A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: VİLAYƏT NURU
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Biz bu ilin əvvəlində qəlb və dildə birlik şüarını verdik. Sonralar da bu prinsipi təkrarlamışıq, onun üzərində dayanmışıq. Ölkəmizdə müxtəlif millətlərdən, dinlərdən, məzhəblərdən olan qardaş və bacılarımız vahid bir ailə təşkil edir. Həmd olsun Allaha ki, bu günə qədər bu birlik olub. İmkan verməyin ki, düşmən İslam fəzasına nüfuz etsin. Daha geniş müstəvilərdə sünnü və şiə qardaşlar bilsinlər ki, düşmənçilik İslamın mövcudluğu üçün təhlükə yaradır. Bu da əsas prinsiplərdəndir.

Mən İmamın yolu, məktəbindən yeddi prinsip üzərində dayandım. Şübhəsiz ki, İmamın yolu bu prinsiplərlə məhdudlaşmır. Başqaları da bu mövzunu araşdırsınlar və insanlar öz xoşladıqları sözü İmama aid etməsin. İmama aid etdiyimiz sözlər ona aid mənbələrdə olmalıdır. Özü də bu sözlər təkrar, ardıcıl şəkildə İmamın bəyanatlarında yer almalıdır. Mənim qeyd etdiyim yeddi məsələ bu qəbildəndir. İmam ilk bəyanatından son bəyanatına qədər uzun illər boyu bu prinsiplər üzərində dayanıb. Başqaları da araşdırma aparıb bu nöqtələri görə bilər. İmamın cazibəsi, eləcə də dəf etməsi bu üsullar əsasında olub. Biz də cazibə və dəf etmə imkanları istəyirik. Həmin prinsiplər əsasında buna nail ola bilərik.

Hamı bilsin ki, gündə bir qiyafədə gələn, bir gün qaşqabaqlı, bir gün təbəssümlü olan, bir gün vəd verib, sabah hədə-qorxu gələn düşmənin məqsədi ölkəni əsarət altına almaqdır. Düşmən zalım rejim dövrünə qayıtmaq, qeyd-şərtsiz ölkəyə nəzarət etmək istəyir. İslam bu qayıdışa müxalifdir. Düşmənin bu fitnələri qarşısında möhkəm güc dayanıb. Düşmən bu güclə, İslamla müxalifdir. Düşmən İslamla ona görə müxalifdir ki, İslam maarifi, İslam hökmləri onların qarşısında möhkəm sədd çəkir. Bizim millətə müxalifdirlər. Çünki millət onların qarşısında dağ kimi dayanıb. Kim onlara daha çox mane olursa, ona daha çox müxalifdirlər. Möminlərə qarşı daha çox müxalifdirlər. İnqilabi təşkilatlar, qurumlara qarşı daha çox müxalifdirlər. Hizbullah fərdlərə qarşı çox müxalifdirlər. Bilirlər ki, onlar möhkəm sədlərdir, düşmənin nüfuzu qarşısında dayanıblar. Düşmən hökm vermək, nəzarət etmək ardıncadır. Bütün təlaşları buna görədir ki, İslam Cümhuriyyətinin tərəqqisinin qarşısını alsınlar. Bu xalqın tərəqqisi cümhuriyyətin fəaliyyətləri ilə şərtlənib. Qədim Amerika siyasətçilərindən biri deyir ki, təkfirçi terrorçu qrupların biz qərblilər üçün əhəmiyyəti yoxdur; olsunlar, eyb etməz; bizim üçün mühüm olan İran İslam Cümhuriyyətidir; çünki bu cümhuriyyət böyük bir mədəniyyət yatmaq istəyir... Əlbəttə ki, həmin şəxs imperiya sözünü işlədib və bu bir səhvdir. Deyib ki, biz İranı mühüm düşmən kimi görməliyik. Bu sözlər ümmət yaradılmasının əhəmiyyətini də göstərir.

Siz əzizlərə, uzaq yol gəlmiş, müxtəlif şəhərlərdən gəlmiş əzizlərə, İran xalqına deyəcəklərimiz bunlar idi. Sizə xoş gəldin deyirəm, yorulmayasınız deyirəm. Allah hamınızı qorusun.

Pərvərdigara! Məhəmməd və Ali-Məhəmməd xatirinə, öz rəhmət və bərəkətini bu böyük millət üzərinə nazil et.

Pərvərdigara! Öz rəhmət və bərəkətini qarşımızda belə nurani yol açmış böyük İmamın ruhuna nazil et.

