A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (səkkizinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


“Peyğəmbəri bir-birinizi çağırdığınız kimi çağırmayın. Şübhəsiz, Allah sizlərdən kimin xəlvəti, başqasının arxasında gizlənərək səhnədən qaçdığını bilir. Onun göstərişindən çıxanlar onları yaxalayacaq fitnədən və ya düçar olacaqları dərdli əzabdan qorxmalıdırlar.”

 

Nöqtələr

●“Təsəlləl” dedikdə xəlvəti aradan çıxmaq, “livaz” dedikdə başqasının arxasında gizlənmək nəzərdə tutulur. Münafiqlər bu sayaq hərəkət edirdilər.

●Ayənin mənası ilə bağlı dörd ehtimal var:

1. Peyğəmbəri başqaları kimi çağırmayın. Rəvayətdə oxuyuruq: “ya Məhəmməd”, “ya Əbül-Qasim” yox, “ya Rəsuləllah”, “ya Nəbiyəllah” deyə çağırın.”[201] Digər bir rəvayətdə bildirilir ki, bu ayə həzrətin canişinlərinə də aiddir.[202]

2. Peyğəmbər sizi cihad və namaz kimi işlərə çağırdıqda, hökmən itaət edin, onun dəvətinə yüngül yanaşmayın.

3. Peyğəmbəri çağırarkən fəryad çəkməyin.”[203]

4. Peyğəmbərin nifrin və duası qəbuldur, ehtiyatlı olun!

Bildirişlər

1. İlahi rəhbərlik möhtərəmdir, yüksək məqama malikdir. Həm onun adını hörmətlə çəkin, həm də bütün vücudunuzla ona təslim olun. Güman etməyin ki, onu başqaları kimi çağırmaq olar.

2. Allahın rəsuluna itaətsizlik Allaha itaətsizlikdir. (Ayənin əvvəlində Peyğəmbəri (s) çağırmaqdan, sonunda Allaha qarşı müxalifətdən danışılır.)

3. Rəhbərliyin göstərişinə diqqətsizlik fitnə və əzabla sonuclanır.

4. Allah göstərişinə müxaliflik ya dünyəvi fitnə, ya da axirət əzabı ilə başa çatır.

Ayə 64:

﴿أَلَا إِنَّ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ قَدْ يَعْلَمُ مَا أَنتُمْ عَلَيْهِ وَيَوْمَ يُرْجَعُونَ إِلَيْهِ فَيُنَبِّئُهُم بِمَا عَمِلُوا وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ﴾

“Agah ol! Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Şübhəsiz, O sizin nə düşündüyünüzü və Ona doğru qaytarılacağınız günü bilir. Belə ki, onlara nə iş gördüklərini bildirər. Allah hər şeydən agahdır.”

 

Bildirişlər

1. Allah hər şeyə malik, bütün fikir və niyyətlərdən agahdır. Beləsə, ona qarşı günah və nifaq əmrlərinə müxalifətin nə faydası?!

2. Allahın düşüncə və əməllərdən xəbərdarlığına iman insanı pislikdən saxlayan vasitədir.


FURQAN” SURƏSİ

(25-ci surə, 77 ayə)

On səkkiz, on doqquzuncu cüzlər,

“Furqan” surəsinin siması

Məkkədə nazil olmuş bu surənin 77 ayəsi var. Surənin birinci ayəsində Quran “Furqan” adlandırılır. “Furqan” dedikdə haqqı batildən ayıran nəzərdə tutulur. Surədə Quran “Furqan” adı ilə tanıtdırıldığından surə həmin adla adlandırılmışdır. Surədə müşriklərin bəhanələrindən, onlara verilən cavabdan, “Rəss” əshabı kimi qədim qövmlərin başına gələnlərdən, Qiyamətdə xalqın çəkəcəyi həsrətdən, təbiətdə tövhid və Allahın əzəmət nişanələrindən, möminlərin kafirlərlə müqayisəsindən danışan ayələr var. Amma surədəki ayələrin mühüm bir hissəsində “ibadur-rəhman” yəni Allahın həqiqi bəndələrinin xüsusiyyətləri haqqında danışılır. Bu mövzu surənin 63-cü ayəsindən sonunadək davam edir.

