A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (səkkizinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


﴿فَلَمَّا جَاءهَا نُودِيَ أَن بُورِكَ مَن فِي النَّارِ وَمَنْ حَوْلَهَا وَسُبْحَانَ اللَّهِ رَبِّ الْعَالَمِينَ﴾

“Elə ki (Musa) onun yanına gəldi, nida olundu ki, odda və onun ətrafında olan hər kəsə bərəkət verilmişdir. Aləmlərin Rəbbi olan Allah pak-pakizədir.”

 

Ayə 9:

﴿يَا مُوسَى إِنَّهُ أَنَا اللَّهُ الْعَزِيزُ الْحَكِيمُ﴾

“Ey Musa! Həqiqətən, bu Mənəm, yenilməz və hikmət sahibi olan Allah!”

 

Nöqtələr

●Quranda 136 dəfə həzrət Musanın adı çəkilir, 34 surədə onun əhvalatı zikr olunur, 900-dək ayədə Bəni-İsrail haqqında danışılır.

●Həzrət Musa hamilə zövcəsi ilə Mədyəndən Misirə gedirdi. Bir tərəfdən gecə, soyuq və külək, digər tərəfdən zövcəsinin hamiləliyi Musanı səy göstərməyə vadar edirdi. Hazırkı ayələrdə həmin əhvalat yada salınır.

●Ehtimallar nəzərdən keçirildikdə məlum olur ki, “odda” dedikdə həzrət Musa, “od ətrafında” dedikdə isə onun ailəsi və ya müqəddəs torpaqdakı peyğəmbərlər nəzərdə tutulur.

Quranda atəş

–İblis atəşlə fəxr etdi.[404]

–Kafir odla cəzalandırılar.[405]

–İbrahim od içində salamat qaldı.[406]

–Musa oda doğru hərəkət etdi və peyğəmbər oldu.[407]

–Zülqərneyn od vasitəsi ilə dəmiri əridib sədd çəkdi.[408]

Bildirişlər

1. Musanın əhvalatı yada salınası bir əhvalatdır və ibrət səbəbidir. Bu əhvalatı unutmaq olmaz.

2. Bəzən ailə-övlada yardım zamanı xüsusi lütflər peyda olur.

3. Kişi zövcəsinin işlərini idarə etməyə məsuldur.

4. Peyğəmbərlərin həyat tərzi adi olmuşdur.

5. Biz zahirə əsasən hərəkət edirik. Gizli lütflər Allahın işidir.

6. Musanın Allahla söhbəti, peyğəmbərlik göstərişi, möcüzələrin nümayişi, həmin məntəqəyə digər peyğəmbərlərin göndərilməsi bərəkət rəmzidir.

7. Allahın peyğəmbərlərə nidalarını təxəyyül saymayaq.

8. Peyğəmbərlərin göndərilməsi Allahın rübubiyyət şənlərindən-dir.

9. Rübubiyyət yenilməzlik və hikmətlə şərtlənir.

Ayə 10:

﴿وَأَلْقِ عَصَاكَ فَلَمَّا رَآهَا تَهْتَزُّ كَأَنَّهَا جَانٌّ وَلَّى مُدْبِرًا وَلَمْ يُعَقِّبْ يَا مُوسَى لَا تَخَفْ إِنِّي لَا يَخَافُ لَدَيَّ الْمُرْسَلُونَ﴾

“Əsanı at! Musa əsanı atdı, əsanın kiçik ilan kimi atılıb düşdüyünü görəndə arxa çevirib qaçdı, geri dönmədi. (Biz ona dedik:) «Ey Musa! Qorxma, peyğəmbərlər Mənim hüzurumda qorxmazlar.»”

 

 

 

 

Ayə 11:

﴿إِلَّا مَن ظَلَمَ ثُمَّ بَدَّلَ حُسْنًا بَعْدَ سُوءٍ فَإِنِّي غَفُورٌ رَّحِيمٌ﴾

“(Qorxmalıdır) yalnız sitəm edən kəs. (Amma) sonra pisliyin əvəzinə yaxşı bir iş görmüş olarsa, həqiqətən, Mən bağışlayan və mehribanam.”

