A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İSLAM VƏ YENİ DÜNYA
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
  İrəli


İSLAM VƏ YENİ DÜNYA

 

İslam və yeni dünya münasibətləri mövzusunda müsahibələr

 

Yeni dünyada dövlətçilik məfhumu

 

Doktor Həddad, Vilayəti-fəqih haqqında

 

Sual:

İmam Xomeyni (r) İslam Cümhuriyyəti – nə bir söz artıq, nə bir söz əskik - ünvanı ilə bir nəzəriyyə bəyan edib. Sırf elmi yox, nəzəri baxımdan bu nəzəriyyəni siyasi quruluşa tətbiq üçün kamil sayırsınız?

 

Doktor Həddad:

Sualınızı belə anladım ki, inqilabın əvvəllərində İslam Cümhuriyyəti nəzəriyyəsi hökumət yaratmaq üçün kifayət edəcək həddə formalaşmışdı, yoxsa yox? İnqilabın qələbəsindən qabaq cəmiyyətimizdə siyasi fəlsəfə sahəsində az iş görülmüşdü. Siyasi fəlsəfənin inkişafında bir maneə vardı. Dini elm hövzələrində də dini hökumət və siyasi fəlsəfə yetərincə inkişaf edə bilməzdi. Amma İslamda elə əvvəldən dini hökumət ideyası olub. Siyasi İslam fəlsəfəsi və şiəliyin əsas mövzularından olan hökumət, vilayət, rəhbərlik və imamət prinsiplərinin tarixi qədimdir. Ötən iki yüz ildə dini hökumət olmayıb, şahlıq olub. Amma xalq müctehidlərə, din alimlərinə itaət edib. Müctəhidlə hökumət arasında fikir ayrılığı yarananda xalq müctehidin arxasınca gedib.Tənbəki (tütün) hadisəsi misal ola bilər. Həmin hadisə zamanı xalq Nasirəddin şah hökuməti yox, Mirzayi Şirazinin hökmünə tabe oldu. Məşrutə inqilabı zamanı da böyük din alimlərinin göstərişi ilə xalq meydanlara çıxdı, məşrutə qələbə qazandı. Bu münasibət təqlid mərcələrinin hakimiyyətini, vilayətini qəbul etmək deməkdir. Demək, din alimlərinə tabeçilik xalq arasında aşkar hadisə olub.

Şəmsi 1345-ci ildə (48 il qabaq) şah rejimi ilə mübarizəyə başlayan İmam Xomeyni (r) 41-57-ci illərdə vilayəti-fəqih mövzusunda dərsləri imkan həddində genişləndirdi. 57-ci ildə İmamın qənaəti bu idi ki, İslam Cümhuriyyəti qurmaq üçün bu nəzəriyyə bəs edir. Amma bu o demək deyil ki, 1357-ci ildə biz geniş, yetərli, bu günün suallarına cavab verə biləcək fəlsəfəyə malik idik. Bir çox çətinliklər işdə üzə çıxır. Ölkə daxilindəki durum və beynəlxalq əlaqələr yeni suallar yaradır, zehnləri hərəkətə gətirir. Amma sizin sualınıza xülasə cavabım budur ki, İslam hökumətinin banisi və onun düşüncəsi ilə tanış olanlar üçün bu mövzu məqbul səviyyədə aydın idi. Eyni zamanda bu düşüncə bütün başqa düşüncələr kimi zaman keçdikcə təkmilləşir, formalaşır, ehtiyaclara cavab verir.

 

Sual:

İslam Cümhuriyyətinin yaradılması üçün bu barədə aydın təsəvvürümüz olmalıdır. İmamın (r) Nəcəfdəki çıxışları sonradan “Cihade-əkbər” ünvanı ilə kitab şəklində cap edildi. Oradakı təsvirlə inqilabdan sonrakı vəziyyət arasında fərq var. Qəbul edirəm ki, nəzəriyyə baxımından kamil layihə həyata keçəndə müəyyən vaxta ehtiyac var və dəyişikliklər olması mümkündür. Məsələn, İslam hökumətinin bünövrəsi vilayəti-fəqihdir. Konstitusiya yazılır, Xibrəqan Məclisinə gedir. Məclisdə vilayəti-fəqih prinsipi mətnə əlavə olunur. Xibrəqan Məclisində müxtəlif baxışlar var və bu müxtəliflik vilayəti-fəqih sütunu üçün təhlükəsiz deyil. Sizin nəzərinizcə, bu model hökumət təşkili üçün etibarlı sayıla bilər?

