A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: TƏTHİR AYƏSİNİN TƏFSİRİ
Müəllif: Ayətullahul-üzma Məhəmməd Fazil Lənkərani
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Zeyd İslam cəmiyyətinin müqəddəratının qadınların əli ilə həll olunmadığını, eləcə də "Təthir" ayəsinin Ayişəni təthir etmədiyini (paklamadığını) bilir və onun tutduğu işdən çox təəccüblənir, heyrətə dalır. Əgər "Təthir" ayəsi Ayişənin haqqında nazil olsaydı, Zeyd onun dəvətinə mənfi cavab verməz, onun bu işini İslama hörmətsizlik saymaz və hökmən "Ayişənin gördüyü hər bir iş Allahın inayəti ilədir, Allahın əzəli iradəsi onun pak, nəcabətli olmasını hökm etmişdir və onun bu işləri hamı üçün höccətdir"-deyərdi. Necə ki, Ümmü Sələmənin dediyi sözlər onun Həzrət Əli (əleyhissalam)-a itaət və onu müdafiə etməsinə səbəb olmuşdu.

Zeyd yalnız buna görə Ümmü Sələmənin sözünü mötəbər sənəd kimi qəbul edir və Ayişənin gördüyü işi İslam dininin əleyhinə olan bir əməl hesab edirdi ki, o, "Təthir" ayəsinin Ayişənin barəsində deyil, Həzrət Əli və Əhli-beytin sair üzvləri barəsində nazil olduğunu bilirdi. Zeyd Ümmü Sələmənin Allah-Taala tərəfindən Peyğəmbərin zövcələri üçün nazil edilən ayələrin hökmünə əməl edərək, öz vəzifəsini layiqincə yerinə yetirdiyini gördüyü üçün onun sözünə inanır və öz canını Əli (əleyhissalam)-ın yolunda fəda edir.

3-İBNİ ABBASLA AYİŞƏNİN SÖHBƏTİ

Ayişə "Cəməl" müharibəsindən sonra Bəsrənin yaxınlığındakı "Bəni Xəlf" sarayına getdi. Həzrət Əli (əleyhissalam) İbni Abbası göndərdi ki, onu təcili olaraq Mədinəyə"öz evinə qaytarsın. İbni Abbas saraya gəldi, daxil olmaq üçün Ayişədən icazə istədi, lakin o, icazə vermədi. İşi belə görən İbni Abbas icazəsiz saraya daxil oldu. Ayişə onu danlayıb dedi: "Nə üçün mənim evimə icazəsiz girdin?!" İbni Abbas dedi: "İslamın hökmlərini və qayda-qanunlarını bizə öyrətmə! Bu qanunları sənə biz öyrətməliyik. Sənin evin həmin evdir ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) o evdən bayıra çıxmağı və müsəlmanların (siyasi) işlərinə müdaxilə etməyi sənə qadağan etmişdi. Sən isə özünə zülm edib, Peyğəmbərin evindən çıxdın, Allahı qəzəbləndirib Peyğəmbərə itaətsizlik etdin. Hər vaxt Mədinəyə qayıdıb öz evində otursan, onda mən heç vaxt icazəsiz sənin evinə gəlib fərşinin üstündə oturmaram."[31]

Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) sünnəsinin müəllimi və böyük Quran təfsirçisi İbni Abbasın bu sözləri də göstərir ki, Peyğəmbərin zövcələri haqqında nazil olan ayələr onların siyasi işlərə qoşulmalarına icazə vermir. Əgər siyasi işlərə qoşulsalar, təcavüzkar hesab olunar və belə olan təqdirdə onların hətta adi bir müsəlman qadını qədər də dəyəri olmaz. (Məhz buna görə də İbni Abbas icazəsiz evə girmişdi-müt.)

Bu məktublar və söhbətlər "Təthir" ayəsinin məfhumunu daha da işıqlandırır, onun Peyğəmbərin zövcələri ilə heç bir əlaqəsi olmadığını sübut edir. Məşhur dini şəxsiyyətlərin söhbətlərində bu qəbildən olan dəlil-sübutların sayı-hesabı yoxdur. Lakin biz burada bundan artıq bəhs etmək istəmirik.

