A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: 14 Məsumdan möcüzələr
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı: 109
Çap növbəsi: 3000
Tirajı:
Geri   İrəli


Fatimə(s.ə) namaz qılırdı. Bu zamanda beşikdə olan körpə uşaq ağlamağa başladı. Birdən beşiyin hərəkətə gəlib, yellənməsi müşahidə olundu. Beşiyi yelləyən bir mələk idi.[36]

MİSİLSİZ YEMƏK

Bir gün İmam Əli(ə), Fatiməyə(s.ə) dedi: yemək üçün evdə bir şey varmı? Fatimə(s.ə) cavab verdi: Xeyr! Əli(ə) evdən çıxıb, evə lazım olan şeyləri almaq üçün 1 dinar borc etdi. Miqdadı gördü ki, çalışır, ailəsi isə evdə acdır. Borc aldığı 1 dinarı miqdada verib məscidə getdi. Günorta və ikikndi namazını Peyğəmbər(s) ilə qıldı. Namazdan sonra Peyğəmbər(s) Əlinin(ə) əlini tutub, Fatiməyə(s.ə) tərəf hərəkət etdilər. Xanım namaz və ibadətlə məşğul idi. Onun arxa tərəfində böyük bir qazanın içində yemək qaynayırdı.

Fatimə(s.ə) atasının səsini eşidib, onun qabağına çıxıb salam verdi. Peyğəmbərin(s) yanında ən əziz şəxsiyyət, Fatimə(s.ə) idi. Peyğəmbərdə(s) onun salamının cavabını verib, əlini onun başına çəkib dedi: Bizim üçün yemək gətir. Fatimə(s.ə) yemək qabını onların qabağına qoydu. Peyğəmbər(s) sual etdi: Fatimə bu yeməyi haradan gətirmisən? Mən belə rəng və iydə yemək görməmişəm. Bundan pak yemək yeməmişəm.

Əli(ə) deyir: Peyğəmbər(s) əlini mənim çiynimə qoyub, buyurdu: Bu yemək Miqdada verdiyin 1 dinarın əvəzidir. Allah-Təala hər kim istəsə, hesabsız ruzi verir.[37]

FATİMƏNİN(S.Ə) NURU

Əban ibni Təğlib deyir: İmam Sadiqdən(ə) soruşdum: Yəbnə Rəsulillah! Niyə Zəhra(s.ə), Zəhra adlandırılıb?

İmam(ə) buyurdu: Çünki gün ərzində Əli(ə) üçün üç dəfə nur saçır və parıldayırdı.

Zəhranın(s.ə) sifətinin nuru, sübh namazı vaxtı parlayır, işıq saçırdı. Bu zaman camaat öz yatağında yuxuda idilər. Bu nurun şüası Mədinə evlərinə yetişir və onları işıqlandırırdı. Camaat təəccüb edir, Peyğəmbərin(s)  hüzuruna gəlib, gördükləri nur barəsində sual edirdilər. Peyğəmbər(s) onları Fatimənin(s) evinə göndərərdi. Onlar gəlib, Fatiməni namaz mehrabında görürdülər. Başa düşürdülər ki, nur onun mübarək çöhrəsindən qalxır və müşahidə etdikləri nur, Fatimənin(s.ə) nurudur. Bu nurun ətrafa yayılması, günorta və axşam vaxtında da baş verirdi.[38]

MƏLƏK İLƏ DANIŞMASI

İmam Sadiq(ə) buyurmuşdur: Fatimənin(s.ə) «mühəddisə» adlanmasının səbəbi, mələklərin asimandan gəlib İmranın qızı Məryəmə nida etdikləri kimi ona da nida edib, onunla söhbət etməsidir.

Mələklər nida edib, deyirdilər: Ey Fatimə! Allah-təala, səni seçib, pak etmişdir. Səni dünya qadınlarının içindən seçib, səni onların xanımı qərar vermişdir. Ey Fatimə! Allaha  itaət, səcdə və ruku et! ***

Sonra Fatimə(s.ə) mələklərlə söhbət edir. Həmçinin onlar da  Fatimə(s.ə) ilə söhbət edirdilər.[39]

DÖRDÜNCÜ FƏSİL

İmam Həsənnin(ə) möcüzələri

QURUMUŞ AĞACIN YAŞILLAŞMASI

İmamHəsən(ə) Ömrə[40] səfərinə gedirdi. Onun tərəfdarlarından biri, Zübeyrin övladlarından idi ki, onunla birgə səfər edirdi. Su saxlanılan bir məntəqədə istirahət üçün susuzluqdan qurumuş bir xurma ağacının altında əyləşdilər. Bir ağacın altında İmam Həsən(ə) üçün başqa bir ağacın altında isə İmamın şiəsi üçün yer düzəltdilər. İmam Həsənin(ə) şiəsi başını qaldırıb dedi: Əgər bu ağacın xurması olsaydı, yeyərdik. İmam Həsən(ə) ona buyurdu: Xurma istəyirsən?

