A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (yeddinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


“De ki, əgər siz Rəbbinin rəhmət xəzinədarı olsaydınız, şübhəsiz, infaq qorxusundan kimsəyə bir şey verməzdiniz. İnsan dar baxışlı xəsisdir!”

 

Nöqtələr

“Qitr” sözündən olan “qətur” sözü xəsislik, bəxşişdən çəkinmək mənasını bildirir.

Bildirişlər

1. Var-dövlət həris və xəsis adamları səxavətli etmir. Bəzilərinin gözü doymur. Onlar var-dövlət yığdıqca mallarının azalmasından qorxurlar.

2. Yoxsulluq qorxusu xəsisliyin köklərindəndir.

3. Bəşərin rəftarı onun ruhiyyə və xislətlərindən qaynaqlanır.

 

● Ayə 101:

﴿وَلَقَدْ آتَيْنَا مُوسَى تِسْعَ آيَاتٍ بَيِّنَاتٍ فَاسْأَلْ بَنِي إِسْرَائِيلَ إِذْ جَاءهُمْ فَقَالَ لَهُ فِرْعَونُ إِنِّي لَأَظُنُّكَ يَا مُوسَى مَسْحُورًا﴾

“Şübhəsiz, Musaya doqquz aşkar möcüzə verdik. (Musa,) onların sorağına gələn vaxt sual ver. Firon (bütün möcüzələri görüb) dedi: “Ey Musa! Həqiqətən mən səni ovsunlanmış sayıram.”

 

Nöqtələr

● Həzrət Musanın doqquz möcüzəsini nəzərdən keçirək: əsanın əjdaha olması, ovucundakı ağlıq, əsa ilə dəryanın parçalanması, tufan, çəyirtkələrin hücumu, bitlərin hücumu, qurbağaların hücumu, suyun qana dönməsi, əsanın toxunması ilə daşdan on iki çeşmə qaynaması.

Həzrət Musanın on səkkiz möcüzəsi olması fikri də var. Hər bir möcüzənin əvvəlki halına qayıtması da digər bir möcüzədir.

Sual: Quranda həzrət Musanın bu doqquz möcüzədən əlavə də möcüzələri bəyan olunmuşdur. Məsələn, dağın qopub yəhudilərin başına etməsi, “mənn və səlva” təamlarının nazil olması, kəsilmiş inəyin ətini ölüyə toxundurmaqla onun dirildilməsi. Bəs nə üçün yalnız doqquz möcüzə zikr olunur?

Cavab: Bu doqquz möcüzə Fironla bağlı möcüzələrdir. Firon bu möcüzələri görsə də iman gətirmədi. Digər möcüzələrin Fironla heç bir əlaqəsi olmamışdır.[178]

Bildirişlər

1. Allah Öz peyğəmbərlərinə arxa durur.

2. Allah peyğəmbərlərə möcüzə verməklə yetərli dəlillər gətirir, höccəti tamamlayır, bəhanəyə yer qalmır.

3. Tərs insanların daha çox dəlil və möcüzəyə ehtiyacı var.

4. Möcüzə aşkar və qəti olmalıdır.

5. Peyğəmbərlər xalqın sorağına gəlmiş həkimlərdir. (Həzrət Əli (ə) Nəhcül-bəlağənin 108-ci xütbəsində həzrət Peyğəmbəri (s) ümmətin həkimi kimi tanıtdırır.)

6. Təkəbbür əhli möcüzə və dəlillərə təhqirlə cavab verir.

 

● Ayə 102:

﴿قَالَ لَقَدْ عَلِمْتَ مَا أَنزَلَ هَـؤُلاء إِلاَّ رَبُّ السَّمَاوَاتِ وَالأَرْضِ بَصَآئِرَ وَإِنِّي لَأَظُنُّكَ يَا فِرْعَونُ مَثْبُورًا﴾

“Musa dedi: “Şübhəsiz, bilirsən ki, bu (möcüzələri) yalnız göylərin yerin Rəbbi sizin bəsirətiniz üçün göndərib. Ey Firon! Güman edirəm ki, sən həlak olmuşsan.”