 

Nöqtələr

●“Cannun” dedikdə ya kiçik ilan (əsa öncə həmin şəklə düşdü), ya da kiçik ilan tək sürətli böyük ilan nəzərdə tutulur.

●“İlla mən zələmə” (“yalnız zülm edən kəs”) təbirinin ünvanı ilə bağlı müxtəlif ehtimallar var. Daha üstün bir ehtimala əsasən, peyğəmbər olmayanlar qorxur və sitəmdən sonra yaxşı iş görənlər istisnadır. Allah bağışlayan və mehriban olduğu üçün onların da qorxusu aradan götürülür.

●Qorxu iki növdür: heyvani və mənəvi. Ayədə heyvani qorxu nəzərdə tutulmuşdur. Amma ilahi məqam qarşısında qorxudan ibarət olan mənəvi qorxu digər ayələrdə qeyd olunur.

Bildirişlər

1. Səmavi nida əlamətlərə malik olmalıdır ki, təsir göstərsin.

2. Möcüzə adi vasitələrlə həyata keçir.

3. Başqalarını doğru yola çağırışdan öncə yetərincə elm, təcrübə və kamala malik olmaq lazımdır. (Musa öncədən möcüzə ilə tanış edilir ki, Fironun sarayında arxayın danışsın.)

4. Peyğəmbərlər Allah tərəfindən tərbiyə olunur, onlara əmr və qadağalar ünvanlanır.

5. Allahı öz yanında, özünü Allah qarşısında görən insan qorxmur.

6. “Xain xoflu olar” deyiblər. Zülm edən kəs günahını yaxşılıqla əvəz edənədək qorxmalıdır. Çünki Allah bağışlayandır.

7. Günahın yaxşılığa çevrilməsi onun yuyulmasından və ya bağışlanmasından fərqli bir işdir. Məsələn, günahkar günah vasitələrini xeyirxahların ixtiyarına verməklə günahı yaxşılığa çevirir.

8. İnsan xeyir iş görüb günahı aradan qaldırdıqdan sonra bağışlanır.

 

 

 

 

Ayə 12:

﴿وَأَدْخِلْ يَدَكَ فِي جَيْبِكَ تَخْرُجْ بَيْضَاء مِنْ غَيْرِ سُوءٍ فِي تِسْعِ آيَاتٍ إِلَى فِرْعَوْنَ وَقَوْمِهِ إِنَّهُمْ كَانُوا قَوْمًا فَاسِقِينَ﴾

“Əlini qoynuna sal, eybsiz, ağ və parlaq şəkildə xaric edərsən. (Bu möcüzə) Firon və onun günahkar qövmünə göndərilmiş doqquz möcüzə sırasındadır.”

Ayə 13:

﴿فَلَمَّا جَاءتْهُمْ آيَاتُنَا مُبْصِرَةً قَالُوا هَذَا سِحْرٌ مُّبِينٌ﴾

“Elə ki, açıq-aydın ayə və möcüzələrimiz onların sorağına gəldi, dedilər: «Bu, aşkar bir sehrdir.»”

 

Nöqtələr

●Doqquz möcüzə dedikdə Fironun hüzurunda həzrət Musanın aşkar etdiyi möcüzələr nəzərdə tutulur. Əslində həzrət Musanın daha çox möcüzəsi olmuşdur. Belə ki, hər möcüzəni iki möcüzə saymaq olar. Çünki əsanın əjdahaya dönməsi bir möcüzədir, əsa halına qayıtması ikinci möcüzə. Musanın doqquz möcüzəsini nəzərdən keçirək: parlaq, bəyaz əl; əsanın əjdahaya dönməsi; düşmənləri sarsıdan tufan; çəyirtkələrin əkin sahələrini məhv etməsi; əkin sahələrinin yanması; qurbağaların hücumu; damağ xəstəliyi və ya Nil suyunun qan rəngində olması; qıtlıq və quraqlıq; dəryanın parçalanması.[409]

–Musanın digər möcüzələrini yada salaq: Daşdan 12 bulaq çıxması[410]; “Mənn” və “səlva” adlı nemətlər[411].