Cavab verdi: Bəli!

İmam Həsən(ə) əlini [41]göyə qaldırıb dua etdi. Nə dediyini başa düşə bilmədim. Duadan sonra ağac yam-yaşıl oldu. Yarpaq və xurma gətirdi. Ağaca çıxıb bütün xurmaları dərdilər. Xurma onlar üçün kifayət etdi.

İKİ QEYBİ[42] XƏBƏR

İllərin birində İmam Həsən(ə) Məkkəyə piyada gedirdi. Onun ayaqları şişmişdi. Həzrətin(ə) nökərlərindən biri dedi: Əgər dəvəyə minsən, bu şişlər sağalar. Həzrət(ə) qəbul etməyib buyurdu: Yolun ortasındakı mənzildə[43] istirahət etmək üçün dayanan zaman sənin yanına zənci bir kişi gələcək. Onun yanında dərman var. Onu alarsan. Nökər dedi: atam, anam sənə fəda olsun! Qarşımızda bir mənzil yoxdur ki, orada bir kəs olsun və bu dərmanı satsın.

İmam(ə) buyurdu: Bir az irəli gedək, onu görəcəksən. İki kilometr yol getdikdən sonra, həmin zənci kişi müşahidə olundu. İmam Həsən(ə) öz nökərinə buyurdu: O kişinin yanına get, bu dərmanı ondan al və pulunu ver. Alış-veriş qurtarandan sonra, zənci kişi dedi: Bu dərmanı kim üçün istəyirsən?

Nökər cavab verdi: Həsən(ə) ibni Əli(ə) üçün. Zənci kişi dedi: Məni onun yanına apar. Hər ikisi yola düşdülər. Həzrətin hüzuruna çatdıqdan sonra, zənci kişi dedi: Atam anam sənə fəda olsun! Mən bilmirdim sizin bu dərmana ehtiyacınız var. İcazə versəniz onun pulunu almazdım. Çünki mən sizin dostunuz və şiənizəm. Siz dua edin Allah-təala mənə siz Əhli-Beyti sevən sağlam bir oğlan bağışlasın. Çünki mən həyat yoldaşımın yanından gələndə o, uşaq dünyaya gətirmək istəyirdi. İmam Həsən(ə) buyurdu: Öz evinə get. Allah-təala sənə sağlam bir oğlan bağışlamışdır ki, bizim şiələrdəndir.[44]

UŞAQLIQ ÇAĞLARINDA SÖHBƏT ETMƏSİ

Əbu Süfyan Əlinin(ə) yanına gəlib dedi: Ey Əbəl Həsən![45] Bir hacətin qəbul olması üçün sənin yanına gəlmişəm.

İmam Əli(ə) buyurdu: hacətin nədir? Əbu Süfyan dedi: Gəl birlikdə əmin oğlu Mühəmmədin(s) yanına gedib ondan istəyək ki, bizimlə Əhd-peyman bağlasın və onu yazsın.

İmam Əli(ə) buyurdu: Ey Əbu Süfyan! Allahın peyğəmbəri sizinlə elə bir peyman bağlayıb ki, heç vaxt onu pozmayacaq. Bu anda Fatimə(s.ə) pərdənin arxasında oturmuşdu və Həsən(ə) dörd aylıq uşaq idi. Körpə uşaq Xanımın önündə beşikdə idi. Əbu-Süfyan Fatiməyə(s.ə) xitab edib dedi: Ey Mühəmmədin qızı! Bu uşağa de bizim üçün babası ilə söhbət etsin və ərəb-əcəm[46] onun söhbətindən faydalansın.

Bu zamanda Həsən(ə) Əbu Süfyana üz çevirdi. Bir əlini Əbu Süfyanın burnuna, o biri əlini isə onun saqqalına sürtdü. O Allahın izni ilə dilə gəlib, dedi: Ey Əbu Süfyan! «La ilahə illəllah Muhəmmədun Rəsulullah» de! Sənin üçün babam ilə danışım və sizi şəfaət edim.

