A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: TÖVHİD VƏ İLAHİ ƏDALƏT
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Bu məsələyə diqqət yetirməklə deyə bilərik:

Əvvəla: Sizin dinin əsaslarını qəbul etməkdə təqlid etməyib, mütaliə və təfəkkürlə səy etməyiniz tərifəlayiqdir. Sizin bu işinizə görə Allahın yanında çoxlu savab və mükafatınız var.

İkincisi: Əqidələrinizdə şəkk-şübhəyə düçar olduğunuz üçün Allah dərgahında əməllərinizin qəbul olunmayacağını, bunun sizə heç bir fayda verməyəcəyini özünüzə təlqin etməyin. Bunün özü də şeytani hiylələrin davamıdır. Əvvəlcə əqidələri daxilinizdə süstləşdirir, sonra əməllərinizə irad tutaraq, sizdə onlara qarşı şəkk-şübhə icad edir.

Sizin “Allah bu əməlləri məndən qəbul etməyəcəkdir!” – deməyinizin səbəbi budur ki, siz səmimi qəlbdən Allahı qəbul edir və Onun varlığına şübhə etmirsiniz. Buna əsasən, şeytani istəklərə və vəsvəsələrə düçar olmağınıza baxmayaraq, öz ibadətinizi davam etdirin və Allahın digər bəndələri kimi, mehriban və mərhəmətli Allahın dərgahında əməllərinizin qəbul olunacağına ümidvar olun!

Üçüncüsü: Bilin ki, Şeytan zəifdir, onun hiylə və məkri ağıllı, həqiqət axtaran, Allahı istəyən, Allah zikri ilə yaşayan və Onun əmrinə təslim olan insanlara təsirsizdir.

Qeyd olunan bu üç məsələyə diqqət yetirməklə yanaşı, bir müddət Şeytan və onun vəsvəsələrilə mübarizə aparın. Şeytanla mübarizə aparmağın yolları aşağıdakılardan ibarətdir:

Birinci yol: Şeytanın vəsvəsələrinə etina göstərməyin. O, sizi pis və puç nəsihətlərə dəvət etdikdə, öz fikrinizi başqa məsələlərlə məşğul edin. Məsumdan nəql olunan bir rəvayətdə buyurulur: Həqiqətən, o xəbis (Şeytan) ona itaət olunmasını istəyir. Əgər ona itaət etməkdən boyun qaçırılsa, sizə tərəf qayıtmaz.”[420]

İkinci yol: Birinci yolda ən mühüm iş sayılan Şeytanla mübarizə aparmaq budur ki, biz həyatımızda yerinə yetirmək istədiyimiz hər hansı bir işdə və hər hansı bir çətinliklə üzləşdikdə Allahdan, Onun rəhmət və lütf vasitələrindən yardım diləyərək, dua edib, yalvarmaqla Allahın diqqətini özümüzə cəlb edək. Allah-taala bu həqiqəti belə bəyan edir:

--------------Səh. 70.

De: “Əgər sizin duanız olmasa, Rəbbim sizə etina etməz.”[421]

Şeytanın vəsvəsələrindən nicat tapıb, qəflət yuxusundan oyanmağımız üçün Allah-taaladan sonra Peyğəmbərdən (s) və imamlardan kömək istəməliyik.

Quran ayələrini tilavət etmək və ya eşitmək, yaradılış və bu kimi digər məsələlər barəsində nazil olan ayələr üzərində düşünmək insanın vücudunda hazırlıq ruhiyyəsi yaradır. İlahi cəzb nuru onun sorağına gələrək onu qəflət yuxusundan, xəyallardan və Şeytan vəsvəsələrindən xilas edib, öz həqiqətinə qaytarır. Diqqət yetirin ki, Qurani-kərim hər bir bölümündə insan üçün hidayətlər, xatırlamalar, xəbərdarlıqlar və qorxutmalar qərar vermişdir. Hər kəs səmimi qəlblə Qurandan yapışıb, haqq Allahın kəlamları üzərində düşünsə, bu (ilahi kəlamlar, işarələr və rəmzlər) onun həqiqətə çatmasına gətirib çıxaracaqdır.