●İmam Sadiq (ə) buyurmuşdur: “Ayədə “eyibsiz” dedikdə Musanın əlindəki bəyazlığın xəstəliklə bağlı olmadığı bildirilir.”[412]

Bildirişlər

1. Qəzəb və mərhəmət, qorxu və ümid birlikdə səmərə verir. (Bəyaz əlin kənarında əjdaha!)

2. Bəziləri üçün bir dəlil, bir xəbərdarlıq, bir möcüzə bəs etmir.

3. Kafirlər bir tərəfdən möcüzə istəyir, digər tərəfdən möcüzələri sehr-cadu adlandırırdılar.

Ayə 14:

﴿وَجَحَدُوا بِهَا وَاسْتَيْقَنَتْهَا أَنفُسُهُمْ ظُلْمًا وَعُلُوًّا فَانظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُفْسِدِينَ﴾

“Qəlblərində əmin olsalar da, zülm və lovğalıqdan onu inkar etdilər. Bax gör günahkarın sonu necədir.”

 

Nöqtələr

●Əbu Ömər Zübeyri küfrün Quranda bəyan olunmuş növləri haqqında İmam Sadiqə (ə) sual verdi. İmam buyurdu: “Küfrün beş növü var; biri budur ki, insan qəlbən inanıb tanıdığı halda yenə inkar edir.” Sonra imam hazırkı ayəni oxudu.”[413]

Bildirişlər

1. İnkar fəsada zəmin yaradır.

2. Elm və əminlik təqva ilə müşayiət olunmadıqda səmərə vermir.

3. Bir çox kafirlər qəlbən inandığı halda zülm və təkəbbür səbəbindən boyun əymirdi.

4. Tarix və onun mütaliəsini ibrət vasitəsi qərar verin.

5. Günahkarların sonu süqut və fənadır.

Ayə 15:

﴿وَلَقَدْ آتَيْنَا دَاوُودَ وَسُلَيْمَانَ عِلْمًا وَقَالَا الْحَمْدُ لِلَّهِ الَّذِي فَضَّلَنَا عَلَى كَثِيرٍ مِّنْ عِبَادِهِ الْمُؤْمِنِينَ﴾

“Həqiqətən, Davud və Süleymana (xüsusi bir) bilik əta etdik. Onlar dedilər: «Həmd-səna bizə bir çox mömin bəndələrindən üstünlük vermiş Allaha məxsusdur.»”

Nöqtələr

●Həzrət Davud və Süleymana verilmiş elm dedikdə ya mühakimə elmi[414]; ya quşlarla danışıq elmi[415], ya zireh hazırlamaq elmi[416] nəzərdə tutula bilər. Amma bu söz ümumi şəkildə, yəni “ölkəni idarəçilik elmi” kimi mənalandırılsa daha düzgün olar.

●Sual: Nə üçün Allah bəzi bəndələrinə xüsusi nemətlər əta edir? Məgər bu iş ədalətlə bir araya sığırmı?

Cavab: Əvvəla, ədalət bu deyil ki, hamıya eyni dərəcədə əta olunsun. Məgər müəllimin hər şagirdə müəyyən qiymət verməsi və ya həkimin hər xəstəyə müəyyən bir nüsxə yazması zülümdür? İkincisi, xüsusi nemətlər müqabilində xüsusi məsuliyyətlər nəzərdə tutulur. Üçüncüsü, Allahın bizə borcu yoxdur ki, nə istəyiriksə onu da əta etsin. Dördüncüsü, Allahın lütfləri insan və ya cəmiyyətin ərsəyə gətirdiyi şəraitə münasib olur. Bir qrup insan ixlas, səy, elm, tədbir, qənaət, ədalət, doğru danışıqla xüsusi lütf və nemətlər üçün zəmin hazırlayır.