BAŞQA BİR MÜHÜM MƏSƏLƏ

Qeyd olundu ki, "Təthir" ayəsi Əhli-beytin öhdəsinə ağır və mühüm bir vəzifəni qoymaq üçün nazil olmuşdur. Gələcək bəhslərdə bəyan olunacağı kimi, bu mühüm vəzifə Əhli-beytin ümmətə rəhbərlik etməsindən başqa bir şey deyildir. Məsum İmamlarımızın "Təthir" ayəsi haqqında dedikləri sözlər, habelə onların xilafət və imamət məsələsində bu ayəyə istinad etmələri müddəamıza gözəl dəlildir. Təbiidir ki, bu ayə vəzifəsi camaat içinə çıxmamaq olan Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) zövcələrinə aid edilə bilməz. İndi isə İslam rəhbərlərinin xilafət barəsində "Təthir" ayəsinə işarə etdikləri bəzi məqamları qeyd edirik:

1-SƏQİFƏDƏ

Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) -in vəfatından sonra mühacir və ənsar xəlifə təyin etmək üçün bir-birinin canına düşdülər. "Bəni saidə" səqifəsində (kölgəlik üçün düzəldilən yerdir) yığılan birinci dəstə ənsardan idi. (Onlar Mədinədə Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) kömək etmişdilər.) Səd ibni Übadə müsəlmanların rəhbəri olmağa hamıdan çox can atır, öz rəhbərliyini rəsmiləşdirmək istəyirdi. Əbu Bəkr və Ömər hadisədən xəbər tutub təcili olaraq özlərini səqifəyə çatdırdılar.[32] Çünki onlar uzun illər arzusunda olduqları rəyasətin ənsara qismət olacağından qorxurdular. Açıq və eyni zamanda həyəcanlı bir məclisdə Əbu Bəkr söhbətə başladı. Onun son nəzəri bu oldu ki, rəhbər (xəlifə) mühacirlərdən, vəzir isə ənsardan olsun. Amma bu nəzər ənsarın başçılarından olan Hübab ibni Münzərin ciddi müxalifətinə səbəb oldu. Səd ibni Übadənin öz məqsədinə çatmasına (rəhbər olmasına) az qalmışdı. Lakin gözlənilmədən onun əmisi oğlu Bəşir ibni Səd müsəlmanların rəhbərinin mühacirlərdən seçilməsini zəruri hesab etdi. Bəşirin öz əmisi oğlu Səd ilə əvvəldən yaxşı münasibəti olmadığından onunla rəqabətə başladı. Nəhayət Bəşir belə bir təklif irəli sürdü ki, Qüreyş başçılarından biri müsəlmanların rəhbəri olsun. Uzun-uzadı çəkişmələrdən, əsassız və mənasız mübahisələrdən sonra əksəriyyətin müxalifəti ilə yanaşı, Əbu Bəkri rəhbərliyə qəbul seçdilər.

Ömər Əbu Bəkrin rəhbər seçilməsindən çox sevinirdi. Onun gördüyü şirin yuxular artıq gerçəkləşmə ərəfəsində idi. Müsəlman cəmiyyətində qılıncının dalı da, qabağı da kəsəcəkdi. Amma eyni halda Əli (əleyhissalam) barəsində nigaran idi. O, Əli (əleyhissalam)-ın öz haqqını tələb edərək Allah tərəfindən ona verilmiş imaməti (rəhbərliyi) tələb etməsindən qorxurdu. Buna görə də Fatimənin evinə gedib, Əli (əleyhissalam)-ı Əbu Bəkrin yanına aparmaq istədi ki, onunla beyət etdirsin. Lakin Əli (əleyhissalam) onunla beyət etməkdən ciddi şəkildə imtina etdi. Ömər isə bu işə ciddi şəkildə israr edirdi. Əliyyibni Əbitalib (əleyhissalam) Ömərə dedi: "Ey Ömər! Sənin xilafətin "südlə dolu bərəkətli döşündən" çoxlu mənfəət götürməkdən başqa bir məqsədin yoxdur. Bu gün işi möhkəm tutmaq istəyirsən ki, sabah özünü o südlə sirab edəsən. Amma bil ki, heç vaxt sənin bu təklifinə əhəmiyyət verməyəcək, Əbu Bəkrin əsası zülm ilə qoyulan xilafətini qəbul etməyəcəyəm!"

