A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (səkkizinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


10. Tarixin, bir vaxtkı kafirlərin taleyinin və onların məhvinin bəyanı bu günkü kafirlərə xəbərdarlıq və onların pisliyinə qadağa üçün zəmindir.

Ayə 37:

﴿وَقَوْمَ نُوحٍ لَّمَّا كَذَّبُوا الرُّسُلَ أَغْرَقْنَاهُمْ وَجَعَلْنَاهُمْ لِلنَّاسِ آيَةً وَأَعْتَدْنَا لِلظَّالِمِينَ عَذَابًا أَلِيمًا﴾

“Peyğəmbərləri təkzib etmiş Nuh qövmünü qərq etdik, onları xalq üçün ibrət qərar verdik. Zalımlar üçün dərdli əzab hazırlamışıq.”

 

Bildirişlər

1. Bir peyğəmbərin təkzibi bütün peyğəmbərlərin təkzibi kimidir.

2. Tarix ibrət dərsidir.

3. İnsanların taleyi onların öz əlindədir.

4. Peyğəmbərlərin təkzibi zülümdür.

5. Peyğəmbərlərin təkzibinə görə həm dünya, həm də axirət əzabı nəzərdə tutulur.

Ayə 38:

﴿وَعَادًا وَثَمُودَ وَأَصْحَابَ الرَّسِّ وَقُرُونًا بَيْنَ ذَلِكَ كَثِيرًا﴾

”Ad qövmü, Səmud qövmü, Rəss səhabələri və onların arasındakı bir çox nəsilləri (həlak etdik.)”

Ayə 39:

﴿وَكُلًّا ضَرَبْنَا لَهُ الْأَمْثَالَ وَكُلًّا تَبَّرْنَا تَتْبِيرًا﴾

“Hər biri üçün (ibrət götürsünlər deyə) nümunələr göstərdik. (İbrət götürmədiklərindən) hamısını tamam məhv etdik.”

 

Nöqtələr

●“Qərn” sözünün cəm forması olan “qurun” sözü əslində eyni bir dövrdə bir yerdə yaşamış cəmiyyət mənasını bildirir. 40 ildən 100 ilədək dövr də “qərn” adlandırılır. “Tətbir” dedikdə böyüklüyü əldən vermək və alçalmaq mənaları nəzərdə tutulur. Belə bir alçalma ölümlə sonuclanır.[268]

“Rəss” səhabələri kim idi?

●Təfsirlərdə Rəss qövmü haqqında xeyli söhbət getmişdir. Kimi onları Şüeybin qövmü hesab edir, kimi Yəmamədə bir şəhərin Rəss adlandığını bildirir, kimi də Antakiyada Rəss adlı quyu olduğunu qeyd edir. Kimi də Rəss sözünü Araz çayına aid edir. “Üyuni əxbarir-Riza” kitabında isə belə nəql olunur: İmam Rza (ə) buyurmuşdur: “Bir şəxs Həzrət Əlidən (ə) Rəss əshabı haqqında soruşdu. İmam buyurdu: “Nuhun tufanından sonra “şahi-derəxt” adlı bir ağac əkildi. İnsanlar bu ağacı müqəddəs sayırdılar. Onun ətrafında 12 kənd salındı. Kəndlər İran ayları ilə adlandırıldı: Fərvərdin, Ordibehişt, Xordad... insanlar hər ay kəndlərdən birində şadlıq keçirirdilər. İsfənd kəndində bayram daha əzəmətli və izdihamlı olurdu. Onlar bayram mərasimində bir ağacı yandırır və onun tüstüsü qalxdıqda, ağlayıb ah-nalə çəkirdilər. Allah bu insanların hidayəti üçün peyğəmbər göndərdi. Amma onlar peyğəmbəri təkzib etdilər. Peyğəmbər azğın camaatı lənətlədi və bu lənətdən sonra müqəddəs ağac qurudu. Azğın qövm dərin bir quyu qazıb Allahın peyğəmbərini həmin quyuya atdı. Allahın peyğəmbəri bu sayaq şəhadətə çatdırıldı.[269]