Pərvərdigara! Bizi bu yolun sabit ardıcıllarından qərar ver, ölümümüzü bu yolda şəhadət buyur.

Pərvərdigara! Vəliyyi-Əsrin qəlbini bizdən razı sal.

Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh.

 

Iyun, 2015

 

 

 

 

Ayətullah Xameneinin Quranla ünsiyyət məclisində çıxışı

Qari oxumağa başlayan kimi Allah, Allah deyilməsinə ehtiyac görmürəm...

 

Hicri-qəməri 1436-cı il, mübarək ramazan ayının ilk günü

İmam Xomeyni (r) Hüseyniyyəsi

 

Bismillahir-Rəhmanir-Rəhim

Əziz qardaşlara çox təşəkkür edirəm. Doğrudan da, bu gün onlardan bəhrələndik. Məclis gözəl, rəngarəng, cazibədar, mənalıdır. Həmd olsun Allaha. Hər il Quran tilavəti sahəsində inkişaf nişanələri görürük. Gənclərimiz arasında, xalqımız arasında bu tərəqqi məni çox sevindirir. Allaha şükür edirəm. Bu gün də həmd olsun Allaha bu gözəl tilavətlərin sayəsində məclis mənalı oldu. Xüsusi ilə zövqlu aparıcının bu tilavətlərin savabını hədiyyə etməklə bağlı sözləri, bu məclisdə tilavətin savabının Tehranda dəfn olunan son şəhidlərin ruhuna hədiyyə olunması fikri məclisi daha da mənalandırdı. Quranın gözəl səs, qaydalara uyğun oxunması onun mənalarının qəlblərə nüfuzu üçün müqəddimədir. Əgər Quranın məna baxımından faydasını kənara qoyub yalnız gözəl səsə görə tilavətinə baxsaq, şübhəsiz ki, bu iş yüksək məqamdan enər. Quranın gözəl səslə, qaydalara uyğun oxunması ilə bağlı bütün tövsiyələr ona görədir ki, onun mənaları qəlblərə təsir etsin. Nəticədə Quranla ünsiyyət quraq, Quran rənginə, Quran sifətlərinə sahib olaq. Əgər məqsəd Qurandan təsirlənməkdirsə, bunun şəraiti, qaydaları var. Birinci qayda budur ki, Quran oxuyan, tilavət edən şəxs Qurana diqqətlə, onun mənalarına etiqadla tilavət etsin. Əgər nə oxuduğumuzu bilməsək, mənaları anlamasaq qəlbimizə təsir etməz. Belə bir şəraitdə tilavət oxuyana da, ətrafdakılara da az təsirli olar. Bu birinci şərtdir.

Mən hörmətli qarilər və ustadlardan xahiş edirəm ki, bir nöqtəyə diqqətli olsunlar. Oxuyacaqları ayələri zehnlərində nəzərdən keçirsinlər, bu ayələr barədə düşünsünlər. Ayələrin mənalarını düzgün şəkildə qəlblərində və etiqadlarında möhkəmləndirsinlər. Bu ruhiyyə, bu zəminə, bu hazırlıqla oxusunlar. Belə bir tilavət dinləyicinin ruhunun dərinliyinə nüfuz edər. Həqiqətən də, bu günə qədər siz çox irəliləmisiniz. Mən uzun illərdir ölkədə Quran sahəsində fəaliyyətləri izləyirəm. Gənclərimiz çox inkişaf edib. Qarilərimiz, ustadlarımız insafla desək çox gözəldir. Amma daha artıq təsir üçün hələ yer çoxdur.

Mən bir neçə nöqtə qeyd etmişəm. Biri budur ki, siz öz tilavətinizlə Quran mənalarını dinləyiciyə çatdırmaq istəyirsiniz. Dorğudur ki, adətən dinləyicilərin çoxu ərəb dilini, Quran dilini bilmirlər. Quranın möcüzəsi budur ki, elə bu şəraitdə, dinləyicilər dili anlamadığı halda ayələr qaydasınca çatdırılsa, xülasə də olsa mənalar dinləyiciyə ötürülür. Təbii ki bunun şərtləri var. Mən radiodan yayımlanan tilavətləri dinləyirəm. Bu gözəl imkandır. Ustadların, qarilərin oxuduqlarını belə dinləmək münasib fürsətdir. Gözəl səs baxımından qarilərimiz müvəffəqdir. Bunu xaricdəki qarilər də təsdiqləyir. Onlar İran səsini, ahəngini xoşlayırlar. Həqiqətən də sizin bəzi səsləriniz zatən xoşdur. Gözəl bir səsin başqa şərtləri də var, bu şərtləri tilavət şərtləri ilə qoşalaşdırmaq lazımdır.

