A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: ZƏRİF MƏQAMLAR (Beşinci cild)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
  İrəli


Zərif məqamlar

 

(Böyük Rəhbər Ayətullah Xameneinin 1979-2004-cü illərdə müəllim və tələbələr qarşısında çıxışlarından seçmələr)

Beşinci cild

 

 

Tərtib edən: Həsən Qüddusizadə

Çevirən: Maqsud Əzizoğlu


 

Birinci fəsil: Qərb mədəniyyəti və sivilizasiyasının xüsusiyyətləri

 

            1. Qərb mədəniyyətinin kökü

            Bugünkü Avropa mədəniyyətinin kökü qədim Roma mədəniyyətinə qayıdır. Yəni bu gün bütünlüklə Avropa və Qərb mədəniyyətinə və bunun ardınca ABŞ mədəniyyətinə hakim olan amillər Roma imperiyasında mövcud olan qayda və prinsiplərdir. Bugünkü meyar onlardan ibarətdir. O zaman da qadınları böyük məqama ucaldıb, hörmət edirdilər, müxtəlif zinətlərlə bəzəyirdilər. Amma nə üçün? Kişidə mövcud olan ən aşağı və ən maddi hissi doyurmaq üçün. Bu, insana və qadına qarşı necə də böyük təhqirdir![1]

 

            2. Qərb mədəniyyətinin zahiri bərbəzəyi

            Bu gün Amerikada və Avropanın inkişaf etmiş ölkələrində aclıq, yoxsulluq, qida maddələrinin çatışmazlığı üzündən ölüm halları, evsizlik və hətta heyvani yaşayışdan ötrü lazım olan təhlükəsizlik də yoxdur. Bu ölkələrdə texnologiyadan və yeni elmərdən bəhrələnənlər xalqın yuxarı təbəqəsidir. Lakin bir qarın çörəkdən ötrü öz şərəfini, namusunu və şəxsiyyətini satmağa məcbur olanlar, müxtəlif təhqirlərə məruz qalanlar xalqın böyük bir hissəsini təşkil edir. Bu, bir həqiqətdir. Zahir çox gözəl və bəzəklidir. Televiziya kanalları və xəbər agentlikləri təbliğat məqsədilə məhz bəzəkli və gözəl məqamları göstərirlər.

Qərb mədəniyyəti bütün elmi tərəqqisinə, kosmik ixtiralarına, ixtiyarında olan və üçüncü dünyanın kasıb ölkələrindən çapıb-taladığı böyük maddi sərvətlərinə rəğmən, inkişaf etmiş ölkələrdə yoxsulluğu aradan qaldırdığını iddia etsə, yalan demişdir. Buna görə də, Qərb mədəniyyəti rifah və asayiş dolu maddi həyatı da bütün insanlara verə bilməmişdir.[2]

           

3. Qərb mədəniyyətinin ən mənfi cəhəti

Qərbi inkar etmək - onun texnologiyasını, elmini, inkişafını və təcrübələrini inkar etmək demək deyil. Heç bir ağıllı insan bunu etməz. Qərbi inkar etmək – onun istismarçılığını inkar etməkdir; istər siyasi istismarçılıq olsun, istər iqtisadi və yaxud mədəni. Mən bu qısa vaxt ərzində Qərbin mədəni istismarçılığı haqda bir neçə cümlə demək istəyirəm. Bu, sizin üçün faydalı ola bilər.

Qərb mədəniyyəti gözəllik və çirkinliklər məcmusundan ibarətdir. Heç kim Qərb mədəniyyətinin bütünlüklə çirkin olduğunu deyə bilməz. Xeyr! Bütün mədəniyyətlər kimi, o da gözəl cəhətlərdən xali deyil. Heç kim öz qapılarını bu və ya digər əcnəbi mədəniyyətin üzünə mütləq şəkildə bağlamaq istəməz. Qərb mədəniyyəti Şərq mədəniyyəti və dünyanın digər mədəniyyətləri kimi, həm yaxşı, həm də pis elementlərdən təşkil olunub. Ağıllı bir xalq və toplum yaxşı elementləri götürüb öz mədəniyyətinə əlavə edər, onunla öz mədəniyyətini zənginləşdirər, pis elementləri isə rədd edər. Dediyim kimi, bu məsələdə Avropa, Qərb, Amerika, Latın Amerikası, Afrika və yaxud Yapon mədəniyyətləri arasında heç bir fərq yoxdur - hamısı bərabərdir. Biz hər hansı bir mədəniyyətlə rastlaşdıqda, təbii olaraq bacardığımız qədər onun gözəlliklərini götürməli, bizə münasib olmayan pis və zərərli cəhətləri və bizim baxışımızdakı gözəlliklərlə ziddiyyət təşkil edənləri rədd etməliyik. Bu, ümumi bir prinsipdir.