Bildirişlər

1. Xalqın hidayəti üçün peyğəmbərlər göndərmək və təkzib edənlərin məhvi ilahi sünnədir.

2. Allah bütün ümmətlər üçün höccəti tamamlayır. Xəbərdarlığı başa çatdırır.

3. Allahın kafirlərə qarşı qəhr-qəzəbi onun sünnələrindən biridir.

Ayə 40:

﴿وَلَقَدْ أَتَوْا عَلَى الْقَرْيَةِ الَّتِي أُمْطِرَتْ مَطَرَ السَّوْءِ أَفَلَمْ يَكُونُوا يَرَوْنَهَا بَلْ كَانُوا لَا يَرْجُونَ نُشُورًا﴾

“Həqiqətən, (Məkkə müşrikləri Şama səfər zamanı) bəla yağışı yağmış məntəqədən keçirdilər. Onu görmədilərmi? Nə üçün (Lut qövmünün məntəqəsini gördülər, amma ibrət götürmədilər? Çünki) onlar Qiyamətə, yenidən diriləcəklərinə inanmırdılar.”

Nöqtələr

●Bəla yağışı yağmış yer Lut qövmünün məskəni idi və həmin yerə daş yağmışdı. İmam Baqir (ə) bildirir ki, həmin məntəqənin adı “Sədum” olmuşdur.[270]

Bildirişlər

1. Arxeoloji tapıntılar ibrət vasitəsi ola bilər. (Tarixin nəqli və azğınların taleyinin bəyanı təbliğ, tərbiyə, nəhy əz münkər üçün zəmindir)

Zəmanədən ibrət götürməyən kəs,

Müəllimdən çətin öyrənə bir dərs.

2. Haqq qarşısında itaətsizlik və küfrün davamı haqqa çatmağa mane olur.

3. Yalnız qəlbində ümid nuru olan və Qiyamətə inanan kəs hadisələrdən faydalanır.

Ayə 41:

﴿وَإِذَا رَأَوْكَ إِن يَتَّخِذُونَكَ إِلَّا هُزُوًا أَهَذَا الَّذِي بَعَثَ اللَّهُ رَسُولًا﴾

“(Kafirlər) səni gördükləri vaxt yalnız məsxərəyə qoyurlar. (Onların sözü budur ki,) bu, Allahın peyğəmbər qərar verdiyi həmin kəsdirmi?”

 

Bildirişlər

1. İnadkar və qürurlu şəxs haqqı qəbul etmir.

2. Peyğəmbərlərin məsxərəyə qoyulması və onların təhqiri kafirlərin daimi işidir.

3. Kafirlər peyğəmbəri şəxsən inkar etməklə onun risalətini də sual altına alırlar.

Ayə 42

﴿إِن كَادَ لَيُضِلُّنَا عَنْ آلِهَتِنَا لَوْلَا أَن صَبَرْنَا عَلَيْهَا وَسَوْفَ يَعْلَمُونَ حِينَ يَرَوْنَ الْعَذَابَ مَنْ أَضَلُّ سَبِيلًا﴾

“(Kafirlər deyir:) «Əgər biz bütlərimizə pərəstişdə möhkəm dayanmasaydıq, az qala bizi tanrılarımızdan uzaqlaşdırmışdı.” Əzabı gördükləri vaxt biləcəklər ki, kim daha çox azmışdır?»”

 

Bildirişlər

1. Müşriklər İslam Peyğəmbərinin (s) dediyi sözlərin təsirini etiraf edirlər.

2. İnsan bəzən o qədər dolaşıq düşünür ki, hidayəti azğınlıq sayır.

3. Yeganə şüurlu Allahı qəbul etməyənlər çoxsaylı şüursuz bütləri Allah əvəzinə qəbul edəcəklər.

4. Səbr və müqavimət bəzən dəyər yox, inadkarlıq sayılır. Azğın yolda səbir və müqavimət bu qəbildəndir.

5. İslam proqramları günahkar olmayan insanları cəzb edir və yalnız inadkarlar məhrum qalırlar.

