A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: 14 Məsumdan möcüzələr
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı: 109
Çap növbəsi: 3000
Tirajı:
  İrəli


14 MƏSUMDAN MÖCÜZƏLƏR

Kitabın adı:................14 Məsumdan möcüzələr

Müəllif:....................Mühəmməd Rza Əkbəri

Mütərcim:...............Seyyid Azər Əhmədoğlu

ÖN SÖZ

Hörmətli oxucular! Uzun illər ölkəmizdəki hakimiyyət dairələrinin dinimizə qarşı məntiqsiz siyasəti bir çox mövzular kimi dini rəvayət, möcüzələr, peyğəmbərlərin öncə görmələri və Allah–təalanın bizə çatdırdıqlarını öyrənməyi qadağan etmişdir.

İndiki müstəqillik şəraitində, çox çətin bir iqtisadi durumda öz addımlarını təzəcə atmağa başlayan respublikamızın həyatında, yəni təzəcə dinimizi təbliğ etmək istədiyimiz bir zamanda bir çox təriqət və məzhəblər altdan-altdan təxribat yönəmli əməllərini davam etdirməkdədirlər. Biz bu kimi dini kitabları hazırlamaqla az da olsa dini-mənəvi ehtiyaclarımızı ödəyə bilsək, özümüzü xoşbəxt hiss edərdik. Əlinizdə olan bu kitab ilk dəfədir ki, öz dilimizə çevrilir. Bütün möcüzələr və hadisələr, hədislərə və Əhli-Beyt(ə) rəvayətlərinə əsaslanır.

Bu mövzuda ilk kitab olduğuna görə, kitabın zəhmətini çəkən mömin qardaşlar əvvəlcədən kitabda olan hər nə səhvə görə üzrxahlıq edirlər.

«Doğruluq» Beynəlxalq klubunun təbliğat və təşviqat mərkəzinin direktoru:

Rəhman Nərimanoğlu

BİRİNCİ FƏSİL

Həzrəti Mühəmmədin (s.ə.v.v) möcüzələri

GÜNƏŞİN QAYITMASI

Həzrəti Mühəmməd(s), Əlini(ə.s) bir iş dalınca göndərdi. Əsr[1]namazının vaxtı yetişdi. Hamı namazını qıldı. Amma hələ Əli(ə.s) qayıtmamışdı. Əli(ə) Peyğəmbərin(s) yanına gələndən sonra, Peyğəmbər(s) başını paltarına büküb, Əlinin(ə) dizi üzərinə qoyub, Allah tərəfindən gələn vəhyi, günəş batmasına bir az qalmışa qədər dinləməyə (eşitməyə) məşğul oldu. Vəhy sona yetəndən sonra Həzrət(s), Əlidən(ə.s) sual etdi: Əsr namazını qılmısan?

Əli(ə) cavab verdi: Xeyr, Ya Rəsuləllah! Sizin mübarək başınızı dizimin üzərindən götürə bilmədim.

Peyğəmbər(s) duaya ələ götürüb dedi: İlahi! Əli sən və sənin Rəsulunun itaətinə məşğul idi. Bəs günəşi onun üçün qaytar!

Əsma deyir: And olsun Allaha! Gördüm günəş qayıtdı və onun nuru ətrafa yayıldı. Əsr namazının fəzilətli zamanı qayıtdı. Əli(ə) namazını qıldı və yenidən günəş qüruba endi.[2]

XIRDA DAŞLARIN ZİKR VƏ TƏSBİH DEMƏSİ

Həzrmövtun[3], başçılarından bir dəstəsi Peyğəmbərin(s) xidmətinə gəlib dedilər: Sənin Allahın Peyğəmbəri olduğunu haradan bilək?

Peyğəmbərin(s) yerdən bir ovuc xırda daş götürüb, buyurdu: «Bunlar şəhadət verirlər ki, mən Allahın Peyğəmbəriyəm. Bu zaman Həzrətin əlində olan xırda daşlar Allaha zikr və təsbih deyib, Həzrətin Allahın elçisi və Peyğəmbəri olmasına şəhadət verdilər.[4]

AYIN PARÇALANMASI

Zilhiccə ayının 14-cü gecəsi idi. Müşriklərin on dörd nəfər, Həzrətin hüzuruna gəlib ona dedilər: Bütün peyğəmbərlərin öz peyğəmbərliyi üçün nişanələri vardır. Bu gecədə sənin peyğəmbərliyinin nişaşəsi nədir? Peyğəmbər(s) buyurdu: Nə nişanə istəyirsiniz? Müşriklər dedilər: Əgər Allah yanında sənin üçün bir dərəcə və rütbə vardırsa, aya göstəriş ver, iki yerə bölünsün.