İmam Əli(ə) dedi: Şükr olsun Allaha! Mühəmmədin(s) nəslindən, Yəhya ibni Zəkəriyya(ə) peyğəmbər kimi bir şəxs qərar verdi ki, Allah-təala onun barəsində buyurmuşdur: «Biz ona uşaqlıqda Peyğəmbərlik verdik.»[47]

AĞACLARIN SAYINI TƏXMİN İLƏ DEMƏK[48]

İmam Həsən(ə) və Müaviyə bir-biri ilə sülh etmiş xurma bağlarında oturmuşdular. Müaviyə dedi: Ey Həsən(ə) ibni Əli(ə)!  Mənə xəbər çatıbdır ki, Peyğəmbər(s) xurma ağaclarının sayını zənn edirdi. (Yəni təxmin ilə deyirdi) sizin bu barədə məlumatınız vardırmı?

Sizin tərəfdarlarınız belə təsəvvür edirlər ki, sizə yerin və göyün elmindən bir şey gizli deyil.

İmam Həsən(ə) buyurdu: «Peyğəmbər(s) əşyanın çəkisini təxmin ilə deyirdi. Mən onların ədədini təxmin ilə deyirəm.

Müaviyə dedi: bu xurma bağında neçə xurma var?

İmam Həsən(ə) buyurdu: 4 min ədəd. Müaviyə göstəriş verdi ki, xurma ağaclarınqın xurmalarını saysınlar. Sayandan sonra başa düşdülər ki, ağacın kal xurmalarının sayı 4004 ədəddir.[49]

ÖZ ÖLÜMÜNÜN KEYFİYYƏTİNDƏN XƏBƏR VERMƏK

İmam Həsən(ə) öz ailəsinə xəbər verdi: Mən Peyğəmbər(s) kimi zəhərlənib, Haqq-təalanın görüşünə gedəcəm. Onun Əhli-Beyti dedi: Səni kim zəhərləyəcək?

Buyurdu: Həyat yoldaşım Cədə.

Dedilər: Onu öz evindən qov. Allah ona lənət etsin!

İmam Həsən(ə) buyurdu: Onu evdən necə qovum, halbuki mənim arzum (yəni, şəhid olmaq) onun əlindədir. Mənim çıxış yolum yoxdur. Əgər onu qovsam, başqa bir kəs məni öldürməyəcək. Bu İlahinin mütləq baş verəcək qəzasıdır.[50]

Bir neçə gün keçməmişdi ki, müaviyə bir şəxsi Həzrəti(ə) zəhərləmək üçün hazırlanan zəhər ilə birlikdə Cədənin yanına göndərdi ki, Həzrəti Həsəni(ə) zəhərləsin. İmam(ə) arvadından süd istəyən zaman, O, südü Müaviyə göndərən zəhər ilə qatışdırıb, İmam Həsənə(ə) verdi. Bununla da İmamı(ə) zəhərlədi. İmam Həsən(ə) buyurdu: Ey Allahın düşməni! Məni öldürdün? Allah səni öldürsün. And olsun Allaha! Məndən sonra bir kəsə çatmayacaqsan. Allahın düşmənindən heç bir xeyir görməyəcəksən.

Həzrət(ə) buyurduğu kimi, İmamın şəhadətindən sonra, Cədə heç bir xeyir görmədi.[51]

ƏLİNİ(Ə) CAMAATA GÖSTİ

Camaatın bir qrupu İmam Həsənin(ə) hüzuruna gəlib dedilər; Atan göstərən möcüzə və kəramətlərdən bizim üçün göstər.

İmam(ə) buyurdu: Bu möcüzə ilə iman gətirəcəksiniz?

Dedilər: And olsun Allaha! İman gətirəcəyik. İmam Həsən(ə) pərdənin bir hissəsini yuxarı qaldırdı. Əlini(ə) oturduğu halda müşahidə etdilər.[52]

İmam(ə) bu zaman buyurdu: Onu tanıyırsınızmı? Hamısı birlikdə dedilər:

Bu Əmirəl-möminindir. Biz şəhadət veririk ki, həqiqətən sən Allahın vəlisi və canişinisən. İmam Əlidən(ə) sonra imamsan.[53]

QEYBDƏN XƏBƏR

İmam Həsən(ə) əyləqmişdi. Bir şəxs onun xidmətinə gəlib dedi: Ey Peyğəmbərin oğlu! Sənin evin od tutub. İmam(ə) cavab verdi: Od tutmayıb.

