A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: ÇİÇƏKLƏNMƏ DÖVRÜ
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Keçmiş rejimin bütün dövründə bəlkə də bu bir neçə ildə ölkənin quruculuğuna dair görülmüş işlərin bir hissəsi də görülməmişdi. Çünki işə həm kəmiyyət və həm keyfiyyətə görə qiymət vermək lazımdır. Onlar əgər ölkə üçün bir iş görürdülərsə - bu işlər bu qısa dövrdə görülən işlərə nisbətən kəmiyyət baxımından da həqiqətən azdır - keyfiyyət baxımından qüsurlu olurdu. Çünki onda xalqın müstəqilliyi nəzərə alınmırdı. O rejimin siyasəti asılılıq üzərində qurulmuşdu. Rza xanın dövründə nisbətən şücaətli olan bir neçə dövlət rəsmisi peyda olub, İran xalqının maraqlarının müəyyən həddə nəzərə alındığı bir neft müqaviləsi hazırladılar. Rza xan ingilislərdən ötrü çəkmələri ilə Dövlət Şurasının otağına daxil oldu, onların yazılarını – neft qovluğunu alıb sobaya atdı və onların gözü qarşısında yandırdı. Bu onların özlərinin yazdığıdır; Tağızadə və digərləri bu hadisəni yazmışlar.

Siyasət asılı siyasət idi. Çəkdikləri dəmir yolu da İran və İranın ticarətindən daha çox o zaman Almaniya əleyhinə vuruşan müttəfiqlərin iki cəbhəsini birləşdirməkdən ötrü idi. Ölkə boyu çəkilən dəmir yolu budur. Şimalla cənubu birləşdirən dəmir yolu ondan ötrü idi ki, o zamanın sovetlərini cənuba – ingiltərəlilərin iqamətgahı olan Fars körfəzinə birləşdirsinlər və bu yolla silah ötürüb, Almaniya və onun həmkarlarının əleyhinə yaranmış müttəfiqlərin döyüş cəbhələrini həmişə müdafiəyə qadir saxlasınlar. Dəmir yolu da bunun üçün çəkilirdi. Mənfur rejimin tərəfdarları və keçmiş rejimin tör-töküntüləri 50 il ötdükdən sonra hələ də şimal və cənubun dəmir yolundan söhbət edirlər; elə bir dəmir yolu ki, bu xalqın müstəqilliyinə diqqət yetirmədən və xəyanətkar layihə əsasında çəkilmişdi, onda bu xalqın heysiyyəti və hörməti nəzərə alınmamışdı.

İndi siz baxın, müharibədən sonra çəkilmiş çoxlu dəmir yolları xalqımızın ehtiyacına hesablanıb. O zaman İrana gəlmiş şərqşünasların biri deyir: “Mən təəccüb edirəm necə olub ki, İranın dəmir yolu ölkə ticarətinin əsas şəhərlərindən keçməmişdir”. Lakin bu gün Allahın lütfü ilə və İslam Respubilkasının sayəsində görürük ki, düzgün rabitə və əlaqələr cəhətindən təmin olunmuşdur.

İslam Respubilkasından öncə bu məmləkətdə görülən işlərin nə kəmiyyəti və nə keyfiyyəti bu xalq quruluşu və ilahi quruluş olan İslam Respubilkasının gördüyü ilə müqayisəolunasıdır. Mənəviyyata və imana bağlı quruluşun mənası budur; xalqın güclü dəstəyinə, səsinə, duyğularına və köməyinə malik, imanı, mənəviyyatı, qardaşlığı, əməkdaşlığı, Allaha təvəkkülü və qeybə imanı olan bir quruluşun nəticəsi belə olur. Bu xalqa qarşı aparılan bütün təxribat və müxalifətlərə, müxtəlif siyasi, iqtisadi və təbliğat blokadalarına rəğmən, bu xalq biri o birindən sonra gələn hökumətlərini müdafiə edə bilmişdir. Hökumətlər də ölkəni abadlaşdırma, siyasət, beynəlxalq imic və milli iqtidar cəhətindən bu şəkildə inkişaf etdirə bilmişlər. Bunlar bizim ölkəmizin sahib olduğu dəyərlərdir. Allaha şükür olsun ki, hökumətlərimizin hamısı bu dəyərlərə malikdir və malik olacaqlar. Bu, Allahın böyük nemətlərinin təzahürü və sözügedən qüdrət əlidir. Dedim ki, Allah-Taala həmişə bu quruluşu himayə etmişdir və edəcəkdir.[156]