Tilavət şərtlərindən biri budur ki, tilavət olunan ayəni adi halda oxuyarkən üzərində dayandığınız nöqtəni tilavətdə də bildirəsiniz. Farsca şeir oxuyan məddahlar əsas məqsədi ifadə edən söz və ya cümləni xüsusi bir şəkildə tələffüz edirlər. Adi danışıqda da bu qayda var. Adi danışıqda daha mənalı saydığınız cümləni xüsusi şəkildə ifadə edirsiniz. Quran da belə oxunmalıdır. Xüsusi sözlər fərqli tilavət edilməlidir. Cümlələr və ifadələr zehninizdə xüsusi yer aldığı şəkildə ifadə olunmalıdır. Gözəl təbir gözəl ifadə olunur. Bəzən bir mənanı dinləyiciyə çatdırmaq üçün təkrarlamaq lazım gəlir. Onu təkrarlayın. Mən bir neçə il öncə ayələri çox təkrarlayanlara irad bildirmişdim. Demək istəyirəm ki, bəzən təkrarlamağın yeri var, bu lazımdır. Bir dəfə oxumaqla məna öz əksini tapmır. Onu təkrarlamaq lazımdır. İki dəfə, üç dəfə təkrarlansa münasibdir. Bəzən iki-üç ayəni təkrarlamaq lazım gəlir. Məqsədim bu deyil ki, ifrata varılsın. Bəzi misirli qarilər bu işdə ifrata varır. Bunun təsiri mənfidir. Mən ifrat nəzərdə tutmuram. Bir şeyi 10 dəfə təkrarlamaq xoş deyil. Ərəb ahənglərində belə təkrar münasib sayıla bilər. Amma Quran tilavətində bu münasib deyil. O qədər təkrarlamaq lazımdır ki, məna zehndə otursun. Bəzən adama elə gəlir ki, qari sadəcə kitabı əlinə alıb oxuyur, ifadələri tələffüz edir. Bu yaxşı deyil. Siz mənanı ötürməlisiniz. Dinləyicinin zehnində mənalar əks olunmalıdır. Bu bəzən ifadəni xüsusi şəkildə vurğulamaqla, bəzən təkrarla həyata keçir. Bəzən cümləni, bəzən sözü təkrarlamaq və ya xüsusi ifadə etmək lazım gəlir. Diqqət mərkəzində saxlanılası başqa bir nöqtə ləhn meyarlarını gözləməkdir. Ərəbcə ləhnlər, Quran ləhnləri bizim xalq, ifaçılar üçün bir qədər uzaqdır. Görürsünüz ki, farsca şeir oxuyan çox münasib ahənglə oxuyur. Bu şəxs ərəbcə şeir oxumaq istəsə münasib ahəng tapa bilməməsi mümkündür. Çünki ləhn, ahəng biganədir. Bizə tanış ləhn deyil. Başqa dilin ahəngini farsca ləhn, farsca ahənglər kimi hiss etmirik. Quran ləhnləri çox təkrarlandıqca tilavət əhli arasında doğmalaşır. Ləhnləri düzgün ifadə etmək lazımdır. Bəzən görürəm ki, ayəni gözəl səslə, qüvvəli səslə, yaradıcılıqla ifa edən şəxs onun ləhnini gözləyə bilmir. Sözdə ləhnə riayət etmək, ahəng nizamını gözləmək lazımdır. Quranı adi yox, ahənglə oxuyun. Tövhid dinləri, hətta bəzi qeyri-tövhid dinlərində müqəddəs sayılan mətnlər ahənglə oxunur. Bunu yaxından müşahidə etmişik. Tilavət də ahənglə olsun. Ahənglər düzgün yerinə yetirilməlidir. Ləhnlər öz ölçüləri ilə əda olunmalıdır. Əgər buna riayət olunmasa, arzulanan təsiri əldə edə bilməyəcək. Bəzən əks təsir olacaq.

