A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: VİLAYƏT NURU
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


İslam Cümhuriyyəti nizamı, bizim böyük inqilabımız, böyük imam İslam dünyasının diqqətini cəlb edə bildi. Düşüncələr və qəlblər bu ideyaya yönəldi. Yaranmış vəziyyət düşməni qorxuya saldı. İmperializm, sionizm, ABŞ siyasi maşını qorxuya düşdü. Qədim tarixi parçalama silahlarını ələ götürdülər. Uzun illər boyu və bu gün şiələrlə sünnilər arasında ixtilaf yaratmağa çalışıblar, hər iki zümrənin düşüncəsini əsas düşməndən yayındırmağa cəhd göstəriblər. Sünni-şiə ixtilafı yaratmaq imperializmin siyasətidir. Bu siyasətin mütəxəssisi qədimdən bu istiqamətdə fəaliyyət göstərən Britaniya və onun müttəfiqləridir. Onlar müsəlmanlar arasında necə ixtilaf yaratmağı bilirlər, bu yolları təcrübədən çıxarıblar və ciddi çalışmaqdadırlar.

Bu gün təkcə şiələr yox, bütün müsəlmanlar İraq, Suriya və başqa məntəqə ölkələrində imperializm tərəfindən səhnəyə çıxarılmış təkfirçiliyin hədəfindədir. Əl-Qaidə, İŞİD adında qruplar yaradırlar ki, İslam Cümhuriyyəti, İslam oyanışı ilə mübarizə aparsınlar. Amma özlərini bəlaya saldılar. Təkfirçilik onların özü üçün problemə çevrilib. Bu gün dəqiq analitik baxışla məsələni çözdükdə görürsən ki, ABŞ və müttəfiqlərinin İŞİD-ə qarşı son tədbirləri bir oyundur. Məqsəd bu xəbis hərəkətin nütfəsini məhv etmək yox, ona İslam dünyasının zərərinə aparan istiqamət verməkdir. Müsəlmanları bir-birinin üstünə salmaq istəyirlər. Cahil və təəssübkeş bir dəstəni vasitə seçiblər. Əsas məqsəd müsəlmanların diqqətini əsil düşməndən yayındırmaqdır. İstər şiə, istər sünni bu həqiqəti bilməlidir. İslama bağlı olan, Quranın hakimiyyətini qəbul edən insanlar bilməlidirlər ki, Amerika, onun siyasətləri, imperializmin siyasətləri, sionizmin siyasətləri İslamın düşmənidir. Onlar oyanışın, İslam hakimiyyətinin düşmənidirlər. Təlaşları 35 ildir davam edir. 35 ildir müxtəlif şəkillərdə mübarizə aparırlar. Allahın izni və qüdrəti ilə İslam Cümhuriyyətinə qarşı bütün planlar uğursuzluğa düçar olub. Bu dəfə də Allahın lütfü ilə məğlub olacaqlar.

İstər şiə, istər sünni müsəlmanların vəzifəsi budur ki, bir-birlərinin hissinə toxunmaqla düşmənə kömək etməsinlər. Şiələr bilməlidirlər ki, iki məzhəb arasında ixtilaf güclənsə müştərək düşmən fayadalanacaq. Buna yol verməməlidirlər. Sünnə əhli də eyni şəkildə rəftar etməlidir. Bu iki məzhəb bir-birinə qarşı diqqətli olmalı, bir-birinin müqəddəsliklərini təhqir etməməli, firqələr arasında, xüsusi ilə şiələr və sünnilər arasında təfriqə alovu qızışdırılmamalıdır. Bunu hamı bilməlidir. Qarşı tərəfin hislərini təhrik edənlər bilməlidirlər ki, Amerikaya, xəbis Britaniyaya, sionizmə kömək edirlər. O dövlətlərə kömək edirlər ki, İŞİD və Əl-Qaidə kimi qrupları, təkfirçi cərəyanı yaradıb. Bu gün İslam ittifaqı, İslam qardaşlığı, İslam həmrəyliyi bütün müsəlman cəmiyyətlərinin zəruri vəzifəsidir. Hamı bu məsuliyyəti yerinə yetirməlidir. İslam Cümhuriyyətində mömin, agah və bəsirətli müsəlmanlar yaşayır. Onlar öz vəzifələrini yaxşı bilirlər. Ümid edirik ki, hər yerdə olsalar bu vəzifələrinə diqqətli olacaqlar. Allah-Taala hamınızı müvəffəq etsin, hamınızı və İslam dünyasını Qədir bayramının bərəkətindən bəhrələndirsin. İnşaallah.

