ricale-Kəşşi, səh.273. biharul-Ənvar, 48-ci cild, səh. 35.

[111] Utandırdığına görə.

[112] Əmaliye Səduq, səh. 248. Biharul-Ənvar, 48-ci cild, səh. 42.

[113] Biharul-Ənvar, 48-ci cild, səh. 61.

[114] Biharul-Ənvar, 48-ci cild, səh. 71.

[115] Biharul-Ənvar, 48-ci cild, səh. 68.

[116] İspaniya şəhərlərindən biri.

[117] Biharul-Ənvar, 49-cu cild, səh. 50.

[118] Üsule-Kafi, Babe-molode, Əbil Həsən ər Rza(ə).

[119] Keçmişdə İranda işlənən qızıl pul növü.

[120] At, dəvə və s...

[121] Üsule-Kafi, babe-molode, Əbil Həsən ər-Rza(ə)

[122] Üsule-Kafi, Babe-molode-Əbil Həsən ər-Rza(ə)

[123] Üsule-Kafi, Babe-molode-Əbil Həsən ər-Rza(ə)

[124] Üyun –Əxbare-Rza, 2-ci cild, səh. 214. Biharul-Ənvar, 49-cu cild, səh. 186.

[125] Biharul-Ənvar, 49-cu cild. Səh. 60.

[126] Biharul-Ənvar, 49-cu cild, səh. 48.

[127] Üyunul-Əxbar, 2-ci cild, səh. 218. Biharul-Ənvar, 49-cu cild, 39-cu səh.

[128] Biharul-Ənvar, 49-cu cild, səh. 50.

[129] Üsule-Kafi, 9-cu cild. Biharul-Ənvar, 50-ci cild, səh.69.

[130] Üsule_Kafi, babe molode Əbi Cəfər Mühəmməd ibni Əli əssani. Biharul-ənvar 50-ci cild, səh 57.

[131] Üsule-Kafi, babe-molode, Əbi Cəfər Mühəmməd ibni Əli, 1-ci cild.

[132] Biharul-Ənvar, 50-ci cild, səh. 46.

[133] Biharul-Ənvar, 50-ci cild, səh 47.

[134] Biharul-Ənvar, 50-ci cild, səh 49.

[135] Biharul-Ənvar, 50-ci cild

[136] Məhcüd-dəəvat. Müntəhal-Amalın xülasəsi.

[137] Müntəhal-amal.

[138] Biharul-Ənvar, 50-ci cild, səh. 22.

[139] Üsule-Kafi: Babe molode, Əbul Həsən Əli ibni Mühəmməd

[140] Üsule-Kafi, Babe-molode Əbul Həsən Əli ibni Mühəmməd

[141]

[142] Biharul-Ənvar, 50-ci cild, səh. 146.

[143] Əlamülvəra, səh.346. Biharul- Ənvar, 50-ci cild, səh. 182.

[144] Əlamül vəra, səh.343, Biharul-Ənvar, 90-cı cild, səh 124.

[145] Biharul-Ənvar, 50-ci cild, səh.185.

[146] Məşariqul-ənvar. Biharul-Ənvar, 50-ci cild, səh. 304.

[147] Üyunul-Möcizat. Biharul-Ənvar, 50-ci cild, səh. 304.

[148] Biharul-Ənvar, 50-ci cild, səh. 304.

[149] Üsule-kafi babe molode Əbi Mühəmməd ƏlHəsən ibni Əli.

[150] Üsule-Kafi , babe-Molode Əbi Mühəmməd Əlhəsən ibni Əli

[151] Üsule-Kafi, Babe-Molode, Əbi Mühəmməd Həsən ibni Əli(ə)

[152] Əlamül-vəra, səh. 355.

[153] At, dəvə, ulaq və s...

[154] biharul-Ənvar, 50-ci cild, səh. 259.

[155] Biharul-Ənvar, 50-ci cild, səh. 274.

[156] Mənaqib, Əli Əbi Talib, 4-cü cild, səh.288.

[157] Təəssübkeş.

[158] Biharul-Ənvar, 52-ci cild, 178-dən-180-ə qədər. Müntəhəl-amal, 5-ci cild.

[159] Biharul-Ənvar, 52-ci cild, 70-71-ci səh.

[160] Üsule-Kafi, babe-molode sahib, 3-cü cild.



Geri  
Go to TOP