Bir nöqtə diqqətinizə çatdırım. Burada olanların əksəriyyəti qaridir. Ərəb qariləri, Misir qariləri arasında yayılmış və bizim də ölkəmizə keçmiş bir hal yüksək nəfəsə əhəmiyyət verilməsidir. Mən bunu anlamıram. Biz yüksək nəfəs vermək (zilə qalxmaq) xatirinə bir neçə söz və ya ayəni bir-birinə birləşdiririk. Buna ehtiyac yoxdur. Bəzən ayənin mənası tələb edir ki, birnəfəsə oxunsun. Bunu edin. Amma tilavətin gözəlliyi, təsiri heç bir halda yüksək nəfəsə bağlı deyil. Hazırda bir sıra Misir qarilərinin məharəti yüksək nəfəsdədir. Dinləyicilər də sadəliklə uca səslə oxunulanda daha çox alqışlayırlar, Allah, Allah deyirlər. Mən bunu səhv sayıram. Dinləyici tərəfindən də səhvdir. Bizim dəyərli Misir qariləri arasında nəfəsi qısa olan qarilərimiz var. Amma həm gözəl oxuyurlar, həm də təsirli. Əbdülfəttah Şəşai də bu qəbildəndir. Onun nəfəsi qısadır. Amma ən gözəl qarilərdəndir. Allah-Taala onu və bütün Quran qarilərini öz mərhəmətindən bəhrələndirsin. Mən xahiş edirəm ki, qarilər nəfəs məsələsində özlərini incitməsinlər. Söz və ayələri də adrbaard təkrarlamağa ehtiyac yoxdur. Quran oxuyanın təşviqi, Allah, Allah deyilməsi ərəblərdən təqliddir. Xahiş edirəm ki, dinləyicilər bu işdə də həddi gözləsinlər. Bəziləri qari oxumağa başlayan kimi ardıcıl Allah, Allah deyir. Sanki qarinin sözünə davam etməsi üçün bu zəruridir. Bəzən siz ayədən çox təsirlənirsiniz. Bu zaman ixtiyarsız olaraq təşviq edirsiniz. Təşviq də ərəblərdə qayda olduğu kimi Allah, Allah deməkdir. Belə bir təşviq təkcə Qurana aid deyil. Onlar adi ahəng oxunanda da Allah, Allah deyirlər. Bunun eybi yoxdur. Amma qari oxumağa başlayan kimi Allah, Allah deməyə ehtiyac görmürəm. Xahiş edirəm ki, ustadı olduğunuz məclislərdə Allah, Allah deməkdə ifrata varılmamasını tapşırın. Qari doğrudan da çox gözəl oxuyursa təşviqin eybi yoxdur. Təşviq etsinlər. Amma təkcə “Auzu billahi minəşşəytanir-rəcim” deyilməsini gözləyib, dərhal Allahu Əkbər desək münasib deyil. Ümid edirik ki, Allah-Taala hamınızı Quranla məhşur edər. Dünya və axirətinizi Quranın bərəkəti ilə abadlaşdırar.

Vəssəlamu əleykum və rəhmətullahi və bərəkatuh

 

Iyun, 2015

 

 

 

 

32-ci Beynəlxalq Qurani-Kərim Müsabiqəsi iştirakçıları ilə görüşdə bəyanat

İxtilaflı söz danışan ağız düşmənin ruporudur!

 

Ayətullah Xamenei: Quran tilavəti müqəddimədir, məqsəd deyil!

 

Bismillahir-Rəhmanir-Rəhim...

 

Bütün əziz qardaş və bacılara xoşgəldin deyirəm. Qarilər, hafizlər, Quran əhli, Quranla ünsiyyətdə olanlar Quran ayələrini tilavət edəndə həqiqətən Quran ətri həyat fəzasını bürüyür. Mən bu gözəl mərasimi təşkil edən, onu ərsəyə gətirənlərə təşəkkür edirəm. Möhtərəm qarilərə, bu gün proqramı icra edənlərə təşəkkürümü bildirirəm.

Ümir edirik ki, Allah bizi Quran əhli qərar versin. Quran əhli olmaq lazımdır. Quran tilavəti müqəddimədir, məqsəd deyil. Məqsəd Quran əxlaqı ilə tərbiyələnməkdir. Peyğəmbərin (s) möhtərəm zövcələrindən nəql olunub ki, Həzrətin (s) əxlaqı barədə deyiblər: Kanə xulquhul-quran... Peyğəmbərin (s) əxlaqı Quran idi... (Nəhcül-bəlağənin şərhi, c.6, səh. 320) Yəni Peyğəmbər (s) mücəssəm, təcəssüm etmiş Quran idi. Rəftarımız, əxlaqımız, şəxsi səciyyələrimiz Qurana uyğun olsun. Bu lazımdır. Tilavət bu yolun müqəddiməsidir. Təkcə bu da deyil. Qurana uyğun fərdi formalaşmadan əlavə, cəmiyyətimiz, həyat fəzamız da quransayağı olmalıdır.