 

Doktor Həddad:

Yeni dünyada dövlətçilik məfhumu yeni mahiyyət daşıyır. Bu məfhum beş yüz, min il əvvəlki mənada deyil. Beş yüz il əvvəl dövlətin vəzifəsi məhdud idi. Hakimiyyətin əsas işi xalqın asayişini təmin etmək idi. Ölkə ərazisi, sərhədləri qorumaq dövlətin üzərinə düşürdü. Hökumət xalqın gündəlik həyatına müdaxilə etmirdi. Hətta iqtisadiyyat dövlətin nəzarəti altında deyildi. Beş yüz il qabaq hökumətlər təhsil və mədəniyyət sahəsində iş görməyi öz vəzifəsi saymırdı. Dövlət yeni məna kəsb edəndən sonra səhiyyə və təhsildən başlamış ideologiya və təbliğata qədər sahələr nəzarətə götürüldü. Xalq üçün sual yarandı ki, din alimlərinə itaət etməlidir, yoxsa dövlətə? İmam Xomeyni (r) vilayəti-fəqih formatında İslamın siyasi fəlsəfəsini yaratdı. Onun kökləri və budaqları vardı. Bu kök və gövdə, budaaqlar inkişaf edir. Əsas odur ki, bu ağac öz kimliyini qorusun. Dediniz ki, vilayəti-fəqih konstitusiya layihəsinə Xibrəqan Məclisində artırılıb. Bu maraqlı nöqtədir. Sizdən soruşuram ki, vilayəti-fəqih nəzəriyyəsini inqilabdan neçə il qabaq Nəcəfdə hazırlayan, fiqh kitablarından çıxarış edən, bu mövzunu kitab halına gətirən, tədris edən İmam Xomeyni (r) onun konstitusiyada yerini nəzərdə tutmaya bilərdi? Əgər layihədə olmayıbsa, bu o demək deyil ki, nəzərdə tutulmayıb.

 

Sual:

İmam vilayəti-fəqih mövzusunu yeni dövrdə gündəmə gətirdi. Olsun ki bu mövzuya ilk dəfə ciddi yanaşan Molla Əhməd Nəraqi olub. Amma İmam həmin mövzunu yeni dövrdə klassik formada ortaya qoydu. Nə üçün İmam Parisdə olanda vilayəti-fəqihi inqilabın əsası kimi göstərmirdi?

 

Doktor Həddad:

İmamın Parisdə olduğu dövr nəzəri, fiqhi, fəlsəfi mövzuların bəyanı üçün münasib dövr deyildi. Əgər İmamın Parisdəki müsahibələrini nəzərdən keçirsəniz görərsiniz ki, İmam çox çətin bir zamanda inqilaba rəhbərlik məsuliyyətini öz üzərinə götürdü. İmamdan neft barədə, hicab barədə, müxaliflərlə necə rəftar ediləcəyi barədə soruşulurdu. İmam inandığı insanlara konstitusiya layihəsi hazırlamağı tapşırmışdı. Təfərrüatı bilməsəm də aydındır ki, bu bir layihə idi. İmam Xibrəqan Məclisində konstitusiyanın müzakirəsini izləyirdi. Müxaliflər də vardı. Vilayəti-fəqihin konstitusiyaya əlavə edilməsi şübhəsiz İmam tərəfindən təsdiqlənmiş qərar idi. İnqilabın sürətli qələbəsindən sonra müdiriyyət üçün lazımi qüvvələrin olmaması bizi də narahat edirdi. İnqilabdan qabaq müdiriyyət məsuliyyətim olduğu üçün çətinliyi dərk edirdim. Siz İmamın (r) yerinə olsaydınız İran xalqının əsrlər boyu gözlədiyi tarixi fürsəti əldən buraxardınızmı?!

 

 

 

 

Vilayəti-fəqihin konstitusiyada yer almasında şəhid Ayətin rolu

 

Vilayəti-fəqih Şəhid Ayətin nəzərində

 

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ilk başçısı cənab Mənsuri deyir ki, əgər şəhid Ayət...