Bəzən də valideynin müəyyən əməllərinin mükafatı xüsusi lütf şəklində onun nəslinə əta olunur. Məsələn, Musa və Xızrın əhvalatında Allah bu iki peyğəmbərə əmr edir ki, altında iki yetim uşağa məxsus xəzinə olan divarı təmir etsinlər. Həmin uşaqların atası saleh olduğundan körpələrin gələcəkdə bu xəzinədən istifadə etməsi nəzərdə tutulur.[417]

Allahın xüsusi təlimləri

●Allah-təala xüsusi fərdlərə xüsusi elmlər əta edir. Bu qəbildən olan elmlər Quranda xatırlanır. Məsələn:

1. Adəmə bütün əşyaların elmi əta olunur.[418]

2. Xızra batini elmlər və təfsir elmi verilir.[419]

3. Yusifə təbir elmi əta olundu.[420]

4. Davuda dəmirçilik və zireh düzəltmək elmi öyrədildi.[421]

5. Süleymana quşların dili təlim olundu.[422]

6. Süleymanın köməkçisi ona verilmiş elmlə sultan taxtını bir ölkədən o birinə gətirdi.[423]

7. Taluta hərb elmi öyrədildi.[424]

8. Həzrət Peyğəmbər (s) və digər peyğəmbərlərə qeyb elmləri əta olundu.[425]

Bildirişlər

1. Peyğəmbərlərin elmi ilahi elmdir və Allah tərəfindən əta olunur.

2. Fərdlərin hörmətini və şənini hifz edək. (Ayədə öncə atanın, sonra övladın adı çəkilir.)

3. İlahi nemətlər arasında elm neməti fərqləndirilir.

4. Elm saleh insanların əlində dəyərlidir.

5. Şükür üçün ən yaxşı söz “əlhəmdulillah” zikridir.

6. Elm üstünlük meyarlarından biridir.

7. Allahın bəzi bəndələri Davud və Süleymandan da üstündür.

8. Heç bir məqamda özümüzü başqalarından üstün bilməyək.

Ayə 16:

﴿وَوَرِثَ سُلَيْمَانُ دَاوُودَ وَقَالَ يَا أَيُّهَا النَّاسُ عُلِّمْنَا مَنطِقَ الطَّيْرِ وَأُوتِينَا مِن كُلِّ شَيْءٍ إِنَّ هَذَا لَهُوَ الْفَضْلُ الْمُبِينُ﴾

“Süleyman Davuda varis oldu və dedi: “Ey xalq! Bizə quşların dili öyrədildi və hər şeydən əta olundu. Şübhəsiz, bu, aşkar bir imtiyazdır.”

 

Nöqtələr

●Bu ayədə irs dedikdə elm və peyğəmbərliyə yox, var-dövlət və hakimiyyətə varislik nəzərdə tutulur. Çünki peyğəmbərlik ötürülmür və peyğəmbər elmi çalışmaqla əldə olunmur. Bir hədisdə buyurulur ki, peyğəmbərlər irs qoymur. Bir vaxt Əhli-beytin (ə) haqqını pozanlar bu hədisə istinad edib Peyğəmbərdən (s) qalmış Fədək bağını həzrət Fatimədən (ə) aldılar. Amma uyğun hədis hazırkı ayə ilə bir araya sığmadığından məqbul deyil. Həzrət Fatimə (ə) öz haqqının müdafiəsinə qalxdığı vaxt birinci xəlifəyə hazırkı ayəni oxudu.[426] “Təfsiri-nümunə”də “Sireyi-Hələbidən” nəql olunur ki, Fatimənin (s) sözləri Əbu-Bəkrə təsir etdi və o, Fədək bağının sənədini Fatiməyə (s) qaytarıb ağladı. Amma Ömər həmin sənədi ikinci dəfə geri alıb cırdı!

●Həzrət Əli (ə) buyurur: “Mən Allahın ətası ilə quşların, quruda və suda yaşayan bütün canlıların dilini bilirəm.”[427]

Bildirişlər

1. İrs hökmünün uzun keçmişi var.

