A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: VİLAYƏT BAĞÇASI (birinci cild)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Bunlar regiona daxil olduqda öz qoluna baxıb güclü olduqlarını düşünən insanlar kimi etdilər. Xüsusən də bir-iki yumruq atdıqdan sonra elə bildilər güclüdürlər. Bunlar çox danışacaq, çox planlar cızacaqlar və bəlkə də cızıblar.

Bizim vəzifəmiz nə olsa, ümidvarıq ki, inşallah, ona əməl edəcəyik. Allah-Taala da hidayət və kömək edəcək ki, hər bir dönəmdə öz vəzifəmizi anlayaq və ona əməl edək. Sizin kimi cəmiyyətlər gərək ali təhsilin vəziyyətinə, elm və tədqiqatın inkişafına müsbət təsir buraxsın. Allah hamınızı müvəffəq etsin!

Allahın salamı və rəhməti olsun sizə!


 

Ruhaninin universitetdə fəaliyyəti[17]

Bismillahir-Rəhmanir-Rəhim.

Fəqih rəhbərin universitetlərdəki nümayəndəliklərinin əhəmiyyəti

Zəhməti qəbul edib bu ağır yükü çiyninizə aldığınız, lütf göstərdiyiniz üçün sizə çox təşəkkür edirəm. Mən də cənab Gilaninin sözlərini təsdiqləyirəm. İnşallah, sizin nitq, düşüncə, elm, əməl və əxlaqınızın universitetlərdəki parlaq şimşəyi şeytanları qovmalı, onların dairəsini məhdudlaşdırmalı və məhv etməlidir. Elə olub və olacaq. İnşallah, daha artıq və daha yaxşı olacaq.

İşarə vurulan məktubu aldım, Allahın istəyi ilə diqqətlə oxuyacağam. Mənim üçün mümkün olan məsləhət baxımından, fikrimcə, təsdiq olunan hər bir işi mütləq yerinə yetirəcəyəm. Əlbəttə, hansısa yerlərdə fikirlər fərqli olsa, qalması mümkündür. Onda bu əziz və möhtərəm cənabların öhdəsində qalacaq. Əgər düzəliş lazım olsa, yaxud hansısa məsələni xatırlasalar, desinlər.

Universitet məsələlərinə gəlincə, bundan əvvəl prezident olanda da azca fərqlə elə buraya toplaşanlarla söhbət etmişəm. Cənablar adətən, mənim fikirlərimi bilirlər. Mən universitet işlərini çox əhəmiyyətli və olduqca həssas bilirəm. Həssaslığı işinin əhatəsinə görədir.

Ruhani fəaliyyətinin şərtləri

Universitetdə fəaliyyət göstərən, müəyyən bir məqsədlə universitetə yollanan bir ruhanidə ümumi şərtlərdən əlavə, bir neçə xüsusiyyət də olmalıdır. Hər halda, universitetdə çalışan şəxs alim, təqvalı, əməldə ehtiyatlı olmalıdır və sair. Bu aydın məsələlərdən əlavə, fəaliyyətinin səmərəli olması üçün başqa iki-üç şərt də mütləq lazımdır.

Tələbəni tanımaq

Birinci şərt odur ki, universiteti və tələbəni tanısın. Əgər bu xüsusiyyət olmasa, səmərəsi olmaz, ya da çox az olar. Təsəvvür edin, universitetdə fəaliyyət göstərən bir ruhani onun misal üçün, bazar, yaxud məscidlə zehni, psixoloji, praktik və düşüncə fərqlərinə varmasa, bazara, yaxud məscidə getdiyi kimi, eyni hal, xüsusiyyət və sözlərlə oraya getsə, böyük ehtimalla rəftarında səhvə yol verər. Universiteti olduğu kimi tanımaq, tələbəni tanımaq, onun problemlərini anlamaq lazımdır. Mən bunların bəzilərinə toxunacağam. Deməli, birinci məsələ mühiti və tərəf-müqabili tanımaqdır.

