A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (səkkizinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


2. Şeytanla təmasda olub, məsələni tez bir zamanda anlayıb onu rədd edənlər.[30]

3. Daim şeytanla birlikdə olanlar.[31]

Peyğəmbərlər bu qrupların heç birinə daxil deyildirlər. Onlar məsumdurlar. Şeytan onlara yaxınlaşa bilmir, ruhlarına vəsvəsə etməkdə, onlarla təmas qurmaqda acizdir. Şeytanın peyğəmbərlərin arzularına təlqini ola bilər. Amma məlum məsələdir ki, peyğəmbərlərin proqramları onların şəxsi məsələlərindən fərqlənir.

Bildirişlər

1. İslam Peyğəmbəri (s) son peyğəmbərdir.

2. Haqla batil arasındakı ziddiyyət daimi bir cərəyandır.

3. Bütün peyğəmbərlər eyni mərtəbədə deyil. (Rəsul nəbidən daha geniş təbliğə məsuldur.)

4. Peyğəmbərlərin öz məqsədləri ilə bağlı proqramları var.

5. Şeytan peyğəmbərlərə təsir göstərə bilməsə də, məqsədlərlə bağlı vəsvəsəyə əl atır.

6. Şeytanın vəsvəsələri ən üstün proqramlar üçün də təhlükə törədir.

7. Haqq-batil qarşıdurmasında Allah batili məhv edir, haqqı möhkəmləndirir.

8. Haqqın batilə qələbəsi üçün tələsməyin.

9. Allahın himayəsi olmadan haqq möhkəmlənməz.

10. Haqla batil arasındakı ziddiyyət, haqqın batilə qələbəsi Allahın hikmət və elmə əsaslanan planlarındandır.

Ayə 53:

﴿لِيَجْعَلَ مَا يُلْقِي الشَّيْطَانُ فِتْنَةً لِّلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ وَالْقَاسِيَةِ قُلُوبُهُمْ وَإِنَّ الظَّالِمِينَ لَفِي شِقَاقٍ بَعِيدٍ﴾

“Şeytanın təlqinləri qəlblərində xəstəlik olanlar və qəlbi daşlar üçün sınaq vasitəsi qərar verildi. Şübhəsiz, sitəmkarlar uzun və dərin bir düşmənçilikdədirlər.”

 

Bildirişlər

1. Şeytanın təlqinləri daş və xəstə qəlbli insanların sınağı üçün vasitədir. (Ruhi xəstəlik və daş qəlblilik şeytanın tələsinə düşmək üçün münasib zəmindir.)

2. Daş qəlblilik özü ruhi xəstəliyin bir növü olsa da, daha çox əhəmiyyət daşıdığından ayrıca zikr olunmuşdur.

3. Şeytani təlqinlərin təsiri altına düşən daş qəlbli insanlar zalımlardır.

Ayə 54:

﴿وَلِيَعْلَمَ الَّذِينَ أُوتُوا الْعِلْمَ أَنَّهُ الْحَقُّ مِن رَّبِّكَ فَيُؤْمِنُوا بِهِ فَتُخْبِتَ لَهُ قُلُوبُهُمْ وَإِنَّ اللَّهَ لَهَادِ الَّذِينَ آمَنُوا إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ﴾

“Həm də agahlar bilsinlər ki, həqiqətən o, (peyğəmbərlərin arzusu) sənin Rəbbin tərəfindən olan bir haqdır. Ona iman gətirsinlər, qəlbləri onun qarşısında müti olsun. Şübhəsiz, Allah iman gətirənləri doğru yola hidayət edər.”

 

Nöqtələr

●Şeytanın təlqinləri peyğəmbərlərin proqramlarına və onların Allah tərəfindən dayandırılmasına iki cür təsir edir:

1. Daş və xəstə qəlblilər üçün sınaq vasitəsidir;

2. Şeytan təlqinlərinin daşa dəyməsi qəlbin nuraniyyətinə və elm əhlinin imanına səbəb olur.

