A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: TƏTHİR AYƏSİNİN TƏFSİRİ
Müəllif: Ayətullahul-üzma Məhəmməd Fazil Lənkərani
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


"Bir gün sübh tezdən, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) naxışlı toxunmuş yun paltarını geyib, evdən çıxdı. Həsən, Hüseyn, Fatimə və Əli də ona qoşuldular. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) onları bir-bir əbasının altına salandan sonra "Təthir" ayəsini oxudu."

6-İbni Həvşəbin əmisi oğlu deyir:

عَنْ ابْنِ عَمِّ اَبِي حَوْشَبٍ قاَلَ دَخَلْتُ مَعَ اَبِي عَليَ عاَيِشَةَ رَضِيَ اللهُ عَنْها فَسَاَلْتُهاَ عَنْ عَلِيٍّ رَضِيَ اللهُ عَنْهُ فَقاَلَتْ رَضِيَ ا للهُ عَنْهاَ تَسْاَلُنِي عَنْ رَجُلٍ كاَنَ مِنْ اَحَبِّ النّاَسِ اِليَ رَسُولِ اللهِ (ص)وَكاَنَتْ تَحْتَهُ ابْنَتُهُ وَاَحَبُّ النّاَسِ اِلَيْهِ لَقَدْ رَاَيْتُ رَسُولَ اللهِ(ص)دَعاَ عَلِيّاً وَ فاَطِمَةَ وَ حَسَنًا وَحُسَيْنًا رَضِيَ اللهُعَنْهُمْ فَاَلْقَيَ عَلَيْهِمْ ثَوْبًا فَقاَلَ:اللّهُمَّ هؤَُلاَءِ اَهْلُ بَيْتِي فَاَذْهِبْ عَنْهُمُ الرِّجْسَ وَطَهِّرْهُمْ تَطْهِيرًا قاَلَتْ فَدَنَوْتُ مِنْهُمْ فَقُلْتُ ياَ رَسُولَ اللهِ وَ اَنَا مِنْ اَهْلِ بَيْتِكَ فَقاَلَ تَنَحِّي فَاِنَّكِ عَليَ خَيْرٍ

"Mən atamla birlikdə Ayişənin (rəziyəllahu ənha) evinə getdik. Ondan Əli (rəziyəllahu ənhu) haqqında sual etdim. Ayişə (rəziyəlllahu ənha) dedi: Sən elə bir şəxs haqqında soruşursan ki, Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) hamıdan sevimli idi. Peyğəmbərin qızı da onun ixtiyarında idi. Hansı ki, o da Peyğəmbərin ən çox istədiyi şəxs idi. Bir gün gördüm ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Əlini, Fatiməni, Həsənlə Hüseyni (Allah onlardan razı olsun) öz yanına çağırdı, öz əbasını onların başının üstünə çəkib buyurdu: "Pərvərdigara! Mənim Əhli-beytim bu əbanın altında olanlardan başqa heç kəs deyil. Pərvərdigara! Bunları çirkinliklərdən, günahlardan qoru!" Mən onlara tərəf yaxınlaşdım və Allahın Rəsuluna dedim: "Mən də sənin Əhli-beytindənəm?" Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: "Xeyr! Buradan uzaqlaş! Sən mənim Əhli-beytimdən deyilsən. Amma yaxşı adamsan!"

YUXARİDAKİ ALTİ HƏDİSƏ BİR BAXİŞ

Ümmü Sələmədən və Ayişədən nəql olunan altı hədisin arasında çox da mühüm fərq, məna ixtilafı yoxdur və hamısı eyni mənanı ifadə edir. "Təthir" ayəsi Ümmü Sələmənin istirahət otağında nazil olmuşdur. Ayə nazil olan vaxt Peyğəmbər, Əli, Fatimə, Həsən və Hüseyn (əleyhimussalam) həmin otaqda olmuşdur. Onların da yanında Ümmü Sələmədən başqa yad bir adam olmamışdır. O, etiraf edib deyir ki, mən də o otaqda, onların yanında idim. Bu ayənin mənə də aid olmasını çox istəyirdim. Amma Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) bu ayənin mənə aid olmamasını deyəndən sonra, məni məyus etdi və ədəbli şəkildə məni uzaqlaşdırdı.

