A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: 14 Məsumdan möcüzələr
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı: 109
Çap növbəsi: 3000
Tirajı:
Geri   İrəli


İmam(ə): Qəzəbli bir baxışla mənə baxıb buyurdu: Ey İshaq, Rəşid hicri ölüm elmini və camaatın müsibətlərini bilirdi. İmam onları bilməyə daha da ləyaqətlidir. O zaman buyurdu: Ey İshaq! Hər nə görmək istəyirsənsə gör, sənin ömrün keçibdir və iki ildən sonra öləcəksən. Qardaşların və ailən bir az səndən sonra ixtilaf edəcəklər və bir-birinə xəyanət edəcəklər. O həddə kimi ki, düşmənləri onları məzəmmət edəcəklər. Yenə də mənim şiələrimin ölmək zamanını bilməyimdə şəkk edirsən?

Ərz etdim: Qəlbimdən keçən şeylərə görə istiğfar edirəm.

Çox keçmədi ki, İshaq öldü və Əmmarın ailəsi ehtiyac əllərini camaata uzadıb, şiddətli fəqrə giriftar oldular.[108]

ÖLÜ HEYVANI DİRİLTMƏK

İmam Kazim(ə) Minada bir qadının yanından keçdi. O, ağlayan halda idi və övladları da onun yanında ağlayırdılar. Ağlamaqlarının səbəbi onların inəyinin ölməsi idi.

İmam(ə) onların yanına gedib, o arvada buyurdu: Niyə ağlayırsan?

Dedi: Ey Allahın bəndəsi! Mənim yetim övladlarım var və bir inəyimiz var idi ki, mənim və uşaqlarımın dolanacağını təmin edirdi. Amma o inək öldü. Mən və uşaqlarımın əlindən getdi və biçarə olduq.

İmam(ə) buyurdu: İstəyirsən onu sənin üçün dirildim?

Qadın cavab verdi: Bəli. Ey Allahın bəndəsi!

İmam(ə) kənara çəkilib iki rəkət namaz qıldı və əlini bir az uzadıb dua etdi.

Sonra durdu inəyi səslədi və əsasının başı ya ayağı ilə ona vurdu.

İnək öz yerindən qalxdı. Qadının gözü inəyə toxunduğu vaxt fəryad edib dedi: And olsun Kəbənin Allahına bu kişi İsa ibni Məryəmdir.

İmam(ə) oradan keçib camaatın yanına getdi.[109]

ABDULLAHIN ÖMRÜNÜN AXIRINDAN XƏBƏR VERMƏSİ

Abdullah ibni Yəhya deyir: Həcc əməllərini axıra yetirib, İmam Kazimin(ə) hüzuruna yetişdim. Həzrət buyurdu: Bu ildə xeyir işləri görməklə məşğul ol. Çünki sənin əcəlin yaxınlaşıb. Bu xəbəri eşitməklə başladım ağlamağa.

İmam(ə) buyurdu: Səni nə ağlatdı?

Ərz etdim: Sənə fəda olum mənim ölümümdən xəbər verdin.

Buyurdu: Bəşarət olsun sənə çünki sən bizim şiələrimizdənsən, xeyir və yaxşılıqda olacaqsan. Çox keçmədi ki, Abdullah dünyadan getdi.

SUALDAN QABAQ CAVAB

Əli ibni Yəqtin iki nəfərə o cümlədən İsmail ibni Salama iki at almaq göstərişini verdi. Mallar və məktubları onlara verib, dedi: Bu mallar və məktubları gizlin surətdə İmam Kazimə(ə) çatdırın.

İsmail deyir: Biz Kufəyə gedib, iki at alıb yola düşdük. Bəsrə və Mədinə arasında olan «Bətnur-rəmlə» məhəlləsinə çatdıq. Orada öz vəziyyətimizə yetişdik, oturub yeməklə məşğul olduq. Bu zaman bir atlı öz nökəri ilə yoldan gəldi. Bizə yaxınlaşanda gördük İmam Musa ibni Cəfərdir(ə). Onun qarşısında durub salam verib, malları və məktubları ona verdim. Elə o vaxt İmam öz məktublarını çıxardıb bizə verdi və buyurdu: Bunlar sizin məktublarınızın cavabıdır.[110]

ŞİR ŞƏKLİNİN CANLANDIRILMASI

Harun ər-Rəşid sehrbaz bir kişini çağırdı ki, hazırladığı məclisdə iştirak etsin və İmam Kazimı(ə) o məclisdə xəcalətləndirsin. Süfrə sərilib, yemək hazır olan zaman, nə qədər İmamın(ə) xidmətçisi süfrədən çörək götürmək istəyirdi, çörək əlindən uxaqlaşırdı. Harun bu işdən ki, özü və sahir kişinin vasitəsilə baş vermişdi şiddətlə gülürdü və İmamı(ə) şərməndə[111] etdiyinə görə xoşhal olmuşdu.