Bildirişlər

1. Elm insana haqqı batildən fərqləndirmək gücü verir.

2. Bəzən maddi və mənəvi bəhrələnmə insanların şəxsi keyfiyyətlərindən asılı olur. Şeytanın hansısa təlqini daş qəlbli insanlar üçün fitnə, elm əhli üçün mərifət açarı olur.

3. Elm insanlara verilmiş ilahi bir hədiyyədir.

4. Elm əhli daş və xəstə qəlbli olmamalıdır.

5. Elm də, haqq da, hidayət də Allahdandır.

6. Elm, iman və mütilik təkamül mərhələlərindəndir.

7. Hər kəs imanda ilk addımı atsa, Allah onu növbəti addımlarda müvəffəq edər.

 

 

 

 

 

Ayə 55:

﴿وَلَا يَزَالُ الَّذِينَ كَفَرُوا فِي مِرْيَةٍ مِّنْهُ حَتَّى تَأْتِيَهُمُ السَّاعَةُ بَغْتَةً أَوْ يَأْتِيَهُمْ عَذَابُ يَوْمٍ عَقِيمٍ﴾

“Küfrə uğrayanlar daim Quran və peyğəmbərliyə münasibətdə şəkdədirlər. Nəhayət, Qiyamət onları qəfildən yaxalayar, ya da bəhrəsiz bir günün əzabı soraqlarına gələr.”

 

Bildirişlər

1. Əgər şəkk-şübhə araşdırma və iman üçün müqəddimə olsa, dəyər sayılar. Sonu azğınlıq və əzab olan şəkk-şübhə pisdir.

2. Hər adamdan iman intizarında olmayın. Çünki bəzilərinə heç bir dəlil təsir etmir.

3. Küfr və haqla mübarizə yolunu seçən kəs istənilən bir həqiqət qarşısında şəkk-şübhəyə düşər.

4. Ölüm və Qiyamət qəfil hadisədir. Heç vaxt qəflətdə olmayaq.

5. Qiyamət qopduqdan sonra keçmiş səhvləri düzəltmək üçün fürsət qalmır.

Ayə 56:

﴿الْمُلْكُ يَوْمَئِذٍ لِّلَّهِ يَحْكُمُ بَيْنَهُمْ فَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فِي جَنَّاتِ النَّعِيمِ﴾

“Qiyamət günü hakimiyyət yalnız Allaha məxsusdur. O, xalq arasında mühakimə aparar. İman gətirib saleh işlər görənlər nemət dolu bağlarda qalar.”

 

Bildirişlər

1. Qiyamət günü hər şey Allahın iradəsindən asılıdır, kimsədə hansısa qüdrət yoxdur.

2. Allahın mühakiməsi bizim öz əməllərimizə əsaslanır.

 

Ayə 57:

﴿وَالَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا فَأُوْلَئِكَ لَهُمْ عَذَابٌ مُّهِينٌ﴾

“Küfrə uğrayıb ayələrimizi təkzib edənlər üçün zəliledici əzab var.”

 

Bildirişlər

1. Qiyamətdə insanların küfr və ya imanı əsasında mühakimə aparılar.

2. Təkəbbürlə haqdan üz çevirənin cəzası zəliledici əzabdır.

Ayə 58:

﴿وَالَّذِينَ هَاجَرُوا فِي سَبِيلِ اللَّهِ ثُمَّ قُتِلُوا أَوْ مَاتُوا لَيَرْزُقَنَّهُمُ اللَّهُ رِزْقًا حَسَنًا وَإِنَّ اللَّهَ لَهُوَ خَيْرُ الرَّازِقِينَ﴾

“Allah yolunda hicrət edən, sonra öldürülən kəslərə, şübhəsiz, Allah yaxşı ruzi verəcək. Həqiqətən, Allah ruzi verənlərin ən üstünüdür.”