Ayə 43:

﴿أَرَأَيْتَ مَنِ اتَّخَذَ إِلَهَهُ هَوَاهُ أَفَأَنتَ تَكُونُ عَلَيْهِ وَكِيلًا﴾

“Nəfs istəklərini özünə tanrı seçəni gördünmü? Sən ona vəkil ola bilərsənmi (onu hidayət edə bilərsənmi)?”

 

Nöqtələr

●Haqdan başqa istənilən bir məbuda nəfs istəyinə (“həva”) deyilir.[271]

Ayə və rəvayətlər baxımından nəfsə uyma (“həvapərəstlik”):

–Nəfsə uyma qəflət qaynağıdır.[272]

–Nəfsə uyma küfr qaynağıdır.[273]

–Nəfsə uyma ən pis azğınlıqdır.[274]

–Nəfsə uyma ədalətli mühakiməyə imkan vermir.[275]

–Nəfsə uyma fəsad qaynağıdır.[276]

–Nəfsə uyma qəm-qüssə qaynağıdır;

–Nəfsə uyanın imanı yoxdur;

–Nəfsə uyan ağılsızdır;

–Nəfs istəklərinə itaət və bidətlərin yaranması fitnənin başlanğıcıdır;

–Azğın nəfs istəkləri insanı kor edir, haqqı batildən seçmə gücünü ondan alır;

–İnsanlar arasında ən şücaətlisi azğın nəfs istəyinə qalib gələn şəxsdir;

–həzrət Peyğəmbər (s) buyurmuşdur: “Azğın nəfs istəyi ona görə “həva” adlandırılmışdır ki, öz sahibini alçaldır.”[277]

Bildirişlər

1. Bütpərəstliyin kökü nəfsə itaət, həvapərəstlikdir.

2. Hər bir insan fitrətən Allah axtarışındadır. Amma bəziləri həqiqi məbudu müəyyənləşdirməkdə səhvə yol verir.

3. Peyğəmbər (s) nəfsə uyanları məcburi şəkildə hidayət etməyə vəzifəli deyil.

4. İnsan ixtiyar sahibidir.

5. Tərbiyə və iman məcburi və ikrahla olmamalıdır.

Ayə 44:

﴿أَمْ تَحْسَبُ أَنَّ أَكْثَرَهُمْ يَسْمَعُونَ أَوْ يَعْقِلُونَ إِنْ هُمْ إِلَّا كَالْأَنْعَامِ بَلْ هُمْ أَضَلُّ سَبِيلًا﴾

“Güman edirsən ki, kafirlərin əksəri (haqqı) eşidir və düşünür? Onlar yalnız dördayaqlılar kimidirlər, hətta daha da azğındırlar. (Çünki insanın dəyəri onun düşüncə və baxışındadır.)”

 

Nöqtələr

●Quran kafirləri tənqid edərkən “əksər” sözünü işlədir ki, hidayət olanlar başqalarından seçilsin.

Sual: Nə üçün düz yolda olmayan insan dördayaqlıdan pis sayılır?

Cavab:

1. Heyvanda təkamül imkanı yoxdur. Amma insan belə bir imkana malikdir və onun üçün təkamül şəraiti yaradılmışdır.

2. Heyvanın ağlı yoxdur ki, yaxşını pisdən, haqqı batildən seçsin. Amma azmış insan düşüncəli olduğu halda, bu düşüncəni ayaq altına alıb nəfs istəyi arxasınca qaçır.

3. Heyvan sabit bir meyl ardınca gedir. Azğın insan isə yüzlərlə həvəs dalınca qaçır.

4. Azğın insan həm əyri yolla gedir, həm də öz azğınlığına don geyindirir.

5. Heyvan ona məhəbbət göstərən insana tabe olur. Azğın insan isə mehriban Allahı inkar edir və o çox nankordur.

6. Heyvanlar agah şəkildə Allaha təsbih deyir.[278] Azğın insanlar isə zikr və təsbihdən uzaq, Allahdan qəflətdədirlər.

7. Heyvanlar üçün ilahi əzab nəzərdə tutulmur. Azğın insan isə Allahın qəhr-qəzəbinə düçar olasıdır.

Hədisdə deyilir: Allah-təala

Xilqəti yaratdı üç növ ,üç halda:

Bir növdə ağıldan başqa heç nə yox,

Mələk çağrılarlar, səcdələri çox.