Ümid edək ki, uyğun ayələri oxuyub düşünməklə, bəyan olunan sifətlər əsasında rəftarımızı islah etməklə dünya və axirətdə ilahi lütflərdən faydalanmaq və behişti-əlaya daxil olmaq üçün zəmin yaradacağıq.

 

Rəhman və rəhim Allahın adı ilə

﴿بسم الله الرحمن الرحيم﴾

Ayə 1:

﴿تَبَارَكَ الَّذِي نَزَّلَ الْفُرْقَانَ عَلَى عَبْدِهِ لِيَكُونَ لِلْعَالَمِينَ نَذِيرًا﴾

“Aləmlərə xəbərdarlıq olsun deyə Quranı - haqqı batildən seçən vasitəni bəndəsinə nazil edən kəs uca və bərəkətlidir.”

 

Nöqtələr

●“Təbarək” sözü “bərək” sözündən olub “sabit” mənasını, “bərəkət” sözündən olub “çoxlu xeyir” mənasını ifadə edə bilər. Yəni Quranı nazil edən kəs misilsiz xeyir qaynağıdır. Quranın nazil edilməsi onun xeyir-bərəkət nümunəsidir. Bəli, ilahi qanundan üstün hansı bərəkət ola bilər?! Bu qanunlar tarix boyu milyardlarla insanı zülmətlərdən nura hidayət etmişdir.

●Nazil olma “ənzəlna” qəlibində birdəfəyə göndərişi, “nəzzələ” qəlibində isə tədrici göndərişi bildirir. Quran hər iki şəkildə nazil olmuşdur: Bir dəfə qədr gecəsində bütövlüklə[204], digər dəfə 23 il ərzində tədricən.[205]

Bildirişlər

1. Quran mübarək bir qaynaqdan nazil edilmişdir.

2. Həm təkvini nizam (təbii yaranış), həm də təşrii nizam (Quran və dini hökmlər) tərifəlayiqdir.

3. Quran tədricən nazil olmuşdur.

4. Quran haqqı batildən ayırmaq üçün ən üstün vasitədir.

5. Əgər səmavi kitablar və peyğəmbərlərin risaləti olmasaydı, insanlar qeyri-müəyyən vəziyyətdə qalardı.

6. Allaha bəndəlik vəhy əldə etmək üçün zəmindir.

7. İslam Peyğəmbərinin (s) risaləti ümumbəşəridir.

8. Peyğəmbərlərin vəzifəsi xəbərdarlıq etmək və qorxutmaqdır.

Ayə 2:

﴿الَّذِي لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَلَمْ يَتَّخِذْ وَلَدًا وَلَمْ يَكُن لَّهُ شَرِيكٌ فِي الْمُلْكِ وَخَلَقَ كُلَّ شَيْءٍ فَقَدَّرَهُ تَقْدِيرًا﴾

“Göylərin və yerin hökmünə sahib Allah heç bir övlad götürməmişdir. Mülkündə Ona şərik yoxdur. Hər şeyi yaratmış və lazımınca ölçü götürmüşdür.”

 

Nöqtələr

●Müşriklər, yəhudilər və məsihilər hərəsi bir şəkildə Allaha övlad aid etmiş, şərik qoşmuşlar. Qurani-Kərim bu xurafi əqidəni dəfələrlə, o cümlədən bu ayədə rədd etmişdir.

