A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: VİLAYƏT NURU
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


 

İkinci xüsusiyyət şah rejiminin xarici qüvvələrə qul kimi əsir olması idi. Bu gün şah rejimini təmizə çıxarmaq üçün kitablar yazılır. Amma bunlar inkar ediləsi faktlar deyil. Rzaxan Britaniyanın istəyi ilə hakimiyyətə gəlmişdi. Onların göstərişi ilə də getdi. İngiltərə bircə mesaj verdi ki, o getməlidir. 17-18 il səltənətdən sonra getməyə məcbur oldu. Çünki onun güvənəcəyi bir qüvvə yox idi. Onlar gətirmişdilər, indi də deyirdilər ki, getməlisən. O da getdi. İngilislərin əmri ilə gəldi, ingilislərin əmri ilə getdi. Sonra ingilislər Məhəmməd Rzanı hakimiyyətə gətirdilər. 30-cu ilin əvəllərində amerikalılar meydana daxil oldu. Bütün işi ələ aldılar. Siyasət Amerika siyasəti oldu. İstər ölkə daxilində, istər regionda, istər beynəlxalq səhnədə Amerikanın mənafelərinə uyğun şəkildə hərəkət edilirdi. Onlar nə istəyirdisə, o da olurdu. Bu İran xalqına böyük təhqir idi. Xəbis şah rejiminin xüsusiyyətlərindən biri belə əlaltı olması idi. Bu gün Amerikanın İran xalqı və İslam inqilabına düşmən kəsilməsinin bir səbəbi əlaltı rejimin getməsidir. Belə bir xidmətçi rejim əllərindən çıxıb. Bəli, onların inqilabla düşmənçiliyi başa çatası deyil.

 

Xəbis şah rejiminin üçüncü xüsusiyyəti onun fəsad içində olması idi. Bu fəsad cinsi fəsadlardan başlayırdı və bütün saray adamlarını, onların ətraflarını əhatə edirdi. Xəcalət doğuran əhvalatlardır. Xalq bunu dilə gətirməyə cürət etməsə də yaxşı görürdü. Bəzən xaricilər bu barədə yazırdılar. Əxlaq, iqtisadiyyat sahəsində fəsad baş alıb gedirdi. Bu fəsadlar orta yox, ali səviyyədə idi. Ən böyük rüşvətxorluqlar, əxlaqsızlıqlar, xəyanətkarlıqlar şah və onun ətrafında baş verirdi. Milli sərvətə qarşı böyük xəyanət vardı. Xalqın yoxsullaşması hesabına varlanırdılar. Əxlaqsızlıq, rüşvətxorluq, narkomaniya yayılırdı. Bütün bunun arxasında o zamankı rejim dayanırdı. Məhəmməd Rzanın bacılarından birini İseçrə hava limanında bir çamadan heroinlə saxlamışdılar. Bunu bütün dünya bildi, amma tez ört-bastır etdilər. Vəziyyət belə idi. Zalım rejimin mühüm xüsusiyyətlərindən biri xalqa etinasızlıq idi. Xalqı saya salan yox idi. Biz həmin rejimin dövründə bir dəfə olsun seçkilərdə iştirak etmədik. Sadə xalqdan da, bazar əhlindən də seçkilərdə iştirak etdiyini eşitməmişdik. Bir ovuc muzduru aparıb onların vasitəsi ilə şura məclisi və başqa qurumlarda işlərini görürdülər. Xalqın xəbəri olmurdu ki, işə kim rəhbərlik edir. Bir növ xalqla hakimiyyət arasında rabitə qırılmışdı. Bu gün siz ölkənin siyasi həyatından xəbərdarsınız. O zaman xalq hakimiyyətin nə iş gördüyündən tamami ilə xəbərsiz idi. Zalım rejim xalqdan tam şəkildə ayrılmışdı.