2. Peyğəmbərlərin elmi ilahi elmdir.

3. İlahi nemətləri dilə gətirin.[428]

4. Quşların şüuru və nitq gücü var.

5. Elm və imkanlarımızı özümüzdən yox, Allahdan bilək.

7. İman və təvəkkül insanın imkanlı olmasına zidd deyil.

8. İlahi nemətləri öz ləyaqətimiz yox, Allahın fəzli sayaq.

Ayə 17:

﴿وَحُشِرَ لِسُلَيْمَانَ جُنُودُهُ مِنَ الْجِنِّ وَالْإِنسِ وَالطَّيْرِ فَهُمْ يُوزَعُونَ﴾

“Süleyman üçün cin, insan və quşlardan qoşun toplandı. Onlar nizam pozulduqdan sonra saxlanırdılar.”

 

Nöqtələr

●“Vəz” kökündən olan “yuzəun” sözü “tutub saxlamaq” mənasını bildirir. Bu söz qoşuna aid olduqda belə mənalandırılır ki, pərakəndəliyin qarşısını almaq üçün qoşunun qabağı saxlanılır, arxadakılar dəstəyə qatılır.[429] “İyza dedikdə qüvvələrin ağıllı bölgüsü və hər döyüşçünün bir xəttə dayanıb öz yerini tutması başa düşülür.[430]

●Bu ayədə yalnız misal olaraq cin və quşların adı çəkilir. Əslində külək, bulud və başqa vasitələr də Süleymanın ixtiyarında idi.

●Qurani-Kərimdə dəfələrlə cin mövzusuna toxunulur. Hətta surələrdən biri “Cinn” adlanır. Burada cinlərin bəzi xüsusiyyətlərinə işarə edək:

–Cin şüurlu, Allah tərəfindən müraciət olunan bir mövcuddur.[431]

–Cinlərin bəzisi mömin, bəzisi kafirdir.[432]

–Onların kişisi və qadını var, doğub törəyirlər, təbiətən şəhvətləri var.[433]

–Cinlər Süleyman üçün üzgüçülük və bənnalıq edirdilər.[434]

Bildirişlər

1. Qoşun Süleymana nümayiş olunurdu.

2. İnsanda cin və quşları özünə tabe etmək qüdrəti var.

3. Bəzi peyğəmbərlərin hökuməti olmuşdur.

4. Cin insana kömək edə bilər.

5. Peyğəmbərlər təkcə insanlara hökm etmirlər.

6. Nizam-intizam istənilən bir sahədə dəyər sayılır. Amma qoşunda nizam-intizam xüsusi ilə zəruri və dəyərlidir.

7. İlahi qoşun üçün təlim və hazırlıq bir zərurətdir.

8. Süleymanın elm və biliyi böyük imkanlar əldə etmək və qüvvələrin səfərbərliyi üçün vasitə və müqəddimə idi.

Ayə 18:

﴿حَتَّى إِذَا أَتَوْا عَلَى وَادِي النَّمْلِ قَالَتْ نَمْلَةٌ يَا أَيُّهَا النَّمْلُ ادْخُلُوا مَسَاكِنَكُمْ لَا يَحْطِمَنَّكُمْ سُلَيْمَانُ وَجُنُودُهُ وَهُمْ لَا يَشْعُرُونَ﴾

“(Süleyman öz qoşunu ilə hərəkət edirdi) nəhayət, qarışqalar vadisinə çatdılar. Bir qarışqa dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və onun qoşunu bilmədən sizi tapdamasın.”

 

Nöqtələr

“Nəml” sözü lüğətdə kiçik ayaqlarla çox hərəkət mənasını bildirir.[435]

“Nəmlətun” sözü yazıdakı tənvinə (ərəb yazısında işarə) görə böyük və başçı qarışqa kimi mənalandırıla bilər. Belə görünür ki, qarışqaların həyatında müdiriyyət mövcuddur. Amma uyğun tənvin qarışqanın qeyri-müəyyənliyini də anlada bilər. Bu halda ayə belə mənalandırılar ki, hətta tanınmayan bir şəxs canıyananlıqla xəbərdarlıq etsə, bu xəbərdarlıqa diqqətli olaq.