İnqilabdan öncə bizim həmişə danışdığımız sözlərdən biri bu idi ki, buğdanı ABŞ-dan alırıq, anbarlarımızı da Sovetlər tikir. Mən inqilabın əvvəllərində cənub bölgəsinə getdim, gördüm ki, Quruculuq Cihadının uşaqları və sizin mühəndisləriniz kiçik bir elevator tikmişlər. Fikirimcə, həmin yerdə səcdə etdim. Çünki elevator tikmək çətin işdir, çox asan deyil. Kənardan baxanda sadə görünür, lakin mürəkkəb tikinti tərzi var. Biz bu mürəkkəb anbarı düzəldə bildik. Bu gün biz dünyanın irihəcmli elevator tikən mötəbər yerlərindən biriyik. Başqa yerlər üçün də tikmişik. Buna əsasən, Qərb dünyasının bizdən küsməsi, razılaşmaması və dözümsüzlüyü zərərimizə bitmədi. Bəziləri bunu bir faciə kimi qiymətləndirib deyirlər ki, iqtisadi blokada bizim texnologiyamızı çökdürdü. Bəli, asfalt yolu dağıda bilər, lakin asfalt yol həmişə yaxşı deyil. Bəzən insanın öz əli ilə çəkdiyi və üzərindən keçdiyi yollar əzələlərinin möhkəmlənməsi üçün çox faydalıdır; bəzən isə yolu da qısaldır. Digərlərinin çəkdiyi asfalt yol bizi onların istədiyi yerə aparır. Əgər özümüz yol çəksək, kəsə yol çəkib yolu qısaldarıq. Biz öz tənəzzülümüzün səbəbini ovsunlanmaqda bilirik. Bu gün o vəziyyətdən çıxmışıq. Qeyd etdiyim kimi, İslam Respubilkası quruluşunun elm və texnologiya sahəsindəki ən böyük xidmətlərindən biri bizi öz bacardığımıza inandırmasıdır. Bu gün bu inam var və biz doğrudan da bacarırıq. Biz iqtibas, klonlaşdırma və dünyanın digər müasir texnologiya modellərində çox yaxşı inkişaf etmişik.[157]

Ədalət və demokratiya

Başqa bir məsələ budur ki, İslam Respubilkası hökumətinin qurulduğu zamandan bu günə qədər Allahın lütfü ilə ədalətin bərqərar olunması üçün çoxlu işlər görülmüşdür. O zülmlər, hegemonluqlar, insanların hüquqlarının yuxarıdan qəsb olunması, güclülərin sərvət toplaması - hakimiyyətin başında duran şəxs hamıdan sərvətli idi - adi iş deyildi. Qabaqkılardan tam xəbərimiz və onlarla işimiz də yoxdur. Lakin Qacar və Pəhləvi şahları, hakimiyyət başında olanlar və bu ölkədə şah olaraq yaşayan, ölkənin başçısı olan şəxs xalqın bütün fərdlərindən sərvətli idi. Bu haradandır? Məgər haqsızlıq etmədən belə bir şey mümkündür?! Xalqın malını mənimsəyirdilər. Harada yaxşı mülk vardısa, harada gözəçarpan bir şey vardısa, harada gözəl imarət vardısa, Rza xan mənimsəyirdi. Özü üçün böyük sərvət toplamışdı. Ölkənin çoxlu bölgələrini bir yerdə mənimsədi və hamısını özünə aid etdi. Onun xələfi də belə idi. Hakimiyyətin başında mütləq ədalətsizlik hökm sürürdü. Hakimiyyətin zirvəsindən aşağıya endikcə bu ədalətsizlik də enir və genişlənirdi. O rejimdə kimin başqasına zülm etmək imkanı vardısa, zülm edirdi, heç bir maneə yox idi. O rejimlər belə idilər.