Tələbəyə sevgi və etimad

İkinci şərt tələbəni sevmək və ona güvənməkdir. Kimin tələbənin və gəncin görkəmindən acığı gəlirsə, ayağını universitetə qoymasın. Kim universitetlərdə tədris olunan elmləri cəhalət bilir və ümumiyyətlə elm saymırsa, universitetə getməsin. Universitetdə çalışan ruhani tələbənin və uyğun elm ocağının missiyasına və dərsinə güvənməli, tələbəyə sevgi göstərməli, onun da bizim övladımız kimi bir gənc olduğunu bilməlidir. Oradakılar bizim uşaqlarımızdır. Bizim uşağımız da bəzən kobudluq edir, o da; bizim uşağımız da bəzən bir şeyin təsiri altına düşür, o da. Ruhani onlara övladları və yaxınları kimi baxmalıdır. Demirəm ki, uşağı qədər sevsin. Bu adətən mümkün olmur; amma məhəbbət göstərsin, bu təbəqəyə sevgi və şəfqətlə baxsın, bu elmi, bu dərsi və bu yeri sevsin.

Sevgiyə dayanıqlı əlaqə

Keçmişdə bəzi yaxşı alimlər yeni elmlərlə tanış deyildilər və onları elm saymırdılar. Mən bunu həqiqətən görmüşəm, bu, fərziyyə deyil. Mən təqvalı və mömin bir alim görmüşdüm. O, bunları elm hesab etmir, hətta ərəb dilindən başqa bir dildə yazılmış kitabda olanları elm saymırdı. Fars dilində yazılmış kitabları cəhalət sayırdı. Baxın, bu bir növ düşüncə tərzidir. Əlbəttə, bu gün belə düşünənlər yoxdur. Bu düşüncələrin başqa şaxələri də var; desəm, çox təəccüb edərsiniz. Bu fikirlər qədim dövrə aid olsa da, mən özüm belə bir şəxsi görmüşəm. Bir nəfər vardı. O, çap olunmuş kitabı oxumağa layiq bilmirdi. Deyirdi ki, bu kitablar boş şeydir. Kitab gərək böyük vərəqlər üzərində Əbdürrəhimin, yaxud başqa bir şəxsin xətti ilə yazılsın və daş üsulu ilə çap olunsun.

Bunu bariz bir nümunə kimi dedim. Məlumdur ki, indiki alimlər, yeni inqilabçı mərkəzlərdə, xüsusən də universitetlərdə çalışanlar arasında belə düşünən yoxdur. Mən demək istəyirəm ki, universitetdə sizinlə tələbə arasında özgəliyin ən az əlamətinin belə yaranmamasını istəyirsinizsə, - düşmənlərin təxribatları və qeyd etdiyim düşüncə tərzi sayəsində 50-80 ildə bu özgəlik yaranıb - tələbə ilə əlaqənizi sevgi əsasında qurmalı, onun missiyasına, təhsil aldığı dərsə və mərkəzə güvənməlisiniz.

Barəsində danışdığım düşüncə tərzi yeni və qədim düşüncə mərkəzləri arasında ayrılıq yaratmırdı?! Düşmən də buna kömək etdi. Bu ayrılığın təsirlərinin aradan qalxmasını və bu yaranın sağalmasını istəyirsinizsə, universitetə kifayət qədər sevgi və inamınız olmalıdır. Müxtəlif fəsad amilləri qarşısında qalmış bu nazlı, pak, faydalı və qayğıya layiq gəncləri sevgi və məhəbbətlə qorumaq lazımdır. Onları özbaşına buraxmaq olmaz. Universitetə bu ruhiyyə ilə gedin.