"Ayətin sirləri" kitabının müəllifi Cavad Muqui ilə söhbət

 

Şəhid Ayət bu əqidədə idi ki, nə vaxt inqilab baş verirsə cərəyanlar bu inqilaba nüfuz edir, inqilaba rəhbərliyi ələ alır. Bu zaman inqilabın öz yolundan çıxması mümkündür. (Şəhid Ayət cənab Musəvinin gəlişini bu qəbildən sayır)

Şəhid doktor Seyid Həsən Ayət inqilab tarixində öz yerini almamış şəxslərdəndir. İti baxış, İslama dərin etiqad, inqilabın məqsədləri yolunda barışmazlıq ona qarşı kin-kidurətə səbəb olmuşdur. Ona həsəd aparanlar var idi.

"Ayətin sirləri" kitabının təqdimat mərasimi çoxsaylı reaksiyalarla qarşılaşdı. Bu kitabda 60-cı illərin (şəmsi təqvimlə) gerçəkliklərindən gedən söhbət qorxu yaratmışdı. Kitabın müəllifi bu fikirdədir ki, həmin tarixi dövrün təkrar mütaliəsi İslam İnqilabı ilə bağlı bəzi suallara cavab verir. Həmin dövürdə xətdə olmayanlar, büdrəyənlər təbii ki belə mütaliələrin tərəfdarı deyil.

Kitabın çapında müəyyən maneələr olub. Onun mətnindən bəzi hissələrin çıxarılması istənilib. Müəllif deyir ki, həmin hissələr çıxarılsaydı kitabın adından sirr sözü götürülməli idi. Kitabda bəzi siyasətçilərin fəaliyyətlərindən danışılır və bu söhbət kimlərisə razı salmır.

 

Sual: Sizi şəhid Ayətin sorağına aparan nə oldu? Məqsədiniz nə idi, kitabınızın mesajı nədir?

 

Müəllif: Biz tələbə olduğumuz zaman xüsusi bir qrup yaratmışdıq, bu qrupun məqsədi yüksək elmi səviyyəyə malik istedadlı şəhidlərin həyat və fəaliyyətini araşdırmaq idi. Mən ilk dəfə şəhid Ayət adını həmin qrupda eşitdim. Onunla bağlı qovluğu Tehran universitetindən aldıq. Aydın oldu ki, şəhid Ayət ictimai elmlər, hüquq və ədəbiyyat sahəsində çox yüksək təhsilə malik olub. Maraqlı bu idi ki, şəhid Ayət həm də Quranı tam əzbər bilib, hafiz olub. Fiqh və üsul səthinədək hövzə dərsləri oxuyub. Bütün bunlar bizi cəzb etdi. Qərara gəldik ki İnqilab tarixində layiq olduğu yeri almamış şəhidlərin sorağına gedək. Şəhid Ayəti seçdik. İşimizə şəmsi 88-ci ildə başladıq. Əvvəlcə məqsədimiz sənədli əsər yaratmaq idi. Nəhayət şəmsi 91-ci ildə "Ayətin sirləri" filmi ərsəyə gəldi.

Film müxtəsər idi, onda yer almamış müsahibələr, sənədlər, məlumatlar qalmışdı. Qərara gəldim ki, bütün bu materialları ayrıca bir kitabda toplayım.

Kitab üzərində iş beş il uzandı. İslam Cümhuriyyətinin ilk məclisindəki müzakirələr, şəhid Ayətin çıxışları, onun dostları və düşmənləri ilə müsahibələr kitabda yer aldı.

 

Sual: Şəhid Ayətin bariz xüsusiyyəti nədir?

 

Müəllif: Mən ilk araşdırmalarda şahid oldum ki, siyasi cərəyanları, büdrəmələri dərindən tanıyan bir şəxsiyyətlə üzbəüzəm. Şəhid Ayət müvəqqəti dövlətin iqtidara gəlişinə etiraz edən ilk şəxs olub. Çünki azadlıq hərəkatını yarandığı gündən izləmişdi. Şəhid Ayətin şəmsi 42-ci ildə Müzəffər Bəqaiyə yazdığı məktub var. Orada azadlıq hərəkatından danışır. Cərəyanları və onların məqsədlərini açıqlayır. Bu o deməkdir ki, hərəkat yaranan gündən şəhid Ayət onu təhlil edib. Müvəqqəti dövlət yarananda, Bazərqan baş nazir olanda şəhid Ayət etiraz edir ki, bu dövlət İnqilabi dövlət ola bilməz.

Bəni Sədrin hakimiyyətə gəlişinə ilk etiraz şəhid Ayətdən gəlir. Təəssüf ki, onun etirazları diqqətdən kənarda qalır. Bəni Sədrə bağlı cərəyanlar, eyni zamanda Mübariz Ruhanilər cəmiyyəti Bəni Sədri müdafiə edir.