 

Elmi inkişafa etinasızlıq göstərilirdi, xalq kiçildilirdi, Qərb dəyərləri böyük göstərilirdi. Nəinki elmi inkişaf yox idi, ümumiyyətlə elm sahəsində fəaliyyət görülmürdü. Xalqı hər şeyin xaricdən gəlməsinə öyrətmişdilər. Təəssüf ki, bu adət hələ də yaşayır. Uzun illər boyu xalqın adət etdiyi bir şeyi asanlıqla səhnədən çıxarmaq olmur. Daxili istehsalı gücləndirmək əvəzinə xalqı xaricdən gələn mallara öyrətmişdilər. Bir növ xalqın zövqü dəyişmişdi. Kənd təsərrüfatı məhv olmuşdu. Milli sənayedən söhbət gedə bilməzdi. Məmləkət tam şəkildə xaricdən, xalqın düşmənlərindən asılı vəzziyyətə gəitirilmişdi. Xalqın istedadlarını, potensialını gözdən salır, Qərb mədəniyyətini böyüdürdülər. Xalq bütün bunları görür, hiss edirdi. İran xalqı oyaq xalqdır, həqiqəti dərk edir. Bir nida, bir mömin qəlb lazımdır ki, insanları mübarizə meydanına çəksin. Təbii ki, haradasa mübarizə səsi gəlirdi. Amma ümumi bir mübarizə üçün ilahi bir insana ehtiyac vardı. Allah-Taala xalqa bu şəxsi verdi. Böyük İmam (r) xalqın bütün istəklərini özündə cəmləşdirmiş həmin fəryad idi. Xalq da onun çağırışına cavab verdi, canından keçdi, fədakarlıq göstərdi, meydanlara çıxdı. Xalq rejimə qarşı mübarizəyə qalxdı və qalib gəldi.

 

Xarici düşmənlərin İslamla müxalifətinin səbəbi budur ki, dünyanın həssas bir regionunda, fövqəladə strateji mövqeyə malik olan bir ölkə bu inqilab vasitəsi ilə nəzarətdən çıxmışdı. Muzdurların yerinə gələnlər artıq düşmənlərin istəklərinə məhəl qoymurdu. Onlar əvvəlki rejimin tam əksinə hərəkət edirdilər. İslam İnqilabının ən böyük xidməti bu oldu ki, xalqı həmin rejimin şərindən xilas etdi. Bütün inkişafların, milli izzətin, böyük xalq hərəkatının, ümumi bəsirətin, elmi inkişafın, dünyada və regionda qazanılan mövqeyin əsas səbəbi budur ki, həmin maneə aradan qaldırıldı. Bu işi xalq gördü. Bu işi din gördü. Bu işi etiqad gördü.

 

Bu gün dünya imperializmi İslam nizamına qarşıdır. Heç kim təsəvvür etməsin ki, düşmən öz düşmənçiliyindən əl çəkib. Xeyr, belə deyil. Nə zaman güclənsəniz, hazır olsanız, düşmənin planlarını görə bilsəniz düşmən məcbur qalıb öz mövqeyini dəyişəcək. Əgər diqqətsiz olsanız, düşmənə ümid bəsləsəniz düşmən üçün yeni fürsətlər yaranacaq. Bu zaman o bu ölkədə məqsədlərinə çata bilər. Bu gün xalqımıza qarşı təzyiqlər həmin düşmənçiliyin göstəricilərindəndir. Bu düşmənçilik başa çatası deyil. İran xalqı bu düşmənçilik qarşısında dayanıb, müqavimət göstərib, İslam Cümhuriyyətini qoruyub, böyük ideallara doğru hərəkət edib. Bəzən uğursuzluq barədə məsuliyyətsiz sözlər eşidilir. Əslində belə deyil və İran xalqı bu günə qədər böyük uğurlar qazanıb. İran xalqı düşmənin təzyiqlərinə müqavimət göstərib. Xalq bacarıb ki, özünü qorusun, inkişaf etsin, ideallarına yaxınlaşsın.