Bildirişlər

1. Varlıq aləminin hökmü Allaha məxsusdur. (Varlıq aləminə bir nizam, bir iradə və müdiriyyət hakimdir.)

2. Allah bütün varlıq aləminə eyni dərəcədə hakimdir.

3. Allah ehtiyacsızdır. (Övlad istəyi hansısa ehtiyaclardan yaranır. Varlığın hökmü əlində olanın nə ehtiyacı?!)

4. Bütün yaranmışlar vahid qüdrət çeşməsindən qaynaqlanmışlar.

5. Varlıq aləminin tədbiri onu yaradanın əlindədir.

6. Yaranışın hesab-kitabı var.

7. Varlıq aləmində çox dəqiq tədbir tökülmüşdür.

Ayə 3:

﴿وَاتَّخَذُوا مِن دُونِهِ آلِهَةً لَّا يَخْلُقُونَ شَيْئًا وَهُمْ يُخْلَقُونَ وَلَا يَمْلِكُونَ لِأَنفُسِهِمْ ضَرًّا وَلَا نَفْعًا وَلَا يَمْلِكُونَ مَوْتًا وَلَا حَيَاةً وَلَا نُشُورًا﴾

“(Müşriklər) Onun (Allahın) yerinə heç bir şey yaratmamış və özü yaranmış məbudlar götürdülər. (Bu yalançı məbudlar) özləri üçün heç bir zərər və fayda sahibi deyildirlər, (başqalarına) ölüm, həyat və Qiyamət haqları yoxdur.”

 

Bildirişlər

1. Allahpərəstlik fitridir. Bir Allahdan üz çevirən insan yalançı tanrıların sorağınca gedir.

2. Müşriklərlə də dəlillər əsasında danışın. Hətta heyvanlar faydalanmaq və şəri dəf etmək imkanına malikdir. Heyvanlarda olan bu qüdrət bütlərdə olmadığından onlar heyvandan da əskikdir.

3. Allahın bütün problemlərin həllinə və düyünlərin açılışına qadir olması insanın bəndəlik dəlilidir. Bütlər isə bu imkanlardan məhrumdur.

4. Özündən zərəri dəf edə bilməyən və faydalanmaq imkanından məhrum olan kəs başqaları üçün iş görmək gücündə deyil.

5. Zərərin dəfi mənfəət əldə olunmasından öndə gəlir.

6. Hər hansı iş ya dünya, ya da axirətə aid məqsədlə həyata keçirilməlidir. Bütlər isə dünya və axirətdə çarəsizdir.

Ayə 4:

﴿وَقَالَ الَّذِينَ كَفَرُوا إِنْ هَذَا إِلَّا إِفْكٌ افْتَرَاهُ وَأَعَانَهُ عَلَيْهِ قَوْمٌ آخَرُونَ فَقَدْ جَاؤُوا ظُلْمًا وَزُورًا﴾

“Kafir olanlar dedilər: “Bu Quran onun (peyğəmbərin) Allaha iftirasından başqa bir şey deyil və bu işdə ona kömək edənlər var.” Həqiqətən, (bu sözlərlə) böyük zülm və yalana yol verdilər.”

 

Nöqtələr

●“İfk” dedikdə yalan, “zur” dedikdə batil söz mənası anlaşılır.[206] Quranda yalnız bu ayədə zülm” və “zor” sözləri yanaşı işlənmişdir. Çünki kafirlər peyğəmbərə böhtan atmaq və səmavi kitabı yalan saymaqla başqalarının hidayətinə (doğru yola gəlişinə) mane olurdular.

Bildirişlər

1. Kafirlər səmavi kitabı yalan saymaqla öz küfrlərinə don geyindirirlər.

2. Səmavi kitab və peyğəmbərlərin təhqiri kafirlərin qaydasıdır.

3. Quranın əzəmətini müxaliflər də qəbul edirlər.

4. Təhqir və böhtanla avamları aldatmaq, insanların tərbiyəsinə mane olmaq ən pis günahlardandır.

Ayə 5:

﴿وَقَالُوا أَسَاطِيرُ الْأَوَّلِينَ اكْتَتَبَهَا فَهِيَ تُمْلَى عَلَيْهِ بُكْرَةً وَأَصِيلًا﴾

“(Kafirlər) dedilər: “(Quran) onun özü üçün bir nüsxə yazdığı və səhər-axşam ona oxunan keçmişə aid əfsanələrdir.”

