A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (yeddinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


 

● Ayə 7:

﴿إِنَّا جَعَلْنَا مَا عَلَى الْأَرْضِ زِينَةً لَّهَا لِنَبْلُوَهُمْ أَيُّهُمْ أَحْسَنُ عَمَلًا﴾

“Əlbəttə, Biz yer üzündə olanı onun üçün zinət qərar verdik hansının daha üstün yaxşı əməl edəcəyini sınağa çəkmək istədik.”

 

● Ayə 8:

﴿وَإِنَّا لَجَاعِلُونَ مَا عَلَيْهَا صَعِيدًا جُرُزًا﴾

“Biz (sonda) onun üzərində olanı torpaq otsuz-ələfsiz yer şəklinə saldıq.”

Nöqtələr

● “Səid” dedikdə torpaq, mütləq yer üzü başa düşülür. “Curus” isə otsuz yerdir.

● Allah xalqın sınağı ilə bağlı olan “linəbluvəkum” sözünü “cəəlna” və “cailunə” sözləri arasında yerləşdirmişdir. Onlardan biri yaşıl örtüklü yerə, digəri otsuz-ələfsiz sahəyə aiddir. İşarə olunur ki, xalq yaşıllıqla quraqlıq, şadlıqla qəm arasında sınağa çəkilir. Ən mühümü isə insanın əməli və qalib gəlməsidir.

● Rəvayətlərdə bildirilir ki, «gözəl əməl» dedikdə, qiyamət azuqəsi olan ağıllı və təqvalı iş nəzərdə tutulur.[187]

Bildirişlər

1. Kafirlərin iman gətirməməsinin səbəbi onların dünya zirvələrinə uymasıdır.

2. Bağlar, güllər, meyvələr, heyvanlar, sular, mədənlər, rənglər, qoxular, bir sözlə yer üzündə nə varsa yerin zinətidir. İnkişaf etmiş insanlar üçün isə iman əsl zinət və yaraşıqdır.[188]

3. Zinətlər sınaq vasitəsidir. Zinətlər vasitəsi ilə kimin aldanıb özünü satması, kimin əqvalı olub onları saleh əməl üçün müqəddimə qərar verməsi müəyyənləşdirilir.

4. Sınaq prinsipi insanın ixtiyar sahibi olduğunu göstərir. (O zaman sınaqdan danışmaq olar ki, insanda seçim imkanı olsun.)

5. Əməlin kəmiyyəti yox, keyfiyyəti mühümdür.

 

6. Gül-çiçəyin, təbiətin gözəlliyi bizi qürrələndirməsin. Hamı torpaqla bir olasıdır.

 

● Ayə 9:

﴿أَمْ حَسِبْتَ أَنَّ أَصْحَابَ الْكَهْفِ وَالرَّقِيمِ كَانُوا مِنْ آيَاتِنَا عَجَبًا﴾

“Yoxsa güman edirsən ki, Kəhf əshabı Rəqim Bizim qəribə nişanələrimizdəndir?”

 

Nöqtələr

● “Rəqim” dedikdə, Kəhf əshabının əhvalatı yazılmış lövhə nəzərdə tutulur. Onların adı bu lövhədə qeyd olunmuşdur. “Kəhf” sözü böyük mağara mənasını bildirir.

● Ayədə deyilir: Bir neçə nəfəri mağarada yatırdıb sonradan oyatmaqdan da mühümü yer üzündə çoxsaylı gözəlliklər yaradıb, sonradan onları məhv etməkdir. İlahi qüdrət qarşısında Kəhf əshabının macərası o qədər də təəccüb doğurmur.

● Kəhf əshabının əhvalatı həzrət İsadan sonra, İslam Peyğəmbərindən (s) öncə, Rum məmləkətində, Efsus şəhərində, Dəqyanus adlı zalım hakimin zamanında baş vermişdir. Bu macəranın hicrət, ilahi yardımlar kimi ibrət dərsləri var. Uyğun həqiqətlər məkan, zaman və kəmiyyət məhdudiyyətinə sığmır.

