A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (yeddinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


● Sultanən-nəsira” təbirinə layiqli canişini, vəfalı dostu, canıyanan vəzir və ya işçini nümunə göstərmək olar.

● Bildirişlər

1. İstəklərimizi Allah qarşısında dilə gətirək.

2. Namazla yanaşı, namazdan sonrakı duanın daha çox təsiri var.

3. Necə dua oxumağı, duada nə deməyi də Allahdan öyrənmək lazımdır.

4. Müdiriyyət üsullarından biri gələcəyi nəzərə almaq, uzağı görməkdir.

5. Yaxşı son yaxşı başlanğıcdan daha mühümdür. Şirin başlanğıca aldanmayaq, pis aqibət təhlükəsindən Allaha pənah aparaq.

6. Dua və Allahın yardımları olmadan başlanğıc və sonu sədaqətlə müşayiət olunan, büdrəməsiz bir ümumdünyəvi inqilaba rəhbərlik mümkünsüzdür.

7. Bütün işlər Allahın əlindədir, Ondan yardım diləmək lazımdır.

8. Müqəddəs amallar üçün qüdrət əldə etmək dəyərdir.

9. Mömin yardım və qələbəni yalnız Allahdan istəyir.

 

● ayə 81:

﴿وَقُلْ جَاء الْحَقُّ وَزَهَقَ الْبَاطِلُ إِنَّ الْبَاطِلَ كَانَ زَهُوقًا﴾

“De ki, haqq gəldi və batil məhv oldu. Həqiqətən, batil məhv olasıdır.”

 

○ Nöqtələr

● “Həqq” sözü sabit və qalarlı mənasını bildirir. Çünki Allah və Onun tərəfindən olan hər bir şey haqdır. “Həqq” Allahın adlarından biridir. “Zəhuq” sözü “getmək” mənasını bildirir. “Zəhəqə-nəfsuhu”, yəni “ruhu bədəndən xaric oldu”.

● Bu ayənin İslamın zühuru, Mədinəyə giriş, Məkkənin fəthi, bütlərin sındırılması kimi nümunələri var. Bütün bu hadisələrdə batil məğlub oldu. Amma ayənin məfhumu daha əhatəlidir və o, batilin puçluğunu, haqqın əbədiliyini müjdə verir.

● Haqqın əbədiliyi xülya və təsadüf yox, Allahın qanunudur. Haqq tərəfdarları nə qədər az olsalar da, bu qanun ödənəsidir. Çünki haqq su kimi sabit, batil köpük kimi fanidir.[156]

● Quran buyurur: “Biz haqqı batilə vurar və batili məhv edərik.”[157] Bəli, bu halda batil aradan çıxasıdır. Ona görə də haqq qüdrət və əzmlə batilə hücum etməlidir.

● Bildirişlər

1. Peyğəmbər (s) sonda haqqın qələbəsini qətiyyətlə elan etməlidir.

2. Batili aradan qaldırmaq üçün haqqı meydana gətirmək lazımdır.

3. Sonda batil məhv olası, haqq qüdrətə çatasıdır.

4. Batilin gedişlərindən və manevrlərindən qorxmaq lazım deyil, onun ikinci nəfəsi yoxdur.

 

● ayə 82:

﴿وَنُنَزِّلُ مِنَ الْقُرْآنِ مَا هُوَ شِفَاء وَرَحْمَةٌ لِّلْمُؤْمِنِينَ وَلاَ يَزِيدُ الظَّالِمِينَ إَلاَّ خَسَارًا﴾

“Qurandan nazil etdiyimiz möminlər üçün şəfa və rəhmətdir. Bu, sitəmkarların yalnız zərərini artırar.”

 

○ Nöqtələr

● “Minəl-Qurani” təbirindəki “min” “bəzi” mənasını bildirmir. Ayədə məqsəd bu deyil ki, Quranın bəzi hissələri şəfadır, bəziləri yox. “Minəl-Quran”  “Qurandan” mənasında anlaşılmalıdır və bu təbir Quranda nazil olan istənilən bir hissənin şəfa olduğunu göstərir.

● Quran hamının hidayəti üçün nazil olsa da[158], yalnız ruhunun pəncərəsini Qurana açanlar bu nurdan faydalana bilir. Onlar inadkarlığı bir kənara qoyub, sağlam ruhla Quran sorağınca gedirlər.[159] Quran xəstə qəlbli inadkarların yalnız zərərini artırır. Necə ki, öz-özlüyündə pak olan yağış murdarın (leşin) üstünə yağdıqda onun üfunəti qalxır.