Bir az sonra başqa bir şəxs gəlib dedi: Yəbnə Rəsulillah! Sizin qonşunuzun evi od tutub və biz də şəkk etdik ki, sizin eviniz də od tutub yanır. Amma Allah-təala onu atəşdən qorudu.[54]

DOĞULDUĞU GÜN, QUR’AN OXUMASI

Xanım Zəhra(s.ə) 11 yaşında olanda, İmam Həsən(ə) dünyaya göz açdı. O doğulduğu zaman hər bir çirkinlikdən ki, başqa uşaqlarda olur, pak idi. O doğulduğu zaman Allaha təsbih deyirdi. La ilahə illəllah deyir. Qur’an oxuyurdu. Cəbrail(ə)-da şirin sözlərlə onunla söhbət edirdi.[55]

İNƏYİN QARNINDA OLAN BALANIN XÜSUSİYYƏTLƏRİNİ VƏSF ETMƏSİ

İbni Abbas deyir: İmam Həsənin(ə) yanından bir inək keçdi. Həzrət(ə) buyurdu: Bu inəyin qarnında dişi bir buzov var. Buzovun alnı və quyruğunun ucu ağdır. Qəssabın yanına gedib. O inəyi kəsdik. Onun qarnındakı buzov İmam Həsənin(ə) buyurduğu xüsusiyyətlərdə idi. Həzrəti Həsənə(ə) dedik: Allah buyurmamışdır ki, «Allah-təala bətnində (rəhmdə) olanlara agahdır.» Bəs siz necə agah olursunuz?

İmam(ə) buyurdu: Gizli və qeybi elmi Mühəmməd(s) və onun Əhli-Beytindən[56] başqa heç kəs bilmir.[57]

BEŞİNCİ FƏSİL

İmam Hüseynin(ə) möcüzələri

ÖLÜNÜ DİRİLTMƏSİ

Ravi[58] deyir: İmam Hüseynin(ə) yanında oturmuşduq. Bu zaman bir cavan ağlaya-ağlaya daxil oldu. İmam(ə) ona buyurdu: Niyə ağlayırsan? O, cavab verdi: Anam indicə vəfat etdi və vəsiyyət də etməmişdir. O, bir çox mal-dövləti barəsində heç bir iş görməyim.

İmam Hüseyn(ə) buyurdu: Qalxın ayağa o qadının evinə gedək! Hamı İmam Hüseyn(ə) ilə birlikdə o qadın vəfat edən evə çatdıq.

İmam Hüseyn(ə) evə daxil olub, dua etdi ki, Allah-təala o qadını, istədiyi şeyləri vəsiyyət etmək üçün diriltsin. Allah-təala Həzrət Hüseynin(ə) duasına görə onu diriltdi. Elə halda ki, o, oturub «kəlmeyi-şəhadət» deyirdi. Bu zaman İmam Hüseynə(ə) baxıb dedi: Daxil ol! Ey Mənim ağam! Mənə fərman ver.

İmam(ə) daxil olub, oturduqdan sonra, o qadına buyurdu: Vəsiyyət et! Allah  sənə rəhmət etsin!

Qadın dedi: Ey Peyğəmbərin nəvəsi! Filan qədər mal, bu məkanlarda varımdır. O malların üçdə birini sizin üçün qərar vermişəm.

Məsləhət gördüyünüz yerlərə və dostlarınıza xərc edin. Üçdə ikisini isə bu oğlum üçün ayırmışam. Əgər səni dostlarından olsa, bu mallardan istifadə etməyə haqqı var. Yox əgər sənin düşmənin və müxalifindirsə, bu mallardan istifadə etməyə haqqı yoxdur.

Sonra İmamdan(ə) onun üçün namaz qılmağı və işlərinə nəzarət etməyi istədi. Yenidən əvvəlki halına qayıtdı.[59]

PEYĞƏMBƏR(S) VƏ ƏLİNİ(Ə) CAMAATA GÖSTƏRMƏSİ

Əsbəğ ibni Nəbatə deyir: İmam Hüseynə(ə) dedim: Mənim ağam! Səndən bir şey istəyirəm ki, ona yəqinim var və İlahi sirrlərdəndir ki, ona agahsınız.

İmam(ə) buyurdu: Ey Əsbəğ! Peyğəmbərin(s) Əbu Bəkrlə Quba məscidindəki söhbətini eşitmək istəyirsən?