Üçüncü yol: Bütün hallarda “qəflət”dən uzaq olub Allahı yad edin. Çünki Şeytan həmişə insanı qaflətə çəkməyə çalışır və bu yolla insanı şəkk-şübhəyə, tərəddüdə düçar edir. Buna görə də, özünüzü (xətalardan) qoruyub saxlamaq əzmində olun. Hər zaman müəyyən bəhanə ilə “qəflət”ə düçar olsanız, dərhal Allahı yad edin, Onun əzabını, nemətlərini və mərhəmətini xatırlayın, Ona pənah aparıb tövbə edin. “Əraf” surəsinin 200-201-ci ayələrində bu həqiqətə işarə ilə buyurulur: Əgər sənə Şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, Allah (hər şeyi) eşidən biləndir. Allahdan qorxanlara Şeytandan bir vəsvəsə toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü mərhəmətini) xatırlayıb düşünərlər dərhal (gözləri açılıb) görən olarlar.”

Doğrudan da, insanı Şeytanın tələsinə və vəsvəsələrinə salan qəflətdir. Onun əlamətlərindən biri də şəkk-şübhəyə, iztiraba və tərəddüdə düçar olmaqdır. Başqa sözlə, haqdan qafil olub, onu unutmağın mənası budur ki, insan öz batinində Allah-taalanı yaddan çıxarıb, Onu yad etməkdən qafil olsun və sərgərdan vəziyyətdə qalaraq, nə edəcəyini bilməsin. Şeytan məhz bu yollarla insanın qəlbinə daxil olub vəsvəsə edir, onu haqq yoldan uzaqlaşdırır. İmam Sadiq (ə) bu həqiqətə işarə ilə buyurmuşdur: Həqiqətən, qəflət Şeytanın ovlağı, hər bir bəlanın, bədbəxtliyin başlanğıcı bütün hicabların səbəbidir.”[422]

Qəflət Şeytan tərəfindən olduğu üçün, qəflət zamanı insanın dostu və ürək yoldaşı da yalnız Şeytandır. İnsanı qəflətə çəkən və Allahı yad etməyi unutduran məhz Şeytandır. Allah-taala Qurani-kərimdə buyurur:

-----------------SƏH. 72.

Şeytan onlara hakim olmuş Allahı zikr etməyi onlara unutdurmuşdur...”[423]

Bu ayənin qeybi ismarıcı budur ki, insanın fikri, qəlbi və batini tamamilə Allahdan uzaqlaşıb, xəyallar və gümanlar içərisində qərq olsa, Şeytan ona hakim kəsilmiş, fikrini, qəlbini və vücudunu özünə cəlb etmişdir ki, Rəbbini yad etməkdən çəkindirsin.

Aşağıda qeyd olunan iki ayəni həmişə oxuyun və onlar haqqında düşünün:

---------------SƏH. 72.

Hər kəs Rəhmanın zikrindən boyun qaçırsa, Biz ona Şeytanı urcah edərik o, Şeytanın yaxın dostu olar. Şeytanlar onları doğru yoldan çıxarar, onlar isə özlərinin haqq yolda olduqlarını güman edərlər.”[424]

Ümid edirik ki, öncə qeyd etdiyimiz nöqtələrə diqqət yetirib, onlara əməl etməklə şəkk-şübhə və tərəddüdləriniz rahatlıq və sabitqədəmliyə çevriləcək. Həyatda həmişə uğurlu və şad olmağınızı arzu edirik!

***

 

 


Qeydlər

[1] “Xuda dər əndişeyi bəşər”, Abdullah Nəsri, səh. 38-40.

[2] Yəni insanların Allaha və dinə inanmaqlarının səbəbi qorxudursa, bu yanlışdır.

[3] Əlavə məlumat əldə etmək istəyənlər Şəhid Mürtəza Mütəhhərinin “Fitrət” kitabına müraciət edə bilərlər.

[4] “Amuzeşi fəlsəfə”, Misbah Yəzdi, 2-ci cild, səh. 359-360. Əlavə məlumat əldə etmək üçün bax: “Üsuli fəlsəfə və rəvişi realizm”, Əllamə Təbatəbai, 5-ci cild, səh. 111-123.

[5] Bu məsələ barəsində geniş məlumat əldə etmək istəyirsinizsə, aşağıdakı kitablara müraciə edə bilərsiniz:

1-”Şenaxt-şinasi dər Quran”, Cəvadi Amili.