 

Nöqtələr

Sual: Musa Fironun həlak olmasına əmin olduğu halda nə üçün “güman edirəm” deyir?

Cavab: Əvvəla, “güman edirəm” təbiri qəti bir məsələyə də aid ola bilər. İkincisi, ola bilsin ki, Fironun hidayətinə ümid vardı. Üçüncüsü, düşmən həya pərdəsini yırtmadığı vaxt, ədəb qaydasına əsasən biz də hədd gözləməliyik. Musa Fironun sözünə uyğun şəkildə cavab verdi.

Bildirişlər

1. Bəzən insan haqqı bildiyi halda, özünü bilməməzliyə vurur.

2. İnsanın hidayət və qurtuluşu üçün elmdən əlavə iman və təslimçiliyə də ehtiyac var. Fironun elmi vardı, amma nicat tapa bilmədi.

3. Musanın möcüzələri o qədər aşkar idi ki, Firon da bu möcüzələri dərk edirdi.

4. Möcüzə sehr-cadudan fərqli olaraq xalqın bəsirəti üçündür.

5. Azğın hökumətlərdə xalqın hidayəti üçün başçılara üz tutmaq lazım gəlir.

6. İlahi peyğəmbərlər getdikləri yola əmin idilər. Buna görə də zalım hakimlərə qətiyyətlə xəbərdarlıq edirdilər.

7. Haqqı anladığı halda inadkarlıq və təkəbbür göstərən kəs həlak olar.

 

● Ayə 103:

﴿فَأَرَادَ أَن يَسْتَفِزَّهُم مِّنَ الأَرْضِ فَأَغْرَقْنَاهُ وَمَن مَّعَهُ جَمِيعًا﴾

“(Firon) qərara gəldi ki, onları məntəqədən sürgün etsin. Beləcə, Biz Fironu onunla olanların hamısını qərq etdik.”

 

● Ayə 104:

﴿وَقُلْنَا مِن بَعْدِهِ لِبَنِي إِسْرَائِيلَ اسْكُنُواْ الأَرْضَ فَإِذَا جَاء وَعْدُ الآخِرَةِ جِئْنَا بِكُمْ لَفِيفًا﴾

“Bundan (Firon qərq olduqdan) sonra Bəni-İsrailə dedik: «Bu məntəqədə yerləşin. Axirət vədi» çatdıqda sizin hamınızı bir yerə toplayacağıq.”

 

Nöqtələr

● “İftifzaz” dedikdə zorla xaric etmək mənası anlaşılır. Quran zalımların ilahi övliyalara münasibətdə üsuluna və nakam qalmalarına dəfələrlə işarə etmişdir. İbrahimi oda atdılar, Allah odu soyutdu. Yusifi quyuya atdılar, Misir başçılarından oldu. Peyğəmbəri (s) Məkkədən çıxartdılar, Allah İslam dünyasının hakimiyyətini ona əta etdi. Batil əhlinin məkri qarşısında münasib tədbir görmək ilahi sünnədir.

● “Ləfif” dedikdə bir-birinə qoşulmuş dəstələr nəzərdə tutulur.

Bildirişlər

1. Zalım qüvvələrin işi əziyyət və sürgündür. Haqq insanlara münasibətdə onların dözümü yoxdur.

2. Allah zalım qüvvələrin istəyinə Öz istəyi və qəhr-qəzəbi ilə cavab verir.

3. Günah fikri günah sayılmasa da, peyğəmbərin sürgünü kimi təhlükəli fikir ilahi qəhr-qəzəblə nəticələnir.

4. Zalım qüvvələrin güc-qüdrəti yerə aiddir və məhduddur.

5. Allah höccəti tamamladıqdan, bəhanəyə yer qalmadıqdan sonra əzab göndərir. Möcüzələrdən və xalqın tərsliyindən sonra onların həlak olması qaçılmazdır.