Allaha şükür olsun ki, İslam Respublikası quruluşunda məsələ əksinədir. Əgər hərdən bəzi ədalətsizliklərə, ziddiyyətlərə, yaxud təcavüzlərə dair məlumat çatırsa da, bunlar heç vaxt hökumətin yüksək rütbəli məmurları barədə olmur. Hakimiyyətin başında duran şəxslərin həyatı xalqın məişətinin orta və bəzən ortadan da aşağı səviyyəsi kimidir; xalqın malına göz dikməyiblər, dünya malında tamahları yoxdur. Allaha şükür edirik ki, İslam Respublikasında bu bəyənilmiş ənənəni və xüsusiyyəti yaradıb: məsul şəxslərin heç biri sərvətlə öyünmür. O zamanlar sərvətlə öyünürdülər, bu, bir üstünlük sayılırdı. Lakin bu gün məmurların sərvətli olması mənfi haldır. Əgər məmurların biri sərvətli, mal-dövlətli olsa, bəlli görkəmdə evi, imkanları olsa, bu, mənfi bir hal sayılır; Allaha şükür olsun ki, həm xalqın, həm məmurların baxışında mənfidir, həm də bunlara malik olanlar onun mənfi bir cəhət olduğunu bilirlər. Bu, İslam Respublikası quruluşunda çox mühüm məsələdir. Bu, Allahın lütfü ilə inqilabın əvvəlindən başlayan və Allahın lütfü ilə genişlənən ədalətə sarı hərəkətdir. Böyük İmam paklığın, zahidliyin və dünyaya etinasızlığın tərənnümü idi. Bugünkü hökumətdə də belədir.[158]

Bu gün əziz İslam bizim ölkəmizdə izzət bayrağını ucaltmışdır. Bura həmin ölkədir ki, amerikalı və avropalılar onu öz mülkləri bilir, xalqımıza ən kiçik hörmət belə göstərmir, sərvətləri özlərinki bilirdilər. Dövlət məmurları onların muzdurları idilər, onların əmrlərini icra edirdilər. Bura elə bir ölkə idi ki, hakim qurumlar ümumi əmlakın ən böyük oğruları idilər. Bu oğruların başçısı şahın özü idi. Burada ən sərvətli adam siyasi baxımdan birinci şəxs sayılan şah idi. O bu sərvəti haradan gətirmişdi?! Məgər babalarından irs almışdı?! Bunların babaları kimlər idi ki?! İngiltərənin və sonra ABŞ-ın himayəsi ilə əlli il hakimiyyətdə olan bu rəzil, şəxsiyyətsiz və əsil-nəsəbsiz insanlar bu sərvətləri haradan gətirmişdilər?! Məgər xalqın cibindən, sərvətindən və xalqa aid ehtiyatlardan deyildi?! Ölkədən qaçanda buradan apardıqları ləl-cəvahiratdan və nəfis əşyalardan əlavə, xarici banklarda hər birinin milyardlarla dollar pulu vardı. Bu məmləkətin məmurları oğru, fəsadçı və ən sərvətli insanlar idilər, siyasət xain, cinayətkar və düşmən ABŞ-ın əlində, xalqların sərvətlərini qarət edən şəxslərin ixtiyarında idi. Bu ölkəni İslam ucaltdı, din, xalqın imanı və milyonların mənəvi duyğusu buraya çatdıra bildi.