Ayə 59:

﴿لَيُدْخِلَنَّهُم مُّدْخَلًا يَرْضَوْنَهُ وَإِنَّ اللَّهَ لَعَلِيمٌ حَلِيمٌ﴾

“Şübhəsiz, Allah onları razı qalacaqları bir məhəllə daxil edər. Həqiqətən, Allah bilən və həlimdir.”

 

Bildirişlər

1. Məqsədli hicrət dəyərli bir işdir.

2. Allah yolunda hicrətdə ölənlər şəhid kimidirlər. (Əsas məsələ ölüm və ya şəhadət yox, Allah yolunda olmaqdır.)

3. Allah yolunda nakamlıq yoxdur. Allahın saleh bəndələri dünya ləzzətlərindən məhrum olsalar da, onları böyük axirət nemətləri gözləyir.

4. İlahi vədlərin həyata keçəcəyinə şübhə yoxdur.

5. Dünya ruzisi bəzən şirindir, bəzən də acı. Amma behişt əhli yalnız yaxşı ruzidən faydalanır.

6. Həqiqi ruzi verən Allahdır. Başqaları yalnız vasitə ola bilər.

7. Xoşagələn məskən və mənzil yaxşı ruzi nümunələrindəndir.

 

Ayə 60:

﴿ذَلِكَ وَمَنْ عَاقَبَ بِمِثْلِ مَا عُوقِبَ بِهِ ثُمَّ بُغِيَ عَلَيْهِ لَيَنصُرَنَّهُ اللَّهُ إِنَّ اللَّهَ لَعَفُوٌّ غَفُورٌ﴾

“(Bəli, hökm) budur. Hər kəs özünə verilən sitəm həddində cəzalandırsa, yenidən zülmə düçar olduqda, şübhəsiz, Allah ona yardım edəcək. Əlbəttə, Allah əfv edib bağışlayandır.”

 

Nöqtələr

●“Təfsiri-nümunə”də oxuyuruq: “Müşriklər məhərrəm ayında dedilər: “Müsəlmanlar bu ayda döyüşü haram sayırlar. Onlar bu ayda müdafiə də olunmayacaqlar, belə isə yubanmadan hücum edək.” Ayədə isə buyurulur: “İstənilən bir ayda müdafiə vacibdir.”

Bildirişlər

1. Müdafiə hər bir insanın təbii haqqıdır.

2. Ədalət hər yerdə dəyərdir.

3. Məzluma yardım bəzən zalımın məhvi ilə müşayiət olunmur.

4. Allah məzluma yardım edir, amma onun müəyyən səbəblərdən zalımı da bağışlaması mümkündür.

Ayə 61:

﴿ذَلِكَ بِأَنَّ اللَّهَ يُولِجُ اللَّيْلَ فِي النَّهَارِ وَيُولِجُ النَّهَارَ فِي اللَّيْلِ وَأَنَّ اللَّهَ سَمِيعٌ بَصِيرٌ﴾

“Bu, (ilahi yardım vədi) Allahın (hər şeyə qadir olması,) gecəni gündüzə, gündüzü gecəyə qərq etməsinə xatirdir. Əlbəttə, Allah eşidən və görəndir.”

 

Nöqtələr

●Allah-təala ötən ayədə buyurdu ki, Biz məzluma yardım edərik. Bu və bundan sonrakı ayədə isə yardım dəlilləri və zəminləri qeyd olunur: Allahın qüdrəti, Allahın elmi, Allahın haqq olması, Allahın böyüklüyü və əzəməti.

Bildirişlər

1. Allahın gecə və gündüzü dəyişmə qüdrəti və elmi Onun bəndələrə yardım gücünün nişanəsidir.

2. Gecə və gündüzün dəyişməsi təsadüfi deyil. Varlıq aləmindəki işlərin hikmət və elm sahibi olan aparıcısı var.

 

Ayə 62:

﴿ذَلِكَ بِأَنَّ اللَّهَ هُوَ الْحَقُّ وَأَنَّ مَا يَدْعُونَ مِن دُونِهِ هُوَ الْبَاطِلُ وَأَنَّ اللَّهَ هُوَ الْعَلِيُّ الْكَبِيرُ﴾

“Bunun (məzluma yardımın) səbəbi odur ki, Allah haqdır, ondan savay kimi çağırsalar batildir. Əlbəttə, Allah uca mərtəbəli və böyükdür.”

