A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: 14 Məsumdan möcüzələr
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı: 109
Çap növbəsi: 3000
Tirajı:
Geri   İrəli


Bəli! Deyə, cavab verdim.

O, dedi: Mən həmişə İmamdan gözdə-qulaqda idim və çox ağır sözlər deyirdi. Qızım, dözməlisən ərin peyğəmbər övladıdır. Bir gün bir qız qapını döyüb, içəri girib, mənə salam verdi. Ondan kim olduğunu soruşdum.

Dedi: Əmmar Yasirin övladlarındanam və İmamın həyat yoldaşıyam.

Çox narahat oldum, çıxım səhraya qaçmaq istədim. O gedəndən sonra atamın yanına gedib olanları ona anlatdım. Atam isə məst və kefli idi. Öz qulamına dedi: Qılıncımı gətir. Qılıncı alıb öz atına minib, dedi: And olsun Allaha! Gedib onu öldürəcəyəm. Atamı bu halda görəndə şikayət etdiyimə də peşman oldum və öz ərimi ölümə verdiyimi başa düşdüm. Atam İmamın evinə gedib onu qılınc ilə tikə-tikə etdi və mən də qaçıb gizləndim. Hətta səhərə qədər oyaq qaldım. Sübh tezdən atamın yanına gedib dedim:

Axşam nə etdiyini bilirsənmi?

Cavab verdi: Xeyr.

Mən dedim: İmam Rzanın(ə) oğlunu öldürmüsən!Məmun bunu eşidəndə narahat oldu. Huşdan gedib, yerə yıxıldı. Ayılandan sonra dedi: Vay olsun sənə! Nə deyirsən7

Dedim: Onun evinə gedib, qılınc ilə öldürdün.

Məmun çox narahat olub öz qulamı «Yasirə» dedi: Get bu haqda axtarış edib, bizə bir cavab gətir.

Yasir İmamın evinə getdi. Mən isə özümü döyürdüm. Yasir tezliklə qayıdıb dedi: Müjdə! Ey əmir! Onun yanına getdim, o oturmuşdu əynində də ağ bir köynək var idi. Mən onun bədənində qılınc yarası görmədim![136]

EYVANIN ŞİDDƏTLİ ŞƏKİLDƏ SİLKƏLƏNMƏSİ

Mötəsim öz vəzirlərindən bir dəstəsini hüzura çağırıb, dedi: Siz Mühəmməd ibni Əlinin(ə) əleyhinə yalandan şəhadət verib, onun bizim əleyhimizə qiyam etmək istədiyini deyin. Onlar qəbul etdilər. Mötəsim İmamı(ə) çağırıb dedi: Sən mənim əleyhimə qiyam etmək istəyirsən.

İmam(ə) dedi: Mən bu haqda heç bir iş görməmişəm.

Mötəsim: Filan kəslər sənin bu işin haqqında şəhadət verirlər. Onları məclisə çağırdı. Onlar şəhadət veribdedilər: Bu sənin qiyamın haqqında yazdığın məktublardır. Biz bunları sənin qulamlarından almışıq.

Ravi deyir: İmam eyvanda oturmuşdu. Üzünü yuxarı tutub dedi: Ey Allah! Əgər bunlar yalan deyirlərsə, onlara əzab et. Gözlənilməz bir halda eyvan silkələnməyə başladı, ayağa qalxmaq istəyən hər bir kəs yerə düşürdü. Mötəsim dedi: Ey peyğəmbərin övladı! Mən dediklərimdən peşman oldum, tövbə edirəm. Dua et Allah bu eyvanın silkələnməsinin qabağını alsın.

İmam(ə) dedi: Pərvərdigara, bu eyvanı sakitləşdir. Sən özün yaxşı bilirsən ki, bunlar sənin və mənim düşmənlərimdirlər. Elə bu zaman dayandı.[137]

ON İKİNCİ FƏSİL

İmam Hadinin(ə) möcüzələri

İMAM HADİNİN(Ə) HEYRƏTEDİCİ ORDUSU

Bir gün Mütəvəkkəl İmam Hadini(ə) qorxutmaq üçün böyük bir qoşun yığıb manovra keçirtməyə başladı. Samirrada olan türk qoşunlarından 1000 nəfərinə əmr verdi ki, atlarının ağzılarında olan torbalara (kisələrə) torpaq doldurub, geniş bir yerə töksünlər. Onlar əmrə itaət etdilər. Nəticədə dab kimi böyük bir təpə yarandı. O təpənin adını təlle-fəhali (torbalar təpəsi) qoydular. Sonra Mütəvəkkəl oraya çıxıb, İmamı da oraya dəvət etdi.

