A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: VİLAYƏT NURU
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Mənə xəbər çatıb ki, düşmənlərimiz Fars körfəzi ölkələrinin bəzi ağılsız başçıları ilə - hamısını nəzərdə tutmuram - birlikdə təmsili (uzaqdan idarə edilən) müharibələri İran sərhədlərinə doğru çəkmək istəyirlər. İslam İnqilabı Keşikçiləri, milli təhlükəsizliyi qoruyan bütün insanlar müxtəlif təşkilatlar da oyaqdırlar, diqqətlidirlər. Yaxşı bilsinlər ki, əgər bir şeytənət baş versə, İran İslam Cümhuriyyətinin reaksiyası çox sərt olacaq. Bu aydın bir yoldur. Bu açıq və geniş bir yoldur. İran xalqının qarşısında bu açıq bir üfüqdür. İran xalqı böyük ümidlə həmd olsun Allaha ki, bu yolu gedir. Əlbəttə ki, böyük məqsədlərə doğru hərəkət zamanı yorğunluqlar, xərclər və problemlər də var. Tarixdə problemlərdən yorulmayan, dizə çökməyən, düşmən qarşısında əyilməyənlər ləyaqətli insanlar, ləyaqət ordeni almış xalqlardır. Onlar bütün təcavüzlər, sözdə, işdə təcavüzlər qarşısında öz əzm və iradələrindən möhkəm divar çəkiblər. İstər meydan müharibələrində, istər informasiya müharibəsində təcavüzkara müqavimət göstəriblər. İran xalqı bu xalqlardandır. 35 ildir ki, İran xalqı bu yolda hərəkət edir. Bu gün siz əziz gənclər bu səhnənin növrəstə bəhrələrisiniz. İnşaallah, bu ağır yükü siz və ölkə boyu işə məşğul olan, təhsil alan gənclər çiyninə götürsün. İnşallah, bu əmanəti bizdən, əvvəlki nəsillərdən daha üstün şəkildə irəli aparın, Allah qarşısında, ilahi dərgahda əziz şəhidlərin gözünü işıqlandırın.

Pərvərdigara! Məhəmməd və Ali-Məhəmməd hörmətinə, bizim dəyərli şəhidlərimizin pak ruhuna, Böyük İmamın pak ruhuna öz rəhmət və bərəkətini nazil et!

Pərvərdigara! Bu gənc qəlblərə, bu pak insanlara öz rəhmət və bərəkətini nazil et!

Pərvərdigara! Şəban ayı və qarşıdakı ramazan ayında bu gənclərə öz tövfiqini əta et, onlara özünə yaxınlığı lütf buyur.

Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh.

 

May, 2015

 

 

 

 

Cənab Rəhbərin Besət bəyanatı

Cahiliyyət təkcə elmdən məhrumluq deyil.

 

Ölkə məsulları və İslam ölkələri səfirləri ilə görüşdə bəyanat

 

Ayətullah Xameneinin əziz Peyğəmbərin (s) Besət ildönümü münasibilə bəyanatının tam mətni

 

Bismillahir-Rəhmanir-Rəhim...

 

Bu böyük, tarixi və misilsiz bayram münasibətilə siz möhtərəm iştirakçıları, əziz qonaqları, bütün İran xalqını, dünya müsəlmanlarını , eləcə də qəlbi ədalət, insanlıq və azadlıq üçün çırpınan bütün insanları təbrik edirəm. Besət təkcə müsəlmanlar yox, hamı üçün bayramdır. Besət bayramı, besət gününün əziz tutulması səbəbi budur ki, besətin məzmununu təkrarlayaq və ondan dərs alaq. Məqsəd budur. Biz besət dərslərinə həmişə ehtiyaclıyıq. Besət müəyyən dövrə aid olan tarixi hadisə deyil, tarixin bütün dönəmləri üçündür.