Əlbəttə, altı hədis içərisində birinci hədislə ikinci hədisin məzmununda azacıq fərq görünür. Lakin bu fərqin bizim müddəamıza çox da zərəri yoxdur. Hər iki hədis "Təthir" ayəsinin Ümmü Sələmənin evində nazil olmasını və ayə nazil olan vaxtda yalnız qeyd etdiyimiz şəxsiyyətlərin orada iştirak etməsini təsdiq edir.

Dördüncü hədisi Əbu Səid Peyğəmbərdən nəql edir. Güclü ehtimala görə bu hədis eyniylə onun Ümmü Sələmədən nəql etdiyi üçüncü hədisdir. Sadəcə olaraq onda Əbu Səidin adı qeyd olunmayıb. Əgər Əbu Səid Peyğəmbərin özündən nəql etmiş olsa da, yenə həmin məzmun öz yerindədir, yəni "Təthir" ayəsi Peyğəmbər, onun əziz kürəkəni, qızı və nəvələri barəsində nazil olmuşdur.

Beşinci hədisdə də Ayişə etiraf edir ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) "Təthir" ayəsini Əli, Fatimə, Həsən və Hüseynin haqqında tilavət etdi. Amma Ayişə bu hadisəni tam dəqiqliklə aydınlaşdırmır, bu ayənin harada nazil olduğunu, o beş nəfərin Peyğəmbərin zövcələrindən hansının evində bir yerə yığışdığını demir. Əgər "Təthir" ayəsi Ayişənin evində nazil olsaydı, Peyğəmbərin bu cavan zövcəsi əvvəldən axıra qədər hadisənin necə baş verdiyini deyər, heç nəyi gizlətməz və bu fəziləti hamının üzünə çəkərdi. Bunun özü də, "Təthir" ayəsinin Ümmü Sələmənin evində nazil olmasına canlı şahiddir. Lakin rəqabət bunu bəyan etməyi Ayişəyə icazə verməmişdir.

Altıncı hədis ona görə nəql olunur ki, Peyğəmbərin cavan zövcəsi Ayişə "Təthir" ayəsinin bəyan etdiyi "Əhli-beyt"dən məqsədin məhz həmin beş nəfər olduğunu etiraf edir. Həmçinin Ayişə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in ona "Sən Əhli-beytən deyilsən"-deyə buyurduğunu da şəxsən etiraf edir. Bu da göstərir ki, Ayişənin o Həzrətin zövcəsi olmasına baxmayaraq "Təthir" ayəsindəki Əhli-beyt(əleyhimussalam) ona şamil deyil və Allah-Taalanın xususi inayəti, lütfü ona nəsib olmamışdır.

BU ALTİ HƏDİSİN ƏKSİNƏ HEÇ BİR HƏDİS YOXDUR

Sünnü təriqi ilə nəql olunmuş hədislərin içində bu altı hədislə ziddiyyət təşkil edəcək bir rəvayət belə, yoxdur. Bəzi rəvayətlərdə "Təthir" ayəsinin necə və ya harada, kimin evində nazil olmasına toxunulmaması, ravilərin də "Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) "Təthir" ayəsini beş nəfərin haqqında tilavət etdi" deməsinin və yaxud Həzrət Əli (əleyhissalam)-ın böyük şəxsiyyətinin tanıtdırılması məqamında bu ayəyə diqqət yetirmələrinin qeyd etdiyimiz altı hədislə heç bir ziddiyyəti yoxdur. Çünki, ravilər çox vaxt ayənin bütün xususiyyətlərini, nazil olduğu yeri və məqamı dəqiq şəkildə bəyan etmirlər. Onlar yalnız "Təthir" ayəsinin beş nəfər haqqında nazil olmasını nəql etmişlər, onların niyyətləri bizim bu fəsildəki məqsədimizi təmin edir.

Yaxşı olardı ki, görkəmli elm xadimləri, təhqiqatçılar bu barədə mötəbər mənbələrə, o cümlədən "Sihahi-Sittə"yə[37], İbni Kəsirin təfsirinə, "Əddürrül-mənsur" təfsirinə, Təbərinin təfsirinə və ya "Ğayətül-məram" kitabına müraciət etsinlər.

