A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İSRAF (Ayətullah Seyid Əli Xamenei)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri  


          İmam Sadiq (ə) buyurmuşdur: "Ehtiyac miqdarından artıq olan hər bir tikili qiyamət günü sahibinin bəlasına çevriləcək" (Vəsail əş-Şiə, c. 5, səh: 337).

            Azca əməl bir anbar sözdən üstündür!

          Xüsusən cənab prezidentdə sadə yaşayış tərzinin olması yaxşı, gözəl və dəyərli cəhətdir. Bəzən az, bəzən çox olsa da, bu, məmurlarda da var. Sadə yaşamaq çox dəyərli bir şeydir. Əgər biz cəmiyyətdə həqiqətən böyük bəla olan dəbdəbənin, zadəganlığın və israfçılığın kökünü kəsmək istəyiriksə, bu, sözlə və deməklə olmaz. Bir tərəfdən deyək və o biri tərəfdən xalq baxıb əməlimizin ayrı cür olduğunu görsün?! Gərək əməl edək. Öz təsirini buraxması üçün bizim əməlimiz sözlərimizi təsdiq etməli və tamamlamalıdır. Xoşbəxtlikdən bu var. Siz yoxsul təbəqələrlə məsafənizi azaltmısınız. Onu belə saxlayın və imkan daxilində yenə də azaldın. Bu üç məsələ üstünlük və imtiyazdır.[34]


 

 

Dünyadan iki dəfə artıq

Bizim qənaət məsələsini müxtəlif sahələrdə bir siyasət kimi proqramlarımızın əsas xətlərinə salmamız lazımdır. Əziz xalqımız bilsin ki, qənaət istifadə etməmək deyil, düzgün, yerində istifadə etmək, malı zay etməmək, istehlakı səmərəli etməkdir. Malda və iqtisadiyyatda israf budur ki, insan ondan istifadə edir, lakin bu istifadənin təsiri və nəticəsi olmur. Əbəs və hədər istifadə əslində malı zay etməkdir. Bizim cəmiyyətimiz bu məsələni daimi bir şüar bilməlidir. Çünki istehlak baxımından bizim cəmiyyətimizin vəziyyəti yaxşı deyil - bunu mən deyirəm. Biz bunu etiraf etməliyik. Bizim adətlərimiz, ənənələrimiz, ondan-bundan öyrəndiyimiz səhv üsullar bizi israfçılığa sövq etmişdir.

Quranın şərafətli ayələrində iqtisadi işlərdə israfdan çəkinmək dəfələrlə tapşırılmışdır. İsrafın həm iqtisadi ziyanları var, həm mədəni ziyanları. Bir cəmiyyətin israf xəstəliyinə tutulması ona mədəni baxımdan da mənfi təsirlər buraxır. Buna əsasən, qənaət və israfdan çəkinmək məsələsi yalnız iqtisadi bir məsələ deyil; həm iqtisadi məsələdir, həm ictimai, həm də mədəni məsələ. Çünki israfçılıq ölkənin gələcəyini təhdid edir.

Tehranda və bəzi vilayət mərkəzlərində aparılan araşdırmalar göstərir ki, çörəyin 33 faizi xarab olur. Bu şəhərlərdə istehsal olunan bütün çörəklərin üçdə biri kənara tullanır. Nə qədər təəssüflü olsa da, bu, reallıqdır.

Su barədə araşdırma aparmışlar və deyirlər ki, evlərdə suyun israfı təxminən 22 faizdir. Bizim ölkəmizdə su çox deyil. Biz hamılıqla suya maksimum qənaət etməliyik. Araşdırmalardan sonra bizim ixtiyarımızda qoyulan statistik rəqəmlərə əsasən, biz ümumilikdə dünyanın orta istehlak səviyyəsindən iki dəfə artıq enerji - elektrik enerjisi və enerji daşıyıcıları, yəni neft, qaz, qazoyl, benzin istifadə edirik. Ölkəmizdə bunların istifadəsi dünyanın orta həddindən iki dəfə artıqdır. Bu israfdır.[35]


Qanunu çox qətiyyətlə icra etsinlər!

