A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: 14 Məsumdan möcüzələr
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı: 109
Çap növbəsi: 3000
Tirajı:
Geri   İrəli


İmam(ə) dedi: Əllahu Əkbər! Bu peyğəmbərin hədisinə gülüb və başqalarını güldürənin cəzasıdır.[74]

DAŞIN YAQUTA ÇEVRİLMƏSİ

Ümmü Səlim deyir: İmam səccad(ə) mənə buyurdu: Ey Ümmü Səlim! Mənə bir az xırda daş gətir. Mən də bir miqdar xırda daşları yerdən yığıb, ona verdim. Sonra o Həzrət onları götürüb toz şəklinə saldı, sonra ondan palçıq düzəldib qırmızı yaquta çevirdi.[75]

VİLAYƏTİN QÜDRƏTİ

Bir kişi imam Səccada(ə) ərz etdi: Nə üçün biz öz düşmənlərimizdən üstün və fəzilətli sayıırıq, halbuki onların arasında elələri var ki, bizdəndə yaraşıqlıdırlar?

İmam(ə) buyurdu: Onlardan üstün olduğunu bilmək istəyirsən?

Cavab verdi: Bəli!

İmam Əlini onun üzünə çəkdi və özünün vilayət qüdrəti ilə onun bəsirət gözünü açıb dedi: Bax!

Baxdı. Onların hamısını heyvan sifətində gördü. Dəhşətə gələrək iztirablı halda imama ərz etdi: sənə fəda olum, məni əvvəlki halıma qaytar.

Məsciddə xoruzdan, meymundan və itdən başqa bir şey görmürəm. İmam əlini onun üzünə çəkdi və o əvəlki halına qayıtdı.[76]

İKİ QEYBİ XƏBƏR

Bir kişi İmam Əli ibni Hüseynin(ə) yanına gəldi. O zaman İmamın səhabələri də orada idilər.

İmam(ə) sual etdi: Bu kişi kimdir?

O cavab verdi: Mən münəccim, nəsəbləri bilən və falçı bir kişiyəm. İmam ona bir nəzər edib buyurdu: İstəyirsənmi sənə bir kişi tanıtdırım ki, sən bura varid olduğun zamandan qırx min aləmi seyr edib.

Kişi soruşdu: O kimdir?

İmam buyurdu: Onu sənə tanıtdırmayacam, amma istəsən sənə xəbər verərəm ki, nə yemisən və evində nə toplamısan.

Dedi: xəbər ver.

İmam(ə) buyurdu: Bu gün pendir yemisən və evində on dinar pulun var. Onlardan üç dinarı xalisdir.

O kişi İmama ərz etdi: Şəhadət verirəm ki, sən İlahinin böyük höccətisən, böyük məsəl və təqva kəlməsisən.

İmam(ə) da ona belə buyurdu: Sən də doğrucu və düz danışansan. Allah sənin qəlbini imanla imtahan etdi və onu sənin qəlbində möhkəm etdi.[77]

TEYYÜL-ƏRZ

Himad ibni Həbib deyir: İllərin birində həcc səfərinə yola düşdük, yolun ortasında qara küləklər qopdu, belə ki, karvanımız dağılıb bir-birindən ayrıldı. Səhrada azıb yolumu itirmişdim. Nəhayət, susuz-bitkisiz bir yerə yetişdim. Axşam yetişdi, bir ağaca pənah apardım. Qaranlıq hər yanı bürümüşdü. Gözlənilmədən bir cavanı gördüm ki, əynində köhnə ağ paltar var idi. Özü də müşk iyi verirdi. Onu gördükdə qorxdum və öz-özümə dedim: Bu Allah övliyalarından biridir. Bir yerdə dayanıb namaz qıldı, o zaman yerdən onun üçün bir bulaq qaynadı və o, çoxlu dua etdi.

Mən qorxdum ki, o, gözümdən itə və bu iş mənim üçün gizli qala. Onun yanına getdim və ərz etdim: Səni and verirəm o kəsə ki, səndən yorğunluq zəhmətini götürüb zahidliyin və öz münacatının ləzzətini sənə dadızdırıb. Məni lütfün xatirinə özünə yol yoldaşı edəsən. Mən azmışam.