Bu altı hədislə yalnız bir rəvayət ziddiyyət təşkil edir: o da məsələnin özündə yox, "Təthir" ayəsinin harada nazil olmasında. Peyğəmbərin zövcələrindən biri olan Zeynəbin "Təthir ayəsi mənim evimdə nazil oldu, bu vaxt Əli, Fatimə, Həsən və Hüseyn Peyğəmbərin yanında idilər"-dediyi nəql olunur. Amma xoşbəxtlikdən "Təthir" ayəsinin Ümmü Sələmənin evində nazil olmasını göstərən hədislərin sayı-hesabı yoxdur. Onların müqabilində bir-iki rəvayətin ziddiyyət təşkil etməsi çox da əhəmiyyət kəsb etmir. Amma bununla belə, "Təthir" ayəsinin Zeynəbin evində nazil olması da bizim müddəamıza irad gətirə bilməz. Lakin qeyd etdiyimiz kimi, "Təthir" ayəsi Zeynəbin evində yox, Ümmü Sələmənin evində nazil olub. Hər halda qeyd etdiyimz "Pənc-təni Ali-əba" haqqındadır.

"AŞDAN İSTİ KASA!"

Burada "aşdan isti kasa" olan iki dəstə ilə rastlaşırıq ki, Ümmü Sələmənin və Ayişənin öz etirafları ilə "Təthir" ayəsinin onlara şamil olmadığını demələrinə baxmayaraq bu ayənin yalnız Peyğəmbərin zövcələri haqqında nazil olduğunu sübut etməyə və ya onları Ali-əba cərgəsinə salmağa can atırlar.

Birinci dəstə İslam tarixinin ilk dövrlərində olan Əkrəmə, Müqatil ibni Süleyman və Ürvət ibni Zübeyr kimi bəzi ravilərdir.

İkinci dəstə isə bəzi sünnü təfsirçiləri və alimlərindən ibarətdir.

BİRİNCİ DƏSTƏ

Birinci dəstə bu sözləri Peyğəmbərin özündən, o Həzrətin zövcələrindən və ya yaxın dostlarından rəvayət ünvanı ilə nəql etmirlər, əksinə əsas etibarı ilə bu onların öz şəxsi fikirləridir. Halbuki, adi adamların şəxsi nəzər və rəylərinin heç bir etibarı, dəyəri yoxdur. Onlar hətta yalançılıqla müttəhim olunmasalar da, sözləri başqaları üçün höccət və dəlil ola bilməz. Məsələn, Əkrəmə "Təthir ayəsi yalnız Peyğəmbərin zövcələrinə aiddir!" deyə o qədər israr edir ki, hətta onun sözünü inkar edənlərlə mübahiləyə hazır olduğunu belə bildirir. Bu inadkar və təəssübkeş şəxs küçə-bazarlarda uca səslə qışqırıb deyirdi: "Təthir" ayəsi Peyğəmbərin zövcələri haqqında nazil olmuşdur!"

Cavabda demək lazımdır ki, görəsən, Əkrəmənin nəzəriyyəsinin etibarlı şəxsiyyətlərin nəzəriyyəsindən nə kimi üstünlüyü var?! O, sözünə istinad ediləsi bir səviyyədə etibarlı adam deyil.

Ürvət ibni Zübeyr də eynilə Əkrəmə kimidir. Amma Əkrəmə və bu qəbildən olan sair adamlar İbni Abbasın adından "Təthir" ayəsinin Peyğəmbərin zövcələri haqqında nazil olmasını da nəql edirlər ki, sünnü alimləri bunu rədd edir. Ümmü Sələmə və Ayişə də Əkrəmə və onun kimilərin sözlərinin tam əksini deyərək onları batil edir. Bununla belə, biz Əkrəmə və onun dostlarının nəql etdiyi rəvayətlərin mənbəsi barədə müəyyən qədər axtarış aparmalıyıq. Buna görə də Əkrəmə və sair kimi şəxslərin bu rəvayəti nəql etməkdə güddükləri məqsədlə qısa da olsa tanış olmaq lazımdır.

1-ƏKRƏMƏ KİMDİR?

Əkrəmə İmam Əli (əleyhissalam)-ın barışmaz və qəddar düşmənlərindən biridir. Elə buradan da onun nəzəriyyəsinin İmam Əli (əleyhissalam)-ə qarşı şəxsi ədavət və düşməçilikdən qaynaqlandığını anlamaq olar.

