A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: ZƏRİF MƏQAMLAR (Dördüncü cild)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri  


52. Qadın İslamın və Qərbin gözüylə

Cahiliyyət dolu hegemon dünya yanlış olaraq qadının dəyər və qiymətini kişilər önündə bəzənməkdə, şor gözlərin baxıb ləzzət almasında və tərifləməsində görür. Bu gün dünyada Qərbin əxlaqsız mədəniyyəti tərəfindən təbliğ olunan “qadın azadlığı” məsələsinin əsas məğzi bundan ibarətdir ki, kişilərin cinsi ləzzət almaları üçün qadınları onların qarşısına çıxarsın. Kişilər ondan ləzzət alsınlar və beləliklə qadın kişinin bu işinə alət olsun. Bu, qadın azadlığıdırmı?! Cahil, qafil və azğın Qərb mədəniyyətində insan hüquqularının tərəfdarı olmalarını iddia edənlər əslində, qadına zülm edənlərdirlər.

Qadına uca bir insan gözü ilə, uca insanlar yetişdirməklə cəmiyyəti islah edən amil kimi baxsaq, onun hüququnun nə və azadlığının necə olduğunu bilərik. Qadına ailənin əsas amili kimi baxın. Ailə kişi və qadından təşkil olunur, onu qurmaqda hər ikisi təsirlidir, lakin ailə mühitinin asayişi və evdə olan dinclik, rahatlıq qadına və qadınlıq xarakterinə görədir. Qadına bu gözlə baxın. Bu zaman onun necə təkamülə çatdığı və hüququnun nə olduğu məlum olar.

Avropalılar yeni sənayeni yaratdıqlarında, yəni Qərb kapitalistlərinin böyük zavodlar açdıqları 19-cu əsrin əvvəllərində ucuz, iddiasız və başağrısız işçi qüvvəsinə ehtiyac yarandı. Bu zaman onlar qadın azadlığı şüarını ucaltdılar ki, qadını ailədən çıxarıb zavodlarda ucuz fəhlə kimi işlətsinlər, öz ciblərini doldursunlar, qadını yüksək məqamından endirsinlər. Bu gün Qərbdə müzakirəyə çıxarılan qadın azadlığı həmin nağılın davamıdır. Qərb mədəniyyətində qadına olan zülm, Qərbin mədəni və ədəbi əsərlərində qadına yanlış yanaşma tərzi bütün tarixdə misilsizdir. Keçmişdə hər yerdə qadına zülm olunub, amma belə ümumi və əhatəli zülm son dövrə aiddir və məhz Qərb mədəniyyətindən qaynaqlanır.

Qadını kişilərin kef çəkməsi üçün alət edib adını Qadın azadlığı qoydular. Ancaq bu, əslində, qadınların yox, qadınla ehtirasını doyuran kişilərin azadlığı idi. Onlar təkcə iş və sənayedə yox, ədəbiyyat və incəsənətdə də qadına zülm etdilər.

Siz hekayələrə, romanlara, rəsm əsərlərinə və incəsənətin digər sahələrinə baxın, görün qadına hansı gözlə baxılır. Qadında olan müsbət cəhətlər və uca dəyərlər nəzərə alınırmı?! Allah-Taalanın qadının vücudunda əmanət qoyduğu analıq hissi, övlad tərbiyəsi, övladını qorumaq istəyi və bu kimi incə duyğular, mehriban və şəfqətli rəftar nəzərə alınır, yoxsa ehtiras cəhətləri?! Onlar çox yanlış olaraq bunun adını eşq qoyurlar. Bu, eşq deyil, ehtiras və şəhvətdir. Qadını bir istehlakçı varlıq kimi yetişdirdilər, buna alışdırdılar: əli və ürəyiaçıq istehlakçı, iddiasız və ucuz işçi.