İmam Kazim(ə) başını qaldırdı və sutunda olan bir şirin şəklinə baxıb dedi:

Ey Allahın şiri, tut Allahın düşmənini! Şirin şəkli İmamın möcüzəsi ilə mücəssəm oldu və nəhəng bir yırtıcı kimi cadugər kişini parçaladı. Harun və onun ətrafındakılar gördükləri şeyin vəhşətindən yerə yıxılıb, heyran qaldılar. Bir müddətdən sonra ki, özlərinə gəldilər. Harun İmama(ə) ərz etdi: Səndən istəyirəm ki, şir şəklinə əmr edəsən o kişini yenidən geriyə qaytarsın. İmam(ə) buyurdu: Əgər Musanın əsası (ki əjdahaya çevrilib, sehrbazların sehrini batil etdi və onların vəhşət yaradan kəndirlərini uddu) udduqlarını geri qaytarıbsa, bu şəkildə udduğunu geri qaytaracaq.[112]

BİR QEYBİ XƏBƏR

Əli ibni Həmzə deyir: Musa ibni Cəfərin(ə) hüzurunda idik. Rey əhlindən olan bir kişi (ona Cündəb deyirdilər) İmamın yanına gəldi. Salam verib oturdu. İmam(ə) onun əhvalını soruşub, onunla yaxşı sual cavab etdi. Sonra buyurdu: Ey Cündəb! Qardaşından nə xəbər?

Cavab verdi: Xeyir və yaxşılıqdadır və sizə salam göndərir.

İmam(ə): Ey Cündəb, Allah sənin əcrini qardaşın müsibətində çoxaltsın. Cündəb dedi: Məktubu on üç gün bundan qabağa Kufədə mənə yetişdi ki, sağ və salamatdır.

İmam(ə): Vallah o məktubundan iki günsonra vəfat etdi və mallarını yoldaşına verib dedi: Bu malları qardaşım səfərdən qayıdandan sonra ona verərsən və yoldaşı o malları onun evində saxlayıb.

Onun yanına getdiyin zaman onunla mehribançılıqla rəftar edib, onu ümidvar edərsən. Malları tezliklə sənə təhvil verəcək.

Əli ibni Həmzə deyir: Cündəb böyük və yaraşıqlı kişi idi. Onunla İmam Kazimin(ə) vəfatından sonra görüşdüyüm zaman İmam(ə) buyurduğu şeylər haqqında soruşdum. Cavabında dedi: And olsun Allaha! Mənim ağam düz dedi, həm də məktub barəsində həm də malların barəsində artıq-əskik demədi.[113]

ÖLÜ  HEYVANI  DİRİLTMƏK

Əli ibni Həmzə deyir: Bir gün Musa ibni Cəfər(ə) mənim əlimdən tutub Mədinənin səhra tərəfinə getdik. Yolda ağlayan bir kişini gördük ki, onun qarşısında ölmüş bir ulaq var idi. Yükü də yerdə qalmışdır.

İmam(ə) ona buyurdu: Sənin işin nədən ibarətdir?

O kişi dedi: Mən dostlarımla istəyirdik ki, Həccə gedək, burada mənim ulağım öldü, karvandan dala qaldım və mənimlə birlikdə olan dostlarım getdilər. Məndə qalmışam nə edim? Miniyim də yoxdur ki, mallarımı ona yükləyim.

İmam (ə) buyurdu: Bəlkə ölməyibdir?

O kişi dedi: Məni ələ salırsan?

İmam(ə) ulağın yanına gedib düşmüş ağacı götürüb ulağa vurdu və ona qışqırdı. Birdən ulaq tam salamatlıqla yerdən qalxdı. O zaman İmam(ə) o kişiyə buyurdu: burada nə ələ salmaq var idi? Get yoldaşlarına çat və biz ondan ayrıldıq.[114]

Gələcəkdən xəbər

Mənsur deyir: Eşitdim ki, İmam Kazim(ə) öz şiələrinin birinin ömrünün tamam olmasından xəbər verirdi.