Qərb mədəniyyəti haqda isə mühüm bir məqam var, sizin buna diqqət yetirmənizi istəyirəm. Qərbin, yəni avropalıların mədəniyyətinin, bizim bildiyimiz qədər, başqa mədəniyyətlərdə olmayan bir eybi var. Bu, hakimolma hissidir. Bu, qəti humanitar, coğrafi və tarixi dəlillərə əsaslanır. Onlar dünyada elmi üstünlüyə malik olan kimi, on doqquzuncu əsrdə birbaşa müstəmləkəçilik formasını alan siyasi və iqtisadi hökmranlıqları ilə öz mədəniyyətlərini yeritməyə başladılar, xalqların mədəniyyətinə qarşı mübarizə apardılar. Bu, pis haldır. Hər hansı bir xalqın başqa bir ölkəyə öz mədəniyyətini qəbul etdirməyə qalxması əsla qəbuledilməzdir. Əgər çox yaxşı da olsa, xalq ona sırınan mədəniyyəti qəbul etməz. Siz yəqin ki, öz meylinizlə yediyiniz qatıq-çörəyi zorla ağzınıza qoyulan kabab-plovdan üstün tutarsınız. Hər hansı bir iş zorla olduqda, güc göstərildikdə, amiranə və təkəbbürlü şəkildə yeridildikdə, hər bir xalq ona qarşı çıxar. Bu, belə də olmalıdır. Misal üçün, qalstuk Qərbə aid bir şeydir. Qərblilər bunu istəyirlər, sevirlər, öz ənənələrinə uyğundur. Siz isə başqa bir ölkənin vətəndaşı ola-ola, əgər təsadüfən kostyum geyinməyi seçmisinizsə və qalstuk taxmırsınızsa, mədəniyyətsizmi hesab olunmalısınız?! Nə üçün? Bu sizin mədəniyyətinizdir, mənim günahım nədir?! Əgər kostyum geyinmisinizsə, bant və ya qalstuk da taxmalısınız, yoxsa filan məclisdə iştirak edə bilməzsiniz, mədəniyyətsiz, nəzakətsiz və səliqəsiz adam sayılacaqsınız! Bu, Qərb mədəniyyətinin zorla qəbul etdirilməsidir.

Qərbli qadının öz adət-ənənəsi var. Onların qadın məsələsinə, qadının geyiminə, kişilərlə əlaqəsinə və cəmiyyətdə roluna dair xüsusi normaları var. İndi bunların yaxşı, ya pis olmasından danışmırıq. Məsələ burasındadır ki, onlar bu mədəniyyəti zorla dünyanın digər xalqlarına qəbul etdirmək istəyirlər. Bu, Qərb mədəniyyətinin pis xüsusiyyətidir.[3]

 