Dedi: Əgər düzgün təvəkkül etmiş olsan, heç vaxt azmarsan. Gərək arxamca gələsən. Ağacın altına yetişəndə əlimdən yapışdı. Elə bil ki, yer ayağımın altında hərəkət edirdi. Səhər işıqlaşmağa başlayanda buyurdu: Müjdə olsun sənə, bura Məkkədir. Dostlarımı görüb səslərini eşitdikdə
dedim: Sənə qiyamət gününə and verirəm, sən kimsən?

Buyurdu: İndi ki mənə and verdin, mən Əli ibni Hüseyn ibni Əli ibni Əbi Talibəm.[78]

YEDDİNCİ FƏSİL

İmam Baqirin(ə) möcüzələri

GÖYLƏRİN VƏ YERİN MƏLƏKUTUNU GÖSTƏRMƏSİ

Cabir ibni Yəzid deyir: İmam Baqirdən(ə) allahın bu sözü barəsində sual etdim ki, buyurub:

«Biz bu cür göylərin və yerin mələkutunu İbrahimə göstərdik.»

İmam(ə) cavabımda buyurdu: Başını göyə qaldır.

Başımı göyə qaldırdım. Gördüm tavan ayrılıb. Gözüm bir dəliyə toxundu və bir nuru müşahidə etdim. Onu görməkdən gözlərim istiləşdi. O zaman buyurdu: Bu cür İbrahim göylərin mələkutunu müşahidə etdi.

Sonra isə buyurdu: Yerə bax və yenə də göyə nəzər et.

Göyə tərəf başımı qaldırdığım zaman tavan əvvəlki halına döndü. Ondan sonra İmam(ə) əlimdən tutub, evdən bayıra çıxartdı və mənə bir paltar geyindirib buyurdu: Bir müddət gözlərini yum. Sonra buyurdu: Sən bir qaranlıqlardasan ki, Zülqərneyn onları görmüşdü. Gözlərimi açdım və qaranlığın şiddətindən heç bir şey görmədim. Sonra İmam(ə) bir xətt çəkib buyurdu: Sən Xızırın həyat suyunun çeşməsindəsən. Sonra o aləmdən xaric olduq və başqa bir aləmə keçdik.

Axırda İmam(ə) buyurdu: Bu yerin mələkutudur. Sonra mənə buyurdu: Gözlərini yum. Əlimdən tutdu, müşahidə etdim ki, olduğumuz evdə durmuşuq və əynimə geyindirdiyi paltarı çıxardı.

Ərz etdim: Sənə fəda olum! Gündən nə qədər keçib:

Buyurdu: Üç saat.[79]

DİVAR ARXASINDAN OLAN BAXIŞ

Abdullah ibni Əta deyir: Mən Məkkədə idim və İmam Baqirin(ə) görüşünün vurğunu olmuşdum. Mədinəyə yola düşdüm ki, İmamın(ə) hüzuruna yetişəm. Getməyimin məqsədi onun görüşünün şövqündn başqa bir şey deyildir. İmamın(ə) yanına getdiyim gecə çox soyuq və yağışlı bir gecə idi. İmamın(ə) evinin qapısına çatdığım zaman gecənin yarısı idi. Öz-özümə dedim: Mən bu vaxt qapını döyməyəcəyəm, sübhə qədər qapının dalında qalaram. Sonra isə onun görüşünə gedərəm. Elə bu fikirdə idim eşitdim ki, Həzrət öz xidmətçisinə buyurdu: Qapını Abdullah ibni Əta üçün aç ki, bu soyuq gecədə əziyyətə düşməsin. Qapını açdı və mən İmamın(ə) yanına varid oldum.[80]

XURMA AĞACININ İTAƏT ETMƏSİ

İmam Baqir(ə) bir ərazidə dayandı və öz xeyməsini qurdu. Sonra bir qədər hərəkət etdi. Nəhayət, bir xurma ağaca yetişdi. Ağacın altında Allahın şükrünü dedi,  sonra buyurdu: Ey xurma ağacı! Allah səndə qərar verdiyi şeylərlə bizi doydur. Bu zaman ağacda qırmızı və sarı xurmalar bar verdi. İmam(ə) ondan meyl etdi. Əbu Üməyyə Ənsari də onunla idi, o da, ağacın xurmasından meyl etdi.