İslam bunları qadın üçün dəyər bilmir. İslam qadının işləməsinə razıdır. Nəinki razıdır, hətta bu işləmək onun əsas və mühüm peşəsi olan övlad tərbiyəsi və ailəsini qorumaqda problem yaratmasa, bəzən vacib də bilir. Heç bir ölkə müxtəlif sahələrdə qadınların işçi qüvvəsindən ehtiyacsız ola bilməz. Amma bunlar qadının hörməti, onun insani və mənəvi dəyəri ilə ziddiyyət təşkil etməməlidir. Qadını aşağılamaq, onu təvazokarlığa və kiçilməyə məcbur etmək olmaz. Təkəbbürlülük hər bir halda qəbahət sayılır. Amma qadınların naməhrəm kişi qarşısında təkəbbürlülüyü belə deyil. Qadın naməhrəm kişi qarşısında təkəbbürlü olmalıdır. “(Yad kişilərlə) yumşaq (əzilə-əzilə) danışmayın!” (Əhzab sürəsi 33). Qadın başqa kişi ilə danışdığı zaman özünü kiçiltməməldir. Bu, qadının hörmətini qorumaq üçündür. İslam bunu istəyir və müsəlman qadının örnəyi budur.[45]

53. İsraf və müsəlman qadının örnəyi

Mən müsəlman qadınlara, cavan xanımlara və evdar qadınlara deyirəm: Qərbin dünya xalqlarının, o cümlədən inkişaf etməkdə olan ölkələrin və bizim ölkəmizin canına xora kimi saldığı israfçılığın ardınca getməyin. İstehlak lazımi həddə olmalıdır, israf həddində yox. Həyat yoldaşları, yaxud özləri müxtəlif vəzifələrdə çalışan qadınlar israfdan çəkinmək baxımından digərlərinə nümunə olmalıdırlar. Onlar başqalarına dərs olmalı və göstərməlidirlər ki, müsəlman qadının dəyəri qızıl-gümüş və ləl-cəvahirat əsiri olmaqdan çox-çox ucadır. Demək istəmirəm ki, bunlar haramdır. Demək istəyirəm müsəlman qadınının məqamı o qədər ucadır ki, cəmiyyətimizin çoxlu insanlarının köməyə ehtiyaclı olduğu dövrdə pul verib qızıl-zinət əşyaları, növbənöv məişət avadanlıqları almamalı, müxtəlif sahələrdə israfçılıq etməməlidirlər. İsraf müsəlman qadınının örnəyi deyil.[46]

54. İslam mədəniyyətinin və Qərb mədəniyyətinin qadından gözlədiyi

Heç bir insaflı və düşüncəli insan bizim qadın barədə irəli sürdüyümüz görüşlərin onun xeyrinə olduğunu inkar edə bilməz. Biz qadını iffətə, ismətə, hicaba, kişilərlə qeyd-şərtsiz qarışmamağa, uca məqamını qorumağa, yad kişi ləzzət alsın deyə qarşısında bəzənməməyə dəvət edirik. Məgər bu, pisdir?! Bu, müsəlman qadınının ucalığıdır. Bu, qadının ucalığıdır. Qadını bəzənib küçə və bazardakı kişilərin baxışını cəlb etməyə və ehtiraslarını doyurmağa çağıranlar cavab verməlidirlər ki, nə üçün onu bu qədər aşağılayıb xar edirlər. Onlar cavab verməlidirlər. Bizim mədəniyyətimiz elə bir mədəniyyətdir ki, Qərbin uca və düşüncəli insanları da onu bəyənir, rəftarları da elədir. Orada da iffətli, ağır, mətanətli, dəyərini bilən qadınlar özlərini yad və şorgöz insanların ehtiraslarını doyurmaq alətinə çevirmək istəmirlər. Qərbin tənəzzülə uğramış mədəniyyətində belə nümunələr çoxdur.[47]

55. Hicab tərki-dünyalıq deyil!

Hicab məsələsi qadını tərki-dünya və ictimai həyatdan təcrid etmək deyil. Əgər kimsə belə düşünsə, çox yanlış düşünüb. Hicab məsələsi cəmiyyətdə qadın və kişinin bir-biri ilə qeyd-şərtsiz qarışmasının qarşısını almaq üçündür. Çünki belə bir vəziyyət həm cəmiyyət üçün zərərlidir, həm də kişi və qadın üçün. Bu daha çox qadına zərərlidir.[48]