4. Qərb mədəniyyətinin digər ölkələrə ixracı

Qərb dünyası və Qərbin azğın mədəniyyətinin başçıları dünyaya fəsad, pozğunluq, narkomaniya, müxtəlif fəlakətlər ixrac etmələrindən xəcalət çəkmirlər. Bu gün təəssüf ki, bütün dünyanı və ən çox da üçüncü dünyanın yoxsul ölkələrini bürüyən bu pozğun mədəniyyət haradan gəlmişdir?! Bu, Qərb mədəniyyətinin, müstəmləkə və hegemonluq sivilizasiyasının ixracatındandır. Bu gün bəşəriyyətə əziyyət verən müxtəlif fəsad və pozğunluqlar, bir çox yoxsul və geriqalmış ölkələrdə gənclərin bulaşdığı təhlükəli narkomaniya haradan gəlmişdir?! Üçüncü dünyanın bir çox müsəlman və qeyri-müsəlman ölkələrində məcburən yaradılan yanlış istehlakçılıq ənənəsi haradan gəlmişdir?! Siz bizim bölgəmizin yoxsul olan neft və qeyri-neft ölkələrinin bazarlarına girsəniz, Qərbin artıq və lazımsız məhsullarının reklamları ilə bəzəndiyini görərsiniz. Bəşərin bunlara ehtiyacı vardımı?! Neft istehsal edən ölkələr Allahın bəxş etdiyi, bütün xalqa məxsus və ölkənin abadlığına sərf edilməli olan sərvəti verib qarşısında fəsaddan və pozğunluqdan başqa heç bir xeyri olmayan məhsullar alırlar. Bunların hamısı Qərb, Amerika və Avropa mədəniyyətinin üçüncü dünya ölkələrinə ixracatıdır. Amerika, Avropa və Qərb ölkələri öz sivilizasiyalarının xüsusi bir qrupa deyil, bütün bəşəriyyətə məxsus olan sənaye, elm və tədqiqat məhsulları arasında üçüncü dünya ölkələrinə müxtəlif fəsad və pozğunluqlar da ixrac etdilər, xalqı, gəncləri, hökumətləri bədbəxt günə qoydular. Onlar öz işlərindən utanıb xəcalət çəkmir, başqa ölkələrə çirkin ixracatları ilə fəxr də edirlər.[4]

 

5. Qərb mədəniyyətindən imtina etməyimizin səbəbi

Soruşa bilərsiniz ki, məgər Qərb mədəniyyəti, Avropa və Amerika mədəniyyəti nədir ki, biz ondan qaçmalı və qarşısında beynimizi bağlamalıyıq. Bu mühüm sualdır. İnqilabdan sonra xalq müəyyən həddə bunun cavabını tapmışdır. Lakin yenə də bu barədə bir neçə cümlə demək istəyirəm.

Qərb mədəniyyəti insanın fəsadına hesablanmış, bəşəri dəyərlərə düşmən, qızıl və güc sahiblərinin və qüdrət imperatorlarının əlində alət olmuş bir mədəniyyətdir. Bu mədəniyyətlə Adəm övladlarını bütün insani dəyərlərdən ayırmaq, insanları əxlaqsız, müti, təslimçi, Allahdan və mənəviyyatdan xəbərsiz məxluqlara çevirmək istəyirlər. Onların maraqları bu mədəniyyəti yaymaqla təmin olunur. Bu çılpaqlıq mədəniyyəti və qadınla kişinin qeyd-şərtsiz qarışması Qərb mədəniyyətinin əsaslarından biridir, ilk gündən insanların fəsadı və bəşəriyyətin insani dəyərlər çərçivəsindən ixrac edilməsi üçün düşünülüb. Onların bəşəriyyətə ürəkləri yanmır.[5]

 

6. İran xalqının Qərb mədəniyyətinə qarşı çıxmasının səbəbi

Qacarların hakimiyyətinin sonlarında qərblilərin İrana hücumu başlandı, Pəhləvilərin dövründə isə pik həddinə çatdı. O dövrdə yetişənlər İran xalqını özünü idarə etməyə, işləməyə, bir şey düzəltməyə, dünyaya nə isə təqdim etməyə və yaxud əldə edilmiş nailiyyətləri artırmağa layiq bilmirdilər. Bu, nəyə görə idi? Bu, xalqın mədəniyyətinin, milli mənliyinin təhqirinə və əcnəbi mədəniyyətin qəbul etdirilməsinə görə idi. Milli mənlik mədəniyyətlə formalaşır. Hər bir xalqın mənliyi və qüruru onun mədəniyyətidir. Bunu yaralamaq olmaz. İran xalqının Qərb mədəniyyətinə qarşı çıxması buna görədir.

