A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (səkkizinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


5. İnsanların əməlləri onların əqidə və düşüncələrindən qaynaqlanır. (Öncə təkzib, sonra xilaf işlər!)

6. Xüsusi kafirlər dünyada dirildikdən sonra mühakimə başlananadək nəzarət altında saxlanılar.

7. Kafirlər rəcət dövründə həm əqidələrinə, həm də əməllərinə görə tənbeh olunar.

8. Allah qarşısında hamı cavab verməlidir.

Ayə 85:

﴿وَوَقَعَ الْقَوْلُ عَلَيْهِم بِمَا ظَلَمُوا فَهُمْ لَا يَنطِقُونَ﴾

“Etdikləri zülmə görə onlara hökm verilər. Onlar bir söz deyə bilməzlər.”

Ayə 86:

﴿أَلَمْ يَرَوْا أَنَّا جَعَلْنَا اللَّيْلَ لِيَسْكُنُوا فِيهِ وَالنَّهَارَ مُبْصِرًا إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يُؤْمِنُونَ﴾

“Görmədilərmi ki, gecəni onların istirahəti üçün qərar verdik, gündüzü işıqlı etdik? (Gündüzlər maaş üçün çalışsınlar deyə.) Həqiqətən, bu işdə imanlılar üçün ibrətlər var.”

 

Nöqtələr

●Gecə qaranlığının əsəblərin sakitləşməsi, gündüz işığının fəaliyyət üçün əhəmiyyətli olması bu günkü elm tərəfindən sübuta yetirilmiş həqiqətlərdir.[477]

●Rəcət və məad mövzularının ardınca yuxu və oyaqlıqdan danışılması rəcət və məad mövzularına münasibətdə yaranası təəccübü aradan qaldırmaq məqsədi daşıya bilər. Bəli, rəcət və məad yuxu və oyaqlıq kimidir.

●Gecə Allahın insanlara rəhmət nümunəsi, ilahi hikmət və qüdrət nişanəsidir. Gecənin rolunu görməməzliyə vurmaq ayədəki cahilanə təkzib nümunələrindəndir.

İstirahət, aramlıq vasitələri

●Quranda bəzi işlər istirahət və aramlıq vasitəsi kimi tanıtdırılır. O cümlədən: Allah zikri[478]; qeybi yardımlar[479]; müqəddəs əsər və əşyalar[480]; ilahi övliyaların təşviqi[481]; sığınacaq və ev[482]; həyat yoldaşı[483]; gecə[484].

Qeyd etməliyik ki, Quranın nazil edilməsi, Peyğəmbərin (s) meracı gecəyə təsadüf edir. Gecə dua və münacat vaxtıdır. Amma bəzi azğınlar gecə nemətindən sui-istifadə edib günaha batırlar.

Hazırkı əsrdə aramlıq üçün başqa ünvanlara müraciət olunur. Buna görə də nəticə əldə edilmir. Bu gün dünya texnoloji tərəqqiyə, silahlanmaya, var-dövlətə, gücə, diplomatik rabitələrə üz gətirmişdir. Mənəviyyat itirildiyindən aramlıqdan soraq yoxdur. Bir çoxları narkotik maddələrə, şəraba, eyş-işrətə aludə olmuşlar. Həqiqəti anlamaq üçün dünyada baş verən cinayətlərin statistikası ilə tanış olmaq yetər.

Bildirişlər

1. Zülmkarlara hökmən əzab veriləcək.

2. Zülmkarlara öncədən ilahi əzab vəd olunmuşdur.

3. Bədbəxtliklərin səbəbkarı insan özüdür.

4. Peyğəmbərlərin həyati əhəmiyyət daşıyan xəbərdarlıqlarının təkzibi insanın özünə qarşı zülmüdür.

5. Qiyamət günü zülmmkarın danışmağa sözü yoxdur.

6. Gecə və gündüzün dəyişməsindən ibrət götürməyənlər məzəmmətə layiqdirlər. Quranın tənqidləri daha çox qəflətdə yaşayanlara ünvanlanıb.

7. Varlıq aləmindəki nizam bəşəriyyətin ehtiyaclarına uyğundur. Bu uyğunluq hikmət sahibi və yeganə Rəbbin varlığını göstərir.

