A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: ƏN ÜSTÜN NAMAZ (Ayətullah Seyid Əli Xamenei)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri  


Namaz Allaha sarı yolun ilk addımıdır. Lakin bu ilahi amilin potensilalı elə bir həddədir ki, bəşər kamalının zirvəsində də səma insanının uçuş qanadı ola bilər. Belə ki, tarixin ən üstün insanı, yəni İslamın əziz Peyğəmbəri (s) buyurur: “Namaz mənim gözümün işığıdır”. Namaz vaxtı çatan zaman o öz azançısından istəyir ki, azan verməklə onun canını rahatlığa və dincliyə qovuşdursun. Bəlkə də demək olar ki, heç bir başqa ibadət növü insanın mənəvi təkamülünün bütün mərhələlərində onun üçün bu şəkildə yolaçan, qüvvə bəxş edən və təsirli deyil.

Namaz cəmiyyətin üzvlərinə əvvəla əxlaqi və mənəvi sağlamlıq və yüksəlik bəxş etdiyindən, ikincisi isə özünün xüsusi forma və məzmunu ilə namaz qılanı nizam-intizama çəkdiyindən, veyllikdən və avaralıqdan xilas etdiyindən, haqlı olaraq ictimai nizam-intizamın mühüm amillərindən biri sayılmalıdır. Əgər namazın ürəkdən, şövqlə və fəzilət zamanında qılınması bir xalqın arasında yayılsa, bu o xalqın qəti nailiyyəti olacaq. Bəllidir ki, halsız qılınan, ürəkdən olmayan və yaxud özünü göstərmək üçün qılınan namaz bu faydaların heç birinə malik olmayacaq.[24]


"Camaat imamı nümunə olmalıdır!"

Camaat imamları və əməldə digərlərinin nümunəsi olanlar məqbul namazın şərtlərinə malik olmaq üçün çox çalışmalıdırlar. İmamların məşhur səhabələri kimi vacib və müstəhəb namazların keyfiyyət və kəmiyyətində digərlərinə örnək olmalı, inqilabdan onillər öncə ölkəmizdə sayğısızlığa və müxtəlif təbliğat hücumlarına məruz qalan namazı gözəl keyfiyyətdə ümumiləşdirməlidirlər.[25]


Təkəbbürlülüyün müalicəsi

Can sağlığını və həyatın rahatlığını təhlükə və maneələrlə üz-üzə qoyan bəyənilməz xislətlər arasında təkəbbürlülük onların ən pislərindəndir. Özünü üstün görmək və ondan irəli gələn üsyankarlıq çoxlu həqiqətləri tanınmaz və fəzilət yollarını keçilmiz edir, haqsız kin və ədavətlər, çirkinliklər və anormallıqlar yaradır. Bəli, təkəbbürlülük həqiqətin pərdəsi, fəzilət yolunun tikanı, saflığın və sədaqətin düşməni, düşmənliyin və pisliyin səbəbkarıdır. İnsan və cəmiyyətlər ömürlərinin əvvəlindən indiyədək tayfaların və fərdlərin təkəbbürlülüyü üzündən və ondan irəli gələn üsyankarlıqlardan və təəssübkeşliklərdən saysız-hesabsız tələfata dözmüşlər və dözürlər.

İslam ibadətləri və hamısından çox namaz insanların canından bu bəlanı uzaqlaşdırmaq üçün təsirli və işlək müalicələrdəndir.

Namaz mənəviyyatla, ürəkdən və qaydalı şəkildə qılındıqda insan ruhunu onun mahiyyətinin ehtiyaclı olması ilə tanış edir, daxilindəki təkəbbürlülük, öyünmə və yalançı əzəmət hissinin kökünü yandırır. Allah qarşısında təzim onun qəlbinə düzgün baxış və agahlıq nurunu saçır, özünü böyük görməyin xəyali sayəsi onun üzərindən götürülür: "Allah imanı şirkdən paklanmaq və namazı təkəbbürdən qorunmaq üçün vacib etmişdir".[26]


"Yüksək mövqedə olanlar daha ehtiyaclıdırlar!"

Nəhcül-bəlağədə buyurulur ki, Allah mömin bəndələri namazlarla, zəkatlarla və çətin oruclarla təkəbbürdən və xudbinlikdən qoruyur, onlara rahatlıq bəxş edir, gözlərinə və ürəklərinə təvazökarlıq öyrədir, nəfslərini ram edir və xudpəsəndliyi onlardan uzaqlaşdırır.