 

Bildirişlər

1. Gecə və gündüzün dəyişməsi Allahın tədbir, rübubiyyət və birliyini göstərən aşkar nişanədir.

2. Ondan savay bütün məbudlar uydurmadır.

3. Həqiqət ölçüsü yalnız Allah-təaladır.

 

Ayə 63:

﴿أَلَمْ تَرَ أَنَّ اللَّهَ أَنزَلَ مِنَ السَّمَاء مَاء فَتُصْبِحُ الْأَرْضُ مُخْضَرَّةً إِنَّ اللَّهَ لَطِيفٌ خَبِيرٌ﴾

“Görmədinmi ki, Allah səmadan su endirdi, sonra yer yaşıllaşdı? Həqiqətən, Allah lütf və agahlıq sahibidir.”

 

Bildirişlər

1. Varlıq aləminin mütaliəsi Allaha iman üçün zəmindir.

2. Allah varlıq aləmində təbii amillər əsasında iş görür.

3. Təbiətin əsərləri və bərəkətləri ondandır. (Əgər yağış yer üzünü yaşıllaşdırırsa, bu da ilahi mərhəmətdir.)

Ayə 64:

﴿لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَإِنَّ اللَّهَ لَهُوَ الْغَنِيُّ الْحَمِيدُ﴾

“Səmalarda və yerdə nə varsa Ona məxsusdur. Həqiqətən, ehtiyacsız və tərifə layiq olan Allahdır.”

 

Nöqtələr

●İnsan vücudu başdan-başa ehtiyac içindədir, havaya, qidaya, məskənə, libasa və digər şeylərə möhtacdır. İnsan bir anlıq özünü ehtiyacsız bildikdə tüğyan qoparır, fəsad törədir. Belə bir hal təqvasızlıq, qəflət, istismarla nəticələnir. Amma Allah mütləq surətdə ehtiyacsızdır və hər cür tərifə layiqdir.

Bildirişlər

1. Bütün varlıq aləmi möhtac, Allah isə ehtiyacsızdır.

 

 

 

 

 

 

 

 

 

Ayə 65:

﴿أَلَمْ تَرَ أَنَّ اللَّهَ سَخَّرَ لَكُم مَّا فِي الْأَرْضِ وَالْفُلْكَ تَجْرِي فِي الْبَحْرِ بِأَمْرِهِ وَيُمْسِكُ السَّمَاء أَن تَقَعَ عَلَى الْأَرْضِ إِلَّا بِإِذْنِهِ إِنَّ اللَّهَ بِالنَّاسِ لَرَؤُوفٌ رَّحِيمٌ﴾

“Görmədinmi ki, Allah yer üzündə nə varsa, həm də Onun əmri ilə dəryada üzən gəmiləri sizə ram etdi, göyləri saxladı ki, Onun əmri olmadan yerə enməsin?! Həqiqətən, Allah insanlara qarşı mehriban və mərhəmətlidir.”

 

Nöqtələr

●Mövcudların ram edilməsi dedikdə, onların bütünlüklə insanın istifadəsinə verilməsi nəzərdə tutulur. Günəş ram olmuşdur, yəni biz ondan bəhrələnirik.

●Yer üzündəki nemətlərlə yanaşı gəminin adının ayrıca qeyd olunması onun mühüm rola malik olduğunu göstərir. Elə günü bu gün su hövzələrində hərəkət edən gəmilər dayansa, dünyanın iqtisadiyyatı iflic olar.