 

Biz həmişə demişik ki, İslamın tələblərini kamil şəkildə reallaşdıra bilməmişik. Amma bu günə qədər böyük yol keçmişik. Ölkədə ictimai ədaləti tam şəkildə təmin etmişik. Amma qarşıda uzun yol var. Bunu görməmək olmaz. Bir gün bu ölkənin bütün sərvətini bir neçə ailə qəsb edirdi. Amma bu gün vəziyyət tam dəyişib. Milli sərvət xalqın ixtiyarındadır. İctimai ədalətə doğru böyük bir hərəkat var. İslam əxlaqına doğru böyük bir hərəkat var. Arabir eşidirik ki, əxlaqla bağlı tənqidi sözlər deyilir. Bəli, əsil İslam əxlaqı ilə bizim aramızda müəyyən fasilə var. Buna şübhə yoxdur. Amma biz çox irəli getmişik. İran xalqı böyük addımlar atıb və bunu görməmək olmaz. Bəziləri düşüncəsizliklə elmi tərəqqini inkar edir. Nə üçün? Axı ölkənin elmi inkişafı təkcə bizim sözümüz deyil. Bunu düşmənlər də etiraf edir. Bunu dünyanın beynəlxalq araşdırma mərkəzləri deyir. Belə bir zamanda bir qrup ortaya çıxıb xalqı kiçiltmək istəyir. Bu səhv yanaşmadır. Ölkədəki böyük inkişafı görməmək olmaz. Həmin inkişafı müqəddəs İslam nizamı təmin edib. Bunu inkar etmək insafsızlıq və yanlışlıqdır. Amma qarşıda uzun yol var və buna şübhə yoxdur. Biz hələ ki, böyük məqsədlərə çatmamışıq. İslamın idealları olduqca yüksəkdir. İlkin İslam dövründə də belə olub. Düşünməyin ki, Peyğəmbər (s) dövründə, xəlifələr dövründə İslamın tələbləri tam təmin olunub. Əsas məsələ hərəkətdə olmaq və irəli getməkdir. Xalqımız hərəkətdədir və irəli gedir. Bu hərəkəti məsuliyyətsiz sözlərlə gözdən salmaq olmaz. Xalqda onun hərəkəti ilə bağlı şübhə yaratmaq olmaz. Xalq

 

inkişaf edir, böyük işlər görülür. Buna dünya şahiddir. Başqa ölkədən gələnlər inkişafımızı etiraf edir. Onlar İran xalqı haqqında xoş sözlər deyir. Müxaliflər, düşmənlər bu xalqın inkişafını təsdiqləyir. İran xalqı iqtidarı, müqaviməti, istedadı, qazandığı böyük tövfiqə görə alqışlanır. Bu gün xalqımıza lazım olan ittifaq və milli birlikdir. Xalqı parçalamaq, iki dəstəyə bölmək, təfriqə yaradan şüarlar söyləmək düzgün deyil. Bu bizim milli mənafeyimizə ziddir. Bu İran xalqının ideallarına ziddir. İttihad və ittifaq lazımdır. Xalq məsullara kömək etməlidir, dövlətə yardım etməlidir.

 

Dövlətlər də bilməlidirlər ki, onlara vəzifələrini yerinə yetirməkdə kömək edəcək yeganə qüvvə xalqdır. Xalqa güvənmək lazımdır. Dəfələrlə demişəm ki, gözlərini biganələrə dikməsinlər. Bəli bu gün düşmənlər sanksiyalarla müəyyən problemlər yaradıb. İndi sabah sanksiyaları götürmək üçün bir şərt qoysalar və bu şərt sizin qeyrətinizə sığmasa nə edəcəksiniz? Şərt qoydular ki, İslamdan əl çəkin, müstəqillikdən əl çəkin, elmi inkişafdan əl çəkin, qürur yaradan hərəkətlərdən əl çəkin. Yalnız bu şərtlər daxilində sanksiyaları götürəcəklərini vəd etsələr nə edəcəksiniz? Şəksiz ki, qəbul etməyəcəksiniz. Ölkədə heç bir məsul qəbul etməz ki, hansısa siyasi və qlobal bir prinsipi qurban vermək naminə sanksiyalar götürülsün. Düşmən birbaşa ideallarımıza hücum etmir. Biz geri çəkilsək ona yol açılır və öz çirkin tələblərini açıq ortaya qoyur. Ayıq olmaq lazımdır. Bilməliyik ki, düşmənin təklifləri arxasında nə dayanıb. Heç bir məsul şəxs razı olmaz ki, düşmən qarşısında geri çəkilək. Bizim geri çəkilməyimiz hesabına sanksiyaların götürülməsi milli mənafeyə uyğun deyil. Amma biz sanksiyaları təsirsizləşdirə bilərik. Müqavimət iqtisadiyyatı elə budur. Tutaq ki, düşmən sanksiyaları götürmək üçün elə bir şərt qoyur ki, onu qəbul etmək mümkünsüzdür. Bu halda daxili qüvvələrə güvənməliyik. Dəfələrlə qeyd etmişik ki, ölkənin iqtisadi durumu neftdən asılı olmamalıdır. Görün qısa müddətdə neftin qiyməti necə sürətlə yarıya endirildi. Əgər neftdən asılı olacağıqsa, problem də yaranacaq. Bu barədə fikirləşmək lazımdır. Dövlət məsullarının əsas vəzifəsi budur ki, sanksiyalar götürülməsə belə ölkənin iqtisadiyyatını çiçəkləndirə bilsin. Çıxış yolu budur. Biz ölkənin daxili qüvvələrinə güvənməliyik. Ölkənin daxili potensialından istifadə olunmalıdır. Bu məqsədə aparan yollar var. Mütəxəssislər, peşəkarlar əmindirlər ki, bu qəbil çıxış yolları var. İnsan özünə güvənə bilər. Məsulların, dövlətin vəzifəsi budur. Biganənin əlinə ümid gözü dikilməməlidir. Biganə bir gün sanksiya istəyəcək və siz nə qədər geri çəkilsəniz, o irəli gələcək. Bu imperializmin xislətindədir, siz geri çəkildikcə o üstünüzə yeriyəcək.