Allahın lütfü ilə bu ölkənin məmurları xalqdandırlar, xalqın içindən çıxmışlar, göstərdikləri xidmətə görə qarşılıq ummurlar. Ola bilsin aşağı səviyyəli bəzi sahələrdə bu böyük vəzifəyə və məmurların təqvasının bu əhəmiyyətinə, Allah eləməmiş, diqqət yetirməyən insanlar tapılsın; sözsüz ki, bəzi yerlərdə belələri var. Lakin ölkənin yüksək məmurları əlləri, qəlbləri, gözləri təmiz, nəzərləri uca, məqsədləri xalqa və ölkəyə xidmət olan insanlardır. Bunları İslam bizə vermişdir.[159]

Düşmən üçün çox əhəmiyyətli olan başqa bir məsələ hökumətin, parlamentin və ölkə məmurlarının xalqdan olmasıdır. Əgər siz dırnaqarası demokratik ölkələrə baxsanız, görərsiniz ki, dövlət rəsmiləri adətən ya böyük kapital sahiblərindəndir, ya da onlara bağlı adamlardan. Parlamentlərini adətən nüfuzlu, pullu, qüdrətli və güclü insanlarla doldururlar. Demokratiyadan dəm vuran ölkərdə də vəziyyət belədir. Dünyanın məşhur və tanınmış ölkələrində hökumətlərin başında duran şəxslərin əksəriyyəti tanınmış siyasi, hərbi, yaxud pullu ailə və təbəqələrdən və ya sərvət və qüdrət sahibi olan təbəqələrə bağlı adamlardır. İslam ölkəmizdə isə belə deyil. İslam Şurası Məclisi xalqın içindən çıxmış insanlardan təşkil olunur. Bir müəllim, əkinçi, ruhani, həkim, tacir, yaxud bir tələbə namizəd olur; xalq tanıyıb səs verir və o, deputat seçilir. Hökumət də belədir. Yüksək vəzifələrdə çalışanlar öz ömürlərini və gəncliklərini mübarizələrdə, çətinliklərdə keçirmiş insanlardır. Dəyərli şəxsiyyət olan əziz prezidentimiz ömrünü və gəncliyini mübarizələrdə keçirmişdir. Onun əməkdaşları da mübarizə, yaxud bacarıqları sayəsində vəzifəyə gəlmiş şəxslərdir, heç biri sərvətli bir ailəyə, aristokrat təbəqəsinə, qədim, köklü və məşhur qohuma, şirkətə, yaxud sərvətli və qüdrətli təbəqələrdən hansısa birinə bağlı deyillər, hamısı sadə, sağlam və sədaqətli insanlardır. Mühəndisi, doktoru, təcrübəli bir kadrı vəzifəyə gətirmişlər. Bu, mühüm məqamdır. Hakimiyyət xalq hakimiyyətidir. Buna görə də, xalq həm parlamenti, həm hökuməti, həm məmurları sevir, onların xalqdan olduqlarını görür.[160]

Bilin ki, indiyə qədər bu ölkədə indiki hökumət kimisi olmayıb. Bu hökumət xalqın səsinə, istəyinə və duyuğusuna arxalanır. Mən bunu qətiyyətlə deyirəm və sübut da edərəm. Düzdür, tərifçisi olan hökumətlər olmuşdur. Lakin tərifləmək bir məsələdir, xalqın inam və rəğbətini qazanması başqa bir məsələ. Bu, İslam Respubilkasına məxsusdur, inqilabın sayəsində və xalqa arxalanmaqla mümkün olmuşdur. İndi də belədir. Mən bunu fəxrlə deyirəm.

Burada xalqın rəğbəti başçıların fironluğu və eqoistlik hissi ilə olmamışdır. Mən indi sizinlə danışarkən özümü bir iynə ucu qədər də böyük hiss etmirəm. Aləmlərin Rəbbi olan Allaha şükür olsun. Ölkənin digər məmurları da belədirlər. Bu hiss nə prezidentdə var, nə spikerdə, nə də Ali Məhkəmənin sədrində. Əsla belə bir şey yoxdur. Bizim məmurlarımız bilirlər ki, Allahın əmanəti onlara tapşırılıb. Bu bir neçə gün var, sonra yoxdur. Məmurlar öz üzərlərində vəzifə hiss edirlər. Bu hal bu ölkəyə məxsusdur.

Xalqdan olan və xalqın məqsədlərinə xidmət edən bu təvazökar quruluşun böyük və bağışlanmaz bir “günahı” vardır. O da budur ki, regionda böyük güclərin maraqlarına təslim olmur. Onlar bunu açıq şəkildə söyləyirlər.[161]


Qeydlər

[1] Böyük Rəhbərin şanlı Fəcr ongünlüyünün ikinci günündə çıxışından: 1999.