Yol verməyin ki, cahiliyyət özünü cəmiyyətimizə, həyatımıza qəbul etdirsin. Hansı ki bu iş baş verib. Bu gün İslam dünyası cahil rejimlərin təzyiqi altında əzab çəkir. Bu gün İslam dünyası zəiflik, yoxsulluq, ixtilaf, daxili müharibələr yaşayır, onun böyük daxili mənbələri, enerjiləri öz əleyhinə işləyir. Bütün bunları İslam dünyasına zorla qəbul etdiriblər. Quran bizi bu təzyiqlərdən xilas etmək istəyir. Buna müvəffəq olmalıyıq. Quranı öyrənək, Quranla ünsiyyət quraq, Quran qarşısında təslim olaq, Qurandakı məqsədlərə doğru hərəkət üçün əzm və iradə göstərək. Bu halda bacararıq. Əgər bir addım irəli getsək, Allah-Taala bizə ikiqat güc verər. Bu gün müsəlman xalqların dərk etməli olduğu məsələ budur. Bunu dərk etməlidirlər. Bir addım atıb, sınayaq.

Biz bunu yaşadıq. Biz İran xalqı bunu təcrübədən keçirdik. İslam düşmənləri və Quran düşmənləri qarşısında təslim olmadıq, müqavimət göstərdik. Allah bizə güc verdi. Müqavimət göstərdikcə gücümüz artdı, imkanlarımız artdı, gələcəyə ümidimiz artdı. Bu, İslam dünyasına əlac nüsxəsidir. İslam düşmənlərinin İslam ümməti arasında həmişə, bu gün də izlədiyi məsələlərdən biri ixtilaf, qarşıdurma yaratmaqdır. Bunun qarşısını almaq lazımdır. İxtilaf yaradan söz danışan hər ağız düşmənin ruporudur. Özü bilsə də, bilməsə də, bu belədir. Diqqətli olaq ki, ağızlarımız İslam və Quran düşmənlərinin ruporu olmasın, ixtilaf havası çalmasın. Dini ixtilaf, şiə-sünni ixtilafı, ərəb-əcəm ixtilafı, ölkələrarası ixtilaf, millət-tayfa ixtilafları, millətçilik təəssübləri müsəlman cəmiyyətində şölələndirilən ixtilaflardır. Onların qarşısında dayanmaq lazımdır.

Bəli, bu sözləri danışmaq asandır. Onlara əməl etmək çətindir. Amma əməl üçün yol var, yol açıqdır. Əsas amil bizim əzm və iradəmizidr. Qərara gələk. Bəsirət və əzm iki əsas amildir. Əvvəla, bəsirətimiz olsun, dostu-düşməni tanıyaq. Bu gün elə İslam ölkələri var ki, onların məsullarının bəsirətində xəta var. Dostu düşməndən seçə bilmirlər. Düşməni dost sayırlar, dostu düşmən. Beləcə, insan zərbə alır. Belə bir ölkə, belə bir baxışla zərbəyə məruz qalır. Bəsirət lazımdır. Qul hazihi səbili ədu iləllahi əla bəsirətin ənə və mənittəbəəni... De: Bu mənim yolumdur. Mən və mənə tabe olan möminlər açıq-aşkar bir dəlillə Allaha çağırırıq... (Yusuf, 108) Əgər bəsirət olsa, insan yolu düzgün tanıyar. O zaman əzm və iradə göstərsə yolu asanlıqla keçər. İlahi nüsrət budur. İn tənsurullahə yənsurkum... Bundan aydın necə demək olar?! İn tənsurullahə yənsurkum və yusəbbit əqdaməkum... Əgər siz Allaha yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm edər. (Muhəmməd, 7) Allahın nüsrəti budur. Allahın yolunu tanımaq, tapmaq, izləmək, düşmənin fitnə, hiylə və zoruna təslim olmamaq! Quran biz belə təmin edir.