6. Zalım qüvvələrin və onların həmkarlarının sonu puçdur.

7. Zalımlara yardım onların bədbəxtliyinə şəriklik səbəbidir.

8. Xalqın həlakında azğın rəhbərlərin rolu var.

9. Bir məntəqəyə müvəqqəti hakim olanlar qiyamətdə Allaha cavab verməlidirlər.

 

● Ayə 105:

﴿وَبِالْحَقِّ أَنزَلْنَاهُ وَبِالْحَقِّ نَزَلَ وَمَا أَرْسَلْنَاكَ إِلاَّ مُبَشِّرًا وَنَذِيرًا﴾

“Biz Quranı haqq olaraq nazil etdik o, haqq olaraq nazil oldu. Biz səni yalnız müjdəçi qorxudan ünvanında göndərdik.”

Bildirişlər

1. Quranın gerçəkliyinə zəmanət verilmişdir. Quran həm Allah tərəfindən haqq olaraq nazil edildi, həm də ilahi vəhy haqq olaraq (salamat) məqsədə çatdı. Şeytanlar ona bir zərər toxundura bilmədilər.

 

2. Müjdə və xəbərdarlıq peyğəmbərlərin işinin mehvəridir. Kimsənin haqqı yoxdur ki, başqalarına məcburi əqidə qəbul etdirsin.

3. Müjdə və xəbərdarlıq yanaşı olduqda səmərə verir.

 

● Ayə 106:

﴿وَقُرْآناً فَرَقْنَاهُ لِتَقْرَأَهُ عَلَى النَّاسِ عَلَى مُكْثٍ وَنَزَّلْنَاهُ تَنزِيلاً﴾

“Quranı xalqa asta-asta oxuyasan deyə, onu hissələrə böldük tədricən nazil etdik.”

 

Nöqtələr

● Kafirlərin etirazlarından biri bu idi ki, nə üçün Quran bir dəfəyə nazil olmur?[179] Ayədə uyğun irada cavab verilir.

● Quran ayələri müxtəlif hadisələrlə rabitədə olduğundan və zaman ötdükcə hər bir təbəqənin ehtiyaclarını aradan qaldırmaq üçün hissə-hissə nazil olmuşdur. Ayrı-ayrı vaxtlarda nazil olmuş ayələr müxtəlif hadisələrlə əlaqələnmiş və intizarda olanlar tərəfindən maraqla qarşılanmışdır. Məsələn, əgər cihad ayələri sülh dövründə nazil olsaydı, həm tətbiq edilməz, həm də maraqla qarşılanmazdı.

● Tədricilik Allahın sünnələrindəndir. Allah birdəfəyə yarada biləcəyi halda dünyanı altı gündə yaratdı; Birdəfəyə nazil etməyə qadir ikən Quranı tədricən nazil etdi.

Quran ona görə tədricən nazil edildi ki, onun ayələrinə əməl edilsin. Əlbəttə ki, belə bir tədricilik həm də peyğəmbərin vəhy mənbəyi ilə daimi rabitəsini göstərir.

Bildirişlər

1. Quranın hissə-hissə bölünməsi Allahın istəyidir.

2. Təlim-tərbiyə, doğru yola çağırış tədrici olmalıdır.

3. Quranın tədricən oxunması dinləyicini növbəti ayələrə susadır. Asayiş həm də əminliklə əldə olunur.

4. İstənilən bir tərbiyəçi və islahatçının uzunmüddətli proqramı olmalıdır. O, dövrdən və ortaya çıxan ehtiyaclardan xəbərsiz qalmamalıdır.

5. Əlbəttə ki, peyğəmbərdə Quranı birdəfəyə qəbul etmək tutumu vardı. Amma xalqın tutumu az olduğundan Quran tədricən nazil edilməli idi.