Bizim İslam ölkəmizdə bütün fərdlər, özəlliklə elmi, ictimai və iqtisadi baxımdan yüksək məqama sahib olanlar bu xüsusiyyətlərə ehtiyaclıdırlar. Üsyankarlıq, təcavüzkarlıq, hegemonluq, artıqtamahlıq, digərlərini təhqir etmək və haqq sahiblərinin haqqını görməzdən gəlmək bəlası bu gün cəmiyyətlərin və dünyanın ən böyük bəlasıdır. Bütün bunların əlacı isə İmam Əlinin (ə) bu uca sözündədir.

Bu reallıqlara diqqət yetirmək namazın və Allahla rabitənin dəyərli rolunu bəsirət və insaf əhlinin gözündə aşkara çıxarır, bu sirli və rəmzli vacib əməlin yayılmasını və tanıtdırılmasını cəmiyyətin ayıq insanlarının üzərinə qoyur. [27]


“Azan qəmgin qəlbləri işıqlandırır!”

Cəmiyyətin islamçı görkəmi qorunmalıdır. Cəmiyyətin üzvləri çalışıb onun formasını bir İslam formasına salsınlar.

Bu Tehranda insanın qulağı azan səsi eşitmir. Nə üçün? Azan bir İslam şüarıdır. Biz gecəyə qədər mikrofon arxasında şeir, Quran, yaxud növhə oxuyub qonşuları narahat etməyə qarşıyıq, bununla mübarizə də aparırıq. Amma günortanın əvvəlində, axşam və sübh vaxtı, xüsusən də mikrofonsuz azan səsi ilə tam razıyam.

Nə üçün cəmiyyətdə azan yoxdur? Diqqətli azan ürəklərə ümid verir. Azan səsi qəmgin ürəkləri işıqlandırır. Əlbəttə, sübh azanı üçün səsgücləndiricidən istifadə etməsinlər, adi səslə eybi yoxdur. Oyanış vaxtı olsa da, səsgücləndirici zəhmətə səbəb ola bilər. Cəmiyyətin bütün zahiri işləri belə olsun. Məscidlər namaz vaxtı zikr, səcdə və rüku edən insanlarla dolsun.

Gözlər zahiri görür. Onların arxasında isə ürəklər durur. Elə düşünməyin ki, gözlər buraya qoyulmuş şüşələrdir. Xeyr, bu gözlərin arxasında insan qəlbi, insan canı və insan beyni var. Bu gözlər və onların arxasında duran qəlblər İslam əlamətləri il dolmalıdır.[28]


Namaz zamanı alış-veriş dayansın!

Həcdə görülməsi ehtimal olunan yanlış işlərdən biri odur ki, bəzi şəxslər camaat namazlarında iştirak etmək əvəzinə, müstəhəb təvaf əvəzinə, Məscidül-həramın, yaxud Peyğəmbər (s) məscidinin ətirli fəzasında olmaq əvəzinə dəyərsiz və puç bərbəzəklərin, bazarların və mağazaların ardınca getsinlər, müsəlmanların maraqlarına qarşı biganə və laqeyd olan hökumətlərin cibini doldursunlar, onların fəhləsinin və oliqarxının cibini iranlının pulu və milli sərvətləri ilə doldursunlar, camaat namazında iştirak etmək yerinə bazarları və dükanları gəzib məhsullara tamaşa etsinlər. İzdihamlı cəmiyyətin Məscidül-həramda, yaxud Peyğəmbər (s) məscidində camaat namazı qıldığı, yaxud camaat namazına tələsdiyi bir vaxtda bir qədər iranlı hacının bazarlara getməsini, qoltuqlarında kisələr tutmasını və bəzən öz şəhərlərində daha ucuz və daha yaxşı tapılan məhsulları alıb gəlmələrini eşidəndə insan təəssüf edir.