Qərb mədəniyyətinin gözəllikləri də var. Onların mədəniyyətinin gözəlliklərini öyrənib götürməyin eybi yoxdur. Amma öncə o gözəlliklərin nədən ibarət olduğunu müzakirə etmək lazımdır.[6]

 

7. Modabaqzlığa və dəbdəbəyə meyl – Qərb mədəniyyətinin çox təhlükəli boyunduruğu

Məncə, modabaqzlığa və dəbdəbəyə meyl göstərmək, hər şeyin yenisini istəmək və kişilərin qarşısında bəzənməkdə ifratçılıq bizim cəmiyyətimizin və qadınlarımızın yoldan sapmalarının ən böyük amillərindən biridir. Qadınlar bunun qarşısında müqavimətli olmalıdırlar. Qərblilər qadını öz istədikləri məxluqa çevirmək üçün daim yenilənən modalar düzəltməyə, gözləri, ürəkləri və düşüncələri belə zahiri və aldadıcı məsələlərlə qarışdırmağa ehtiyaclıdırlar. Bunlarla məşğul olan insan nə zaman həqiqi dəyərlərə qovuşa bilər?! Heç bu barədə düşünməyə macal tapmaz. Özünü kişilərin diqqətini cəlb etməkdə alətə çevrimək istəyən qadın mənəvi saflıq haqqında düşünməyə macal taparmı?! Məgər bu, mümkündür?! Onlar bunu istəyirlər. Onlar üçüncü dünya qadınlarının aydın və ideal düşüncə sahibi olmalarını istəmirlər, özləri isə böyük məqsədlərə sarı hərəkət edir, öz ərlərini və övladlarını da hərəkət etdirirlər. Cəmiyyətimizin cavan qadınları çox ehtiyatlı olmalı, Qərb mədəniyyəti və təfəkkürünün bu təhlükəli və gözəgörünməz kəməndini tanımalı, ondan qorunmalı, digər qız və qadınları da çəkindirməlidirlər.[7]

 

8. Qərbli cavanların üsyanı - Qərb mədəniyyətinin təzyiqlərinə adekvat cavab

Mənəviyyatdan xəbərsiz olan, həqiqi məhəbbətin ən az göründüyü, hər bir şeyin yalançı qayda-qanun və zahiri gözəllik olduğu sənaye sivilizasiyasının çox sıxıcı mühitində cavan üsyan edir. Bir mağazaya girişin səliqəli olmaqla, qalstuk taxmaqla və ya hər hansı bir xüsusi geyimlə şərtləndiyi bir cəmiyyətdə cavan, ənənələrə qarşı inadkarlığından, onlarla zidd olan ən pis formanı seçir və ümumi yerlərdə görünür. Bu, üsyan xarakteri daşıyan təbii reaksiyadır. O cavan filosof olduğundan belə etmir, xeyr, o, adi bir insandır. Lakin maddi və sənaye mədəniyyətinin insanın qanını sorduğu və ətini sümükdən ayırdığı mühitdə bir cavan öz etirazını necə göstərə bilər?! O, bu formada üsyan edir, lakin üçüncü dünyanın təqlidçi cavanı bunun bir mod olduğunu düşünür və yamsılayır.[8]

 

9. Qərb ölkələrinin böyük problemlərindən biri

Gənc məsələsi hər bir cəmiyyətdə ən əhəmiyyətli məsələlərdəndir. Qərb ölkələrinin də bəzən dedikləri və bəzən gizlətdikləri problemlərdən biri onların gəncləridir. Siz elə düşünməyin ki, Qərb cəmiyyətlərində gənclərin problemləri həll olunmuşdur. Xeyr, oranın min cavanı arasında bəlkə də bu qədər səfalı, nurani və pak olan bir nəfər də tapmaq olmaz. Maddiyyata, pul və kapitalın dəyərinə və ehtiras azadlığına söykənən quruluşların vəziyyəti bu gün görüb təcrübə etdiklərindən başqa bir şey ola da bilməz.