● Zahirən belə görünür ki, Kəhf əshabı və Rəqim eyni bir qrupun adıdır. Bəzilərinin nəzərincə, Rəqim Kəhf əshabının yaşadığı məntəqənin adıdır. Bəzi təfsirlərdə isə Rəqim əshabının kəsb və ticarət üçün evdən çıxan 3 nəfərdən ibarət olduğu qeyd edilir. Onları yolda yağış tutur və bir mağaraya sığınırlar. Dağdan uçan bir daş mağaranın girişini bağlayır və bu 3 nəfər mağarada qalır. Onların hər biri həyatı boyu gördüyü ən xeyir və xalisanə işi xatırlayır. Onlar Allahdan bu əməlləri müqabilində qurtuluş diləyirlər. Hər biri öz xeyir əməli haqqında danışdıqda mağaranın girişindəki daş azca tərpənir. Nəhayət, həmin adamlar xilas olurlar. Həzrət Peyğəmbər (s) bu əhvalatı nəql etdikdən sonra buyurdu: ”Allahla olan hər kəs nicat tapar.”[189]

 

● Ayə 10:

﴿إِذْ أَوَى الْفِتْيَةُ إِلَى الْكَهْفِ فَقَالُوا رَبَّنَا آتِنَا مِن لَّدُنكَ رَحْمَةً وَهَيِّئْ لَنَا مِنْ أَمْرِنَا رَشَدًا﴾

“Cavanlar mağaraya pənah apardıqları vaxt dedilər: «Pərvərdigara! Bizə Öz tərəfindən rəhmət əta et bizim üçün işimizdə irəliləyiş qərar ver.»”

 

● Ayə 11:

﴿فَضَرَبْنَا عَلَى آذَانِهِمْ فِي الْكَهْفِ سِنِينَ عَدَدًا﴾

“Mağarada olduqları neçə ildə onların qulaqlarını qapadıq.”

 

Nöqtələr

● “Fəta” sözünün cəm forması olan “fityə” sözü cavan mənasını bildirir. İmam Sadiq (ə) buyurur: “Fəta” imanlı insan mənasını bildirir. Çünki Allah həmin şəxslər yaşlı olduqları halda imanlarına xatir onları “fəta” kimi tanıtdırır.”[190]

● “Rəşəd” sözü “rüşd”, yəni ilahi qurtuluş və razılıq mənasında işlədilmişdir. Bu surədə üç yerdə “rəşəd” sözündən istifadə olunmuşdur: Kəhf səhabəsinin əhvalatında, Musa və Xızrın əhvalatında (ayə 66) və İslam Peyğəmbəri (s) ilə bağlı (ayə 23).

● Hədisdə bildirilir ki, “zərəbna fi azanihim” (qulaqlarını vurduq, qulaqlarını qapadıq) təbiri 309 illik yuxu və yenidən oyanış mənasındadır.[191]

Bildirişlər

1. Dinin hifzi üçün insanda mərdanəlik, rifaha göz yummaq və hicrət kimi səciyyələr lazımdır.

2. Dua səy və hərəkətlə müşayiət olunduqda səmərə verir.

3. İmanın hifzi üçün günahkar mühitdən hicrət mərdanə işdir.

4. Allahın razılığı üçün hicrət və qiyam ilahi yardımlardan bəhrələnmə zəminidir.

● Ayə 12:

﴿ثُمَّ بَعَثْنَاهُمْ لِنَعْلَمَ أَيُّ الْحِزْبَيْنِ أَحْصَى لِمَا لَبِثُوا أَمَدًا﴾

“Həmin iki dəstədən hansının öz yuxu yubanma müddətini dəqiq hesablaması üçün onları qaldırdıq.”

 

Nöqtələr

● Hansı dəstənin daha dəqiq hesablaması məsələsi hazırkı surənin 19-cu ayəsinə işarə ola bilər. Ayədən məlum olur ki, Kəhf əshabı arasında yuxunun müddəti ilə bağlı fikir ayrılığı vardır.

● Allah hər şeyi öncədən bilir və alimdir. “Linələmə”, yəni “məlum edək” dedikdə, ya Allah xalqın dilindən danışır, ya da Allahın bildiklərinin gerçəkləşəcəyinə işarə olunur.