Cəbrail(ə) Allah tərəfindən gəlib dedi: «Ey Mühəmməd! Allah –Təala sənə salam çatdırıb, buyurur: Mən bütün əşya və varlığa, səndən itaət etməyə əmr vermişəm.» Həzrət Peyğəmbər(s) başını göyə qaldırıb, aya göstəriş verdi ki, iki yerə bölünsün. Ay iki yerə parçalandı. Peyğəmbər(s) şükr səcdəsi edib, orada olanlara buyurdu: Ey filankəs! Görün və şahid olun! Bu zaman müşriklər dedilər: Ayın hər iki parçası bir-birinə birləşib, birinci halına qayıtsın. Peyğəmbər(s) əmr etdi və ay birinci halına qayıtdı.

Müşriklər bu aydın möcüzəni görüb dedilər: Ya Mühəmməd! Biz Şam və Yəməndən qayıdan müsafirlərimizdən[5] sual edəcəyik ki, bu gecədə nə müşahidə ediblər. Əgər biz gördüyümüzü onlar da görsə, bunun İlahi bir möcüzə olmasını başa düşəcəyik. Amma belə bir şey müşahidə etməsələr, başa düşəcəyik ki, bizi sehrləmisən.

Müsafirlər gəlib, şəhadət verdilər. Bu zamanda «Qəmər»[6] surəsi nazil oldu.[7] Bu surənin birinci ayəsi, ayın iki yerə bölünməsinə işarə edir.

BEHİŞT NAR VƏ ÜZÜMÜNÜN TƏSBİH DEMƏSİ

Bir gün Fatimə(s.ə) iki övladı Həsən(ə) və Hüseyn(ə) ilə birlikdə Peyğəmbərin(s) hüzuruna gəldi. Daxil olandan sonra, Həzrət(s) Fatiməyə(s) buyurdu: Əmim oğlunu (Əli(ə)) mənim yanıma çağır. Əli(ə) gələndən sonra, Həzrəti Peyğəmbər(s), Həsəni(ə)  sağ dizi üstə, Hüseyni(ə) sol dizi üstə, Əli(ə) və Fatiməni birini ön hissəsində o birini isə arxa hissəsində oturtduqdan sonra, öz əbasını onların üstünə  atıb, üç dəfə dedi: «İlahi!  Bunlar mənim pak Əhli-Beytimdirlər. Günah və çirkinlikləri onlardan uzaq et və onları pak qərar ver.»

Ümmü Sələmə deyir: Mən qapının ağzında durmuşdum, dedim: Ya Rəsulullah! Mən də onlardanam,

Həzrət buyurdu: Sənin aqibətin çox yaxşıdır. Lakin sən onlardan deyilsən. Sonra Cəbrail(ə) bir tabaq behişt narı və üzümü gətirdi. Peyğəmbər(s) üzüm və narı əlinə götürdükdə, hər ikisi Allaha zikr və təsbih[8] dedilər. Sonra Peyğəmbər(s) onları yedi. Bu zaman Həsən(ə) və Hüseyn(ə) tabaqdakı nar və üzümdən götürdülər, onların əlində də sübhanəllah dedilər. Həsən və hüseyn(ə) nar və üzümü yedilər.

Elə bu zamanda Həzrətin səhabələrindən biri daxil oldu. Behiştdən gələn nar və üzümdən yemək istədi. Cəbrail(ə) dedi: Bu meyvələrdən yalnız peyğəmbər(s), onun canişini və övladları yeyə bilər.[9]

AĞACIN HƏRƏKƏT ETMƏSİ

Əmirəl-möminin(ə) buyurur: Günlərin birində mən Peyğəmbər(s) bir yerdə idim. Qüreyşin böyükləri Həzrətin hüzuruna gəlib dedilər: Ey Mühəmməd! Sən elə böyük bir iddia edirsən ki, sənin ataların və qohumların belə iddia etməmişdir. Bizim səndən bir istəyimiz var. Əgər yerinə yetirsən, sənin Peyğəmbər və Allah tərəfindən göndərildiyini başa düşərik. Əgər yerinə yetirməsən, başa düşəcəyik ki, sən yalançı və sehrkarsan.[10]

Peyğəmbər(s) buyurdu: Sizin istəyiniz nədir? Dedilər: bizim üçün, bu ağacın kökündən çıxıb, sənin qarşında durmağını istə.