Ruhaninin tələbə ilə ünsiyyəti

Çox əhəmiyyətli olan üçüncü şərt budur ki, universitetə gedən şəxs onun bu mərkəzlə və bu insanlarla əlaqə tərzinin mühüm işlərə çox böyük təsir buraxdığını bilsin. Bunu moizə etməklə bərabər tutmayın. Biz dini söhbətlər etmək üçün səfərlərə çıxırdıq. Bəzi yerlərdə anlayırdıq ki, işlər korlandı, minbər alınmadı. Minbər üzərindəki adamın özü korladığını bilir. O zaman deyirdik ki, korlanıbsa, korlanıb, problem yoxdur, uzaqbaşı sonrakı ongünlükdə dəvət etməyəcəklər; yaxud ağır paket verəcəkdilərsə, buna görə yüngül paket verəcəklər; yaxud deyəcəklər ki, bu ruhani təzədir və başqa birisini dəvət edəcəklər. Yəni mənim pis danışmağımın və işləri korlamağımın təsiri bu qədər idi. Bəzən isə belə deyil və insan anlayır ki, burada işlər korlansa, təsiri çox ağır olacaq.

Təsəvvür edin sizin övladınız siyasi, yaxud etiqadi baxımdan ilk dəfə bir qrup fırıldaqçının tələsinə düşüb. Bunlar onun diqqətini elə məsələlərə yönəldiblər ki, əlbəttə, şeytani və yanlışdır, amma cəlbedicidir və siz övladınızın bu məsələlərə yaxınlaşmasına imkan verməzdiniz. Bu övlad üçün bir şübhə yaranıb. O, ruhani, din alimi və inandığı şəxs olan siz atanın yanına gəlib deyir ki, ata, filan məsələ necədir? Siz burada hansı hissi keçirərsiniz? Düşünərsiniz ki, mən bu suala cavabda bir qədər səhvə yol versəm, uşağımı əldən verəcəyəm.

Bu, uçurumun əvvəlidir. Daha burada səhlənkarlıq etmir, əsəbiləşmir, düşüncə iradəsinin cilovunu bərk tutub yüngül və əsassız sözlər deməyə tələsmirsiniz. Onun cavabını vermək iqtidarında olmadığınızı görsəniz, deyərsiniz ki, eybi yoxdur, filankəsin yanına gedib soruşarıq. Siz o düşmənin cavabını vermək üçün daha savadlı birisini axtararsınız. Tələbəyə bu hisslə yanaşmaq lazımdır. Tələbə təkcə bir nəfər deyil, böyük bir toplumdur.

Tələbənin dəyəri

Bu gün universitetdə təhsil alan şəxs bizim kimi deyil ki, aktuallığı ilə potensiallığı arasında yetmiş il fasilə olsun. Bu tələbənin potensialının aktuala çevrilməsi üçün on beş, yaxud on il vaxt lazımdır. O, yaxın gələcəkdə aktual qüvvəyə çevriləcək. Yəni iki ildən sonra bakalavr diplomu alır, beş, yaxud altı ildən sonra doktor olur, bir ixtisasa yiyələnir, iki il də ora-bura qaçır. Yəni on ildən sonra bütün qurumların çoxlu pul verib istəyəcəyi bir mütəxəssisə çevrilir. Onda o, Proqram və Büdcə Komitəsinin bir eksperti, yaxud Məskən Nazirliyinin yüksək rütbəli mühəndisi, yaxud filan siyasi idarənin müdiri olur, yaxud filan tikinti və ya təsərrüfat şirkəti açır, ölkə belə kadrların əlinə keçir. Odur ki, tələbəyə əhəmiyyətsiz yanaşmayın.