Xalqların süqutu həmişə qəfildən olmur, tədricən həyata keçir. Bu tədrici məsələni qərbli mütəfəkkirlərin iti gözləri Amerikada və Avropada müşahidə edirlər. O cəmiyyətlərdə cavanlar pozğunluğa meylliliklə, həyadan uzaq, cinayətkar və təcavüzkar ruhda tərbiyə alırlar, adətən, əxlaqi pozğunluqlara qərq olurlar. Belə bir gənc nəsil elm və sərvətin hansı səviyyədə olmasından asılı olmayaraq, yaşadığı cəmiyyətin və quruluşun bünövrələrini qarışqatək çeynəyib məhv edəcək. Bunun əksini siz bu gün öz ölkəmizdə müşahidə edirsiniz. Cavanların paklığı, saflığı, onlarda olan iman və dindarlıq inqilabın ilk günlərindən indiyədək həmişə artmaqdadır. Bizim ölkəmizin gənc və yeniyetmələri müharibə dövründə və ondan sonra öz saflıqlarını qoruya bildilər. Bunun əksini göstərən bəzi statistik rəqəmlər düzgün deyil. Mən cavanlar arasında olan azğın cərəyanlardan xəbərsiz deyiləm, nə baş verdiyini bilirəm. Lakin bu köpüklərin, bu bulanıq lilin altında nəciblik və dindarlığın, təmizlik və nuraniliyin böyük və qüdrətli axınını müşahidə edirəm.[9]

 

10. Laqeydlik və cavan nəslin əldən çıxması - bir xalqın məhv olması əlaməti

Hər bir cəmiyyətin cavanlarının necə düşünmələri və işləmələri o cəmiyyət üçün çox önəmlidir. Hər bir ölkənin cavan nəsli əslində, həlledici qüvvədir. Əgər hər hansı bir ölkə maddi, elmi, sənaye, iqtisadi və müxtəlif sərvətlər cəhətindən tərəqqinin ən uca zirvəsində olsa belə, öz cavanlarını düzgün idarə edə bilməsə, gənc nəsil əldən çıxsa, heç şübhəsiz, çətin bir gələcəyi gözləməli olacaq. Bu məsələ bu gün Qərb dünyasında, xüsusən də bəzi Qərb ölkələrində baş verməkdədir.

Unutmaq lazım deyil ki, belə ictimai və tarixi tufanlar özünü tədricən göstərir. Diqqətsiz adamlar sona yaxınlaşmayınca nə baş verdiyini anlamırlar. Eqoist, şəxsi mənfəətini və öz cibini güdən adamlar da ya ümumiyyətlə, nə baş verdiyini anlamırlar, ya da anlayır, amma əhəmiyyətsiz yanaşırlar. Lakin hər bir cəmiyyətin uzaqgörən və qayğıkeş insanları gənc nəslin tələfolma təhlükəsini hiss edirlər. İndi bu hadisə baş vermişdir. Qərb cəmiyyətlərindəki uzaqgörən və qayğıkeş insanlar hansı faciənin baş verdiyinin fərqindədirlər. Cavanları çox ciddi şəkildə narkomaniya və bu kimi ictimai bəlalara düçar olmuşlar. Çoxları azdırıcı həyəcanların təsirindən adam öldürməyə, oğurluğa, soyğunçuluğa, cinayətə və çox çirkin şəhvətpərəstliyə üz tutmuşlar. Çoxları laqeyd olub seçkilərdə və ümumi tədbirlərdə iştirak etmirlər. Səbəbini soruşduqda deyirlər ki, bunun bizə əhəmiyyəti yoxdur. Onların laqeyd halı məhv olmaq əlamətlərindəndir.[10]

 

11. Qərbin ikili standartlarına misallar

Bu gün dünyada xüsusi məsələlərin üzərində həssaslıq var. Bu gün qadının əri tərəfindən döyülməsinə həssas yanaşılmır. Avropada və Amerikada, əlbəttə hamısı olmasa da, kişilər çox asanlıqla qadınları vururlar. Ailədə kişinin qadına zülm etməsinə dünyada həssas yanaşan yoxdur. Statistikalar göstərir ki, Amerika və Avropa ailələrində atalar və ərlər çox rahatlıqla övladlarını və həyat yoldaşlarını incidirlər. Dünyada bu məsələ üzərində ciddi dayanan yoxdur. Amma qadının geyimi üzərində həssaslıq var. Əgər bir insan, bir şəxsiyyət, bir filosof, bir sistem və bir siyasət qadının çılpaqlığına qarşı çıxsa, bunu dünya səviyyəsində böyük səs-küylə qarşılayacaqlar. Lakin fəsadların, adət və üslubların çoxunun üzərində həssaslıq yoxdur. Əgər bir ölkə öz siyasəti olaraq spirtli içkiləri qadağan etsə, bu, bütün dünyada rezonans doğuracaq. Onu mürtəce adlandırıb istehzalı təbəssümlə qarşılayacaqlar.