8. Həyat proqramlarınızda gecəni istirahət üçün ayırın.

9. İman və dini təfəkkürün rolu budur ki, yaranışı mənalı və məqsədli bilir, qüdrət və hikmət nişanəsi sayır.

10. İstirahət iş və səy üçün müqəddimə olmalıdır. Gündüzün işığı iş üçündür.[485] İnsan bu işıq vasitəsi ilə Rəbbinin fəzlini soraqlamalıdır.

11. Yalnız iman əhli ilahi ayələrdən ibrət götürür.

Ayə 87:

﴿وَيَوْمَ يُنفَخُ فِي الصُّورِ فَفَزِعَ مَن فِي السَّمَاوَاتِ وَمَن فِي الْأَرْضِ إِلَّا مَن شَاء اللَّهُ وَكُلٌّ أَتَوْهُ دَاخِرِينَ﴾

“(Yada sal) o gün ki, sur üfürülər, göylərdə və yerdə Allahın istədiyindən savay hər kəs qorxuya düşər. Hamı müti halda Onun yanına gələr.”

 

Nöqtələr

●“Daxirin” sözü zillət və kiçiklik mənasını bildirir.

●Quranda iki “sur üfürülməsindən” danışılır: hamının ölümünə səbəb olan üfürülmə və hamının dirilməsinə səbəb olan üfürülmə. Bu mövzuya “Zumər” surəsinin 68-ci ayəsində toxunulur: «Sur üfürülər, səmada və yerdə olan bütün mövcudlar ölər. Yalnız Allahın istədiyi kəslər istisnadır. Sonra yenidən sur üfürülər, dərhal bütün məxluq ayağa qalxıb hesab saatını gözləyər.»

Ayədə həm birinci, həm ikinci, həm də hər iki sur üfürülməsi nəzərdə tutula bilər.

●Rəvayətdə oxuyuruq: “Suru üfürmək İsrafil adlı mələyə tapşırılıb. “Ümmü-Davud” duasında İsrafilin adı qeyd olunur.[486]

●Qiyamətin başlanğıcından dəhşətə gələnlər növbəti iki ayədə tanıtdırılırlar. “Ənbiya” surəsinin 103-cü ayəsində bildirilir ki, həmin günün böyük fəryadı onları məhzun edər.

Bildirişlər

1. Varlıq nizamının dağılması, insanların ölümü və Qiyamətin başlanması dəhşətli bir səsin yaranması ilə baş verər.

2. Göylərdə diri və məsul mövcudlar var. Həşr və Qiyamət bu mövcudlara da aiddir.

3. Qiyamətdə hamı daxilən bir kiçiklik hiss edər.

 

Ayə 88:

﴿وَتَرَى الْجِبَالَ تَحْسَبُهَا جَامِدَةً وَهِيَ تَمُرُّ مَرَّ السَّحَابِ صُنْعَ اللَّهِ الَّذِي أَتْقَنَ كُلَّ شَيْءٍ إِنَّهُ خَبِيرٌ بِمَا تَفْعَلُونَ﴾

“Dağları görər və zənn edərsən ki, hərəkətsizdirlər. Halbuki onlar buludlar tək hərəkətdədir. Hər şeyi diqqətlə nizamlamaq Allahın sənətidir. O, gördüyünüz bütün işlərdən xəbərdardır.”

 

Nöqtələr

●“Sənət” sözündən olan “sünə” sözü elm, diqqət və məharət əsasında görülmüş iş mənasını bildirir.

●Yer kürəsinin hərəkəti haqqında ilk dəfə italyan alimi Qaliley və polyak alimi Kopernik məlumat vermişdir. Bu hadisələr miladın 16-17-ci əsrlərinə təsadüf edir. Qaliley kilsənin təzyiqləri altında tövbə edib öz iddialarından əl çəkdi. Quran isə Qalileydən 1000 il əvvəl bir çox ayələrində yerin hərəkəti haqqında xəbər vermişdi.[487]

Bəzi təfsirçilər dağların hərəkəti dedikdə, sur üfürülməsindən sonra onların dağılmasının nəzərdə tutulduğunu bildirirlər. Onlar belə bir mənaya əsasən ayədən digər nəticələr də çıxarırlar.[488]