2-”Şenaxt əz didqahi-Quran”, Behişti və Məhəmməd Hüseyni.

[6] “Bəqərə”, ayə: 55; “Furqan”, ayə: 21, 33 və 34.

[7] “Zuxruf”, ayə: 22-23.

[8] “Yunis”, ayə: 36 və 66; “Sad”, ayə: 27.

[9] “Mühəmməd”, ayə: 13.

[10] “Təkasur”, ayə: 1-2; “Hicr”, ayə: 3; “Hud”, ayə: 15-16.

[11] “Muddəssir”, ayə: 11-25.

[12] Bax: “Peyami-Quran”, Məkarim Şirazi, 1-ci cild, səh. 316-423.

[13] Bax: “Şenaxt əz didqahi elmi və didqahi Quran”, Məhəmməd Təqi Cəfəri, sə. 310-312.

[14] Bax: “İbrahim” surəsi, 9-10-cu ayələr; “Hud” surrəsi, 62-ci ayə; “Yunis” surəsi, 104-cü ayə; “Nəml” surəsi, 66-cı ayə...

[15] “Casiyə” surəsi, 24 və 32-ci ayələr; “Qaf” surəsi, 2-3-cü ayələr; “Muminun” surəsi, 33 və 37-ci ayələr.

[16] Bax: “Şenaxtşenasi dər Quran”, səh. 181-182.

[17] “İbrahim” surəsi, ayə: 9-10; “Nəml” surəsi, ayə: 66; “Casiyə” surəsi, ayə: 32; “Muminun” surəsi, ayə: 69; “Bəqərə” surəsi, ayə: 23 və s.

[18] “Nəml” surəsi, ayə: 66; “Hud” surəsi, ayə: 62 və 110.

[19] “Səbə” surəsi, ayə: 54; “Fussilət” surəsi, ayə: 45; “Qaf” surəsi, ayə: 2-3.

[20] “Quran dər Quran” (Təfsiri mövzuiyi Qurani-kərim), Cəvadi Amili, 1-ci cild, səh. 361-362.

[21] “Ənam” surəsi, ayə: 116; “Casiyə” surəsi, ayə: 24; “Ali-İmran” surəsi, ayə: 154; “Bəqərə” surəsi, ayə: 78; “Həcc“ surəsi, ayə: 15.

[22] “Tövbə” surəsi, ayə: 118; “Haqqə” surəsi, ayə: 17-21.

[23] “Hücurat” surəsi, ayə: 12.

[24] “İsra” surəsi, ayə: 52.

[25] “Nəcm” surəsi, ayə: 28.

[26] “Nəcm” surəsi, ayə: 23.

[27] “Ənam” surəsi, ayə: 148; “Yunus” surəsi, ayə: 66; “Nəcm” surəsi, ayə: 23; “Casiyə” surəsi, ayə: 24.

[28] “Cümə” surəsi, ayə: 6; “Nisa” surəsi, ayə: 60; “Ənam” surəsi, ayə: 22, 94 və 136; “Kəhf” surəsi, ayə: 52; “Qisəs” surəsi, ayə: 62 və 74; “Səba” surəsi, ayə: 22.

[29] Bax: “Şenaxt əz didqahi elmi və didqahi Quran”, səh.316-318.

[30] “Bəqərə” surəsi, ayə: 2.

[31] “Ali-İmran” surəsi, ayə: 9.

[32] “Mərifətşinasi dər Quran”, Cəvadi Amili, 13-cü cild, təfsiri mozuyi, səh. 255-256.

[33] Bax: “Rəd” surəsi, ayə: 2; “Bəqərə” surəsi, ayə: 4 və 118; “Maidə” surəsi, ayə: 50; “Nəml” surəsi, ayə: 3 və 82; “Rum” surəsi, ayə: 60; “Loğman” surəsi, ayə: 4; “Səcdə” surəsi, ayə: 24; “Casiyə” surəsi, ayə: 4 və 20; “Tur” surəsi, ayə: 36; “Hicr” surəsi, ayə: 99; “Vaqiə” surəsi, ayə: 95; “Haqqə” surəsi, ayə: 51; “Muddəssir” surəsi, ayə: 47; “Nisa” surəsi, ayə: 157; “Ənam” surəsi, ayə: 75; “Şüəra” surəsi, ayə: 24; “Duxan” surəsi, ayə: 7; “Zariyat” surəsi, ayə: 20.