Öz-özümə dedim: O şiələrinin nə zaman vəfat etməsini haradan bilir? Birdən mənə baxıb buyurdu: Hər nə iş görmək istəyirsənsə gör. Çünki, sənin ömrünün axırına iki ildən çox qalmayıb. Sənin qardaşın bir ay səndən sonra öləcək və ailənin çoxu da öləcəklər və qalanları da bir-birindən ayrılacaqlar.

Düşmənlərin bu müsibət və bəlalarına görə sevinəcəklər, belə ki, başqalarının onlara yazığı gələcək. İndi yenədə ürəyində şəkk edirsən?

Ərz etdim: Ürəyimdə olan şeylərə görə istiğfar edirəm.

İki il keçməmişdi Mənsur vəfat etdi və bir ay ondan sonra qardaşı öldü və ailəsi də vəfat etdi, onun qalanları isə şiddətli yoxsuluğa giriftar olub, başqalarının sədəqəsinə möhtac qalmışdılar.[115]

ONUNCU FƏSİL

İmam Rzanın(ə) möcüzələri

ƏRƏB DİLİNİN QEYRİ-ADİ TƏLİMİ

Əbu İsmail Səndi deyir: Eşitdim Allahın ərəb camaatının arasında bir höccəti var. Onun dalınca getmək üçün Sənd[116] şəhərindən çıxdım və Əli ibni Musa Rzanın(ə) sorağına yola düşdüm. Onun yanına daxil oldum, belə ki, ərəb dilində ona salam verdim. İmam(ə) da cavabımı Sənd dilində verdi. Həmin dildə onunla danışmağa başladım, o da mənə həmin dildə cavabımı verirdi.

Ərz etdim: Mən Sənddə eşitdim ki, ərəb camaatının arasında Allahın bir höccəti var məndə onun dalınca hərəkət etdim.

İmam(ə) Səndi dilində buyurdu: Bəli Allahın o höccəti mənəm. O zaman buyurdu: İstədiyini sual et! Mən də istədiyimi soruşdum. Onun yanından getmək istədiyim zaman ərz etdim ki, mən ərəb dilini bilmirəm, allahdan istə ki, mənə onun elmini ilham etsin, ta ərəb camaatı ilə danışa bilim. Həzrət öz əlini dodaqlarıma sürtdü və ondan sonra ərəb dilindədanışmağa başladım.[117]

NURUN MÖCÜZƏSİ

Ravi deyir: Bir gecə İmam Rzanın(ə) hüzuruna getmişdim. Gecənin qaranlığı bütün yeri bürümüşdü. İmam Rza(ə) mənzilin içəri otaqlarının birində idi. Həzrət öz əlini qaldırdı və ev onun əlinin hərəkəti ilə elə işıqlandı ki, elə bil orada on çıraq yanırdı. O zaman bir kişi daxil olmağa icazə istədi İmam(ə) əlini aşağı saldı və ona icazə verdi.[118]

MÜSTƏSNA OLAN ƏŞRƏFİ[119]

Qəffar deyir: Teys adında bir kişiyə borclu idim. O, pulunu tələb edib, məni sıxışdırırdı. Camaat da onun tərəfini saxlayırdılar. Bu vəziyyətdə peyğəmbərin(s) məscidinə getdim, sübh namazımı qıldım, oradan da İmam Rzanın(ə) evinə yola düşdüm. Evinə yetişdikdə onu minik[120] üstündə gördüm. Mənə yaxınlaşdıqda dayandı və mənə baxdı. Ona salam verib dedim: Sizə fəda olum, sizin qulamınız Teysə mənim borcum var. Allaha and olsun ki, məni rüsvay edib. Öz-özümə dedim: Mənim bu şikayətimlə Teysə buyurar ki, öz tələbinin israr və sıxışdırmasından əl götürsün.

Əlbəttə məndə onun tələbinin miqdarını deməmişdim.