Bizim illik Quran toplantımız həmd olsun Allaha müvəffəq toplantıdır. Quran tədricən cəmiyyətimizdə öz yeni həyatını tapır. Quranı sevənlər, Quranla ünsiyyətə qatılanlar, Quranla mənus olanlar həmd olsun Allaha cəmiyyətimizdə artmaqdadır. Bizim Quranın hifzi, tilavəti üzərində israrımıza irad tutmasınlar ki, bunlar əsas deyil. Biz də bilirik ki, əsas deyil, vasitədir. Bu vasitələrsiz Qurana yaxınlaşmaq olmaz. Quran maarifi ilə tanış olmayan, Quran ayələrini düşünməyən, Quranla ünsiyyətdə olmayan insan Quranla hərəkət etmək istədiyi cəmiyyətə necə yol göstərə bilər?! Ziyalılarımız, gənclərimiz Quranla tanış olmalı, ünsiyyəti gücləndirməlidirlər. Düşüncəyə Quran maarifi süzüldükdə düşüncədən bayıra çıxan da o olacaq. Zehn Quran maarifi ilə zənginləşdikdə insanın dilində, əməlində, qərarlarında, rəftarlarında özünü göstərəcək. Bu bizim izləyəcəyimiz məqsəddir. Ölkə məsulları Qurana ciddi yanaşsınlar. Bu məsələni kiçik məsələ hesab etməsinlər. Quran öyrənmək, Quran tilavəti, Quranla ünsiyyət yolunda olan siz əziz gənclər bu yolu ciddi şəkildə izləyin. Quran bizim üçün gələcəyi işıqlandırır. Quran bizə doğru yolu, sirati-mustəqimi göstərir, bizi xoşbəxt edir.

Dedik ki, bu gün İslam dünyasının zəiflikləri çoxdur. Amma xoşbəxtlikdən İslam cəmiyyətində İslam və Qurana doğru hərəkət başlayıb. Məntəqə ölkələrində yaşanan İslam Oyanışı səhnədən çıxası deyil. Bu oyanış davam edəcək, inşaallah öz təsirlərini göstərəcək. İslam Oyanışı bir həqiqətdir. Bu həqiqət inşaallah hər gün daha artıq özünü göstərəcək. Bəli, alimlərin ikiqat artıq vəzifəsi var. Ziyalıların, yazıçıların, tələbələrin, araşdırmaçıların, o cümlədən xalqın sevdiyi siz qarilərin vəzifəsi ikiqat ağırlaşıb. Quranın sizi müjdələdiyi yola xalqı ümidvar edə bilməlisiniz.

İnşaallah, Allah-Taala sizi müvəffəq etsin, sizi öz yardımlarından bəhrələndirsin. İnşaallah, müsəlman dövlətləri, müsəlman rəhbərlər sözdə yox, əməldə bir dədər Qurana yaxınlaşsınlar. İnşaallah, İslam dünyası öz xoşbəxt gələcəyini Quran sayəsində əldə etsin.

Əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh.

 

May, 2015

 

 

 

 

 

Cənab Rəhbər Ayətullah Xameneinin İmam Hüseyn (ə) adına Zabitlər və Keşikçilərin Təlimi Universitetində bəyanatı

Cənab Rəhbər: Mən icazə vermərəm!

 

Bismillahir-Rəhmanir-Rəhim...

 

Siz əziz gənclərə, İran xalqının gözünün nuru olan əziz övladlarına təbrik deyirəm. Həm müqəddəs keşikçilik məsuliyyətini qəbul edənlərə, həm rütbə alanlara, həm də bu iftixarlı mərhələyə qədəm qoyanları salamlayıram. Bu yaradıcı, gözəl, mənalı səhnələrə görə təşəkkür edirəm. Düzülüşlər və proqramlar həm gözəl idi, həm də dərin məzmuna malik və yeni idi. Həyatın bütün sahələrində, elmdə, müdiriyyətdə, həyat tərzinin təkmilləşdirilməsində, inqilabi dəyərlərin qorunmasında bu bir neçə nöqtəyə diqqət zəruri, həm də mümkündür. Bütün işlərdə həm yenilikçilik və ixtiraçılığa, həm gözəllik və mənaya diqqət yetirmək lazımdır. Məmləkətin mühüm məsələlərində, eləcə də həyatın bütün sferalarında səthi işlərdən çəkinmək lazımdır. Dərin, mənalı, davamlı işlərə diqqət yetirilməlidir.

Allaha şükür edirəm ki, bu şəcəreyi-təyyibə (pak ağac), yəni İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) güc, inkişaf, düşüncə və əməl yetkinliyi baxımından hazırkı mərhələyə çatıb. Həmd olsun Allaha ki, hər gün irəli gedirsiniz, hər gün zahir və batini kamilləşdirirsiniz. Bu universitet özü İslam İnqilabı Keşikçiləri Korpusunun irəliyə doğru hərəkətinin göstəricilərindəndir. Əziz gənclər, mənim əziz övladlarım! Diqqət yetirin ki, sizin universitetin Xurrəmşəhrin fəthi, Fəthül-mubin əməliyyatı, Fav əməliyyatı, Kərbəla-5 əməliyyatı kimi keçmişi var. Bugünkü inkişaflar üçün həmin mücahidələr, həmin fədakarlıqlar, cəbhələrdə sizdən əvvəlkilər, sələfləriniz vasitəsilə şölələnən, gözləri qamaşdıran nur zəmin olub. Bu nur ölkəni hərəkətə gətirir, İran İslam Cümhuriyyətinin həyat fəzasını, bu məmləkətin əziz xalqını məqsədlərə, amallara uyğunlaşdırır.