Bildirişlər

1. Kainat hərəkətdədir. Hətta tərpənməz görünən dağlar da hərəkət edir.

2. Dağların hərəkəti haqqında verilən məlumatlar Quranın elmi möcüzələrindəndir.

3. Dağların hərəkəti yerin hərəkətindən ayrı deyil. Demək, yer də hərəkət edir.

4. Dağlar da buludlar kimi sürətlə hərəkət edir. Belə bir hərəkətlə yerin aram dayanması ilahi nişanələrdəndir.

5. Dağların hərəkəti Allahın hikmətli qüdrət nişanələrindəndir.

6. İlahi dünyagörüşündə hər şey öz yerində möhkəmdir.

Ayə 89:

﴿مَن جَاء بِالْحَسَنَةِ فَلَهُ خَيْرٌ مِّنْهَا وَهُم مِّن فَزَعٍ يَوْمَئِذٍ آمِنُونَ﴾

“Yaxşı iş gətirən üçün əməlindən üstün mükafat olacaq. Onlar həmin günün qorxusundan amandadırlar.”

 

Ayə 90:

﴿وَمَن جَاء بِالسَّيِّئَةِ فَكُبَّتْ وُجُوهُهُمْ فِي النَّارِ هَلْ تُجْزَوْنَ إِلَّا مَا كُنتُمْ تَعْمَلُونَ﴾

“Pis iş gətirən kəs üzü oda başıaşağı buraxılar. (Onlara deyilər:) «Yoxsa sizə gördüyünüz işlərdən artıq cəza verilir?»”

 

Nöqtələr

●“Kubbət” dedikdə başıaşağı buraxılma mənası başa düşülür.

●Günah yolla duyulan ləzzətlər, tüğyanlar və sərtliklər Qiyamətdə odda yanmaqla zillət və xarlığa çevriləcək.

●Quranın bərəkətlərindən biri budur ki, hamı üçün səadət yolu açmış və buyurmuşdur: “Yaxşı iş görənə gördüyü işdən üstün mükafat əta olunar.” Mükafatlanmada yaş, millət, cinsiyyət nəzərə alınmaz. Yaxşılıq mütləq mənada verilmiş və ayədə bütün yaxşılıqlar nəzərdə tutulmuşdur. Haqq rəhbərin qəbulu, haqq yolun qəbulu, haqq sözün qəbulu. Xeyirli peşə, doğru seçim də bu qəbildəndir. Sadalananlardan bəzilərinə rəvayətlərdə işarə olunmuşdur. Amma riya, qürur, eqoistlik və günah yolla gerçəkləşməyən, son məqsədədək qorunan hər bir xeyir iş üçün ikiqat mükafat nəzərdə tutulmuşdur.

●Ötən iki ayədə oxuduq ki, sur üfürüldükdən sonra Allahın istədikləri istisna olmaqla hamı qorxuya düşər. Hazırkı ayələrdə isə istisna olunanlar açıqlanır: Etdiyi yaxşı əməli Qiyamət səhnəsinə gətirənləri Allah bu qorxudan xilas edər!

Bildirişlər

1. Allahın xeyir işlərimizdən xəbərdarlığı xeyir işə təşviq amilidir.

2. Dünyada xeyir iş görməkdən də mühümü onu Qiyamət səhnəsinə aparıb çıxarmaqdır.

3. Gələcək bizim öz əməllərimizdən asılıdır. (Hər bir əməlin əks-sədası var.)

4. Yaxşılığı pislikdən öncə bəyan edək.

5. Yaxşılığın genişlənməsi üçün yaxşıları təşviq etmək zəruridir.

6. Təşviq və xəbərdarlıq yanaşı olduqda səmərə verir.

7. İlahi mükafatlar gördüyümüz işlərdən üstün olur.[489]

8. Xeyirxahlıq Qiyamətdə qurtuluşa səbəb olur.

9. İlahi mükafatların üstünlüyü mütləqdir. Bu mükafatlar zaman baxımından əbədi, miqdar baxımından əməldən qat-qat artıqdır.

10. Əzabdan da pisi alçalma, xarlıqdır.

11. İlahi cəzalar bizim öz əməllərimizin əks-sədası və təcəssümüdür. Bəli, haqqı eşitdikdən sonra arxa çevirənlər həmin gün üzü üstə cəhənnəmə atılar.