Bu gün mənim Besətin böyük məcmuə olan dərslərindən seçib, haqqında qısaca danışmaq istədiyin budur ki, Besət cahiliyyətlə mübarizə üçün gəlib. İslam leksikonunda cahiliyyət əziz Peyğəmbərin (s) risalətinin doğuşundan əvvəlki dövrdür. Təsəvvür etməməliyik ki, bu cahiliyyat Ərəbistan yarmadası, Məkkə, Hicaz ərəbləri və başqa nöqtələrə aid olub, xeyr. Bu cahiliyyət ümumi olub. O zaman İran da, Rum da cahiliyyət bataqlığında qərq olmuşdu. İslam və Peyğəmbərin besəti bütün bu cahiliyyətlə mübarizə üçün gəldi. Cahiliyyət təkcə elmdən məhrumluq deyil. İslam leksikonunda cahiliyyətin çox geniş mənası var. Cahiliyyətin bir hissəsi elmdən məhrumluqdur. Amma geniş mənada cahiliyyət insanın şəhvət və qəzəb qüvvəsinin həyat fəzasına qalib gəlməsi, hakim olmasıdır. Cahiliyyət budur. Cahiliyyət, yəni bəşər cəmiyyətinin xüsusilə hakimlərin şəhvət və qəzəb meyllərinin əsarətinə düşməsi ilə onda fəzilətlərin məhv olması, rəzalətlərin hakim olması. Bu olur cahiliyyət.

 

Cahil xalqın həyatında bir geniş azğınlıq meydanı var. Bir tərəfdən cilovu qırmış nəfs, cinsi şəhvət və bu qəbil şeylər. Siz Ərəbistan yarmadasında mühitə baxın. Başqa fəzalar da belə idi. Cilovu qırmış vəziyyətdə şəhvətə qərq olmuşdular.  Bacaran adam şəhvətpərəstliklə məşğul idi. Digər tərəfdən, şəhvətə tabe olan bu insanlar qan tökməkdə təsəvvürə gəlməyən dərəcədə həddi aşırdılar. Öz körpələrini öldürürdülər. Qəd xəsirəlləzinə qətəlu əvladəhum... (bax: Ənam, 140) O kəslər ki övladlarını qətlə yetirir səbəbi  səfehlikləridir. Səfəhən biğeyri ilm... (həmin ayə)  Bu səfehlik elə həmin cahiliyyətdir.  Daşürəklik, qəddarlıq elə bir həddə çatır ki, başqalarının günahsız ailə-övladı bir kənara, öz övladlarına da rəhm etmirlər. Bu olur cahiliyyət. Bir tərəfdən şəhvət,bir tərəfdən qəzəb. O zaman həyat mühiti bu iki azğın hissin əsiri olur. İslam gəldi ki,  bu vəziyyəti aradan qaldırsın. Bu hallar Sasani İranında da, Roma İmperatorluğunda da  var idi. Zalım imperator və hakimlərin nəzarəti altında olan başqa yerlərdə də bu hal var idi. İslam bütün bu çirkinliklərin qarşısında dayandı. Lilaləminə nəzira... (bax: Fürqan, 1) İslam bütün dünyaya xitab etdi. Bu İslamın göstərişidir.

 

Bu gün də dünyada cahiliyyət var. Biz gözümüzü açmalı, cahiliyyəti tanımalıyıq. Bu gün də eynən həmin məna mövcuddur. Ölçüsüz, cilovsuz, məntiqsiz şəhvətpərəstlik. Bu gün qərb dünyasında şəhvətpərəstliyin məntiqi “təmayül”dür. Soruşuruq ki, nə üçün homoseksualizmi yayır, genişləndirirsiniz? Deyirlər ki, bu insanda bir meyldir. Budur məntiqləri! Şəhvətdə, cinsi meyllərdə  heç bir qırmızı xətt tanımayanlar  növbə qəddarlığa çatanda müşahidə edirik ki, günahsız insanları necə qətlə yetirirlər, heç bir təqsiri olmayan millətləri necə məhv edirlər. Bu hazırda mövcud olan cahiliyyətdir, modern cahiliyyət! Bu cahiliyyətin Quran təbirincə ilkin cahiliyyətdən fərqi odur ki, bu gün cahiliyyət elmlə silahlanıb. İnsanlara xoşbəxtlik gətirəcək elm onu qara günə salıb, bəşər cəmiyyəti üçün bədbəxtlik səbəbi olub. Bu gün dünyaya meydan oxuyanlar öz elmi nailiyyətlərinə güvənib zor deyənlərdir. Bu gün əllərindəki silah, informasiya vasitələri, təhlükəsizlik texnologiyaları, böyük təbliğat maşınları elmin səmərəsidir. Bütün bunlar şəhvət və qəzəbin xidmətindədir. Dünyanın hazırkı vəziyyəti belədir. İslam cəmiyyəti belə bir reallıqla üzbəüzdür. İslam dünyası bunu hiss etməli, dərk etməlidir.