Seyyid Əllamə Şərəfüddin "Əl-kəlimətul-ğərrau fi təfziliz-Zəhra(əleyhissalam)" kitabında yazır: "Əkrəmə xalqı Əliyyibni Əbitalib (əleyhissalam)-ın düşmənlərinin cəbhəsinə çəkmək, onları İmam Əli (əleyhissalam)-dan uzaqlaşdırmaq, vilayət məqamından ayrı salmaq üçün müntəzəm şəkildə fəaliyyət göstərir və bu yolda əlindən gələni əsirgəmirdi. O, mühüm xəvaric[38] tayfalarından birinin başçısı idi və inanırdı ki, bütün müsəlmanlar kafirdirlər, həqiqi İslam ardıcılları yalnız xəvariclərdir! Xalid ibni İmran nəql edir ki, həcc mövsümündə Əkrəmənin belə dediyini eşitdim: "Əgər həcc mərasimində iştirak edən hacıların hamısını qılıncdan keçirtsəm, həmişəlik arzuma çatmış olaram!" Əkrəmə Quranın mütəşabih ayələri haqqında deyir: "Bu cür ayələri göndərməkdə Allahın məqsədi camaatı zəlalətə salıb azdırmaqdan başqa bir şey deyil!" İbni Abbasın oğlu deyir: "Bu mənfur şəxs (Əkrəmə) atamın adından yalan hədislər nəql edir, saxta rəvayətlər düzəldərək onları atama istinad verirdi." Əbdüllah ibni Haris İbni Abbasın oğlunun yanında Əkrəməni ciddi şəkildə danlayaraq, dedi: "Niyə Allahı nəzərə almırsan və təqvadan qaçırsan?" İbni Müsəyyibdən də nəql edirlər ki, öz qulunu azad edəndən sonra, ona dedi: "Məbada Əkrəmənin öz ağası İbni Abbasın adından yalan danışdığı kimi, sən də mənim adımdan həqiqətin əksinə (yalan) danışasan!"

Əllamə Şərəfüddinin sözlərindən (onun istinad etdiyi kitablar da sünnü alimləri tərəfindən ravilərin fasiq və ya adil olması barədə yazılan kitablardır) Əkrəmənin həqiqi siması"yalançı, imansız, xain, vicdansız və İmam Əli (əleyhissalam)-ın birinci dərəcəli düşmənlərindən olması aşkar olur.

Deməli, Əkrəmə "Təthir" ayəsi haqqında öz şəxsi nəzəriyyəsini sübut etməyə can atmaqda İmam Əli (əleyhissalam) ilə düşmənçilikdən başqa bir məqsəd güdmür.

Əkrəmə əgər bu rəvayəti öz ağası İbni Abbasın adından nəql edirsə, onda bu, elə onun öz ağasının adından yalan danışmaqdakı köhnə xasiyyətidir. Xüsusilə də bunu nəzərə almaq lazımdır ki, İbni Abbasdan çoxlu rəvayət nəql olunub və hamısı da göstərir ki, "Təthir" ayəsi Peyğəmbərin zövcələri haqqında deyildir. O cümlədən, Əhməd ibni Hənbəl mötəbər sənəd əsasında Əmr ibni Məymundan belə nəql edir: "İbni Abbas İmam Əlinin fəzilətlərini etiraf edərək dedi: Allahın Rəsulu öz əbasını əlinə alıb Əli, Fatimə, Həsən və Hüseynin üstünə çəkdi və "Təthir" ayəsini oxudu: "İnnəma yüridullah...".[39]

Bəli, Əkrəmə kimi nadan, Əhli-beyt(əleyhimussalam) düşməni və Qurandan xəbərsiz olan bir adamın sözünə əsla inanmaq olmaz, onun nəql etdiyi rəvayətlərin heç bir dəyəri yoxdur.

2-MÜQATİL KİMDİR?