Peyğəmbər(s) buyurdu: Allah-təala hər şeyə qadirdir. Əgər belə etsə, iman götirəcəksiniz?

Cavab verdilər: Bəli.

Peyğəmbər(s) buyurdu: Mən yerinə yetirərəm. Lakin bilirəm iman gətirməyəcəksiniz. Sizlərdən bir dəstəsi «Bədr» quyularına düşəcək. Bir dəstəsi isə mənimlə döyüşmək üçün leşkər və qoşun hazırlayacaq. Bu zaman Həzrət buyurdu: Ey Ağac! Əgər Allaha və qiyamət gününə inamın varsa və mənim Allahın Rəsulu olduğumu bilirsənsə, Allahın izni ilə kökündən çıx və mənim yanıma gəl!

Həqiqətəndə Peyğəmbəri(s) haqq üçün göndərmişdir. O ağac, öz kökündən çıxıb, şiddətli səs-küy ilə Həzrətin yanında durub, öz kölgəsini oun mübarək başına saldı. Ağac uca bir budağını, Peyğəmbərin(s) başı üzərində, başqa bir budağını isə mənim başım üzərində saxladı. Mən də Həzrətin sağ tərəfində durmuşdum. Müşriklər bu aydın möcüzəni müşahidə edib, qürur və təkəbbürlə dedilər: Əmr et ağac qayıdıb, iki yerə bölünsün. Bir hissəsi sənin yanına qayıtsın, bir hissəsi isə yerində qalsın. Peyğəmbərin(s) əmri ilə ağac yerinə qayıtdı, iki yerə bölündü. Sonra ağacın bir hissəsi sürət və şiddətli səs ilə Həzrətin yanına gəldi. Onlar dedilər: de ağacın bu hissəsi gedib, o biri hissə ilə birləşsin. Peyğəmbərin(s) əmri ilə bu iş də yerinə yetirildi. Amma onlar iman gətirmədilər.[11]

YAĞIŞIN YAĞMASI

Ərəb qəbilələri Peyğəmbəri(s) əziyyət etmək qərarına gəldikdən sonra Həzrət(s) dedi: İlahi! Öz əzabını bunlara göndər və Yusif(ə) peyğəmbərin zamanında olan aclıqdan bunlara nazil et! Peyğəmbərin(s) qarğışı ilə yeddi il yağış yağmadı. Mədinədə aclıq-susuzluq baş verdi. Səhrada yaşayan bir ərəb, Peyğəmbərin(s) hüzuruna gəldi. Sair ərəblərin adından kömək istəyib dedi:

Ağaclarımız quruyub, bitkilərimiz məhv olub, qadın və heyvanlarımızın döşündə süd qalmayıb və mal-qaramız qırılmışdır.

Həzrət(s) minbərə çıxıb, Allaha həmd və səna deyib, yağış duasını oxudu. Həzrət(s) duasını oxuyub qurtarmamış, yağış yağmağa başladı. Bir həftə yağdı. Nəhayət Mədinə əhli təngə gəlib dedilər: Ey Peyğəmbər! Qorxuruq boğulaq və evlərimiz viran qalsın.

Peyğəmbər(s) asimana üz tutub dedi: İlahi! Yağışı ətrafa yağdır. Biz tərəfə yağdırma! ***

Həzrətin işarəsi ilə buludlar Mədinə şəhərinin üzərindən dağılıb, şəhərin ətrafında durdular. Ətrafa möhkəm yağış yağırdı. Lakin Mədinəyə bir damcı da yağış yağmırdı. Bir ay çaylarda sel axırdı.

Peyğəmbər(s) buyrdu: «Əllahu-Əkbər» əgər Əbu Talib sağ olsaydı, gözləri işıqlanardı.[12]

KEÇİ BALASINI DİRİLTMƏSİ

Peyğəmbər(s) Mədinəyə daxil olandan sonra, Əbu Əyyub Ənsarinin evində oturmağı qərara aldı. Bu zamanda Əbu Əyyubun evində, bir keçi balası və üç kilo buğdadan başqa bir şey yox idi. O keçi balasını qızardıb, buğdadan çörək bişirib peyğəmbər(s) üçün gətirdi.