6. Quranın təlimdən əlavə icra yönümü var. Ayələr nazil olduqca icra edilməlidir. Yüzlərlə fəsadın baş aldığı cəmiyyətdə yüzlərlə hökmü birdəfəyə icra etmək mümkünsüzdür.

 

● Ayə 107:

﴿قُلْ آمِنُواْ بِهِ أَوْ لاَ تُؤْمِنُواْ إِنَّ الَّذِينَ أُوتُواْ الْعِلْمَ مِن قَبْلِهِ إِذَا يُتْلَى عَلَيْهِمْ يَخِرُّونَ لِلأَذْقَانِ سُجَّدًا﴾

“De ki, Qurana iman gətirin, ya gətirməyin (Allah üçün fərqi yoxdur). Şübhəsiz, bundan öncə elm verilənlərə tilavət olunarsa, səcdə edən halda üzü üstə yerə düşərlər.”

Nöqtələr

● “Xərir” sözündən olan “yəxirrun” sözü yüksəklikdən tökülən su səsi mənasını bildirir. Eləcə də özündən ixtiyarsız Allah qarşısında səcdəyə düşən, təsbih dediyi halda səsi ucalan kəs belə adlanır.

● “Üzü üstə” (“çənəsi üstə”) ifadəsi təvazönün son həddini göstərir. Belə bir səcdədə alından əlavə, üz və çənə torpağa toxunur.

Bildirişlər

1. İnsanların iman və küfrünün Quranın haqq olmasına təsiri yoxdur.

2. Elm ilahi hədiyyədir.

3. Cəhalət kafirlərin nəzərində Allaha iman səbəbidirsə, Quran nəzərində imansızlıq səbəbidir. Quran elm və biliyi imanın kökü sayır.

4. Kitab əhli alimlərindən bir qrupu Qurana iman gətirdilər, Quran onların ruhunda dərin iz qoydu.

5. Gerçək elm insanı həqiqət qarşısında itaətə vadar edir.

6. Müxaliflərin əziyyətlərinin ruhumuzu sarsıtmaması üçün bir qrupun haqq qarşısında inadkarlığı zamanı itaət əhlini xatırlamaq lazımdır.

7. Quran o qədər uca və dəyərlidir ki, onun tilavəti alimlərin diqqəti ilə izlənilir.

● Ayə 108:

﴿وَيَقُولُونَ سُبْحَانَ رَبِّنَا إِن كَانَ وَعْدُ رَبِّنَا لَمَفْعُولاً﴾

“Deyirlər ki, bizim Rəbbimiz pak-pakizədir. Həqiqətən, Rəbbimizin vədi yerinə yetəsidir.”

 

● Ayə 109:

﴿وَيَخِرُّونَ لِلأَذْقَانِ يَبْكُونَ وَيَزِيدُهُمْ خُشُوعًا﴾

“Ağlayaraq üzü üstə (səcdəyə) düşərlər mütilikləri daim artar.”

 

Nöqtələr

● “Yəxirrunə” təbirinin təkrarlanmasının bir neçə səbəbi ola bilər: onların səcdəsinin təkrarına görə, uyğun kamilliyi dəyərləndirməyə xatir, birinci mərhələdə Tövrat və İncilin vədinə çataraq Quran ayələrinə mərifət üçün səcdə, ikinci mərhələdə mütilik ruhiyyəsinə görə səcdə.

● Tövrat və İncildə son Peyğəmbərin (s) gəlişi ilə bağlı dəfələrlə vəd verilmişdir. Ayədə işarə olunur ki, kitab əhlindən bəziləri ilahi vədin gerçəkləşməsini görüb Allaha təsbih deyir, müti halda səcdəyə düşürdülər.