Bu vaxt Əbu Übeydə söhbətə başladı. Onun Əliyyibni Əbitalibin rəhbər olmasına tutduğu yeganə irad o Həzrətin cavan olması idi. Əbu Übeydənin yersiz və xam xəyalla dolu olan sözlərindən sonra, İmam (əleyhissalam) özünün müsəlmanların rəhbəri kimi təyin olunmasını və bu işə hamıdan artıq ləyaqətli olmasını isbat etmək üçün "Təthir" ayəsinə istinad edərək buyurdu:

ياَ مَعْشَرَ الْمُهاَجِرِيبنَ لاَ تُخْرِجُواسُلْطاَنَ مُحَمَّدٍعَنْ داَرِهِ وَبَيْتِهِ اِليَ بُيُوتِكُمْ وَ دُورِكُمْ وَلاَتَدْفَعُوا اَهْلَهُ عَنْ مَقاَمِهِ فِي النّاَسِ وَحَقِّهِ فَوَ اللهِ ياَ مَعْشَرَ الْمُهاَجِرِينَ نَحْنُ اَهْلَ الْبَيْتِ اَحَقُّ بِهذاَ الاَمْرِ مِنْكُمْ اَماَ كَانَ مِناَّ الْقاَرِئُ لِكِتاَبِ اللهِالْفَقِيهُ فِي دِينِ اللهِ الْعاَلِمُ

"Ey Mühacirlər! Mühəmmədin hökumətinin qüdrətini o Həzrətin evindən çıxardıb, öz evlərinizə tərəf çəkməyin. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in vəfatından sonra onun sülaləsinin layiq olduqları məqamı onların əlindən almayın. Ey mühacirlər, and olsun Allaha, müsəlmanlara rəhbərliyə yalnız biz layiqik. Çünki, "Əhləl-beyt" bizik. Deyin görək, Allahın kitabına bizdən də elmli, Allahın dinində bizdən də bəsirətli, Rəsuli Əkrəmin sünnəsinə bizdən də agah, ictimai təşkilatçılığı bizdən yaxşı bilən bir kəs varmı?"

قاَلَ الْبَشِيرُ بْنُ سَعْدٍ: لَوْ كاَنَ هذاَ الْكَلاَمُ سَمِعَتْهُ مِنْكَ الاَنْصاَرُ ياَ عَلِيُّ قَبْلَ بَيْعَتِهِمْ لاَبِي بَكْرٍ ماَ اخْتَلَفَ عَلَيْكَ اثْناَنِ وَ لكِنَّهُمْ قَدْ باَيَعُوا

Bəşir ibni Səd Həzrəti Əlinin möhkəm və kəsərli dəlillərindən sonra dedi: "Ey Əli, əgər bu sözləri Əbu Bəkrlə beyət etməzdən qabaq bizə desəydin, ənsardan heç kəs səndən başqasına beyət etməzdi. Lakin nə etmək olar, artıq iş işdən keçib."[33]

ƏDƏBİ BİR İNCƏLİK

Bütün dəlillər Əliyyibni Əbitalib (əleyhissalam)-ın kəlamında da riayət olunmuş bir ədəbi incəliyə əsaslanır. Həzrətin buyurduğu "nəhnu əhəqqu bihazəl-əmr" (yəni "biz xilafətə mühacir və ənsardan artıq ləyaqətliyik") cümləsi mübtəda və xəbərdən təşkil olunmuşdur. Amma mübtəda və xəbərin arasında "Əhləl-beyt" kəlməsi zikr olunur. Bu kəlmə Əli (əleyhissalam)-ın ifadəsində (fəthə ilə) gəlib. Əgər fəthə ilə olarsa, ərəb dilində "ixtisaslaşdırmaq", "məxsus olmaq" mənasını daşıyır. Bununla da "innəma yuridullah" ayəsinə işarə edir, çünki, elə bu ayədə də "Əhləl-beyt" kəlməsi fəthə ilədir və məxsus şəxslərin nəzərdə tutulduğunu çatdırır.