56. Qadın geyimi məsələsi Qərb təbliğatından təsirlənməməlidir!

Bizcə, qadın geyimi haqqında edilən söhbətlər çox yaxşıdır. Lakin diqqətli olmaq lazımdır ki, bu sahədə heç bir məsələ Qərbin təbliğat hücumundan təsirlənməsin. Ondan təsirlənsə, zərərli olacaq. Məsələn, deyək ki, hicab olsun, amma çadra olmasın. Bu yanlış fikirdir. Əlbəttə, hicablı qadın üçün çadranın yeganə geyim növü olduğunu demək istəmirəm. Xeyr! Mən deyirəm çadra hicabın ən yaxşı növüdür, bizim milli əlamətimizdir, heç bir eybi də yoxdur və qadının heç bir fəaliyyəti ilə ziddiyyət təşkil etmir. Əgər həqiqətən ictimai-siyasi işlər görmək və elmi fəaliyyətlər göstərmək istəsə, çadra qadının rəsmi geyimi ola bilər.

Qeyd etdiyim kimi, çadra hicabın ən yaxşı növüdür. Düzdür, çadrasız da hicablı olmaq mümkündür, lakin onun sərhədlərini mütləq müəyyənləşdirmək, tapmaq lazımdır. Bəziləri Qərbin əks-təbliğatından qurtulmaq üçün çadradan qaçırlar. Amma bu zaman həqiqi hicaba üz tutmurlar. Çünki Qərb ona da hücum edir. Siz elə bilirsiniz biz çadranı kənara qoysaq, məsələn, Qurani-kərimdə də göstərilən[49] paltar və örpəklərdən istifadə etsək, bizdən əl çəkəcəklər?! Xeyr! Onlar bununla qane olmayacaqlar. Onlar öz çirkin mədəniyyətlərinin burada eynilə şah dövründə olduğu kimi hakim olmasını istəyirlər. O zaman qadının ümumiyyətlə hicabı yox idi. Hətta bu yerlərdə növbə belə işlərə çatanda pozğunluq daha çox olur. Şah dövründə bu Tehranda və ölkəmizin başqa şəhərlərində olan pozğunluq Avropa şəhərlərindən çox idi. Avropada adi qadının paltarı və geyimi vardı, burada isə elə deyildi. Biz gördüklərimiz, eşitdiklərimiz, bildiklərimiz və indi o zamandan mənim yadımda qalan mənzərələr haqda düşündükdə, insan doğrudan da təəccüblənir ki, nə üçün belə olmalıdır. Çox təəssüf ki, bu gün geriqalmış müsəlman və qeyri-müsəlman ölkələrinin çoxunda vəziyyət eynilə belədir. Buna görə də, dəyər məsələlərinə çox diqqətlə, həssaslıqla və geri çəkilmədən riayət etmək lazımdır.[50]

57. Qadın düzgün geyimlə və düzgün hicabla öz dəyərini qoruyur!

Normal həddə dəbdəbəni İslam da rədd etməyib. Lakin qadını qeyri-normal və yarış şəklində zinətə bağlı etmək yanlış işlərdəndir. Bu, İslamın qadın üçün nəzərdə tutduğu məqsədin ziddinədir. Hər halda, buna qarşı ciddi mübarizə aparmaq vacib işlərdəndir. Biz bu məsələdə təkcə müdafiə olunmuruq, hətta hücuma da keçirik. Bir dəfə bir məsələ haqda məndən soruşdular ki, siz özünüzü necə mudafiə edə bilərsiniz? Dedim ki, mən nəinki müdafiə olunmuram, hətta hücuma keçirəm. Mənim hücumum budur ki, biz Qərbdən tələb etməliyik. Biz Qərbə deməliyik ki, sən qadını təhqir edirsən. Siz yalan deyirsiniz ki, biz iki cinsi eyni bilirik. Bu, bir hiylə və mədəni-siyasi kələkdir. Siz bu yolla qadına xəyanət edirsiniz. Biz deyirik ki, qadın düzgün geyimlə və düzgün hicabla öz dəyərini qoruyur, özünü bütün zamanlarda və bütün məkanlarda mövcud olan veyil kişilərin istədiyi səviyyədən uca tutur.