 

Əsas məsələ budur ki, düşmənin planını zərərsizləşdirəsi işlər görülsün. Elə bir iş görək ki, sanksiyalar təsirsiz olsun. Bizi bu məqsədə çatdıracaq yollar var. Bəzi addımlar atılıb və müsbət nəticəsi də var. Düşmənin əlindən sanksiya silahını almaq olar. Amma gözümüz düşmənin əlində olsa onlar deyəcəklər ki, nə qədər ki, tələblər yerinə yetirilməyib, sanksiyalar qüvvədə qalır. Amerikalılar həyasızlıqla deyirlər ki, İran nüvə proqramında geri çəkilsə belə sanksiyalar tam şəkildə ləğv olunmayacaq. Bunu açıq deyirlər. Aydın olur ki, belə düşmənə etibar etmək olmaz. Mən müzakirələrə müxalif deyiləm. Qoy müzakirələr getsin. Mənim etiqadım budur ki, ümidimizi xəyali yox, həqiqi nöqtəyə bağlamalıyıq. Həmd olsun Allaha ki, ölkənin məsulları məşğuldurlar, çalışırlar. Mən də düşünürəm ki, bütün qrumlar dövlətə kömək etməlidir. Çünki iş çətindir. Dövlət də ehtiyatlı olmalıdır ki, xalq parçalanmasın. Ehtiyac olmayan sözləri danışmaq lazım deyil. Xalqımızın birliyi, yüksək himməti, böyük imanından düzgün istifadə olunmalıdır. Belə olsa inşaallah maneələr aradan qalxar. Nəzərinizə çatdırıram ki, bu günlə inqilabın başlanğıcı arasında yerlə göy qədər fərq var. Biz çox inkişaf etmişik. Biz 20 il əvvəllə, 10 il əvvəllə də müqayisədə çox irəlidəyik. Şübhəsiz ki, İran xalqı bu inkişaf yolunu davam etdirəcək. İran xalqı, siz gənclər ilahi tövfiqlə, Allahın lütfü ilə görəcəksiniz ki, təkəbbürlü düşmən qarşınızda boyun əyməyə məcbur olub.

 

Allahın rəhməti olsun böyük İmama (r). İmam (r) bizim qarşımızda müqavimət, Allaha təvəkkül, bəsirət yolu açdı. Allahın rəhməti olsun əziz şəhidlərə, şəhidlər bu yolda hərəkət etdi. Allahın rəhməti olsun siz əzizlərə, gənclərə, çalışqan insanlara. Siz bu günə qədər bu yolu davam etdirmisiniz.