Məsələn, "nəhnu məaşirəl-ənbiyai la nuvərrisu" cümləsində "məaşirəl" kəlməsi bu hökmün yalnız peyğəmbərlərə həsr olunduğunu göstərir. Deməli, Əli (əleyhissalam)-ın kəlamının məfhumu budur ki, "rəhbərlik və xilafət məqamına yalnız və yalnız biz Əhli-beyt(əleyhimussalam) layiqik və bu məqam yalnız bizim üçün nəzərdə tutulub."

Həzrət Əli (əleyhissalam) Peyğəmbərdən sonra öz xilafətinin labüd və qaçılmaz məsələ olduğunu göstərən bu qədər fəzilətlər, kəsərli və danılmaz dəlillərlə yanaşı, Əbu Übeydə özünün məntiqsiz sözü ilə başqalarının xilafətə layiq olmasından dəm vuraraq dəlil-sübut gətirməyə çalışanda, o həzrət saxta və üzdəniraq məşvərət şurası müqabilində yalnız şərif ayəyə işarə edir. Ayə bu məsələyə o qədər aydın şəkildə dəlalət edir ki, hətta Bəşir ibni Süleyman deyirdi: "Əgər Əli bunları bir az tez desəydi, ənsardan heç kəs onunla müxalifət etməz, yekdilliklə "Əli müsəlmanların rəhbəridir" deyərdilər."

2-ŞURA

Seyyid Haşim Bəhrani hicri tarixi ilə 11-ci əsrin sonu və ya 12-ci əsrin əvvəllərində yaşamış böyük alimlərdən və mühəddislərdən biridir. O, çoxlu kitab, o cümlədən məşhur "Əl-Burhan" təfsirini yazmışdır. Həmin kitabın 265-ci səhifəsində mötəbər sənədlə İbni Babəveyh Qumidən, o da Həzrət Əliyyibni Əbitalib (əleyhissalam)-ın böyük səhabələrindən biri olan Amir ibni Vailədən bir rəvayət nəql edir. Həmin rəvayətdə aşağıdakı cümlələr gözə dəyir:

ثُمَّ ذَكَرَ ماَ احْتَجَّ بِهِ عَليَ اَهْلِ الشُّوريَ فَقاَلَ فِي ذلِكَ: نَشَدْتُكُمْ بِاللهِ هَلْ فِيكُمْ اَحَدٌ اَنْزَلَ اللهُ فِيهِ أيَةَ التَّطْهِيرِ عَليَ رَسُولِ اللهِ: اِنَّماَ يُرِيدُ اللهُ لِيُذْهِبَ... قاَلُوا اللّهُمَّ لاَ.

"Sonra Həzrət Əli müsəlmanların rəhbəri olmağa yalnız özünün ləyaqətli olduğunu isbat etməyə başladı. O, şura iştirakçılarını Allaha and verib soruşdu: "Sizin içinizdə elə bir adam varmı ki, "İnnəma yuridullah" ayəsi ("Təthir" ayəsi) onun barəsində nazil olmuş olsun?!"[34] Şurada iştirak edənlərin hamısı "Allaha and olsun ki, yox!"-deyə cavab verdilər. (Yəni "Təthir" ayəsi ancaq Əhli-beyt(əleyhimussalam) haqqındadır.)

Deməli, Həzrəti Əli iki dəfə, özü də ən həssas anlarda özünün rəhbərliyə layiq olmasını "Təthir" ayəsinə istinadən sübut etmiş və aydınlaşdırmışdır ki, bu ayə müsəmanlara rəhbərliyi, imamət vəzifəsini təyin edir və müsəlmanlara yalnız bu ayənin bəyan etdiyi şəxs rəhbər ola bilər.