Daha yaxşı, daha faydalı və daha əhəmiyyətli olan budur ki, insan namaza, ibadətə, zikrə və camaat namazlarında iştirak etməyə maraq göstərsin. Bunlar həccin həqiqi faydalarıdır. Sovqat bunlardır: “Bu sizin üçün daha xeyirlidir; əgər bilsəniz”. Sovqat sizin özünüzdə ehtiyat saxladığınız və gətirdiyiniz mənəviyyatdır, özünüzlə gətirdiyiniz əxlaq və ruhiyyələrdir. Biz elə adamlar görmüşük ki, həcdən qayıtdıqda onların üzü, rəftarı, sözü, zahiri və batini insanı nəsihət edir və təsir altına salır. Həqiqi sovqat budur.[29]


"Namaz qoruyur!"

İnqilab və məcburi müharibə dövründə namaz bizi hərəkətimizdə daha qərarlı və daha güclü edirdi. Bu gün qafilliyin, rifahçılığın, kiçik arzuların, dar baxışların, adətlərin və gündəlik işlərin bizi təhdid etdiyi bir dövrdə namaz bizi qoruyur, xəyali çıxılmazlıqları qırır, yolumuzu aydın, üfüqümüzü işıqlı edir.

Bu, namazın fəzilətləri kitabından yalnız bir səhifədir və əvvəlkindən daha ciddi hərəkət başlamaq üçün dərin və təsirli maraq yarada bilər.[30]


Zikrin tərənnümü

İnsan şəxsi həyatında bəzən əziyyətlərin, çətinliklərin və müsibətlərin təsirindən, ictimai həyatında da bəzən cihada, infaqa, yaxud ehiyaclı insanlara köməyə sarı ümumi hərəkət kimi dəyişiklik yaradan hadisələrlə rastlaşdığından zikr amilinə yaxınlaşır. Bəzən də nəfsi istəklərə qarışmış əyələncələrlə, naz-nemətə, zadəganlığa və eyş-işrətə qərq olmaqla ondan uzaqlaşır. Bütün bu hallarda onu zikr cənnətinə yaxınlaşdıran, yaxud daha yaxınlaşdıran amil namazdır.

Namaz ruhun hazırlıqlı hallarında insana daha çox mənəvi hal və yüksəliş bəxş edir, hazırlıqlı olmadığı qəflət hallarında isə qulağında hazırlıq siqnalı çalıb onu nurlu vadiyə yaxınlaşdırır.

Odur ki, namaz heç bir halda tərk olunmamalıdır. Çətinlikdə, əziyyətdə, cihadın qızğın çağında, bikar və asayiş zamanında və hətta insanın öz ətrafında nəfsi istəklərlə, kinlərlə, ehtiraslarla, xudpəsəndliklərlə yaratdığı çirkli mühitin arasında da namaz gücləndirici və şəfaverici bir şərbətdir. Onu ürəklə və canla içmək, qərar tutduğumuz hər bir nöqtədən razılıq cənnətinə bir addım, yaxud bir mənzil yaxınlaşmaq lazımdır.

Buna görədir ki, nə "həyyə ələl-cihad" (cihada tələsin), nə "həyyə ələs-səum" (oruca tələsin) və nə "həyyə ələl-infaq" (ehsana tələsin) demişlər. Lakin hər gün dəfələrlə demişlər ki, "həyyə ələs-səlah" (namaza tələsin).[31]


Universitet və məktəblərdə namaz

Diqqətsiz qalıb az adamla, özü də həvəssiz yaşlılarla qılınan camaat namazını göstərmək camaat namazının təbliği deyil; necə ki, radio və televiziyadan azan səsinin yayımlanması kifayət etmir.

Universitetlərdə və digər izdihamlı mərkəzlərdə məscid əmin-amanlıq və səmimilik yeri ola bilər. Camaat imamı namaz qılmağın yanında ilahi rəhmətin və hidayətin endiyi o yerdə həmdərdliyi, yol göstərməyi və həmrəy olmağı namaz qılanlara hədiyyə edə bilər.

Bu zaman tələbə və şagird toplumları özlərinin ən cazibəli toplantı mərkəzlərini universitetin və məktəbin məscidi biləcəklər və təqva ocağı gənclərin fəaliyyət mərkəzi olacaq.

Təlim və Tərbiyə Nazirliyinin və Təhsil Nazirliyinin məsul şəxslərinə xatırladıram ki, ikinci dərəcəli proqramlar büdcəsində məscid tikmək və məscidlə məşğul olmaq birinci sırada durmalı və onun büdcəsi bu bölmənin digər işlərindən çox olmalıdır.[32]


Gənclərlə ünsiyyət

Hərbi və digər mərkəzlərdə fəaliyyət göstərən ruhanilərin bu mərkəzlərə yaxın kəndlərə həftəlik səfəri üzərində təkid göstərirəm.