12. İlahi mükafatlar bir neçə qat artıq olur. Cəzalar isə bərəbar və ədalətlidir.

13. Məad cismanidir.

14. İnsanın əməlləri Qiyamətdə təcəssüm edib yaxadan yapışır.

Ayə 91:

﴿إِنَّمَا أُمِرْتُ أَنْ أَعْبُدَ رَبَّ هَذِهِ الْبَلْدَةِ الَّذِي حَرَّمَهَا وَلَهُ كُلُّ شَيْءٍ وَأُمِرْتُ أَنْ أَكُونَ مِنَ الْمُسْلِمِينَ﴾

“(Ey peyğəmbər! De ki,) Allahın möhtərəm saydığı bu şəhərin Rəbbinə pərəstiş etmək mənə əmr olunub. Hər şey yalnız Onun üçündür. Mənə təslim əhlindən olmaq əmr edilib.”

 

Nöqtələr

●Məkkə müsəlmanlar tərəfindən fəth olunan gün Allahın rəsulu (s) Kəbəyə daxil oldu və bütləri sındırdı. Həzrət həmin vaxt Kəbə astanasında buyurdu: “Allah ilk gündən Qiyamətədək Məkkəni möhtərəm buyurmuşdur.”[490]

Bildirişlər

1. Peyğəmbər Allah əmrinə tabedir.

2. Təbliğatçı xalqa öz qətiyyətini elan etməli və deməlidir ki, xalq iman gətirsə də, gətirməsə də o öz yolunu davam etdirəcək.

3. Heç kəs, hətta Allahın rəsulu hansısa şəraitdə ibadətdən ehtiyacsız olmur.

4. İbadət insan zövqünə yox, Allah əmrinə əsaslanmalıdır.

5. Yalnız ibadətdə öncül olanların xalqı ibadətə çağırmaq haqqı var.

6. Bəndəlik qəlbən təslimliklə müşayiət olunmalıdır.

7. Allaha bəndəlik fəlsəfəsi onun rübubiyyət və malikiyyətidir.

8. Həm özünüzü kamala çatdırın, həm də kamillər zümrəsinə qatılın.

9. Hər şey Allahın tərbiyəsi altındadır.

10. Məkkənin xüsusi ehtiramı və məqamı var.

 

Ayə 92:

﴿وَأَنْ أَتْلُوَ الْقُرْآنَ فَمَنِ اهْتَدَى فَإِنَّمَا يَهْتَدِي لِنَفْسِهِ وَمَن ضَلَّ فَقُلْ إِنَّمَا أَنَا مِنَ الْمُنذِرِينَ﴾

“(Mənə əmr olunub ki,) Quran tilavət edim. Hidayəti qəbul edən öz xeyrinə qəbul etmişdir. Hər kəs yolunu azsa, de ki, mən yalnız qorxudan peyğəmbərəm.”

 

Nöqtələr

●Surənin başlanğıcında Quranın əhəmiyyətindən danışıldı. Onun sonu da Qurani-Kərimdən söz açır. Quran öz tilavəti haqqında buyurur: “Ey peyğəmbər! Biz üç şeyə şahidik: Sənin bütün işlərinə, Quran tilavətinə, xalqla görülən bütün işlərə.”[491] Quran tilavətinin Peyğəmbərin (s) və xalqın işi ilə bir cərgədə dayanması onun böyük əhəmiyyətini göstərir.

Bildirişlər

1. Quranı gətirən özü də tilavət əhli olmalıdır.

2. Tövhidin bəyanından sonra həzrət Peyğəmbərin (s) ən mühüm işi xalqa ilahi ayələrin tilavəti idi.

3. Təbliğ mehvəri Quran olmalıdır.

4. Təbliğatçının vəzifəsi həqiqəti çatdırmaqdır. Xalqın qəbul edib-etməməsi onların öz işidir.

5. Quran tilavəti hidayət üçün müqəddimədir.

6. Xalqın iman gətirib-gətirməməsi onların özü üçün xeyirli və ya ziyanlıdır.

7. Yolunu azanlara görə Peyğəmbər məsuliyyət daşımır.

Ayə 93:

﴿وَقُلِ الْحَمْدُ لِلَّهِ سَيُرِيكُمْ آيَاتِهِ فَتَعْرِفُونَهَا وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ﴾

“De ki, həmd-səna Allah üçündür. O tezliklə Öz ayələrini sizə göstərəcək və siz Onu tanıyacaqsınız. Rəbbiniz sizin gördüyünüz işlərdən xəbərsiz deyil.”