Bildirişlər

1. Heyvanlar öz şüurları ilə yaşayış məntəqəsi seçir.

2. Heyvanlar arasında da danışıq, əmr və qadağalar mövcuddur.

3. Qarışqalar arasında həm komandanlıq, həm xəbərçilik, həm də itaət mövcuddur.

4. Heyvanlar şüurludurlar, xeyir-zərəri anlayıb bir-birlərinə xəbər verirlər.

5. Ehtimal olunan zərərin dəf edilməsi hissi heyvanlarda da var.

6. Təhlükə hiss etdikdə öz həmnövünə xəbərdarlıq etməyən kəs qarışqadan da əskikdir.

7. Yol gedərkən diqqətli olaq ki, qarışqalar ayaq altda qalmasın.

8. Peyğəmbərlərin məişət həyatı başqalarından fərqlənmirdi.

9. Rəhbərin fəsadı xalqın fəsadı üçün bir müqəddimədir.

10. Qarışqalar insanlarla, hətta onların gördüyü işlərlə tanışdır.

11. Allahın övliyaları bilərəkdən hətta qarışqalara zərər vurmur. Qarışqalar həzrət Süleymanın ədalət və təqvasından xəbərdar idilər və bilirdilər ki, o bilərəkdən qarışqalara da zülm etməz.

 

Ayə 19:

﴿فَتَبَسَّمَ ضَاحِكًا مِّن قَوْلِهَا وَقَالَ رَبِّ أَوْزِعْنِي أَنْ أَشْكُرَ نِعْمَتَكَ الَّتِي أَنْعَمْتَ عَلَيَّ وَعَلَى وَالِدَيَّ وَأَنْ أَعْمَلَ صَالِحًا تَرْضَاهُ وَأَدْخِلْنِي بِرَحْمَتِكَ فِي عِبَادِكَ الصَّالِحِينَ﴾

“O (Süleyman) qarışqanın bu sözünə gülümsəyib dedi: “Pərvərdigara! Mənə ilham (tövfiq) ver ki, mənə və valideynimə bəxş etdiyin nemətə görə şükür edim, sənin bəyəndiyin saleh işi görüm. Öz rəhmətinlə məni saleh bəndələrin zümrəsinə qat.”

 

Nöqtələr

●16-cı ayədə həzrət Süleymanın quşların dilini bildiyi bəyan olundu. Bu ayədən məlum olur ki, quşların dili yalnız nümunə üçün göstərilmişdir. Çünki həzrət qarışqaların da danışığını başa düşürdü.

“İyza” tövfiqdən (ilahi yardımdan) üstün, ilhama bənzər bir lütfdür. Oxşar təbirlə “ənbiya” surəsinin 73-cü ayəsində də rastlaşırıq.

●Saleh iş görmək bəs etmir, salehlər cərgəsinə qatılmaq mühümdür. Çünki:

–Bəzən saleh bir iş görən insan nəfs baxımından saleh olmur, riya, qürur, eqoistlik kimi xəstəliklərə düçar olur.

–Bəzən əməl saleh olsa da, çaşqınlıq səbəbindən aqibət xeyir olmur.

–Bəzən əməl saleh olsa da, insan tənhalığa çəkilib Allah bəndələrinə qatılmaq istəmir.

Bildirişlər

1. Rəhbərlik və müdiriyyət üsullarından, şərtlərindən biri qəlbigenişlikdir. Həzrət Süleyman qarışqanın “bilmədən” sözünü eşitsə də, əhəmiyyət verməyib gülümsəyir.

2. Tənqid və doğru sözü istənilən bir şəxsdən qəbul edin. (Süleyman qarışqanın sözünü bəyəndi.) Tənqidin qəbulu bir dəyərdir.

3. Allah Öz övliyalarına xüsusi tərbiyə verir. Süleymana misilsiz məqam və səltənət vermiş Allah qarışqanın sözü ilə onun vücudunda tarazlıq yaradır.