 

Ayə 6:

﴿قُلْ أَنزَلَهُ الَّذِي يَعْلَمُ السِّرَّ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ إِنَّهُ كَانَ غَفُورًا رَّحِيمًا﴾

“De ki, (bu Quranı) göylərdəki və yerdəki sirləri bilən kəs göndərdi. Şübhəsiz, O, bağışlayan və mehribandır.”

 

Nöqtələr

●Kafirlər həm Qurana irad tuturdular ki, onda yenilik yoxdur, keçmişlərin əfsanəsidir, həm dediklərini haradansa köçürməsi ilə bağlı Peyğəmbəri (s) şübhə altına alır, həm də Peyğəmbərə (s) kimlərinsə yardım göstərdiyini uydururdular.

●Əsatirdən danışan kafirlər belə düşünürdülər ki, həzrət üçün bunları kimsə yazır və deyir. Onlar Peyğəmbərin (s) savadlı olduğunu bildirir, kimsədən nəsə öyrənmədiyini rədd edirdilər.

●Ayədə Allahın kafirlərdən xəbərdarlığı bildirilir. Bəli, sirlərdən xəbərdar olan kəs, şübhəsiz ki, aşkardakı həqiqətlərdən də xəbərdardır.

Bildirişlər

1. Müxaliflərin sözlərini çatdırarkən dəqiq olun.

2. Hədyanlara cavab verin.

3. Quran əfsanə yox, sonsuz elm çeşməsindən qaynaqlanan həqiqətdir.

4. Quran bəşər tərəfindən yaradılmayıb, varlığın sirlərindən xəbərdar olan Allah tərəfindən göndərilib.

5. Quranda əsrarəngiz göstərişlər vardır.

6. Allah gizlindən və aşkardan eyni dərəcədə xəbərdardır.

7. Göylərdə bəşəriyyət üçün əlçatmaz sirlər var.

8. Hətta Quranı əfsanə, Peyğəmbəri (s) yalançı sayan kafirlər üçün də tövbə yolu açıqdır.

9. Təkcə bağışlamaq bəs etmir, mərhəmət də göstərmək lazımdır.

Ayə 7:

﴿وَقَالُوا مَالِ هَذَا الرَّسُولِ يَأْكُلُ الطَّعَامَ وَيَمْشِي فِي الْأَسْوَاقِ لَوْلَا أُنزِلَ إِلَيْهِ مَلَكٌ فَيَكُونَ مَعَهُ نَذِيرًا﴾

“(Kafirlər) dedilər: “Bu necə peyğəmbərdir ki, yemək yeyir, bazarlarda gəzir? Onunla birlikdə qorxutsun (və iddiasını təsdiqləsin) deyə, nə üçün mələk nazil olmayıb?”

 

Nöqtələr

●Kafirlər əziz Peyğəmbəri (s) məzəmmət edirdilər ki, nə üçün hamı kimi yeyir və yol gedir? Hazırkı surənin 20-ci ayəsində cavab verilir ki, bütün əvvəlki peyğəmbərlər də qidalanmışlar və bazarlarda gəzmişlər.

Bildirişlər

1. İnsanların bəziləri kamilliyi nöqsan sayır. (Adi həyat tərzi və xalq arasında hüzur ilahi rəhbər üçün kamillikdir.)

2. Allaha doğru çağırışın dünya nemətlərindən faydalanma ilə ziddiyyəti yoxdur.

3. Rəhbər cəmiyyətdən ayrılmamalıdır. Xalqla get-gəli olan kəs onlara daha rahat yol göstərə bilər.

4. Peyğəmbərlər ehtiyacları olan şeyi şəxsən özləri alırdılar.

Ayə 8:

﴿أَوْ يُلْقَى إِلَيْهِ كَنزٌ أَوْ تَكُونُ لَهُ جَنَّةٌ يَأْكُلُ مِنْهَا وَقَالَ الظَّالِمُونَ إِن تَتَّبِعُونَ إِلَّا رَجُلًا مَّسْحُورًا﴾

“Nə üçün ona xəzinə əta olunmayıb, nə üçün faydalansın deyə ona bağ verilməyib? Zalımlar (möminlərə) dedilər: “Siz yalnız sehr olunmuş bir kəsin ardınca gedirsiniz.”