[34] “Təkasur” surəsi, ayə: 5-6.

[35] “Haqqə” surəsi, ayə: 51; bax: “Mərahili ixtilaf dər Quran”, (təfsiri mozuyi), Cəvadi Amili, “yəqin” bölümü, 11-ci cild, səh. 351-356.

[36] “Rəd” surəsi, ayə: 2.

[37] “Bəqərə” surəsi, ayə: 4.

[38] “Hicr” surəsi, ayə: 99.

[39] “Səcdə” surəsi, ayə: 24; bax: “Şenaxt əz didqahi elmi və didqahi Quran”, səh. 493-499.

[40] “Təsnim” (Qurani-kərimin tərtibi təfsiri), Cəvadi Amili, 2-ci cild, səh. 205-206.

[41] Yenə orada; eləcə də “Mizanul-hikmə”, Məhəmməd Məhəmmədi Reyşəhri, 10-cu cild, səh. 790.

[42] “Nəhl” surəsi, ayə: 106; “Qafir” surəsi, ayə: 28.

[43] “Təsnim”, 2-ci cild, səh. 249-250.

[44] “Mizanul-hikmə”, 8-ci cild, səh. 399, hədis: 17391.

[45] “Tur” surəsi, ayə: 36.

[46] “Əl-mizan”, 15-ci cild, səh. 222.

[47] “Tövbə” surəsi, ayə: 97; “Əraf” surəsi, ayə: 138; “İhqaq” surəsi, ayə: 23.

[48] “İbrahim” surəsi, ayə: 10.

[49] “Bəqərə” surəsi, ayə: 78.

[50] “Əraf” surəsi, ayə: 77; “Əl-mizan”, 17-ci cild, səh. 402.

[51] “Muminun” surəsi, ayə: 117.

[52] “Ali-İmran” surəsi, ayə: 97; “Əl-mizan”, 2-ci cild, səh. 202.

[53] “Nəhl” surəsi, ayə: 13; “Əl-mizan”, 12-ci cild, səh. 315-316.

[54] “Əl-mizan”, 15-ci cild, səh. 187.

[55] “Nisa” surəsi, ayə: 138; “Maidə” surəsi, ayə: 64 və 68; “Təsnim”, 2-ci cild, səh.222.

[56] “Bəqərə” surəsi, ayə: 78.

[57] “Nəml” surəsi, ayə: 14.

[58] “Bəqərə”, surəsi, ayə: 89.

[59] “Nəml” surəsi, ayə: 40; eləcə də bax: “İbrahim” surəsi, ayə: 7; “Bəqərə” surəsi, ayə: 152.

[60] “Bəqərə” surəsi, ayə: 84-85.

[61] “Mümtəhinə” surəsi, ayə: 4; bax: “İbrahim” surəsi, ayə: 22; “Ənkəbut” surəsi, ayə: 25.

[62] “Bəqərə” surəsi, ayə: 7.

[63] “Nəhl” surəsi, ayə: 108.

[64] “Tövbə” surəsi, ayə: 127.

[65] “Bəqərə” surəsi, ayə: 88.

[66] “Mütəffifin” surəsi, ayə: 14.

[67] “Mühəmməd” surəsi, ayə: 24.

[68] “Ənam” surəsi, ayə: 110.

[69] “Bəqərə” surəsi, ayə: 74.

[70] “Bəqərə” surəsi, ayə: 10.

[71] “Əl-mizan”, 1-ci cild, səh.52.

[72] “Ənam” surəsi, ayə: 12.

[73] “Bəqərə” surəsi, ayə: 81.

[74] “Nur” surəsi, ayə: 39.

[75] “Mizanul-hikmə”, 8-ci cild, səh.400, hədis: 17399-17400 və səh. 404.

[76] Yenə orada, 2-ci cild, səh. 153, hədis: 2813-2814.

[77] Yenə orada, 8-ci cild, səh. 399, hədis: 17394.

[78] “Bəqərə” surəsi, ayə: 170.

[79] “Bəqərə” surəsi, ayə: 22.

[80] “Rum” surəsi, 30-32-ci; “Yusif” surəsi, 39-40-cı; “Bəqərə” surəsi, 113 və 118-ci ayələr.