[2] Böyük Rəhbərin Buşəhr əhalisinin böyük toplantısından çıxışından: 1992.

[3] Böyük Rəhbərin gənclərlər sual-cavab məclisində söhbətlərindən: 1999.

[4] Böyük Rəhbərin Hərbi Hava Qüvvələrinin səhər toplantısında çıxışından: 1995.

[5] Böyük Rəhbərin İslam Təbliğatı Komitəsinin Əlaqələndirmə Şurasının üzvləri ilə görüşdə çıxışından: 1991.

[6] Böyük Rəhbərin yeni il və novruz bayramı münasibəti ilə müraciətindən: 1999.

[7] Kerman vilayətinin universitetlərinin müəllim və tələbələrilə görüşdə çıxışından: 2005.

[8] Böyük Rəhbərinin Kürd şəhərinin İnqilab stadionunda çıxışından: 1992.

[9] Böyük Rəhbərin yeni il və novruz bayramı münasibəti ilə müraciətindən: 1999.

[10] Böyük Rəhbərin Delvar bölgəsinin əhalisi ilə görüşdə çıxışından: 1992.

[11] Böyük Rəhbərin Loristan vilayətinin əşirətlər yaşayan Papi kəndinin əhalisi ilə görüşdə çıxışından: 1991.

[12] Fəqih rəhbərin Sistan və Bəlucistan vilayətinin Əhli-sünnə işləri üzrə nümayəndəlik dəftərxanasının ruhaniləri ilə görüşdə çıxışından: 1991.

[13] Böyük Rəhbərin İmam Xomeyninin vəfatının ildönümü mərasimində çıxışından: 1995.

[14] Böyük Rəhbərin tələbə və şagirdlərlə görüşdə çıxışından: 1998.

[15] Böyük Rəhbərin Prezidentin hökmünün təsdiqi mərasimində çıxışından: 2001.

[16] Böyük Rəhbərin fiqh ali ixtisas (xaric) dərsinin sonundakı söhbətindən: 2002.

[17] Böyük Rəhbərin mədəniyyət və incəsənət xadimləri ilə görüşdə çıxışından: 2001.

[18] Böyük Rəhbərin xalqla, ölkə və ordu məmurları ilə görüşdə çıxışından: 2006.

[19] Böyük Rəhbərin Quruculuq Cihadının mücahidləri ilə görüşdə çıxışından: 1998.

[20] Böyük Rəhbərin Delvar bölgəsinin əhalisi ilə görüşdə çıxışından: 1992.

[21] Böyük Rəhbərin şagirdlərin İslam Birlikləri İttifaqının üzvləri ilə görüşdə çıxışından: 2003.

[22] Böyük Rəhbərin Damğan əhalisi ilə görüşdə çıxışından: 2006.

[23] Böyük Rəhbərin Kermanın cümə imamı və digər məsul şəxsləri ilə görüşdə çıxışından: 1991.

[24] Böyük Rəhbərin xalqın müxtəlif təbəqələrinin nümayəndələri ilə görüşdə çıxışından: 2006.

[25] Böyük Rəhbərin gənc ixtiraçı və yaradıcılarla görüşdə çıxışından: 2005.

[26] Böyük Rəhbərin ölkə üzrə şagirdlərin İslam birliklərinin üzvləri ilə görüşdə çıxışından: 2007.

[27] Böyük Rəhbərin Dokuhə qarnizonunda "Nur yolçuları"nın toplantısında çıxışından: 2002.

[28] Böyük Rəhbərin Tehranın cümə namazı xütbələrindən: 2004.

[29] Böyük Rəhbərin ümumi görüşdə çıxışından: 1994.

[30] Böyük Rəhbərin Zəncan vilayəti universitetlərinin müəllim və tələbələri ilə görüşdə çıxışından: 2003.

[31] Böyük Rəhbərin ordu mənsubları ilə görüşdə çıxışından: 2004.