 

Bu  gün cahiliyyət təkrar istehsal edilib. İlkin İslam dövründəkindən daha güclü, yüz dəfə, min dəfə təhlükəli. Həmd olsun Allaha ki, bu gün İslam da təchiz olunub. Müxtəlif vasitələrdən istifadə etməklə İslam dünyaya yayılıb. Müvəffəqiyyətə, düşmən fitnəsi üzərində qələbəyə ümid kiçik ümid deyil. Birinci dərəcəli zərurət bəsirətdir. İkinci izzət və himmətdir. Bunlar İslam millətlərinin ehtiyac duyduğu şeylərdir.

 

Bu gün  İslam dünyası həqiqətən problem yaşayır.  Öz məntəqəmizdə İslam ölkələrinin vəziyyətinə baxın. Pakistan və Əfqanıstandan başlamış Suriya, Livan, Fələstinə qədər, Yəməndən başlamış Liviyaya qədər ölkələr,  Qərbi Asiya və Şimali Afrika ölkələri çoxsaylı problemlər içindədir. Böhran problemi, qardaş qırğını problemi, Allahdan xəbərsiz qruplaşmalar problemi. Bütün bunların arxasında isə böyük güclərin, başda Amerikanın planları dayanır. Öz milli mənafelərinə xidmət adı ilə meydana daxil olur, şəhvət və qəzəb hökmü altında istədiklərini edirlər. Günahsız insanları qətlə yetirir, terrorçu qruplaşmaları dəstəkləyirlər.

 

Təbliğatları həqiqətən də genişdir, bütün mövzuları əhatə edir. Biz iranlılar Çörçil adı ilə tanışıq. İngiltərənin ötən nəsil siyasətçilərindəndir. Onun məzhəkəli bir sözü var. Deyir həqiqət o qədər qiymətlidir ki, onu yalana büküb qorumaq lazımdır!! Məntiqə baxın! Həqiqətin tam ziddi olan yalanın təbliği! Qərb siyasətində müşahidə etdiyimiz budur.

 

Bu gün amerikalılar iddia edirlər ki, terrorla mübarizə aparmaq iatəyirlər. Hansı ki ən qəddar terrorçuları özləri ərsəyə gətirib. İŞİD-i kim yaradıb? Özləri etiraf edirlər ki, İŞİD-in yaranmasında mühüm rol oynayıblar. İŞİD-ə bənzər irili-xırdalı terror qruplaşmalarını İraq və Suriyada, başqa yerlərdə millətlərin canına salan kimdir?  Bu cinayətkarların, qatillərin əlindəki silah-sursat, dollarlar haradandır? Bu pullar haradan gəlir? Amerikanın siyasəti, göstərişləri əsasında məntəqədə terrorçu qrupları dəstəkləyən kimdir? İmperialistlərin məntəqədə  terrorçu qrupları yaratmasına, genişləndirməsinə, onları himayə etməsinə şübhə var?! Bu məntəqənin hansı nöqtəsinə baxsan orada terror hadisələrində düşmənin əlini görərsən. Qəzzədə, Qərb Sahilində Fələstini təzyiq altında saxlayan saxta sionist rejimi kim himayə edir? Onlara yol açan kimdir? Onların arxasında kim dayanıb? Başda Amerika olmaqla  qərb dövlətləri bu rejimi himayə edir. Belə bir vəziyyətdə şüarları terrorla mübarizə, İŞİD-ə qarşı müxalifətdir. Yalan deyirlər, sözləri həiqəqətə ziddir. Bu cahiliyyətdir. Bu müasir dünyamızda mövcud olan cahjiliyyətdir.