Bildirişlər

1. Yaxşı insanların və möminlərin danışıq və rəftarlarının təkrar bəyanı başqalarının tərbiyəsinə müsbət təsir göstərir.

2. Alimlər Allahı istənilən növ eybdən pak sayırlar. (Allahı nöqsanlı saymaq cəhalətdən qaynaqlanan əqidədir.)

3. Quran tilavəti bəzilərinə bir neçə baxımdan təsir göstərir: əməl, bəyan və qəlb.

4. Quran tilavəti insanı daim yüksəldir.

5. Mərifət və mütiliyin məhdudiyyəti yoxdur. İnsanın mərifəti, həqiqətlə tanışlığı artdıqca onun mütiliyi də artır.

6. İbadət və səcdə halında ağlamaq dəyərlidir.

7. Səcdədə Allah zikri səcdənin dəyərini göstərir.

8. Göz yaşı elmin bərəkət və təsirlərindəndir.

9. Bir anlıq yox, daimi göz yaşı dəyərlidir.

 

● Ayə 110:

﴿قُلِ ادْعُواْ اللّهَ أَوِ ادْعُواْ الرَّحْمَـنَ أَيًّا مَّا تَدْعُواْ فَلَهُ الأَسْمَاء الْحُسْنَى وَلاَ تَجْهَرْ بِصَلاَتِكَ وَلاَ تُخَافِتْ بِهَا وَابْتَغِ بَيْنَ ذَلِكَ سَبِيلاً﴾

“De ki, ya Allah adını çağırın, ya da Rəhman. Hər hansını dilə gətirirsinizsə gətirin. Çünki ən gözəl adlar Onundur. Namazını çox hündürdən ya çox ahəstə qılma, orta halı gözlə. (Orta yolu seç.”

 

Nöqtələr

● Bəzi təfsirlərdə bildirilir: həzrət Peyğəmbər (s) Məscidül-Həramda dua oxuyur və deyirdi: “Ya Allah, ya Rəhman.” Bəziləri elə güman etdilər ki, Peyğəmbər (s) birinin adı “Allah”, o birinin adı “Rəhman” olan iki Allahı çağırır. Ayə nazil oldu, uyğun şübhələrə cavab verildi.[180]

● Bəzi adlar sadəcə əlamət və nişanədir. Bu adlarda hər hansı məna yoxdur. Məsələn, fərdləri səsindən, libasından, avtomobilindən tanımaq və ya ölkəni bayraq və ya gerbi ilə müəyyənləşdirmək. Bəzən isə adlar nişanə olmur, mahiyyət daşıyır. Məsələn, Allahın mübarək adları. Bu adların hər biri Onun zatının kamalından danışır.

● Peyğəmbər (s) namaz qıldığı vaxt kafirlər şer oxumaqla ona mane olurdular. Həzrət namazı yavaşdan qıldıqda isə səhabələr eşitmirdi. Bu ayədə namazı orta səslə qılmaq göstəriş verildi.[181]

● Şiə və sünni rəvayətlərində deyilir: Allahın doxsan doqquz adı var və duada Allahı bu adlarla çağıran nicat tapıb qalib gələr.[182]

Bildirişlər

1. Peyğəmbər şübhələri aradan qaldırmalıdır.

2. Allahın bütün adları eyni bir həqiqətə qayıdır və Onun zatının eynidir.

3. Gözəl adlar və üstün sifətlər Allaha məxsusdur.

4. Allah və Onun kamillikləri sonsuz, insanın ağıl və nitqi məhdud olduğundan Allahı Ondan və Qurandan öyrəndiyimiz adlarla çağırmaq yaxşıdır. Əks-təqdirdə insan yanlışlığa düçar olub, Allaha qeyri-münasib adlar aid edə bilər.

5. İnsan dua oxumaqda azaddır. Allahı istənilən bir adı ilə çağırmaq olar.

6. Allahın hər bir adında ən üstün məna, ən müqəddəs məfhum mövcuddur.

7. İslam orta dindir. Hətta namazı orta səslə qılmaq lazımdır.