Tərbiyə və səmərəlilik

Əgər siz tələbəni dindar, mömin, qayğıkeş və ixlaslı yetişdirə bilsəniz - sonra deyəcəyəm ki, biz tələbədən nə gözləyir və onu necə yetişdirmək istəyirik – səmərəli olar və ruhanilər barədə də yaxşı düşünər. Amma Allah eləməmiş, bu işin öhdəsindən gələ bilməsəniz və mental, praktik, yaxud sentimental baxımdan onunla aranız dəysə, onun üçün sizinlə digər ruhanilər arasında fərq qoymaq çətin olacaq. Məsələn, mən və siz bir maşınla gedərkən bir yol polisi gəlib bizə üç-dörd söyüş versə, siz küçədə hansı polisi görsəniz, avtomatik olaraq, özünüz istəmədən qəlbinizdə belə zalım hökm edəcəksiniz və ondan acığınız gələcək. Bu, düzgün deyil, amma belədir.

Ruhaninin rolu

Ruhaniliyin nümayəndəsi olan bu aktiv və əmmaməli ruhaninin işində, Allah eləməmiş, bir eyib olsa, çətin ki, gənclər bu haqsız mühakiməni yürütməsin və digər ruhaniləri də onunla müqayisə etməsinlər. Yəni işin təsiri bu qədər böyükdür. Universitetdəki ruhani bunu da bilməlidir. Buna əsasən, üçüncü şərt ruhaninin universitetdə müsbət, yaxud mənfi rolunun dərin təsirini bilməkdən ibarətdir. Universitetə gedən şəxs bu üç şərti bilməlidir.

Universitetlərin əxlaq və düşüncə baxımından dəyərləndirilməsi

Əlbəttə, mən tələbənin psixologiyasını deyə bilmərəm, bu barədə məlumatım çox deyil. Düzdür, tələbələrlə çox ünsiyyətdə olmuşam, amma tələbənin xüsusiyyətlərini təhlil formasında deyə bilmərəm. Lakin eyni zamanda tələbələrdə bəzi xüsusiyyətləri görürük. Bunlar onun daxili və ya xarici problemləridir və müşkül törədə bilər.

Bir problem yad və zərərli mədəniyyətlərdən təsirlənmək, laqeydlik və pozulmadır. Tələbə bu mədəniyyətlərin hücumuna məruz qalır və bu, universitetlərin problemidir. Mən tələbə və universitet toplantılarında dəfələrlə demişəm ki, nə üçün hövzəyə daxil olan şəxs adətən dindar xaric olur, universitetə daxil olan isə belə olmur. Nə üçün belə olmalıdır? Doğrudan da düzgün gözləntidir və sonda belə olmalıdır. Lakin reallıq belə deyil. Reallıq budur ki, universitet xüsusi yaşda olan gənclərin çoxluğuna, qız və oğlanların olmasına görə müxtəlif məqsədlərin, növbənöv qeyri-sağlam əxlaqi və mədəni təmayüllərin təhlükəsi altında qalmış bir mərkəzdir.

Müxtəlif təhlükələr qarşısında

Tələbə bazarda oturub nə xarici jurnaldan, nə xarici kitabdan, nə də xaricdə baş verən hadisələrdən xəbərdar olan gənc kimi deyil. Tələbə prinsip etibarilə xəbərdar olur, məlumatlanır, dünya məsələlərini öyrənir və bununla da mədəni-ideoloji təhlükələrə, dinə biganəlik, dini və inqilabi dəyərlərə laqeydlik təhlükələrinə məruz qalır. Bu, tələbənin və tələbə mühitinin problemlərindən biridir.

Düşüncə sapqınlıqları

Buna yaxın problemlərdən daha birisi düşüncə uçurumlarına və sapqınlıqlarına məruz qalmaqdır. Keçmişdə marksizmin çox aktiv vaxtında universitetlə əlaqəsi olan hər bir kəs bunu aydın şəkildə görürdü. Ümumiyyətlə universitetdə beyninə marksizm təfəkkürləri toxunmayan bir müsəlman tələbəni çox çətinliklə tapmaq olardı.