Elmdən payı yox ikinci növün,

Qarın dolu olsun, heyvan tək sevin.

Üçüncü növ isə sənsən ey Adəm,

Yarın heyvandandır, yarın mələkdən.

Əvvəlki iki növ hesabdan azad,

Sənsən iki yandan görərsən əzab.

Bir dəstə qərq olmuş başdan-ayağa.

İsa tək mələkdən durmuş qabağa,

Baxanda Adəmdir, içi Cəbrail,

Yendirmiş nəfsini göylərə mail.

Sürüyə qatılmış o biri dəstə,

Daim nəfs ardınca qaçmaq həvəsdə.

 

İnsanın mayası yoğrular ikən

Alınmış heyvandan, həm də mələkdən.

Bir yana yönəlsə, olası heyvan,

Üz tutsa o yana, mələkdir insan.

Bildirişlər

1. İnsan doğru yola yönəlmək üçün batini peyğəmbər (ağıl) və zahiri peyğəmbəri dinləməlidir.

2. Küfr və peyğəmbərlərin dəvətini inkar etmək düşüncəsizlikdir.

3. Allahın xəlifə seçdiyi insan öz fitrətini unutmaqla heyvandan da aşağı alçalır.

Ayə 45:

﴿أَلَمْ تَرَ إِلَى رَبِّكَ كَيْفَ مَدَّ الظِّلَّ وَلَوْ شَاء لَجَعَلَهُ سَاكِنًا ثُمَّ جَعَلْنَا الشَّمْسَ عَلَيْهِ دَلِيلًا﴾

“Görmürsənmi Rəbbin kölgəni necə yayıb? Əgər istəsəydi, onu tərpənməz qərar verərdi. Sonra günəşi ona dəlil və göstərici qərar verdik.”

Ayə 46:

﴿ثُمَّ قَبَضْنَاهُ إِلَيْنَا قَبْضًا يَسِيرًا﴾

“Sonra o kölgəni (aram-aram) Özümüzə doğru yığarıq.”

Nöqtələr

●İmam Baqir (ə) buyurmuşdur: “Ayədə «yayılmış kölgə» dedikdə fəcr tülusu (günəşin doğuşu) və qürub arası kölgə nəzərdə tutulur.”[279] Bəziləri gecənin və ya günortadan sonranın kölgəsinin nəzərdə tutulduğunu bildirsələr də, “sonra günəşi ona dəlil və göstərici qərar verdik” cümləsinə əsasən İmamın (ə) buyruğu qəbul olunmalıdır.

Bəsirət sahibi kölgəni görüb,

Günəşin nuruna olası əmin

Dəlilsiz baş vurma dərinliklərə,

«Xəlil»tək sən ol əhli-yəqin.

Bildirişlər

1. Xalqın Allahı tanıması üçün ən yaxşı yol varlıq aləmində ilahi hikmət əsasında baş verənlər haqqında düşünməkdir.

2. Yerin öz oxu və günəş ətrafında dövr etməsi təsadüfi deyil. Bu iş hikmət və tədbirə əsaslanır.

3. İnsan nemətlər içində qərq olsa da, həmin nemətlərə ibrət gözü ilə baxmır.

4. Kölgənin yayılması və müddətinin uzanması tərbiyə, inkişaf və çiçəklənmə üçündür. (Əgər nur sabit, kölgə daimi olsaydı, hər şey ya yanar, ya da donardı.)