İmam ora çıxandan sonra Mütəvəkkil ona dedi: Səni bura çağırmışam ki, mənim ordumu müşahidə edəsən. Mütəvəkkil öz ordusuna əmr vermişdi ki, döyüş geyimləri geyib, təpənin aşağısında hərəkət etsinlər. Onun bu işdən hədəfi, onun əleyhinə qiyam etmək istəyənləri qorxutmaq idi. Əlbəttə O İmamdan daha çox qorxurdu.

İmam bunu görüb, onun hədəfindən agah olub dedi: İstəyirsən mən də öz ordumu sənə göstərim?

Mütəvəkkil: Bəli.

İmam Allahı çağırıb, dua etdi. Birdən yer və göy silahlanmış mələklərlə doldu. Bunu görəndə Mütəvəkkilin ürəyi getdi. Ayılan kimi İmam ona dedi: Biz dünya işlərində səninlə işimiz yoxdur. Bəlkə axirət işləri ilə işimiz var. Elə buna görə də başqa şey fikirləşmə.[138]

YAŞIL BAĞLAR

Saleh ibni Səid deyir: İmam Hadinin(ə) hüzuruna gedib dedim: Qurbanın olum! Bu hökumət bütün işlrində sizi yox edib, alçaltmaq istəyirlər. Sizə ev verdiyi bu saray da dilənçi və fəqirlərin sarayıdır.

İmam buyurdu: Ey Səidin oğlu! Sən də belə fikirləşirsən? Sonra əli ilə işarə edib, buyrdu: Bax!

Mən ora baxdım. Yam-yaşıl bostanlar, cürbə-cür meyvələri olan bağlar gördüm. O bağlarda gözəl və ətirli qızlar və mirvari öz sədəfində olduğu kimi nur saçan oğlanlar vır idi. Orada quşlar və ceyranlar da var idi. Bunlar mənim gözlərimi qamaşdırdı. Elə bu zaman İmam buyurdu: Biz harada olsaq, bunlar bizim üçün hazırdılar. Biz fəqirlərin saraylarında deyilik.[139]

TEYYÜL-ƏRZ

İshaq Cəllab deyir: İmam(ə) üçün çoxlu qoyun aldım. Elə bu zaman İmam məni öz yanına çağırıb, məni geniş bir yerə apardı. Mən oranı tanımırdım. İmam əmr verdi ki, qoyunları bir neçə nəfərə paylayım. Mən də bunu etdim. Oğlu Əbu Cəfər, onun anası və başqaları üçün də saxladım. Sonra «Tərviyə» günü (zilhiccə ayının səkkizinci günü) İmamdan Bagdada qayıtmaq üçün icazə istədim.

İmam belə cavab verdi: Sabah da qal birisi gün gedərsən. Mən orada qaldım. Ərəfə gününü orada keçirtdim. Qurban bayramı axşamında onun evinin eyvanında yatdım. Səhər tezdən İmam mənim yanıma gəlib buyurdu: Ey İshaq! Qalx! Mən ayağa qalxıb gözümü açdıqda özümü Bağdadda öz evimdə gördüm. Atamın və dostlarımın yanına gəlib dedim: Ərəfə günü Samirrada idim, qurban bayramı günü isə Bağdadda.[140]

QEYBDƏN BİR NEÇƏ XƏBƏR

Kufəli Əli ibni Mühəmməd deyir: Mühəmməd ibni Fərəc mənə dedi: İmam Hadi(ə) mənə belə yazdı: Ey Mühəmməd! İşlərini düzəlt və özündən muğayat ol. Mən özümü və işlərimi düzəldirdim. Ancaq İmamın bu məktubu yazmaqda məqsədini bilmirdim. Elə bu zaman Misirdən bir nəfər gəlib, məni qolu bağlı apardı. Bütün var-dövlətim talan oldu. Özüm də 8-il zindanda qaldım. Sonra zindanda ikən İmamdan yeni bir məktub aldım. O məktubda belə yazılmışdı: Ey Mühəmməd! Bağdad tərəfdə ev tikmə. Məktubu oxuyub dedim: Mən zindandayam və İmam isə mənə belə yazır. Çox təəccüblüdür. Bir müddətdən sonra azad oldum və öz mülküm haqqında sual etdim.