 

Nöqtələr

●Allaha sitayiş üçün ən üstün təbir “əlhəmdulillah” təbiridir. Allaha bu sayaq sitayiş etmək həzrət Peyğəmbərə (s) dəfələrlə tapşırılmışdır. Bütün müsəlmanlar da öz növbəsində hər gün “Həmd” surəsini təkrarlamalıdırlar.

 

Ey qafil, silkələn, durmaq vaxtıdır,

Ölüm astanada, yuxu aldadır.

Var-dövlət haqqında düşündükcə sən,

Ömür adlı dövlət çıxır əlindən.

Su kəmərə çatdı, çalış yubanma,

Sel başdan ötəndə ömrünə yanma.

İsgəndər aləmə versə də fərman,

Aləm yaddan çıxdı ölüm gələn an.

Bil vaxtı çatanda bu yer, bu aləm,

Saxlayası deyil səni bircə dəm.[492]

Bildirişlər

1. İlahi risalət bir lütfdür və ona görə şükür etmək lazımdır.

2. İlahi nişanələrdən burayadək gördükləriniz onların yalnız bir hissəsidir. Gələcəkdə başqa nişanələr də göstəriləcək.

3. Allahın verdiyi möhləti Onun üçün qəflət nişanəsi saymayın.

4. Allahın daimi nəzarəti Onun rübubiyyət şənindəndir.

5. İnsan əməlləri qarşısında məsuliyyət daşıyır.

6. Müxaliflərin küfr və şirkinə görə nigaran olma.

 


Qeydlər

 

[1] “Maidə” 13.

[2] “Sad” 29.

[3] “Təfsiri-məcməul-bəyan”.

[4] “Təfsiri-nümunə”.

[5] “Müzəmmil”, 17.

[6] “İnsan”, 10.

[7] “İnsan”, 7.

[8] “Nəhl”, 170.

[9] “Hicr”, 31-40.

[10] “Təfsire-Nurus-səqəleyn”. “Tövhidi-səduq”, s. 306.

[11] “Təfsire-Nurus-səqəleyn”. “Kafi”, c. 1, s. 337.

[12] “Təfsire-Nurus-səqəleyn”. “İləluş-şərae”, s. 416.

[13] “Təfsire-Nurus-səqəleyn”. “Kafi”, c. 4, s. 245.

[14] “Təfsire-Nurus-səqəleyn”. “Məaniyul-əxbar”, s. 297.

[15] “Təfsire-Nurus-səqəleyn”.

[16] “Təfsire-Nurus-səqəleyn”.

[17] “Təfsire-Nurus-səqəleyn”. “Kafi”, c. 43, s. 422.

[18] “Təfsire-Nurus-səqəleyn”.

[19] “Təfsire-kənzud-dəqaiq”.

[20] “Təfsire-Nurus-səqəleyn”. “Bihar”, c. 47, s. 216, 217.

[21] “Təfsire-Nurus-səqəleyn”. “Kafi”, c. 3, s. 499.

[22] Əraf”, 31.

[23] “Həcc”, 36.

[24] “Muminun”, 51.

[25] “Səba”, 15.

[26] ”Rum”, 47

[27] “Rum”, 47.

[28] “Fələq”, 6; “Bəqərə”, 205; “Qəsəs”, 41.

[29] “Nas”, 5.

[30] Əraf”, 201.

[31] “Zuxruf”, 36.

[32] “Yasin”, 3, 4.

[33] “Həcc”, 40.

[34] “Təfsiri-bürhan”.

[35] “Təfsire-Məcməül-bəyan”.

[36] “Bəqərə”, 183.

[37] “Ali-İmran”, 130.

[38] “Əla”, 14.

[39] “Taha”, 64.

[40] “Təfsire-kənzud-dəqaiq”.

[41] “Bihar”, c. 81, s. 264.