 

● Ayə 13:

﴿نَحْنُ نَقُصُّ عَلَيْكَ نَبَأَهُم بِالْحَقِّ إِنَّهُمْ فِتْيَةٌ آمَنُوا بِرَبِّهِمْ وَزِدْنَاهُمْ هُدًى﴾

“Biz onların (Kəhf əshabının) əhvalatını sənə olduğu kimi hekayət edirik. Onlar Rəblərinə iman gətirmiş gənclər idi Biz onların hidayətini artırdıq.”

 

Nöqtələr

● İnsanlar fəsad və günahkar cəmiyyətdə üç münasibətdə ola bilər:

a) Bəziləri cəmiyyətin fəsadında həzm olur. (Hicrət etməyən və kamil imanı olmayanlar)

b) Bəziləri günahkar cəmiyyətdə özünü qoruyur. (Məsələn, Kəhf əshabı)

v) Bəziləri günahkar cəmiyyəti dəyişib islah edir. (Peyğəmbərlər və övliyalar)

● Rəvayətlərdə bildirilir ki, Kəhf əshabı həzrət Mehdinin (ə) səhabələrindən və yardımçılarındandır.[192]

Bildirişlər

1. Həqiqətə əsaslanan dastanlar danışmaq hər kəsin işi deyil.

2. Kəhf əshabının dastanı mühüm və faydalıdır.

3. Həqiqətlərdən bəhrələnmə və tarixdən ibrət götürmə Quranın tərbiyə üsullarındandır.

4. Quran qissələri həqiqətə əsaslanır və bu qissələrdə saxtalıq, uydurma və təhrif yoxdur.

5. İnsanın hərəkət və səyi onun inkişaf və hidayət səbəbidir.

6. İman və hidayətin dərəcələri var.

 

● Ayə 14:

﴿وَرَبَطْنَا عَلَى قُلُوبِهِمْ إِذْ قَامُوا فَقَالُوا رَبُّنَا رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ لَن نَّدْعُوَ مِن دُونِهِ إِلَهًا لَقَدْ قُلْنَا إِذًا شَطَطًا﴾

“Biz onların qəlbinə güc möhkəmlik verdik, ayağa qalxıb (xalqdan fərqli olaraq) dedilər: «Bizim Rəbbimiz elə həmin göylərin yerin Rəbbidir. Heç vaxt Ondan başqa məbud çağırmayacağıq. Belə etmiş olsaq, xəta söz demiş olarıq.»”

 

Nöqtələr

● “Şətət” sözü haqdan uzaqlıqda və batilin izharında ifrat mənasını bildirir. Belə bir hal heç vəchlə qəbul olunmur.

Bildirişlər

1. Qəlblərin aramlığı və sabitliyi Allahın əlindədir.

2. Cəmiyyət yolunu azdığı vaxt bir yerdə dayanmaq olmaz və qiyam etmək zəruridir.

3. İlahi yardımlar iman, vəhdət, qiyam və təvəkkül sayəsində əldə olunur.

4. Sitəmkar qarşısında qiyam üçün möhkəm iman və arxayın qəlbə ehtiyac var.

5. Həqiqi iman haqq uğrunda qiyamla müşayiət olunur.

6. Gerçək müvəhhid (təkallahçı) heç vaxt şirk sorağınca getmir.

7. Tövhidin səmərəsi rübubiyyətdə, tövhid isə bəndəlik etməkdir.

8. Şirk yolverilməz azğınlıqdır və heç vaxt əfv olunmur.

 

● Ayə 15:

﴿هَؤُلَاء قَوْمُنَا اتَّخَذُوا مِن دُونِهِ آلِهَةً لَّوْلَا يَأْتُونَ عَلَيْهِم بِسُلْطَانٍ بَيِّنٍ فَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَى عَلَى اللَّهِ كَذِبًا﴾

“O bizim qövmdür ki, Allahdan savay məbudlar qəbul etdi. Nə üçün öz tanrılarına aşkar dəlil göstərmirlər? Allaha iftira yaxandan da sitəmkarı kimdir?!”

 

Nöqtələr

● “İftira” sözü yalan aid etmək mənasını bildirsə də, yenə də “kəziba” sözündən istifadə olunmuşdur. Bunun səbəbi iftiranın iki növə malik olması ola bilər: Bəzən aid etmək imkanı olur, bəzən isə belə bir imkan olmur. Şirk ikinci növə aiddir. Çünki sonsuz elm və qüdrət sahibinə münasibətdə şirk mahaldır.