8. İslam niyyət və əməldən əlavə üsul və keyfiyyətə də diqqət yetirir. Namaz xüsusi bir qayda ilə qılınmalıdır.

 

● Ayə 111:

﴿وَقُلِ الْحَمْدُ لِلّهِ الَّذِي لَمْ يَتَّخِذْ وَلَدًا وَلَم يَكُن لَّهُ شَرِيكٌ فِي الْمُلْكِ وَلَمْ يَكُن لَّهُ وَلِيٌّ مِّنَ الذُّلَّ وَكَبِّرْهُ تَكْبِيرًا﴾

“De ki, həmd-sitayiş özünə övlad götürməmiş, hökmündə şərik olmayan, zəifliyinə görə yardımçı tutmayan Allaha aiddir. Onu layiqincə böyük tut.”

 

Nöqtələr

● Bu surə Allaha təsbihlə (həmd-səna ilə) başlayır, həmd və təkbirlə başa çatır. Necə ki, “Muminun” surəsi möminlərin qurtuluş xəbəri ilə başlayır, kafirlərin həlakı xəbəri ilə başa çatır.

● Rəvayətlərdə bildirilir ki, bu ayənin tilavəti borcun ödənməsində, şəkk-şübhədən qurtarmaqda, yoxsulluqdan və xəstəlikdən uzaq olmaqda təsirlidir.

● Allahın övlad götürməməsi ilə bağlı bəyanat yəhudilərə və məsihilərə ünvanlanmışdır. Qüreyşilərin qarşısında Allahın şəriksiz, məcusilər və ulduzpərəstlər qarşısında onun yardımçısız olması bəyan olunur.[183]

Bildirişlər

1. Allaha necə sitayiş etməyi Onun özündən öyrənək.

2. Allah ehtiyacsız olduğu üçün sitayiş Ona məxsus sayılır.

3. Allahın əzəmət və böyüklüyünü xüsusi əzəmət sayaq və Onu mütləq ehtiyacsız tanıyaq.

 


KƏHF” SURƏSİ

(18-ci surə, 110 ayə)

On beş, on altıncı cüzlər

“Kəhf” surəsinin siması

Bu surə 110 ayədən ibarətdir. İyirmi səkkizinci ayədən başqa onun bütün ayələri Məkkədə nazil olmuşdur. Bu surə Kəhf əshabından, həzrət Musa və Xızrın əhvalatından, Zül-Qərneyndən, yaranış və məad məsələlərindən bəhs olunur.

Qüreyş müşrikləri Məkkədən Mədinəyə nümayəndə heyəti göndərdilər ki, yəhudi alimlərindən həzrət Məhəmmədin (s) besəti və onun düz olması nişanələri haqqında öyrənsinlər. Yəhudi alimləri onların sorğusunu belə cavablandırdılar: “Ondan üç şey soruşun. Əgər suallardan ikisinə cavab versə, birini cavabsız buraxsa, ona inanın. Ondan Kəhf əshabı, Zül-Qərneyn və ruh haqqında soruşun. Əgər Kəhf əshabı və Zül-Qərneynlə bağlı sualları cavablandırıb, ruhla bağlı bir söz deməsə, həqiqətən peyğəmbərdir.”[184]

Bu surənin fəziləti və onu oxumağın təsirləri haqqında xeyli hədis mövcuddur. Həmin hədislərdən bəzilərini nəzərdən keçirək: “Bu surəni oxuyan kəs Dəccal fitnəsindən amandadır.”; Cümə gecəsi bu surəni oxuyan şəxsin növbəti cüməyədək və sonrakı üç gün üçün günahları bağışlanar”; surənin sornncu ayəsini oxumaqla gecənin istənilən bir saatında oyanmaq olar”; “Bu surənin oxunması cəhənnəm əzabına, şeytanın evə daxil olmasına mane olar. (Surə oxunan gecə)”

Hər halda bu surəni anlayıb əməl edərək oxumaq Quranın bərəkətlərinə yetişmək rəmzidir.