[32] Böyük Rəhbərin Hərbi Hava Qüvvələrinin səhər toplantısında çıxışından: 1995.

[33] Böyük Rəhbərin İslam inqilabının iyirminci ildönümü münasibətilə müraciətindən: 1999.

[34] Böyük Rəhbərin xalqın müxtəlif təbəqələrinin nümayəndələri ilə görüşdə çıxışından: 2004.

[35] Böyük Rəhbərin Şiraz əhalisi ilə görüşdə çıxışından: 2008.

[36] Böyük Rəhbərin ölkənin elmi nümunələri ilə görüşdə çıxışından: 1999.

[37] İran İslam Respublikası radiosunun Elm qrupunun üzvləri ilə görüşdə çıxışından: 1992.

[38] Böyük Rəhbərin Tehranın cümə namazı xütbələrindən: 2001.

[39] Böyük Rəhbərin Gilan vilayətinin əhalisi ilə görüşdə çıxışından: 2001.

[40] Böyük Rəhbərin Atom Enerjisi Təşkilatının məsul şəxsləri ilə görüşdə çıxışından: 2006.

[41] Böyük Rəhbərin universitet müəllimləri ilə görüşdə çıxışından: 2005.

[42] Böyük Rəhbərin Ciroft əhalisinin böyük toplantısında çıxışından: 2005.

[43] Böyük Rəhbərin nümunə fəhlələrlə və mədəniyyət mənsubları ilə görüşdə çıxışından: 2005.

[44] Böyük Rəhbərin Tehranın cümə namazı xütbələrindən: 1999.

[45] Böyük Rəhbərin Tehran Universitetindəki sual-cavab toplantısındakı söhbətlərindən: 1998.

[46] Böyük Rəhbərin mühəndislərlə, texnika və sənaye tətqiqatçıları ilə görüşdə çıxışından: 2005.

[47] Böyük Rəhbərin Tehranın cümə namazı xütbələrindən: 1999.

[48] Böyük Rəhbərin Seçkilərə Nəzarət Komitəsinin ölkə üzrə üzvləri ilə görüşdə çıxışından: 1992.

[49] Böyük Rəhbərin media mənsubları ilə görüşdə çıxışından: 1996.

[50] Böyük Rəhbərin xalqın müxtəlif təbəqələrinin nümayəndələri ilə görüşdə çıxışından: 1992.

[51] Böyük Rəhbərin Tehranın cümə namazı xütbələrindən: 1996.

[52] Böyük Rəhbərin Qum əhalisinin böyük toplantısında çıxışından: 1992.

[53] Böyük Rəhbərin Kitab həftəsinin başlanması münasibətilə müraciətindən: 1993.

[54] Böyük Rəhbərin Fitr bayramı münasibəti ilə ümumi görüşdə çıxışından: 1999.

[55] Böyük Rəhbərin cihad və şəhadət öncülləri ilə görüşdə çıxışından: 2005.

[56] Böyük Rəhbərin Yəzd vilayəti universitetlərinin tələbələri ilə görüşdə çıxışından: 2008.

[57] Böyük Rəhbərin gənclərlər sual-cavab məclisində söhbətlərindən: 1999.

[58] Böyük Rəhbərin Kitab həftəsinin başlanması münasibətilə müraciətindən: 1994.

[59] Böyük Rəhbərin alim və ruhanilərlə görüşdə çıxışından: 1998.

[60] Böyük Rəhbərin Quran müsabiqələrinin xitam mərasimində çıxışından: 1998.

[61] Böyük Rəhbərin Quran qiraətçiləri ilə görüşdə çıxışından: 2004.

[62] Böyük Rəhbərin Quran qiraətçiləri ilə görüşdə çıxışından: 2005.

[63] Böyük Rəhbərin İmam Rzanın (ə) müqəddəs məqbərəsində etdiyi çıxışından: 1994.

[64] Böyük Rəhbərin teleradio verilişləri şirkətinin əməkdaşları ilə görüşdə çıxışından: 2004.

[65] Böyük Rəhbərin İslam quruluşunun məsul şəxsləri ilə görüşdə çıxışından: 2003.