Xalq Mücahidləri təşkilatı şəhid Ayətin hədəfində olur. Mütəfəkkir alim dəfələrlə xəbərdarlıq edir ki, bu təşkilatla keçinmək mümkünsüzdür, onlar yalnız silahla danışır.

Şəhid Ayət həmin dövürdə mühəndis Musəvinin İslam Cümhuriyyəti partiyasına gəlişinə etiraz edir. Bu etirazlar da diqqətdən kənarda qalır.

Şəhid Ayətin cərəyanları və fərdləri belə tanıması bizi heyrətə gətirdi. Bir şəxs müxtəlif cərəyanları, onların məqsədlərini, fərdlərin fikirlərini necə dəqiq proqnozlaşdıra bilib!

 

Sual: Onun terrorundan 33 il ötüb. 33 ildən sonra bu şəxs haqqında bir kitab yazılması nə üçün bəzilərini bu qədər naraht edir? Hər vasitə ilə bu kitabın çapının qarşısını almaq istəyirlər. Bəziləri şəhid Ayəti ifratçı cərəyanların nümayəndəsi kimi təqdim etmək istəyir. Hətta onun anım mərasimindən ona qarşı istifadə etmək istəyənlər var. Bu reaksiyanı doğuran nədir?

 

Müəllif: Şəhid Ayətin əsas xüsusiyyəti baş verəcək büdrəmələri öncədən görməsi olub. O heç zaman İnqilaba münasibətdə şübhəli cərəyanların haqqında danışmaqdan çəkinməyib. Açıq şəkildə sözünü deyib. Vilayəti-fəqih prinsipinin konstitusiyada yer almasında şəhid Ayətin rolu müstəsnadır. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ilk başçısı cənab Mənsuri deyir ki, əgər şəhid Ayət konstitusiyada SEPAH-ın yerini müəyyənləşdirməsəydi millətçilər və digər çaşqın cərəyanlar SEPAH-ı səhnədən çıxaracaqdılar. Şəhid Ayətin siyasi cərəyanların çaşqınlıqları haqqında açıq bəyanatları onun tanıtdırılmasının qarşısında açıq maneədir. İstər həyatı dövründə, istər şəhadətindən sonra şəhid Ayət güclü hücumlara məruz qalıb.

Düşünürəm ki, şəhid Ayət bilərəkdən inqilab tarixindən çıxarılıb. Biz bəzi dəyərli şəxsiyyətlərimizə qarşı diqqətsizlik göstərmişik. Onların düşüncələrini cəmiyyətə çatdırmağı bacarmamışıq. Bəziləri isə ümumiyyətlə haşiyədə qalıb, hətta tənqid olunub. Mənim əlimdə şəhid Ayətin şəhadətindən sonraya aid ona qarşı 15 qovluq var.

 

Sual: Şəmsi 91-ci ildə şəhid Ayət haqqında filmin nümayişindən bir həftə ötməmiş mətbuatda bu filmə qarşı yazılar getdi. Nə üçün şəhid Ayətdən bu qədər qorxurlar? Ölkədə yüz minlərlə anım mərasimi keçirilir və etiraz edən yoxdur. Nə üçün şəhid Ayətin anım mərasimi xof yaradır?

 

Müəllif: Qeyd etdim ki, şəhid Ayət cərəyanları tanıyırdı. Əgər cəmiyyət şəhid Ayəti lazımi qədər tanısa həm inqilab tarixini, həm də ayrı-ayrı şəxsləri yaxşı tanıyar. Şəhid Ayətin səhnəyə gəlişi qarşısında dayananlar Musəvini əfsanə kimi yaşatmaq istəyənlərdir. Bu gün islahatçı kimi çıxış edənlər 60-cı illərdə səhnədən uzaqda idi. Bu gün Bazərqanın müdafiəsinə qalxanlar bir zaman ona qarşı ən ədalətsiz hücumlara imza atıblar. Bu gün Müntəzirini müdafiə edənlər bir gün onun üstünə buldozerlə gedirdilər. Bəli, kimlərsə keçmişinin gündəmə gəlməsini istəmir. 60-cı illərə qayıdış, şəhid Ayət şəxsiyyətinin ortaya qoyulması, baş nazirin qərargahında partlayış hadisəsinin xatırlanması çox qaranlıq nöqtələri işıqlandırardı.

 

Sual: Şəhid Ayətin mərcəiyyət və vilayəti-fəqihə münasibəti necə olub?

