A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: ZƏRİF MƏQAMLAR (Beşinci cild)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri  


6. Birləşmiş Ştatlarda qətlə yetirlən qadınların 30 faizi həyat yoldaşının, keçmiş həyat yoldaşının, yaxud oğlan dostunun əli ilə öldürülənlərdir.

Bəlkə də qadınlar əleyhinə zorakı cinayətləri sadə və aydın şəkildə sıralamaq mümkün deyil. Amma bu qədər məlumdur ki, bu sahədə həlledici amillərdən biri qadınların KİV-dəki təqdimatıdır. Qadınlar mediada çox vaxt şiddətin qurbanları və cinsi təcavüz obyekti kimi təqdim olunurlar. Tədqiqatçılar bu nəticəyə gəlmişlər ki, qadınların bu növ təsviri cəmiyyətin qadınlara qarşı düşüncə tərzində və rəftarında (mənfi) təsirlər buraxır. Filmlərin, televiziyanın, musiqinin və kompüter oyunlarının məzmunu qadınların, cinsi ehtiyacı təmin edən, zorakı səhnələri göstərən və zorla yanaşı olan cinsi münasibətləri təsvir edən bir alət olduğunu vurğulayır.

Qadınları aşağılayan belə görüntülər həmişə tənqid edilmişdir. Tədqiqatçıların qırx ildən artıq sürən elmi araşdırmaları göstərir ki, mediada göstərilən zorakılıqlar aqressiv rəftar və reaksiyaların formalaşmasında birbaşa təsirlidir.

Əldə olan çoxsaylı faktlara əsasən, media yayımlarında qadına mənfi baxış onların gündəlik həyatına təsir göstərir. Televiziya və kinoteatrlarda nümayiş etdirilən zor səhnələri üzərində aparılan tədqiqatlar göstərir ki, aqressiv məzmunlu və cinsi təhqirli iki filmə baxdıqdan sonra insanın sentimental duyğuları kor olur. Həmçinin araşdırmalar sübut edir ki, qadınlara qarşı cinsi təhqir və təcavüz səhnələrini müşahidə edən kişilər şiddətin bu qurbanlarına qarşı çox nadir hallarda öz duyğularını ifadə edirlər.


Əlavə 6: Ana olmaq şərəfi

Cesika Anderson[92]

Xanım Rozi cavan bir qadın simvoludur. Havard Miller tərəfindən çəkilmiş qolları çırmanmış rəsmində o, 1940-cı illərdə evlərinin ənənəvi prinsipini sındırmaq üçün çoxlu Amerika qadınlarının ilham mənbəyinə çevrilmişdi. Onlar əvvəllər kişilərə aid olan peşə və sənətləri öhdələrinə götürdülər. Bu kişilər İkinci dünya müharibəsində döyüşə cəlb edilmiş, yaxud könüllü surətdə müharibəyə yollanmışdılar.

Rozinin “Biz qadirik!” şüarı qadınların çoxunun ruhunu, canını və röyasını istismar etdi. Onlar iş bazarına daxil oldular və gözlənilmədən yaranmış geniş peşə imkanlarını sınaqdan keçirdilər. O zamandan indiyədək qadınlar həm təhsil, həm də sənət və peşə sahəsində iri addımlar atmışlar. İndi onların ixtiyarında olan fəaliyyət dairəsi sonsuzdur.

Bu gün qadınlar kişilərə nisbətən daha çox bakalavr və magistr dərəcələri alırlar. Doktorluq dərəcələrinin və iş yerlərinin təqribən yarısı onlara aiddir. Bundan hasil olan nəticələrin müsbət olmasına baxmayaraq, təəssüflü haldır ki, qadın gücünə və peşə sitayişi mədəniyyətinə təkid göstərmək bəzi yanlış təsəvvürlərin yaranmasına səbəb olmuşdur. Bu yanlış təsəvvürlər səbəbindən qadınların çoxu başqa rolu, yəni analığı qəbul etməyin dəyər və üstünlüklərinə diqqətsiz yanaşmışlar.

Birinci təsəvvür: Yalnız savadsız qadınlar evdə qalıb uşaq böyüdürlər.

Life mərkəzi tərəfindən aparılan araşdırma göstərir ki, qadınların təxminən qırx faizi iş həyatlarının müəyyən dövrlərində uşaq böyütmək üçün öz işlərindən kənara çəkilmişlər. Nyu York Tayms bu prosesi “işdən imtina inqilabı” adlandırır.