Axırda İmam(ə) buyurdu: bizim bu möcüzəmiz Məryəmin möcüzəsi kimidir ki, xurma ağacının budaqlarını öz tərəfinə çəkdi və ağac onun üçün təzə xurmalar verdi.[81]

Həzrəti-Məryəmin(ə) möcüzəsi belə idi ki, Həzrəti-Məsihin(ə) təvəllüdü ilə camatdan uzaqlaşıb qəmlənmişdir.

Cəbrail(ə) ona nida etdi: Qəmgin olma! Allah sənin üçün axar su qərar verib ta ondan içib, özünü onunla pak edəsən və xurma ağacının budağını öz tərəfinə çək sənin üçün təzə xurma bitirsin. Bu budağın quru olduğu və xurma fəslinin çatmadığı halda idi.[82]

MƏNSURUN GƏLƏCƏYİNDƏN DƏQİQ XƏBƏR

Əbu Bəsir deyir: Mən və İmam Baqir(ə) Rəsulullahın məscidində oturmuşduq və İmam Səccad(ə) o zaman sağ idi. Bu zaman Mənsur Dəvaniqi və Davud ibni Süleyman varid oldular. Bu Abbasi xəlifələrinin (Mənsur onlardan biri idi.), hökumətə çatmadığı zamanında idi. Davud İmam Baqirin(ə) hüzuruna yetişdi. Həzrət buyurdu: Niyə Mənsur gəlmədi?

Cavab verdi: Çəkinir.

İmam buyurdu: Çox keçməyəcək ki, o, camaatın hökumətinə çatacaq, onlara müsəllət[83] olacaq, bütün islam hökumətində hökmranlıq edəcək və uzun ömrü olacaq. Xəzinələri və malları yığacaq belə ki, ondan əvvəlkilər bu cür etməmişdilər.

Davud Mənsur Dəvaniqin yanına gedib, onu İmamın(ə) dediklərindən xəbərdar etdi. Mənsur İmamın(ə) yanına gəlib dedi: Sizin hüzurunuza gəlməməyimin səbəbi sizin böyük olmağınızdır. Davud gətirdiyi xəbər nə idi?

Həzrət buyurdu: Dediyim sözlərin hamısı olacaq.

Mənsur: Bizim hökumətimiz sizin hökumətinizdən qabaq olacaq?

İmam(ə) : Bəli!

Mənsur: Məndən sonra mənim oğlum hökumətə çatacaq.

İmam(ə): Bəli!

Mənsur sual etdi: Bəni Üməyyə hökumətinin müddəti çox olacaq, ya bizim hökumətin? İmam: Sizin hökumətiniz daha uzun olacaq. Hökumət sizin övladlarınızın əlində olacaq və top kimi onunla oynayacaqlar. Bu atamın mənə verdiyi xəbərdir. Mənsur hökumətə çatdığı zaman İmam Baqirin(ə) dediyi sözündən heyrətləndi.[84]

İSMİ ƏZƏMİN[85] TƏLİMİ

Ömər ibni Hənzələ deyir: İmam Baqirə(ə) ərz elədim: Güman edirəm sizin yanınızda dərəcə və hörmətim var.

İmam(ə): Bəli elədir. O zaman ona ərz etdim: Mənim sizdən bir istəyim var.

Ömər ibni Hənzələ: İsmi əzəmimənə öyrədin.

İmam(ə): Ona dözə bilərsən?

Dedim: Bəli.

Buyurdu: Evə daxil ol. Sonra əlini yerə qoydu və birdən ev qaranlıq oldu. Ömər ibni Hənzələnin bədənini titrətmə tutdu.

İmam(ə) buyurdu: Nə deyirsən yenə də ismi əzəmi öyrənməyə hazırsan?

Ömər ibni Hənzələ: Xeyr. O zaman İmam(ə) əlini yerdən götürdü və ev əvvəlki halına qayıtdı.[86]

BİR QEYBİ XƏBƏR

Əbu Bəsir deyir: Mən Kufədə bir qadın üçün Quran oxuyurdum və ona Quranı öyrədirdim. Dərslərin birində onunla zarafat etdim. İmam baqirin(ə) hüzuruna yetişdiyim zaman o qadınla zarafat etdiyimə görə məni danlayıb, buyurdu: Gizlində günah edən şəxsə Allahın inayəti olmayacaqdır. Nə dedin ona?