Dedim: Bəli. Onu istəyirdim İmam Hüseyn(ə) buyurdu: Qalx! Biz Kufədə idik. Birdən bir göz qırpımında Quba məscidində olduq.

İmam Hüseyn(ə) təbəssüm edib buyurdu: Ey Əsbəğ, ğir ay Sübh və bir ay gecə vaxtının küləyi Süleyman ibni Davudun(ə) ixtiyarında idi.

Amma küləyin ixtiyarı mənə Süleymandan(ə) da çox verilmişdir.

Dedim: And olsun Allaha! Doğru deyirsən Peyğəmbərin balası.

Bu zaman da buyurdu: Biz Qur’ana elmi olan kəslərik. Bizim yanımızda olanlar, heç kimin yanında yoxdur. Çünki biz Allahın sirr saxlayanıyıq. Yenidən Həzrət(ə) təbəssüm edib buyurdu: Biz Allahın sülaləsi və Peyğəmbərin(s) vərəsələriyik.[60]  Allaha bu nemətinə görə şükr edirik.

Sonra mənə buyurdu: Daxil ol. Daxil olub gördüm ki, Peyğəmbər(s) mehrabda[61] özünü əbasına bükmüşdür. Barmaqlarını dişinin altında sıxır və özündən sonra xəlifəlik barəsində Əbu Bəkr ilə söhbət edirdi.

Həmçinin Əli(ə) də orada idi.[62]

ÖZ QATİLLƏRİ BARƏSİNDƏ XƏBƏR VERMƏK

Hüzeyfə deyir: Eşitdim ki, imam Hüseyn(ə) buyurur: And olsun Allaha! Bəni-Üməyyənin qəddar və itaətsiz şəxsləri məni qətlə yetirmək üçün bir yerə toplanacaqlar.

Onların hamısının önündə Ömər Sə’d olacaqdır. İmam Hüseyn(ə) bu xəbəri, Həzrəti-Peyğəmbər(s) sağ olan zaman buyurmuşdur.

Dedim: Bu xəbəri sizə Peyğəmbər(s) vermişdirmi?

Buyurdu: Xeyr.

Peyğəmbərin(s) yanına gedib, Hüseynin(ə) xəbərini ona çatdırdım.

Peyğəmbər(s) buyurdu: Mənim elmim onun elmi, onun elmi mənim elmimdir. Çünki, biz varlıq yaranmamışdan qabaq onların həqiqətinə və sirrlərinə agah idik.[63]

İMAMLIĞIN HEYBƏTİ

Bir neçə nəfər imam Hümeynin(ə) hüzuruna gəlib dedilər: Bizi öz fəzilətinə agah et. İmam(ə) buyurdu: Sizin bizim fəzilətləri eşitməyə dözümünüz yoxdur. Bir neçə nəfəriniz burada  qalsın bəziləriniz getsin. Fəzilətlərimi burada qalanlara deyəcəyəm. Əgər onların fəzilətimi eşitməyə dözümləri olsa, o zaman sizin hamınıza deyəcəyəm.

Onlar Həzrətin yanından uzaqlaşdılar. Bu zaman imam Hüseyn(ə) özünün imamlıq heybəti ilə, onların biri ilə söhbət etdi və fəzilətlərini söylədi. Nəhayət, O, şəxs heyran qaldı. Onlar İmamın(ə) yanından qayıtdılar.[64]

DUASININ DƏRHAL QƏBUL OLMASI

Ravi deyir: Aşura günündə, Kərbala hadisəsinə və İmam Hüseynin(ə) başına gələnlərə şahid idim. Əbdullah ibni Cüveyrə adlı bir kişi, Həzrət Hüseynin(ə) yanına gəlib dedi: Ey Hüseyn! İmam(ə) cavab verdi: Nə istəyirsən?

Dedi: Sənə atəşi gözaydınlığı verirəm. (Yəni cəhənnəmə gedəcəksən.)

İmam Hüseyn(ə) buyurdu: Belə deyil. Mən bağışlayan və şəfaət edən Allah-təalanın yanına gedəcəyəm. Xeyr içində, yaxşılığa doğru hərəkət edirəm. Sən kimsən?

Cavab verdi: Mən ibni Cüveyrəyəm.

İmam(ə) onu əlini tutub, yuxarı qaldırıb dedi: İlahi bunu cəhənnəmə göndər.