 

Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh

 

Oktyabr, 2014

 

 

 

Quranla ünsiyyət məclisində bəyanat

Düşmənlər İslam libası geyib İslamla vuruşur

 

Problemlərə diqqət yetirməyimiz düşmənin güclü olduğunu, qalib gələcəyini düşünməyimiz üçün deyil...

 (08.04.1393)

Qəməri 1435-ci il, mübarək ramazan ayının ilk günü

İmam Xomeyni (r) hüsyniyyəsində

 

Bismillahir-rəhmanir-rəhim...

 

Allah-Taalaya şükür edirik ki, ömür verdi, tövfiq verdi, bu il də mübarək ramazan ayını bu nurani məclislə başlaya bildik. Xoşgəldin deyirəm bütün möhtərəm qarilərə, hafizlərə, əziz Quran əhlinə, xüsusilə proqramı icra ednlərə, möhtərəm aparıcıya. İnşaallah hamılıqla dünya və axirətdə Quran əhli kimi səhnəyə gələrsiniz.

Quran əhlinin bu gün ölkədə gördüyü iş mənim fikrimcə strateji və mühüm işdir. Bəli, Quranla ünsiyyət bu kitabı oxuyan, ona mənus insanın maarif dərəcəsini artırır, bu öz yerində. Yəni siz Quran oxuyanların oxuduğundan feyz alması mühüm nailiyyətdir. Amma bu nailiyyətin fövqündə başqa bir nailiyyət də var və onun əhatəsi şenişdir. Bu nailiyyət cəmiyyəti Quranı anlamağa, Quranla ünsiyyətə, Qurana yaxınlaşdırmanızdır. Bu çox mühümdür. Bu gün Quran əhli, qarilər, hafizlər, tərtil edənlər, bu yolda çalışan başqa şəxslər həmin strateji addımı atırlar və bu çox əhəmiyyətlidir. Onun qədrini bilmək lazımdır.

Həqiqətən də bu neçə ildə Quran cəmiyyəti çox inkişaf edib, Allaha həmd olsun. Biz ildə bir dəfə belə toplanmağı neçə illərdir davam etdiririk. Mən Quranla ünsiyyətin, xalq arasında, gənclərimiz arasında Quran tilavətinin inkişafını görürəm. Buna görə şükür etməyin yeri var.

Amma bizimlə lazım olan səviyyə arasında məsafə böyükdür. Bu o demək deyil ki, bizim qarinin səviyyəsi lazım olan səviyyədən aşağıdır. Bunu nəzərdə tutmuram. Tilavət, tərtil, səs, üsul, mənadan agahlıq baxımından məqbul, dinləyici üçün mənaları canlandıran qarilərimiz var. Bu cəhətlərdən xeyli inkişaf var. Amma cəmiyyətin ümumi səviyyəsi lazım olan həddə deyil, fərq böyükdür. Ölkəmizdə, cəmiyyətimizdə elə bir yol seçilməlidir ki, bütün xalq Quranla ünsiyyətdə olsun, mənaları anlasın, Qurana müraciət edilsin. Xülasə şəkildə də olsa Quran mənalarını dərk etsinlər. Həmin səviyyəyə çatmalıyıq. Ərəbdilli ölkələrdə bu mərhələni daha asan keçirlər. Ölkəmiz ərəbdilli olmadığından bu mərhəyə çətinliklə çatırıq. Amma dəfələrlə demişəm ki, xoşbəxtlikdən Quranın söz və ifadələri bizə tanışdır. Mənaları anlamaq xalqımız üçün çətin deyil. Bir qədər ünsiyyət, təkrarla cəmiyyəti arzu olunan səviyyəyə çatdırmaq olar, İnşaallah.