 

بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيم

bağışlayan və mehriban Allahın adı ilə

 

● Ayə 1:

﴿الْحَمْدُ لِلَّهِ الَّذِي أَنزَلَ عَلَى عَبْدِهِ الْكِتَابَ وَلَمْ يَجْعَل لَّهُ عِوَجَا﴾

“Sitayiş öz bəndəsinə kitab nazil edən onda heç bir yanlışlığa yol qoymayan Allaha məxsusdur.”

 

● Ayə 2:

﴿قَيِّمًا لِّيُنذِرَ بَأْسًا شَدِيدًا مِن لَّدُنْهُ وَيُبَشِّرَ الْمُؤْمِنِينَ الَّذِينَ يَعْمَلُونَ الصَّالِحَاتِ أَنَّ لَهُمْ أَجْرًا حَسَنًا﴾

“Öz tərəfindən olan şiddətli əzabla qorxutmaq, saleh işlər görən möminləri yaxşı mükafatla müjdələyən möhkəm (digər səmavi kitabları) qoruyan (bir kitabdır).”

 

Nöqtələr

● Quran surələri arasında “Həmd”, “Ənam”, “Səba”, “Fatir” və “Kəhf” surələri “Əlhəmdulillah” cümləsi ilə başlayır. Bu surələrdən üçündə yaranışdan danışılır. “Həmd” surəsində tərbiyədən, bu surədə səmavi kitabdan söhbət açılır. Belə ki, varlıq və yaranış insanların tərbiyəsi üçün kitab və qanunla yanaşı iki qanad kimidir.

● “İvncac” dedikdə “yanlışlıq və əyrilik”, “əvəc” dedikdə “hiss olunanlar”, “ivəc” dedikdə isə “hiss olunmayanlar” nəzərdə tutulur. (“Əvəc” insanlar, “ivəc” isə digərlərinə aiddir;[185] “Qəyyim” sözü bərpa edən, sahmana salan mənasını bildirir.)

● Ötən surə “Subhanəlləzi”, bu surə isə “Əlhəmdulillah” (adətən yanaşı işlənən təsbih və təhmid) təbiri ilə başlayır.

● “Əbdihi” sözü harada mütləq formada işlədilmişdirsə, həzrət Peyğəmbər (s) nəzərdə tutulur.[186]

Bildirişlər

1. Kitab və qanun neməti o qədər mühümdür ki, Allah bu nemətlərlə bağlı Özünü tərif edir.

2. Allaha bəndəlik mənəvi kamilliklərin əldə olunması üçün zəmin yaradır.

3. Nə Allahın kitabında, nə də İslam Peyğəmbərində (s) yanlışlıq müşahidə olunur. Onlar nə haqdan batilə, nə faydalıdan zərərliyə, nə də düzgündən yanlışa meyl edirlər.

4. Quran qiyamətədək sabit və dəyişməzdir.

5. Quran səmavi kitabların mühafizi, bəndələrin bütün faydalarını özündə əks etdirən kitabdır. Bu kitabda nöqsana, ixtilafa, ifrat və təfritə yer yoxdur. O, qiyama, həm də üstün bir qiyama çağırır.

6. Rəhbərin başqalarının faydası üçün qiyam qaldırmasında onun yanlışlıqdan uzaq olması şərtdir.

7. Zərərin dəfi mənfəət kəsb etməkdən mühümdür. Ona görə də öncə xəbərdarlıq, sonra müjdə gəlir.

8. İman saleh əməllə yanaşı fayda verir.

9. Saleh əməl davamlı olmalıdır.

 

● Ayə 3:

﴿مَاكِثِينَ فِيهِ أَبَدًا﴾

“Orada həmişəlik qalasıdırlar.”

 

● Ayə 4:

﴿وَيُنذِرَ الَّذِينَ قَالُوا اتَّخَ