[42] “Həcc”, 77.

[43] Əraf”, 8.

[44] “Həşr”, 9.

[45] “Mücadilə”, 22.

[46] “Ənfal”, 5.

[47] “Maidə”, 100.

[48] “Maidə”, 35.

[49] “Nur”, 31.

[50] “Qəsəs”, 52, 55.

[51] “Ğaşiyə”, 11.

[52] “Furqan”, 72.

[53] “Təfsire-Nurus-səqəleyn”.

[54] “Təfsire-Nurus-səqəleyn”. “Kafi”, c. 5, s. 453.

[55] “Təfsire-Dürrül-Mənsur”.

[56] “Vəsail”, c. 18, s. 575.

[57] “Mizanul-hikmət”, “Səfinətül-bihar”.

[58] “Bihar”, c. 77, s. 273.

[59] “Ali-İmran”, 75.

[60] “Təfsire-Nurus-səqəleyn”.

[61] “Bihar”, c. 4, s. 147. “Ali-İmran”, 49.

[62] “Nəhcül-bəlağə”, x. 182.

[63] “Nuh”, 27.

[64] “Bihar”, c. 11. s. 331.

[65] “Təfsire-kənzud-dəqaiq”.

[66] “Muminun”, 23.

[67] “Muminun”, 27.

[68] “Muminun”, 28.

[69] “Hud”, 41.

[70] “Muminun”, 29.

[71] “Bihar”, c. 32, s. 97.

[72] “İsra”, 12.

[73] “Bihar”, c. 14, s. 239.

[74] “Təfsire-Dürrül-Mənsur”.

[75] “Səba”, 15.

[76] “Həcc”, 28.

[77] Əraf”, 31.

[78] “Təfsire-Dürrül-Mənsur”.

[79] “Bihar”, c. 11, s. 58.

[80] “Təfsire-Məraği”.

[81] “Təfsiri-nümunə”.

[82] “Ət-təhqiq fi kəlimatil-Quran”.

[83] “Təfsire-Nurus-səqəleyn”.

[84] “Təfsire-Ruhul-bəyan”.

[85] “Təfsire-Nurus-səqəleyn”.

[86] “Təfsiri-nümunə”.

[87] “Təfsire-Əl-mizan”.

[88] “Məaniyul-əxbar”, s. 146.

[89] “Saffat”, 27; “Tur”, 25.

[90] “Muddəsir”, 42.

[91] “Əl-mizan”, c. 15, s. 69.

[92] “Bihar”, c. 76, s. 147.

[93] “Təfsire-Dürrül-Mənsur”.

[94] “Tövhidi-Səduq”, s. 356.

[95] “Təfsire-rahnoma”.

[96] “Əhqaf”, 35.

[97] “Naziat”, 46.

[98] “Muminun”, 113.

[99] “Zariyat”, 56.

[100] “Mulk”, 2.

[101] “Hud”, 119.

[102] “Qurərul-hikəm”.

[103] “Bihar”, c. 5, s. 312.

[104] “Əraf”, 176.

[105] “Ənam”, 135.

[106] “Yunus”, 17.

[107] “Yunus”, 77.

[108] “Muminun”, 117.

[109] “Yunus”, 69.

[110] “İsra”, 32.

[111] “Furqan”, 63, 68.

[112] “Mumtəhinə”, 12.

[113] “Bihar”, c. 79, s. 24.

[114] “Nəhcül-bəlağə”, “Haqqə”, 252.

[115] “Bihar”, c. 77, s. 58.

[116] “Bihar”, c. 73, s. 372.

[117] “Bihar”, c. 76, s. 27.

[118] “Bihar”, c. 76, s. 19.

[119] “Bihar”, c. 76 s. 19.

[120] “Bihar”, c. 76, s. 21.

[121] “Təfsire-Əl-mizan”. “Kafi”, c. 5, s. 354.

[122] “Kafi”, c.2, s. 32.

[123] “Təfsire-kənzud-dəqaiq”.

[124] “Kafi”, c. 7, s. 241.

[125] “Təfsiri-İbn-Kəsir”.

[126] “Hucurat”, 11.

[127] “Nur” 61.

[128] “Maidə” 63.



Geri   İrəli
Go to TOP