Bu gün böyük İslam İnqilabının davamı, bayrağı sizin əlinizdədir. Hansı bayraq? Yəni İslam sivilizasiyası bayrağı. Bu bayraq bəşəriyyətin səadəti üçün yol açır. Bunu hamınız bilin, İslam sivilizasiyası bütün insanlar və bəşəriyyət üçün yol açır. Bu baxış bugünkü gənclərin ixtiyarındadır. Bu yeni, təlaşlı, cazibəli baxış Böyük İmamın rəhbərliyi altında İslam İnqilabı ərsəyə gətirib. Onu bu millətin ixtiyarına verib. Bu düşüncəli, oyaq, qədirbilən xalq onu alıb və qənimət sayıb. Bu günə qədər onun keşiyində dayanılıb. İran xalqının fədakarlığının mühüm təzahürlərindən biri Müqəddəs Müdafiə idi. Bu fədakarlıq bu gün həmin bayrağı ucaya qaldırıb.

Bu bayraq, bu sivilizasiya qarşısında dünyanın müasir cahiliyyət sivilizasiyası dayanıb. İslam baxışı ədalət tərəfdarıdır, bəşəriyyətin azadlığına tərəfdardır. Bu baxış imperializm və istismar zəminələrinin aradan qalxmasına tərəfdardır, bütün dünya da istibdadın məhv olması tərəfdarıdır. Yəni dünyada iki cinah, əzən və əzilən cəbhə olmasın. İslam nizamının baxışı budur. Sizin əlinizdə olan bayraq bu bayraqdır. Qarşıda isə, əks cəbhədə isə zalım, zor deyən, təkəbbürlü, eqoist bir baxış dayanır. O, dünyanın inhisarçı, müstəbid, böyük kapitala arxalanan qüvvələrinin baxışıdır. Həmişə olublar, bu gün də mövcuddurlar. Keçmişdə açıq və utanmadan öz mahiyyətlərini göstərirdilər. Bu gün müxtəlif örtüklər altında, gözəl sözlərlə, məsələn, insan haqları, amansızlığa son kimi şüarlarla, münafiqcəsinə, riyakarlıqla işlərini irəli aparırlar. Amma millətlərin iti gözü bunu seçir. Bu iki baxışı, bu iki yanaşmanı bir-birindən ayıra bilirlər. Bu iki diskurs barışası deyil. Onlar yaxınlaşmayacaq, barışa bilməyəcək. Onlardan biri məzlumlara, dünya xalqlarına zülm-sitəm diskursudur. Digəri məzlumların zalımlar qarşısında müdafiəsi diskursu. Bunlar nec barışa bilər?! Bunlar necə yaxınlaşa bilər?! Bu gün dünya hər şeyi görür, hər şeyi anlayır. Düşmənlərimiz öz təbliğatlarında İslam Cümhuriyyətini təcrid olmuş, güşənişin kimi göstərməyə çalışırlar. Amma İslam Cümhuriyyəti təcrid olmayıb. İslam Cümhuriyyəti yarandığı zamandan bu günə qədər dünya xalqlarının qəlbində özünə yer edir. Bəli, harada təbliğat, ağı qara göstərməyə təlaş varsa həqiqət pərdələnir. Amma bu işi qısa müddət görmək olar. Baxın görün İran İslam İnqilabından bu günə qədər başqa ölkələrə səfərə gedən prezidentlərimizi xalqlar necə qarşılayıb? İnsanlar öz rəftar və danışıqlarında heyrətlərini gizlətməyiblər. Bu bir dövrə aid deyil. İnqilabın əvvəlindən bu günə qədər belə olub. Şimali Afrika, Qərbi Asiya, Şərqi Asiya, bütün bu məntəqələrə gedən prezidentlərimiz orada xalqla görüşmək istəyib. Həmin məmləkətin xalqı öz sevincini bildirib. Bu gün bütün dünyada belədir. Qərblilərin adını Yaxın Şərq qoymaq istədiyi Qərbi Asiya ölkələrində də görüşlər belə olub. Hətta Avropa ölkələrinə qonşu olkələrdə də eyni münasibət müşahidə edilib.