[81] Bax: “Təfsiri mövzuiyi Quran”, Cəvadi Amuli, 4-cü cild, səh.138-139.

[82] “Nəml” surəsi, ayə: 66; “Hud” surəsi, ayə: 62 və 110.

[83] “Yasin” surəsi, ayə: 6, 9 və 10; “Rum” surəsi, ayə: 59.

[84] “Peyami-Quran”, Ayətullah Məkarim Şirazi, 1-ci cild, səh.76-78.

[85] “Qaf” surəsi, ayə: 16; “Zümər” surəsi, ayə: 36; “Qafir” surəsi, ayə: 60; “Ali-İmran” surəsi, ayə: 29.

[86] “Əraf” surəsi, ayə: 54; “Yunis” surəsi, ayə: 31-32.

[87] “Muminun” surəsi, ayə: 117.

[88] “Nisa” surəsi, ayə: 54.

[89] “Ali-İmran” surəsi, ayə: 112.

[90] “Müddəssir” surəsi, ayə: 11 və 25.

[91] “Biharul-ənvar”, 66-cı cild, səh. 63, hədis: 7-8 və səh.67, hədis: 17; “Kafi”, 2-ci cild, səh. 32, hədis: 1; bax: “Təfsiri mövzuiyi Quran”, 7-ci cild, səh. 384.

[92] “Maidə” surəsi, ayə: 91.

[93] “Bəqərə” surəsi, ayə: 113.

[94] “Yusif” surəsi, ayə: 106.

[95] “Əl-mizan”, 11-ci cild, səh. 280.

[96] Yenə orada, 2-ci cild, səh. 202 və 4-cü cild, səh. 371.

[97] Yenə orada, 11-ci cild, səh. 276.

[98] “Münafiqun” surəsi, ayə: 1-3; “Ali-İmran” surəsi, ayə: 167; “Əl-mizan”, 9-cu cild, səh. 325 və 19-cu cild, səh. 278.

[99] “Tövbə” surəsi, ayə: 97.

[100] “Nisa” surəsi, ayə: 143; “Əl-mizan”, 5-ci cild, səh. 116-117.

[101] “Sad” surəsi, ayə: 8; “İbrahim” surəsi, ayə: 9.

[102] “Nəhl” surəsi, ayə: 22.

[103] “Təfsiri-təsnim”, 2-ci cild, səh. 278.

[104] “Tövbə” surəsi, ayə: 45; “Təfsiri-təsnim”, 2-ci cild, səh. 137; “Əl-mizan”, 5-ci cild, səh.118.

[105] “Təfsiri-təsnim”, 2-ci cild, səh. 262.

[106] “Bəqərə” surəsi, ayə: 81.

[107] “Bəqərə” surəsi, ayə: 15.

[108] Bax: “Təfsiri-təsnim”, 2-ci cild, səh. 291.

[109] “Nisa” surəsi, ayə: 140.

[110] “Tövbə” surəsi, ayə: 113; “Nisa” surəsi, ayə: 116.

[111] “Münafiqun” surəsi, ayə: 6.

[112] “Nisa” surəsi, ayə: 145.

[113] “Təfsiri-təsnim”, 2-ci cild, səh. 226-250.

[114] Bax: “Bəqərə” surəsi, ayə: 41, 91 və 186; “Nisa” surəsi, ayə: 136; “Ali-İmran” surəsi, ayə: 179 və s. (Bu məsələ ilə əlaqədar Möhsin Cəvadinin “İman nəzəriyyəsi” adlı kitabının 185-192-ci səhifələrinə müraciə edə bilərsiniz.)

[115] “Hücurat” surəsi, ayə: 15; “Duxan” surəsi, ayə: 8-9; “Nəml” surəsi, ayə: 3; “Loqman” surəsi, ayə: 4; “Səba” surəsi, ayə: 6; “Həcc“ surəsi, ayə: 54; “Rum” surəsi, ayə: 56.

[116] “Əsr” surəsi, ayə: 3; “Həcc“ surəsi, ayə: 54; “Rum” surəsi, ayə: 56.

[117] “Ənfal” surəsi, ayə: 3-4; “Bəqərə” surəsi, ayə: 177; “Əl-mizan”, 18-ci cild, səh.158.



Geri   İrəli
Go to TOP