Bildirişlər

1. Başqalarının azğınlıq və büdrəməsinə biganə qalmaq olmaz. (Kəhf əshabı öz qövmünün azğınlığına görə narahat idi.)

2. İlahi insanların ən böyük narahatlığı xalqın əqidə çaşqınlığıdır.

3. Əqidə məsələlərində təqlid məntiqsizdir. Əqidə seçərkən aşkar dəlilə istinad etmək lazımdır.

4. Şirk Allaha iftiradır və əsassızdır.

5. Yalan zülm, yalançı zalımdır. Allaha yalan aid edən kəs daha zalımdır.

 

● Ayə 16:

﴿وَإِذِ اعْتَزَلْتُمُوهُمْ وَمَا يَعْبُدُونَ إِلَّا اللَّهَ فَأْوُوا إِلَى الْكَهْفِ يَنشُرْ لَكُمْ رَبُّكُم مِّن رَّحمته ويُهَيِّئْ لَكُم مِّنْ أَمْرِكُم مِّرْفَقًا﴾

“Müşriklərdən onların Allahdan başqa pərəstiş etdiyi tanrılardan uzaqlaşdığınız vaxt mağaraya sığının ki, Rəbbiniz sizin üçün Öz mərhəmətindən əta etsin sizin üçün işinizdə açılış qərar versin.”

 

Nöqtələr

● Bu sözlər Kəhf səhabələrinin rəhbərinin dilindən deyilir. O öz yanındakı gənclərə Allahın rəhməti ilə ümid verir.[193]

Bildirişlər

1. Həqiqi allahpərəst həm bütləri boşlayır, həm də bütpərəstlərdən uzaqlaşır.

2. Allahpərəstlər üçün müşriklər tərəfindən daim təhlükə var.

3. Tövhid fəzası olan mağarada yaşamaq şirk fəzası olan şəhərdə yaşamaqdan üstündür. Həzrət Yusif (ə) da öz növbəsində zindanı saraydan üstün tutdu.[194]

4. Allaha xatir qiyam qaldıran, cəmiyyətindən uzaqlaşıb hicrət edən kəs ilahi lütfdən bəhrələnir.

5. Çətinliklər ötəridir və asayiş üçün müqəddimədir.

 

● Ayə 17:

﴿وَتَرَى الشَّمْسَ إِذَا طَلَعَت تَّزَاوَرُ عَن كَهْفِهِمْ ذَاتَ الْيَمِينِ وَإِذَا غَرَبَت تَّقْرِضُهُمْ ذَاتَ الشِّمَالِ وَهُمْ فِي فَجْوَةٍ مِّنْهُ ذَلِكَ مِنْ آيَاتِ اللَّهِ مَن يَهْدِ اللَّهُ فَهُوَ الْمُهْتَدِي وَمَن يُضْلِلْ فَلَن تَجِدَ لَهُ وَلِيًّا مُّرْشِدًا﴾

“(Əgər orada olsaydın) görərdin ki, günəş doğduğu vaxt onların sağına meyl edir, batdığı vaxt onları boşlayıb sola yönəlir. Onlar mağaranın geniş bir hissəsində qərar tutdular. Bu, Allahın ayə nişanələrindəndir. Allahın hidayət etdiyi kəs həqiqətən hidayət olmuşdur. Onun yoldan çıxardığı kəs üçün isə heç vaxt yol göstərən yardımçı tapa bilməzsən.”

 

Nöqtələr

● Kəhf səhabələrinin mağarası coğrafi baxımdan şimal-şərqdə yerləşirdi və günəş onu sonadək işıqlandırmırdı. Bu mağaranın harada olması barədə ixtilaf var. Bəziləri həmin mağaranın Dəməşq ətrafında olduğunu bildirirlər. Kəhf əshabı mağarasının İordaniyanın paytaxtı Oman şəhəri ətrafında olduğunu da iddia edənlər var. Qeyd olunan yerdə səhabələrin sayı qədər qəbir və divarda həkk olmuş it cizgisi var. Mağaranın yuxarı hissəsində qədim bir sövmiyə (rahib ibadətgahı) var. Orada müsəlmanlar məscid tikmişlər.[195]

Hər halda mağaranın xüsusiyyətləri ilahi rəhmət nişanələrindəndir. Ötən ayədə bununla bağlı vəd vardı.