Öz işindən kənara çəkilənlərin çoxu çox savadlı və müvəffəqiyyətli insanlardır. İki məşhur universitetin qadın məzunları arasında aparılan araşdırmalar göstərdi ki, Stanford universitetinin 1981-ci ildəki qadın tələbələrinin 57 faizi işdən imtina etmişlər. 1980-ci illərdə Harvard universitetinin Kommersiya institutunun tələbələrinin yalnız 38 faizi hələ də ikinövbəli işlərdə çalışırlar.

Amerika qadınlarına aid olan Beverly Lahaye müəssisəsinin yüksək ixtisaslı tədqiqatçılarından olan Doktor Cons Kross bildirir ki, bunlar ana olduqları illərdə qadınlar arasında artan bir prosesin təsiridir: “Qadınlar get-gedə daha yaxşı dərk edirlər ki, işin hər şey demək olduğu həyat bir müddətdən sonra insanı razı salmır. Onlar həm də anlayırlar ki, söhbət uşaqlardan gedirsə, onlar üçün heç kəs ananın yerini verə bilməz”.

İkinci təsəvvür: Uşaq böyütmək üçün evdə qalmaq peşə intiharı deməkdir.

İkinövbəli işdə müvəqqəti olaraq istirahətə çıxmaq o demək deyil ki, qadın bütünlüklə işindən əl çəkməli, öz arzu və xəyallarını unutmalıdır. Bu gün internet iş dünyasını dəyişdirmişdir. Bəzi idarə işlərini evin içindən də görmək mümkündür. Qadınların çoxu günün müəyyən bir qismini işlə məşğul olur, yaxud işgüzar qruplar daxilində fəaliyyət göstərirlər. Bu şərait analara idarədə gündəlik işləmədən bir peşənin asanlaşdırılmış variantından və müəyyən miqdarda gəlirindən bəhrələnmək imkanı yaradır və işçi qüvvəsində dəyişikliyi bir qədər asanlaşdırır.

Mühafizəkar yazıçı və Heritic fondunun ümumi əlaqələr bölməsinin sədr müavini Rika Haqayn Beverly Lahaye müəssisəsinə müsahibəsində belə demişdir: “Uzun müddət hamı elə bilirdi ki, qadınlar işləməkdən və ya evdə oturub analıq etməkdən birini seçməyə məcburdurlar. Lakin yeni texnologiyalar qadınlara hər bir işi görmək imkanı yaradır. Müvəffəqiyyət qazanmış bir xanım olan Haqlinin gözəl bir peşəsi var. O, müvəqqəti olaraq işini buraxdı və 1990-cı illərin ortalarında evdən görülməsi mümkün olan ticari məşvərət işinə başladı və bununla işini üç kiçik uşağını böyütməklə uyğunlaşdırdı. O, bu gün oxşar müəssisələr arasında ən məşhurlarından biri olan ölkənin fikir istehsalı mərkəzlərindən birində işləməkdən əlavə, həm də yüksək tirajlı məqalələr də yazır. O, çox vaxt radio və televiziya proqramlarında müxtəlif insanlardan müsahibə alır və bu yaxınlarda özünün “Evə hücum” adlı ilk kitabını çap etdirdi. O, deyir: “Mən cavan qadınlara tövsiyə edirəm ki, ürəkləri istəyən peşəni seçməyi düşünsünlər. Lakin elə bir peşə seçsinlər ki, onlara ana olmaq imkanı versin və uşaqlarının prioritet seçilməsinə maneə törətməsin”.

 

Üçüncü təsəvvür: Analıq məziyyətlərindən istifadə etmək ikinövbəli işlərlə də mümkündür.

Media qurumları işləyən analara daha çox önəm verməyi sevirlər. Onlar çox vaxt filmlərin baş rolunu bacarıqlı qadınlara verirlər, ağır və çətin işdə çalışdıqlarına və həm də uşaq tərbiyə etməklə tarazlıq yaratdıqlarına görə onlara pərəstiş edirlər.

Media qurumları şən anaların və şən uşaqların nöqsansız təsvirini verməyə çalışsalar da, onların ana olmağın və bayırda çalışmağın xüsusiyyətlərini toplamaq səyləri boşa çıxmışdır. Bu bir həqiqətdir ki, həm çətin vəzifədə çalışmaq və həm ailə həyatını idarə etmək çox gərgin bir işdir. Amerikada işləyən qadınların 60 faizi təsdiq edir ki, stress və psixi sıxıntı onların qarşılaşdığı ən təhlükəli amildir. Bu, başadüşüləndir, bir həftəlik gərgin iş dövrünün xarakteri bunu deməyə əsas verir.