İbni Cüveyrə qəzəblənib, İmama(ə) hücum etdi. Amma hücum edən zaman onun atı yerə yıxıldı və İbni Cüveyrənin ayağı üzəngiyə ilişib, başı yerə dəydi. At onu yer üzərində sürüyür. Onun başını daşa və ağaca vururdu. Onun ayağını parçaladı və bədəninin bir hissəsi üzəngidə olan halda cəhənnəmə vasil oldu.[65]

CƏBRAİLİN(Ə) İMAM HÜSEYNİN(Ə) BEŞİYİNİN BAŞINDA HAZIR OLMASI

Günlərin birində Cəbrail(ə) yerə nazil oldu. Bu zamanda Fatimə(s.ə) yatmışdı və İmam Hüseyn(ə) beşikdə ağlayırdı. Cəbrail(ə) onunla şirin söhbət etməyə başlayıb ona salam verdi. Nəhayət Fatimə(s.ə) yuxudan ayıldı. Bir şəxsin oğlu Hüseyn(ə) ilə danışıb, onu sakitləşdirməsini eşitdi.

Fatimə(s.ə) baxdı. Amma bir kəsi görmədi. Bu xəbəri Peyğəmbərə(s) çatdırdı. Peyğəmbər(s) buyurdu: O Cəbrail(ə) idi.[66]

İMAM HÜSEYNİN(Ə) KƏSİLMİŞ MÜBARƏK BAŞININ NURU

İbn Ziyadın qoşunu İmam Hüseynin(ə) və onun dostlarının kəsilmiş başlarını, Yezid üçün aparan zaman, yolun kənarında bir rahibin ibadətgahında (monastır) oturaq saldılar. İmam Hüseynin(ə) mübarək başını bir sandığa qoydular.

Gecə yarısı idi. Rahib bir səs eşitdi. Qulaq asdıqda, Allaha zikr və təsbih deyilməsini eşitdi. Ayağa qalxıb, başını monastrdan bayıra çıxartdı. Divarın yanında bir sandığı müşahidə etdi. Gördü ki, sandıqdan böyük bir nur asimana tərəf qalxır və mələklər dəstə-dəstə aşabı enib, deyirlər. Salam olsun sənə ey Peyğəmbərin oğlu!  Salam olsun sənə ey Əba Əbdillah![67]

Allahın salamı sənə olsun. ***

Məsihi rahib bunları müşahidə edib təəccübləndi. Nalə etməyə başladı. Sübh açılandan sonra ibadət etdiyi yerdən çıxıb, qoşunun içərisinə gəlib soruşdu:

Bu qoşunun sərkərdəsi kimdir?

Cavab verdilər: Xulidir. Xulinin yanına gəlib soruşdu: Bu sandıqdakı nədir?

Cavab verdi: Hüseyn(ə) ibni Əliyyibni Əbi Talibin(ə) başıdır.[68]

İMAM HÜSEYNİN(Ə) QƏBRİNİN TORPAĞININ MÖCÜZƏSİ

Həzrəti-Ayətullahul-üzma Ərakinin həyat yoldaşı vəfat etmişdi. Alimlərdən bir neçəsi yazıçı da olmaqla yanaşı, Ayətullahul-Üzma Bəhaüddini ilə birlikdə Ayətullah Ərakiyə baş sağlığı vermək üçün onun xidmətinə getdik. Bu böyük alim müsibət görməsinə baxmayaraq, çox şad və xüsusi bir mənəvi halda idi. Ağlamaq halında İmam Hüseyndən(ə) hadisə və məsələlər bəyan edirdi. O cümlədən: Bir dəfə atam Hüseynin(ə) qəbrini ziyarət etməyə getdi. Atam orada olanda İmamın qəbrini torpağından götürüb özü ilə gətirmişdi. Çünki müxtəlif rəvayətlərdə gəlmişdir ki, bu torpaq hər dərdə şəfa verəndir. Atam bu torpağı saxlayırdı. Hər kəsin bir xəstəliyi olanda ona müraciət edirdi. O, bir mərci miqdarında torpaqdan ona verirdi. Torpağı istifadə etdikdən sonra şəfa tapırdılar.[69]

ALTINCI FƏSİL

İmam Zeynul Abidinin(ə) möcüzələri

ŞİRLƏRİN MƏMURİYYƏTİ

Həcc səfərlərinin birində İmam Səccad(ə) həcc əməllərini yerinə yetirmək üçün Mədinədən Məkkə şəhərinə tərəf hərəkət edirdi. İki şəhər arasında yerləşən bir çölə yetişdi. O çöldə bir oğru camaatın yolunu kəsirdi. İmamı gördükdə ona dedi: Düş aşağı!