İmam(ə) buyurdu: Otur. Mən gəlirəm. O gün həzrətin evində idim. Ramazan ayı idi və oruc tutmuşdum. Şam namazını qıldım və İmamın gecikdiyinə görə qəmlənmişdim. Qayıtmaq istəyirdim ki, birdən onu və ətrafında olan cəmiyyəti gördüm. Ehtiyacı olanlara kömək edən halda evə daxil oldu və məni çağırdı. Mən də onun hüzuruna yetişib, hər ikimiz oturduq. Mən Mədinənin əmiri ibni Musibdən başladım vaxtın çoxunu onun barəsində danışdıq. Söhbət qurtarandan sonra İmam(ə) buyurdu: Güman edirəm iftar eləməmisən.

Ərz etdim: Bəli iftar eləməmişəm. Həzrət mənim üçün yemək sifariş verdi və onu yanıma qoydu. Qulamına buyurdu mənimlə yemək yesin. Yeməyimizi yeyib qurtardıqdan sonra, buyurdu: Döşəyi yuxarı qaldır və onun altında hər nə var, götür.

Qaldırdım. Onun altında əşrəfilər var idi. Onların hamısını götürdüm.

İmam(ə) buyurdu ki, qulamlardan dörd nəfər məni mənzilimə qədər yola salsınlar.

Ərz etdim: Sənə fəda olum! İbni Musibin məmurları şəhərdə dolanırlar və mən istəmirəm onlar məni sizin qulamlarınızla görsünlər.

İmam(ə) buyurdu: Düzdür. Allah səni hidayət eləsin və onlara tapşırdı ki, mən onlara qayıdın dediyim zaman qayıtsınlar.

Evə qayıdıb ürəyim aram olan zaman onları qaytarıb, evə daxil oldum və işıq altında əşrəfilərə baxıb gördüm 48 əşrəfidir. Belə ki, mənim öorcum 28 əşrəfi idi. Amma onların arasında bir əşrəfinin gözəlliyi mənim nəzərimi özünə cəlb etdi. Onu götürüb işığa tərəf yaxınlaşdırdım. Gördüm onun üstündə aşkar xətt ilə yazılıb: 28 əşrəfi o kişinin borcu və qalanı sənin üçündür. And olsun Allaha! Borcumun miqdarı haqqında heç nə deməmişdim. Şükr olsun aləmləri yaradan Allaha ki, öz vəlisinə izzət bağışlayıb![121]

CƏFƏR BƏRMƏKİNİN AQİBƏTİNDƏN DƏQİQ XƏBƏR

İmam Rzanın(ə) əshabından biri deyir: Harun Həccə getdiyi il, İmam(ə) da həcc əməllərini yerinə yetirmək qəsdi ilə Mədinədən Məkkəyə yola düşdü. Bir dağa yetişdi ki, yolun sol tərəfində idi və adı «Fariq» idi. Həzrət dağa baxıb buyurdu:

«Fariq» dağının üstünü düzəldən və dağıdan tikə-tikə olacaq.

Biz İmamın(ə) bu sözünün mənasını başa düşmədik. İmam (ə) oradan keçən zaman Harunun dövlətinin başçılarından biri olan Cəfər Bərməki o dağın başına gedib, əmr etdi ki, onun üçün orada bir bina tiksinlər, Məkkədən qayıtdığı zaman o dağa çıxıb göstəriş verdi, təzə binanı xarab eləsinlər. İraqa qayıtdıqdan sonra (Harunun əmri ilə) tikə-tikə edildi.[122]

SUYU CƏVAHİRƏ DÖNDƏRMƏSİ

Səhabələrdən biri deyir: İmam Rzanın(ə) yanına çox miqdarda mal gətirdim. Onlardan şad olmadı. Narahat olub öz-özümə dedim: Bu malların hamısının onun üçün gətirmişəm, amma onda bir şadlıq görmürəm.

İmam(ə) qulamına buyurdu:

Su tök.

Ravi deyir: gördum ki, İmam Rzanın(ə) barmaqlarının arasından teştə qızıl tökülür. Sonra mənə baxıb buyurdu: bu cür olan şəxs, sən onun üçün gətirdiyin şeylərə etina etməz.[123]