İmam mənə belə cavab yazdı: Tezliklə sənin mülkünü qaytaracaqlar və əgər qaytarmasalar da sənə bir ziyan yetirməyəcəklər.

Mühəmməd ibni Fərəc Samirraya tərəf hərəkət etdikdə onun üçün bir məktub gəlib, mülkünün ona qaytarıldığını yazırdı. Ancaq məktub ona çatmamışdan qabaq dünyasını dəyişdi.[141]

MÜTƏVƏKKİLİN MƏCLİSİNDƏ OLAN YIRTICI ŞİRLƏR.

Hindistandan gələn bir sehrbaz, Mütəvəkkilin yanına  gəlib Heyrətedici şeylər göstərirdi. Özü sehrbazlardan olan Mütəvəkkil İmam Hadini(ə) alçatmaq istəmədi. Elə buna görə də o sehrbaza dedi: Əgər onu alçatsan, sənə min dinar verəcəyəm.

Sehrbaz dedi: Birsüfrə aç. O süfrəyə nazik və kiçik çörəklər qoy.  İmam Hadini(ə) oraya dəvət et. Məni də onun yanında oturt.

Mütəvəkkil bir süfrə açıb, İmamı ora dəvət etdi. Orada üzərində şir şəkli olan bir balış var idi. Sehrbaz elə bir şey etdi ki, çörək İmamın qabağından o tərəfə çəkildi. İmam başqa bir çörəyi götürmək istədikdə yenə o iş təkrar oldu və məclis əhli İmama gülməyə başladılar.

İmam(ə) əlini balışda olan şir şəklinə vurub dedi: Tut onu! Şir balışın üzərində sıçrayıb o sehrbazı udub, yenə balışın üzərinə döndü.

Bütün məclisdə olanlar heyrətə gəldi. İmam qalxıb getmək istədi. Mütəvəkkil ona dedi: Səndən oturub, o sehrbaz kişini geri qaytarmağını istəyirəm. İmam(ə) buyurdu: And olsun Allaha, bir daha onu görməyəcəksiniz. Allahın düşmənlərini onun dostlarından üstün tutmaq istəyirsən? İmam o məclisdən çıxdı. O kişi bir daha görünmədi.[142]

BİR CAVANIN ÖMRÜNÜN BAŞA ÇATMASINDAN XƏBƏR

Cəfər ibni Qasim deyir: Xəlifənin övladlarından biri üçün bir məclis tutub bizi də dəvət etmişdilər. İmam Hadi(ə) da orada idi. Məclis əhli İmamı görəndə onun ehtiramına xatir sakit oldular. Ancaq bir cavan ona hörmət etməyib gülməyə başladı.

İmam(ə) ona üz tutub, buyurdu: Allahı yadından çıxartmısan. Üç gündən sonra isə qəbrdə sakit olacaqsan!

İmamın imamlığına etiqadı olmayan Cəfər ibni Qasim dedi: Bu xəbər İmamın haqq olduğuna dəlil olacaqdır.

O cavan İmamın sözlərini eşitdikdən sonra, sakit oldu. Biz yemək yeyib, məclisi tərk etdik. Sabahısı gün o cavan xəstələndi, üçüncü gün isə vəfat etdi. Həmin gün axşamçağı isə dəfn olundu.[143]

TƏƏCCÜBLÜ BİR XƏBƏR

Əbu Haşim Cəfəri deyir: Zülmkar «Vasiq»in (Abbasilərin doqquzuncu xəlifəsi) hökumət vaxtı idi. Vasiqin Türk qoşunlarından birinin başçısı olan «Buğa», Mədinəyə gəlib çöldə yaşayan ərəbləri axtarırdı. İmam Hadi (ə) buyurdu: Bizimlə gəlib Buğanın qoşununa baxın. Onun qoşununa baxmaq üçün hamılıqla eşiyə çıxdıq. Qoşun bizim qabağımızdan keçdi və onun türk başçısı da bizim qabağımızdan keçmək istəyəndə İmam türk dilində onunla söhbət etdi. O, türk dlində olan bu sözləri İmamdan eşidən kimi atdan düşüb İmamın atının ayağından öpdü. Mən onun yanına gedib, ona and verdim ki, İmamın dediklərini mənə də desin.

O mənə belə cavab verdi: O peyğəmbərdir?

Dedim: Yox! O peyğəmbər deyil.