Quran buyurur ki, yad kişilərlə yumşaq və əzilə-əzilə danışmayın[51]. Qadının kişi ilə rəftarı təvazökar olmamalıdır. Kişi və qadın arasındakı instinkt məsələlərinin öz yeri var və bunun eybi yoxdur. Lakin qadının kişi qarşısında əyilməsi bu gün Qərbdə mövcuddur. Biz görürük ki, bu gün get-gəllərdə qadını önə keçirirlər, qadın kişidən qabaqda gedir. Bu, məsələnin zahiri tərəfidir, həqiqət isə, əksidir.[52]

58. Geyimdə, bəzənməkdə və bu kimi məsələlərdə qız və oğlanlarımızın gözlərinin qərblilərə dikilməsini istəmirəm!

Mən demək istəyirəm ki, siz saç düzümünüzü əvəzləmək, yaxşı paltar geyinmək, öz yerişinizi dəyişmək istəyirsinizsə, edin, amma özünüz edin, başqalarından öyrənməyin.

Təqribən 30-40 il bundan əvvəl Qərb ölkələrində və ən çox Amerikada bir qrup cavan ictimai şəraitdən bezib bəzi hərəkətlərə başladılar. Bu hərəkətlər günümüzədək davam edir. Bizim dövrümüzdə belələri çox qəribə görkəmdə və bu gün bütün dünyada məşhur olan Pop musiqisinə bənzər bir musiqidə özlərini göstərirdilər.

Mən inqilabdan sonra Əlcəzairə getdim. Bizim maşınımız küçədən keçirdi. Bir dəfə gördüm cavan bir oğlan saçının yarısını qırxdırıb, yarısını isə saxlayıb. Mən çox baxdım, gördüm ki, bu formada heç bir gözəllik yoxdur. Aydın idi ki, o, başqalarını yamsılayıb. Ümumiyyətlə, Əlcəzairdə sənayenin və texniki istehsal alətlərinin ictimai həyata təzyiqi o həddə deyil ki, bir cavan ABŞ-da, İngiltərədə, yaxud başqa bir yerdəki kimi hərəkət etsin. O, bunu kimdənsə görüb götürmüşdü. Mən belə məsələlərə qarşıyam və bizim cavanımızın belə hərəkət etməsini, oğlan və qızlarımızın başqalarını yamsılamasını istəmirəm.[53]

59. Qadınlar dəbdəbəyə sövq olunmamalıdırlar!

Dəbdəbəyə meyl bizim cəmiyyətimizdə uzun müddət idi azalmışdı. İnqilabın əvvəllərində qadınlar dəbdəbə və zinətlərə etinasız yanaşırdılar, lakin təəssüf ki, indi yenidən inkişaf etməkdədir. Cəmiyyətimizin düşüncəli, mütəfəkkir və mərifətli qadınları bunu təhlükə bilməlidirlər.

Qadınlar dəbdəbəyə sövq olunmamalıdırlar. Əlbəttə, bu təhlükə kişilər üçün də var, lakin uyğun potensial qadınlarda daha böyükdür. Bu məsələlərdə kişilərin çoxu qadınların təsiri altına düşürlər. Siz bu məsələyə qarşı ciddi mübarizə aparmalısınız. Özünüz də nəzarət edin.