O anlardan birincisi Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) vəfat edəndən sonra və xəlifə seçkisi üçün rəqabət yaranan zaman idi. (Belə ki, ayənin nazil olmasından hələ çox keçməmişdi.)[35] İkincisi isə, Ömərin, özündən sonra xəlifə seçməyi altı nəfərlik şuranın öhdəsinə qoyduğu vaxt. Bu zaman yenə də çox ustalıqla hiylə işlədib Həzrət Əlini, özünün danılmaz haqqından məhrum etdilər. Bu şura təşkil olunan zaman Peyğəmbərin vəfatından təqribən 13 il, "Təthir" ayəsinin nazil olmasından isə 13 il və bir neçə ay keçmişdi. İmam Əli (əleyhissalam) əvvəldə buyurduğu sözünü burada da təkrar etdi, ona istinadən həqiqi xəlifəni təqdim edərək onun özündən başqa heç kəsin bu müqəddəs məqama, həssas vəzifəyə seçilməyə ləyaqəti olmadığını aydınlaşdırdı.

3-İMAM HƏSƏN (əleyhissalam) VƏ "TƏTHİR" AYƏSİ

İmam Həsən (əleyhissalam) xilafətə çatandan sonra müsəlmanlara xitab edərək buyurdu:

اَيّهاَ النّاَسُ مَنْ عَرَفَنِي فَقَدْ عَرَفَنِي¨ وَ مَنْ لَمْ يَعْرِفْنِي فَاَناَ الْحَسَنُ بْنُ مُحَمَّدٍ اَناَ بْنُ الْبَشِيرِ اَناَ بْنُ النَّذِيرِ اَنَا بنُ الّداَعِي اِلي اللهِ عَزَّ وَ جَلَّ بِاِذنِهِ اَنَا بْنُ السِّراَجِ الْمُنِيرِ وَ اَنَا مِنْ اَهْلِ الْبَيْتِ الَّذِينَ اَذْهَبَ اللهُ عَنْهُمُ الرِّجْسَ وَ طَهَّرَهُمْ تَطْهِيرًا

"Ey camaat! Hər kəs məni tanıyırsa tanıyır, tanımırsa bilsin ki, mən Həsənəm, xalqı ilahi nemətlərə müjdə verən, ilahi əzabdan qorxudan Peyğəmbərin"Mühəmmədin, Allahın elçisinin oğluyam. Halbuki onun müqəddəs vücudu qəlblərə nur saçardı. Ey camaat! Mən Allahın, hər növ zahiri və batini çirkinliklərdən təmizləyib, pak ruh, səfa-səmimiyyətlə dolu olan qəlb bağışladığı Əhli-beytdənəm."[36]

Göründüyü kimi, İslamın ikinci rəhbəri"İmam Həsən (əleyhissalam) nəcabətli nəsildən olmasından əlavə, rəhbərliyə təkcə özünün layiq olmasını "Təthir" ayəsi ilə sübut edir. Əgər bu ayə İslam rəhbərlərinin şəxsiyyətini təyin etməsəydi, İmam Həsən (əleyhissalam)-ın öz rəhbərliyi haqqındakı söhbətində bu ayəyə istinad edərək onu dəlil gətirməsinin mənası olmazdı.

Bəli, bu canlı şahidlər Əhli-beytin yüksək məqamını, Peyğəmbərin zövcələrinin bu ayənin əhatə dairəsindən xaric olmasını və yalnız seçilmiş təbəqədən olan bu insanların rəhbərliyinə dəlalət etməsini aydınlaşdırır.

 İKİNCİ MƏSƏLƏNİN ARAŞDİRİLMASİ

"TƏTHİR" AYƏSİNİN NƏ ÜÇÜN VƏ HARADA NAZİL OLMASİ HAQQİNDA

Burada iki mühüm məsələni araşdırırıq:

1-"İnnəma yuridullah..." cümləsi ayırıca nazil olub və müstəqil ayədir, yoxsa özündən qabaqkı ayənin davamıdır və müstəqil ayə deyil?

2-"Təthir" ayəsi müstəqildirsə, onda nə üçün "vəqərnə fi buyutikunnə" cümləsinin ardınca gəlir və ayrıca yazılmamışdır?