İmam(ə) buyurdu: Məndən nə istəyirsən?

İstəyirəm səni öldürəm və nəyin varsa onları qarət  edəm.

İmam(ə): Mənim nəyim varsa səninlə öz aramda bölərəm və sənə verdiklərim şeyi sənin üçün halal edərəm.

Yol kəsən oğru dedi: Mən bu bölüşə razı deyiləm.

İmam(ə): İstədiyin heyi götür və ehtiyacım qədər mənədə saxla. Amma oğru bu təkliflə də razılaşmadı.

İmam(ə) ona buyurdu: Pərvərdigarın haradadır?

-Mənim pərvərdigarım yuxudadır. Bu zaman iki şir çöldən gəlib onu parçalayıb həlak etdilər. İmam(ə) ona buyurdu: Belə güman etmişdinki pərvərdigarın yuxudadır. Bu zaman iki şir çöldən gəlib onu parçalayıb həlak etdilər. İmam(ə) ona buyurdu: Belə güman etmişdinki pərvərdigarın yuxudadır və səndən xəbərsizdir.[70]

BÜTÜN VARLIĞIN İMAMLA BİRLİKDƏ DUASI

Səid ibni Musib deyir: İmam(ə) Məkkədən çıxmamış camaat çıxmırdılar. İmam Səccad(ə) ordan çıxdıqdan sonra, camaat da onunla birlikdə çıxdılar. O vaxt məndə İmamla birlikdə gəlirdim. Məntəqələrin birində yolun ortasında dayandı və iki rükət namaz qıldı. Allahı səcdə halında zikr edən zaman, onunla birlikdə zikr etməyən heç bir ağac və daş qalmamışdır. Mən bu hadisəni müşahidə etdikdə qorxdum.

İmam başını qaldırıb mənə dedi: Ey Səid! Qorxdunmu?

Cavab verdim: Bəli yəbnə Rəsulillah!

İmam buyurdu: Bu əzəmətli təsbihdir.[71]

QEYBDƏN BİR XƏBƏR

Tarixin böyük cinayətkarlarından biri olan Həccac ibni Yusif, Bəni-Üməyyə xəlifələrindən olan Əbdül Məlik Mərvana belə yazdı: Əgər istəyirsənsə sənin hökumətin sabit qalsın, Əli ibni Hüseyni(ə) öldür.

Əbdül Məlik Həccaca bir məktub yazdı ki, o məktubda belə yazılmışdır:

«Mənim əlimi Bəni Haşimin qanına bulama və özündə bu işdən çəkin. Ali Əbu Süfyan Bəni Haşimin qanını tökdü, amma çox çəkmədi ki, Allah onların səltənətini nabud etdi. Bu məktubu gizlincə ona göndərdi.

Əbdül Məlik bu məktubu Həccaca yazan vaxt İmam Səccad(ə) da həmin vaxt Əbdül Məlikə yazdı. O məktubda belə yazılmışdı: «Bəni Haşimin qanını hifz etmək barəsində yazdığından agah oldum. Allah sənə əcir versin... və məktubu Əbdul Məlik, Həccaca məktub göndərdiyi zaman öz qulamı ilə Əbdül Məlikə göndərdi. Qulam, Əbdül məlikin yanına gəlib gəlib, məktubu ona verdi. Əbdul Məlik məktubun tarixinə baxdı və gördü ki, bu məktub onun Həccaca yazdığı məktubla bir tarixdə yazılıb. Belə olduqda İmam Səccadın(ə) həqqaniyyətinə yəqin etdi və xoşhal oldu.

Sonra İmam(ə) üçün çoxlu miqdarda dinar göndərdi və ondan özünün, ailəsinin və qulamının bütün ehtiyaxlarını ona deməsini istədi.[72]

HƏCƏRÜL-ƏSVƏD İLƏ SÖHBƏT

İmam Hüseyn(ə) şəhadətə yetişəndən sonra, Mühəmməd Hənəfiyyə bir şəxsi imam Səccadın(ə) yanına göndərdi ki, onunla xüsusi görüş təyin etsin. İmam(ə) onun bu istəyinə müsbət cavab verdi və bir-biri ilə söhbət etməyə başladılar. Mühəmməd Hənəfiyyə dedi: Ey qardaşım oğlu! Sən yaxşı bilirsən ki, Allahın peyğəmbəri imamət və xəlifəliyi özündən sonra Əmirəl-möminin Əliyə(ə) sonra İmam Həsənə(ə) tapşırıb. Atanız da vəsiyyət etməmiş öldürüldü.