O dedi: O (imam) məni uşaqlıqda öz yerimdə olduğum ad ilə çağırdı. Mənim bu adımı indiyə kimi heç kimsə bilmirdi.[144]

ÖLÜ HEYVANI DİRİLTMƏK

İmam Hadi(ə) Həcc mərasimini yerinə yetirib geri qayıdırdı. Yolda ölü ulağın yanında durub ağlayan Xorasanlı (məşhəd) bir kişiyə rast gəldi. O ağlayıb deyirdi: Mən mallarımı nəyə yükləyim?

İmam onun yanıdan keçəndə, ona dedilər: Ey İmam, bu xorasanlı kişi sizin aşiqlərinizdəndir. Yarı yolda qalıbdır. İmam onun ölmüş ulağına yaxınlaşıb dedi: Bəni İsrailin inəyi Allah yanında məndən əziz deyil (onun ətinin bir tikəsini ölüyə sürtdülər, o dirildi). Sonra sağ ayağını o ulağa vurub buyurdu: Allahın izni ilə qalx! Ulaq ayağa qalxdı. Xorasanlı kişi mallarını ona yükləyib yola düşdü. İmam hərəkət etdikdə camaat barmağı ilə onu östərib deyirdilər: Bu Xorasanlı kişinin ulağını dirildən şəxsdir.[145]

ON ÜÇÜNCÜ FƏSİL

İmam Həsən Əsgərinin(ə) möcüzələri

Əli ibni Asim deyir:İmam Həsən Əsgərinin(ə) yanına gəl! Onun yanına getdim. O mənə buyurdu: Ey Əli ibni Asim aşağıya bax! Sən durduğun yerdə çoxlu peyğəmbər və imamlar oturublar.

Öz-özümə dedim: Ey kaş bu səhnəni görərdim.

İmam Mənim fikrimi başa düşüb dedi: Mənim yanıma gəl! Onun yanına yaxınlaşdım. Əlini üzümə çəkdi. Bəsirət gözlərim açıldı. Elə bu zaman bir neçə qədəm və sifətlər gördüm. İmam buyurdu: Bu Adəm peyğəmbərin qədəmi və oturduğu yerdir. Bundan sonra aşağıdakı qeyd etdiyim adları çəkib, surətlərini mənə göstərdi: Habil(ə), Şeys, Nuh(ə), Qeydar, Məhlail, Yarə, İdris(ə), Sam, Ərfəxşəd, Hud(ə), Saleh(ə), Loğman, İshaq(ə), Yəqub(ə), Yusif(ə), Şüeyb(ə), Musa(ə), Yuşe ibni Nun(ə), Talut, Davud(ə), Süleyman(ə), Xızır, Danyal(ə), Kilab, Qüsəyy, Ədnan, Əbdümənaf, Əbdülmütəllib və Abdullah. Bu isə bizim Peyğəmbərimiz Mühəmmədin(s) surətidir. Bu isə Əlinin(ə) və bunlarda ondan sonra olan İmam Məhdiyə kimi İmamların surətləridir. Sonra buyurdu: Allah dininin bu əsərlərinə yaxşı bax. Bunlar da şəkk edib onları inkar edən Allahın vücudunda şəkk edib, onu inkar edir. Sonra buyurdu: Ey Əli ibni Asim! Gözlərini yum! Gözlərimi yumdum və bir daha o səhnəni görmədim.[146]

QƏLƏMİN KAĞIZ ÜZƏRİNDƏ HƏRƏKƏTİ

Əbu Haşim deyir: İmam Həsən Əsgəri(ə) yazı yazırdı, mən onun yanına getdim. Namaz vaxtı oldu. İmam qələmi buraxıb namaza hazırlaşmağa başladı. Qələm isə öz-özünə yazırdı. Səhifənin axırına çatdı. Mən bunu gördukdə səcdə etdim.

İmam Namazı qurtardıqdan sonra qələmi əlinə aldı.[147]

ZİNDANDAN TEYYÜL-ƏRZ ETMƏK

İshaq ibni Dəyyan deyir: İmam Həsən Əsgəri öz əshab və şiələrinə xəbər göndərib, buyururdu: Filan yerə gedib, filan axşam, filan evdə məni gözləyin, mən orada olacağam. Bu iş bir halda idi ki, zindanın gözətçiləri gözətçilik edirdilər. Gözətçilər hər beş gündən dəyişilirdilər. Onlara əmr verilirdi ki, yaxşı gözətçilik etsinlər.[148]

QEYBDƏN XƏBƏRLƏR

Mühəmməd ibni ibrahim deyir: bizim yaşayışımız çox çətinləşdi. Atam dedi: Gəl o kişinin (İmam Həsən Əsgərinin(ə)) yanına gedək, onun tərifini çox eşitmişəm.