Bu haranın mədəniyyətidir? Qadının bu çılpaqlığı və spirtli içkilərin yayılması, bir ənənə kimi, haraya aiddir? Bu, Avropaya məxsusdur və bu ölkələrin qədim mədəniyyətindən qaynaqlanır. Amma bu gün bu adət-ənənələr dünyanın başqa yerlərində də meyar götürülür və buna qarşı çıxanlar böyük günah etmiş sayılırlar.[11]

 

12. Qərbin hicaba ikili yanaşması

Siz bilirsiniz ki, bir vaxt bizim ölkəmizdə hicab qadağan edildi, amma dünyada heç kim buna etiraz etmədi. Qonşu Türkiyədə hicabı qadağan etdilər və son zamanlara qədər bu ölkənin bəzi iqtidarları eyni ənənəni davam etdirdilər. Bunun nümunələri son illərdə də göründü, amma dünyada heç kim buna qarşı etirazını bildirmədi və bildirmir.

Özünü inkişaf etmiş bilən, insan haqları məsələsinin onlar üçün əhəmiyyət kəsb etdiyini iddia edən və reklam etdirən Avropa ölkələrində - Fransa və İngiltərədə bir neçə müsəlman qadının İslam hicabı ilə get-gəl etmələrinə və məktəblərə girmələrinə icazə vermədilər. Belə yerdə qadağa qoymağı və maneə yaratmağı mümkün sayır, bunda bir eyib görmürlər. Lakin ictimaiyyət arasında hicabı vacib bilən İslam Respublikasına hər yerdə etiraz sərgiləyirlər. Əgər qadınların hər hansı bir geyim formasına müdaxilə etmək düzgün deyilsə, onların müdaxiləsi hicabı icbari etməkdən daha pisdir. Çünki bu, təhlükəsizliyə və sabitliyə daha yaxındır. Ən azı budur ki, bunlara eyni formada yanaşmaq lazımdır, lakin Qərb belə etmir. Qadınların geyimində bəzi qadağaların olduğuna görə Qərb İslam Respublikasını qınayır, kişi və qadının çılpaqlığının və hicabsızlığının icbari edildiyi ölkələri isə tənqid etmir. Bu nə üçündür? Ona görə ki, bu, Qərbin qəbul etdiyi mədəniyyətin ziddinədir. Onlar bu məsələ üzərində çox həssasdırlar.[12]

 

13. Qərbin zorakılığa və terorizmə ikili yanaşması

Bəzən eşidirik ki, bizi zorakılıqda suçlayırlar. Biz indi nə etməliyik?! Bunlar ağıllı və düşüncəli insanların qəbul edəcəyi və dilə gətirəcəyi sözlər deyil. Bir xalqı məhv etmək üçün ən yaxşı yol budur ki, davamlı təbliğatla onu səhnədən çıxarsınlar, həmişə ittiham altında saxlasınlar. Bu, məlum bir üsuldur. Bizi zorakılıqda süçlayırlar. Bunu kim edir?

Bir-iki il bundan əvvəl bir Avropa ölkəsinin başçısı buraya gəlmişdi. Bildiyiniz kimi, yüksək səviyyəli beynəlxalq görüşlərdə deyilən sözlərin çoxu formal və kompliment xarakterli olur. O, sülh haqqında danışdı. Dedi ki, bəli, biz sülhün tərəfdarıyıq. Mən belə görüşlərin normal protokollarından çıxıb bir ruhani kimi dedim ki, müharibəni siz avropalılar başlamısınız, özünüz də sülhdən dəm vurursunuz. Bəşər tarixinin ən böyük müharibələrini siz avropalılar törətmiş və nə qədər adam öldürmüsünüz. Biz dünyanın bu tərəfində ola-ola sizin müharibərlərinizin küləyi bizə bu qədər xəsarət yetirdi, indi də gəlib sülhdən dəm vurursunuz. Dedim ki, bizim müharibə adlı problemimiz yoxdur. Müsəlman ölkələrinin heç biri müharibə istəmir. Müharibədən siz danışıbsınız, sonra da gəlib sülh şüarı verirsiniz.