 

Oyaq olmalıyıq. Əziz qardaşlar, əziz İran xalqı, böyük İslam ümməti, ölkə başçıları! Bilin ki, biz bu cahiliyyətin  qarşısını ala bilərik. Bu imperializm öz xəbis siyasətləri ilə məntəqəmizdə başqa əllərlə müharibə aparır. Öz mənafeləri naminə məntəqə ölkələrini ya ölkə daxilində qrupları qızışdırırlar, bir-birinin üstünə salırlar. Öz mənafeləri yolunda belə edirlər. Silah istehsalçılarının cibini doldurur, süquta uğramaqda olan  iqtisadiyyatlarını bu yolla dirçəltmək istəyirlər. Məqsədləri budur, oyaq olmalıyıq.

 

Farz körfəzi məntəqəsi haqqında danışırlar. Fars körfəzində təhlükəsizlik körfəz ölkələrinin müştərək mənafeyidir. Biz körfəz ölkələriyik,  müştərək mənafelərimiz var. Biz qonşuyuq, burada təhlükəsizlik bizim xeyrimizədir. Əgər Fars körfəzi təhlükəsiz olsa, hamımız bu təhlükəsizlikdən faydalanarıq. Qeyri-sabitlik olsa bu hamımıza zərərdir. Təhlükəli körfəz hamı üçün təhlükəlidir. Burada təhlükəsizliyi körfəzin sahibləri təmin etməlidir. Amerika kimdir ki, gəlib Farz körfəzi haqqında fikir bildirsin?! Onlar sabitlik yox, mənafe arxasıncadırlar. Bir yerdə böhran yaratmaq istəyəndə bu işi görür və görənləri himayə edirlər.

 

Bəli, Yəmən qarışdı,  uşaq və qadınların qətlgahına döndü. Bu təhlükə deyil? Bu təhlükəni kim dəstəkləyir? Amerika! Təəssüf ki,  səbəbkarların da adı müsəlmandır. Onlar aldanıblar. Himayə edən odur, plan cızan odur, terroru yayan onlardır.

 

Sonra da deyirlər İran terroru dəstəkləyir. Biz terrorla mübarizə apardıq, terrora sillə vurduq. Terror ölkəmizdə düşmənlərimizin pulu ilə, Amerikanın planı əsasında  baş qaldırdı. İran xalqı ölkə daxilində terrorçuların başına zərbə endirdi. Bundan sonra da belə olacaq.

 

Biz öz ölkəmiz daxilində, İraqda, Suriyada, Livanda terrorla vuruşanlarla həmkarlıq etdik, kömək göstərdik, bundan sonra da edəcəyik. Biz terrora qarşı dayanmışıq. Məntəqənin ən xəbis və təhlükəli terrorçuları sionistlərdir. Biz sionistlərə qarşıyıq. Bizə deyirlər İran terroru dəstəkləyir. Sizsiniz terroru dəstəkləyən! Amerika  terrorçu sionist rejimin hamisidir. Amerika İŞİD-i yaratdı, onu himayə etdi. Siz Suriyada insan öldürən, insanı diri-diri yandıran, ölünün sinəsini yarıb ürəyini çıxaran və dişinə çikən terrorçuları himayə edirsiniz. Siz onlara arxa durdunuz, onlara həvəs verdiniz.  Sizin pilotsuz təyyarələriniz Pakistan və Əfqanıstanda evləri viran qoydu, xalqın toy mərasimini əzaya çevirdi. İraqda da belə hadisələr baş verdi. Bu işləri siz görürsünüz. Terror sizin əməlinizdir. Terrorçu sizsiniz. Deyirsiniz İran terroru himayə edir, hansı ki terror sizin işinizdir. Biz terrora müxalifik və istənilən terorçu ilə mübarizə aparırıq. Biz zülmə düçar olan hər kəsi müdafiə edəcəyik. Bu gün Yəmən xalqı zülmə məruz qalıb. Bundan böyük zülm nə ola bilər ki, rəcəb kimi haram ayda müsəlmanları qətlə yetirirsiniz. Məkkə müşrikləri də rəcəb ayı gələndə müharibəni dayandırırdılar.