 

Nöqtələr

●Ötən ayədə kafirlərin belə bir iddiası bəyan olundu ki, Peyğəmbər (s) yemək yeməməli, ehtiyaclarının təmini üçün xalq arasına çıxmamalıdır. Bu ayədə əlavə istəklər bəyan olunur: Peyğəmbər (s) qeybdən təmin olunmalıdır ki, bazara, xalq arasına çıxmağa ehtiyac duymasın. Onlar anlamırdılar ki, bu sayaq, yəni qeybdən təminat Peyğəmbər (s) üçün qüsur olardı. Çünki rifah içində yaşayan bir şəxs əzabkeş xalqa rəhbər ola bilməz.

Bildirişlər

1. Materialistlər hətta peyğəmbərlərə də maddiyyat prizmasından baxırlar.

2. Peyğəmbərlərin işində eyb axtarmaq zülmdür.

3. Təkəbbürlü və kinli insan daim bəhanə axtarır. Bir bəhanədən əli üzüldükdə, başqa bir bəhanəyə əl atır.

4. Peyğəmbərlərin müxalifləri onları gah sehrbaz, gah da sehr olunmuş sayırdılar.

Ayə 9:

﴿انظُرْ كَيْفَ ضَرَبُوا لَكَ الْأَمْثَالَ فَضَلُّوا فَلَا يَسْتَطِيعُونَ سَبِيلًا﴾

“Gör sənin haqqında necə məsəllər çəkdilər. Belə ki, doğru yoldan azdılar, nəticədə (həqiqətə doğru) yol tapa bilməzlər.”

Nöqtələr

●Ayə belə mənalandırıla bilər: Müxtəlif bəhanələrlə peyğəmbərlərin təbliğinə mane olanlar məqsədə çatmaz, müvəffəq olmazlar. Şairin təbirincə, “çölə atar iffətin, bizə verər zəhmətin.”

Bildirişlər

1. Düşmənin bəhanəçiliyinə diqqətli olun.

2. Müxaliflərin təhqirlərinə onların azğınlıqlarının bəyanı ilə cavab verin.

3. Yersiz təşbeh və təmsil azğınlığa aparır.

4. Məntiq, möcüzə və peyğəmbər kamilliyini kənara qoyub, var-dövlət, məqam və bəhanə ardınca getmək azğınlıqdır.

Ayə 10:

﴿تَبَارَكَ الَّذِي إِن شَاء جَعَلَ لَكَ خَيْرًا مِّن ذَلِكَ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ وَيَجْعَل لَّكَ قُصُورًا﴾

“İstədiyi vaxt sənin üçün onların gözlədiyindən də üstününü, ağacları altdan çaylar axan bağlar və qəsrlər qərar verən Allah uca və mübarəkdir.”

 

Nöqtələr

●Ötən ayələrdə bəyan olundu ki, kafirlər İslam Peyğəmbərindən (s) xəzinə və bağ istəyirdilər. Bu ayədə buyurulur ki, əgər Allah istəsə, peyğəmbərin ixtiyarına bir yox, saysız bağlar verər.