Möhtərəm məscid imamlarının özləri yaşlılıq və digər səbəblərdən namaz qılanlar, xüsusən də gənclər üçün rabitə, ünsiyyət və hidayət vəzifəsini təmin edə bilmirlərsə, gənc və aktiv ruhaniləri öz yanlarında işə götürüb onlardan istifadə etsinlər.

Cümə namazları cəlb etmək, nəsihət və təlim mərkəzi olmalıdır. Möhtərəm cümə imamları namaz mərasimini icra edənlərin köməyi ilə bu sahədə özlərinin bütün səylərini göstərsinlər.[33]


“İndi özümüzdən hesab sorma zamanıdır!”

Namazın bərpa edilməsinə dair mübarək hərəkətin başlanmasından illər ötdükdən sonra indi bu mübarək fəaliyyətdə və cihadda yeni dövr başlanmalıdır. Bu dövr qısamüddətli və ortamüddətli proqramlarla öz baxışını elə tərif olunmuş məqsədlərə nail olmağa dikməlidir ki, bu müddətdə irəli sürülmüş tövsiyə və proqramların arasında sıx və çoxlu şəkildə mövcuddur.

Cəmiyyətdə namazın bərpa edilməsinin uzunmüddətli məqsədi ümumi düzgünlük və qurtuluşdur. Lakin o uca məqsədə çatana qədər olan ortamüddətli məqsəd bütün evlərdə və ürəklərin evində namaz çırağını yandırmaqdır. Qısamüddətli məqsəd isə ölkənin bütün elm, incəsənət və təbliğat potensialını bu yolda işlətmək və bütün sözügedən faəliyyətləri bu istiqamətə yönəltməkdir. Namaz qılmaqdan ötrü qibləni tanıyıb ona üz tutmağın lazım olduğu kimi dünyanı və ürəkləri namazın ətri, gözəlliyi və ruhu ilə doldurmaq üçün də bir qiblə var və onu tanımaq, ona üz tutmaq lazımdır. Bu qiblə namazın uca və son məqsədləridir. Onlara üz tutmaq onlara çatan yollarla getməkdir və bu yollar qısamüddətli və ortamüddətli məqsədlər formasında tərif ediləsidir.

Bu gün lazım olan iş budur ki, bu qurumların vəzifələrini dəqiq təyin etmək üçün komissiyalar təşkil olunsun. Onların öhdəsinə düşən bütün faəliyyət və xidmətlərin zamanı təyin olunmuş proqramı elmi və real formada hazırlanmalıdır. Başqa bir güclü komissiya bu fəaliyyət və xidmətlərin inkişafına ardıcıl nəzarətə məmur edilməlidir.

Beləliklə sizin gələnilki toplantınız təkcə çıxış etmək üçün yığıncaq olmayacaq, uyğun komissiyalar orada zamana bölünmüş həmin proqramın inkişafını məruzə etməli və yüksək rütbəli hakimlər qrupu hər bir qurumu həvəsləndirməli, təşəkkür etməli, yaxud Allah eləməmiş, məzəmmət etməli və töhmət verməlidir, inkişaflara, yaxud durğunluqlara və yolun maneələrinə əsasən ümumi proqramı düzəltməli, yaxud təkmilləşdirməlidir. Şübhəsiz, möhtərəm hökumət və prezidentin özü bu məntiqli və təsirli prosesdə ən böyük rolu ifa edə bilərlər.[34]


Çox ciddi bir sual

İnqilabın Böyük Rəhbərinin 2002-ci ildəki namaz iclasına müraciəti 2001-ci ildəki müraciətin mətni idi, lakin sonunda bu cümlələr yer alırdı:

“İndi mənim üçün çox ciddi və mühüm olan bu sual yaranır ki, bu tələblərin müraciət ünvanı olan icraçı məmurlar öz vəzifələrinə nə qədər əməl etmişlər: radio və televiziya, Təlim və Tərbiyə Nazirliyi, Təhsil Nazirliyi, universitetlər, İslam Mədəniyyəti Nazirliyi, İslam Təbliğatı Komitəsi, Kino istehsalı mərkəzləri, silahlı qüvvələr, Yol və Nəqliyyat Nazirliyi, şəhər merləri və digərləri bu müraciətdə onlardan istənilən vəzifəni hansı həddə yerinə yetirmişlər? Möhtərəm prezidentdən və digər yüksək rütbəli məmurlardan ciddi şəkildə gözlənilir ki, aidiyyətli şəxslərə bu əsaslı sualla müraciət edib onlardan cavab istəsinlər".[35]


"Çox həyasızlıq lazımdır!"