İMAMIN İKİNCİ HƏYATI

Hərsəmə ibni Əyun  deyir: Bir gün İmam Rzanın(ə) yanına getdim. Həzrət Məmunun mənzilində qalırdı. Məmunun evinə gedib daxil olanda gördüm onun ətrafındakılar deyirlər İmam Rza(ə) vəfat edib. Tez özümü onun otağına yetirib daxil olmaq üçün icazə istədim. O zaman Məmunun etimadı olan qulamlarından biri ki, adı Səbih Deyləmi idi, mənə dedi6 Gecə Məmun məni otuz nəfər etimadı olan qulamları ilə birlikdə çağırdı. Mən də onun xidmətinə yetişdim. Belə ki, yandırdığı şamların çoxluğundan gecə-gündüz kimi olmuşdu. Onun qabağında zəhər sürtülmüş xəncərlər var idi. Bizi bir-bir dəvət edib hər birimizdən söz aldı ki, onun əmrinə vəfadar olub müxalifət etməyək və onun müqabilində on kisə qızıl, on dənə xüsusi mülk götürək və onun həyatı zamanında başqa hədiyyələrlə bəhrələnək.

Onun istədiyi bu idi ki, hər birimiz bu zəhərli xəncərləri götürüb, Əli ibni Musa ər-Rzaya(ə) hücum edib onu tikə-tikə eləyək, onun sümük və tüklərini bir-birinə qatıb, geri qayıdaq.

Xəncərləri götürüb, onun otağına getdik. Gördük ki, yatağında yatıb danışır. Biz də dediklərini başa düşmürdük. Onun ətrafını şəmşirlərlə mühasirəyə aldılar. Məndə ona baxırdım, ta iş axıra yetişdi və İmamı öz çarpayısına bürüdülər.

Məmunun yanına getdikdə soruşdu: Nə etdiniz?

Dedilər: Verdiyin göstərişə əməl etdik. Məmun dedi: Gördüyünüz işi gizlədin.

Sübh olan zaman Məmun matəm paltarında və əza halında məclisdə oturub əzadarlıq etdi. Sonra ayaq-yalın qalxdı ki, İmama(ə) baxsın. Mən də onun qabağında idim. Onun otağına yetişdikdə bir səs eşidib, titrədi və dedi: Kimdir onun yanında?

Dedim: Gedin baxın və cavabını mənə deyin.

Səbih deyir: Tez İmamın(ə) otağına getdim, gördüm İmam(ə) öz mehrabında namaz qılır və zikr edir.

Qayıdıb Məmuna dedim: Bir nəfər onun mehrabında namaz qılır. Məmun heyrətlənib titrədi və dedi: Məni aldatmısınız. O zaman mənə baxıb, dedi: Sən İmamı(ə) tanıyırsan, get gör onun mehrabında kim namaz qılır?

Səbih deyir: İmamın(ə) otağına girdim, həzrət buyurdu: Ey Səbih!

Ərz etdim: Bəli mənim mövlam.

Dedi: (Onlar istəyirlər ki, Allahın nurunu söndürsünlər, amma Allah öz nurunu kamil edir. Kafirlər onu sevməsələrdə.)

Məmunun yanına gedib dedim:

Vallah O, otağında oturub və bu sözləri mənə dedi. Məmun matəm paltarını əynindən çıxartdı.

Hərsəmə deyir: Bu hadisəni və İmamın(ə) salamat qalmağını eşitməklə Allaha şükr edib İmam Rzanın(ə) hüzuruna yetişdim. Məni görən zaman dedi: Ey hərsəmə Səbih, sənə deyən şeyləri başqasına demə, məgər Allah qəlbiniiman və bizim vilayətimizin məhəbbəti ilə dolduran şəxsə.[124]

ÖLÜNÜ DİRİLTMƏK

Müfid ibni Cuneyd deyir: İmam Rzanın(ə) yanına getdim və dedim: Sizin m.cüzələriniz çoxdur. Onun birini mənim üçün göstər ki, başqaları üçün nəql edim.

İmam(ə): Nə istəyirsən?

İstəyirəm ata və anamı dirildəsən.

İmam(ə): Get evinə mən onların hər ikisini diriltdim.

Evə getdim, and olsun Allaha hər ikisi diri idilər. On gün yaşadılar sonra Allah-təala onların canını aldı.[125]

ƏHMƏD BƏZƏNTİNİN ÜRƏYİNDƏN AGAHLIQ

Bəzənti deyir: Mən yeddi İmama (ki onların axırıncısı musa ibni Cəfər (ə) idi.) əqidəsi olan kəslərdən idim və buna görə İmam Rzanın(ə) imamətində şəkk etdiyimə görə ona məktub yazıb, suallar soruşdum. Amma öz mühüm mətləbimi soruşmaq yaddan çıxdı.