Bildirişlər

1. Yaranışın mütaliəsi həm iman, həm də eşq üçün zəmindir.

2. Varlıq aləminin ram olunması Allahın iradəsindən asılıdır.

3. İnsan yer üzünə və ondakı hadisələrə qalib gələ bilər. (Bəşəriyyət yer üzündə mövcud olan yaranışların şərafətlisidir.)

4. Təbiətin seyri Allahın iradəsindən asılıdır.

5. Göy və göydə olanlar Allah tərəfindən öz yerindəcə saxlanılırlar.

6. Varlıq aləmindəki nizam və onun hifzi Allahın daimi nəzarətinə ehtiyaclıdır.

7. Təbiət qanunları Allahın iradəsi qarşısında dayana bilməz.

8. Allahın mehribanlığı və mərhəməti Onun lütfünə dəlildir.

Təbiətin insana ram edilməsi, gəmilərin dəryada hərəkəti, səma cisimlərinin təhlükəsiz hərəkəti Allahın mehribanlıq və mərhəməti ilə təmin olunur.

9. Bütün insanlar Allahın lütfündən bəhrələnir.

Ayə 66:

﴿وَهُوَ الَّذِي أَحْيَاكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يُحْيِيكُمْ إِنَّ الْإِنسَانَ لَكَفُورٌ﴾

“Sizi dirildən, sonra öldürən, növbəti dəfə canlandıran Odur. Əlbəttə, insan çox nankordur.”

Bildirişlər

1. Ölüm və həyat, keçmiş və gələcək Allahın əlində olduğu halda, insan tüğyan qoparıb nankorluq edir.

Ayə 67:

﴿لِكُلِّ أُمَّةٍ جَعَلْنَا مَنسَكًا هُمْ نَاسِكُوهُ فَلَا يُنَازِعُنَّكَ فِي الْأَمْرِ وَادْعُ إِلَى رَبِّكَ إِنَّكَ لَعَلَى هُدًى مُّسْتَقِيمٍ﴾

“Hər bir ümmət üçün əməl etsinlər deyə ayinlər müəyyənləşdirdik. Bu barədə səninlə mübahisə etməməlidirlər. (Xalqı) Rəbbinin yoluna çağır. Həqiqətən, sən doğru yoldasan.”

 

Nöqtələr

●İnsanların mövsümi, ictimai və qeyri-sabit ehtiyacları olduğundan onlar üçün müxtəlif şəraitlərdə yeni göstərişlər verilməlidir. Necə ki, şərait dəyişdikcə həkim də yazdığı nüsxəni dəyişir. Yaşadığımız dövrdə fəqihlər (din alimləri) ümumi qanunlar çərçivəsində müsəlmanlara yeni göstərişlər verirlər.

●Bəziləri “mənsək” sözünün qurbanlıq mənasında olduğunu əsas götürüb ayəni belə mənalandırırlar: “Biz hər bir ümmət üçün bir növ qurbanlıq müəyyənləşdirdik ki, ona əməl etsinlər. Buna görə də müşriklər sənin qurbanlıq göstərişinə bəhanə tutmamalıdırlar.”

Bildirişlər

1. Allah heç bir ümməti məktəbsiz qoymur.

2. Din Allah tərəfindən olmalıdır.

3. Xalq ilahi yolda qədəm götürməlidir.

4. Təbliğatçının vəzifəsi ümmətin hidayəti və bu yolda sabitqədəmlikdir.

5. Doğru yol peyğəmbərlərin yoludur.

6. Müxaliflərin təzyiqləri, düşmənçiliklərinə cavab üçün həqiqi rəhbərlərdən güc almaq lazımdır.

7. Başqalarının doğru yola çağırışını öhdəsinə götürmüş kəs özü haqq yolda olmalıdır.[32]

 

 

 

 

 

 

Ayə 68:

﴿وَإِن جَادَلُوكَ فَقُلِ اللَّهُ أَعْلَمُ بِمَا تَعْمَلُونَ﴾

“Əgər (kafirlər) səninlə mübahisəyə başlasalar, onlara de ki, Allah sizin əməllərinizdən daha çox agahdır.”