Siz əzizlər diqqətli olun ki, İslam dövləti və İslam cəmiyyəti Quranla artan ünsiyyət sayəsində daxilən möhkəmlənir. Daxili möhkəmlik sayəsində cəmiyyətlər seçdiyi yolda seçdiyi məqsədlərə doğru gedir, problemlərlə üzləşmək gücü qazanır. Daxilən möhkəm olmaq lazımdır. Bu daxili möhkəmlik Quranla ünsiyyət sayəsində əldə olunur. Quranla ünsiyyət imanı gücləndirir, Allaha təvəkkülü artırır, Allah vədinə etimadı qüvvətləndirir, maddi problemlərdən qorxunu azaldır, insana ruhən güc verir, özünəinam yaradır, Allaha yaxınlaşmaq yolları işıqlanır. Quranla ünsiyyətin yuxarıda nəzərdə tutduğum sahədə faydaları bu idi.

Quran mərifət kitabıdır, nur kitabıdır. Əmirəlmöminin (ə) Nəhcül-bəlağədə buyurur: “Quranla əyləşən insanın, Allahla əyləşmək sayılan bu ünsiyyət sayəsində ya hidayəti artar, ya ya korluğu azalar.” Demək, Quranla ünsiyyətdə nəsə artır, nəsə azalır. Doğru yol göstərişi artıq, azğınlıq azalır. İnsanın agahlığı artır. Quranla oturub-durmaq belədir. Əlbəttə, bu o zaman olur ki, ayələr barədə düşüncə olsun, Quranı diqqətlə oxumaq lazımdır. Bilin ki, məqsəd yalnız səs deyil. Quranı onun məna və məqsədlərinə diqqətlə oxumaq lazımdır. Əgər bu şərtlər ödənsə, İslam Cəmiyyəti öz yolunu tapacaq. Bəqərə surəsində buyurulduğu kimi, Allah insanı xürafat, azğınlıq, qorxu, vahimə zülmətindən nura çıxarar. Hidayət, mərifət, Allaha yaxınlaşma, Allahla ünsiyyət nuru! Bu xüsusiyyətlər Quranla əyləşmək, ünsiyyət sayəsində yaranar. Biz buna ehtiyaclıyıq. İslam ümməti hazırda buna ehtiyaclıdır.

İslam cəmiyyəti bu gün ciddi problemlərlə üzləşib. Dəfələrlə demişəm ki, problemlərə diqqət yetirməyimiz düşmənin güclü olduğunu, qalib gələcəyini düşünməyimiz üçün deyil. Problemlərlə üzləşmək tarixi hərəkət yolunda İnşaallah bir pillə qalxmaq, irəli bir addım atmaq üçün fürsətdir. Biz İslam İnqilabının qələbəsindən, İslam Oyanışından qabaq müsəlman dünyasında bir durğunluq, qəflət görürdük. Bu gün İslam dünyası agah durumdadır. İslam dünyasında qarşıya çıxan hadisələr bizi məlumatlandırır, oyadır, işıqlandırır, vəzifələrimizi aydınlaşdırır. İslam düşmənləri möminlərin, İslam ümmətinin bu bəsirətindən qorxur. Bu bəsirəti hər gün gücləndirməliyik. Əvvəlcə problemləri öyrənməliyik.

 

İslam dünyasında diqqəti çəkən budur ki, düşmənlər İslam adı altında, İslam libasında İslamla vuruşur. Böyük İmam (r) buyurduğu kimi, Amerika İslamı həqiqi Məhəmməd İslamı ilə vuruşur. Amerika İslamı imperializmə, sionizmə sərf edən İslamdır. Zahirən İslam kimi görünən, adı İslam olan, İslam mərasimləri keçirən bu cəbhə Amerikanın mənafelərinə xidmət edir. Bizə çatan məlumata görən İslam adı ilə, təəsübü ilə İraqda və başqa yerlərdə səhnəyə gələn bu adamlar şəriət hökmlərinə də bağlı deyillər, hətta dini vəzifələrini yerinə yetirmirlər – bunlar eşitdiklərimizdir. Dəqiq məlumat budur ki, onlar 180 dərəcə İslama müxalif hərəkət edirlər. İslama görə mömin insan düşmənlə yoldaşlıqdan, din düşmənlərinin hakimiyyəti, imperialistlərin hökmünə itaətdən uzaq olmalıdır. Nisa surəsində buyurulur ki, iman gətirənlər Allah yolunda, kafir olanlar isə şeytan yolunda vuruşurlar; o halda şeytanın dostlarıyla vuruşun - şübhəsiz ki, şeytanın hiyləsi zəifdir! İnsan düşmənin məxfi əllərini görə bilər. İnanmaq lazımdır ki, İslama düşmən kəşfiyyat orqanlarının xəbis əli birbaşa ya dolayısı ilə müsəlmanlara qarşı təxribat və fitnələrdə işləyir. Sənələri fırladan onlardır. Nişanələri də aşkardır. İslam ümməti Quran maarifi ilə tanış olsa, belə hadisələr az baş verər. Qəlblərin Allaha bağlı olması xəyanətə mane olur. Ümid edirik ki, bu məqsədə çatacağıq.

