A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: ELM HÖVZƏLƏRİNDƏ YENİLİK (Ayətullah Seyid Əli Xamenei)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri  


Cənabların irəli sürdüyü və mənim də bəyəndiyim təkliflərdən biri beynəlxalq təbliğat üçün bir təhsil müəssisəsi açmaqdır. Əlbəttə, mən bunu təxminən 14-15 il öncə dedim. O zaman hövzənin böyüklərindən olan və bu gün də Allahın lütfü ilə faydalı ömrü davam edən alimlərin biri müalicə üçün Avropa ölkələrindən birinə getmişdi. Orada gənclər, tələbələr və iranlılar ona müraciət edirlər ki, misal üçün, gəlin buraya filan məclisdə söhbət edin, filan yerdə çıxış edin. Bu böyük və möhtərəm cənabı bir ay, yaxud bir qədər artıq saxladılar və o, ehtiyacları gördü. Buraya gələndən sonra məndən görüş aldı və acıqla dedi ki, bu qədər ehtiyac var, siz nə üçün bunları aradan qaldırmırsınız? Mən dedim ki, biz bəzi işlər görmüşük, lakin əlimiz boşdur. İndi bu meydan, bu da siz: gedin Quma, bütün dünya üçün dini təbliğatçılar yetişdirən bir mərkəzin proqramını hazırlayın, xərci də mənim öhdəmə; mən bütün xərclərini verərəm. Siz bunun üçün xüsusi bir mədrəsə açın. Mən Quma gəlib mədrəsə aça bilmərəm. O getdi və bir müddət çalışdı. Fikrimcə, Qumda elan da verildi ki, kimsə iştirak etmək istəyirsə, gəlsin. Sonra isə yaddan çıxdı. İndiyə qədər də yaddan çıxıb. Bu işi görün, bu, çox yaxşı və zəruri işdir.

 

Minbərin əhəmiyyəti və təbliğatçı yetişdirmək

Minbər barədə də danışdılar. Bu mənim həmişəki sözlərimdəndir. Bizim sözümüzün həmişəki nəqəratlarından biri də minbərin uca tutulması, əhəmiyyəti və təbliğatçı yetişdirmək məsələsidir. Çox gözəl, bu meydan, bu da siz. Gedin məşğul olun, proqram hazırlayın, işə başlayın. Bunun üçün güclü və tutarlı proqram hazırlayın və başlayın. Əlbəttə, çoxlu problemlər var. İşə başlayanlar yavaş-yavaş problemlərlə tanış olacaqlar. Lakin inanıram ki, siz gənclik enerjisi, əzmkarlıq, iradə və inamınızla bütün bu problemləri həll edə bilərsiniz.

İlahi, bizim bu məclisimizi İslam, müsəlmanlar və ruhanilik üçün xeyir-bərəkətli et! Deyib-eşitdiklərimizi Özün üçün və Öz yolundakı işlərdən say!

İlahi, bizi, qiyamətdə soruşacağın sualların cavabına hazır et!

İlahi, bütün bu uğurların və mövcud imkanların səbəbkarı olan əziz şəhidlərimizin pak ruhlarını və Böyük İmamın pak ruhunu öz övliyalarınla birgə et və bizdən razı sal!

Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh.



Geri  
Go to TOP