Prezident olarkən dəfələrlə Dövlət Şurasının, yaxud Müharibə Şurasının iclaslarını namaz üçün kəsmişəm və bu qaydaya inanmışam. İndi də inanıram ki, əgər iş namaza düşürsə, işi tətil edib namaz qılmaq lazımdır. Dəlilim də budur ki, “namaza tələsin” nidası gələrkən və Allahın sizi namaza çağırdığında gözünüzü digərlərinin gözünə dikməyiniz və etinasızlıq göstərməyiniz çox həyasızlıq tələb edir. Bu, namazın dəyərini gizlətməkdir. Bu həm işə zərbə vurur, həm də real nəticələri var.[36]


Qeydlər

[1] Üçüncü namaz seminarına müraciətdən: 1993.

[2] Müqəddəs Məşhəd şəhərində keçirilən illik namaz iclasına müraciətdən: 1991.

[3] Müqəddəs Məşhəd şəhərində keçirilən illik namaz iclasına müraciətdən: 1991.

[4] Müqəddəs Məşhəd şəhərində keçirilən illik namaz iclasına müraciətdən: 1991.

[5] Müqəddəs Məşhəd şəhərində keçirilən illik namaz iclasına müraciətdən: 1991.

[6] Müqəddəs Məşhəd şəhərində keçirilən illik namaz iclasına müraciətdən: 1991.

[7] Müqəddəs Məşhəd şəhərində keçirilən illik namaz iclasına müraciətdən: 1991.

[8] Üçüncü namaz seminarına müraciətdən: 1993.

[9] Üçüncü namaz seminarına müraciətdən: 1993.

[10] Üçüncü namaz seminarına müraciətdən: 1993.

[11] Şiraz şəhərində keçirilən illik namaz toplantısına müraciətdən: 1994.

[12] Şiraz şəhərində keçirilən illik namaz toplantısına müraciətdən: 1994.

[13] Şiraz şəhərində keçirilən illik namaz toplantısına müraciətdən: 1994.

[14] İllik namaz toplantısı münasibəti ilə müraciətdən: 1995.

[15] İllik namaz toplantısı münasibəti ilə müraciətdən: 1995.

[16] Zəncan şəhərində keçirilən illik namaz toplantısına müraciətdən: 1996.

[17] Zəncan şəhərində keçirilən illik namaz toplantısına müraciətdən: 1996.

[18] İslam inqilabının Böyük Rəhbərinin ümumrespublika namaz iclasına müraciətindən: 2004.

[19] Namaz iclasına müraciətdən: 1997.

[20] Namaz iclasına müraciətdən: 1997.

[21] Namaz iclasına müraciətdən: 1997.

[22] Namaz iclasına müraciətdən: 1998.

[23] Namaz iclasına müraciətdən: 1998.

[24] Doqquzuncu namaz seminarına müraciətdən: 1999.

[25] Doqquzuncu namaz seminarına müraciətdən: 1999.

[26] Onuncu namaz seminarına müraciətdən: 2000.

[27] Onuncu namaz seminarına müraciətdən: 2000.

[28] Ümumi görüşdə çıxışından: 1990.

[29] Həcc mərasiminin məsul şəxsləri ilə görüşdə çıxışından: 2004.

[30] Ümumrespublika namaz iclasına müraciətdən: 2001.

[31] Ümumrespublika namaz iclasına müraciətdən: 2001.

[32] Ümumrespublika namaz iclasına müraciətdən: 2001.

[33] Ümumrespublika namaz iclasına müraciətdən: 2001.

[34] On üçüncü ümumrespublika namaz iclasına müraciətdən: 2003.

[35] Ümumrespublika namaz iclasına müraciətdən: 2002.

[36] İnqilabın Böyük Rəhbəri ilə müsahibə: 2005.



Geri  
Go to TOP