Bir neçə müddətdən sonra suallarımın cavabı yetişdi və İmam(ə) buyurdu: Sən mühüm suallarını yaddan çıxartmışdın. Mən də ərz etdim: Yəbnə Rəsulillah, istəyirəm düşmənlərin zərəri yetişmədiyi bir zaman, məni evinə dəvət edəsən.

İmam(ə) mənim üçün bir minik göndərdi və onun hüzuruna yetişdim. Şam və xiftən namazını onunla qıldım. O zaman İmam(ə) mənə bir çox elmlər öyrətdi. Mən də ondan sual edirdim. Cavab verirdi, ta ki gecənin yarısı keçdi. Sonra öz xidmətçisinə buyurdu: Mən yatdığım yatağı gətir, Əhməd Bəzənti onda yatsın, öz-özümə dedim: Dünyada məndən xoşbəxt adam yoxdur. İmam (ə) mənim üçün minik göndərdi və yanıma gəlib oturdu, sonra öz yatağını mənə verdi. Telə bu fikirdə idim ki, İmam(ə) buyurdu: Ey Əhməd! Sənə etdiyim bu şeylərə görə iftixar etmə. Səsəət ibni Suhan xəstələndi, Əmirəl möminin(ə) ona baş çəkib ehtiram etdi. Əlini alnına qoydu, başını tumarladı. Amma onun yanından qayıtmaq istədiyi zaman buyurdu: Ey Səsəə sənə nisbət gördüyüm işlərə xatir din qardaşlarına iftixar etmə. Çünki, gördüyüm bu işlər mənim borcum idi.[126]

BİR QEYBİ XƏBƏR

Abdullah ibni Muğeyrə deyir: Mən vaqifiyyə məzhəbinə və yeddinci İmamdan sonra İmamın olmamağına mötəqid idim və bu əqidə ilə həcc əməllərini yerinə yetirmək üçün Allahın evinə yola düşdüm. Məkkəyə getdiyim zaman öz əqidələrim haqqında şəkk etdim. Kəbənin yanına gedib özümü Kəbə evinin qarşısındakı divara yapışdırıb dedim: Ey Mənim Allahım! Sən mənim istəyimdən agahsan! Məni ən gözəl və ən düzgün məzhəbə hidayət et!

Elə o yerdə ürəyimə düşdü ki, İmam Rzanın(ə) hüzuruna gedəm. Mədinəyə gedib. Mədinəyə gedib onun evinə yola düşdüm. O həzrətin evinə çatandan sonra onun qulamına ərz etdim: Mövlana de ki, İraq əhlindən bir kişi evin qapısında durub. Birdən o həzrətin səsini eşitdim ki, buyurdu:

İçəri daxil ol! Ey Abdullah ibni Muğeyrə. Daxil oldum. İmam(ə) mənə baxdıqda buyurdu: Allah sənin duanı müstəcab edib öz dininə hidayət etdi.

Dedim: Şəhadət verirəm ki, sən xəlqə Allahın höccət və əminisən.[127]

SUALDAN QABAQ CAVAB

İsmail ibni Mehran deyir: Bir gün mən Əhməd Bəzənti ilə İmam Rzanın(ə) yanına gedirdik ki, onun yaşını soruşmağı yadıma sal.

Mən hey istəyirdim onun yadına salam, amma yadımdan çıxarırdım.

İmamın(ə) yanına gedib, salam verib oturduqdan  sonra, İmam(ə) üzünü ona çevirib buyurdu: Ey Əhməd, neçə il sənin ömründən keçib?

Əhməd: Otuz  doqquz il.

İmam buyurdu: Amma mənim otuz dörd il ömrümdən keçib.[128]

ON BİRİNCİ FƏSİL

İmam Cavadın(ə) möcüzələri

İMAM CAVADIN(Ə) ÇƏLİYİ

«Mühəmməd ibni Əbi Əla» deyir: Öz zamanında böyük alimlərdən olan. Samirranın qazisi Yəhya ibni Əksəmdən xəbər tutdum. Onun yanına gedib onunla münazirə etməyə başladım. Onunla münazirə etdikdən sonra dedi: Bir gün Məscüdün-nəbiyə gedib ziyarət edirdim, elə bu zaman Peyğəmbərin(s) məzarını ziyarət edən Mühəmməd ibni Əlini(ə) (İmam Cavad) gördüm. Ona bir neçə sual verdim, o da cavabları verdi. Sonra ona dedim: And olsun Allaha bir sual etmək istəyirəm ancaq çox utanıram.