 

Bu gün haram rəcəb ayında yəmənli ailələri əzaya batıranlar o günün məkkəlisindən çirkin və alçaqdır. Uydurma bəhanələr, yalan iddialarla bir sutkada bir məntəqəyə 100-200 dəfə havadan hücum olur. Yəmən xalqı məzlum xalqdır. Bəhreyn xalqı məzlum xalqdır. Fələstin xalqı daha ağır zülmə məruz qalıb. Uzun illərdir ki, bu xalq təzyiq altındadır. Biz bacardığımız qədər, gücümüz çatan qədər məzluma kömək edəcəyik. İslam bizə tapşırır ki, zalımla sərt, məzlumla mərhəmətli olaq. Bu Əmirəlmömininin (ə) tapşırığıdır. Biz demirik ki, qardaşın zalım da olsa, məzlum da, onu müdafiə etməlisən. Bu cahiliyyət şüarıdır. Quran belə demir. İslam bunu inkar edir. Məzlum kim olur-olsun onu müdafiə etmək lazımdır.

 

Məntəqə ölkələri diqqətli olsunlar. Məntəqənin, İslam toplumunun düşmənlərinin məqsədi məntəqə ölkələrini bir-biri ilə qorxutmaqdır. Onlar qorxunc düşmən siması yaratmaq, diqqəti əsil düşmən olan imperializm, təcavüzkar və çoxsaylı kompaniyalar, sionistlərdən yayındırmaq istəyirlər. İranı ərəblərə, bir milləti o birinə, şiəni sünniyə qarşı qoymaq düşmən siyasətlərindəndir. Buna qarşı çıxmaq lazımdır. Bu siyasətlərlə mübarizə cahiliyyətlə mübarizədir. Bu günün modern cahiliyyəti qəddar, rəhmsiz, hərtərəfli təchiz olmuş cahiliyyətdir. Bu cahiliyyətlə diqqətlə mübarizə aparmaq lazımdır. İran xalqı mübarizə aparıb və aparacaq.

 

Xoşbəxtlikdən məntəqə xalqları oyanıb. Bəli, İslam Oyanışını müvəqqəti olaraq boğdular. Amma oyanış, bəsirət məhv olası deyil. İran xalqı oyaqdır, bir çox məntəqə xalqları agahdır. Həmd olsun Allaha, İslam ümməti oyanmaqdadır. Bəli, düşmən cövlan edir, batil bir manevr aparır. Bu gün Peyğəmbərin besəti ilə bağlı vəzifələrimiz bunlardır. Diqqətli olmalıyıq ki, İslam ümmətinin missiyası yaddan çıxmasın, ümmətin gücünü görə bilək. Xoşbəxtlikdən İslam ümmətinin gücü böyük gücdür. Sübutu budur ki, uzun illər çalışsalar da məntəqədə oyanış və müqaviməti səhnədən çıxara bilməyiblər. Bu oyanışın mehvəri olan İslam Cümhuriyyəti ilə 35 ildir mübarizə aparırlar. Həmd olsun Allaha ki, məğlub olublar və olacaqlar.

 

Pərvərdigara! Bu yolun bütün şəhidləri və mücahidlərinə öz salam və rəhmətini çatdır. Pərvərdigara! Bizə bu dərsləri öyrədən, qarşımızda bu yolu açan böyük İmamı övliyalarınla məhşur et. Əziz şəhidlərimizi Peyğmbərlə məhşur buyur.

 

Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh      

 

May, 2015

 

 

 

 

Müəllimlər və maarif işçiləri ilə görüş

Amerika! Bu olası iş deyil ki, siz vurub aradan çıxasınız. Artıq o addım atılsa ilişəcəksiniz və biz sizdən əl çəkməyəcəyik!

 

Cənab Rəhbər Ayətullah Xameneinin müəllimlərlə və maarif işçiləri ilə görüşdə bəyanatı

 

Bismillahir-Rəhmanir-Rəhim...

 

Çox xoş gəlmisiniz, mənim əzizlərim! Öz pak nəfəsinizlə bu fəzanı, Huseyniyyəni ətirləndirdiniz. Doğrudan da müəllimin nəfəsi pak nəfəsdir. Bir fəzada müəllimlər olarsa insan əmin olur ki, o fəzada, o məkanda Allahın rəhmət və bərəkəti var. Ümid edirik ki, Allah-Taala bu böyük işi, bu böyük məsuliyyəti yerinə yetirməkdə sizə yardımçı olacaq. Həm siz müəllimlər, həm də təhsil sahəsində çalışanlar vəzifələrini layiqincə yerinə yetirə biləcəklər.