"Təthir" ayəsinin Peyğəmbərin zövcələri barəsində nazil olmasını iddia edən ikinci şəxs Müqatil ibni Süleymandır. Adını qeyd etdiyimiz alim onun barəsində belə yazır: "O da Əmirəl-mömininin qatı və barışmaz düşmənlərindən idi, öz nəzəriyyələrinə haqq qazandırmaq üçün həddindən artıq çalışmış, Əlinin danılmaz fəzilətlərini bacardığı qədər zehnlərdən silmək istəyib. O, etiqad baxımından "müşəbbihə" firqəsindəndir və Allahı insana təşbih edirdi. Əbu Hənifə onun barəsində belə demişdir: "Müqatil təşbihi isbat etmək yolunda ifrata varmış, Pərvərdigarı məxluq kimi təsəvvür etmişdir."

YERSİZ İDDİA VƏ RÜSVAYÇİLİQ

Müqatil bir dəfə xalqın toplantısında iddia edərək dedi: "Göyün altında, yerin üstündə olan hansı şey barəsində istəyirsinizsə soruşun, cavab verim." Elə bu vaxt bir nəfər ondan soruşdu: "Adəm peyğəmbər Həcc ehramından çıxdıqdan sonra onun başını kim qırxdı?" Müqatil onun cavabını verə bilməyib pərt oldu!

Amma bu rüsvayçılıqdan sonra, həmin iddianı başqa məclisdə təkrar etdi. Ondan soruşdular: "Qarışqanın həzm orqanları onun zəif bədəninin hansı hissəsində yerləşir?" O, bu dəfə də cavabsız qaldı.

Müqatil ibni Süleymanın tərcümeyi-halı Əllamə Şərəfüddin tərəfindən bəyan ediləndən sonra, onun "Təthir" ayəsinin Peyğəmbərin zövcələri barəsində nazil olması ilə əlaqədar dediyi sözlərdə də dəqiq mühakimə yürütmək çox asandır. Gərək burada Müqatilə deyək:

اي مگس عرصه سيمرغ نه جولانگه تست

عرض خود مي بري و زحمت ما مي دادي

Ay milçək! Sən ki, simürğün məqamında deyilsən

Bəs niyə öz abrını töküb, bizi də zəhmətə salırsan?!

3-ÜRVƏT İBNİ ZÜBEYR KİMDİR?

"Təthir" ayəsinin Peyğəmbərin zövcələri haqqında nazil olmasını sübut etmək üçün əl-ayağa düşən üçüncü şəxs Ürvət ibni Zübeyrdir. "Qamusür-rical" kitabında onun haqqında belə qeyd olunur:

"Ürəvət Əli barəsində açıq-aşkar şəkildə nalayiq sözlər deyirdi. O, (Müaviyə ilə) müharibəyə getmək məcburiyyətində qalan Əlini həmişə müharibənin əsl səbəbkarı kimi qələmə verir, ona iftira yağdırırdı. Həyasızlığı o həddə çatmışdı ki, yalandan rəvayət nəql edərək deyirdi ki, Ayişənin belə dediyini eşidib: "Mən Peyğəmbərin yanında idim. Abbas və Əli onun hüzuruna gəldilər. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) onları görən kimi, yavaşca mənə dedi: Bu iki nəfər öləndə İslam dinindən çıxmış olacaqlar!!"

Bəli, Ürvənin bu cür həyasızlığı onun iftiraçı və İmam Əli (əleyhissalam) ilə barışmaz düşmən olmasını, ona kinküdurət bəslədiyini və savadsızlığını göstərir. Əgər o, "Təthir" ayəsini özü bildiyi kimi təfsir etsə və ya başqalarına aid etsə, onda onun haqqında deyə bilərik ki, Quranın təlatümlü mərifət dəryasından bir damla olsun belə, ona nəsib olmaz ondan qalxan od şöləsi yalnız kin-küdurətdən qaynaqlanar hansısa bir şeyi nisbət versə, böhtan və iftiradan başqa şeydən irəli gəlməz.