●Həzrət Əli (ə) buyurur: “Əgər Allah istəsəydi, peyğəmbərləri göndərən zaman onların ixtiyarına xəzinələr, qızıl mədənləri, yaşıl və xürrəm bağlar verərdi. Amma belə etsəydi, xalqın sınaq məsələsi aradan götürülər, hamı var-dövlət və rifah tamahı ilə peyğəmbərin ətrafına toplanardı. Beləcə, niyyətlər xalis olmazdı.”[207]

●“Təbarək” dedikdə “ya sabit”, ya da “bol xeyir” mənası nəzərdə tutula bilər.[208]

Bildirişlər

1. Allahın varlığı sabitdir və bərəkət qaynağıdır.

2. Pəhrizkarlıq və sadəlik peyğəmbərlərə layiqdir. Saray həyatı və dəbdəbə onların şənində deyil.

3. Fəqirlik və var-dövlət Allahın əlindədir.

4. Allahın istək və iradəsi dəyişməzdir.

 

Ayə 11:

﴿بَلْ كَذَّبُوا بِالسَّاعَةِ وَأَعْتَدْنَا لِمَن كَذَّبَ بِالسَّاعَةِ سَعِيرًا﴾

“(Onlar təkcə səni yox) hətta Qiyaməti inkar etdilər. Biz Qiyaməti inkar edənlər üçün yandırıb-yaxan od hazırlamışıq.”

 

Nöqtələr

●“Səir” dedikdə şiddətli od mənası anlaşılır.

Bildirişlər

1. Kafirlərin bəhanələrinin qaynağı onların Qiyamətə etiqadsızlığıdır. (Kafirlərin “nə üçün peyğəmbərin xəzinə və bağı yoxdur” bəhanələrinin kökü onların Qiyamətə inanmamalarındadır.)

2. Məadın təkzibi çox təhlükəlidir.

3. Behişt və cəhənnəm öncədən yaradılmış və hazırlanmışdır.

4. Böyük günah böyük əzabla sonuclanır.

Ayə 12:

﴿إِذَا رَأَتْهُم مِّن مَّكَانٍ بَعِيدٍ سَمِعُوا لَهَا تَغَيُّظًا وَزَفِيرًا﴾

“(Cəhənnəm) onları uzaqdan gördükdə, onun qəzəb və təlatümünü eşidərlər.”

Ayə 13:

﴿وَإِذَا أُلْقُوا مِنْهَا مَكَانًا ضَيِّقًا مُقَرَّنِينَ دَعَوْا هُنَالِكَ ثُبُورًا﴾

“Zəncirlə bağlanmış halda oradan dar yerə qatılır və həmin vaxt nalə çəkərlər. (Özlərinə ölüm diləyərlər.)”

Nöqtələr

●“Təğəyyüz” dedikdə qeyz-qəzəbin izharı başa düşülür. Bəzən bu qəzəb səslə müşayiət olunur. “Zəfir” dedikdə qəm-qüssədən sinə tutulan vaxt çəkilən nəfəsin səsi mənası anlaşılır. “Muqərrənin” sözü zəncirlərlə bağlanma mənasını ifadə edir. “Subur” dedikdə ah-vay mənası anlaşılır.

●Cəhənnəm o qədər böyükdür ki, Qiyamətdə ondan “doldunmu” deyə soruşulanda belə cavab verər: “Yenə gələn varmı?”[209] Amma cəhənnəm nə qədər böyük olsa da günahkar insan orada sıxıntıdadır. Cəhənnəmdə sıxıntıya düşən insanı böyük divara çətinliklə yeridilən mıxa bənzətmək olar. Divar böyük olsa da, bu mıx sıxıntıdadır.

Həzrət Peyğəmbərdən (s) nəql olunmuş hədisdə deyilir: Cəhənnəm əhli divardakı mıx kimi sıxıntıdadır.”[210]

●Dünya və axirətdə Allahdan xəbərsizlik dözülməz sıxıntı ilə sonuclanır. Dünyada isə Allah beləsinin köksünü sıxıntıya salır.[211] Ayələrdə oxuyuruq: “Hər kəs Mənim zikrimdən üz çevirsə şübhəsiz, onun üçün sıxıntılı həyat var.”[212]; “Onlar cəhənnəmdə dar bir yerə atılar.”[213]; Əksinə, Allaha diqqət və iman dünya və axirətdə qurtuluş səbəbidir: “Göy və yerin bərəkət qapılarını onların üzünə açarıq.”[214]; “Behiştə daxil olan vaxt onun qapıları açılar.”[215]