Qadınların çoxu uzun bir günü idarədə keçirirlər, sonra uşaqlarını uşaq bağçasından götürürlər, tələsik şam yeməyi hazırlayırlar, uşaqlarını dərsə, yaxud idmana getmək üçün taksiyə mindirirlər. Evdə bir qalaq çirkli paltar da onları gözləyir. Onlar yatağa girməzdən qabaq amansız rejim yenidən təkrar olunur. Bu sıxıcı proqramın mənfi təsirləri çox vaxt uşaqlarda özünü göstərir və lazımi tədbirlər üçün çox az vaxt qalır. İşlə ailə ehityacları arasındakı daimi ziddiyyət qadınların çoxunun bu iki məsələdən birini prioritet seçməkdə aciz qalmalarına gətirib çıxarır.

Doktor Kroz deyir: “Şübhəsiz ki, hansısa birinci olmalıdır və bir ailə üzvləri iki peşəni idarə etmək üçün bir-birinə kömək göstərməlidirlər. Çoxlarının diqqətindən kənarda qalan məsələlərdən biri budur ki, buna yalnız bəzi peşələr əl verir. Bəzən analıq və işləmək həddən artıq fədakarlığa ehtiyaclı olur. Lakin problem budur ki, bir qadın işdə uğur qazanmaq üçün əlaqələrini, yaxud uşaqlarını qurban vermək istəyir, yoxsa yox? Onların çoxu gec də olsa, başa düşmüşlər ki, mühüm qərarlar qəbul edən zaman düzgün prioritet təyin etmədiklərindən bu seçimə getmişlər. Ağıllı və düşüncəli qadınlar qəbul edirlər ki, onlar həm analığın, həm də bayırda işləməyin bütün məziyyətlərindən bəhrələnə bilməzlər. Onlar qəbul etməlidirlər ki, uşaq istəyirlərsə, onların ehtiyacları üçün birincisinə üstünlük vermələri zəruridir”.

Haqlin də bu nəzərlə müvafiqdir: “Bioloji cəhətdən bir qadının həyatında buna çoxlu dəlillər var. Qadınların çoxu dəyişiklik istəyirlər. Lakin bunun əvəzində hər bir şəxsin bəhrələnə biləcəyi bir ləzzətdən imtina edilməməlidir. Ana olmaq bir nemətdir”. Bir vaxtlar Jaki Kennedi demişdi: “Əgər siz övladlarınızın tərbiyəsinə əhəmiyyət vermirsinizsə, mən bilmirəm ki, sizin üçün nə əhəmiyyət daşıya bilər”.

Qadınların “Biz bacarırıq” prinsipini təhsilləri və peşə fəaliyyətləri qədər uşaq tərbiyəsində tətbiq etmələri çox əhəmiyyətlidir.

www.cwfa.org

 

 

 


Qeydlər

[1] Həzrət Fatimeyi-Zəhranın (ə) doğum günü münasibətilə Qadınların Mədəni-İctimai Şurasının üzvləri, bir qrup qadın doktor və “İslam hicabı” konfransının təşkilatçıları ilə görüşdə çıxışından: 25 dekabr 1991.

[2] Məşhəd əhalisinin və İmam Rzanın (ə) ziyarətçilərinin toplantısında çıxışından: 18 aprel 1991.

[3]  Gənclərlə sual-cavab toplantısında çıxışından: 2 fevral 1999.

[4] Qum, Rəfsəncan və Kəhnuc şəhərlərinin müxtəlif təbəqələrini təmsil edən əhalisinin beyət mərasimində çıxışından: 10 iyul 1989.

[5] Xalqın müxtəlif təbəqələri, həkimlər, feldşerlər və klinikaları işçilərilə görüşdə çıxışından: 6 dekabr 1989.

[6] İslam İnqilabı və Gənclər Günündə gənclərlə sual-cavab toplantısında çıxışından: 2 fevral 1999.

[7] Həzrət Zeynəbin (ə) doğum günü və Şəfqət Bacısı Günü münasibətilə şəfqət bacılarının bir qrupu ilə görüşdə çıxışından: 24 oktyabr 1991.

[8] Ölkənin bir qrup tələbə birlikləri ilə görüşdə çıxışından: 9 dekabr 1995.

[9] Şagirdlərin İslam Birlikləri İttifaqının üzvləri və ölkə üzrə tərbiyəvi işlərə məsul şəxslərlə görüşdə çıxışından: 26 fevral 2001.

[10] Bəsic üzvü olan tələbə və şagirdlərin toplantısında çıxışından: 4 sentyabr 1999.

[11] Mazandaran vilayətinin ruhaniləri, cümə və camaat imamları ilə görüşdə çıxışından: 12 may 1990.

[12] Cümə namazı xütbələrindən: 30 mart 1990.