Siz Quran əhli olan gənclər, ömrünü, gəncliyini, enerjisini Quran yolunda xərcləyənlər Allaha şükr etməlisiniz. Allahın yeniyetmə və gəncləri Qurana sövq etməsi böyük tövfiq, yardımdır. Onların Quranla ünsiyyəti, Quran yolunu seçməsi uğurdur. Qədimdə belə olmayıb. Qədimdə yeniyetmə və gənclər arasında Quranla ünsiyyət belə güclü deyildi. Allaha həmd olsun ki, bu gün yeniyetmə və gənlər arasında Quran yayılır. Bu işdə sizin zəhmətiniz var. Bunun qədrini bilin. Quran sahəsində fəaliyyət göstərənlər çalışsınlar ki, dini hökmlərə bağlılıq cəhətindən öndə olduqlarını göstərsinlər. Belə etsələr Quran onların əməllərinə öz təsirini göstərər. Cəmiyyətdəki rəftarlarda, seyr-sülukda, batində və zahirdə İslam göstərişlərinə əməl etsinlər. Ənfal surəsində buyurulur ki, möminlər Allah adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyən, Allahın ayələri oxunduğu zaman həmin ayələrin təsirindən imanlarını daha da artan kəslərdir. Siz bu gün öz zahir və batininizlə yeiyetmə və gənclərə nümunə ola bilərsiniz. Çalışın sizdən öyrəndikləri onları Allaha yaxınlaşdırsın.

 

Pərvərdigara! Məhəmməd və Ali-Məhəmməd xatirinə, bizə Quranla həyat, dirilik ver. Bizi Qurana yoldaş buyur. Bizi Quran yolunda dirilt, Quran yolunda öldür. Bizi Quranla tanıtdır. Quranı bizdən razı qərar ver. Pərvərdigara! Məhəmməd və Ali-Məhəmmədə xatir, bu məclis, bu proqramlar, bu tilavətləri böyük İmam (r) və şəhidlərin pak ruhuna bu günün hədiyyəsi qərar ver. Pərvərdigara! Məhəmməd və Ali-Məhəmmədə xatir! Bizi İslam, Quran yolunda, şəhidlər və mücaahidlərin yolunda sabitqədəm buyur.

 

Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh...

 

Oktyabr, 2014

 

 

 

 

Allah Evi – Beytullah ziyarətçilərinə müraciət

İslam ümməti bəsirət və dərin düşüncə ilə öz cari vəzifə və məsuliyyətlərinə əməl etməlidir...

 

Cənab Rəhbər Ayətullah Xamenei Allah Evi (Kəbə) ziyarətçilərinə ünvanladığı müraciətdə İslam Dünyasının problemlərinə diqqəti, İslam ümmətinin mühüm məsələlərinə dərindən və əhatəli nəzər salınmasını həcc zəvvarlarının prioritet vəzifə və qaydalarından sayaraq vurğulayıb: Müsəlmanların ittifaqı, Fələstin problemi, həqiqi Məhəmməd İslamı ilə Amerika İslamının fərqlərinə ayıq baxış İslam Dünyasının ilk üç prinsipidir. İslam ümməti bəsirət və dərin düşüncə ilə bu mövzulara münasibətdə öz cari vəzifə və məsuliyyətlərinə əməl etməlidir...