 

Müəllif: Şəhid Ayətin məşrutə və neftin milliləşməsi hərəkatı mövzularında dərin mütaliələri vardı. O belə bir qənaətə gəlmişdi ki, mason və nasionalist cərəyanlar istənilən bir inqilab zamanı ona rəhbərliyə can atır, inqilaba nüfuz edirlər. Şəhid Ayət ruhaniyyətin bu yolla səhnədən çıxarılacağından qorxurdu. Məşrutə dövründə Şeyx Fəzlullah Nurinin edamı, Nəqizadə kimilərinin azğınlıqları şəhid Ayətin nigarançılıqlarına haqq qazandırıb. Şəhid Ayət bu sırada Ayətullah Kaşaninin xanənişin edilməsini, saxta çevrilişləri ibrət dərsi sayırdı. O İmam Xomeyninin də belə bir hücuma məruz qalacağından ehtiyatlanırdı.

Şəhid Ayətin vilayəti-fəqih prinsipinin konstitusiyada yer alması üzərində israrı belə nigarançılıqlardan qaynaqlanırdı. İmam (r) hələ 47-ci ilə Nəcəfdə vilayəti-fəqih dərslərini başlayır. Onun ilk kitabları şəhid Ayətin diqqətini çəkir. O İmamın düşüncələri ilə tanış olur. Şəhid Ayət xibrə məclisində İslam hökumətinin bünövrəsi kimi vilayəti-fəqihi təqdim edir. O vilayəti-fəqih prinsipinin müdafiəsinə qalxaraq deyir: "Mənim məclisə daxil olmaqda məqsədim vilayəti-fəqih prinsipinin qəbul olunmasıdır. Nə qədər ki, bu prinsip qəbul olunmayıb, demək İslam hökuməti qurulmayıb."

Şəhid Ayət şəhid Behişti, şəhid Haşiminejad, şəhid Bahünər kimi insanlarla birlikdə vilayəti-fəqih prinsipinin qəbuluna çalışırdı. O zaman da Bəni Sədr, Müqəddəm Mərağeyi kimiləri tərəfindən amansız hücumlara məruz qalmışdı. Bir qrup çalışırdı ki vilayəti-fəqih konstitusiyada yer almasın, hətta bu məqsədlə xibrə məclisinin buraxılmasını tələb edirdilər. Amma sonda şəhid Ayət və tərəfdarları qalib gəldi.

 

Sual: Şəhid Ayətin Müzəffər Bəqai ilə nə rabitəsi olub:

 

Müəllif: Şəhid Ayət şəmsi 39-cu ilin sonlarında Zəhmətkeşlər Partiyasına daxil olur. 42-ci ilə qədər bu partiya ilə həmkarlıq edir. O partiya ilə tanışlıqdan sonra Bəqaiyə məktub yazır. Yazır ki, partiyaya daxil olduğu vaxt ölkədə iki siyasi cərəyan olub: Biri Sovetlərə bağlı Tudə, o biri Müsəddiqin tərəfdarlarının cərəyanı. Şəhid Ayət bu cərəyanları qəbul etmədiyindən iki xüsusiyyətinə görə Zəhmətkeşlər Partiyasını seçir. Bu partiya Müsəddiqə qarşı idi, digər tərəfdən Ayətullah Kaşani tərəfindən himayə olunurdu. Hətta Ayətullah Kaşaninin övladları partiyaya get-gəl edirdi. Əslində bu partiya siyasətlə maraqlanan dindarlar üçün münasib yer idi.

Şəhid Ayət Pəhləvi rejimi ilə mübarizə məqsədilə partiyaya daxil olur. Amma qısa müddətdən sonra başa düşür ki, Bəqai səltənətə qarşı deyil. 42-ci ildə 15 xordad qiyamında şəhid Ayət çalışır ki Bəqaini şah əleyhinə mübarizəyə qaldırsın. Bəqai bu təklifi qəbul etməyəndə şəhid Ayət ondan uzaqlaşır. Şəhid Ayətin partiya üzvlərinə təsiri böyük olduğundan Bəqai onu partiya sıralarından çıxarır. İmamın gəlişi ilə şəhid Ayət bir çox başqa mübarizlər kimi İmama qoşulur.

 

Sual: Nə üçün mədəniyyət nazirliyi kitabın bəzi hissələrinin çıxarılmasını istəyib?