[13] Mədəniyyət və incəsənət xadimləri ilə görüşdə çıxışından: 23 iyul 2001.

[14] Tələbə birlikləri ilə görüşdə çıxışından: 5 dekabr 1996.

[15] Universitet müəllimlərilə görüşdə çıxışından: 16 dekabr 2004.

[16] Universitet cihadı təşkilatının ekspertləri və Elmi şura üzvlərilə görüşdə çıxışından: 21 iyun 2004.

[17] 2001-2002-ci illərdə ali məktəblərə qəbul imtahanlarının nümunəvi abituriyentləri, dünya və ölkə üzrə olimpiada qaliblərinin toplantısında çıxışından: 25 sentyabr 2002.

[18] Həmədan universitetlərinin müəllim və tələbələri və həmədanlı gənclərlə görüşdə çıxışından: 7 iyul 2004.

[19] Universitet cihadı təşkilatının ekspertləri və Elmi şura üzvlərilə görüşdə çıxışından: 21 iyun 2004.

[20] Həmədan universitetlərinin müəllim və tələbələri və həmədanlı gənclərlə görüşdə çıxışından: 7 iyul 2004.

[21] İran İslam Respublikasının teleradio şirkətinin Elm şöbəsinin əməkdaşları ilə görüşdə çıxışından: 4 fevral 1992.

[22] Şərqi Avropa İslam Təşkilatları İttifaqının bir qrup tələbəsilə görüşdə çıxışından: 10 avqust 2002.

[23] Bəsic üzvü olan tələbə və şagirdlərin toplantısında çıxışından: 4 sentyabr 1999.

[24] Həmədan universitetlərinin müəllim və tələbələri və həmədanlı gənclərlə görüşdə çıxışından: 7 iyul 2004.

[25] Ramazan ayında tələbələrlə görüşdə çıxışından: 31 oktyabr 2004.

[26] Silahlı qüvvələrin beyət mərasimində çıxışından: 8 iyun 1989.

[27] Yusuf/25.

[28] Yusuf/31.

[29] Yusuf/31.

[30] Tehran universitetlərinin müxtəlif tələbə birlikləri ilə görüşdə çıxışından: 14 yanvar 1999.

[31] Nikah mərasimində çıxışından: 13 mart 2001.

[32] Nikah mərasimində çıxışından: 24 oktyabr 2000.

[33] Fatimeyi-Zəhranın (ə) doğum günü və Qadınlar bayramı münasibəti ilə xanımlarla görüşdə çıxışından: 16 dekabr 1992.

[34] Feldşerlərlə və xalqın müxtəlif təbəqələri ilə görüşdə çıxışından: 13 noyabr 1991.

[35] Qadınlar Cəmiyyətinin Mərkəzi Şura üzvləri ilə görüşdə çıxışından: 5 may 1992.

[36] Ölkə xanımlarının toplantısında çıxışından: 16 dekabr 1992.

[37] Azadlıq idman kompleksində “Qadına hörmət” mərasimində çıxışından: 22 oktyabr 1997.

[38] Ölkə xanımlarının toplantısında çıxışından: 16 dekabr 1992.

[39] Feldşerlərlə və xalqın müxtəlif təbəqələri ilə görüşdə çıxışından: 13 noyabr 1991.

[40] Deputat qadınlarla görüşdə çıxışından: 21 iyul 1997.

[41] Azadlıq idman kompleksində “Qadına hörmət” mərasimində çıxışından: 22 oktyabr 1997.

[42] Azadlıq idman kompleksində “Qadına hörmət” mərasimində çıxışından: 22 oktyabr 1997.

[43] Azadlıq idman kompleksində “Qadına hörmət” mərasimində çıxışından: 22 oktyabr 1997.

[44] Fatimeyi-Zəhranın (ə) doğum günü münasibəti ilə müxtəlif şəhərlərdən olan xanımların toplantısında çıxışından: 17 yanvar 1990.

[45] Azadlıq idman kompleksində “Qadına hörmət” mərasimində çıxışından: 22 oktyabr 1997.

[46] İmam Xomeyninin məqbərəsində çıxışından: 4 iyun 1997.

[47] Qadınlarla görüşdə çıxışından: 20 sentyabr 2000.

[48] Şərqi Azərbaycan xalqı ilı görüşdə çıxışından: 18 sentyabr 1996.

[49] Qadın Günü münasibəti ilə ölkə qadınlarının bir qrupu ilə görüşdə çıxışından: 15 dekabr 1992.

[50] Qadın həkimlərlə görüşdə çıxışından.