Bu müraciətin tam mətni bu gün cübh (şəmsi 1393, 11 mehr, cümə) Vəliyyi-Fəqihin nümayəndəsi və İran hacılarının məsuli höccətülislam Qazi Əsgər tərəfindən Müşriklərə Nifrət (Bəraət əz müşrikin) Günü Ərəfat səhrasında oxunmuşdur.

 

***

 

Müraciətin tam mətni

 

Bismillahir-rəhmanir-rəhim...

 

Siz xoşbəxt insanları sevgi və hörmətlə salamlayıram. O xoşbəxt insanlar ki, Quran dəvətinə LƏBBƏYK deyib və Allah qonaqlığına tələsib. İlk sözüm budur ki, bu böyük nemətin qədrini bilin. Bu misilsiz əməlin fərdi, ictimai, ruhani, beynəlxalq yönləri barədə düşünməklə onun məqsədlərinə yaxınlaşmaq üçün təlaş göstərin. Bu işdə rəhim və qədir dəvət sahibindən yardım diləyin. Mən qəlb və dildə sizə qoşularaq qəfur və mənnan Rəbdən diləyirəm ki, sizə olan nemətini kamala çatdırsın, həcc səfəri tövfiqi əta edibsə, kamil həcc yerinə yetirmək tövfiqindən də bəhrələndirsin. Həccinizi kərəmi ilə qəbul edib sizi əlidolu, kamil qurtuluşla yurdunuza döndərsin, İnsaallah.

 

Bu dəyərli və misilsiz mərasimin qənimət sayılan fürsətində həccin üstün və köklü qazancı olan mənəvi və ruhi paklanmadan əlavə İslam Dünyasının problemlərinə diqqət, İslam ümmətinin mühüm məsələlərinə dərindən və əhatəli nəzər salınması həcc zəvvarlarının İslam ümmtinə aid prioritet vəzifə və qaydalarındandır.

 

Mühüm və önəmli olan bu mövzular sırasında hazırda müsəlmanların ittifaqı, ümməti parçalayan düyünlərin açılması kimi vəzifələr var. Həcc vəhdət məhzəri, bölünməzlik, qardaşlıq və qarşılıqlı yardım ocağıdır. Həcdə hamı müştərək nöqtələr üzərində təmərküzləşməyi, ixtilaflardan uazqlaşmağı öyrənməlidir. İmperializm siyasətinin çirkin əlləri qədimdən öz azğın məqsədinə çatmaq üçün təfriqə salmağı əsas işi sayıb. Amma bu gün İslam Oyanışı hadisəsinin bərəkəti ilə   müsəlmanlar imperializm və sionizm cəbhəsinin  düşmənçiliyini tanıyıb və bu düşmənçiləyə qarşı mövqe tutub. Müsəlmanlar arasında təfriqə salmaq siyasətləri daha da şiddətləndirilib. Hiyləgər düşmən bu fikirdədir ki, müsəlmanlar arasında daxili müharibələri qızışdırmaqla onlardakı müqavimət və mücahidə ruhiyyəsini yolundan çıxarsın, diqqəti həqiqi düşmən olan sionist rejim və imperializm muzdurlarından yayındırsın. Təkfirçi terror qruplaşmaları və bu qisim qüvvələrin qərbi Asiya məntəqəsində işə salınması bu qəddar siyasətlərin tərkib hissəsidir. Bu hamımıza xəbərdarlıqdır və müsəlmanların birliyi məsələsini öz ilk  milli və beynəlmiləl vəzifəmiz saymalıyıq.

 

Digər mühüm məsələ Fələstin məsələsidir. Qəsbkar sionist rejimin yaradılmasından 65 il ötüb və bu mühüm, həssas problemdə müxtəlif eniş-yoxuşlar yaşanıb. Xüsusilə son illərdəki qanlı hadisələr iki həqiqəti aşkar ortaya qoyub. Birincisi budur ki, sionist rejim və onun cinayətkar hamiləri amansızlıq, insani və əxlaqi dəyələrin tapdanmasında heç bir hədd-hüdud tanımırlar. Qətliam, soyqırım, dağıdıcılıq, uşaq və qadınların qətli, əllərindən gələn hər zülmü özlərinə  mübah (mümkün) sayırlar və bununla iftixar edirlər. Qəzzədə son 50 günlük müharibədəki üzücü səhnələr bu tarixi cinayətlərin son nümunəsidir. Əlbəttə ki, son yarım əsrdə bu cinayətlər  dəfələrlə təkrarlanıb.