Yayınma nöqtəsi

Ölmüş, yaxud hələ də yaşayan və bu gün sizin haqlı olaraq fikirlərinə etiraz etdiyiniz bəzi məşhur müsəlman ziyalıların düşüncə nöqsanlarının kökü onların tələbəlik və universitet dövrünə qayıdır. Marksist təfəkkürlər yayılırdı, biri onu rədd etmək üçün yenə də marksizm təlimlərindən istifadə edirdi; yəni qaçdığı tələyə düşürdü.

Marksist təfəkkürlərin təsiri

Bu əlamət inqilabdan öncəki iki onillikdə İslama dair tam məlumata yiyələnmədən marksizmlə qarşılaşanların düşüncə və sözlərində çox görünürdü. Marksist təfəkkür onlara təsir etmiş, bütün beyinlərinə hopmuşdu. O zaman belə bir şey duyulurdu, bu gün isə yoxdur, taxud ən azı ideoloji formada deyil; baxmayaraq ki, onun tör-töküntüləri indi də var və məhv olmayıb. Eyni zamanda bu gün yeni sapqınlıqlar da yaranıb.

Sosial-demokratiya

Dünya təkcə marksizmlə yoldan çıxmayıb. Marksizmdən qabaq da yanlış, azğın və İslam əleyhinə təfəkkürlər olub, sonra da olub, indi də var. Bu gün dünyada bəzi Avropa filosofları, yaxud fəlsəfəpərdazları vasitəsilə müəyyən təfəkkürlər yayılır. Mən ad çəkmək istəmirəm, qoy sözüm elə ümumi qəbul olunsun.

Qərbləşdirmə

Bu gün ABŞ və Avropanın bütün dünyaya qarşı yeni müstəmləkəçiliyinin yolbasanı olan və Qərb üslubunda demokratik cəmiyyətlərin yaradılmasını təbliğ edən təfəkkürlər var. Siz görürsünüz ki, dünya bunun üzərində həssasdır. Hicaba riayət edərkən bu cəmiyyətlərin geyiminə azca belə toxunulsa, bütün dünyaya səs salarlar. Hicabın qadağası zamanı isə kimin geyiminə toxunulursa-toxunulsun, dünyada onun yüzdə biri qədər də səs çıxmaz. Bu, reallıqdır. Bu gün hegemon dünyanın səssiz-səmirsiz bütün dünyaya hakim etməyə çalışdığı yeni sistem və sivilizasiyanın əlamətlərindən biri də budur.

Açıq cəmiyyət

Bu çoxdan var, amma bu gün bir təfəkkür, ideologiya və məktəb formasına düşüb. Açıq cəmiyyət layihəsi belə nümunələrdəndir. Ümumiyyətlə, “açıq cəmiyyət” nə deməkdir? Cəmiyyəti nə açır? Nə olmasa, cəmiyyət açıq olmaz və faydasız olar; onda hətta demokratiyanın min şərti olsa belə? Bunlar bu gün dünyada mövcud olan yanlış təfəkkürlərdir. Mən indi bunlara qarşı tədbirlər haqda danışmaq istəmirəm, qısaca deyirəm ki, tələbə gənc müxtəlif qisimlərdə olan bu təfəkkürlərin hücumu qarşısındadır.

Diploma meyl

Üçüncü problem diploma meyl, maddi həyata və gəncliyin ləzzətlərinə diqqətin çoxluğudur. Elm hövzələrində bəzən sonradan nə isə yaransa da, ənənəvi olaraq belə bir şey yoxdur. Lakin işi təhsil almaq olan tələbə gənc bu işlərə sövq edilib və qovulub. O, gələcəyi, gələcəkdəki dükanı, işi, pulu, hansı fənnin daha gəlirli olmasını, insana daha geniş imkanlar yaratmasını düşünür. Bu da böyük problemlərdəndir və bu haqda düşünmək lazımdır; çünki elmə ziyan dəyir.