 

Rəcəb ayıdır. Sizin ifa etdiyiniz mənalı və gözəl surudda rəcəb ayına, təvəssülə, zirk və duaya işarə olundu. Bu ayda dua oxuyan möminlər Allahdan istəyirlər: Əllahummə fə əhdini hudəl-muhtədin vərzuq-nictihadəl-muctəhidin və la təcəlni minəl-ğafilinəl-mubədin... Duanın hər üç hissəsi çox əhəmiyyətlidir. Son hissə məğfirətlə bağlıdır və bu da bütün işlərin əsasıdır. Vəğfirli yəvməddin...

 

Hidayət olanların hidayəti, təlaş göstərənlərin təlaşı bu duada Allahdan istənilir. Diqqət etsəniz, bu iki amil məndə və sizdə olarsa, bütün problemlər həllini tapar. Həm hidayət olanların hidayəti, həm təlaş göstərənlərin bəşər tarixindəki təlaşları nəsibimiz olar. Danışığımızda, rəftarlarımızda bu hiss edilər. Duanın üçüncü hissəsində mümkün bir təhlükəyə işarə olunur: Və la təcəlni minəl qafilinəl-mubədin... Qəflət, xəbərsizlik ən böyük təhlükədir. Yoldan, məqsəddən, gücdən, imkanlardan, düşməndən, vəzifədən xəbərsizlik bu gün bizi hədələyir. Bizim ən böyük düşmənimiz qəflətdir. Düşmən qarşısında bizi yendirən qəflətdir. Və la təcəlni minəl-qafilinəl-mubədin... Bu qəflətin nəticəsi Allahdan, məqsəddən, nemətlərdən uzaqlaşmaqdır. Duanın məzmunu mərifət, tövhid, həyat dərsidir. Bu diqqətlə həmin duaları oxuyur, həm bu ayın fəzasından bəhrələnirik.

 

Müəllim həftəsi əziz və böyük şəhid mərhum Ayətullah Mütəhhərinin mübarək xatirəsi münasibətilə qeyd olunur. Şəhid Mütəhhərinin üstün xüsusiyyətləri çox idi. Amma nəzərimcə, onun şəxsiyyətində əsas göstərici müəllim olması idi. O hövzədə, universitetdə müəllim idi. Adi həyatda da müəllim idi. Söhbətləri təlim idi, dərs idi. Çünki ixlaslı idi, çünki ictihada malik idi. Yəni təlaş göstərirdi. Mən onun elmi təlaşlarını yaxından müşahidə etmişəm. Hər mövzu ilə bağlı qeydləri vardı. Harada zəruri bir nöqtə görürdüsə onu dərhal qeyd edirdi. Qeydlərini müəyyən bir yerdə toplayırdı. Mənə müxtəlif mövzularda topladığı qeydlərini göstərmişdi. Təəccüb edirdim ki, bu işləri görmək üçün necə səbir, hövsələ, enerji lazımdır. Elə bunun nəticəsidir ki, şəhadətindən 35 il ötüb, amma onun kitabları, onun sözləri yaşayır, aktualdır. Həmin sözlər, həmin kitablar, həmin təlimlər bu gün gənc nəsil üçün faydalıdır, araşdırmaçıların istifadəsindədir. Əlbəttə ki, bütün bunlarla kifayətlənmək lazım gəldiyini demirəm. Yeni sözlər, yeni düşüncələr, yeni şübhələr var. Kimlərsə Mütəhhəri yolunu getməli, onun kimi çalışmalıdır. Amma Mütəhhəri adı həmişə yaşayacaq bir addır.

 