 

İkinci həqiqət budur ki, işğalçı rejim başçları bu amansızlıq və  cinayətlərlə öz məqsədlərinə çata bilməyiblər. Əksinə,   xəbis sionist siyasətbazların başındakı puç xülyalar onların axmaq arzularının ziddinə olaraq, hər gün məhvə yaxınlaşıb. Mühasirədə, köməksiz qalmış  Qəzzənin 50 gündə, bütün vücudu ilə hərbini ortaya qoymuş  işğalçı rejimi geriyə oturtması, sionistlərin müqavimətin şərtlərinə təslim olması azğın rejimin gücsüzlük və bünövrəsizliyini aşkarladı. Bu o deməkdir ki, Fələstin xalqı həmişə ümidvar olmalıdır. Həmas və Cihad mübarizləri öz qüvvələrini artırmalıdır. Qərb Sahili öz həmişəki iftixarlı yolunda möhkəmlənməlidir. Müsəlmanlar öz dövlətlərindən Fələstinin müdafiəsini ciddi şəkildə tələb etməlidirlər. Müsəlman dövlətlər bu yolda sədaqətlə addım atmalıdır.

 

Üçüncü əsas prinsip həqiqi Məhəmməd İslamı ilə Amerika İslamının fərlərinə ayıq baxmaq, bu iki cəbhənu səhv salmaqdan həzər qılmaqdır. İlk dəfə böyük İmam Xomeyni (r) bu iki cəbhəni fərqləndirməyə cəhd etdi. Bu məsələni İslam dünyasının siyasi terminologiyasına daxil etdi. Həqiqi İslam səmimiyyət və mənəviyyat, təqva, demokratiyaya sadiq, "kafirlərlə sərt, ümmətlə mehriban olmaq" şüarı verən  İslamdır. Amerika İslamı isə ümmət düşmənlərinin nökərlərinə İslam libası geyindirməkdir. Müsəlmanlar arasında təfriqə alovu qızışdırmaq, Allah vədlərini qoyub Allah düşmənlərinin vədlərinə bel bağlamaq, sionizm əvəzinə müsəlman qardaşla döyüşmək, öz millətinə qarşı Amerika ilə müttəfiqlik etmək İslam deyil.  Belə İslam hər bir sədaqətli müsəlmanın mübarizə aparmalı olduğu təhlükəli nifaqdır.

 

Bəsirət və dərin düşüncə ilə baxış bu həqiqəti və mühüm məsləni bütün həqiqət sorağında olanlar üçün işıqlandırar, günün vəzifəsini dəqiq müəyyənləşdirər. Həcc, bu mərasim, onun şüarları bəsirət qazanmaq üçün qiymətli fürsətdir. Ümid edirəm ki, siz xoşbəxt həcc zəvvarları bu ilahi nemətdən lazımınca bəhrələnəcəksiniz. Hamınızı böyük Allaha tapşırıram. Tələşlarınız qəbulunu Allahdan diləyirəm.

 

Vəssəlamu ələykum və rəhmətullah

 

Seyid Əli Xamenei

 

Qəməri 1435, 5 zilhiccə

 

 

 

 

Xibrə Məclisi üzvləri ilə görüşdə çıxış

Ümid edirik ki, Allah öz lütfünü bu xalqdan geri almayacaq!

 

Cümə axşamı günü Cənab Rəhbər Ayətullah Xamenei Xibrə Məclisinin üzvləri ilə görüşüb. Cənab Rəhbərin görüşdəki çıxışının tam mətni:

 

 

Bismillahir-Rəhmanir-Rəhim

 

Əlhəmdulillahi rəbbil aləmin vəssəlatu vəssəlamu əla səyyidəna muhəmmədin və alihit-tahirin

 