Bildirişlər

1. Allah bəzən möcüzə yolu ilə yox, təbii şəkildə hifz edər. Kəhf əshabı da bu sayaq hifz olunmuşdur. Günəşin mağaranı birbaşa işıqlandırmaması, nəsim yelinin mövcudluğu, mağara ərazisinin genişliyi bu səhabələrin salamatlığı üçün zəruri olan amillərdəndir.

2. İman üçün tövfiq əldə olunması, müşrik qövmdən uzaqlıq, sadalanan xüsusiyyətlərə malik mağaraya sığınmaq yalnız Allahın istək və hidayəti ilə mümkün olan işlərdir.

 

 

 

 

 

 

 

● Ayə 18:

﴿وَتَحْسَبُهُمْ أَيْقَاظًا وَهُمْ رُقُودٌ وَنُقَلِّبُهُمْ ذَاتَ الْيَمِينِ وَذَاتَ الشِّمَالِ وَكَلْبُهُم بَاسِطٌ ذِرَاعَيْهِ بِالْوَصِيدِ لَوِ اطَّلَعْتَ عَلَيْهِمْ لَوَلَّيْتَ مِنْهُمْ فِرَارًا وَلَمُلِئْتَ مِنْهُمْ رُعْبًا﴾

“(Əgər onlara baxsaydın) onları oyaq sayardın (çünki gözləri açıq idi). Halbuki onlar yuxuda idilər. Biz onları sağ sol tərəfə çevirərdik (ki, salamat qalsınlar). Onların iti pəncələrini mağaranın astanasında qoymuşdu (keşik çəkirdi). Əgər onlara baxsaydın, baş götürüb qaçardın. Başdan ayağa qorxuya bürünərdin.”

 

Nöqtələr

● “Məcməul-bəyan” təfsirinin yazdığına əsasən, “Kəlbuhum basitun ziraəyhi” cümləsi itin 309 il diri qalıb keşik çəkməsini göstərir.

Bəli, əgər Allah istəsə, bir hörümçək toru ilə mağarada Peyğəmbərini (s) qoruyar, kafirləri peşman edər. Ya bir mağarada oturub keşik çəkən itlə möminləri zalımların caynağından hifz edər.

Bildirişlər

1. İnsanın yuxuya getməsi Allahın nemətlərindən biridir.

2. Allah səbəb yaratdığı kimi, səbəbi aradan götürə bilər. Amil və təsirlərin dəyişməsi Allahın ayələrindəndir. (Allah Kəhf əshabı üçün bir neçə saatlıq yuxunu 309 il qərar verdi və həmin müddət ərzində onların gözü açıq saxlanıldı.)

3. Bəzən heyvanlar da ilahi məqsədli əmr alır. Heyvanların insan həyatında oynadığı rola qarşı diqqətsiz olmayaq.

4. Fərdləri onların forma və qiyafəsi əsasında tanımaq düzgün deyil. Övliya xalqın xoşlamadığı bir qiyafədə ola bilər. (Qiyafəni dəyişməklə qorxu yaratmaqda məqsəd övliyaların başqalarından hifzi ola bilər.)

 

● Ayə 19:

﴿وَكَذَلِكَ بَعَثْنَاهُمْ لِيَتَسَاءلُوا بَيْنَهُمْ قَالَ قَائِلٌ مِّنْهُمْ كَمْ لَبِثْتُمْ قَالُوا لَبِثْنَا يَوْمًا أَوْ بَعْضَ يَوْمٍ قَالُوا رَبُّكُمْ أَعْلَمُ بِمَا لَبِثْتُمْ فَابْعَثُوا أَحَدَكُم بِوَرِقِكُمْ هَذِهِ إِلَى الْمَدِينَةِ فَلْيَنظُرْ أَيُّهَا أَزْكَى طَعَامًا فَلْيَأْتِكُم بِرِزْقٍ مِّنْهُ وَلْيَتَلَطَّفْ وَلَا يُشْعِرَنَّ بِكُمْ أَحَدًا﴾