Peyğəmbər(s) buyurdu: Camaatı çağırın hər kəs yemək istəyirsə, Əbu Əyyubun evinə gəlsin. Əbu Əyyub camaatı çağırdı. Camaat Əbu Əyyubun evinə toplaşdılar. Hamısı hazırlanmış yeməkdən yeyib doydular. Lakin yemək azalmadı. Həzrətin(s) göstərişi ilə sümükləri toplayıb keçi balasının dərisinin arasına qoydular. Bu anda Həzrət(s) buyurdu: Allahın izni ilə qalx! Keçi balası dirilib, ayağa qalxdı. Camaat uca səslə Allahın birliyinə və Mühəmmədin(s) peyğəmbərliyinə şəhadət verdilər.[13]

PEYĞƏMBƏRİN(S) QƏTADƏNİN GÖZÜNƏ ŞƏFA VERMƏSİ

Qətadə ibni Noman, Bədr və Ühüd döyüşünün iştirakçılarından biri idi. Ühüd döyüşündə bir zərbə nəticəsində gözünün biri yerindən çıxmışdı.O, Peyğəmbərin(s) yanına gəlib dedi: Mənim gözəl bir həyat yoldaşım var. Onu çox istəyirəm və o da məni çox istəyir. Bir neçə gündür evlənmişik. Çox narahatam ki, məni belə halda görsün.

Peyğəmbər(s) onun gözünü yerinə qoyub dedi: İlahi! Ona gözəllik paltarı geyindir! ***

Qətadənin gözü şəfa tapıb, əvvəlkindən də gözəl oldu. Heç vaxt gözü ağrımadı. Amma o biri gözü bəzi vaxtlar ağrıyırdı.[14]

YƏHUDİLƏRİN HİYLƏLƏRİNİN BAŞ TUTMAMASI

Yəhudilərin bir qrupu, Əbduh adlı bir yəhudi qadının yanına gəlib dedilər: Ey Əbduh! Mühəmmədin(s) biz, Bəni-İsrailin qanını hədər edib, «Yəhudiliyi» aradan aparmasını bilirsən. Bəni-İsrailin bir qrupu, çoxlu pul ilə bu zəhəri alıblar ki, sən onu bu qoyunun ətinə qatıb, Mühəmmədi zəhərləyəsən. Əbduh onların dediyini yerinə yetirdi. Yəhudun başçıları onun evinə toplandılar. Əbduh Peyğəmbərin(s) yanına gəlib dedi: Ey Mühəmməd! Sizin, mənim boynumda qonşuluq haqqı varınızdır. Yəhudi başçılarından bir neçəsi, mənim evimdə toplaşıbdır. Bizim məclisi, özünüzün və səhabələrinizin vücudu ilə zinətləndirin.

Peyğəmbər(s), Əli(ə), Əbu Dəcanə, Əbu Əyyub, Səhl ibni Hünəyf və mühacirlərdən bir dəstə ilə birlikdə yola düşdü. Məclisə daxil oldular. Bişmiş zəhərli qoyun ətini gətirib süfrəyə qoydular. Yəhudilər ayaq üstə durmuşdular. Peyğəmbər(s) onlara buyurdu: Oturun!

Onlar, Həzrətin cavabında dedilər: Əgər bir Peyğəmbər(s) bizim görüşümüzə gəlsə, heç kəs onun hüzurunda oturmur. Biz istəmirik biz tərəfindən ona bir əziyyət olsun. Əlbəttə, Yəhudilər yalan deyirdilər. Zəhərlənməyin qorxusundan ayaq üstə durmuşdular. Bişmiş qoyunu, Həzrətin yanına qoyandan sonra qoyunun qol hissəsi dilə gəlib dedi: Ey Mühəmməd! Əl saxla. Məni zəhərə bulayıblar. Yemə![15]

ƏŞYALARIN ŞƏHADƏT VERMƏSİ

Şəxt adlı bir yəhudi, Peyğəmbərin(s) yanına gəlib dedi: Ey mühəmməd! Sənin Allahın barəsində sual etməyə gəlmişəm. Əgər mənim suallarıma cavab versən, sənə tabe olacağam.

Peyğəmbər(s) buyurdu: Hər nə barəsində istəyirsən, sual et!

Yəhudi: Sənin Allahın haradadır?

Peyğəmbər(s): Hər yerdə. Müəyyən məkanda deyildir.

Yəhudi: sənin Allahın necədir?