Bütün əziz qardaşlara, millətin böyük alimləri, etibarlı şəxsləri və xibrə insanlara xoşgəldin deyirəm. Bu məclisdə cənab Məhdəvinin yeri görünür. Təəssüf edirik ki, bu gözəl insan və böyük şəxsiyyət 3 aydır ağır xəstəlikdən əziyyət çəkir. Yerinə düşər ki, əziz qardaşlar, möhtərəm cənablar cənab Məhdəvinin Allahdan şəfa tapması üçün bir mübarək “Həmd” surəsi oxusunlar. (Məclisdəkilər Həmd surəsi oxuyur) Əllahumməşfihi bişifaikə və davihi bidəvaikə və afihi bi afiyətikə bi həqqi muhəmmədin və ali muhəmməd. Bu arada dünyanı tərk etmiş qardaşlarımızı yada salır, onlar üçün bağışlanma diləyirik. Mərhum cənab Məhəmmədi Gilani, mərhum cənab Zərəndi, mərhum Mamusta Müctəhidi, nəhayət mərhum cənab Cəbbari Allahın rəhmətinə qovuşdu.

Zilqədə ayıdır. Mərhum Hacı Mirza Cavad Ağa Məliki buyururdu ki, zilqədə ayı tövbə, Allaha doğru hərəkət, özünənəzarət ayıdır. Məbada öz əməlimizlə Allah və onun rəsuluna qarşı müharibəyə qalxmış olaq. Mərhum alim buyururdu ki, Allah düşmənləri ilə savaşın dayandırıldığı bu ayda ehtiyatlı olaq, Allahla müharibə sayılası bir addım atmayaq. Mərhum Məliki zilqədə ayının yekşənbə gününə aid məşhur əməli yada salır və çox tövsiyə edir ki, bu əməl yerinə yetirilsin. (Bu əməl Əl-Müraqibat kitabında şərh olunmuş 4 rəkət namazdır)

Mərhum Hacı Mirza Əli Ağa Qazi zilqədə ayı daxil olan zaman dostlarına, müridlərinə, şagirdlərinə bir məktub yazıb. Mərhum Qazinin ərəbcə bir şeri orada yer alıb. Mərhum Ağa Təbatəbainin nəzərincə mərhum Qazi müvəffəq bir şair olub. Cənab Qazinin qəsidəsi olduqca gözəldir. Qəsidədə şagirdlərə tövsiyələr verilir. Bizim üçün də, xalq üçün də ardıcıl 3 haram ayda bərəkət var. İnşaallah bu aylardan bəhrələnərik. Əlbəttə ki, zilqədə ayı həm də İmam Rizanın (ə) ayıdır. Həzrət xüsusi ilə biz iranlılar üçün nemət çeşməsidir. İnşaallah onun pak hərəmindən bəhrələnərik, özümüzü Rəzəvi dəyərlərinə yaxınlaşdırarıq.

Dünya və məmləkətimizin aktual məsələləri arasında bir nöqtə üzərində dayanmaq istəyirəm. Biz dünya, region və ölkəmizə aid məsələlərə kompleks yanaşmalıyıq. Belə bir yanaşma bizə bəsirət verir. Nəticədə hazırkı durumda öz mövqeyimizi, yerimizi görə bilirik, vəziyyətimizi dəyərləndiririk. Bu yanaşma sayəsində gələcəkdə nə iş görəcəyimiz aydın olur.

Bütün dünya və məntəqəyə kompleks baxışda bir nöqtə aydın olur ki, dünyaya hakim baxış dəyişməkdədir. Biz bunu anlayır, müşahidə edirik. Birinci dünya müharibəsindən sonra dünyada və məntəqəmizdə yeni nizam yarandı. Hakim güclər cana gəldi, dünyada liderliyi ələ aldı. İkinci dünya müharibəsindən 70 il ötüb. Hazırkı nizam, dünyaya müdiriyyət xüsusi bir şəkildədir. Dünyaya sosializm və liberalizm üsulları hakim olub. Hər iki nizam Qərbə məxsusdur. Ötən 70 ildə Asiya, Afrika, Latın Amerikası, dünyanın müxtəlif məntəqələri onların iradəsinə tabe olub. Aydın görürük ki, bu nizam dəyişməkdədir. Mən xülasə şəkildə bu dəyişikliyin səbəbləri və əlamətləri barədə danışacağam.