5. Allahın təbiətdə böyük dəyişikliklər etməyə qüdrəti çatsa da, O Öz qayda-qanunlarını tərk etmir.

6. Varlıq aləminin davamlı hərəkəti Allahın əlindədir.

7. Günəş və işığın varlığı əsasında kölgəni tanımaq mümkündür. Hər şey öz varlığının ziddi əsasında tanınır.

8. Varlıq aləminin hərəkəti, təbiətdəki dəyişikliklər Allahın işidir.

9. Varlıq aləmi tədricən, aram-aram və altı mərhələdə yarandığı kimi, ondakı dəyişikliklər də tədricən baş verəcək.

10. Nəyisə geri almaq Allah-təala üçün çətin deyil.

Ayə 47:

﴿وَهُوَ الَّذِي جَعَلَ لَكُمُ اللَّيْلَ لِبَاسًا وَالنَّوْمَ سُبَاتًا وَجَعَلَ النَّهَارَ نُشُورًا﴾

“O sizin üçün gecəni örtük, yuxunu aramlıq, gündüzü oyanış (səy) vaxtı qərar verən kəsdir.”

 

Nöqtələr

●Qurani-Kərimdə bir neçə şey “libas” adlandırılır. Məsələn: gecə[280]; həyat yoldaşı[281]; təqva[282].

●“Səbt” dedikdə işin dayandırılması nəzərdə tutulur. İşdən sonra istirahət də “səbt” adlandırılır.[283] “Nəşr” sözündən olan “nuşur” sözü insanların gündüz iş ardınca yola düşməsi mənasını bildirir.

Bildirişlər

1. Gecə-gündüzün hərəkəti təsadüfi deyil, bu hərəkətdə hikmətli məqsədlər və proqramlar mövcuddur.

2. Gecənin düşməsi bəşəriyyət üçün ilahi bir nemətdir.

3. Yuxu və oyaq vaxtımızı təbiətlə uyğunlaşdıraq. Qaranlıq və sükut insanın rahatlığına müsbət təsir göstərir. Əksinə, insanın səy və hərəkətinə nur müsbət təsir edir.

4. Libas bədəni qoruduğu kimi, gecə də sağlamlığı hifz edir.

5. Gecə-gündüzün dəyişməsi, gecə istirahət, gündüz səy Allahın rübubiyyət nişanəsidir.

Ayə 48:

﴿وَهُوَ الَّذِي أَرْسَلَ الرِّيَاحَ بُشْرًا بَيْنَ يَدَيْ رَحْمَتِهِ وَأَنزَلْنَا مِنَ السَّمَاء مَاء طَهُورًا﴾

“Küləkləri rəhmətindən öncə bir müjdə göndərən Odur. Səmadan paklayan su göndərdik (ki,)”

 

Ayə 49:

﴿لِنُحْيِيَ بِهِ بَلْدَةً مَّيْتًا وَنُسْقِيَهُ مِمَّا خَلَقْنَا أَنْعَامًا وَأَنَاسِيَّ كَثِيرًا﴾

“Onun vasitəsi ilə ölü torpağı dirildək və ondan dördayaqlılara və bir çox insanlara içirək.”

 

Nöqtələr

●“Təhur” dedikdə həm özü çox pak olan, həm də pakedici şey nəzərdə tutulur. “Bələd” sözü yer mənasını bildirir. Bu yer həm şəhər, həm kənd, həm əkin sahəsi ola bilər. Əraf” surəsinin 58-ci ayəsində bildirilir ki, yaxşı yer öz Rəbbinin izni ilə otunu cücərdir. Aydın məsələdir ki, otun cücərməsi şəhərə aid səciyyə deyil. “Ənasiyy” sözü insanlar mənasını bildirir.

●“Bələd” sözü ilə “bəldət” sözü eyni məna bildirdiyindən onu vəsf edərkən “məytən” sözündən istifadə olunmuşdur.[284]

●Sudan istifadədə ən böyük pay əkinçiliyə düşür. Daha sonra heyvanlar sudan çox istifadə edir. Sudan istifadə payına görə insan 3-cü yerdə dayanır. Buna görə də ayədə öncə əkinçilikdən, sonra heyvanatdan və nəhayət insandan danışılır.