Onlar bu qədər silah istehsal edib bütün dünyaya verirlər. Həqiqət budur ki, onların özü ən böyük zorakılığı törədənlərdir. Terrorizimdən danışırlar, amma məqsədləri budur ki, İslam Respublikası nə üçün öz vətənlərini müdafiə edən mübariz fələstinliləri dəstəkləyir. Beynəlxalq informasiya vasitələrinə görə, terrorizmi müdafiə fələstinli mübarizləri müdafiədir. İsrail tanklarının fələstinlilərin evlərini başlarına uçurması və bir neçə aylıq körpələri qətlə yetirməsi terrorçuluq deyil. Amma qəddar cinayətkar bir hərbçi bir hadisədə öldürüldükdə, öz mətbuatlarında ağlayan həyat yoldaşının şəklini ayrıca, uşağının şəklini ayrıca, dəfn mərasiminin şəklini də ayrıca vururlar. Bu, qarşı tərəfi zorakı və terrorist təqdim etməkdən ötrüdür. Bu, sözügedən təbliğat xarakterli əməllərdəndir.[13]

 

14. Qərb ölkələrinin iddia etdiyi demokratiya əsla mövcud deyil!

Bu gün beynəlxalq aləmdə və Qərb dünyasında fəxrlə təriflənən demokratiya nə ABŞ-da mövcuddur, nə Fransada, nə də İngiltərədə. Faşizm və nasizm kimi keçmişi olduğu üçün Almaniyanı misal çəkmirəm. Özlərini demokratiyanın beşiyi adlandıran ABŞ və Fransada iddia etdikləri demokratiya əsla mövcud deyil, onunla məsafələri çoxdur. Lakin qərblilərin xüsusiyyəti budur ki, ən pis bir şeyi belə çox təmiz, ütülü, qablaşdırılmış, ətirlənmiş və gözəl şəkildə təqdim edirlər. Onların tərbiyəsi belədir. Kiminləsə vuruşmaq istədikdə, bizim kimi yaxalaşıb hay-küy salmırlar, əsəblərini əsla pozmadan qarşı tərəfin ürəyinin başından bir güllə çaxır, çox soyuqqanlılıqla adam öldürürlər. Onların xüsusiyyəti belədir.[14]

 

15. Qərbin elmə baxışı

İslamın insana, elmə, insan həyatına, təbiətə və varlıq aləminə baxış tərzi yeni məlumatlar ortaya qoyur. Bu baxış Qərbdə elmi tədqiqatların əsası və təməli olmayıb. Qərbdə elmi tədqiqatlar din adlandırdıqları bir şeylə ziddiyyət fonunda aparılıb. Əlbəttə, onlar buna haqlı idilər. Renessansın qiyam etdiyi, dünyanın elm və düşüncə istqamətinə zidd olan bir din din deyildi, din adı altında xurafat və əfsanələr toplusu idi. Orta əsrlər kilsəsinin dini əsl din deyildi. Təbii idi ki, alimlərin, ziyalıların və düşüncə sahiblərinin beyinlərində düyün və şübhələr qalsın və onlar antidin çıxış yolları axtarsınlar. Buna görə də, onlar üçün elm və dinin bir araya gəlməsi çox çətin məsələdir, bizdə isə problem deyil.

Bizim dünyagörüşümüzdə elm dindən baş qaldırır, elmin ən yaxşı həvəslənidiricisi dinin özüdür. Bizim tanıdığımız din, Qurandan öyrənib əxz etdiyimiz dini dünyagörüş, eləcə də yaranış, insan, metafizika, tövhid, ilahi iradə, qəza və qədər haqda təsəvvürlərimiz elmə uyğundur. Ona görə də din elmə səbəb olur və həvəsləndirir. Nümunəsinə özünüz tarixdə baxın. Bu dinin həvəsləndirməsinə görə İslamın ilk əsrlərində bütün sahələrdə elmi hərəkət yüksəlib o zamana qədər analoqu olmayan həddə çatdı. O zaman elm və dinin bir-birinə sıx bağlı olduğu şəraitdə elm, tədqiqat və texnika özünə görə çox inkişaf etdi.