Ayə 69:

﴿اللَّهُ يَحْكُمُ بَيْنَكُمْ يَوْمَ الْقِيَامَةِ فِيمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ﴾

“Allah Qiyamət günü aranızdakı ixtilaflar barəsində mühakimə aparacaq.”

 

Bildirişlər

1. Allah Öz peyğəmbərinə təsəlli verib onu məlumatlandırır.

2. Peyğəmbərlər hətta möcüzə və məntiq vasitəsi ilə də inadkar fərdləri razı sala bilmirdilər.

3. Allahın zikri və işlərin Ona həvaləsi ən üstün aramlıq vasitəsidir.

4. İnadkar və höcətkeş fərdlərlə ağız-ağıza verməyin.

5. Qiyamətdə hökm verən hər şeyə şahid və hər şeydən agah olan Allah-təaladır. (Kamil mühakimənin kamil elmə ehtiyacı var.)

6. Allahın elm və mühakiməsinə iman möminləri arxayınlaşdırır, kafirləri hədələyir.

7. Qiyamətə iman ixtilaf və çəkişmələrin qarşısını almaq üçün ən üstün vasitədir.

8. Haqq və batil cəbhələri arasındakı döyüşün uzun tarixi var.

Ayə 70:

﴿أَلَمْ تَعْلَمْ أَنَّ اللَّهَ يَعْلَمُ مَا فِي السَّمَاء وَالْأَرْضِ إِنَّ ذَلِكَ فِي كِتَابٍ إِنَّ ذَلِكَ عَلَى اللَّهِ يَسِيرٌ﴾

“Bilmirsənmi ki, Allah yerdə və göydə olanları bilir? Bütün bunlar Kitabdadır və bu, Allah üçün asandır.”

 

Bildirişlər

1. Allah bütün varlıq aləmindən tam xəbərdardır.

2. Allahın elmi bir kitabda vardır. (Və ya sizin gördüyünüz işlər (əvvəlki iki ayədə qeyd olunanlar) kitabda təsbit olunmuşdur.)

3. Allah üçün bütün işlərdən xəbərdar olmaq və onları kitabda qeydə götürmək asandır.

 

Ayə 71:

﴿وَيَعْبُدُونَ مِن دُونِ اللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِ سُلْطَانًا وَمَا لَيْسَ لَهُم بِهِ عِلْمٌ وَمَا لِلظَّالِمِينَ مِن نَّصِيرٍ﴾

“Kafirlər Allahdan qeyri elə bir şeyə pərəstiş edirlər ki, onun haqqında heç bir dəlil göndərilməmişdir. Kafirlərin onun haqqında heç bir məlumatı yoxdur. Sitəmkarlara heç bir yardımçı tapılmaz.”

 

Nöqtələr

●Müşriklər elə düşünürdülər ki, Allah bəzi əşyalara, bütlərə tədbir tökmək gücü vermişdir, amma özü onların fövqündə dayanır. Onların nəzərincə, varlıq aləmini tanrılar idarə edirdi. Allahı isə tanrıların tanrısı kimi tanıyırdılar. Bu ayədə isə buyurulur ki, Allah sizin xəyali məbudlarınızın heç birinə qüdrət verməyib, varlıq aləmi yalnız Onun tərəfindən idarə olunur.

●Ola bilsin ki, ayədə “sultan” (sultə, hakimiyyət) dedikdə elmi dəlillər nəzərdə tutulmuşdur. Yəni müşriklərin üz tutduğu məbudlar və bütlər haqqında Allah tərəfindən heç bir elmi və məntiqi dəlil, vəhy nazil olmamışdır.

 Bildirişlər

1. İnsanı ya Allah göstərişi, ya ağıl və biliyi, ya da ilahi yardıma ümidi pərəstişə sövq edir.