Dedim: Onu tanıyırsan?

Atam dedi: Onu tanımıram və onu bir dəfə də olsun görməmişəm. İkimizdə ona tərəf getdik. Yarıyolda atam mənə dedi: 500 dirhəmə ehtiyacım var. Əgər bu pulu mənə versə, 200dirhəminə ulağ alıb, 100 dirhəminə isə paltar alıb, dağa gedərdim.

İmamın evinə yetişdikdə onun qulamı gəlib, dedi: Əli ibni İbrahim oğlu Mühəmməd ilə buyursunlar. Biz içəri girib, salam verdik. O atama dedi: Ey Əli, indiyə kimi niyə bizim yanımıza gəlmirdin?

Atam dedi: Ey mənim ağam! Bu vəziyyət ilə sizin yanınıza gəlməyə utanırdım.  Onun yanından çıxanda qulam bir kisə pulu atama verib dedi: Bu 500 dirhəmdir. Onun 200 dirhəminə paltar al. 200 dirhəmini borcuna  ver və 100 dirhəminidə ehtiyacın olan başqa yerlərdə xərclə və bir kisə də mənə verib dedi: Bu üç yüz dirhəmdir. 100 dirhəminə ulağ al. 100 dirhəminə paltar al və 100 dirhəminidə ehtiyacın olan başqa yerə xərclə.[149]

ƏBU HAŞİMİN AZAD OLUNMASININ XƏBƏRİ

Əbu Haşim Cəfəri  deyir: Zindanın çətinliyindən və zincirlərin ağırlığından İmam Həsən Əsgəriyə şikayət  etdim. İmam mənə belə yazdı: Sən bu gün zöhr namazını evdə qıldım. İqtisadi vəziyyətimdə yaxşı deyildi. Məktub yazıb İmamdan pul almaq istəyirdim. Ancaq xəcalət çəkirdim. Evimə yetişəndə mənə 100 dinar göndərmişdi və belə yazmışdı: Hər vaxt ehtiyacın olsa istə! Heç utanma, istədiyini sənə çatacaqdır.[150]

MÖHTƏMƏD ABBASİNİN ÖLÜMÜNDƏN XƏBƏR VERMƏSİ

Əhməd ibni Mühəmməd deyir: Möhtəməd Abbasi türk valilərini öldürdükdən sonra, İmama bir məktub yazıb, dedim: Ey mənim ağam! Allaha şükr ki, onun şərrini bizim üstümüzdən götürdü. Eşitmişəm sizi təhdid edib deyir: And olsun Allaha onları yer üzündən yox edəcəyəm.

İmam öz xətti ilə belə cavab yazdı: Onun belə rəftar etməsi ömrünü azaltdı. Bu gündən etibarən beş gün say, altıncı günü öləcəkdir. Əlbəttə zəlil olduqdan sonra. Elə İmam dediyi kimi də oldu.[151]

BAŞQALARININ FİKİRLƏRİNDƏN AGAH OLMAQ

Əbu Haşim Cəfəri deyir: İmam Həsən Əsgərinin(ə) yanında idim. O belə buyurdu: Ən böyük və bağışlanmayan günahlardan biri bu sözü deməkdir: Ey kaş bu günahımdan başqa, digər bir günahımdan başqa, digər bir günahımdan sual etməyə!

Öz-özümə dedim: Bu sözün dəqiq mənası var. Hər bir şey haqqında fikirləşmək lazımdır. Birdən İmam üzünü mənə tutub dedi: Ey Haşimin atası düzgün fikirləşirsən. Hər işdə diqqət etmək lazımdır. Şirk (riya) camaat arasında qarışqanın axşam daş və ya qara bir şey üzərində hərəkət etməsindən gizlidir. Sən bunu bilməlisən.[152]

YERİN XƏZİNƏLƏRİNƏ YİYƏLƏNMƏK

Əbu Haşim deyir: Bir gün İmam Həsən Əsgəri(ə) öz mərkəbinə[153] minib səhraya tərəf getdi, mən də öz mərkəbimə minib, onun dalınca getdim. İmam qabaqda mən də onun arxasında hərəkət edirdik. Elə bu zaman borclarım yadıma düşdü. Bu gün onları qaytarmalı idim. Onu gecə qaytaracağımı fikirləşirdim. Birdən İmam mənə baxıb dedi: Allah sənin borcunu yetirəcəkdir. Sonra atdan əyilib əlində olan qamçı ilə yerdə bir xətt çəkib dedi: Ey Haşimin atası öz atından enib bunu götür və heç kimsəyə bildirmə.