İKİNCİ DƏSTƏ

Yuxarıda qeyd etdik ki, bəzi sünnü müfəssir və alimləri də "Təthir" ayəsinin yalnız Peyğəmbərin zövcələri haqqında nazil olduğunu, yaxud o Həzrətin yaxın adamları barəsində olsa da zövcələrinə də şamil olduğunu iddia edirlər. Onların cavabında deməliyik ki, Peyğəmbərin zövcələri barəsində olan ayələr nə onların müqəddəratları haqqında Allahın əzəli iradəsindən söz açır, nə də onların fəzilətli olmalarına dəlalət edir. Lakin "Təthir" ayəsi Allahın əzəli iradəsindən söz açaraq "Əhli-beyt" adı ilə tanınmış xüsusi bir dəstənin başqalarından fəzilətli, şərəfli və üstün olmalarını sübut edir. Belə isə hansı dəlilə əsasən, "Təthir" ayəsinin Peyğəmbərin zövcələrinə də aid olmasını deyə bilərik? (Bu haqqda şərh veriləcək.)

Fərz edək ki, "Təthir" ayəsinin Peyğəmbərin zövcələri haqqında nazil olmuş ayələrlə yanaşı gəlməsi və cümlə quruluşu bu ayənin onlara da şamil olmasına bir əlamətdir. Lakin bu fərz yalnız cümlə quruluşunun vahid ahəngdə gəlməsindən başqa bir şeyə dəlalət etmir. Həm də bu qərinənin saysız-hesabsız rəvayətlər müqabilində müqavimət etməyə taqəti çatmaz. Halbuki Əhli-beytin yalnız beş nəfərdən ibarət olmasını aşkar bəyan edir və bu ləqəb Peyğəmbərin zövcələrinə aid deyildir. Ümmü Sələmə və şəxsən Ayişənin özü də bunu etiraf etmişlər.

Əgər sünnü alimləri "Təthir ayəsinin Peyğəmbərin zövcələrinə şamil olduğunu açıq-aşkar göstərən rəvayətlər də vardır" –  desələr, cavabında deyərik ki, sizin dediyiniz belə rəvayətləri yalnız Əkrəmə və onun kimiləri nəql edirlər ki, ya öz şəxsi rəy və nəzərlərini irəli sürür, ya da İbni Abbasın adından yalan nəql edirlər, halbuki sizin özünüz də ravilərin adil və ya fasiq olmasını araşdırmaq üçün yazdığınız kitablarda onları yalançı və əqidəsiz adamlar kimi təqdim etmisiniz. Buna görə də vicdanlı bir şəxs yersiz iddialara qapılmamalı, "Təthir" ayəsinin yalnız beş nəfərə–Ali-əbaya aid olmasında şəkk etməməli və Peyğəmbərin zövcələrinin bu böyük feyzdən, Allahın xas mərhəmətindən bəhrələnmədiklərini hökmən qəbul edilməlidir.

 İKİNCİ HİSSƏ

ƏHLİ-BEYT ƏLEYHİMÜS-SALAMİN VERDİYİ XƏBƏRLƏR

Bura qədər sünnü təriqi ilə gəlib çatan rəvayətləri oxucuların nəzərinə çatdırdıq. İndi isə şiə təriqi ilə məsum imamlarımızdan nəql olunmuş hədisləri qeyd edirik.

Dahi şiə mühəddislərinin (hədis alimlərinin) kitablarında bu haqda çoxlu hədislərlə rastlaşırıq. Əvvəldə qeyd etdiyimiz kimi, mühəddis Bəhrani "Ğayətül-məram" kitabında şiə təriqi ilə 34 rəvayət nəql etmişdir. Lakin qısaca da olsa, böyük mühəddis Şeyx Əbdül Əli ibni Cüme Ərusinin (hicrinin 1112-ci ilində vəfat etmişdir) "Nurus-səqəleyn" təfsirindən bir neçə hədisi burada qeyd edirik:

1-İmam Muhəmməd Baqir (əleyhissalam) "Təthir" ayəsinin şəni-nüzulu haqqında buyurur:

 فِي تَفْسِيرِ عَلِيِّ بْنِ اِبْراهِيمَ وَفِي رَواَيَةِ اَبِي الْجاَرُودِ عَنْ اَبِي جَعْفَرٍ§ فِي قَوْلِ اللهِ عَزَّ وَجَلَّ اِنَّماَ يُرِيدُ اللهُ... قاَلَ نَزَلَتْ هˆˆذِهِ الاَيَةُ فِي رَسُولِ اللهِ(ص)وَعَلِيٍّ بْنِ اَبِي طاَلِبٍ وَ فاَطِمَةََ وَ الْحَسَنِ وَ الْحُسَيْنِ صَلَواَتُ اللهِ عَلَيْهِمْ وَ ذَلِكَ فِي بَيْتِ اُمِّ سَلَمَةَ زَوْجَةِ النَّبِيِّ(ص)فَدَعاَ رَسُولُ اللهِ عَلِيًّا ®اَمِيرَ الْمُؤْمِنِينَ و َفاَطِمَةَ وَ الْحَسَن َ وَالْحُسَيْن صَلَواَتُ اللهِعَلَيْهِمْ ثُمَّ اَلْبَسَهُمْ كِساَءً لَهُ خَبَرِيًّا و َدَخَلَ مَعَهُمْ فِيهِ ثُمَّ قاَلَ اَللّهُمَّ هˆˆؤُلاَءِ اَهْلُ بَيْتِي وَعَدْتَنِي فِيهِمْ ماَ وَعَدْتَنِي اَللّهُمَّ اَذْهِبْ عَنْهُمُ الرِّجْسَ وَ طَهِّرْهُمْ تَطْهِيرًا فَقاَلَتْ اُمُّ سَلَمَةَ وَ اَنَا مَعَهُمْ ياَرَسُولَ اللهِ قاَلَ اِبْشِرِي ياَ اُمَّ سَلَمَةَ فَاِنَّكِ اِليَ خَيْرٍ

"Bu ayə Peyğəmbər, Fatimə, Əmirəl-möminin, Həsən və Hüseyn (əleyhimussalam)-ın haqqında nazil olmuşdur. Hadisə belə olmuşdu: Əli, Həsən, Hüseyn və Fatimə Peyğəmbərin zövcəsi Ümmü Sələmənin istirahət evində bir yerə toplaşmışdı. Ayə nazil olandan sonra Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Xeybər parçasından olan əbanı onların üstünə çəkdi, sonra özü də əbanın altına girdi və belə dua etdi: "Pərvərdigara! Mənə vədəsini verdiyin Əhli-beyt bu əbanın altındakılardan başqa heç kəs deyil. Pərvərdigara! Bunları napaklıqdan, aludəliklərdən qoru! Bunlara çoxlu-çoxlu paklıq inayət elə!" Ümmü Sələmə Peyğəmbərdən soruşdu: "Ya Rəsuləllah! Bu dua mənə də aiddir?" Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: "Xeyr, amma xoşhal ol ki, sənin də həyatın şərafətli olacaqdır".

2 "Üyunül-əxbar" kitabının müəllifi yazır:

فِي عُيُونِ الاَخْباَرِ فِي احْتِجاَجِ اَمِيرِ المُؤمِنِينَ عَلَيْهِ السَّلاَمُ عَلَي النّاَسِ يَوْمَ الشُّوريَ قاَلَ: اُنْشِدُكُم ُ اللهَهَلْ فِيكُمْ اَحَدٌ اَنْزَلَ اللهُ فِيهِ أيَةَ التَّطهِيرِ عَليَ رَسُولِ الله ِ اِنَّماَ يُرِيدُ اللهُ... فَاَخَذَ رَسُولُ اللهِ كِساَءً خَيْبَرِ يًّا فَضَمَنِي فِيهِ وَ فاَطِمَةَ وَ الْحَسَن َ وَ الْحَسَيْنَ ثُمَّ قاَلَ ياَ رَبِّ هؤَلاَءِ اَهْلُ بَيْتِي فَاَذْهِبْ عَنْهُم ُ الرِّجْسَ وَ طَهِّرْهُمْ تَطْهِيرًا غَيْرِي قاَلُوا لاَ.

İmam Əliyyibni Əbitalib (əleyhissalam) Ömərin xəlifə seçmək üçün təşkil etdiyi altı nəfərlik şurada Peyğəmbərdən sonra özünün canişin olmasını isbat edərək, buyurdu: "Deyin görək, "Təthir" ayəsi bizdən başqasının barəsində nazil olmuşdurmu? Ayə nazil olanda Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) bizdən başqa kimi öz əbasının altına yığıb "Pərvərdigara, mənim əhli-beytim bunlardır, onları hər növ çirkinlikdən və aludəlikdən qoru!"-deyə buyurdu?!" Şurada iştirak edənlərin hamısı İmam Əli (əleyhissalam)-ın sözlərini təsdiq edərək "yox, Allaha and olsun ki, sən düz deyirsən!"-dedilər.