●İmam Sadiq (ə) buyurur: “Ayədə “uzaqdan” deyərkən bir illik yol nəzərdə tutulur.”[216]

Bildirişlər

1. Cəhənnəmin bir növ idrak və hissi var.

2. Məad cismanidir.

3. Cəhənnəm əhli zəncir və buxovlarla bağlanar.

4. Cəhənnəm əhli alçaldılaraq Cəhənnəmə atılar.

5. Cəhənnəm əhlinin ah-naləsi uzaqdan eşidilər.

Ayə 14:

﴿لَا تَدْعُوا الْيَوْمَ ثُبُورًا وَاحِدًا وَادْعُوا ثُبُورًا كَثِيرًا﴾

“(Onlara deyilər:) «Bu gün bir dəfə yox, dəfələrlə ölüm istəyin.»”

Ayə 15:

﴿قُلْ أَذَلِكَ خَيْرٌ أَمْ جَنَّةُ الْخُلْدِ الَّتِي وُعِدَ الْمُتَّقُونَ كَانَتْ لَهُمْ جَزَاء وَمَصِيرًا﴾

“(Ey peyğəmbər,) xalqa de ki, bu (əzab) yaxşıdır, yoxsa təqvalılara vəd olunmuş, onlara mükafat və son olan əbədi behişt?!”

 

Bildirişlər

1. Qiyamətdə kafirlərin fəryadına yetişən olmaz.

2. Behişt əbədidir.

3. Behişt vədi qətidir.

Ayə 16:

﴿لَهُمْ فِيهَا مَا يَشَاؤُونَ خَالِدِينَ كَانَ عَلَى رَبِّكَ وَعْدًا مَسْؤُولًا﴾

“Behişt əhli üçün istədiyi var. Onlar həmişəlik oradadırlar. (Bu mükafat) Rəbbin üçün vacib bir vəddir.”

 

Nöqtələr

●Behişt əhlinin istəkləri Allahın istəkləri kimi hikmət çərçivəsindədir. Yəni Allah hikmət əsasında istədiyi kimi, möminlər də hikmət əsasında diləyir. Möminlər diləməz ki, Cəhənnəm əhli azad edilsin və ya möminlər peyğəmbər dərəcəsinə çatsın. Çünki belə istəklər hikmətdən uzaqdır.

Bildirişlər

1. İnsan yalnız behiştdə bütün arzularına çatır.

2. Behiştdə istənilən şey var. Cəhənnəm əhli haqqında isə belə buyurulur: “Cəhənnəm əhli ilə onların istədikləri arasında “hail” (arakəsmə) qərar verilər.”[217]

3. Allah Öz vədlərinə əməl etməyi zəruri saymışdır.

Ayə 17:

﴿وَيَوْمَ يَحْشُرُهُمْ وَمَا يَعْبُدُونَ مِن دُونِ اللَّهِ فَيَقُولُ أَأَنتُمْ أَضْلَلْتُمْ عِبَادِي هَؤُلَاء أَمْ هُمْ ضَلُّوا السَّبِيلَ﴾

“(Yada sal,) o gün ki, Allah müşrikləri və onların Allah əvəzinə pərəstiş etdiklərini məhşər səhnəsinə gətirib (onların məbudlarına) deyər: “Mənim bəndələrimi siz azdırdınız, yoxsa özləri yolu itirdi?”