Peyğəmbər(s): «Necə olmaq»  məxluqatın xüsusiyyəti və sifəti ilə vəsf olunmaz.

Yəhudi: Sənin Peyğəmbər olmağını kim bilir?

Bu anda daş, kəsək və ətrafda olan bütün varlıqlar, Ərəb dilində aşkar surətdə dedilər: «Ey Şeyx! O, Allahın elçisi və peyğəmbəridir.»

Yəhudi dedi: Bu günə qədər bundan aşkar möcüzə görməmişdim. Sonra əlavə etdi: Allahın birliyinə və sənin Allahın rəsulu olmağına şəhadət verirəm.[16]

İKİNCİ FƏSİL

Həzrəti Əlinin(ə) möcüzələri

HƏZRƏT ƏLİNİN(Ə) GÜNƏŞ İLƏ DANIŞMASI

İbni Abbas deyir: Məkkəni fəth edib qayıdırdıq, gecə vaxtı Həvazendə[17] idik. Peyğəmbər(s), Əliyyibni Əbi Talibə(ə) buyurdu: Ey Əli! Qalx, Allah yanında olan dərəcəni dərk et! Günəş doğan zaman onunla söhbət et!

Mən Fəzlə dedim: Qalx ayağa, görək Əli(ə) günəş ilə necə söhbət edir. Günəş doğdu. Əli(ə) ayağa qalxıb, ona xitab edərək dedi: Salam olsun Sənə Ey Allahın itaətində həmişə duran saleh bəndə! Günəş onun cavabında dedi: Salam olsun sənə ey Peyğəmbərin(s) qardaşı, canişini və Allahın xalqına olan dəlili! Bu zaman Əli(ə) şükr səcdəsi etməyə başladı. Gördüm Allahın Rəsulu(s) ayağa qalxdı. Həzrət(s) öz əlini, Əlinin(ə) üzünə çəkib buyurdu: Qalx mənim həbibim! Asiman əhli sənin ağlamağına görə, ağlayırlar. Allah-təala, səninlə yüksək fələyi saxlayanlarla fəxr edir.[18]

GÜNƏŞİN QAYITMASI

İmam Əli(ə) öz əshabı ilə birlikdə Babilə tərəf yola düşdülər. Yolun ortasında namaz qılmaq üçün münasib yer tapdılar. Nəhayət, namaz qılmaq üçün münasib yer tapa bilməyib, hərəkətlərinə davam etdilər. Amma günəşin batmasına çox az qalmışdı. Hərçənd Əli(ə) bir qrup əshabı ilə namazını qılmışdı. Lakin əshabın bir qrupu namazını qılmamışdı. Buna görə də öz namazları barədə danışmağa başladılar.

İmam Əli(ə) onların söz-söhbətini eşitdikdən sonra, Allah-təaladan günəşin qaytarılmasını istədi. Allah-təala onun duasını qəbul etdi. Günəşi əsr namazının vaxtına qaytardı. Həzrətin(ə) əshabı namazını qılıb qurtarandan sonra, günəş qüruba endi. Camaat bu aşkar möcüzəni müşahidə etdikdən sonra, Allaha şükr edib, ondan bağışlanmaq istədilər. Bu xəbər hər tərəfə yayıldı.[19]

YERİN İMAM ƏLİ(Ə) İLƏ DANIŞMASI

Əsma binti Ümeys deyir: Həzrəti Fatimə(s.ə)  buyurdu: Gecələrin birində Əli(ə) evə daxil olduqdan sonra məni qorxuya saldı.

Dedim: Ey dünya qadınlarının xanımı! Səni necə qorxuya saldı?

Xanım buyurdu: Yerin onunla və onun yer ilə danışmasını eşitdim.[20]

BÖYÜK BİR DAŞI YERDƏN QALDIRMASI

İmam Əli(ə) öz əshabı ilə Siffeynə gedən zaman səhrada susuzluqla qarşılaşdı. Onlar su tapmaq üçün çox səy etdilər.  Lakin tapa bilmədilər. Nəhayət, Əli(ə) bir yeri müəyyən edib, su tapmaq üçün oranı qazmağı göstəriş verdi. Onalr yeri qazmağa başladılar. Qazıntı zamanı böyük bir daşa çatıb dayandılar. Əlinin(ə) yanına gəlib dedilər: burada böyük bir daş var və külüng ona təsir etmir.