Atdan yerə endim yerdə bir parça qızıl var idi. Onu götürüb, yolumuza davam etdik. Ancaq yay və qışh üçün paltar almaq lazım idi. Elə bu fikirdə ikən İmam yenə atdan əyilib bir xətt çəkdi və məndən onu götürüb, heç kimsəyə bildirməməyimi istədi. Mən atdan enib, yerdə olan bir parça qızılı götürdüm. Bir az hərəkət etdikdən sonra İmam öz evinə, mən də öz evimə getdim. Oturub borclarımı hesabladım. Sonra isə o qızıl parçasını çəkdikdə, borclarımla eyni miqdarda olduğunu gördüm. Sonra da yay və qış xərcliklərimi hesabladım. O biri qızıl parçasıda xərcliyimə eyni miqdarda idi.[154]

QUYU SUYUNUN ÇOXALMASI

Mühəmməd ibni Abdullah deyir: İmam Həsən Əsgəri(ə) isə namaz halında idi. Qadınlar bunu görüb, fəryad etməyə başladılar. İmam namazı başa vurub buyurdu: Qorxmayın. Sonra quyunun tamam dolmasını və İmam Əsgərinin(ə) suyun üzərində olduğunu gördülər.[155]

YAZILMAMIŞ MƏKTUBUN CAVABI

Mühəmməd ibni Abbas deyir: İmamın möcüzələri haqqında s.hbət edirdik. Bu zaman bir nasibi (İmamla müxalifət edən) dedi: Mən mürəkkəbsiz bir məktub yazıram, əgər İmam Həsən Əsgəri(ə) ona cavab versə, onun haqq olduğu sübut olacaqdır. O, mürəkkəbsiz bir qələmlə məktub yazdı. Biz onu İmama çatdırdıq. Onun cavabı gəldi. İmam onun ata və anasının adı haqqında etdiyi sualın cavabını ona yazmışdı. Nasibi bu sualın cavabından təəccübə gəlib, İmamın haqq olduğunu bilib, ona etiqad bəslədi.[156]

ON DÖRDÜNCÜ FƏİL

Sahib əz-zəman İmam Məhdinin(ə) möcüzələri

NAR ƏHVALATI VƏ VƏZİRİN PLANI

Bəhreyn avropalıların əli altında olanda, onlar müsəlman bir kişini oraya hökmdar təyin etdilər. Bu hökmdar Əhli-Beytin düşmənlərindən idi. Onun bir zülmkar vəziri var idi. O, vəzir həmişə Bəhreynli şiələrə əziyyət edirdi. O, şiələri məhv etmək üçün həmişə plan tökürdü. Bir gün vəzir əlində bir nar ilə hökmdarın yanına gəlib narı ona verdi. O narın üzərində bu cümlə yazılmışdı:***

Hökmdar bu cümlənin təbii olduğunu gördü və onun heç kim tərəfindən yazılmadığına inandı. O cümlənin insan əli ilə yazıldığı ağla belə sığmırdı. Hökmdar təəccüblənib vəzirə dedi: Bu şiə məzhəbinin batil olduğuna möhkəm bir dəlildir. Bəs şiələr haqqında sənin nəzərin nədir?

Vəzir dedi: Allah səni salamat etsin, bunlar dəlil qəbul etməyən mütəəssib[157] bir dəstədirlər. Şiələri bura də’vət edib, bunu onlara göstər. Əgər qəbul etsələr, onda sən böyük savab iş görmüsən, amma əgər qəbul etməyib öz yollarına davam etsələr, onları bu üc şeydən birini secməyə məcbur et. Ya zəlil və xar ola-ola vergi versinlər. Ya, bunun cavabını gətirsinlər, yaxud da, kişilərini öldürüb, qadın və uşaqlarını əsir edib, var dövlətlərini qarət et.