Bu, məmurların borcudur. İsraf yalnız fərdi sahədə deyil, ümummilli miqyasda da baş verir... Bu israfın mühüm hissəsi xalqın ixtiyarında deyil, ölkə məmurlarının ixtiyarındadır. Kommunikasiya sistemləri, elektrikötürmə xətləri, elektrik naqilləri köhnələndə elektrik enersişi hədər gedir. Elektrik enerjisini istehsal edir, sonra isə bu köhnə sistemdə hədər veririk, onun mühüm bir hissəsi zay olur. Yaxud suötürmə qurğuları köhnələndə su hədər gedir. Bunlar ümummilli miqyasda baş verən dövlət israflarıdır. Ölkə məmurları buna görə məsuliyyət daşıyırlar. İsraf təşkilat səviyyəsində də baş verir. Müxtəlif təşkilatların başçıları ümumi büdcəni şəxsi işlərinə istifadə etmirlər, amma təşkilatlarında nizamsız istifadələr baş verir; idarə və iş otağının bərbəzəkləri, təmtəraqlar, lazımsız səfərlər, müxtəlif divan-kreslolar. Ehtiyat və nəzarətlə bu işlərin qarşısını almaq lazımdır. Həm hökumət səviyyəsində, həm adi xalq səviyyəsində, həm də təşkilatlar səviyyəsində israfa tənqidi baxış yaranmalıdır. Qeyd etdiyimiz kimi, bu, sözlə həll olmur. Bunun üçün proqram hazırlamaq lazımdır. Qanunverici və icraçı orqanlar bu işlə məşğul olmalı, proqram hazırlamalı, qanun qəbul etməli və qanunu çox qətiyyətlə icra etməlidirlər. Bizim qarşıdakı on il üçün nəzərdə tutduğumuz inkişafın mühüm bir hissəsi bu məsələyə aiddir.[36]


Qeydlər

[1] Tehranın cümə namazı xütbələrindən: 1989.

[2] Xalqın müxtəlif təbəqələri ilə görüşdə çıxışından: 1991.

[3] Qədir-Xum bayramı münasibəti ilə quruluşun məmurları və vəzifəli şəxsləri ilə görüşdə çıxışından: 1992.

[4] Həzrət Zəhranın (ə) doğum günü münasibəti ilə qadınlarla görüşdə çıxışından: 1992.

[5] Fitr bayramı namazının xütbələrindən: 1993.

[6] Cümə namazı xütbələrindən: 1995.

[7] Yeni il və novruz bayramı münasibəti ilə müraciətdən: 1995.

[8] Həzrət Əli ibn Musa Rzanın (ə) məqbərəsində çıxışdan: 1995.

[9] Ordu komandirləri və şəxsi heyəti ilə görüşdə çıxışından: 1995.

[10] Yen il münasibəti ilə müraciətdən: 1996.

[11] Beşinci İslam Şurası Məclisinin açılışı münasibəti ilə müraciətdən: 1996.

[12] Yeni il münasibəti ilə müraciətdən: 1997.

[13] Yeni il münasibəti ilə müraciətdən: 1997.

[14] Müqəddəs Məşhəd şəhərində xalqın böyük toplantısında çıxışdan: 1997.

[15] Yeni il bayramı münasibəti ilə şərafətli İran xalqına müraciətdən: 1998.

[16] Səkkizinci imam həzrət Rzanın (ə) pak məqbərəsində çıxışdan: 1998.

[17] Tehranın cümə namazı xütbələrindən: 1998.

[18] İran İslam Respublikası quruluşunun vəzifəli şəxsləri ilə görüşdə çıxışından: 1999.

[19] Hörmətli Allah evinin ziyarətçilərinə müraciətdən: 2000.

[20] Tehranın cümə namazı xütbələrindən: 2000.

[21] Tehranın cümə namazı xütbələrindən: 2000.

[22] Prezident və Dövlət şurasının üzvləri ilə görüşdə çıxışından: 2001.

[23] Fitr bayramı namazının xütbələrindən: 2002.

[24] Qum əhalisi ilə görüşdə çıxışından: 2003.

[25] Cihad komitəsinin üzvləri və əkinçilərlə görüşdə çıxışından: 2004.

[26] Tehranın cümə namazı xütbələrindən: 2004.

[27] Yeddinci İslam Şurası Məclisinin açılışı münasibəti ilə müraciətdən: 2004.

[28] Yeddinci İslam Şurası Məclisinin deputatları ilə görüşdə çıxışından: 2004.

[29] Kerman vilayətinin müəllimləri ilə görüşdə çıxışından: 2005.

[30] İsra/29.

[31] Furqan/67.

[32] Fitr bayramı namazının xütbələrindən: 2007.

[33] İslam İnqilabının Böyük Rəhbərinin Şiraz əhalisi ilə görüşdəki çıxışından: 2008.

[34] Prezident və Dövlət şurasının üzvləri ilə görüşdə çıxışından: 2008.

[35] Fitr bayramı namazının xütbələrindən: 2002.

[36] Səkkizinci imam həzrət Rzanın (ə) müqəddəs məqbərəsində çıxışdan: 2009.



Geri  
Go to TOP