"TƏTHİR" AYƏSİNDƏKİ "İNNƏMA YURİDULLAH..." CÜMLƏSİ AYRİCA BİR CÜMLƏDİR

Yuxarıdakı cümlənin ("Təthir" ayəsinin) müstəqil olmasını araşdırmaq üçün əvvəlcə onun nə üçün və harada nazil olduğuna daha çox diqqət yetirmək lazımdır (buna "şəni-nüzul" deyilir). Çünki onun şəni-nüzulunu mülahizə etdikdə onun həm müstəqil olması, həm də xüsusi yedə və mühüm bir məsələ üçün nazil olması aydın olur. Əlbəttə, bu ayənin necə nazil oduğunu yalnız sünnü və şiə mühəddislərinin nəql etdikləri hədislərdən öyrənmək olar.

Qurandan yalnız bu aydın olur ki, "Təthir" ayəsi Peyğəmbər(səlləllahu əleyhi və alihi və səlləm) -in zövcələri barəsində nazil olmuş ayələrlə birlikdə və "vəqərnə fi buyutikunnə" ayəsinin axırında gəldiyinə görə, Peyğəmbərin zövcələri haqqında olan ayələrlə bir vaxtda nazil olmuşdur. Çünki, bizim əqidəmizə görə Quran ayələri (Peyğəmbərin göstərişi ilə və) aralarındakı sıx bağlılıq əsasında yazılıb tərtib olunmuşdur. Buna əsasən inanırıq ki, "Təthir" ayəsi də Peyğəmbərin zövcələrinə, onların islami vəzifələrini təyin etmək üçün göstəriş verdiyi şəraitdə nazil olmuşdur.

Deməli, "Təthir" ayəsinin ayrıca nazil olduğunu sübut etmək üçün hökmən hədisləri araşdırmalıyıq və bundan başqa, etimad olunası digər bir yol yoxdur. Bu barədə həm sünnü, həm də şiə təriqi ilə çoxlu hədis nəql olunmuşdur. Hətta böyük mühəddis Əllamə Bəhrani "Ğayətül-məram" kitabında bu barədə sünnülərdən 41 hədis, şiələrdən isə 34 hədis nəql edir. Onlardan bir qismini burada qeyd etmək daha məqsədə uyğundur. Əvvəlcə sünnü təriqi ilə nəql olunmuş hədislərdən bir neçəsini qeyd edirik.

"Təfsiri-ibni-Kəsir" kitabı sünnü alimlərinin nəzərində mötəbər sayılır və məşhur təfsirlərdən biridir. O kitabda nəql olunan bir hədisdə (ixtisara riayət etmək üçün sənədlərini nəql etmirik) Ümmü Sələmə deyir:

اٍِِنَّ النَّبِيَّ (ص) كاَنَ فِي بَيْتِهاَ فَاَتَتْهُ فاَطِمَةُ رَضِيَ اللهُ عَنْهاَ بِبُرْمَةٍ فِيهاَ حَزِيرَةٌ فَدَخَلَتْ عَلَيْهِ بِهاَ فَقاَل لَهاَ اُُْدعِي زَوْجَكِ وَابْنَيَيْكِ قاَلَتْ: فَجاَءَ عَلِيٌّ وَحَسَنٌ وَحُسَينٌ رَضِيَ اللهُ عَنْهُمْ فَدَخَلُوا عَلَيْهِ فَجَلَسُوا يَاْكُلُونَ مِنْ تِلْكَ الْْخَزِيرَةِ وَ هُوَ عَليَ مَنامٍ لَهُ وَ كاَنَ تَحْتَهُ (ص) كِساَءٌ خَيْبَرِيٌّ قاَلَتْ وَ اَنَا فِي الْحُجْرَةِ اُصَلِّْي فَاَنْزَلَ اللهُ هذِهِ الأيَةَ : اِنّماَ يُرِيدُ اللهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ اَهْلَ الْبَيْتِ قَاَلَتْ رَضِيَ اللهُ عَنْهاَ: فَاَخَذَ فَضْلَ الْكِساَءِ فَغَظّاَهُمْ بِهِ ثُمَّ اَخْرَجَ يَدَهُ فَاَلْويَ بِهاَ اِلَي السَّماَءِ ثُمَّ قاَلَ هؤَلاَءِ اَهْلُ بَيْتِي وَ خَاَصَّتِي فَاَذْهِبْ عَنْهُمُ الرِّجْس َ وَ طَهِّرْهُمْ تَطْهِيرًا قاَلَتْ: فَاَدخَلْتُ رَاْسِيَ البَيْتَ فَقُلْتُ: وَ اَنَا مَعَكُمْ ياَ رَسُولَ اللهِ فَقاَلَ: اِنَّكِ اِليَ خَيْرٍ اِنَّكِ اليَ خَيْرٍ

"Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) mənim evimdə idi. O Həzrətin əziz qızı Fatimə daşdan hazırlanmış bir qabda yemək gətirdi. Bu yemək un, yağ və bəzi vaxtlar isə ətlə hazırlanırdı. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Fatiməyə buyurdu: Ərin Əlini və övladlarını (rəziyəllahu ənhum) çağır gəlsinlər, bir yerdə yemək yeyək. Fatimə (rəziyəllahu ənha) onları çağırdı. Süfrə salındı. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) üstünə xeybər parçası çəkilmiş yataqda oturmuşdu. Mən də evin bir küncündə namaz qılırdım. Elə bu vaxt "Təthir" ayəsi ("innəma yuridullah...") nazil oldu. Ayə nazil olan kimi, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) öz əzizlərini həmin parçanın altında oturdub, əllərini göyə qaldırdı və buyurdu: "Pərvərdigara! Bu dörd nəfər mənim Əhli-beytim və ən yaxın adamlarımdır. Pərvərdigara, bütün çirkinlikləri bunlardan uzaq et, onların qəlblərini daha da paklaşdır."(Ümmü Sələmə əlavə edir:) Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) dua edən vaxt, mən onlara yaxınlaşıb dedim: "Ey Allahın Rəsulu, etdiyin bu dua mənə də şamildirmi?" Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: "Xeyr! Lakin, sənin aqibətin çox yaxşı olacaq."

2-Həkim ibni Səid deyir:

عَنْ حَكِيمِ بْنِ سَعِيدٍقاَلَ ذَكَرْناَعَلِيَّ بْنَ اَبِي طاَلِبٍ رَضِيَ اللهُعَنْهُ عِنْدَ اُمِّ سَلَمَةَ رَضِيَ اللهُعَنْهاَ فَقاَلَتْ فِي بَيْتِي نَزَلَتْ: اِنمّاَ يُرِيدُ اللهُ... قالَتْ اُمُّ سَلَمَةَ: جَاءَ رَسُولُ اللهِ (ص) اِليَ بَيْتِي فَقاَلَ لاَ تَاْذَنِي لاَحَدٍ فَجاَءَتْ فاَطِمَةُ رَضِيَ اللهُ عَنْهاَ فَلَمْ اَسْتَطِعْ اَنْ اَحْجُبَهاَ اَنْ اَبِيهاَثُمَّ جاَءَ الْحَسَنُ رَضِيَ اللهُعَنْهُ فَلَمْ اَسْتَطِعْ اَنْ اَمْنَعَهُ اَنْ يَدْ خُلَ عَليَ جَدِّهِ وَ اُمِّهِ ثُمَّ جاَءَ الْحُسَيْنُ رَضِيَ اللهُ عَنْهُ فَلَمْ اَسْتَطِع ْ اَنْ اَحْجُبَهُ عَنْ جَدِّهِ وَ اُمِّهِ ثُمَّ جاَءَعَلِيٌّ رَضِيَ اللهُ عَنهُ فَلَمْ اَسْتَطِعْ عَنْ اَحجُبَهُ فاجْتَمَعُوا فجَلَّلَهُمْ رَسُولُ اللهِ بِكِساَءٍ كاَنَ عَلَيْهِ ثُمَّ قاَلَ:هؤَُلاَءِ اَهْلُ بَيْتِي فَاَذْهِبْ عَنْهُمُ الرِّجْسَ وَطَهِّرْهُمْ تَطْهِيرًا فَنَزَلتْ هذِهِ الأيَةُ حِينَ اجْتَمَعُوا عَلَي الْبِساَطِ قالتْ: فَقُلْتُ ياَ رَسُولَ اللهِ وَ اَنَا قاَلَ فَوَاللهِ ماَ انْعَمَ وَ قاَلَ اِنَّكِ اِلي خَيرٍ