 

Müəllif: Kitabın üç əsas mövzusu var: Şəhid Ayət nasionalistlərə qarşı, şəhid Ayət Bəni Sədrə qarşı, şəhid Ayət cənab Musəviyə qarşı. Kitabın əsasən son hissəsinə irad bildirilib. Kitab mötəbər sənədlər əsasında yazılıb. Heç bir müddəa sənədsiz deyil. Ən azı xatirələrə istinad olunub. Əsas iradlardan biri Musəvinin hakimiyyətə gəlişində əsas rol oynayanlarla bağlıdır. Musəvi ilə Ayətullah Xamenei arasında olan fikir ayrılığı mövzusu etiraza səbəb olub. Şəhid Ayətin terroru ilə bağlı ehtimallar da etirazla qarşılanıb. Mən bu ehtimallları İslam İnqilab məhkəməsinin sənədlərindən götürmüşəm. Təəssüf ki, bu barədə 30 səhifəlik məlumat çapa getmədi.

 

Sual: Kitab neçə səhifədən ibarətdir? Söz azadlığının genişləndiyi şəraitdə kitabın ixtisarı tələbi necə əsaslandırılır?

 

Müəllif: Kitab 750 səhifədir. Qanun mədəniyət nazirliyinə belə bir ixtiyar verib ki kitabın müəyyən hissəsini çapa verməsin. Bizim etirazımız kitabın ixtisarı yox, hansı mövzunun ixtisar olunmasıdır. Əslində çıxarılan hissələr məşhur şəxslərin xatirələridir. Onlar bu işlə sanki təsbehin ipini çıxarıblar. Mən ixtisarla razılaşmamışam...

 

 

Ayətullah Xamenei: Dünyanın gerçəklikləri və ABŞ-ın istəkləri...

 

Doktor Seyid Məhəmməd Mərəndi ilə söhbət

 

Doktor Seyid Məhəmməd Mərəndi Tehran Universitetinin beynəlxalq araşdırmalar institutunun rəisidir. Bu müsahibədə ABŞ-ın beynəlxalq konfliktlərdə yol verdiyi səhvlər, dünyada Qərbin planlarının gerçəkləşməməsi səbəbləri təhlil edilir.

 

Sual:

Cənab Rəhbər 1 fərvərdində baş tutmuş çıxışında buyurdu: "Dünyanın gerçəklikləri ABŞ-ın istəklərinə uyğun həyata keçmir." Ayətullah Xamenei bu mövzuda nümunələr də göstərdi. Fələstin, Suriya, İraq, Əfqanıstan, Pakistan,eləcə də İranda baş verən hadisələr misal çəkildi. Şəmsi 1392-si ildə (ötən il) İranda baş vermiş iki hadisə yada salındı: prezident seçkiləri və 22 Bəhmən nümayişləri. Nə üçün bu hadisələrdə ABŞ və müttəfiqlərinin istəkləri həyata keçmir?

 

Doktor Seyid Məhəmməd Mərəndi:

Əgər İraqla 8 il uzanmış müharibəni yada salsaq mövzu bir qədər aydınlaşar. 1363-cü ildə (30 il öncə) Tehranda cümə namazında partlayış həyata keçirildi, eləcə də Tehran bombalandı. Ayətullah Xameneinin imaməti ilə qılınan cümə namazında 14 nəfər şəhid oldu. Bomba partlayışı zamanı mən Tehran Universitetinin həyətində çəmənlikdə oturmuşdum. Xatırlayıram ki, növbəti həftə namaza gələnlərin sayı qat-qat artıq idi. Təhlükə artsa da, namazda iştirak edənlər əvvəlkindən çox idi.

Nə üçün belə olmuşdu? Çünki xalq dinə, məmləkətə, dövlətə, dəyərlərə qarşı təhlükənin artdığını hiss etmişdilər. Meydana daha böyük izdihamla çıxmağa qərar verilmişdi.

Düşünürəm ki, son hadisələrdə də xalqın reaksiyası eyni olub. 22 Bəhmən nümayişlərindən qabaq ABŞ təhqiramiz rəftarlara yol vermişdi. Xalq gördü ki, İran yeni münasibət ortaya qoysa da ABŞ-ın rəftarı dəyişməyib. Nümyaiş vaxtı yaxınlaşdıqca ABŞ ədəbsizləşirdi. Bu rəftar xalqa öz təsirini göstərdi.

 

Sual:

Qərb informasiya vasitələri çalışır ki, ictimai rəyə təsir göstərsin. Nə üçün ABŞ və müttəfiqləri bu sahədə uğur qazana bilmir?