 

Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh

 

Yanvar, 2015

 

 

 

 

Ümumölkə Namaz Toplantısına Müraciət

Namaz toplantısı mübarək, faydalı və xeyir bir toplantıdır

 

Cənab Rəhbər Ayətullah Xameneinin 23-cü Ümumölkə Namaz Toplantısına Müraciəti

Ötən gün sübh Əhvazda 23-cü Ümumölkə Namaz Toplantısı Ayətullah Xameneinin müraciəti ilə öz işinə başlayıb. Cənab Rəhbərin müraciətini Namazın Bərpası Mərkəzinin rəisi höccətülislam vəlmüslimin Qəraəti oxuyub. Müraciətin mətni:

 

Bismillahir-Rəhmanir-Rəhim

Uzun illərdir mübarək, ardıcıl təlaş və diqqət qəlbləri və düşüncələri bütün ölkə boyu bu toplantıya, namaz barədə fikirləşməyə sövq edir. Bu misilsiz İslam ayini, din və dindarlığın möhkəm sütunu mövzusunda nöqtələr, xatırlatmalar, xəbərdarlıqlar cəmiyyətə çatdırılır. Bu toplantı siz təşkilatçılar üçün böyük ilahi tövfiq, biz dinləyicilər və tələbələr üçün Allah tərəfindən nemətdir.

Artıq bu dəyərli təlaşın məhsulunu düzgün baxış tərəzisində ölçmək vaxtıdır. Həm namazın bərpası və ona yüngül yanaşmamağa dəvət edilən dinləyicilər, xüsusilə yeniyetmə və gənclərə münasibətdə, həm rəhmani saleh əməl sayılan namazın ruhu və cövhəri olan xüzu və xüşuya münasibətdə, həm bu yolda vəzifəli insanların məsuliyyətinə münasibətdə, eləcə də məscidlərin tikilib-abadlaşdırılmasına münasibətdə, məktəb və universitetlərdə namazın təşkilinə münasibətdə, hava və yerlə səfərlərdə namaza şərait yaradılmasına münasibətdə, audio-video təbliğat vasitələrində sənətkarlıq üsullarından bəhrələnməyə münasibətdə, bu qısa və mənalı ibadətə aid məqalə və kitabların ərsəyə gəlməsinə münasibətdə, məsulların öhdəsinə düşən digər işlərə münasibətdə dəyərləndirmə vaxtıdır.

Namaz toplantısı mübarək, faydalı və xeyir bir toplantıdır. Bu dəyərli işin daha kamil səviyyəyə çatması üçün dəqiq və düşüncəli dəyərləndirməyə, hesablamaya cəhd etmək lazımdır. Nəticələr üzərində işləmək bu tədbirin mühüm hissəsidir.

Allahdan hamınıza, xüsusilə əziz və dəyərli ruhani höccətülislam cənab Qəraətiyə tövfiq diləyirəm.

 

Seyid Əli Xamenei

9 dey, 1393 (30 dekabr, 2014)

 

 

 

 

İran İslam Cümhuriyyəti ordusunun hərbi məktəb tələbələrinin 8-ci toplantısında bəyanat

İslam imperializmin mənafelərinə qarşı çıxmasaydı...

 

Bismillahir-Rəhmanir-Rəhim

 

Mömin gənclərin, pak zabitlərin varlığı nemətinə görə Allah-Taalaya şükr edirik. Bu gənclər İran İslam Cümhuriyyəti ordusu və ölkənin müdafiə sistemi üçün işıqlı gələcək ümidi verirlər. Siz əziz gənclər, bu universiteti bitirənlər və zabitlik dərəcəsi alanlar, eləcə də bu elm, təcrübə, iman meydanına daxil olanlar inşaallah böyük bəhrəyə sahib olacaqlar. Siz mənim əziz övladlarım, İran xalqının əziz və dəyərli övladlarısınız. Sizə uğurlarınıza görə təbrik söyləyirəm, bu ağır yükü çiyninə almış komandanlarınıza, rəislərinizə və məsullara səmimi təşəkkürümü bildirirəm. Bugünki proqram gözəl, məzmunlu, dərin mənaya malik proqram idi. Allah-Taala bu şüarlar, bu üsullar, bu sözlər əsasında sizin canınızı, qəlbinizi, düşüncənizi və əməlinizi illər boyu möhkəm və davamlı etsin.