Mən sənin əminəm Atanla bir kökdənəm və Əlinin(ə) övladıyam. Səndən yaşlı olduğum üçün imamlığa da ləyaqətim səndən çoxdur. Buna görə imam və vəsi olmaq məsələsində mənimlə qalmaqal etmə.

İmam səccad(ə) buyurdu: Ey Əmi!  Allahdan çəkin və həqqin olmayan bir şeyi iddia etmə. Mən səni moizə edirəm ki, cahil kəslərdən olmayasan. Ey Əmi! Atam(ə) İraqa getməmişdən qabaq əhd bağlamışdıq. Bu silah Allahın rəsulunun(s) silahıdır ki, mənim əlimdədir. Buna görə imamlıq məsələsinə dəxalət etmə, yoxsa pərişan olarsan və  ömrün qısa olar. Allah imamlıq və vəsilik işini İmam Hüseyn(ə) nəslində qərar veribdir. Əgər bu həqiqətə agah olmaq istəyirsənsə, gəl birlikdə Həcərül-Əsvədin yanına gedək və ondan istəyək ki, bu həqiqəti bizə aşkar etsin.

Hər ikisi yola düşdülər. Nəhayət, Həcərül-Əsvədə yetişdilər. O zaman İmam Səccad(ə) Mühəmməd Hənəfiyyəyə buyurdu: Əvvəlsən Allah dərgahına üz tut və ondan istə ki, Həcərül-Əsvədi sənin üçün dilə gətirsin. Sonra ondan istə sənin imamlığına şəhadət versin.

Mühəmməd Hənəfiyyə nalə çəkərək dua edib Allaha yalvardı və Həcərül-Əsvəddən istədiyi onun imamlığına şəhadət versin. Amma heç bir cavab eşitmədi.

İmam Səccad(ə) buyurdu: Ey Əmi! Əgər sən doğrudan vəsi və imam olsaydın o sənə cavab verərdi.

Mühəmməd Hənəfiyyə dedi: Qardaşım oğlu sən dua et və Allahdan istə ki, həqiqət məlum olsun.

Əli ibni Hüseyn(ə) istədiyi kimi Allah ilə münacat etdi. Sonra Həcərül-Əsvədə xitab edərək belə dedi: Səndən peyğəmbərlərin, övliyaların və bütün insanların əhdini səndə yerləşdirən Allaha xatir istəyirəm ki, İmam Hüseyndən(ə) sonrakı imamın kim olduğunu bizə xəbər verəsən. Həcərül-Əsvəd yerində tərpəndi. Beləki az qalmışdı yerindən qopsun. O zaman Allah-təala onu dilə gətirdi və o, fəsih ərəb dilində dedi: And olsun Allaha! Doğrudanda imamlıq Hüseyn ibni Əlidən(ə) sonra, Əli ibni Hüseyn ibni Əli ibni Əbitalibə və peyğəmbərin qızı Fatimənin oğluna yetişib.

İş bu yerə yetişndə Mühəmməd Hənəfiyyə tutduğu yolundan qayıtdı və Əli ibni Hüseynin(ə) ardıcıllarından oldu.[73]

ÖLÜNÜ DİLƏ GƏTİRMƏK

Günlərin birində İmam Səccad(ə) buyurdu: Qəflətən ölmək mömin üçün rahatlıqdır. Amma kafir üçün təəssüf və narahatlıqdır. Mömin ona qüsul verən və tabutda aparan şəxsi tanıyır. Əgər onun əməlləri yaxşı və Allah yanında onun üçün xeyir olsa, onu dəfn edənlərə and verər ki, onu torpağa tapşırmaqda tələssinlər. Əgər pis əməllərinə xatir onun üçün xeyir olmasa, and verər ki, dəfn işində səhlənkarlıq etsinlər. İmam bu mətləbi bəyan etdikdə Zümrətibni Səmürə ki, bədxah adamlardan biri idi. Dedi: Əgər onun başına belə bir müsibət gələcəksə, onda tabutdan çıxsın bayıra gülsün və başqalarını güldürsün.

İmam(ə) dedi: Ey mənim rəbbim! Zümərət ibni Səmürə peyğəmbərin hədisinə güldü və başqalarını da güldürdü. Onu təəssüflü və qəfil ölümlə öldür.



Geri   İrəli
Go to TOP