Bu gün Qərbdə mövcud olan humanitar elmlərin - iqtisadiyyat, sosiologiya, idarəetmə və digər sahələrin bünövrəsi İslamın uca tövhid etiqadına inananlar üçün etibarsız olan antidin və qeyri-dini dərkə əsaslanır, yüksək biliyə və İslam tövidinə inanan şəxslərə görə etibarsızdır.[15]

 

16. Elm – qərblilərin qüdrət vasitəsi

Müstəmləkə altında olan ölkələrdə inkişaf etməyə qoymadıqları və ciddi maneə törətdikləri məsələrdən biri elmdir. Onlar bilirlər ki, elm qüdrət amilidir. Qərblilərin özləri elmlə gücləniblər. Bu, tarixi həqiqətlərdəndir.

Əlbəttə, elm Şərqlə Qərb arasında hərəkət edib, gah onlarda, gah da bunlarda olub. Bir zaman onlar cəhalətdə idilər. Özlərinin təsvir etdikləri Orta əsrlər dövründə dünyanın bu tərəfində elmin zirvə çağı idi. Amma qərblilər elmə yiyələnən kimi ondan hökmranlıq, sərvətlənmək, siyasi güclərini artırmaq, xalqların sərvətini talamaq və özlərinə sərvət istehsal etmək üçün bir vasitə kimi istifadə etdilər. O sərvətlə yenidən elm istehsal etdilər, elmi inkişaf etdirdilər. Onlar elmin bir ölkəyə qüdrət bağışlamaqda nə qədər təsirli olduğunu bilirlər. Buna görədir ki, istismarçı sistemin, yəni istismarçı ilə istismar olunan arasındakı əlaqənin dünyaya hakim olmasını isətyirlərsə, istismar altında saxladıqları ölkələri savadlanmağa və elmi inkişafa qoymamalıdırlar. Bu, dəyişməz strategiyadır, oyan-buyanı yoxdur. Bu gün dünyada bu minvalla hərəkət edirlər. Buna əsasən, elm öyrənmək və tədqiqat aparmaq üçün zəhmət çəkmək, çalışmaq lazımdır.[16]

 

17. Qərbin elmi üstünlüyü onun mədəni üstünlüyü demək deyil!

Başqalarından elm öyrənmək onların mədəniyyətini öyrənməklə qarışdırılmamalıdır. Kiminsə, “qərblilərin elmi yaxşıdır, deməli onların mədəniyyətləri, həyat tərzləri və əxlaqları da yaxşıdır” – deyə düşünməsi çox kobud səhvdir. Xeyr! Bunlar arasında heç bir əlaqə yoxdur. Elmləri yaxşıdır, amma elm bu mədəniyyətin nəticəsi deyil, əksinə, bu mədəniyyət elmə də zərər vurur.

Elmin özünəməxsus yaradıcı elementləri var. Onları tapmaq lazımdır. Özbaşınalıq, dinsizlik, eqoistlik, pula və maddiyyata sitayiş və maddi dəyərlərin birinciliyi Qərbin bugünkü yanlış mədəniyyətidir. Əgər o xalq imanlı, saleh, yaxşı işlər görən və dünyanın bərbəzəklərinə etinasız olsaydı, bu elm bütün dünyaya faydalı olardı. Necə ki, İslam mədəniyyətinin çiçəklənmə dövründə - hicrətin 4, 5 və 6-cı əsrlərində görkəmli elm adamları meydana çıxdı və elmi günün ən uca zirvəsinə çatdırdılar. Bu gün Qərbdə yayılan veyillik, dinsizlik və sair bu tip ənənələr onlara hakim deyildi; ibn sinalar, məhəmməd ibn zəkəriyya razilər, xarəzmilər və digərləri belə deyildilər. Bunlar Qərb mədəniyyətinə oxşar mədəniyyət altında yetişmədilər. Heç Qərbin böyük alimləri, Qərb elminin əsasını qoyanlar da belə mədəniyyətlə böyüməmişlər. Odur ki, Qərbin elmi üstünlüyünü və tərəqqisini heç zaman onun mədəni üstünlüyü kimi başa düşmək olmaz.[17]

 

18. İranlı beyninə yeritdilər ki, mütləq Qərbin yolu ilə getməlisən!



  İrəli
Go to TOP