● Quran dəlilləri düşüncədəki dolaşıqlıqları açır. Quran moizələri qəlbi yumşaldır. Quranın tarixi insanı tərəddüddən çıxarır. Quranın ahəng və fəsahəti uzaqlaşan ruhu cəzb edir, qanun və hökmləri xurafi adətlərin kökünə balta çalır, tilavət və tədəbbürü (mənalarının düşünülməsi) qəflət xəstəliyinə şəfa verir. Onun bərəkəti ilə cismin xəstəlikləri şəfa tapır, göstərişləri insanı zülmətlərdən nura çıxarır.

● Quranın şəfası ilə maddi dərmanların şəfası arasında böyük fərqlər var. Quran dərmanının heç bir zərəri yoxdur, istifadə müddəti məhdud deyil. Quranla şəfa tapan şəxs başqalarının şəfa tapması üçün amil olur. Quranın şəfa nüsxəsində yanlışlığa yer yoxdur. Bu şəfa daim hamının ixtiyarındadır. Bu dərmanın təbibi bizi tanıyır, sevir. Onun təyin etdiyi nüsxənin oxşarı yoxdur və O, əbədidir.

Həzrət Əli (ə) buyurur: “Quran küfr, nifaq, azğınlıq kimi böyük dərdlərin dərmanıdır.”[160]

● Allah Öz məxluğuna mərhəmət göstərməyi zəruri saymışdır.[161] O, Öz peyğəmbərini aləmlər üçün rəhbər qərar vermişdir.[162] Onun ümməti bir-biri üçün, kitabı hamı üçün rəhmətdir.[163]

● Bildirişlər

1. Quran bəşər və fitrətin xaliqi tərəfindən nazil olduğu üçün onun qanunları da fitrətə uyğundur, nicatvericidir.

2. Rəhman və Rəhim Allah tərəfindən olan hər şey rəhmətdir.

3. Kafirlər Quranın əmr və qadağalarına əməl etmədiklərindən hər bir göstərişin nazil olması onların günahını artırır, zərərlərini vüsətləndirir.

 

● ayə 83:

﴿وَإِذَآ أَنْعَمْنَا عَلَى الإِنسَانِ أَعْرَضَ وَنَأَى بِجَانِبِهِ وَإِذَا مَسَّهُ الشَّرُّ كَانَ يَؤُوسًا﴾

“Nə vaxt insana bir nemət əta etdiksə, üz çevirdi, (təkəbbürlə) çiyin çəkdi. Elə ki, (azca) zərərə düşdü, hər şeydən ümidini üzdü.”

 

○ Nöqtələr

● “Nəa bicanibihi”, yəni çiynini çəkib özünə güvəndi.

● Bildirişlər

1. Rifah və asayiş qəflət üçün zəmin yaradır.

2. İnsan bütün nemətləri Allah tərəfindən bilib, Ona meyl etmək əvəzinə Allaha arxa çevirib öz düşüncəsinə, istedadına, işinə güvəndi.

3. Nemətlər Allahdan, pisliklər isə öz əməllərimizdəndir.

4. İnsan o qədər zəifdir ki, nemət əldə etdikdə qəflətə düçar olur, kiçik bir hadisədən ümidsizləşir.

 

● ayə 84:

﴿قُلْ كُلٌّ يَعْمَلُ عَلَى شَاكِلَتِهِ فَرَبُّكُمْ أَعْلَمُ بِمَنْ هُوَ أَهْدَى سَبِيلاً﴾

“De ki, hər kəs öz şəklinə, xislətinə uyğun əməl edər. Allah hidayətə daha yaxın olan kəsi daha yaxşı tanıyır.”

 

○ Nöqtələr

● İmam Sadiq (ə) niyyətdən və niyyətin ən üstün əməl olmasından danışarkən bu ayəni tilavət etmişdir.[164]

● “Şakilə” dedikdə insan ruhunun irsiyyət, tərbiyə, cəmiyyətin təsirindən formalaşmış şəkli nəzərdə tutulur. Bəziləri bu sözün fitrət mənasını bildirdiyini qeyd edir. Halbuki fitrət sabitdir. İnsanları bir-birindən fərqləndirən onların niyyəti, xisləti, adəti, düşüncə tərzi, ailə durumudur. Hər bir insanın əməli bu şərtlərlə müəyyənləşir.[165]

● Bildirişlər

1. İnsanın rəftarını müəyyənləşdirən onun düşüncəsi, ruhu və əxlaqıdır (məsəldə deyildiyi kimi, nə tökərsən aşına, o da çıxar qaşığına).