●Küləyin bir çox faydaları var. Külək havaya lətafət verir, buludları hərəkətə gətirir, istiliyi azaldır, bitkiləri bar-bəhrəyə çatdırır.

Bildirişlər

1. Küləklər Allahın iradəsi ilə hərəkət edir.

2. Küləyin müxtəlif növləri var, bəzi küləklər yağışla müşayiət olunur.

3. Yağış Allahın iradəsi ilə buludlardan nazil olur.

4. Su həm özü pakdır, həm də pakedicidir. O insan cismini və digər əşyaları paka çıxarır, dəstəmaz və qüsldə insan ruhunun paklığına səbəb olur.

5. Bəşər həyatı bitkilərdən və heyvanlardan asılıdır. (Torpağın oyanışı və heyvanların sirab edilməsi məsələsi insanın sirab olunmasından öncə qeyd olunur.)

6. Allahın işləri təbii vasitələrlə gerçəkləşir.

Ayə 50:

﴿وَلَقَدْ صَرَّفْنَاهُ بَيْنَهُمْ لِيَذَّكَّرُوا فَأَبَى أَكْثَرُ النَّاسِ إِلَّا كُفُورًا﴾

“Həqiqətən, Biz (Quran ayələri və ya buludla yağışı) onların arasında paylaşdırdıq ki, bəlkə Allahı yada salalar. Amma insanların əksəri boyun qaçırıb nankor oldu.”

 

Nöqtələr

●Ola bilsin ki, “təsrif” dedikdə yağışın hərəkəti və ötürülməsi nəzərdə tutulur. Yəni yağış ardıcıl və pərakəndə şəkildə göndərildi. O bəzən narın, bəzən leysan şəklində yağdı. Bütün bu rəngarənglik və dəyişikliklər düşüncə və qədirdanlıq üçündür. Çox əfsus ki...

“Aralarında paylaşdırdıq” deyərkən Quran ayələrinin təkrarı və müxtəlif növ bəyanlar nəzərdə tutula bilər. Quranda tez-tez bu məna ilə rastlaşmaq olar.

Bildirişlər

1. Xatırlatma ardıcıl və rəngarəng olmalıdır.

2. Quran hidayət kitabıdır, təkrar və xəbərdarlıq hidayət şərtidir.

3. Nemətləri yada salmaq nemətə görə şükürdür. Nemətlərdən qəflət onlara qarşı nankorluqdur.

4. Nemətə görə şükür edən azdır.

Ayə 51:

﴿وَلَوْ شِئْنَا لَبَعَثْنَا فِي كُلِّ قَرْيَةٍ نَذِيرًا﴾

“Əgər istəsəydik hər məntəqəyə (peyğəmbər və) xəbərdarlıq edən şəxs göndərərdik. (Bu yolla sənin işin yüngülləşərdi, amma buna ehtiyac yoxdur.)”

 

Nöqtələr

●Bu ayə bir növ İslam Peyğəmbərinin (s) son peyğəmbər olmasını və İslam məktəbinin əhatəliliyini bəyan edir. Buyurulur ki, səninlə birlikdə heç bir peyğəmbər göndərilməyib; çünki sənin məktəbində və özündə bütün cəmiyyəti idarə etmək gücü var və başqasına ehtiyac yoxdur. Məlum olur ki, Peyğəmbər (s) uca məqamda olduğundan onun gəlişi ilə peyğəmbərlik silsiləsi başa çatır.

Bildirişlər

1. Hər bir ümmətin rəhbərə ehtiyacı olsa da,[285] hər məntəqədə bir peyğəmbər olması ümmətə rəhbərlikdə vəhdət üçün zərbə olar.

2. Peyğəmbər müqavilə və seçim əsasında təyin olunmur, Allah tərəfindən seçilir.

Ayə 52:

﴿فَلَا تُطِعِ الْكَافِرِينَ وَجَاهِدْهُم بِهِ جِهَادًا كَبِيرًا﴾

“Kafirlərə itaət etmə, onlara qarşı Quran vasitəsi ilə böyük cihada başla.”