Silahlı qüvvələr hər bir ölkədə iqtidarın dayaqlarındandır. Ölkənin hərbi gücü onun ümumi və beynəlxlaq qüdrətini nümayiş etdirə bilər. Amma silahlı qüvvələrin özündə bu mənaya səhlənkarlıqla baxmaq olmaz. Güclü ordu o ordudur ki, eşq, mənəviyyat, əzmkarlıq bu ordunun hərəkətlərini məsuliyyət səhnəsində formalaşdırsın, ona istiqamət versin. Əgər iman, bəsirət, əzmkarlıq olmasa, düşmən sıralarına uzaqgörənliklə nəzər salınmasa, hərbçilər və təchizatın çoxluğu təyinedici olmayacaq. Silahlı Qüvvələrdə canlı qüvvələrin və müasir silahların çoxluğu bəs etmir ki, ordu məmləkət və milləti iqtidara çatdırsın. İman, əzmkarlıq, məsuliyyət hissi, hərbi məsuliyyətin dərk olunması lazımdır. Yalnız bu şərtlər daxilində ordu millətin iqtidar sütunlarından ola bilər. İslam Cümhuriyyətinin ordu və SEPAH daxil olmaqla silahlı qüvvələri, bəsic qüvvələri və digər hərbi xidmət göstərənlər illər uzunu öz bacarıqlarını sübuta yetiriblər. Öz mənəvi, elmi, yaradıcı iqtidarlarını ortaya qoyublar. Buna görə də dünya bizim silahlı qüvvələrə ciddi yanaşır, bilirlər ki, məsuliyyət meydanında, döyüş səhnəsində silahlı qüvvələr bütün imkanlarını ortaya qoyur.

Əziz gənclər, bu xalqın fədakar övladları! Bu təhlükəni sahəni xidmət üçün seçənlər! Özünüzü silahlı qüvvələrin hər gün artan məsuliyyətinə hazırlayın. Oxuduqlarınızı, aldığınız təlimləri, düşüncə və araşdırmalarınızı, yiyələndiyiniz hərbi bacarıqlarınızı məmləkətin həqiqi, mühüm iqtidar sütunu olmaq məqsədinə yönəldin.

Universitetin Əmirəlmömininin (ə) adı ilə tanınması böyük iftixardır. Nurani əkslərini gördüyünüz şəhidlər bu universitetdə tərbiyə alıb, səhnəyə çıxıblar. Döyüş meydanlarında olanlar, şəhidlər arasında bir hissəsi də bu universitetin tələbəsidir. Bu universitet bərəkətli bir yerdir. Bu universitetdə elə insanlar tərbiyə olunub ki, İran xalqı onlarla fəxr edir, onları özünə iftixar sayır. Belə bir mərkəzdə hazırlıq keçdiyinizə görə fəxr edib. Bu gün İslam dünyası, hətta bütün bəşəriyyət sizin və İran xalqının şüarlarına ehtiyaclıdır. Bu gün dünya eqoizm və tamahkarlığın qurbanı olaraq əzab çəkir. Müasir dünya yeni və dağıdıcı vasitələrlə fəzilətləri dərk etməyən həvəsbaz insanların ixtiyarındadır. Onlar insanlıqdan xəbərsizdir. Belə bir dünyada İslamın azadlıq fəryadı ucalanda, İslam bayrağı qalxanda hamının diqqəti onu cəlb olunur. Düşmənlər buna reaksiya göstərir. İslamı gözdən salmaq üçün incəsənətdən, hərbdən, siyasətdən, bütün mümkün vasitələrdən istifadə edirlər.

Bu gün dünyanın sənət şirkətlərində istifadə olunan əsas işlərdən biri islamafobiya, insanlarda İslama münasibətdə qorxu yaratmaqdır. Nə üçün? Əgər İslam dünya imperializminin mənafelərinə qarşı çıxmasaydı belə reaksiyalar olmazdı. Görürsünüz ki, müxtəlif qrupları İslam adı altında, İslam hökuməti adlandıraraq silahlandırır, himayə edir, onların əli ilə qətliamlar aparır, ölkələrdəki sabitliyi pozurlar. Bu İslamın nüfuzundan qorxunu göstərir. Həqiqi İslamdan qorxurlar. O İslam ki, sizdən əvvəlki nəsil bu İslamla döyüş meydanlarına çıxdı, siyasət və inqilabda söz sahibi oldu, özünü dünyaya göstərdi. Burada əziz gənclərin qeyd etdiyi kimi siz böyük şəhidlərin, böyük şəhidlərin varislərisiniz. İslamın müsajı bəşəriyyət üçün asayiş, izzət, şərəf, sabit həyat mesajıdır. Düşmənlər istəmir ki, bu İslamı dünya və xalqlar tanısın.