Mən az, normal və qaçılmaz həddə dəbdəbənin əleyhinə deyiləm. Lakin bu, ifrat şəkil asla, olduqca əbəs bir işdir. Xanımlar növbənöv paltarlara, bəzənməyə və qızıl-zinət əşyalarına etinasız yanaşmağa, bu məsələlərdə ifratdan çəkinməyə əhəmiyyətli baxmalıdırlar. Allahın lütfü ilə belə zahiri gözəlliklərə yox, həqiqi gözəlliklərə daha artıq diqqət yetirin.[54]

60. Mən modanın tərəfdarıyam, amma Qərbdən gələn yox, daxildən çağlayan modanın.

Mən modanın tərəfdarıyam, modaya meyli olan adamlardanam, amma daxildən çağlayan modaya. Moda yenilikdir, bayırdan gəlmir. Amma saç düzümü, geyim və danışmaq modası bizə bayırdan gəlir. Məişət əşyalarının istifadəsi modeli əhəmiyyətlidir. Bizim xalçamız, pərdəmiz, işıqlarımız necə olmalıdır? Bunları görməzliyə vurmaq olmaz. Əgər kimsə dərinliyinə varsa, görər ki, bunlara nə qədər pul, düşüncə, iradə və məharət xəclənir, amma çoxu faydasızdır.[55]


Qeydlər

[1] Təbrizli alim və ruhanilərlə görüşdə çıxışından: 27 iyul 1993.

[2] Mədəni İnqilab Ali Şurasının üzvlərilə görüşdə çıxışından: 9 dekabr 2000.

[3] Təhsil naziri və universitet rektorları ilə görüşdə çıxışından: 6 yanvar 2005.

[4] Mədəni İnqilab Ali Şurasının üzvlərilə görüşdə çıxışından: 17 dekabr 2002.

[5] Universitet cihadının ekspertləri və Elmi şura üzvlərilə görüşdə çıxışından: 21 iyun 2004.

[6] Həmədan universitetlərinin müəllim və tələbələri və həmədanlı gənclərlə görüşdə çıxışından: 7 iyul 2004.

[7] Mədəni İnqilab Ali Şurasının üzvlərilə görüşdə çıxışından: 10 dekabr 1992.

[8] Təhsil naziri, nazr müavinləri və ölkənin müxtəlif bölgələrindən olan təhsil işçiləri ilə görüşdə çıxışından: 12 avqust 1992.

[9] Əmir Kəbir adına sənaye universitetinin müəllim və tələbələri ilə görüşdə çıxışından: 27 fevral 2001.

[10] Həmədan universitetlərinin müəllim və tələbələri və həmədanlı gənclərlə görüşdə çıxışından: 7 iyul 2004.

[11] Tələbələrlə görüşdə çıxışından: 31 oktyabr 2004.

[12] Təhsil naziri və universitet rektorları ilə görüşdə çıxışından: 6 yanvar 2005.

[13] Tehran universitetinin tələbələri ilə görüşdə çıxışından: 12 may 1998.

[14] Tehran şəhəri universitetlərinin müxtəlif tələbə birlikləri ilə görüşdə çıxışından: 14 yanvar 1999.

[15] Tehran şəhəri universitetlərinin müxtəlif tələbə birlikləri ilə görüşdə çıxışından: 14 yanvar 1999.

[16] Fəqih rəhbərin universitetlərdəki nümayəndələri ilə görüşdə çıxışından: 10 oktyabr 1998.

[17] Şəhid Behişti universitetinin tələbələri ilə görüşdə çıxışından: 12 may 2003.

[18] Cavanlarla sual-cavab məclisində söhbətlərindən: 2 fevral 1999.

[19] Quran müsabiqəsində iştirak edən tələbələrlə görüşdə çıxışından: 12 may 1999.

[20] Tələbə və şagirdlərdən olan Quran fəalları ilə görüşdə çıxışından: 27 oktyabr 1999.

[21] Tələbə və şagirdlərdən olan Quran fəalları ilə görüşdə çıxışından: 27 oktyabr 1999.

[22] Nəcm/39-40.

[23] Tələbə və şagirdlərdən olan Quran fəalları ilə görüşdə çıxışından: 27 oktyabr 1999.