 

Nöqtələr

●Kafirlərlə rəftarın bir neçə mərhələsi var: öncə onlara tabe olmamaq, ikincisi, mübarizə və cihad. Cihad və mübarizənin də bir neçə qismi var: qılıncla aparılan kiçik cihad, Quran məntiqi ilə, düşmənlərin şübhələrinə cavab verməklə aparılan elmi, böyük cihad.

Bildirişlər

1. Kafirlərlə saziş qadağandır. (Kafirlərin istənilən azğın təkliflərini qətiyyətlə rədd edin.)

2. Kafirlər qarşısında o zaman müstəqil və güclü ola bilərsiniz ki, mərkəzləşəsiniz. İndi rəhbərlik bir peyğəmbərin vücudunda mərkəzləşmişdir və siz güclüsünüz. Beləsə, sazişə girməyin.

3. Kafirlərə itaət etməmək bəs deyil, cihad da lazımdır. Bu cihad böyük və hərtərəfli olmalıdır.

4. Mənfi mübarizə (itaət etməmək) mübarizə üsullarından biridir. (Kafirlərə itaəti tərk etməklə onlarla vuruş.)

5. Quran İslam düşmənlərinə qarşı ən üstün elmi-mədəni cihad vasitəsidir.

6. Düşmənləriniz ideoloji və mədəni hücumlar üçün səy göstərirlər. Siz də işsiz qalmayın.

7. Küfr və şirkə qarşı elmi və məntiqi cihad ən böyük cihaddır.

Ayə 53:

﴿وَهُوَ الَّذِي مَرَجَ الْبَحْرَيْنِ هَذَا عَذْبٌ فُرَاتٌ وَهَذَا مِلْحٌ أُجَاجٌ وَجَعَلَ بَيْنَهُمَا بَرْزَخًا وَحِجْرًا مَّحْجُورًا﴾

“Biri şirin və dadlı, o biri şor və acı iki dəryanı qovuşduran və onlar arasında həmişə ayrı qalmaları üçün səd qoyan Odur.”

 

Nöqtələr

●“Mərəcə” sözü qarışdırmaq, bir-birinə qovuşmaq üçün iki dəryanı rəvan etmək mənasını bildirir.[286] “Əzb” dedikdə dadlı, “furat” dedikdə şirinə yaxın çox dadlı mənaları başa düşülür. “Milh” sözü şor mənasını bildirir. “Ucac” dedikdə acılığı yaxın çox şor su mənası anlaşılır.

Bildirişlər

1. Şirin və şor su yanaşı dayandığı halda onları qarışmağa qoymayan Allah icazə verərmi ki, haqq batilə, küfr imana qarışsın?!

2. Allahın iradəsi ilə hətta bir-birinə toxunan mayelər qarışmamış qalır.

 

 

 

 

 

 

 

Ayə 54:

﴿وَهُوَ الَّذِي خَلَقَ مِنَ الْمَاء بَشَرًا فَجَعَلَهُ نَسَبًا وَصِهْرًا وَكَانَ رَبُّكَ قَدِيرًا﴾

“İnsanı sudan yaradan, onun üçün yaxın (nəsəbi) və uzaq (səbəbi) qohumluq qərar verən Odur. (Nəsil bu iki yolla yayıldı.) Sənin Rəbbin qüdrət sahibidir.”

 

Nöqtələr

●Ayədə su dedikdə insan nütfəsi nəzərdə tutulur.[287]

●“Nəsəb” ata, övlad, qardaşlar arasında olan kök bağlılıqdır. “Sihr” dedikdə, «kürəkən» mənası anlaşılır. Bu rabitə kişi ilə başqa bir ailə arasında yaranan rabitədir. Ər ilə arvad, qohumlar arasında olan rabitə “səbəbi” rabitə adlanır.

Bildirişlər

1. Həm insan, həm də digər mövcudlar sudandır.[288]

2. Bütün insanlar bir maddədən yaradılmışdır. Demək, irq və millət ayrıseçkiliyi əsassızdır.

3. İnsan əzəmətli bir mövcuddur.

4. İnsan həyatı nəsəbi və səbəbi bağlılıqlar əsasında formalaşır.