2. Rəftarlar insanın hal və adətlərindən qaynaqlandığı üçün yersiz xislətlərdən çəkinmək, əməllərin xasiyyətə çevrilməsinə imkan verməmək lazımdır.

3. Hidayət yolunun da dərəcələri və mərtəbələri var.

4. Niyyət üstün olduqca hidayət də yaxın olur.

 

● ayə 85:

﴿وَيَسْأَلُونَكَ عَنِ الرُّوحِ قُلِ الرُّوحُ مِنْ أَمْرِ رَبِّي وَمَا أُوتِيتُم مِّن الْعِلْمِ إِلاَّ قَلِيلاً﴾

“Səndən ruh haqqında soruşurlar. De ki, ruh Rəbbimin işlərindəndir (Ona aiddir). Sizə yalnız az bir bilik verilmişdir.”

 

○ Nöqtələr

● Quranda “ruh” sözü 21 dəfə aşağıdakı mənalarda işlədilmişdir: insan cisminə üfürülmüş ruh[166], vəhy[167], Quran[168], Ruhul-qüdüs[169], böyük mələk[170].

Hər halda bəşər ruhu qapalı, tanınmamış bir həqiqət, ilahi nəfəsdir. Onun səmavi yönümü var və yalnız Allah tərəfindən tanınır.

● İmam Baqir (ə) “qəlil” (“az”) sözünün az elmə yox, az fərdlərə işarə olduğunu bildirmişdir.[171] Yəni kamil elm yalnız az bir qismə verilər, yalnız onlar ruhdan xəbərdar olar.

● Bildirişlər

1. Peyğəmbərlər xalqın suallarla müraciət ünvanı olmuşlar.

2. Ruh insan düşüncəsinin fövqündə olan bir həqiqətdir və ilahi sirlərdəndir.

3. Bütün bəşəri biliklər ilahi hədiyyədir.

4. İnsanın elmi məhdud və çox azdır.

 

● ayə 86:

﴿وَلَئِن شِئْنَا لَنَذْهَبَنَّ بِالَّذِي أَوْحَيْنَا إِلَيْكَ ثُمَّ لاَ تَجِدُ لَكَ بِهِ عَلَيْنَا وَكِيلاً﴾

“Əgər istəsək, hər vaxt sənə vəhy etdiyimizi (yaddaşından) apararıq. Sonra səni Bizdən qoruyacaq bir kəs tapmazsan.”

 

● ayə 87:

﴿إِلاَّ رَحْمَةً مِّن رَّبِّكَ إِنَّ فَضْلَهُ كَانَ عَلَيْكَ كَبِيرًا﴾

“Rəbbinin rəhmətindən savay (müdafiəçi tapmayacaqsan). Şübhəsiz, Allahın sənə olan fəzli böyükdür.”

 

○ Nöqtələr

● 86-cı ayədə Peyğəmbərə (s) xəbərdarlıq olunur ki, Allah əta etsə, istədiyi vaxt geri ala bilər. (Bəli, yaratmaq və öldürmək, izzət və zillət, hidayət və zəlalət, həyat və ölüm, yardım və xarlıq Onun əlindədir). 87-ci ayədə isə təşviq dili ilə danışılır.

● Quran, vəhy, nübuvvət, xatəmiyyət, şəfaət Allahın Peyğəmbərə (s) münasibətdə fəzilləridir. Allah bacarsa da Öz verdiklərini ondan almır. Belə bir əta Allahın rübubiyyət məqamından qaynaqlanır. Halbuki bütün ətalarını geri almaq qüdrətindədir.

● Bildirişlər

1. Nemətlərin Allah tərəfindən verildiyini anlayaq və qürrələnməyək. Çünki nemətlərin davamı və ya kəsilməsi Onun iradəsindən asılıdır.

2. Allahın qəhr-qəzəbi qarşısında kimsənin rolu yoxdur.

3. Asimani kitabların və vəhyin nazil olması Allahın rübubiyyət şənindəndir və insanların tərbiyəsinə yönəldilmişdir.

4. Quran böyük ilahi fəzldir. Allah böyük və uca olduğundan Onun lütfü də böyükdür. Onun ən böyük fəzli Peyğəmbərə (s) məxsusdur.