Əbu Bəsir deyir: Xəcalətdən başımı saldım aşağı və tövbə etdim.  O zaman İmam (ə) buyurdu: bundan sonra naməhrəm qadınla zarafat etmə.[87]

MÖMİNİ KAFİRDƏN AYIRMAQ

Cabir deyir: Əlli nəfərə yaxın İmam Baqirin (ə) yanında idik. Bu halda Kəsir (onun işi xurma tumu satmaq idi) daxil oldu. Salam verib oturdu. O vaxt dedi: Kufədə Muğeyrə ibni İmran güman edir ki, sizin bir mələk var, kafiri mömindən və şiə öz düşmənlərindən ayırbı sizə tanıtdırır.

İmam (ə) buyurdu: Sənin işin nədir?

Buğda satıram.

İmam Əli (ə): Yalan deyirsən.

Kəsir: Arada arpa da satıram.

İmam (ə) o cür deyil ki, deyirsən: bəlkə xurma tumu satırsan?

Kəsir: Kim sizi bundan agah etdi?

İmam (ə): Həmin, şiəmi düşmənimdən mənə tanıdan mələk.

Sən dünyadan dəli gedəcəksən. Cabir Cufi deyir: Kufəyə qaytıdığımız zaman Kəsirin barəsində soruşdu. Bir qoca arvad bizə dedi: Üç gün bundan əvvəl dəli olan halda dünyadan getdi.[88]

ƏBU BƏSRİN BƏRZƏXİ GÖZƏLİRİNİ AÇMAQ

Əbu Bəsir deyir: İmam Baqirə(ə) ərz etdim ki, hacılar nə qədər çoxdurlar və fəryadları necə ucalıb.

İmam (ə) buyurdu: Sən nə qədər camaat çoxdur və hacı azdır, sözlərimin düzgün olmağını bilmək və aşkara müşahidə etmək istəyirsənmi?

O zaman İmam(ə) əlini Əbu Bəsirin gözlərinə çəkdi və onun bəsirət gözlərinin açılması üçün dua etdi və ona buyurdu: Hacılıra bax!

Əbu Bəsir deyir: Baxdım onların çoxu meymun və donuxdurlar. Onların arasında mömin qaranlıqda parıldayan ulduz kimidir. O vaxt dedim: Düz dedin ey mənim mövlam! Hacılar nə qədər azdırlar və yəryad və qovğa çoxdur.[89]

ZEYDİN AQİBƏTİNDƏN XƏBƏR

Mühəmməd ibni Əbi Hazim deyir: Mən İmam Baqirin(ə) yanında idim. Bu halda Zeyd ibni Əli bizim yanımızdan keçdi.

İmam (ə) buyurdu: And olsun Allaha, Zeyd Kufədə qiyam edəcək və öldürüləcək. Başını dolandıracaqlar. Sonra isə onu o yerdə (İmam(ə) o yerə işarə etdi)-bir ağacdan asacaqlar. Bu sözləri İmamdan(ə) eşitdim və öz gözümlə müşahidə etdim. Bir gün bizə xəbər çatdı ki, Zeyd qiyam edib və öldürülübdür. Gördüm onun başını dolandırırlar və İmam(ə) buyurduğu yerdə bir ağacdan asdılar. İmamın(ə) buyurduqlarının dəqiq baş verməsindən çox heyrətləndim.[90]

İKİ QEYBİ XƏBƏR

İmam Sadiq(ə) buyurur: Camat atamın yanına gəlib soruşdular: İmamətin həddi və hüdudu nə miqdardadır?

İmam buyurdu: Çox böyükdür. Onun yanına daxil olanda ona böyük gözlə baxın, dediklərinə iman gətirin. Sizi hidayət etmək İmamın boynundadır. İmamın bir xisləti var ki, onun yanına bir kəs gəlsə, onun böyüklüyü və heybətinə xatir heç kəs öz gözlərini ona bazmaqla doydura bilməz. Çünki, peyğəmbər də belə idi. İmam da bu cürdür.

Sual etdilər: İmam öz şiələrini tanıya bilər?

İmam(ə): Bəli.

-Biz sizin şiənizik?

-Bəli, siz hamınız mənim şiələrimsiniz.

-Şiə olmağımızın əlaməti nədir?

-Sizin, atanızın, qəbilənizin adın deyim?

-Bəli.

İmam onların, atalarının və qəbilələrinin adını onlara dedi. Onlarda qəbul etdilər.