Əgər dünya dəyişirsə, yeni sistemin bünövrəsi qoyulursa, təbii olaraq bizim mühüm vəzifələrimiz var. Yeni nizamda İslamın, İslam Cümhuriyyətinin, məmləkətimizin yeri necə olacaq? Bu barədə fikirləşməli, proqnozlar verməli, irəlini görüb hərəkət etməliyik. Qeyd etdiyim ötən 70 ildə dünyaya hakim nizamın iki dayağı olub: İdeoloji və dəyər dayağı, praktiki, hərbi-siyasi dayaq. Hər iki dayaq silkələnib, problem yaşayır. Əxlaqi və ideoloji dayaq bundan ibarət olub ki, Qərb öz düşüncə və dəyərlərini üstün sayıb, Qərb və ABŞ özünü başqa xalqların fövqündə görüb. Onların şüarlarının elmi və texnoloji tərəqqiyə heç bir aidiyyatı yoxdur. Azadlıq, demokratiya, insan haqları, xalqların himayəsi kimi aldadıcı şüarlar irəli sürüblər. Bu yolla öz sistemlərinin başqa sistemlərdən, başqa düşüncələrdən, xüsusilə İslamdan üstün olmasını göstərməyə çalışıblar. Bu işdə uğur qazanıblar. İslam dünyasında ayrı-ayrı şəxslər, qruplar, siyasilər və dövlətlər Qərb dəyərlərini üstün sayıblar. Bu gün də cəmiyyətimizdə həmin fikirdə olanlar var.

İkinci dayaq Qərbin dünya üzərində hakimiyyət dayağıdır. Onların dəyərlərinə tabe olmayan, baş əyməyənlər siyasi və hərbi hücumlara məruz qalır. Onları qəbul etməyənləri ikinci vasitə ilə sıxışdırırlar ki, onlarla həmkarlığı məcbur qalsınlar.

Biz bunu dünyada və ölkəmizdə müşahidə etdik. Qərb təbliğat maşını günbəgün fəallaşdı, modernləşdi, imkanlarını gücləndirdi. Onlar iki amili, dəyərlərini və güclərini millətlərin başına qaxınc etdilər. Alimləri, ziyalıları, tədricən xalq kütlələrini inandırmağa müvəffəq oldular.

Bu gün isə hər iki amil böhran yaşayır. Həm dəyərlər, həm hərbi-siyasi dayaqlar silkələnir. Qərbin dünyaya hakimiyyətini təmin edən bu iki silah hazırda zəifləmişdir. İslam və digər dəyərlərdən üstün göstərilən Qərb dəyərlərinin böhran yaşamasının səbəbləri var. Mən bəzi amilləri yada salıram. Qərb dəyərlərinin zəifləməsinin amillərindən biri əxlaq və mənəviyyatda yaşadıqları böhrandır. Xalq kütlələri, xüsusi ilə gənclər arasında həyatın mənasızlaşması, ruhi tarazlığın pozulması bariz nişanədir. Qərbdə ailə institutu dağılır. On illər öncə feminizm hərəkatını işə saldılar. Bu gün mütəfəkkirlər və ziyalılar başa düşüb ki, feminizm qadın üçün bir tələ olub. Bu hərəkat qadınlar üçün yeni problemlər yaradıb.

Çirkin işlər dəyər kimi göstərilir. Məsələn, homoseksualizm, həmcinsbazlıq Qərbdə dəyər sayılmağa başlayıb. Biri buna qarşı çıxırsa, dəyərlərə qarşı çıxmış olur!!

Əgər bir dövlət rəsmisi, prezident, tanınmış şəxs homoseksualizmə müxalif olduğunu dilə gətirsə öz karyerasını korlamış olur. Bəli, Qərbin əxlaqi atmosferi bu vəziyyətdədir. Təbii ki, bu cərəyan hansısa nöqtədə dayanmayıb, daha böyük çirkinliklərə doğru hərəkətdədir. Neçə illər, 10-15 il öncə Qərb mütəfəkkirləri, ürəyiyanan ziyalılar bu günü görür və xəbərdarlıq edirdi. Amma faydası olmadı. Bir quruluş, nizam əxlaqda belə uçuruma getsə onun qarşısını almaq mümkün deyil və məhvə məhkumdur. Qərbdə dəyər böhranının bir amili bu idi.

İkinci amil dinə meyldir. Əslində bu birinci amilə qarşı reaksiyadır. Müxtəlif