[66] Böyük Rəhbərin Xorasan vilayətinin alimləri və əhalisi ilə görüşdə çıxışından: 1990.

[67] Böyük Rəhbərin İslam quruluşunun məsul şəxsləri ilə görüşdə çıxışından: 1997.

[68] Böyük Rəhbərin Tehranın cümə namazı xütbələrindən: 1999.

[69] Böyük Rəhbərin İmam Xomeyninin məqbərəsi ziyarətçilərinin toplantısında çıxışından: 1997.

[70] Böyük Rəhbərin quruluşun məsul şəxsləri ilə görüşdə çıxışından: 2007.

[71] Böyük Rəhbərin Zabitlik İnstitutunda çıxışından: 1996.

[72] Böyük Rəhbərin İmam Xomeyninin vəfatının ildönümündə çıxışından: 2006.

[73] Böyük Rəhbərin fəhlə və müəllimlərlə görüşdə çıxışından: 1994.

[74] Böyük Rəhbərin müqəddəs müdafiənin idarəçiləri və sənət adamları ilə görüşdə çıxışından: 2000.

[75] Böyük Rəhbərin Fars vilayətinin Bəsic üzvləri ilə görüşdə çıxışından: 2008.

[76] Böyük Rəhbərin ordu mənsubları ilə görüşdə çıxışından: 1994.

[77] Böyük Rəhbərin İmam Xomeyninin vəfatının ildönümü mərasimində çıxışından: 1995.

[78] Böyük Rəhbərin ruhani və digər şəxslərlə görüşdə çıxışından: 1994.

[79] Böyük Rəhbərin Keşikçilər Korpusunun Quru qoşunlarına baş çəkərkən etdiyi çıxışından: 1991.

[80] Böyük Rəhbərin Qum Elm Hövzəsinin tələbə və alimlərinin nümayəndələri ilə görüşdə çıxışından: 1989.

[81] Böyük Rəhbərin ölkə üzrə cümə imamları ilə görüşdə çıxışından: 1990.

[82] Böyük Rəhbərin cümə namazı xütbələrindən: 1995.

[83] Böyük Rəhbərin cümə namazı xütbələrindən: 1996.

[84] Böyük Rəhbərin prezident və digər rəsmi şəxslərlə görüşdə çıxışından: 2007.

[85] Böyük Rəhbərin "İnqilabın təhdidlərinin öyrənilməsi" toplantısının iştirakçıları ilə görüşdə çıxışından: 1999.

[86] Böyük Rəhbərin Aşura batalyonunun komandirləri ilə görüşdə çıxışından: 1992.

[87] Böyük Rəhbərin Keşikçilər Korpusu ilə görüşündəki çıxşından: 1997.

[88] Böyük Rəhbərin Hərbi Hava Qüvvələrinin əməkdaşları ilə görüşdə çıxışından: 2005.

[89] Böyük Rəhbərin Keşikçilər Korpusunun komandirləri ilə görüşdə çıxışından: 1995.

[90] Böyük Rəhbərin İslam Təbliğatı Komitəsinin Əlaqələndirmə Şurasının üzvləri ilə görüşdə çıxışından: 1991.

[91] Böyük Rəhbərin İmam Xomeyninin vəfatının ildönümündə çıxışından: 2006.

[92] Böyük Rəhbərin İmam Rzanın (ə) müqəddəs məqbərəsində çıxışından: 1994.

[93] Böyük Rəhbərin mübarək ramazan ayının ilk cüməsindəki xütbələrindən: 1998.

[94] Böyük Rəhbərin Həmədan vilayətinin gəncləri ilə görüşdə çıxışından: 2004.

[95] Böyük Rəhbərin universitetlərin yenidən açılışı münasibətilə etdiyi çıxışından: 1999.

[96] Böyük Rəhbərin Gənc həftəsi münasibətilə gənclərlə görüşdə çıxışından: 1998.

[97] Böyük Rəhbərin univeristet mənsublarının toplantısına müraciətindən: 1999.

[98] Böyük Rəhbərin alim qadınlarla görüşdə çıxışından: 2007.



Geri   İrəli
Go to TOP