Universitetdə siyasi iş

Başqa bir problem siyasi qrupların alətinə çevrilmək və universitetdə siyasi iş aparmaqdır. Bəzən tələbələrin özlərinin xüsusi siyasi fikir və məqsədləri olmur, lakin siyasi bir qrupun, yaxud cərəyanın alətinə çevrilirlər. Onlar tələbədən çomaq kimi istifadə edir və istədikləri şəxsin başına vururlar. Bu da çox böyük və həssas bir problemdir.

İşlərdə qaranlıq məqamlar

Başqa bir problem işlərdə çaşqınlıq problemidir. Tələbə təbii olaraq aydındır; yəni aydın və ziyalı qruplardan sayılır, ölkənin vəziyyətinə dair fikir və əqidə sahibidir, fikrini də bildirmək istəyir. Tələbə yalnız "biz belə düşünürük və belə etmək istəyirik" deməklə qane olmur. Həm də onun bilməsinin və fikir bildirməsinin tabeliklə ziddiyyəti yoxdur. Tabe olur, amma qəbul etdiyi işin səbəbini bilmək istəyir. Bilməsə, tədricən şübhə yaranar, bu şübhə və qaranlıq onun tabeliyini də zəiflədər. Deməli, tələbənin problemlərindən biri budur. Tələbələr adətən hadisələrdən xəbərsiz olduqlarından və işlərin əsl mahiyyətini bilmədiklərindən radioda, yaxud qəzetdə bir xəbər yayılan kimi beyinləri çalışmağa başlayır. Xarici təsirin olmadığı təqdirdə belə olur, təsir olduqda isə müsibət yaranar.

Məqsədsizlik

Və nəhayət, bir mühüm məsələ də, bəlkə də bəzilərinə görə ən mühüm problem olan kimliyin olmaması, cəmiyyət, tarix, gələcək və özü qarşısında həqiqi missiyasını dərk etməməsidir. Tələbə doğrudan da kim olduğunu bilmir. O bilmir ki, indi kimdir və gələcəkdə üzərinə hansı rol düşəcək; çörək və ad-san dalınca qaçan bir tacir kimidir. Başqa sözlə desək, tələbənin həqiqi missiyası onun özü üçün tam aydın deyil. Bunlar tələbənin problemləridir.

Biz problemlərin bir qismini dedik, heç şübhəsiz, bunlardan çoxdur, başqa məsələlər, problemlər və çoxlu xırdalıqlar da var: müəllim və tələbə, rektor və tələbə, müxtəlif tələbə qrupları arasında olan müxtəlif əlaqələr, dinsiz tələbə ilə dindar arasında olan qarşıdurma, hətta dindarların özlərinin arasında olan çəkişmə və digər müxtəlif problemlər var.

Ruhaninin universitetdə həqiqi yeri

Ruhani bir alim universitetdə çalışmağa başlayır. O, universitetdə nə etməlidir? Bu, doğrudan da mühüm məsələdir. Cənabların yazdığı vəzifələr çox yaxşı, hərtərəfli, güclüdür və universitetdən gözləntilərin çoxunu təmin edir. Mənim bu barədə heç bir mənfi fikrim yoxdur. Lakin fikrimcə, məsələnin məğzi bundan ibarətdir ki, ruhani universitetdə tələbənin bu və digər problemlərlə qarşılaşdığı zaman ona sığınacaq, ümid bəsləyəcək, çarə umacaq və ən azı təsəlli olacaq bir şəxs olmalıdır.

Tələbənin etimad və ümidi

Əgər biz universitetdə müxtəlif iclaslar keçirsək, çıxışlar etsək, məscidə getsək, dini müəllimin təyin edilməsinə fikir bildirsək və qeyd etdiyim digər vəzifələri yerinə yetirsək, - bunların hamısı yaxşı, lazım və əhəmiyyətlidir - lakin tələbənin etimad və ümidini qazana bilməsək, uğurla çalışdığımızı deyə bilmərik.