O zaman İmam(ə) buyurdu: Sizə deyərəm mənə nə sualınız var. Sizin sualınız Allah-təalanın bu sözü barəsindədir ki, belə buyurur:

«Pak bir ağac kimi ki, kökləri möhkəm və sabitdir, budaqları isə göydədir.»

Biz sahib olduğumuz elmlərdən şiələrimizin hər birinə veririk.

İmam sonra buyurdu: Qane oldunuz?

Cavab verdilər: Biz bundan azınada qane olardıq.[91]

SƏKKİZİNCİ FƏSİL

İmam Sadiqin(ə) möcüzələri

DÖRD QUŞU DİRİLTMƏK

İmam Sadiqin(ə) möcüzəsini qeyd etməmişdən əvvəl Həzrəti İbrahimin(ə) möcüzəsinə işarə edirik.

Həzrəti İbrahim(ə) Allah-təalaya belə xitab etdi: Pərvərdigara! Mənə göstər ki ölüləri necə dirildirsən.

Allah-təala buyurdu: Dörd dənə quş tut və ətlərini bir-birinə qatışdır. Sonra hər tikəsini bir dağın üstünə qoy. Sonra da onları öz yanına çağır, sürətlə sənin yanına gəlsinlər.[92]

Yusif ibniZibyan deyir: Camatla birlikdə, İmam Sadiqin(ə) yanında idim. Ondan Allah-təalanın İbrahimə buyrduğu söz barəsində sual etdim. Sualım bundan ibarət idi ki, görəsən o quşlar hamısı bir növdən idilər ya müxtəlif növlərdən idilər.

İmam (ə) buyurdu: İstəyirsən o dörd quşun dirilməyini sənə göstərim?

Dedim: Bəli. O zaman İmam (ə) buyurdu: Ey Tovuz! Tovuz quşu onun yanına gəldi. Sonra qarğanı çağırdı və qarğa onun hüzuruna gəldi. Sonra qırğını çağırdı, qırğı da gəldi. Nəhayət, göyərçini çağırdı, göyərçin də İmamın hüzuruna gəldi.

İmam əmr etdi ki, onların başını kəssinlər, qanadlarını yolsunlar və ətlərini tikə-tikə edib, bir-birinə qarışdırsınlar, sonra İmam (Ə) tovuzun başını tutdu və biz gördük ki, onun əti sümüyü və qanadları başqa quşlardan ayrılıb ona birləşdi və tovuz quşu həzrətin qarşısında dayandı. Bundan sonra qarğanı, qırğını və göyərçini nida etdi, onlarda İmamın qarşısında hazır oldular. Beləcə İmam(ə) bu quşları dirilğdi.[93]

UZAQ MƏSAFƏNİ GÖRMƏK

Əbu Bəsir deyir: İmam Sadiqin(ə) yanında idim, istəyirdim bəzi hacətlərimi ondan istəyim. İmam (ə) mənə buyurdu: Niyə səni  belə qəmgin görürəm

Ərz etdim: İraqa vəba xəstəliyinin gəlməsi xəbərindən və ailəmin orada olmasından qəmginəm.

İmam(ə) buyurdu: Üzünü döndər! Üzümü döndərdim, sonra öuyurdu: ÖZ evinə daxil ol, daxil oldum və gördüm bütün ailəm böyükdən-kiçiyə qədər hamısı evdə salamatdırlar. Evdən bayıra çıxdım. O zaman İmam(ə) mənə buyurdu: Üzünü çevir, üzümü çevirdim və artıq gördüklərimini heç birini müşahidə etmədim.[94]

SU BULAĞININ YARANMASI

Davud Nili deyir: İmam Sadiq(ə) ilə birlikdə həcc əməllərini yerinə yetirmək üçün Allahın evi tərəfinə hərəkət edirdik. Zöhrün əvvəli yetişdiyi vaxt imam(ə) mənə buyurdu: Ey Davud yoldan qırağa çəkil, namaz üçün hazırlıq görək. Ərz elədim: Sənə qurban olum məgər bura susuz və bitkisiz olan bir yer deyilmi?