3. Üçüncü xəlifənin dövründə mühacir və ənsarlardan bir dəstə məscidə yığışdılar. İmam Əli (əleyhissalam) onlar üçün söhbət etdi və söhbəti əsnasında "Təthir" ayəsinə toxunaraq buyurdu:

 فِي كِتاَبِ كَماَلِ الدِّينِ وَ تَماَمِ النِّمَةِ بِاِسْناَدِهِ اِليَ سُلَيْمِ بْنِ قَيسٍ الْهِلاَلِيِّ عَنْ اَمِيرِ الْمُؤْمِنِينَ اَنَّهُ قالَ فِي اَثْناَءِ كَلاَمٍ لَهُ فِي جَمْعٍ مِنَ الْمُهاَجِرِينَ وَالاَنْصاَرِ فِي الْمَسْجِدِ اَيّاَمَ خِلاَفَةِ عُثْماَنَ: اَيُّها النّاَسُ اَتَعْلَمُونَ اَنَّ اللهَ عَزَّ وَ جَلَّ اَنزَلَ فِي كِتابِهِ اِنَّما يُرِيدُ اللهُ...فَجَمَعَنِي وَ فَاَطِمَةَ وَ ابنَيَّْ حَسَنًا وَ حُسَينًا وَ اَلْقيَ عَلَيْناََ كِساَءً وَ قاَلَ اللّهُمَّ اِنَّ هؤَُلاَءِ اَهْلُ بَيْتِي وَ لَحْمَتِي يُؤْلِمُنِي ما يُؤلِمُهُم وَ يُحَرِّجُنِي ما يُحَرِّجُهُم فَاَذهِبْ عَنْهُمُ الرِّجسَ وَطَهِّرهُمْ تَطْهِيراً فَقالَتْ اُمُّ سَلَمَةَ وَاَنَا ياَ رَسُولَ اللهِ فَقالَ اَنْتِ اَوْ اِنَّكِ عَليَ خَيْرٍ اِنَّما اُنْزِلَتْ فِيَّ وَ فِي اَخِي وَابْنَتِي وَ فِي تِسْعَةٍ مِنْ وُلْدِ ِابْنِي الْحُسَينِ خاَصَّةً لَيْسَ مَعَناَ فِيهاَ اَحَدٌ غَيْرُناَ فَقاَلُوا ìَّ نَشْهَدُ اَنَّ اُمَّ سَلَمَةَ حَدَّثَتْناَ بِذلِكَ فَسَاَلنا رَسُولَ اللهِ فَحَدَّثَناَ كَماَ حَدَّثَتْناَ اُمُّ سَلَمَةَ رَضِيَ اللهُ عَنْهاَ وَ لكِنَّ اللهَ عَزَّ وَ جَلَّ اَنْزَلَ فِي كِتاَبِهِ لِنَبِيِّهِ اِنَّماَ يُرِيدُ الله...فَكاَنَ عَلِيٌّ وَ الْحَسَنُ وَ الْحُسَيْن ُ وَ فاَطِمَةُ عَلَيْهِمُ السَّلاَمُ فَاَدْخَلَهُمْ رَسُولُ اللهِ تَحْتَ الْكِساَءِ فِي بَيْتِ اَمِّ سَلَمَةَ ثُمَّ قاَلَ: الّلهُمَّ اِنَّ لِكُلِّ نَبِيٍّ اَهْلاً وَ ثِقْلاً وَ هؤَُلاَءِ اَهْلُ بَيْتِي وَ ثِقْلِي فَقاَلَتْ اُمُّ سَلَمَةَ: اَلَسْتُ مِنْ اَهْلِكَø قاَلَ اِنَّكِ اِليَ خَيْرٍ وَ لكِنْ هؤَُلاَءِ اَهْلِي وَ ثِقْلِي اِنَّكِ اِليَ خَيْرٍ ¨ اِنَّكِ عَليَ خَيْرٍ وَ اَذْهِبْ عَنْهُمُ الرِّجْسَ وَ طَهِّرْهُمْ طَتْهِيرًا



Geri   İrəli
Go to TOP