İmam: Sual etməmişdən qabaq sənin cavabını verirəm. Sənin sualın budur ki, zəmanənin İmamı kimdir?

Dedim: And olsun Allaha! Elə mənim sualımda bu idi.

İmam buyurdu: Zəmanənin İmamı mənəm.

Mən dedim: İmamlıq əlamətin nədir?

İmamın əlində bir çəlik var idi. Allahın izni ilə dilə gəlib dedi: ***

Həqiqətən, o mənim mövlam, bu zamanın İmamı və Allahın höccətidir.[129]

QURUMUŞ AĞACI BARA GƏTİRMƏK

İmam Cavad(ə) Kufə şəhərinin küçələrindən birində olan musibin evinə (məscidə) daxil oldu. O evin həyətində qurumuş və bar verməyən bir (sidr) ağacı var idi. İmam bir kuzə su istədi. O su ilə ağacın dibində dəstəmaz alıb, məğrib və işa namazını qıldı. Sonra isə iki dənə şükr səcdəsi etdi. Bundan sonra o ağac yarpaqlanıb meyvə gətirdi.

Camaat təəccüblənib, onun meyvəsindən meyl etdikdə onun şirin olduğunu anladılar.[130]

TEYYÜL-ƏRZ

Əli ibni Xalid deyir: Zeydi məzhəbindən olan Mühəmməd deyir: Mən Samirrada idim. Bu zaman əli bağlı bir kişinin ora gətirildiyindən xəbər tutdum. Onu gətirənlər deyirdilər: Bu kişi Peyğəmbərlik iddiası etdiyi üçün tutmuşuq(Ancaq belə bir iddia etməmişdi.).

Əli ibni Xalid deyir: Mən zindana gedib, oranın qoruyucuları ilə mehriban rəftar edib özümü o kişinin yanına yetirdim. Ona yaxınlaşdıqda, onun ağıllı bir insan olduğunu anladım. Ona dedim: Ey kişi! Səni nə üçün tutublar?

Dedi: Mən Şamda Rəsul-Hüseyn(ə) adlanan yerdə ibadət edirdim. İbadət halında ikən bir kişi (İmam Cavad(ə)) mənə yaxınlaşıb dedi:

Qalx gedək. Onunla yola düşdükdə bir anda özümü Kufə məscidində

Gördüm. Mənə dedi: Bu məscidi tanıyırsan? Bəli, deyə ona cavab verdim. Bu Kufə məscididir. O namaz qılmağa başladı. Mən də ona qoşuldum, birdən özümü Mədinədə Peyğəmbərin (s) məscidində gördüm. O, peyğəmbərə salam verdi, mən də təkrar etdim, namaz qıldı, mən də qıldım. Salavat göndərdi. Elə bu zaman özümü Məkkədə gördüm. O dayanmadan Həcc mərasimlərini yerinə yetirirdi. Mən də onunla bərabər əməl edirdim. Elə bu zaman özümü əvvəlki yerimdə (Şamda) gördüm.

Gələn il gəlib yenə həmin işləri gördüm. Şama qayıtdıqda məndən ayrılmaq istədikdə ona dedim:

Sənə and verirəm, o kəsə ki, bütün bu qüdrəti sənə veribdir. Kim olduğunu mənə de! O buyurdu: Mən Mühəmməd ibni Əli ibni Musayam.

Bu xəbər şəhərdə yayıldı. Muhəmməd ibni Əbdül-Məlik Ziyad bu xəbəri eşitdikdə məni tutub İraqa göndərdi.

Əli ibni Xalid deyir: Mən ona dedim: Başına gələnləri Əbdül Məlikə çatdır. O da Əbdül Məlikə çatdırdı.

Əbdul Məlik onun cavabında belə yazdı: Sənin Şamdan Kufəyə, Kufədən Mədinəyə oradanda Məkkəyə aparan şəxsə denən səni azad etsin.

Əli ibni xalid: Mən onu bu halda gördükdə narahat oldum, ona təskinlik verib, səbrli olmağa dəvət etdim. Səhər onu görməyə getdikdə zindan işçilərinin və camaatın ora yığışdıqlarını gördüm.

Dedim: Nə olubdur?