İmam(ə) ayağını yerə sürtdü. Yerdən buz kimi soyuq bir bulaq suyu qaynadı. Bulaq suyu ilə dəstəmaz aldı. Mən də dəstəmaz alıb, vacib namazı qıldıq. Hərəkət etmək istədiyimiz zaman gözüm qurumuş bir xurma ağacına toxundu. Həzrət buyurdu: Ey Davud! İstəyirsən bu qurumuş xurma ağacından sənə xurma verim?

Ərz etdim : Bəli. Öz əli ilə xurma ağacına vurub, onu öz tərəfinə  çəkdi və iki-üç növ xurma ondan yedik. Sonra əlini ona çəkib dedi: Allahın izni ilə əvvəlki halına qayıt və ağac yenədə öz qurumuş halına döndü.[95]

YERİN XƏZİNƏLƏRİNƏ TƏSƏLLÜT

Dörd nəfər İmam Sadiqin(ə) şiələrindən deyirlər: Biz İmamın(ə) yanında idik. O, buyurdu: Bütün yerin xəzinələri və onların açarı bizim ixtiyarımızdadır. Əgər ayağımın altında olan bir tikə yerə desəm qızıllarını bayıra tök, tökəcək. O zaman ayağı ilə yerdə bir xətt çəkdi və yer ayrıldı və oradan bir külçə qızıl çıxardıb buyurdu: Yaxşıca buna baxın ki, şəkkiniz olmasın. Sonra buyurdu: Yerin içinə baxın! Baxdıq və orada üst-üstə yığılıb parıldayan çoxlu qızıl külçələrini müşahidə etdik. Səhabələrindən biri ərz etdi: Sənə fəda olum! Sizin bu qdər çoxluvar-dövlətiniz var, halbuki şiələriniz möhtacdırlar.

İmam buyurdu: Allah dünya və axirəti bizim şiələrimiz üçün cəm edib, behiştə daxil edəcək. Bizim düşmənlərimizi cəhənnəmə vasil edəcək.[96]

BİR QEYBİ XƏBƏR

İbrahim ibni Muhəzzəm deyir: Bir gecə İmam Sadiqin(ə) evindən çölə çıxıb, anamla birlikdə Mədinədə öz evimizə üola düşdük. Yolun ortasında mübahisə və qalmaqal etdik. Mən anamla acı və tünd sözlərlə söhbət etdim. O günün sabahı sübh namazını qılıb, İmamın (ə) hüzuruna yetişdim. O zaman buyurdu: Nə oldu ki, dünən gecə ananla sərtliklə rəftar etdin.

Bilmirsənmi onun qarnı sənin sükunət etdiyin mənzil, onun ətəyi sənin beşik yerin və onun sinələri bir qab idi ki, onlardan içirdin?

Ərz etdim: Bəli.

Həzrət buyurdu: Bundan sonra onunla belə rəftar etmə.[97]

MƏHDİNİN(Ə) DOSTLARININ MÜŞAHİDƏSİ

Əbu Bəsir deyir: İmam Sadiqin(ə) yanında idim, Xorasanlı bir kişi də orada hazır idi. O, mən başa düşmədiyim bir dildə danışırdı. Sonra bir şey dedi, mən onu başa düşdüm. Eşitdim ki, imam(ə) buyurur: Ayağını yerin üzündə tərpət. Birdən özümü bir yerdə gördüm ki, orada atlılalar başlarını atlarını yəhərinə söykəmişdilər.

İmam (ə) buyurdu: Bunlar Məhdinin(ə.c) səhabələrindəndir.

HEYVANLARIN DİLİNDƏN AGAH OLMASI

Salim deyir: Biz İmam Sadiqin(ə) evinin həyətində idik. Sərçələr cikkildəşirdilər. Həzrət buyurdu: Başa düşürsünüz nə deyirlər?

Ərz etdik: Sənə fəda olaq! Biz ki, onların dilini bilmirik ta dediklərini başa düşək.

Buyurdu: Deyirlər İlahi! Biz sənin məxluqatından biriyik və sənin rizqinə möhtacıq, bizi yedirdib, sirab et.[98]

KÖVSƏR HOVUZUNU GÖSTƏRMƏSİ

Abdullah ibni Sənan deyir: İmam Sadiqdən(ə) Kövsər hovuzu barəsində soruşdum.

İmam(ə) buyurdu: Böyük bir hovuzdur. Bəsrə və Səna arası qədər. Onu görmək istəyirsən? Ərz etdim: Bəli. Sənə fəda olum!