İmam Əli(ə) buyurdu: Bu böyük daş suyun üzərindədir. Əgər o götürülsə, suyu çıxarmaq olar. Bütün əshab o daşı qaldırmağa çalışdılar. Lakin faydası olmadı. Əli(ə) gördü ki, bu daşı qaldırmaq onların işi deyil. Buna görə də irəli gedib, əlini daşın altına saldı və daşı yerindən oynadıb qaldırdı. Sonra onu bir neçə metr kənara atdı. Bu zaman əshab zülal[21] suyu müşahidə edib ondan içdçlər. Bu onların səfərdə içdikləri ən sərin və şirin su idi.

Əli(ə) buyurdu: Sudan için və ehtiyat üçün götürün. Sonra daşı götürüb, yerinə qqoydu. Quyunun əsərlərini aradan aparıb gizlətdi.[22]

XIRDA DAŞLARIN CƏVAHİRƏ ÇEVRİLMƏSİ

İmam Əli(ə) və onun əshabından bir neçəsi Kufə məscidində oturmuşdular. Bir kişi Həzrəti-Əliyə(ə) xitab edərək, dedi: Atam-anam sənə fəda olsun. Bu dəsətənin[23] əlində olan dünyaya təəccüb edirəm. Siz bu dünyadan faydalanmırsınız.

Həzrət buyurdu: Sən təsəvvür edirsən biz dünyanı istəyirik və bizə verilmir? Bu zaman bir ovuc xırda daş götürüb, öz möcüzəsi ilə cəvahirə çevirib, soruşdu: Bunlar nədir?

Dedim: Ən yazşı növ cəvahirdir. Həzrət(ə) buyurdu: Əgər dünyanı istəsək bizim üçün həmişə var, lakin istəmirik. Sonra əlindəki cəvahirləri yerə atdı. Yenidən xırda daşlar öz əvvəlki halına qayıtdı.[24]

ZƏLZƏLƏNİN DAYANMASI

Fatimeyi-Zəhra(s.ə) buyurur: Əbu Bəkr və Ömərin dövründə böyük bir zəlzələ baş verdi. Camaat qorxuya düşüb, Əbu Bəkr və Ömərə pənah apardılar. Lakin gördülər ki, o iki nəfər qorxudan Əliyə(ə) pənah gətiriblər. Camaat da onların arxasınca, Əlinin(ə) evinə getdilər.

Əli(ə) onların qorxu və vəhşətinə diqqət etmədən evdən eşiyə çıxdı. Camaat da onun arxasınca hərəkət edirdilər. Nəhayət, uca bir nöqtəyə çatdılar. İmam Əli(ə) orada oturdu. Başqalarıda onun ətrafında oturub, şəhərin zəlzələdən titrəyən evlərinə tamaşa edirdilər. Bu zaman Əli(ə) buyurdu: Elə bil siz bu zəlzələdən qorxuya düşmüsünüz.

Cavab verdilər: Necə qorxmayaq ? Halbuki indiyə qədər belə bir şey görməmişik. İmam Əli(ə) dodaqlarını tərpətdikdən sonra, əllərini yerə vurub ona buyurdu: Sənə nə olubdur? Sakit ol!

Yer sakit oldu. Camaat zəlzələdən təəccüb etdiklərindəndə çox, Əlinin(ə) bu işinə təəccüb etdilər.

İmam(ə) buyurdu: siz mənim işimdə təəccüb etdiniz?

Dedilər: Bəli.

Buyurdu: Mən o şəxsəm ki, Allah-təala buyurmuşdur: Yer zəlzələyə gələn zaman, öz içindəki xəbərləri aşkar edər, İnsan deyir: Yer nə olmuşdur?***[25]

Mən həmin şəxsəm ki, qiyamət günündə yerə deyəcəyəm: Sənə nə olubdur? «Bu gündə yer öz xəbərlərini açıqlayacaq.» ***[26]

Yer mənim üçün öz xəbərlərini bəyan edəcək. [27]

CƏNNƏT VƏ CƏHƏNNƏMİN ÜZƏRİNDƏN PƏRDƏ GÖTÜRMƏK

Həzrəti Əlinin(ə) əshabından bir neçəsi ona dedilər: Həzrəti Musa(ə) və İsanın(ə) canişinləri, camaat üçün dəlil, nişanə və möcüzələr göstərdilər. Siz də əgər bizə möcüzə göstərsəniz qəlblərimiz inam və yəqinlik tapar.