Hakim vəzirin sözlərini bəyənib, şiələrin alimlərini və salehlərini oraya də’vət etdi. Narı onlara göstərib dedi: Əgər qane edici cavab verməsəniz, özünüzü öldürüb, qadın və uşaqlarınızı  əsir tutub, var dövlətinizi də qarət edəcəyəm. Ya da ki, kafirlər kimi zəlilcəsinə vergi verməlisiniz.

Narı gördükdə təəccüb edib cavab verə bilmədilər. Onların rəngləri qaçıb, titrətməyə başladılar. Onların böyükləri dedilər: Ey əmir, bizə üç gün möhlət ver, cavabını tapıb gətirək, əgər cavab verə bilməsək, nə istəsən edərsən. Hökmdar onlara üç gün möhlət verdi. Onlar məclisi qorxu ilə tərk etdilər.

Bir məclisə yığışıb, məşvərət etdilər. Sonunda 10 nəfər alim və zahid seçdilər. O on nəfər öz içlərindən üç nəfər seçib, birinə dedilər: Sən bu axşam səhraya gedib, Allaha ibadət edib, onun höccəti olan İmam Zamandan kömək istə, bəlkə o bizə bir yol göstərsin.

O səhraya gedib ağlayıb və fəryad edib, ibadət etdi. İmamdan kömək istədi, səhər açıldı, ancaq bir fayda olmadı. İkinci gecə, ikinci nəfəri göndərdilər. O da birinci kimi nəticəsiz geri qayıtdı. İki gecə keçmiş və bir nəticə yox idi. Şiədər çox narahat idilər.

Üçüncü nəfər Mühəmməd ibni İsa adlı pəhrizkar kişini  səhraya göndərdilər. O gecə hava çox qaranlıq idi. O ağlayıb, nalə etdi. Allahdan kömək istədi. Səhərə yaxın bir kişinin ona belə dediyini eşitdi: Ey Mühəmməd ibni İsa! Səni niyə bu halda görürəm? Nə üçün bu səhraya gəlmisən?

Mühəmməd ibni İsa dedi: Ey Kişi! Əl çək mən böyük bir iş üçün gəlmişəm və onu öz İmamımdan başqa heç kimə deməyəcəyəm.

O, dedi: Ey Mühəmməd ibni İsa! Mən sənin İmamınam. Öz dərdini de. Mühəmməd ibni İsa! Mən sənin İmamınam. Öz dərdini de. Mühəmməd ibni İsa dedi: Əgər imamsansa, mənim dərdimi deməyə ehtiyac yoxdur. Özün bilirsən.

Mühəmməd ibni İsa dedi: Əgər imamsansa, mənim dərdimi deməyə ehtiyac yoxdur. Özün bilirsən.

İmam buyurdu: Bəli doğru deyirsən, sənin bütün çətinliklərin o narın əhvalatıdır. Və bu da vəzirin sizi təhdid etməsidir.

Mühəmməd ibni İsa dedi: Bu sözü ondan eşidəndə dedim: Bəli, ey mənim mövlam!  Siz bilirsiniz ki, bizim nə çətinliyimiz var, özün bu çətinliyimizə çarə qıl.

İmam buyurdu: Ey Mühəmməd ibni İsa! Vəzirin evində (Allah ona lənət etsin) bir nar ağacı var. O ağac bar verən vaxtı, vəzir palçıqdan nar şəklində bir qəlib düzəldib, onu ikiyə bölüb hər bir üzündə bu kəlmələri yazıbdır. Nar kiçik vaxtı olanda onu qəlibə qoyur, böyüdükcə o yazılar narın üzərinə həkk olur. Sabah hökmdarın yanına gedəndə ona cavabı tapmışam, ancaq vəzirin evində aşkar edəcəyəm de. Vəzirin evinə girəndə sağ tərəfdə bir otaq var. Hökmdara de: Cavabı yalnız bu otaqda deyəcəyəm.

Əlbəttə, vəzir sizi otağa girməyə icazə verməyəcəkdir. Ancaq sən çalış otağa gir və vəzirin səndən qabaq tənha ora girməsinə icazə vermə. Bəlkə sən ondan qabaq otağa gir. O otaqda bir taxça və onun üzərində ağ bir kisə var. O kisəni götür, nar qəlibi o kisənin içindədir. Hökmdarın hüzurunda narı o qəlibə qoyub, hər şeyi aşkar et. Ey Mühəmməd ibni İsa! Onun nihanələrindən biri də budur ki, narı parçalayanda onun içində tozdan başqa bir şey yoxdur. Bizim bu möcüzəni sabit etmək istəsən, hökmdara vəzirin o narı parçalamasına əmr verməsini de. Onu parçalayanda narın tozu vəzirin üzünə töküləcəkdir.