İmam(ə), mənim əlimi tutub Mədinədən xaric etdi. O zaman öz ayağını yerə vurdu. Birdən axar bir çayı gördüm ki, onun sahili mənim durduğum yerdən başqa görsənmirdi və o, bir adaya oxşayırdı. Mən və İmam (ə) durduğumuz halda gözüm bir çaya toxundu ki, onun bir tərəfində qardan daha ağ olan bir su axırdı. Onun başqa tərəfində qardan ağ olan bir süd axırdı, ortada yaqutdan yaxşı olan bir şərab[99] idi ki, indiyə qədər bu şərabdan gözəl bir şey görməmişdim ki süd və su arasında qərar tapsın.

Ərz etdim: Sənə fəda olum! Bu çayın mənbəyi haradır və hansı tərəfə axıb gedir.

İmam(ə) buyurdu: Allah-təalanın öz Quran kitabında zikr etdiyi bu bulaqlar cənnətdə olan çaylardır və bu çaydan su, süd və şərab bulaqları axır.

Çayın kənarında bir ağaclar gördüm ki, behişt huriləri özlərini onlardan asmışdılar. Onların bir hbrükləri var idi ki, o cür hörük indiyə qədər görməmişdim. Əllərində qablar var idi ki, onların gözəlliyində olan qab  dünyada müşahidə etməmişdim.

İmam(ə) onların birinin yanına yaxınlaşdı. İşarə etdi ki, ona su versinlər. Mən ona baxırdım. Çaydan su götürmək üçün əyildiyi halda ağacda onunla birlikdə suya tərəf əyildi. Qabı çaya salıb, su götürdü və ona verdi. O qədər dadlı idi ki, ömrümdə görməmişdim. Onun iyi müşk iyi idi. Qaba baxdığım zaman üç cür içməli rəng var idi.

Ərz etdim: Sənə qurban olum heç vaxt bu gün gördüyüm kimi şeylər görməmişdim!

İmam (ə)buyurdu: Bu ən az olan şeydir ki, allah öz şiələri üçün hazırlayıb. Mömin vəfat etdiyi zaman ruhu bu çaya gəlir, bu çayın ətrafında olan bağlarda dincəlir və onun şərabından içir. Düşmənimiz vəfat etdiyi zaman ruhu bərəhut vadisinə gedib həmişəlik əzabda qalır və oranın «Zəqqum»undan (cəhənnəmdə acı meyvəsi olan bir ağacın adıdır) ona yedizdirəcəklər və onun qaynar içkilərindən ona içirdiləcək. Bu yerdə Allaha pənah aparın.[100]

BİR QEYBİ XƏBƏR

Sədir Seyrəfi deyir: Allahın rəsulunu(s) yuxuda gördüm ki, onun qarşısında dəsmal ilə örtülmüş bir qab var. Ona yaxınlaşdım və salam verdim. Həzrət məni m cavabımı verdikdən sonra, dəsmalı qabın üzərindən götürdü. Gördüm onun içində təzə xurma var. Onu götürüb, yeməyə başladı. Ona yaxınlaşıb dedim: Ya Rəsuləllah, Mənə də xurma verin! Mənə bir dənə xurma verdi. Onu yeyib yenədə ərz etdim: Ya Rəsuləllah! Mənə yenə də xurma verin. O yenə də mənə xurma verdi. Onu da yedim. Yeyən kimi yenə də istəyirdim, ta ki, səkkiz dənə götürüb yedim. Təzədən yenədə istədim. Həzrət buyurdu: Kifayətdir.

Yuxudan durdum. O günün səhəri İmam Sadiqin(ə) hüzuruna yetişdim. Gördüm ki, onun qabağında üstü dəsmal ilə bağlı olan bir qab var. Yuxuda Rəsululahın yanında gördüyüm üstü bağlı xurma qabı kimi idi. İmamm(ə) salam verdim. O, mənim cavabımı verdi. O zaman qabın üstündən dəsmalı götürdü. Mən təəccübləndim və ərz etdim: Sənə qurban olum! Mənə də xurma verin. O da mənə xurma verdi və mən yeyib, təzədən xurma istədim. Götürüb mənə verdi. Onu yeyib, yenə də istədim, ta səkkizinci xurmaya yetişdi o zaman yenə də istədim.