 

Doktor Seyid Məhəmməd Mərəndi:

ABŞ təkcə İrana qarşı hesablamalarında yanılmayıb. Bir çox ölkələrə münasibətdə hesablamalar yanlışdır. Bunun səbəbi ölkələrindəki mütəxəssislərin İran mövzusuna xüsusi bir şəkildə yanaşmasıdır. ABŞ-da iranşünaslar bir neçə qrupdur. Bir qrupu Amerikada yaşayan iranlılardır. Başqa bir qrup valideyni İranda yaşamış insanlardır. Adı iranlı olan belələri heç fars dilini bilmir. Bir qrup da sırf amerikalılardan ibarətdir. Onlar heç vaxt İranda olmayıblar. Bu qruplar informasiya vasitələrinə təsirlidirlər. Onlar İranı olduğu kimi yox, öz istədikləri kimi tanıtdırırlar. Bu səbəblərə görə ABŞ və Qərbin İran haqqındakı hesablamaları həqiqətdən uzaqdır.

 

Sual:

Əgər onlar hesablamalardakı səhvi görürlərsə nə üçün əvvəlki yolu davam etdirirlər?

 

Doktor Seyid Məhəmməd Mərəndi:

Qərb dövlət rəsmiləri reallıq yox, kimlərinsə subyektiv rəyləri əsasında qərar çıxarırlar. Bir növ İranla bağlı reallığı qəbul etmək istəmirlər. Onlar həqiqiəti görür və onu görməzliyə vururlar. Onlar daha çox görmək istədiklərini "görürlər". Bu baxışla son 35 ildə öz səhvlərini təkrarlayırlar. Maraqlıdır ki, həm də səhvlərini etiraf edirlər. Onlar şahiddirlər ki, 22 Bəhməndə hər il xalq meydanlara çıxıb dövlətə dəstəyini nümayiş etdirir. Yenə də deyirlər ki, meydandakı xalq deyil. Seçkiləri qeyri-demokratik adlandırırlar. İranşünas mütəxəssislərin hesablamaları özünü doğrultmasa da onlar araşdırma, beyin mərkəzlərində oturmaqdadır. Çünki onlar ABŞ rəhbərlərinin istəyinə uyğun hesablama hazırlayırlar.

 

Sual:

ABŞ digər ölkələrə də eyni münasibət göstərir?

 

Doktor Seyid Məhəmməd Mərəndi:

Bəli, belədir. Onlar bizim məntəqədəki gerçəkliyi dərk etmirlər. Düşünürəm ki, "İslam Oyanışı" "Ərəb Baharından" fərləndirilməlidir. Əgər İslam oyanışına ərəb baharı kimi baxsaq, onda prosesin başa çatdığını düşünməliyik. Amma İslam Oyanışı bu gün da qaynamaqda olan bir hərəkatdır. Qərbdə mötəbər mənbələrin fikri budur ki, İranın özündə xalqın 70 faizindən çoxu kimliyini hər şeydən çox müsəlmanlıqd görür. Yəni bizim kimliyimizdə ilk faktor İslamdır. Bu mənbələr Misirdə də eyni vəziyyətin olduğunu açıqlayır. Misirdə də əhalinin 70 faizindən çoxu özünü müsəlman olaraq təqdim edir. Bu rəy sorğuları Amerikanın Merilend Universitetinin World Public Opinion sorğu mərkəzinin məlumatlarıdır.

Misirə baxdıqda görürük ki, meydanda Mursiyə qarşı olanlar da, onun tərəfdarları da özünü müsəlman sayır. Hər cəbhədə hicablı qadınlar var. Hər iki cəbhə ABŞ-ı düşmən sayır. Mursinin müxalifləri onu ABŞ-ın adamı sayır. Tərəfdarlar isə müxalifləri Amerikanın əlaltısı hesab edir. Aydın olur ki, Misir inqilabında büdrəmələr olsa da oyanış davam edir. Cənab Rəhbər o zamankı cümə namazı xütbəsində ifratçılıq, məzhəb ayrıseçkiliyi, tayfabazlıq kimi təhlükələrlə bağlı xəbərdarlıq etdi. Belə görünür ki, həmin amillər Misir inqilabının məğlubiyyətinə səbəb oldu.

İslam Oyanışı ona görə davam edir ki, məntəqə xalqları özünü müsəlman hesab edir. Onlar cəmiyyətdə İslamın aparıcı rol ifa etməsini istəyirlər. İslamı qəbul edənlər ictimai münasibətlərdə də dini prinsipləri qəbul edirlər. Təbii ki məntəqədə qərbpərəst azlıq da var. Amma söz sahibi müsəlmanlardır.