Əzizlərim! Təhsildə ciddi olun, hərb sənətini gözəl öyrənin, hərbçiliyi İslam prinsipləri ilə yanaşı əxz edin. Necə ki, gənc araşdırmaçı və alimlərimiz elmin müxtəlif sahələrində uğurlara imza atır. Siz də hərb sənətini, ordu quruculuğunu, yeni üsulları yaradın, ixiralar edin, aranızda səhnəyə çıxarın.

Allah-Taaladan hamınız üçün tövfiq, yardım diləyirəm. İnşaallah, siz gənclər daha üstün, daha işıqlı, daha şərəfli bir sabaha şahid olacaqsınız. Siz özünüz həmin işıqlı sabahın ərsəyə gəlməsində rol oynayırsınız.

Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh

 

(Bu mərasim bir qrup gəncin İran İslam Cümhuriyyəti ordusunun hərbi məktəbini bitirməsi, başqa bir qrupun tələbələr sırasına qatılması münasibəti ilə təşkil olunub. Mərasim İmam Əli (ə) adına hərbi məktəbin binasında baş tutub. Cənab Rəhbər Ayətullah Xamenei şəhidlərin xatirə guşəsində olub, hərbi qruplarla görüşüb, mərasimdə Quran oxunub, məktəbin rəhbəri Məhəmmədriza Fuladi çıxış edib, yeni tələbələrin andiçmə mərasimi keçirilib, ustad və nümunəvi tələbələr təltif edib, təhsili başa vuranlar hərbi baş komandandan bayrağı alaraq yeni tələbələrə təqdim edib. Baş komandan bəyanatla çıxış edib, marş icra olunub, parad keçirilib.)

 

Noyabr, 2014

 

 

 

 

 “İfratçı və təkfirçi cərəyanlar İslam alimlərinin nəzərində” konfransının iştirakçıları ilə görüşdə çıxış

Amerika və Avropa dövlətləri əl-ələ verdilər, amma bacarmadılar...

 

Təkfirçi cərəyanın fitnəkarlıqları ilə İslam məmləkətlərində, İraq, Suriya, Liviya, Livan və bəzi başqa ölkələrdə dəyərli infrastrukturlar viran qoyuldu. Görün bu ölkələrdə nə qədər yollar, neftayırma zavodları, mədənlər, hava limanları, şəhərlər, evlər məhv edilib. Səbəbi daxili müharibələr, qardaş qırğınlarıdır. Əvvəlki vəziyyətə qayıtmaq üçün nə qədər zaman, pul, güc sərf edilməlidir?!

 

Bizə məlumat verildi ki, Amerikanın yük təyyarələri İŞİD adlı qrupun İraqdakı mərkəzlərinə havadan silah-sursat atır, onlara kömək edirlər. Əvvəlcə düşündük ki, bu səhvən ola bilər. Amma sonra yenə təkrarlandı. Mənə verilən məlumata görə 5 dəfə bu hadisə baş verib. 5 dəfə səhv etmək olar? İddia edirlər ki, anti-İŞİD koalisiyası yaradıblar. Aşkar yalandır! Bu koalisiyanın xəbis məqsədləri var. Onlar təkfirçi fitnəkarlığını yaşatmaq istəyirlər.

 

***

 

Çıxışın tam mətni

 

Bismillahir-Rəhmanir-Rəhim

 

(Bu konfrans şəmsi təqvimlə 2, 3 azərdə müqəddəs Qum şəhərində keçirilib. Konfrans Ayətullah Nasir Məkarim Şirazi və Ayətullah Cəfər Subhaninin rəhbərliyi ilə baş tutub. Cənab Rəhbərin nümayəndələrlə görüşdə çıxışından öncə konfransın təşkilat komitəsinin rəisi höccətül-İslam Seyid Mehdi Əlizadə Musəvi hesabat məruzəsi edib.)