4. O zaman gülüb danışa bilərik ki, hətta qarışqalar belə bizim ədalətimizə ümid etsin.

5. Peyğəmbərlərin gülüşü qəhqəhə yox, təbəssümdür. Gülmək tutduğu halda Süleymanın çöhrəsində təbəssüm görünür.

6. Süleyman qarışqanın sözlərini anladı və ətrafındakılara xəbərdarlıq etdi.

7. Dua təkcə çətin məqamlar üçün nəzərdə tutulmayıb. Peyğəmbərlər əzəmət və qüdrət zirvəsində olduqları vaxt da dua edirdilər.

8. Şükür üçün Allahdan tövfiq istəyək.

9. İnsan aldığı nemətlərə görə şükür etməli, gələcək məsuliyyətlər qarşısında saleh əməl, Allahın razılığı, salehlərə qatılmaq barədə düşünməlidir.

10. Övladlar həm özlərinə, həm də valideynlərinə əta olunmuş nemətlər üçün şükür etməlidirlər.

11. Şükür təkcə dildə olmur. Saleh əməl, nemətlərdən düzgün istifadə də şükürdür.

12. Süleymanın böyük qoşunu, güclü hakimiyyəti olsa və heyvanların dilini bilsə də, o daha çox ləzzət və daha çox qüdrət ardınca qaçmır, saleh əməl haqqında düşünür.

13. Hakimlər saleh əməl üçün dua etməli və çalışmalıdırlar.

14. Yalnız Allah bəyənən iş salehdir.

15. Dəyərli iş təkcə xalqın yox, Allahın da razılığına səbəb olur.

16. Salehlər hökumətinin ən ali məqsədi Allahın razılığıdır.

17. Peyğəmbərlər də ilahi yardımlara ehtiyaclıdırlar.

18. Rifah və ləzzətə görə günahkarlar arasında yaşamaq yox, paklıq üçün salehlər cəmiyyətində ömür sürmək dəyərlidir.

19. Bu günkü imkanlarınızı və gücünüzü ilahi rəhmətə çatmaq nişanəsi saymayın və təkamül üçün dua edin.

20. İnsanın imkanları onun gördüyü işlərin yox, ilahi mərhəmətin nəticəsidir.

21. Hər bir insan, hətta peyğəmbərlər istənilən bir şəraitdə ilahi mərhəmətə üz tutmalıdırlar.

22. Tənhalığa çəkilmək qadağandır.

 

Ayə 20:

﴿وَتَفَقَّدَ الطَّيْرَ فَقَالَ مَا لِيَ لَا أَرَى الْهُدْهُدَ أَمْ كَانَ مِنَ الْغَائِبِينَ﴾

“(Süleyman) quşların vəziyyəti ilə maraqlandı. (Hud-hudu görməyib) dedi: “Nə üçün hud-hudu (şanapipiyi) görmürəm? (Buradadır görmürəm,) yoxsa burada deyil?”

 

Ayə 21:

﴿لَأُعَذِّبَنَّهُ عَذَابًا شَدِيدًا أَوْ لَأَذْبَحَنَّهُ أَوْ لَيَأْتِيَنِّي بِسُلْطَانٍ مُّبِينٍ﴾

“Mənə aydın bir dəlil gətirməsə, hökmən onu möhkəm cəzalandıracaq, ya da başını kəsəcəyəm.”

Ayə 22:

﴿فَمَكَثَ غَيْرَ بَعِيدٍ فَقَالَ أَحَطتُ بِمَا لَمْ تُحِطْ بِهِ وَجِئْتُكَ مِن سَبَإٍ بِنَبَإٍ يَقِينٍ﴾

“Çox çəkmədi ki (hud-dud gəldi və) dedi: “Bir şey öyrənmişəm ki, (bir belə qüdrətinə baxmayaraq) sən ondan xəbərsizsən. Sənin üçün Səbadan mühüm və doğru bir xəbər gətirmişəm.”