2. Vəhyə əsaslanmayan, elmi dəlili olmayan pərəstiş zülümdür.

Ayə 72:

﴿وَإِذَا تُتْلَى عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ تَعْرِفُ فِي وُجُوهِ الَّذِينَ كَفَرُوا الْمُنكَرَ يَكَادُونَ يَسْطُونَ بِالَّذِينَ يَتْلُونَ عَلَيْهِمْ آيَاتِنَا قُلْ أَفَأُنَبِّئُكُم بِشَرٍّ مِّن ذَلِكُمُ النَّارُ وَعَدَهَا اللَّهُ الَّذِينَ كَفَرُوا وَبِئْسَ الْمَصِيرُ﴾

“Aşkar ayələrimiz onlara oxunan vaxt küfrə uğrayanların çöhrəsində qəzəb görərsən. Onlar az qalır ayələrimizi oxuyanlara hücum edələr. De ki, sizə bundan da pisini xəbər verimmi? Bir od ki, Allah kafirlərə vəd etmişdir və necə də pis aqibətdir.”

 

Nöqtələr

●“Yəstunə” sözü hücum mənasını bildirir.

●Küfrlə imanın mübarizəsində kafirlər mənəvi mərkəzləri və şəxsiyyətləri hədəfə alırlar. Onlar bəzən ibadət mərkəzlərinə də hücum çəkir.[33]

Bildirişlər

1. Kafirlər daim inkar mövqeyindədirlər.

2. Allah kafirlərə höccəti tamamlayır, yetərli dəlillər gətirib bəhanələri kəsir.

3. Höccət və dəlillər aydın olmalıdır.

4. Kafirlərin kin-küdurəti gizli qalmaz.

5. Qəlbin inkarı cismə təsir göstərir.

6. Əlində dəlil olmayan fərd zora əl atır. Zor, məntiqdə acizlik nişanəsi sayılır.

7. Din təbliğatçıları və ardıcılları özlərini müxaliflərdən müdafiəyə hazırlasınlar.

8. Dinin aşkar təbliğatı kafirlərin canı üçün bir oddur.

9. İnadkar insanlara xəbərdarlıq edərkən cəhənnəmi xatırladın.

Ayə 73:

﴿يَا أَيُّهَا النَّاسُ ضُرِبَ مَثَلٌ فَاسْتَمِعُوا لَهُ إِنَّ الَّذِينَ تَدْعُونَ مِن دُونِ اللَّهِ لَن يَخْلُقُوا ذُبَابًا وَلَوِ اجْتَمَعُوا لَهُ وَإِن يَسْلُبْهُمُ الذُّبَابُ شَيْئًا لَّا يَسْتَنقِذُوهُ مِنْهُ ضَعُفَ الطَّالِبُ وَالْمَطْلُوبُ﴾

“Ey insanlar! Bir məsəl çəkilib, onu dinləyin. Həqiqətən, Allah əvəzinə çağırdıqlarınız əl-ələ versələr də, heç vaxt bir milçək belə yarada bilməzlər. Əgər həmin milçək onlardan bir şey oğurlasa, apardığını geri ala bilməzlər. İstəyən də, istənilən də acizdir.”

 

Ayə 74:

﴿مَا قَدَرُوا اللَّهَ حَقَّ قَدْرِهِ إِنَّ اللَّهَ لَقَوِيٌّ عَزِيزٌ﴾

“(Müşriklər) Allahı layiqincə böyük tutmadılar. Şübhəsiz, Allah qüvvət və izzət sahibidir.”

 

Bildirişlər

1. Müraciət qarşı tərəfin halına uyğun olmalıdır. (Müşriklərin səviyyəsinə uyğun olaraq onlara “ey insanlar” deyə müraciət olunur.)

2. Təbliğdə öncə qarşı tərəfi dinləməyə hazırlayaq, sonra sözə başlayaq.

3. Quran misallarına lazımınca diqqət yetirək.

4. Əgər insanlar bütün güclərini işə salsalar, ən kiçik canlı varlığı yarada bilməzlər.

5. Ən xırda yaranmışı da kiçik saymayaq.