 

Əlhümədulillahi Rəbbil-aləmin və səlləllahu əla səyyidəna və nəbiyyina əl-Mustəfəl-əmin Muhəmmədin və alihit-təyyibinət-tahirinəl-məsumin və əla səhbihil muntəcəbin vət- təabeinə ləhum bi ihsanin ila yəvmid din

 

Əvvəla, əziz qonaqlara, möhtərəm iştirakçılara, məclisə qatılan müxtəlif İslam məzhəbi alimlərinə xoşgəldin deyirəm. Bu əhəmiyyətli iclasın iki günlük işində fəal və faydalı iştirakınıza görə təşəkkür edirəm. Böyük və dəyərli Qum alimlərinə, xüsusi ilə cənab Ayətullah Məkarim Şirazi və cənab Ayətullah Subhaniyə təşəkkür etməyi zəruri sayıram. Onlar bu ideyanın müəllifidirlər və onu həyata keçirdilər. Həmd olsun Allaha ki, bu yolda ilk addım atıldı. Onu davam etdirmək lazımdır. İki gün ərzində möhtərəm natiqlərin çıxışlarından xülasə şəkildə məlumat əldə etdim. Mən də bir neçə nöqtə qeyd etmək istərdim.

Birincisi, bu iclas İslam dünyasında zərərli və təhlükəli cərəyan olan təkfirçilik cərəyanına həsr olunub. Təkfirçilik yeni hadisə deyilsə də, onun tarixi keçmişi varsa da, bir neçə ildir imperializmin planları, bəzi region dövlətlərinin pulu hesabına, ABŞ, Britaniya, sionist rejim kimi müstəmləkəçi ölkələrin casus şəbəkələrinin planları əsasında yenidən dirçəlib, güclənib. Bu məclis, sizin bu toplantınız həmin cərəyanla hərtərəfli mübarizə üçündür. Bu gün İŞİD adı ilə tanınan qrupu nəzərdə tutmuram. İŞİD adı ilə tanınan cərəyan xəbis təkfirçi ağacın bir budağıdır. Onların törətdiyi fəsadlar, qətliamlar (bax: Bəqərə, 205), günahsız insanların qanının axıdılması İslam dünyasında təkfirçi cərəyanın cinayətlərinin bir hissəsidir. Məsələyə bu prizmadan baxmaq lazımdır.

Mən qəlbən təəssüf edirəm. Biz, yəni İslam dünyası bütün gücümüzü sionist rejimin fitnəkarlığı ilə mübarizəyə sərf etməliyik. Onların Qüdsi-şərif və Məscidül-Əqsaya qarşı hərəkətləri bütün İslam dünyasını ayağa qaldırmalıdır. Amma məcbur olmuşuq ki, imperializmin İslam dünyasının daxilində yaratdığı problemlə məşğul olaq. Başqa yol yoxdur. Əslində təkfirçiliklə mübarizə İslam dünyası alimlərinə, bu dünyanın öncül və fədakar övladlarına qəbul etdirilmiş mübarizədir. Düşmən bu cərəyanı saxta problem olaraq səhnəyə çıxarıb və biz onunla mübarizə aparmağa məcburuq. Amma əsas problem sionist rejim problemidir. Əsas məsələ Qüds, müsəlmanların ilk qibləsi, Məscidül-Əqsadır. Bunlardır əsas məsələ!

İnkarolunmaz bir nöqtə budur ki, təkfirçi cərəyan və onu himayə edən hökumətlər imperializm və sionizmin mənafelərinə xidmət edirlər. Onların işi ABŞ, istismarçı Qərb dövlətləri və işğalçı sionist rejimin məqsədlərini həyata keçirməkdir. Bu fikri qəti şəkildə təsdiq edən dəlillər var. Təkfirçi cərəyan İslami simaya malikdir. Amma əməldə istismarçı, imperialist, İslam dünyasına qarşı böyük siyasətlərin xeyrinə işləyir. Aydın dəlillər var və bu dəlillərə göz yummaq olmaz. Həmin dəlillərdən bəzilərini yada salıram.

Biri budur ki, təkfirçi cərəyan İslam oyanışı hərəkatını yolundan çıxara bildi. İslam oyanışı hərəkatı