Nöqtələr

●Quranda azğınlıq amilləri belə bəyan olunur:

1. Pis dost–“məni pis dost azdırdı.”[218]

2. Nəfs istəkləri–“nəfs istəklərinə tabe olma, onlar səni Allah yolundan azdırar.”[219]

3. Azğın alim–“öz əlləri ilə bir şey yazır və onun Allah tərəfindən olduğunu deyirlər.”[220]

4. Azğın rəhbərlər–“Firon öz qövmünü azdırdı.”[221]

5. Şeytan–“şübhəsiz, şeytan açıq-aşkar azdırandır.”[222]

6. Azğın çoxluq–“əgər yer üzündəki əksəriyyətə tabe olsan səni Allahın yolundan azdırarlar.”[223]

7. Azğın valideyn–“həqiqətən, biz valideynimizi bütpərəst gördük və onlara iqtida etdik.”[224]

İnsanda bir sıra səbəblərdən sual yarana bilər:

a) Anlamaq üçün.[225]

b) Başqalarını məzəmmət üçün; Allah-təala həzrət İsaya pərəstiş edənləri məzəmmət üçün həzrət İsaya xitab edərək buyurur: “Yoxsa sən onlara demisən ki, Allahdan əlavə məni və anamı iki tanrı seçin?”[226]

v) Bəzən məqsəd şəxsin məzəmməti olur.[227]

Bildirişlər

1. Qiyamətdə müşriklər və onların yalançı məbudları sorğuya çəkilərlər.

2. Qiyamətdə insanla yanaşı başqa mövcudlar da səhnəyə gətirilər (məsələn, bütlər).

3. Qiyamətdə hər şeyin şüuru olar və onlara müraciət edilər.

4. Bütün insanların fitrətində allahpərəstlik var. Azğınlıq isə kənar təsirdən yaranır.[228]

Ayə 18:

﴿قَالُوا سُبْحَانَكَ مَا كَانَ يَنبَغِي لَنَا أَن نَّتَّخِذَ مِن دُونِكَ مِنْ أَوْلِيَاء وَلَكِن مَّتَّعْتَهُمْ وَآبَاءهُمْ حَتَّى نَسُوا الذِّكْرَ وَكَانُوا قَوْمًا بُورًا﴾

“(Məbudlar) deyərlər: “Pərvərdigara! Sən pak-pakizəsən. Bizə yaraşmaz ki, Səndən qeyrisini hami seçək. Amma sən onlara və atalarına elə nemətlər verdin ki, sənin zikrini unutdular və fəsada uğramış bir qövm oldular.”

Nöqtələr

●“Bur” dedikdə fəlakət və fəsad başa düşülür. Bağ-bağatı, gül-çiçəyi, ot-ələfi olmayan torpağa “bayir” deyirlər. Mətndəki söz “bair” sözünün cəm forması da ola bilər. Onun məsdər olması da mümkündür. Yəni başdan-başa fəlakətə uğramış qövm!

●“Sübhanəkə” sözü iki yerdə işlənmişdir: Təəccübü bildirən məqamda və azğın əqidələrlə qarşılaşan zaman.

●Quranda unutqanlıq və qəflətin bir sıra səbəbləri göstərilir. Onlardan bəzilərinə nəzər salaq: Var-dövlət, ailə-övlad[229]; ticarət[230]; şeytan, təfriqə, qumar və şərab[231].

Bildirişlər

1. Qiyamətdə məbudlar dilə gələr.

2. Şirkdən danışılan məqamda Allaha təsbih demək zəruridir.

3. Allah Öz nemətlərini azğınlara da əsirgəmir.

4. Var-dövlət o zaman təhlükə törədir ki, Allahın yaddan çıxmasına səbəb olsun. Var-dövlət mütləq şəkildə pis və təhlükəli deyil.

5. Bir neçə nəsli rifah içində yaşamış ailələrdə Allahı və Qiyaməti unutmaq zəmini güclü olur.

6. Var-dövlətə və rifah əhlinin dəbdəbəsinə əhəmiyyət verməyin, bütün bunlar puç olub gedəsidir.

 

 

 

 

 

 

 

 

Ayə 19:

﴿فَقَدْ كَذَّبُوكُم بِمَا تَقُولُونَ فَمَا تَسْتَطِيعُونَ صَرْفًا وَلَا نَصْرًا وَمَن يَظْلِم مِّنكُمْ نُذِقْهُ عَذَابًا كَبِيرًا﴾



Geri   İrəli
Go to TOP