Bu gün sizin adınız, İran xalqının adı dünyada, millətlər arasında dünyanın azad insanları arasında uca və iftixarlı addır. Bəs dövlət arasında necə? Dövlətlər arasında da belədir. Dövlətlər də insanlardan təşkil olunur. Kimin ki qəlbi zülmətə dönməyib, kimlər ki azğın nəfs istəklərinə qərq olmayıb, kimlər ki imperializmə nökərçiliyi qəlbən qəbul etməyib, etiraf edir ki, İran xalqı əzəmətlidir, onun əzəmətli nizamı bu xalqı bu sayaq irəli apara bilib.

Ölkəmizdə təşkil olunan tədbirlərdə, istər İslam konfransında, istər bloklara qoşulmayanların toplantılarında ölkə başçılarının əksəriyyəti bir araya gəlib, öz məhəbbətlərini bildiriblər. Deyillər ki, İran bir güşəyə çəkilib. İranın təcrid olduğunu deyirlər. O şəxslər təcrid olub ki, yalnız güc, pul, dollarla qəlbləri ələ ala bilirlər. Onların bəyanatlarında, müraciətlərində, əməllərində dünya üçün cazibədar heç nə yoxdur. Əzizlərim, ey İran xalqının əziz övladları! Bu iftixarlı bayraq sizin əlinizdədir. Bu universitetdə, ölkənin bütün nöqtələrində gənclərimiz imanla hərəkətdədirlər.

Biz İslam, İslam nizamı, inqilabi hərəkat, inqilabi baxış, inqilabi ideallar vasitəsilə əldə etdiyimiz izzəti, ucalığı əldən verməyəcəyik. Bu gün düşmənlər nigarandırlar. Hər gün İran İslam Cümhuriyyəti qarşısında bir problem yaradırlar. Biz qorxmuruq, biz çəkinmirik. Əgər biz hərəkətsiz bir vücud olsaydıq bizə qarşı belə təlaş göstərməzdilər. Biz hərəkətdəyik, biz diriyik, biz inkişaf edirik, biz fəalıq, buna görə də qarşımızda problemlər yaradılmasını gözləyin. Allah-Taalanın qüdrəti, Ona təvəkküllə, ilahi vədlərə etimadla, özünəinamla bu problemlərdən ötüb-keçəcəyik. Düşmənlərimiz düzgün dərk etməyiblər, İran xalqını düzgün tanımayıblar, İslam Cümhuriyyətinin məsulları ilə lazımınca tanış deyillər. Buna görə zorakı sözlər danışırlar. Elə bu nüvə müzakirələrində zor göstərirlər. Aydın olur ki, bu milləti tanımayıblar. Bizim dövləti tanımayıblar. Bizim dövlət təslim olmayacaq. Dövlətimiz bu millətdəndir. Bu millət arasından çıxmış dövlətdir. Həmin ideallarla irəli gedib, həmin ideallarla inkişaf ediblər. Dünyada bu düşmən qarşısında hansı dövlət, hansı millət, hansı məsul geri çəkilibsə düşmən irəli gəlib. Onlar daha artıq tələb ediblər. Onların dünya xalqlarına münasibətdə istismar və əsarətdən başqa istəyi yoxdur. Bacardıqları qədər irəli gəlirlər. Onların qarşısında əzm və iradə, təvəkkül, milli iqtidardan möhkəm divar çəkmək lazımdır.

Müzakirələrdə yeni sözlər danışırlar. Biz dedik ki, heç bir hərbi obiektimizə biganələrin müfəttişini buraxmayacağıq. Deyirlər ki, biz sizin alimlərinizlə söhbət etməliyik. Əslində onları sorğuya çəkmək istəyirlər. Biz yol vermərik ki, bizim nüvə alimlərimizə, istənilən mühüm ixtisas üzrə alimlərimizə qarşı zərrəcə alçaldıcı hərəkət edilsin. Mən icazə vermərəm ki, biganələr bizim alimlərimizi, İran xalqının layiqli və əziz övladlarını sorğuya çəksinlər. Bu layiqli övladlar elmi bu səviyyəyə çatdırıb. Dünyada heç bir ağıllı insan, heç bir dövlət buna icazə verməz. Hamı öz alimlərini gizlədir. Onların adlarının açıqlanmasına yol vermir. Həyasız düşmən istəyir ki, biz yolu açaq, gəlib bizim alimlərlə söhbət etsinlər, müzakirə aparsınlar. Nə barədə? Ölkədə ümumi elmi inkişaf barədə. Şübhəsiz, belə bir işə yol verilməyəcək. Bunu həm düşmənlər, həm də İslam Cümhuriyyətinin qərarını gözləyənlər yaxşı bilsinlər.



Geri   İrəli
Go to TOP