İmam(ə) buyurdu: Əgər cəddim Rəsulullah sənə bundan çox versəydi, mən də verərdim. Həzrətin təbəssümü mənim yuxumdan xəbərdar olduğunu bildirirdi.[101]

BƏRZƏX ALƏMİNDƏN BİR CİLVƏ

Davud ibni Kəsir deyir: İmam Sadiqin(ə) evində idik. Peyğəmbərlərin fəzilətləri haqqında müxakirə edirdik. İmam(ə) bizim cavabımızda buyurdu: And olsun Allaha! Allah Mühəmməddən(s) üstün və fəzilətli bir peyğəmbər yaratmayıb, sonra üzüyünü çıxarıb, yerə qoydu və bir zikr dedi. Birdən yer Allahın qüdrəti ilə onun ortasında yaşıl rəngli bir gəmi var. Onun üstündə yazılmışdı. (La ilahə illillah, Mühəmməd rəsulullah, Əli əmirəl-möminin və bəşşir əl-Qaim...![102]) Qaimə(ə) müjdə ver ki, o düşmənləri ilə döyüşəcək, möminlərin fəryadına yetişəcək və Allah ona çoxlu mələk ilə kbmək edəcək.[103]

KORUN ŞƏFASI

Əbu Bəsir ki, kor idi deyir: İmam Sadiqin(ə) dalınca gedirdim ta onun qolunu tutum.

İmam(ə) buyurdu: Məni görmək istəyirsən?

Ərz etdim: Bəli. Sənə fəda olum! O zaman həzrət əlini gözümə sürtdü. Birdən gözlərim onun vücudunu görməyə başladı. Sonra mənə buyurdu: Əgər camaatın söz-söhbəti olamsaydı, səni bu halda buraxardım. Amma bu cür eləməyim düz deyil. Sonra əlini gözümə sürtdü və əvvəlki kor halıma qayıtdım.[104]

DOQQUZUNCU FƏSİL

İmam Kazimin(ə) möcüzələri

ODU SOYUQ ETMƏK

İmam sadiq(ə) şəhadətə yetişdiyi zaman Musa ibni Cəfərə(ə) vəsiyyət etdi ki, ondan sonra imamət[105] məqamını öhdəsinə götürsün. Amma onun qardaşı Abdullah Əftəh ki, yaşı çox idi, imamət iddiasını etdi.

İmam kazim(ə) göstəriş verdi ki, çoxlu odunu onun evinin ortasında yığsınlar. O zaman qardaşı Abdullahı yanına çağırmaq üçün adam göndərdi.

Abdullah gəlib həzrətin yanında oturdu. Şiənin bəzi böyük şəxsiyyətlərindən də orada hazır idilər. İmam(ə) göstəriş verdi ki, odunları yandırsınlar. Bütün odunları yandırdılar. Böyük bir od qalandı. Camaat bilmirdi İmam Kazimin(ə) bu işdən hədəfi nədir. Odunlar yanıb köz olduğu zaman İmam(ə) odun içinə girib oturdu və bir saat odun içindən camaatla söhbət etdi. O zaman durub camaata qoşuldu və qardaşı Abdullaha dedi: Əgər güman edirsənsə, atandan sonra imamsan, bu odun içində otur.

Orada hazır olanlar deyirlər: Gördük ki, Abdüllahın rəngi dəyişdi və əbası yerə sürtülən halda İmam Kazimin(ə) evindən xaric oldu.[106]

BEŞİKDƏ SÖHBƏT

Yəqub Sərrac deyir: İmam Sadiqin(ə) yanına daxil oldum, beşikdə olan oğlu Musa ibni Cəfərin(ə)  başının üstündə durmuşdu. Çoxlu müddət onunla danışdı, o zaman mənə buyurdu: Mövlanın yanına gəl!

Onun yanına gedib salam verdim. O da fəsih dil ilə mənim cavabımı verib dedi:

Get qızına qoyduğun adı dəyiş. Çünki Allahın xoşlamadığı bir addır.

Yəqub deyir: Bir qızım olmuşdu. Onun adını Humeyra qoymuşdum.

İmam Sadiq(ə) buyurdu: Onun əmrini qəbul et. O zaman hidayət olarsan. Məndə qızımın adını dəyişdirdim.[107]

BAŞQALARININ ÖMRÜNÜN AXIRINDAN XƏBƏR VERMƏK



Geri   İrəli
Go to TOP