Ümmü Sələmənin yanında Əli (rəziyəllahu ənhu) haqqında söhbət gedirdi. Ümmi Sələmə bu münasibətlə "Təthir" ayəsini oxudu, sonra dedi: "Bu ayə mənim evimdə nazil oldu. Bir gün Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -ə xidmət etmək iftixarı mənə nəsib olmuşdu. Həzrət istəyirdi ki, bu gün evdə tək olsun və başqası bizim evimizə gəlməsin. Mənə tapşırdı ki, bu gün heç kəsin evə gəlməsinə icazə verməyim. Amma Fatimə (rəziyəllahu ənha) gəldi. Mən onu geri qaytarmağa utandım. O, evə daxil oldu. Bir azdan sonra Həsən, sonra Hüseyn, daha sonra isə Əli (rəziyəllahu ənhum) bizim evimizə gəldilər və Peyğəmbərin ətrafında oturdular. Elə bu vaxt ayə nazil oldu. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) bu dörd nəfəri bir yerə yığıb əbasını onların başına çəkdi, buyurdu: "Pərvərdigara! Mənim Əhli-beytim bu dörd nəfərdən başqa heç kəs deyildir. İlahi, onları çirkinliklərdən uzaq et!" Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) onların barəsində dua edəndən sonra, mən dedim: "Ay Allahın Rəsulu, bəs mən?!" Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: "Bu ayə və dua sənə şamil deyil. Lakin, bil ki, sənin gələcəyin parlaqdır."

Ümmü Sələmə bu söhbətin axırında dedi: "Onların yığıncağı çox bərəkətli idi!"

3-Əbu Səid Xudri Ümmü Sələmənin belə dediyini nəql edir:

عَنْ اَبِي سَعِيدٍ عَنْ اُمِّ سَلَمَةَ رَضِيَ اللهُ عَنْهاَ قاَلَتْ: اِنَّ هذِهِ الاَيَةَ نَزَلَتْ فِي بَيْتِي اِنَّماَ يُرِيدُ اللهُ...قاَلَتْ وَاَنَا جاَلِسَةٌ عَليَ بابِ البَيْتِ فَقُلْتُ ياَ رَسُولَ اللهِ اَلَسْتُ مِنْ اَهْل الْبَيْتِ فَقاَلَ (ص) اِنَّكِ اِليَ خَيْرٍ اَنْتِ مِنْ اَزْواَجِ النَّبِيِّ قاَلتْ وَ فِي الْبَيْتِ رَسُولُ اللهُ وَ عَلِيٌّ وَ فاَطِمَةُ وَ الْحَسَنُ وَ الْحُسَيْنُ رَضِيَ اللهُ عَنْهُم

"Təthir" ayəsi mənim evimdə nazil oldu. Bu ayə nazil olan günü Əli, Fatimə, Həsən və Hüseyn (rəziyəllahu ənhum) Peyğəmbərin dövrəsinə toplaşmışdılar. Mən də qapının astanasında oturmuşdum. Ayə nazil olandan sonra Peyğəmbərdən soruşdum: "Ey Allahın Rəsulu! Mən də Əhli-beytdən hesab olunurammı?" Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: "Sənin aqibətin xeyrdir. Sən Peyğəmbərin zövcəsisən, ləyaqətli qadınsan. (Amma Əhli-beytdən hesab olunmursan.)"

4-Əbu Səid deyir, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu:

 عَنْ اَبِي سَعِيدٍ رَضِيَ اللهُ عَنْهُ قاَلَ: قاَلَ رَسُولُ اللهِ (ص) نَزَلتْ هذِهِ الاَيَةُ فِيَّ وَ فِي عَلِيٍّ وَ حَسَنٍ وَ حُسَيْنٍ وَ فَاطِمَةَ: اِنما يُرِيدُ اللهُ....

"Təthir" ayəsi beş nəfərinذmən, Əli, Fatimə və iki övladı Həsən və Hüseynin haqqında nazil olmuşdur."

5-Şəybənin qızı Səfiyyə Ayişənin belə dediyini nəql edir:



Geri   İrəli
Go to TOP