[24] Şərif sənaye universitetindəki görüşdə çıxışından: 22 noyabr 1999.

[25] Tələbələrin İslam birliklərinin üzvlərilə iftar mərasimində çıxışından: 21 yanvar 1998.

[26] Tələbələrin İslam birliklərinin üzvlərilə iftar mərasimində çıxışından: 21 yanvar 1998.

[27] Həmədan universitetlərinin müəllim və tələbələri və həmədanlı gənclərlə görüşdə çıxışından: 7 iyul 2004.

[28] İnsan/8-9.

[29] Gənc Həftəsi münasibətilə gənclərlə görüşdə çıxışından: 27 aprel 1998.

[30] Şəhid fondunun məsul işçiləri, müəllim və tələbələrlə görüşdə çıxışından: 15 avqust 1990.

[31] Şəhid fondunun məsul işçiləri, müəllim və tələbələrlə görüşdə çıxışından: 15 avqust 1990.

[32] Təbriz universitetinin şəhid tələbələrinin anım mərasimində çıxışından: 5 yanvar 2003.

[33] Əmir Kəbir adına sənaye universitetinin müəllim və tələbələrilə görüşdə çıxışından: 27 fevral 2001.

[34] İsfahan vilayətinin cavanları ilə görüşdə çıxışından: 3 noyabr 2001.

[35] Şərif sənaye universitetindəki tələbələrin suallarına cavablarından: 22 noyabr 1999.

[36] Qəzvinli müəllim və tələbələrlə görüşdə çıxışından: 17 dekabr 2003.

[37] Əmir Kəbir sənaye universitetinin müəllim və tələbələrilə görüşdə çıxışından: 27 fevral 2001.

[38] Əmir Kəbir sənaye universitetinin müəllim və tələbələrilə görüşdə çıxışından: 27 fevral 2001.

[39] Əmir Kəbir sənaye universitetinin müəllim və tələbələrilə görüşdə çıxışından: 27 fevral 2001.

[40] Bəsic üzvü olan tələbə və şagirdlərlə görüşdə çıxışından: 4 sentyabr 1999.

[41] Əmir Kəbir sənaye universitetinin müəllim və tələbələrilə görüşdə çıxışından: 27 fevral 2001.

[42] Əmir Kəbir sənaye universitetinin müəllim və tələbələrilə görüşdə çıxışından: 27 fevral 2001.

[43] Əmir Kəbir sənaye universitetinin müəllim və tələbələrilə görüşdə çıxışından: 27 fevral 2001.

[44] Əmir Kəbir sənaye universitetinin müəllim və tələbələrilə görüşdə çıxışından: 27 fevral 2001.

[45] Fatimeyi-Zəhranın (ə) doğum günü və Qadınlar bayramı münasibəti ilə qadınlarla görüşdə çıxışından: 16 dekabr 1992.

[46] Ölkənin həkim xanımları ilə görüşdə çıxışından: 16 yanvar 1990.

[47] Ölkənin həkim xanımları ilə görüşdə çıxışından: 16 yanvar 1990.

[48] Ölkənin həkim xanımları ilə görüşdə çıxışından: 16 yanvar 1990.

[49] Nur/31.

[50] Həzrət Fatimeyi-Zəhranın (ə) doğum günü münasibətilə “İslam hicabı” seminarında çıxışından: 25 dekabr 1991.

[51] Əhzab/32.

[52] Qadınlar cəmiyyətinin Mərkəzi şurasının üzvlərilə görüşdə çıxışından: 5 may 1992.

[53] Həmədan universitetlərinin müəllim və tələbələri və həmədanlı gənclərlə görüşdə çıxışından: 7 iyul 2004.

[54] Həzrət Fatimeyi-Zəhranın (ə) doğum günü münasibətilə “İslami hicab” seminarında çıxışından: 25 dekabr 1991.

[55] Mədəni İnqilab Ali Şurasının üzvlərilə görüşdə çıxışından: 17 dekabr 2002.



Geri  
Go to TOP