Mücadilə və güc sınağı

Təəssüf ki, universitetlərdə ruhani nümayəndələr məsələsi ortaya çıxan bir neçə il öncədən bəziləri fikirləşdilər ki, ya gərək bu ruhanini ələ alsınlar, ya da sıradan çıxarsınlar. Bəzi universitetlərdə bu məsələ müşahidə olundu. Hamısını demirəm, amma bəlkə də universitetlərin çoxunda bu şəkildə bir mücadilə və güc sınağı başladı.

Bu məsələlər universitetdə çalışan möhtərəm ruhaninin və din aliminin vəzifəsini yerinə yetirməsinə çox böyük maneə yaradır və onu istəmədiyi işlərə sövq edir. Lakin fikrimcə, mümkün olan həddə bəyənilməyən işlərdən çəkinmək lazımdır; bəziləri buna imkan verməsələr və insanı çıxılmaz vəziyyətə salsalar belə.

Ruhaninin bütün tələbələrə aid olması

Cənablar universitetlərdə bütün tələbələrə aid olmağa çalışmalıdırlar; hətta xətt və istiqamət baxımından xoşlamadığınız tələbələrə də. Düzdür, bu, çətin, bəzi yerlərdə hətta qeyri-mümkündür, lakin hər yerdə belə deyil.

Mənim fikrimcə, çoxlu yerlərdə və bəlkə də deyə bilərik əksər yerlərdə ruhani elə rəftar edə bilər ki, hətta siyasi düşüncə baxımından onu qəbul etməyən bir tələbə də onun yaxşı insan olduğunu desin, haradasa bir ürək sözü, mənəvi, yaxud düşüncə problemi olsa, ona üz tutsun. Bu zaman düzgün namaz qılmaq istəsə, bu ruhaninin arxasınca gedər və məsciddə namaz qılar. Universitetlərdə bu istiqamətdə iş aparmaq lazımdır.

Problemlər qarşısında müqavimət

Bəli, dediyim kimi, bəzən sizi buna sövq edirlər. Mən bunu başa düşürəm. Bəzilərinizin bildiyi kimi, mən bir neçə il öncədən bu universitetlərdə baş verən hadisələrin xırdalıqlarından xəbərdaram, bilirəm ki, əziyyət verirlər, qoymurlar, problem yaradırlar, bəzən ruhanini çəkişmələrə dartırlar. Lakin mümkün olan həddə müqavimət göstərmək, bu çəkişmələrin fövqündə durmaq və bütün qrupları saxlamaq lazımdır.

İslam birlikləri

İslam birlikləri doğrudan da müsəlman qüvvələri toplamaq üçün yaxşı bir imkandır. Onlar universitetlərdə çalışan ruhanilərin qolu olmalıdırlar. Əgər İslam birliyi doğrudan da ruhani ilə əməkdaşlıq etsə, onun sözünü dinləsə, tövsiyələrini ata tövsiyəsi kimi qəbul etsə, ruhaninin ona arxa və dayaq olmasına çalışsa, düşünürəm ki, universitetdə dini təfəkkürü çox yaxşı formada yaymaq olar. İndi bəzi yerlərdən xəbər alırıq ki, belə deyil. Yəni İslam birliyi ruhaniyə qarşı çıxır, yaxud qarşıdurma yaradır. Təbii ki, qüvvələr bölünür və bəzən hətta bir-birinə qarşı çevrilir.

Dini elita

Belə düşünürəm ki, biz cəmiyyətimizdə tələbənin dini elitadan olmasına çalışmalıyıq. Yəni məqsədimiz bu olmalıdır ki, universitetdə tələbələri həm məlumat, həm də iman baxımından görkəmli dini qüvvələrə çevirək. Təbii ki, bunlar gələcəkdə İslam Respublikasına xidmət edəcəklər. İnşallah, bu sahədə işlər görməliyik.