İmam(ə) buyurdu: Sizin nişanə, dəlil və möcüzəni görməyə dözümünüz yoxdur. Amma camaat israr etdilər.

Nəhayət, Əli(ə) camaatı qəbristanlığa tərəf apardı. Onlar quru və şoran olan bir məntəqəyə çatdılar. Bu zaman yavaş səslə dua edib dedi: Öz pərdələrini kənara çək.

Qəflətən səhranın bir tərəfində bağlar, çaylar, başqa bir tərəfində isə cəhənnəmin atəşi aşkar oldu. Bəziləri isə həzrətin möcüzəsini qəbul edib dedilər: Peyğəmbər(s) buyurardı: Qəbr, behişt bağlarından biri, ya cəhənnəm çalalarından biridir.[28]

ÇINQIL DAŞLARIN TƏSBİH DEMƏSİ

Salman deyir: bir neçə nəfər, Peyğəmbərin(s) hüzurunda oturmuşduq. Bu zamanda Əli(ə)-da gəldi. Peyğəmbər(s) bir ovuc çınqıl daş götürüb ona verdi. Daşlar hələ Əlinin(ə) əlində qərar tutmamışdı ki, dil açıb dedilər: «Allahdan başqa, allah yoxdur. Mühəmməd(s) onun elçisidir. Razı oldum ki, Allah mənim pərvərdigarım, Mühəmməd(s) Peyğəmbərim və Əli(ə) isə mənim ağamdır.» ***

Peyğəmbər(s) buyurdu: Sizlərdən hər kəs, Allahı və Əliyyibni Əbitalibin(ə) vilayətini qəbul edib razı olsa, Allahın əzabından amanda qalacaq.[29]

FƏRATIN SUYUNU YATIRMASI

Fəratın suyu çoxalmışdı. Camaat bu hadisədən qorxuya düşmüşdü. Əlinin(ə) hüzuruna gedib suyun çoxluğundan şikayət etdilər.

İmam Əli(ə) iki oğlu Həsən(ə) və Hüseyn(ə) ilə birlikdə, Fəratın sahilinə gəldi. İmam Əli(ə) çayın kənarında durdu. Bir halda ki, su iki tərəfdən qalxıb-coşurdu. Əlinin(ə) əlində Peyğəmbərin(s) şallağı var idi.

Həzrət(ə) şallaq ilə suya vurdu. «Su yarım metr miqdarında aşağı yatdı. Sonra daha bir zərbə vurdu. Bu dəfə su yarım metr miqdarında aşağı yatdı.

Camaat Əlinin(ə) bu aşkar möcüzəsini müşahidə edib dedilər: Ey əmirəl-möminin(ə)! Suyu bir az da azalt!

Həzrət(ə) buyurdu: Mən Allahdan istədim və o da müşahidə etdiyinizi əta etdi(bağışladı). İsrar edən bəndə olmağı xoşlamıram.[30]

ÜÇÜNCÜ FƏSİL

Həzrəti Fatimənin(s.ə) möcüzələri

ANA BƏTNİNDƏ DANIŞMASI

Həzrəti Xədicə(s.ə) hamilə idi. Bətnindəki uşaq dünya qadınlarının xanımı Fatimeyi-Zəhra(s.ə) idi. Fatimə(s.ə) həmişə ana bətninin içindən anası ilə danışar və onu səbr etməyə tövsiyə edərdi. Xədicə(s.ə) bətnindəki uşaq ilə söhbət etməyi, Peyğəmbərdən(s) gizlədirdi. Bir gün Peyğəmbər(s)  Xədicənin(s.ə) Fatimə(s.ə) ilə danışmasını eşitdi. Həzrət Mühəmməd(s) buyurdu: Xədicə! Cəbrail mənə xəbər verdi ki, bətnindəki uşaq qızdır. O pak və mübarək övladdır ki, Allah-təala mənim nəslimi ondan qərar verəcək. Ondan imamlar dünyaya gələcək Allah-təala məndən sonra onları yer üzərində özünün xəlifələri qərar verəcək.[31]