Cavab verdilər: Peyğəmbərlik illiası edən kişi dünən axşam zindandan yox olubdur. Məlum deyil yer aralanıb yerə girib, yoxsa bir quş olub uçubdur.[131](Onu İmam azad etmişdi.)

KOR İNSANIN ŞƏFASI

Mühəmməd ibni Meymun deyir:

İmam Rza(ə) Xorasana getməmişdən qabaq onunla birlikdə idik, ona dedim: Mən Mədinəyə gedirəm, bir məktub yaz oğlun Mühəmməd Təqiyə(ə) çatdırım.

İmam gülümsəyib, sonra bir məktub yazdı. Məktubu alıb Mədinəyə tərəf yola düşdüm. O zaman mənim gözlərim görmürdü. Mədinəyə çatdıqda İmam Cavadın xadimi onu mənim yanıma gətirdi. O hələ beşikdə idi. Məktubu ona verdim. Öz xadiminə (müfiq) onu açmasına əmr etdi. Xadim məktubu açdı. O Həzrət ona bir nəzər saldıqdan sonra mənə tərəf üz tutub buyurdu: Ey Mühəmməd gözün necədir?

Mən dedim: Ey Rəsulullahın nəvəsi! Gözlərim xəstələnibdir. Artıq görmür. Elə belə gördüyünüz kimidir.

Həzrət əlini gözlərimə çəkdi. Gözlərim öz əvvəlki halına qayıtdı. Əl-ayağından öpüb, geri qayıtdım. Gözlərim hələ də görür.[132]

İTMİŞ BİR ŞEYİ HÜZURA ÇAĞIRMAQ

Qasim ibni Möhsün deyir: Məkkə Mədinə yolunda idim. Çöldə yaşayan zəif və arıq bir ərəb mənim yanımdan keçirdi. Məndən bir şey istədi. Mən də bir parça çörək verdim. Elə o yanımdan keçən zaman güclü bir külək əsməyə başlayıb, başımdan əmmaməmi götürüb apardı. Nə qədər axtardımsa tapa bilmədim. Mədinəyə yetişdim. İmam Cavadın(ə) mənzilinə girdikdə İmam buyurdu: Ey Qasim əmmamən yolda itdi?

Cavab verdim: Bəli.

İmam öz qulamına buyurdu: Onun əmmaməsini gətir. Qulam mənim əmmaməmi gətirdi.

Mən dedim: Ey Peyğəmbərin övladı! Mənim əmmaməm sizin yanınızda hardandır?

İmam(ə) buyurdu: Sən o ərəbə kömək etdin Allah da səndən təşəkkür edib, əmmaməni özünə qaytardı və Allah yaxşı iş görənlərin haqqlarını hədərə verməz.[133]

YERİN XƏZİNƏLƏRİNİN ONUN İXTİYARINDA OLMASI

İsmail ibni Abbas deyir: bir gün İmam Cavadın (ə) yanına gedib, gəlirimdən ona şikayət etdim. İmam ayağa qalxıb yerdən qızıl qılınc götürüb, mənə verdi. Onu bazara apardım. 16 misqal qiyməti idi.[134]

ATIN HAMİLƏ OLMASINDAN XƏBƏR VERMƏK

İbrahim ibni Səid deyir: Mühəmməd ibni Əli Cavadın(ə) yanında idim. Bir dişi at bizim yanımızdan keçdi. İmam ona baxıb buyurdu: Bu axşam bu dişi at bir dişi bala doğacaqdır, alnında və sifətində bir ağlıq vardır.

İmamdan icazə alıb getdim. O atın sahibi ilə söhbət edirdik. Axşam oldu. O at İmam buyurduğu kimi bir dişi bala dünyaya gətirdi. İmam Dediyi sifətlərin hamısı onda var idi.

İmamın yanına gəldim. İmam buyurdu: Ey İbrahim ibni Səid! Dünən dediklərimdən şübhələnirdin? Sənin evində olan qadın hamilədir. Bir oğlan övladı dünyaya gətirəcəkdir. Bir gözüdə görməyəcəkdir.

İbrahim deyir: And olsun Allaha həyat yoldaşım bir uşaq dünyaya gətirdi, bir gözü də kor idi.[135]

İMAM MÜHƏMMƏD  TƏQİNİN QIZI HƏKİMƏ



Geri   İrəli
Go to TOP