Camaat imamlığı

Məscidlərə çox əhəmiyyətli yanaşmaq lazımdır. Mən camaat imamlığı ənənəsini çox vacib sayıram. Bəlkə də bəziləri doğrudan da qəbul etməsinlər, amma mən özüm uzun müddət imamlıq etdiyim üçün bilirəm ki, nə qədər yaxşı, təsirli və aktiv işdir. Adətən, imamlıq etməyənlər onun nə olduğunu bilmirlər. Bəziləri də məsciddə namazı qılıb tez başqa iş dalınca gedirlər. Onlar da camaat imamlığının ləzzətini anlamırlar.

Nümunəvi camaat imamının xüsusiyyətləri

Camaat imamı məscidi doğrudan da öz iş yeri bilməlidir. Gərək vaxtdan öncə, hamıdan qabaq oraya getsin, məscidin vəziyyətinə baxsın, qüsurlar olsa, aradan qaldırsın, səccadəsini sərsin və xalqın gəlişini gözləsin. Gələn hər bir şəxslə bacardığı qədər təmasda olsun, onlara sevgi və hörmətini bildirsin, hallarını sorsun, problemləri olsa, imkan daxilində aradan qaldırsın. Amma təbii ki, bəzi məscidlərdə olduğu kimi, camaatın kuryeri olmamalıdır. İmam məsciddə oturmalı, xalq ona müraciət etməli, ürək sözünü deməlidir. O, özünü xalqın ixtiyarına buraxmalı, onları dinləməlidir. Namazı bitirdikdən sonra onlar üçün şəriət hökmlərindən və Quran təfsirindən danışmalı, sonra qalxıb getməlidir. Beləcə vaxtının bir saatı burada keçməlidir.

Səmərəli ruhani

Mənim fikrimcə, belə bir camaat imamı çox səmərəli, təsirli olar və insanları cəlb edər. Belə bir camaat imamı onun məscidinə get-gəl edənlərə, hətta məscidə gəlməyə vaxt tapmayanlara, lakin uzaqdan, digərlərindən onun necə yaxşı bir insan olduğunu eşidənlərə hansısa işin görülməli olduğunu eyham etsə, bunun üçün nə büdcə lazım olar, nə hüquqi yardım, nə də sərəncam. Həmin iş onun dediyi formada icra olunar.

Universitetin məscidindəki ruhani də o məscidin sahibi olsa, oraya getsə, oturub danışsa, mütləq tələbələr cəlb olunarlar. Əlbəttə, ola bilsin bir müddət gəlməsinlər və şıltaqlıq etsinlər, amma ümumiyyətlə, tələbə onunla ata kimi rəftar edən, problemlərini aradan qaldıran bir insana ehtiyaclıdır. Orada belə bir ruhani olsa, tələbələrin müraciət etməməsi mümkün deyil, mütləq müraciət edəcəklər. Çünki psixoloji ehtiyacları var.

Ruhaninin universitetdə mənəvi nüfuzu

Gənclik çox qəribə bir şeydir. Hamınız gənclik dövrünü keçiribsiniz, bilirsiniz ki, gənclik duyğuları psixoloji bir dayaq tələb edir. Bu cənab orada oturub ağılla, məntiqlə, mətanətlə, uzaqgörənliklə və səbirlə sözü dinləsə və cavab versə, ona sarı güclü axın yaranar və o, universitetdə mənəvi nüfuz sahibi olar. Bundan sonra universitetin rektoru və ya hansısa orqanın, birliyin sədri istəməsə belə, ruhaninin dediyi olar.

Ümidvarıq Allah sizə uğur bəxş etsin və çəkdiyiniz zəhmətlərin əvəzini versin. Bilirəm ki, işiniz çətindir. Bəzən bir qrup da qarşıya çıxır, insanı yorur və əldən salır. Amma bu da var ki, zəhmət nə qədər çox olsa, savabı da bir o qədər böyük olar.

Allahın salamı və rəhməti olsun sizə!


 

İslama layiq universiteti[18]

Bismillahir-Rəhmanir-Rəhim.

Yüksək ruhiyyə



Geri   İrəli
Go to TOP