FATİMƏNİN(S.Ə) ÇADRASININ NURU

Əli(ə) bir yəhudidən, bir miqdar arpa borc aldı. O da bu borcun müqabilində girov istədi. Əli(ə) Fatimənin(s.ə) yun çadrasını onun yanında girov qoydu. Yəhudi çadranı alıb, evinə apardı. Onu otaqların birində qoydu. Gecə vaxtı oldu. Yəhudinin  arvadı, çadra olan otağa getdi. Bir nurun yuxarı hissəyə saçıb, hər tərəfi işıqlandırdığını müşahidə etdi. Ərinin yanına qayıdıb, müşahidə etdiyini ona dedi. Yəhudi təəccüb etdi. Amma Xanım Fatimənin(s.ə) çadrasının onun evində olmasını unutdu. Sürətlə həmin otağa getdi. Çadranın nurunun hər tərəfə yayılmasını müşahidə etdi. Elə bil bu nur, işıqlı aydan da yaxında  işıq salırdı. Təəccüblü halda, çadra olan yerə diqqət etdi. Bu nurun Fatimənin(s.ə) çadrasından olmasını başa düşdü. Bu zaman, yəhudi kişi öz tayfasının yanına, yoldaşı isə öz tayfasının yanına gedib, onları bu təəccüblü nuru görməyə dəvət etdilər. 80 nəfər yəhudi oraya toplandı. Nuru görüb, hamısı bu möcüzədən müsəlman oldular.[32]

BEHİŞT PALTARLARI

Yəhudilərdən bir qrupu, toy məclisi keçirmək istəyirdilər. Həzrəti Peyğəmbərin(s)  hüzuruna gəlib dedilər: Bizim sizin boynunuzda qonşuluq haqqı vardır. Sizdən istəyirik ki, Fatiməni(s.ə) bizim toy şənliyinə göndər. Onun  olması toya daha da şövkət və gözəllik verər. Yəhudilər bu istəklərində çox israr etdilər.

Peyğəmbər(s.ə) buyurdu: O Əliyyibni Əbitalibin həyat yoldaşıdır. Əlidən icazə alın.

Yəhudilər, Peyğəmbərdən(s) istədilər ki, o, Əlidən Fatiməni onların toy şənliyinə göndərməsini istəsin.

Yəhudi qadınları özlərini cürbəcür zinətlərlə bəzəmişdilər. Güman edirdilər ki, Fatimə(s.ə) sadə və qiymətsiz paltar ilə toya gələcək və onlar da xanımı belə paltarla təhqir etmək istəyirdilər. Elə bu zamanda Cəbrail(ə) Fatimə(s.ə) üçün behiştdən paltar və zinətlər gətirdi. O paltar və zinətlərin misli (bərabəri) görünməmişdi. Fatimə(s.ə) o paltarı geyib, özünü elə bəzədi ki, başqa qadınlar onu görüb və onun gözəl ətrindən heyran qaldılar.

Fatimə(s.ə) onların toy məclisinə daxil olan zaman, yəhudi qadınlar Xanımın gözəl behişt paltarını görüb elə heyran qaldılar ki, ona təzim etdilər. Onlardan bir qrupu isə, Xanımın bu möcüzəsindən müsəlman oldular.[33]

ƏL DƏYİRMANININ FIRLANMASI

Peyğəmbər(s) Salmanı bir iş üçün Fatimənin(s.ə) hüzuruna göndərdi. Salman deyir: Mən Fatiməyə(s.ə) salam vermək üçün,  evin qapısının ağzında durdum. Eşitdim ki, Həzrət evin içində Quran oxuyur və həyətdə isə əl dəyirmanı heç kim fırlamadan, öz-özünə hərəkət edirdi.

Salman bu xəbəri Peyğəmbərə(s) çatdırdı. Həzrət(s) təbəssüm edib buyurdu: Ey Salman! Allah-təala qızım Fatimənin qəlb və bütün üzvlərini Allahın ibadəti üçün boş olsun deyə iman ilə doldurmuşdur.[34]

BEHİŞT YEMƏYİ

Aclıq zamanı idi. Peyğəmbər(s) acmışdı. Xanım Zəhra(s.ə) iki ədəd çörək və bir az ət hazırlayıb atasına apardı. Bir az sonra Peyğəmbər(s) yemək ilə birlikdə Fatimənin(s) yanına gedib buyurdu: Gəl qızım bir yerdə yeyək! Fatimə(s.ə) qabın üzərindəki parçanı götürdü. Qabın çörək və yemək ilə dolu olduğunu müşahidə etdi. Başa düşdü ki, bunlar Allah tərəfindəndir. Peyğəmbər(s) soruşdu: bu yeməkləri haradan gətirdin?

Xanım cavab verdi: Allah tərəfindəndir. Allah hər kimə istəsə, hesabsız ruzi verir.



  İrəli
Go to TOP