Bu gün müəyyən məsələləri nəzərinizə çatdırmaq istəyirəm. Onlardan bəziləri təlim-tərbiyə sahəsinə aiddir. Başqa mövzular da var. Amma bu gün əsas mövzumuz təlim-tərbiyə mövzusudur. Bu mövzu mənim üçün çox mühümdür. Çünki təlim-tərbiyə gerçəkdən gələcək nəsillər üçün mühüm bir ocaqdır. Hər halda gələcəyimiz var, iyirmi il, iyirmi beş il sonra iş başına yeni nəsillər gələcək. Bu gün həmin nəsil hazırlanır, yaranmaqdadır. Bu nəsli yetirən müəllimdir, təlim-tərbiyə sahəsidir. Siz bir nəsil hazırlayırsınız. Onu necə hazırlayacaqsınız? Bu çox əhəmiyyətlidir. Məmləkətin gələcəyi, dünyanın gələcəyi, təlim-tərbiyə sahəsinin təlaşlarından asılıdır. Bu kiçik məsələ deyil. Bu həddə əhəmiyyətli başqa bir sahə yoxdur. Bəli, universitetdə, hövzədə də dərs oxuyurlar. İctimai mühitlərdə də tərbiyə prosesi gedir. Amma müəllimin rolunu əvəz edəcək bir şey yoxdur. Bugünkü körpənin, sabahın insanlarının düşüncə və ruhunun formalaşmasında müəllimin rolu misilsizdir. Onun uşaq və yeniyetmənin on iki il təhsil müddətində fəaliyyətləri böyük dəyərə malikdir. Nə ata-ana, nə mühit onu əvəz edə bilər. Müəllim bu qədər dəyərlidir. Təlim-tərbiyə sahəsi belə dəyərli sahədir. İctimai həyatla rabitədə təlim-tərbiyə, təhsil sahəsinin rolu kiçik deyil. Siz on üç milyona yaxın şagirdlə işləyirsiniz. Bu iyirmi altı milyon ata-ana deməkdir. Ümumilikdə otuz doqquz milyon insan, bir milyon da müəllim və maarif işçisi bir sahədə çalışır. Qırx milyon insan bu sahə ilə bağlıdır. Cəmiyyətlə belə bir rabitəsi olan ikinci sahə tanıyırsınızmı?! Elə bu əsasla təlim-tərbiyə sahəsinə ümid edirik.

 

Mən bu qurum barədə bir neçə söz demək istəyirəm. Bunu əvvəllər də demişəm. Yenə də təkrarlayıram. Bu sahəyə nə qədər pul xərclənsə həmin pul sərmayə kimidir. Təlim-tərbiyə sahəsinə belə baxmalıyıq. Təhsil iqtisadiyyatı heç bir iqtisadiyyata bənzəmir. Burada nə xərcləyirsinizsə onu sərmayə kimi yatırırsınız. Bu sözlər olduqca mühümdür və ölkə məsullarının, xalqımızın bu mövzuya diqqətlə yanaşmasını istəyirəm.

 

Bu böyük qurumda istinad nöqtəsi, mərkəzdə dayanan, bayraqdar kimdir? Müəllimdir! Bu meydanın sahibi müəllimdir. Müxtəlif qurumlar, təşkilatlar, sənəd və kitablar bu meydan sahibi ilə əlaqəlidir. Yaxşı müəllim o müəllimdir ki, onun əvəzi yoxdur. Yaxşı müəllim adi bir məktəbdə böyük insan tərbiyə edə bilər. Biz bunun şahidi olmuşuq. Yaxşı müəllim böyük insanlar, böyük şəxsiyyətlər yetişdirir. Qurum mühüm qurumdur və işdə müəllimə bağlıdır.

 

Müəllimin işi nədir? Mənim qeydlərim var. Müəllim müəyyən xüsusiyyətlərə malik nəsil tərbiyə etməlidir. Bu nəsil elmli, imanlı, özünəinanan, nikbin, sağlam, fiziki və ruhi baxımdan yetkin, işıqlı olmalıdır. O iradəli olmalıdır. Xərci az, faydası çoxdur. Müəllim belə bir nəsil tərbiyə etməlidir. Bu kiçik iş deyil. Deyirlər ki, müəllim peyğəmbərlərin işini görür. Bunun dərinliyinə gedək. Bu sözlər nə deməkdir? Yuzəkkihim və yuəllimuhumul-kitəbə vəl-hikmə ... Peyğəmbərlərin işi budur. Peyğəmbərlərin işi bəşəriyyəti xilas etməkdir. Peyğəmbərlərin işi üstün bir cəmiyyət yaratmaqdır. Budur peyğəmbərlərin fəaliyyəti. Deyirik ki, müəllimin işi peyğəmbərlərin işidir. Müəllimlik peyğəmbərlik peşəsidir, sözün canı budur.