5. Bu ayədə nəsəbi qohumlar səbəbi qohumlardan öncə zikr olunur. Bu ardıcıllıq nəsəbi qohumluğun üstünlüyünü göstərir.

Ayə 55:

﴿وَيَعْبُدُونَ مِن دُونِ اللَّهِ مَا لَا يَنفَعُهُمْ وَلَا يَضُرُّهُمْ وَكَانَ الْكَافِرُ عَلَى رَبِّهِ ظَهِيرًا﴾

“(Müşriklər) onlara nə xeyir, nə də ziyan verə bilən şeylərə, Allahdan qeyrilərinə pərəstiş edirlər. Kafir daim öz rəbbinə qarşı (azğınlara) arxadır.”

 

Bildirişlər

1. İnsana xeyir verən və zərəri ondan uzaqlaşdıran elm dəyərlidir. Allahdan qeyrisinə pərəstiş səmərəsizdir.

2. Müşriklərin bütlərə pərəstişdə heç bir dəlil və məntiqləri yoxdur.

3. Xeyir və zərər yalnız Allahın əlindədir.

4. Müşriklər kafirdirlər və küfr yolunda bir-birlərinə yardım göstərirlər.

 

Ayə 56:

﴿وَمَا أَرْسَلْنَاكَ إِلَّا مُبَشِّرًا وَنَذِيرًا﴾

“Səni yalnız müjdə verən və qorxudan (peyğəmbər olaraq) göndərdik.”

 

Nöqtələr

●Bu qısa ayədə həm tövhid, həm nübüvvət, həm də məad prinsiplərinə işarə olunmuşdur.

●Ötən ayədə kafirlərin və müşriklərin müxalifətindən, onların bir-birinə arxa durmağından danışıldığı üçün bu ayədə peyğəmbərə təsəlli verilə bilər ki, nigaran olma, sənin vəzifən yalnız müjdə vermək və qorxutmaqdır.

Bildirişlər

1. Peyğəmbərlər nəticə yox, vəzifəyə məsuldurlar.

2. Haqqa çağırış və tədbirdə xəbərdarlıq və müjdə yanaşı olduqda səmərə verər.

3. Peyğəmbərlərin xalqı məcbur etmək haqlarqı yoxdur.

4. İnsan müjdədən çox xəbərdarlığa ehtiyaclıdır.

Ayə 57:

﴿قُلْ مَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ إِلَّا مَن شَاء أَن يَتَّخِذَ إِلَى رَبِّهِ سَبِيلًا﴾

“De ki, risalətim müqabilində sizdən heç bir muzd istəmirəm. İstəyim yalnız budur ki, (mənim dəvətimlə) bir şəxs öz Rəbbinə doğru yol tutsun.”

 

Nöqtələr

●Quranda İslam Peyğəmbərinin (s) zəhmətlərinə veriləcək mükafat haqqında bir neçə təbir var. “Nüdbə” duasında bu mövzu ilə bağlı bütün ayələr zikr olunmuşdur:

–“Mənim mükafatım Allahın öhdəsinədir.”[289]

–“Mənim mükafatım Əhli-beytimə məhəbbətdir.”[290]

–“Mənim mükafatım sizin Allah yolunu tutmağınızdır.”[291]

–“İstədiyim mükafat sizin öz xeyrinizədir.”[292] Məsum rəhbərlərin məhəbbəti Allah yolunu tutmağın rəmzidir. Xalqın bu yolu seçməsi onun öz xeyrinədir. Demək, peyğəmbər üçün heç bir maddi mənafe yoxdur.

Bildirişlər

1. Öz təmənnasızlığını xalqa elan edən rəhbər müvəffəqdir.

2. İnsan heç bir maddi təmənnası və ad-san istəyi olmadıqda ixlas əldə edir.

3. İnsan əqidə ə yol seçimində azaddır.

4. Peyğəmbərlərin muzdu xalqın Allaha bəndəlik etməsidir.

Ayə 58:



Geri   İrəli
Go to TOP