“Aralarında bir-birlərindən soruşsunlar deyə onları bu sayaq oyatdıq. Onlardan biri dedi: “Mağarada) nə qədər qalmısınız? Dedilər: “Bir gün, ya günün bir hissəsi.” (Nəhayət) dedilər: “Burada qədər qaldığınızı Rəbbiniz daha yaxşı bilir. Aranızdan birini bu pulunuzla şəhərə göndərin ki, görsün hansı pak qidalar var sizin üçün ondan gətirsin. Bu işdə zirək olsun məbada kimsəni sizdən xəbərdar etsin!”

 

Nöqtələr

● “Vəriq” üzərində padşahın şəkli həkk olunmuş dirhəmlər idi.

● “Vəlyətələttəf” təbiri Qurani-kərimin orta hissəsində yerləşmişdir. Bu söz müdara, mehribanlıqla müşayiət olunan ayıqlıq mənasını bildirir. Bir sözün Quranın ortasında lütf, mehribanlıq fəzası yaratması özü də bir lütfdür.

● Günahkar cəmiyyətə qarşı mübarizədə qüvvələr arasında vəhdət mühümdür. Bu ayədə cəm bildirən “kum” hissəsi 4 dəfə işlədilmişdir: qida hazırlanmasında hamı birdir; pul hamı üçündür; hazırlanan qida hamıya aiddir; hamının canının qorunması zəruridir.

Bildirişlər

1. Allah üçün heç bir iş çətin deyil. 309 illik yuxu və deyilən şəkildə oyatmaq Onun üçün asandır.

2. Qiyamətdə insanların ayağa qaldırılması sizi təəccübləndirməsin, hər yuxudan oyanış bir növ qiyamətdir.

3. İnsan yuxudan da Allahın iradəsi ilə oyanır.

4. Kəhf səhabələrinin oyanışının iki səmərəsi vardı: Bu həm onların özü üçün sual idi, həm ətrafdakılar üçün qiyamət nümunəsi idi.

5. Bilmədiyimiz şey haqqında fikir söyləməyək.

6. Hətta ən kiçik bir qrupun da rəhbəri olmalıdır. (Kəhf səhabələri arasında da onlara yol göstərən, sorğuya çəkən rəhbər vardı.)

7. Dolanışıq ardınca getmək Allaha təvəkküllə zidd deyil. Kəhf səhabələrinin həm pulu vardı, həm də yemək ardınca gedirdilər.

8. Bir dəstəyə vəkalət və onun qəbulu icazə verilmiş işlərdir.

9. Pul kəsimi və onun tədavümünün tarixi keçmişi var.

10. Hər bir malın öz dəyəri var.

11. Həqiqi möminlər öz qidasına fikir verir. Qidanın növü, miqdarı, paklığı və halallığı onlar üçün mühümdür.

12. Mömin sirr saxlayan və ayıq olmalı, müdara və təqiyyə etməklə özünü düşmənə aşkarlamamalıdır. Məsuliyyət qəbul edən kəs müəyyən şərtlərə əməl etməlidir.

 

● Ayə 20:

﴿إِنَّهُمْ إِن يَظْهَرُوا عَلَيْكُمْ يَرْجُمُوكُمْ أَوْ يُعِيدُوكُمْ فِي مِلَّتِهِمْ وَلَن تُفْلِحُوا إِذًا أَبَدًا﴾

“Əgər onların (müşriklərin) sizə əli çatsa, sizi daşqalaq edəcək, ya da öz ayinlərinə döndərəcəklər. Belə olsa, heç vaxt nicat tapmayacaqsınız.”

 

Bildirişlər

1. Bəzi hallarda canı və imanı qorumaq üçün təqiyyə vacib olur.

2. Özünə və imanına biganə qalıb yolunu azan kəs heç vaxt nicat tapmaz.

3. “Palaza bürün, ellə sürün” məntiqi Quran məntiqinə ziddir.

4. Mühitin sərtliyi, cəmiyyət və hökumətin zoru adətən xalqı azdırıb bədbəxt edir. Amma bu mənfi təsirlərə qarşı mübarizə lazımdır.