Regionda problemlər o zaman dərinləşdi ki, ABŞ və Qərb vəhaibələrə, ifratçılara meydan verdi. Məzhəb, tayfa ixtilafları qızışdırıldı. Suriyada bu layihə üzərində işləyirlər. Amma düşünmədilər ki, ifratçılığı idarə etmək mümkün deyil. Bu ifratçılıq sünnə əhli, təkfirçilərin özünə zərbə oldu. Bu gün Misirdə xalq ifratçılarla vuruşur.

 

Sual:

Təkfirçilik Qərbə də zərbə ola bilərmi?

 

Doktor Seyid Məhəmməd Mərəndi:

Şübhəsiz! Təkfirçilik Qərb üçün ən böyük təhlükədir. Bu arada ən böyük zərərə düşən Qərb olacaq. Sərvət və güc Qərbin əlində olduğundan məhz onlar ifratçılığa hədəfə çevriləcək. Qərb özünə çox pis müttəfiq seçdi. "Ərəb Qışı" Qərbin mənafeləri üçün böyük təhlükə ola bilər. Artıq bu təhlükəni görürlər. Bu da onların yanlış hesablamalarının nəticələrindəndir.

 

Sual:

Qərbin regiondakı strategiyalarından biri ictimai fikri həqiqətdən yayındırmaq üçün məcazi fəzalar yaratmaqdır. Sizcə, onların Suriya və digər ölkələrdəki ssenariləri nə qədər uğurlu olub?

 

Doktor Seyid Məhəmməd Mərəndi:

Mən Qərb mətbuatı ilə sıx əlaqədəyəm, hətta bəzi müxbirlərlə saatlarla söhbətim olur. Şəbəkə rəhbərləri etiraf edir ki, bu gün həqiqəti demək gücündə deyillər. Onlar öz işində, postunda qalmaq üçün qırmızı xətləri gözləyirlər. Açıq deyirlər ki, böyük siyasətin tələbləri çərçivəsində işləməyə məcburdurlar.

Qərb mətbuatının vəzifəsi Suriyada xalqı hökumətə qarşı qaldırmaqdır. Suriya hökumətinin zəif nöqtəlir olsa da İran bu fikirdədir ki, bu hökumətə qarşı olanlar demokratiya yox, başqa məqsədlər ardıncadır. Ərəbistan kimi ölkələrin demokratiyaya dözümü yoxdur. Elə ABŞ da Misirdə demokratiya istəmir. Bəşar Əsəd Bin Əli və Mübarəkdən fərqli olaraq xalqın dəstəyinə malikdir. İran Suriya böhranının siyasi həlli üçün çalışırdı. Amma Qərb imkan vermədi. Onlar bəz məntəqə ölkələri ilə əl-ələ verib istənilən yolla Bəşar Əsədi devirməyə qərar verdilər.

Qərb mətbuatı ilk addımda Suriyada ifratçıların varlığını inkar edirdi. Dəməşq və Hələb kimi böyük şəhərlərdə intihar əməliyyatları baş verəndə Qərb və müxaliflər bunu Əsəd hökumətinin ayağına yazmaq istəyirdi. İfratçıların, Əl-Qaidənin cinayətlərini təsdiq edən videomateriallar yayılanda belə bunu etiraf etmək istəmirdilər. O qədər susdular ki, ifratçılıq əjdahası onların öz mənafelərinə caynaq atdı. İndi İranın mövqeyinə yaxın mövqedən çıxış edirlər.

 

Sual:

Ukrayna, Krım böhranında Qərb uğur qazana bildimi?

 

Doktor Seyid Məhəmməd Mərəndi:

Amerika narahatdır ki, Asiyada iqtidar mərkəzləri yaranır və güclənir. Avropanın ağlına gəlmirdi ki, Rusiya Ukraynaya hərbi müdaxilə edib, Krımı nəzarətə götürəcək. Qərb Rusiyanın bu addımları qarşısında heç bir iş görə bilmədi. Biz bu münaqişədə kiməsə haqq vermirik. Fakt odur ki, Qərbin zəifliyi sübuta yetdi.

 

Sual:

Qərbin uğursuzluğunda yanlış hesablamlardan əlavə nə kimi amillər rol oynayıb?

 

Doktor Seyid Mə