6. Milçək qarşısında aciz qalan kəs ibadətə layiq deyil.

7. Müşriklər Allahı qəbul edirdilər, amma ondan başqalarına da əyilirdilər.

8. Başqalarından yardım diləmək insanı şirkə aparır. Allahdan qeyrilərini kənara qoymaq, yalnız Onun sorağınca getmək lazımdır. Qüdrət və izzət Allaha məxsusdur.

Ayə 75:

﴿اللَّهُ يَصْطَفِي مِنَ الْمَلَائِكَةِ رُسُلًا وَمِنَ النَّاسِ إِنَّ اللَّهَ سَمِيعٌ بَصِيرٌ﴾

“Allah mələklər və xalq arasından elçilər seçər. Həqiqətən, Allah eşidən və görəndir.”

Ayə 76:

﴿يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَإِلَى اللَّهِ تُرْجَعُ الأمُورُ﴾

“(Allah) onları öndə gözləyəni və başlarına gələnləri bilir. Bütün işlər Allaha doğru qayıdasıdır.”

 

Nöqtələr

●“Səfvət” sözündən olan “istəfa” sözü xalis mənasını bildirir. Xalislərdən seçim göstərir ki, insanlar və mələklər arasında ləyaqətliləri, xalisləri vardır.

●Əbuzər həzrət Peyğəmbərdən (s) nəql edir ki, peyğəmbərlərin ümumi sayı 124000 nəfər olmuşdur. Onlardan 313 nəfəri rəsuldur.[34]

●Allahın mələkləri eyni deyil. Onların məqam və məsuliyyətləri fərqlənir. Cəbrail, Mikail, Əzrail kimi bəzi mələklərin daha üstün məqamı var.

Bildirişlər

1. Peyğəmbər seçimi yaradan və hər şeydən xəbərdar olan Allahın haqqıdır.

2. Hər kəsdə elçilik ləyaqəti və istedadı olmur.

3. Aləm Allahın hüzurudur.

4. Əgər Allah hər şeydən xəbərdardırsa və hər birimiz Ona doğru qayıdacağıqsa günaha yol verməyək.

5. Allah varlıq aləmini elə yaradıb ki, hər şey Ona doğru qayıdışdadır.

6. Allaha doğru hərəkət mövcudların istəyindən asılı deyil.

7. Varlıq karvanı müəyyən bir hədəfə doğru hərəkətdədir.

Ayə 77:

﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُوا ارْكَعُوا وَاسْجُدُوا وَاعْبُدُوا رَبَّكُمْ وَافْعَلُوا الْخَيْرَ لَعَلَّكُمْ تُفْلِحُونَ﴾

”Ey iman gətirənlər!” Rükuya əyilin, səcdə qılın, Rəbbinizə ibadət edin, xeyir işlər görün. Ola bilsin ki, nicat tapasınız.”

 

Nöqtələr

●Rüku və səcdələr ibadət nümunəsi olsa da, bu ayədə uyğun nümunələrin “ibadət edin” göstərişi ilə yanaşı işlənməsi namazın, rüku və səcdə rüknlərinin (əsaslarının) əhəmiyyətini göstərir.

İnsanın xoşbəxtliyə çatması üçün iki proqram təqdim olunur və onun qurtuluşu hər iki proqramın icrasından asılıdır:

a) Rüku, səcdələr və digər ibadətlər kimi sabit proqramlar:

b) Zaman və məkanla şərtlənən dəyişən proqramlar.

Bildirişlər

1. İxtiralar, kəşflər kimi xeyir işlər iman və bəndəlik sayəsində səmərəli olur.

2. Rüku, səcdə, ibadət, xeyir iş əhli olsanız da nicat tapdığınızı düşünməyin.Çünki qürur bəlası və əməllərin puça çıxması daim sizin sorağınızdadır.

3. Qurtuluş təkamülün son mərhələsidir. İbadət və xeyir işlərdən sonra qurtuluşa ümid etmək olar.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ayə 78:



Geri   İrəli
Go to TOP