Mühəmməd ibni İsa bunu eşidəndə sevinib İmamın ayağının altındakı torpağı öpüb, şiələrə gözaydınlığı vermək üçün şəhərə qayıtdı. Səhər açıldıqda hakimin yanına gedib, İmamın buyurduqlarını ona dedilər.

Hər şey aşkar oldu.

Hakim Mühəmməd ibni İsaya üz tutub dedi: Sən bu xəbərləri kimdən eşitmisən?

Mühəmməd ibni İsa dedi: Bu xəbəri bizə, bizim imamımız və Allahın höccəti xəbər veribdir.

Hakim:Sizin İmamınız kimdir?

O bütün İmamları sayıb İmam Zamana yetişdi.

Hakim dedi: əlini uzat səninlə beyət edim. Mən şəhadət verirəm Allahın təkliyinə və Mühəmmədin onun rəsulu olduğuna və Əli(ə) onun fasiləsiz xəlifəsidir. Sonra bütün imamların adlarını sayıb, onlara iman gətirdi. Əmr verdi ki, vəziri edam etsinlər. Sonra Bəhreyn camaatından üzr istəyib, onlara yaxşılıq etməyə başladı.[158]

ƏBU RACİHİN CAVANLAŞMASI

Həqiqi olan və alimlərin nəql etdiyi təəccüblü halisələrdən biri də Əbu Racih şiə və camaatın qəbul etdiyi və Hilə şəhərində ümumi hamamlarından birinin sahibi idi. Hamı onu tanıyırdı.

O, zaman Hilə şəhərinin hakimi «Mərcan Səğir» adlı bir nəfər idi. Ona xəbər verdilər ki, Əbu Racih bəzi səhabələr haqqında pis sözlər danışır. Hakim onu çağırıb, cəlladlara onu o qədər vurdular ki, az qalmışdı can versin. Onun dişlərini sındırıblar. Dişini eşiyə çıxardıb iynə ilə deşik-deşik etdilər. Burnunu kəsib, pis halda şəhərin küçələrində dolandırıb, ölümü müşahidə edincə döydülər. Sonunda etdikləri hərəkəti hakimə xəbər verdilər, hakimdə onu öldürməyə əmr etdi. Onun yanındakılar dedilər: O yaşı keçmiş bir qocadır, onu öz halına burax, onsuz da öləcəkdir, sən də onun qanına  bulaşma! Camaatın sözündən sonra hakim fikrini dəyişib, onu öldürməkdən əl çəkdi. Ancaq heç kim onun öləcəyinə şübhə etmirdi.

Onun səhəri camaat onu sağlam dişləri yerində camaat namazı qılarkən gördülər. Təəccüblə ondan necə sağaldığını soruşdular.

Əbu Racih dedi: Ölümü gözlərimin önündə gördükdə, Allaha dua etmək üçün dilim olmadığı üçün qəlbimdə Allaha dua etdim, İmam Zamandan kömək istədim. Axşam olduqda evimin nurla dolduğunu və İmam Zamanın orada olduğunu gördüm. O, mənə yaxınlaşıb, mübarək əlini üzümə çəkib buyurdu: Get, öz ailəni dolandırmaq üçün zəhmət çək! Allah sənə şəfa verdi. Mən gecəni səhərə çatdırdım. İndi də gördüyünüz kimi sağlamam.

Əbu Racihin zamanında yaşayan yaxşı insanlardan biri də şeyx Şəmsüddin Mühəmməd ibni Qarundur. O deyir: And olsun Allaha, Əbu Racih zəif, sarı üzlü və az saqqallı bir insan idi. Mən həmişə onun hamamına gedirdim, O həmişə bu halda idi. Ancaq, o hadisədən sonra o, güclü qırmızı sifətli, qəddi-qamətli bir kişi olmuşdu. O ölənə kimi belə qaldı.

Bu xəbərdən sonra hakim onu hüzuruna çağırdı. Dünən o halda olan Əbu racihi indi belə gördükdə qorxuya düşdü. Bundan sonra camaatla yaxşı rəftar etməyə başladı. Camaatın yaxınlarına yaxşılıq edirdi. Ancaq bu da ona fayda etmədi. Bir müddətdən sonra həlak oldu.[159]

TEYYÜL-ƏRZ



Geri   İrəli
Go to TOP