[51] Fatimeyi-Zəhranın (ə) doğum günü və Qadınlar bayramı münasibəti ilə xanımlarla görüşdə çıxışından: 16 dekabr 1992.

[52] Tehran, İsfahan və Təbriz şəhərlərindən olan qadınlarla görüşdə çıxışından: 16 yanvar 1990.

[53] İslam Respublikası qəzetinin Qadın Günü münasibətilə xüsusi buraxılışına müsahibəsindən: 25 aprel 1981.

[54] Həmədan universitetlərinin müəllim və tələbələri və həmədanlı gənclərlə görüşdə çıxışından: 7 iyul 2004.

[55] Fatimeyi-Zəhranın (ə) doğum günü münasibəti ilə müxtəlif şəhərlərdən olan xanımların toplantısında çıxışından: 17 yanvar 1990.

[56] Şəfqət bacılarının bir qrupu ilə görüşdə çıxışından: 24 oktyabr 1991.

[57] Bir qrup qadınla görüşdə çıxışından: 12 mart 1985.

[58] Cümə namazı xütbəsində çıxışından: 8 avqust 1986.

[59] “Şahid” jurnalına müsahibəsindən: 18 may 1988.

[60] Ölkə üzrə qadın həkimlərin bir qrupu ilə görüşdə çıxışından: 16 yanvar 1990.

[61] “Qadının cəmiyyətdə rolu” seminarında çıxışından: 2 mart 1986.

[62] “Qadın və İslam inqilabı” adlı beynəlxalq konfransda çıxışından: 6 fevral 1988.

[63] Azadlıq idman kompleksində “Qadına hörmət” mərasimində çıxışından: 22 oktyabr 1997.

[64] Cümə namazı xütbələrindən: 11 oktyabr 1986.

[65] Nikah mərasimində çıxışından: 12 iyul 2000.

[66] Nikah mərasimində çıxışından: 23 noyabr 1994.

[67] Nikah mərasimində çıxışından: 11 iyul 1991.

[68] Nikah mərasimində çıxışından: 18 may 1995.

[69] Nikah mərasimində çıxışından: 2 dekabr 1997.

[70] Nikah mərasimində çıxışından: 9 mart 1998.

[71] Nikah mərasimində çıxışından: 15 aprel 1998.

[72] Xalqın müxtəlif təbəqələri, həkim və feldşerlər və klinika işçiləri ilə görüşdə çıxışından: 6 dekabr 1989.

[73] Ölkənin müsəlman qız və qadınları ilə görüşdə çıxışından: 20 sentyabr 2000.

[74] Həzrət Fatimeyi-Zəhranın (ə) doğum günü münasibətilə Qadınların Mədəni-İctimai Şurasının üzvləri, bir qrup qadın doktor və “İslam hicabı” konfransının təşkilatçıları ilə görüşdə çıxışından: 25 dekabr 1991.

[75] Ölkə xanımlarının iştirak etdiyi toplantıda çıxışından: 17 dekabr 1992.

[76] Ölkə xanımlarının iştirak etdiyi toplantıda çıxışından: 15 dekabr 1992.

[77] Bir qrup xanımla görüşdə çıxışından: 12 mart 1985.

[78] “İslam İnqilabının məktubu” jurnalına müsahibədən: fevral-mart 1982.

[79] Qadınlarla görüşdə çıxışından: 20 sentyabr 2000.

[80] İslam İnqilabının Mühafizəçiləri Korpusunun komandanları ilə görüşdə çıxışından: 5 mart 1998.

[81] Deputat qadınlarla görüşdə çıxışından: 21 iyul 1997.

[82] Azadlıq idman kompleksində qadınların toplantısında çıxışından: 22 oktyabr 1997.

[83] Nikah mərasimində çıxışından: 11 iyul 1991.

[84] Nikah mərasimində çıxışından: 11 iyul 1991.

[85] Nikah mərasimində çıxışından: 11 iyul 1991.

[86] İranlı və xarici qadınlarla sual-cavab məclisində çıxışından: 11 oktyabr 1998.

[87] Cümə namazı xütbələrindən: 28 noyabr 1980.

[88] Fatimeyi-Zəhranın (s) doğum günü münasibəti ilə Əhli-beyt məddahları ilə görüşdə çıxışından: 26 dekabr 1991.

[89] Carnegie corporation.

[90]  Megan Williamson – yazıçı və sosioloq.

[91]  David H. Olson – Minnesota universitetində ictimai elmlər müəllimi və ABŞ-da ailə məsələləri üzrə mütəxəssis.

[92] Jessica Anderson – qadın məsələləri üzrə fəlsəfə doktoru.



Geri  
Go to TOP