5. Haqq yolda daşqalaq edilmək yox, doğru yoldan və dindən çıxmaq eybdir.

6. Mürtəd (dindən çıxmış şəxs) heç vaxt nicat tapmaz.

 

● Ayə 21:

﴿وَكَذَلِكَ أَعْثَرْنَا عَلَيْهِمْ لِيَعْلَمُوا أَنَّ وَعْدَ اللَّهِ حَقٌّ وَأَنَّ السَّاعَةَ لَا رَيْبَ فِيهَا إِذْ يَتَنَازَعُونَ بَيْنَهُمْ أَمْرَهُمْ فَقَالُوا ابْنُوا عَلَيْهِم بُنْيَانًا رَّبُّهُمْ أَعْلَمُ بِهِمْ قَالَ الَّذِينَ غَلَبُوا عَلَى أَمْرِهِمْ لَنَتَّخِذَنَّ عَلَيْهِم مَّسْجِدًا﴾

“Aralarında (qiyamətdəki) işləri haqqında söhbət olduqda ilahi vədin haqq olduğunu bilsinlər deyə onları bu sayaq hallarından xəbərdar etdik. Qiyamətin yetişəcəyinə heç bir şübhə yoxdur. (Bu həqiqət aşkarlandıqda) bir dəstə dedi: «Onların üzərində bir bina tikin, Rəbləri onların halını daha yaxşı bilir.» Onların işindən xəbərdar olanlar isə belə dedilər: “Biz onların üzərində məbəd tikərik.”

Nöqtələr

● Araşdırma aparmadan, təsadüfən bir iş haqqında məlumat əldə etmək “isar” adlanır. (Əlif-əyn-sa-əlif-ra) çünki həmin dövrün insanları heç bir zəhmət çəkmədən onların pul sikkələrini görüb sirlərindən xəbər tutdular.

● Kəhf səhabələrinin əhvalatında ilahi qüdrət və iradə, şücaət, dünyanın əsarətindən çıxmaq, hicrət, təqiyyə, ilahi yardımlar və halal qidalar mövzuları qeyd olunur.

Bildirişlər

1. Təcrübi, göz qarşısında olan inkişaf və təlim-tərbiyə daha üstündür.

2. Allahın heç bir işi əbəs deyil.

3. Əqidələr elmə əsaslanmalıdır.

4. İnsanı üç əsrdən çox ac saxlaya bilən bir qüdrət ölüləri də dirildə bilər.

5. İnsan bəzi tarixi hadisələrə səthi nəzər salır və onun tərbiyəvi təsirlərindən bəhrələnmir. Kəhf səhabələri əhvalat aşkarlandıqdan sonra öldülər. Həmin vaxt xalq ibrət götürmək əvəzinə məqbərə tikmək barədə düşünürdü.

6. Sadəlövh insanların çoxu bir işdən yapışır və başqalarını işə çağırır. Güclü insanlar isə özləri işə girişirlər.

7. Allah övliyalarının məzarı üzərində məqbərə tikilməsinin Qurana aid kökləri var.

8. Müqəddəs əsərlər müqəddəs məkanlarda və müqəddəs münasibətlərlə qərar tutmalıdır. Hicrət etmiş təkallahçıların olduğu mağaranın kənarında məscid tikilməsi böyük dəyərə malikdir.

9. Dinin yayılması üçün bütün fürsətlərdən istifadə edək. (Əgər xatirə olaraq bina ucaltmaq lazımdırsa, böyük mənəvi və maddi əsərləri olan məscid tikək.)

 

● Ayə 22:

﴿سَيَقُولُونَ ثَلَاثَةٌ رَّابِعُهُمْ كَلْبُهُمْ وَيَقُولُونَ خَمْسَةٌ سَادِسُهُمْ كَلْبُهُمْ رَجْمًا بِالْغَيْبِ وَيَقُولُونَ سَبْعَةٌ وَثَامِنُهُمْ كَلْبُهُمْ قُل رَّبِّي أَعْلَمُ بِعِدَّتِهِم مَّا يَعْلَمُهُمْ إِلَّا قَلِيلٌ ف