 

Bəli, bunun şərtləri var. Biri qeyd etdiyim iqtisadiyyat məsələsidir. Təhsilinin iqtisadiyyatı, müəllimlərin maddi durumu zəruri şərtlərdəndir. Dövlət qurumlarındakı məhdudiyyətlərdən xəbərdarıq. Mövcud məhdudiyyətlərə biganə deyilik. Dövlət məsullarının vəzifəsidir ki, bu sahəyə xüsusi diqqət yetirsinlər. Qeyd etdim ki, bu sahəyə pul xərcləmək sərmayə yatırmaqdır. Bu sərmayənin cavabı, qazancı var. O əlavə gəlir gətirir. Bu sadəcə pul xərcləmək deyil. Dövlət idarəçiliyində, dövlət qərarlarında bu nəzərə alınmalıdır. Bunu etməsək düşmən sui-istifadə edər. Bu nöqtədən düşmən informasiya vasitələrində, radioda dövlət və İslama qarşı sui-istifadə edə bilər. Bunlar düşmən üçün bir vasitə olar. Əlbəttə ki, bizim müəllimlər həm ayıqdırlar, həm nəcabətlidirlər, həm mömindirlər. Mənim buna etiqadım var. Ötən illərdə bunu sınaqdan keçirmişik. Bu gün də ölkə boyu müşahidə edirik ki, müəllimlər düşmənin fitnəkarlıqlarından xəbərsiz deyillər. Onlar sosial vəziyyət adı altında şüar verirlər. Bu şüarların arxasında fitnəkar siyasi şüarlar da var. Hamı bilir ki, onların məqsədi xeyirxahlıq deyil. Onlar müəllimə can yandırmırlar, başqa məqsədləri var. Bu gün də həmin qüvvələrin bu işləri gördüyünə şahidik. Əvvəlkindən daha artıq çalışırlar. Bunun səbəbi canıyananlıq deyil. Onlar bizim üsul-idarə, dövlətçiliyimiz üçün problem yaratmaq istəyirlər. İslama, məmləkətimizə, İslam Respublikasına düşmənçilik səbəbindən belə edirlər. Hər halda onların əlinə bəhanə verməməliyik. Dövlət qurumları, məsullar, iqtisadiyyat sahəsinə baxanlar bu məsələyə diqqət yetirsinlər. Onlar bu məsələyə öz praqramlarında önəmli yer versinlər. Bu bir nöqtədir. Qeyd etdim ki, müəllimlər ehtiyatlı olmalıdırlar və ehtiyatlıdırlar. Xoşbəxtlikdən müəllimlərimiz agahdırlar. Bəziləri nizama, inqilaba bacardıqları şəkildə zərbə vurmaq istəyirlər. Onlar İslam Cümhüriyyəti ilə düşməndirlər. Nizama münasibətdə kinlidirlər. Müəllimə can yandırmırlar. Hər sahədə sui-istifadəyə çalışırlar.

 

Başqa bir məsələ maarif işçilərinin universiteti məsələsidir. Əvvəllər bu barədə danışmışam. Möhtərəm nazirlə, müəllimlər arasında bu məsələyə toxunmuşam. Maarif işçiləri universiteti mühüm bir məsələdir. Sonu müəllimlərin tədris, təlim-tərbiyə üçün cəzb edilməsi olan təlaşlar İslam və inqilabın meyarları ilə ölçülməlidir. Əgər bu işi görsək nəticə sizin istədiyiniz kimi olacaq. Bunda Allahın da razılığı var. Belə olsa məmləkətin gələcəyi üçün də faydalıdır. Əzəmətli və ümidverici bir nəsil yaranar. Buna riayət olunmasa məqsədə çata bilmərik. Maarif işçiləri universitetində həm dərs proqramları, həm də dərslərin məzmunu mühümdür. Təbii ki, elmi heyət, ustadların da kimliyi əhəmiyyət kəsb edir. Biz kimi tərbiyə etmək istəyirik? Xalqın övladlarını kim tərbiyə etməlidir? Kim böyük insanlar yetişdirməlidir? Bütün bunlar çox mühümdür. Müəllimlərin səlahiyyəti, dərs kitabları, dərs kitablarının məzmunu böyük əhəmiyyət kəsb edir.

 

Başqa bir mühüm məsələ təhsil sistemində köklü dəyişiklikdir. Bu məsələyə möhtərəm nazir işarə etdi. Görülən işlərdən danışdı. Mən hesabatı görmüşdüm. Bu sahədə ilk məsələ