 

Nöqtələr

●Bəziləri bildirirlər ki, ayədə haqqında danışılan hud-hud quşu xüsusi bir quşdur. Onun xüsusiliyi insanları və insanların əqidələrini tanımasıdır. Bu barədə növbəti ayələrdə danışacağıq.[436]

●Əbu Hənifə İmam Sadiqdən (ə) soruşdu: “Nə üçün həzrət Süleyman yalnız hud-hud haqqında soruşdu?” İmam buyurdu: “Çünki biz şəffaf qabda yağı gördüyümüz kimi hud-hud yerin dərinliyində suyu görürdü.”[437]

●Bəziləri hud-huda vəd olunan cəzaları sadalamışlar: cütündən ayrılıq, qanadlarının yolunması, gün altında saxlamaq, saraydan rədd olunma, düşmənlə bir qəfəsdə yerləşdirilmə.[438]

Bildirişlər

1. Tabeçilikdə olanları yoxlamaq, onların işini nəzərdən keçirmək, vəziyyətləri ilə maraqlanmaq İslam, əxlaq, toplum, tərbiyə və idarəçilik üsullarındandır.

2. Böyük işlər diqqətinizi kiçik işlərdən yayındırmasın.

3. Tələsik mühakimə yürüdüb tabeçiliyinizdə olanları ittiham etməyin. Onların siz bilmədiyiniz üzrləri ola bilər.

4. Rəhbərlik üçün iti baxış, diqqət və hökm lazımdır.

5. Hakim və qazinin xüsusi səciyyələri olmalıdır: məhəbbət və diqqət, təvazö, günahkara qarşı qətiyyət, müttəhimə fürsət vermək.

6. Qüvvələrə yaxından və uzaqdan dəqiq nəzarət təşkilati işlərdə zəruri şərtdir. Necə ki, səbəbsiz yerə göstərişdən çıxmaq və tapşırılmış mövqeyi tərk etmək bağışlanmaz günahdır.

7. Azğın heyvanı tənbeh etmək olar.

8. Heyvan tənbehi dərk edir.

9. Bir quşun yerində tapılmaması bu qədər ciddi qarşılanırsa, daim öz yerində olmayan bizlərin işi necə olacaq?!

10. Peyğəmbərlər həm qanun gətirir, həm də onu icraya qoyur.

11. Günahkarları cəzalandırarkən çıxılmaz vəziyyətə düşməmək üçün müxtəlif cəzalar nəzərdə tutulmalıdır.

12. Həm qətiyyət göstərmək, həm də üzrü qəbul etmək lazımdır.

13. Müdiriyyət və təşkilatçılıqda səhlənkarlıq qadağandır. (Üç cümlədə “lam” hərfinin mövcudluğu qətiyyət göstəricisidir.)

14. Nizamı qorumaq və azğınlara dərs vermək üçün kiçik günaha ağır cərimə qoya bilərik.

15. Müttəhimi özünü müdafiə etmək imkanından məhrum etməyin.

16. Heyvanların elə bir şüuru var ki, öz işləri üçün dəlil gətirə bilirlər.

17. Məntiq və dəlil qarşısında hətta Süleyman hud-huda təslim olur.

18. Təşkilatda hər bir iş və məsuliyyət üçün hökm və icazə lazımdır.

19. Hesabı təmiz olan kəs təftişdən qorxmur.

20. Heyvan insanın yetişmədiyinə yetişə bilər.

21. Gəzinti və səyahət yeni məlumatlar əldə etmək üçün vasitədir.

22. Söz azadlığı salehlər hökumətinin səciyyələrindəndir.

23. Elm və bilik yaşdan, cinsdən və formadan asılı deyil.

24. Peyğəmbərlər də Allahın müdiriyyətinə tabedir. Süleyman “mənə hər şey verilib” dedikdə quş ona “mən sənin bilmədiyin bir şeyi bilirəm” deyə cavab verir.

25. Peyğəmbər hökumətində yaltaqlıq, qorxu mövcud deyil.

26. Hökumət başçıları və məsullar bir qrupun verdiyi məlumatla kifayətlənməməlidirlər. (Hud-hud sultana məlumat gətirirdi.)

27. Məlumat verərkən qəti və təsdiqlənmiş xəbərləri bəyan edin.



Geri   İrəli
Go to TOP