 

● ayə 88:

﴿قُل لَّئِنِ اجْتَمَعَتِ الإِنسُ وَالْجِنُّ عَلَى أَن يَأْتُواْ بِمِثْلِ هَـذَا الْقُرْآنِ لاَ يَأْتُونَ بِمِثْلِهِ وَلَوْ كَانَ بَعْضُهُمْ لِبَعْضٍ ظَهِيرًا﴾

“De ki, (bütün) ins və cin Quranın oxşarını gətirmək üçün bir yerə toplansa, onun kimisini gətirə bilməz. (Bu iş) bəziləri bəzilərinə kömək etsələr də belə mümkün olmaz.”

 

○ Nöqtələr

● “Zəhr” sözündən olan “zəhir” sözü arxa, köməkçi mənasını bildirir.

● Ayədə “biz də Quranın oxşarını gətirə bilərik” deyən kafirlərə cavab verilir.[172] Quranın bu sahədə mübarizə çağırışı əsrlər boyu cavabsız qalmışdır. Ərəb dilli düşmənlə, küfr məktəbləri İslama qarşı barışmazlıqlarına və müxtəlif qüdrətlər tərəfindən himayə olunmalarına baxmayaraq Quranın mislini gətirə bilməmişlər.

● Quranın bir sıra misilsiz xüsusiyyətləri var: o möcüzədir, rəvan və çeşidlidir, gələcəkdən xəbər verir, ən gözəl dastanları nəql edir, ən gözəl şəkildə dəvət edir, bütün fərdi və ictimai məsələləri, dünya və axirət ehtiyaclarını bəyan edir.

● Bildirişlər

1. Cinlər də insanlar kimi vəzifəlidirlər, onların da kitabı Qurandır.

2. Kimsənin Quranın oxşarını gətirə bilməməsi bu kitabın möcüzə olmasının dəlilidir.

 

● ayə 89:

﴿وَلَقَدْ صَرَّفْنَا لِلنَّاسِ فِي هَـذَا الْقُرْآنِ مِن كُلِّ مَثَلٍ فَأَبَى أَكْثَرُ النَّاسِ إِلاَّ كُفُورًا﴾

“Şübhəsiz, bu Quranda xalq üçün hər cür misal çəkdik. Amma xalqın çoxu boyun qaçırdı və işi yalnız inkar oldu!”

 

● Bildirişlər

1. Quranın çeşidli və fərqli bəyanı onun ecazlarındandır.

2. Allah Quran ayələri ilə xalqa höccəti tamamlamış, yetərli dəlillər gətirmişdir.

3. Yeknəsəqlik yorucudur, dəvət çeşidli olmalıdır.

4. Hidayət kitabı hamı üçün anlaşıqlı olmalıdır.

5. Təlim-tərbiyənin ən üstün yollarından biri məsəllər və təmsillərin bəyanıdır.

6. Xalq fərqlidir və rəngarəng misallar bəyan olunan mətləbləri bütün dəstələr üçün aydınlaşdıra bilər.

7. Xalqın inkarının səbəbi höccətin, dəlillərin tamamlanmaması yox, onların inadkarlığıdır.

8. Çoxluq haqlılıq nişanəsi deyil.

 

● ayə 90:

﴿وَقَالُواْ لَن نُّؤْمِنَ لَكَ حَتَّى تَفْجُرَ لَنَا مِنَ الأَرْضِ يَنبُوعًا﴾

“Dedilər: Bizim üçün yerdən çeşmə qaynatmayınca sənə iman gətirmərik.”

 

● ayə 91:

﴿أَوْ تَكُونَ لَكَ جَنَّةٌ مِّن نَّخِيلٍ وَعِنَبٍ فَتُفَجِّرَ الأَنْهَارَ خِلالَهَا تَفْجِيرًا﴾

“Ya da arasından çaylar axan xurma və üzüm bağların olsun.”

 

○ Nöqtələr

● Heç vaxt qurumayan, daim axan çay “yənbu” adlanır.

● Quran möcüzəsini inkar edən müşriklər iman gətirmələri üçün maddi bəxşişləri şərt qoyur, Peyğəmbərdən (s) yersiz şeylər umurdular. Onlar unudurdular ki, Peyğəmbər (s) inadkar xalqın istəklərini yerinə yetirmək üçün yox, öz peyğəmbərliyini gerçəkləşdirmək üçün möcüzə gətirir. Möcüzə gətirməkdə məqsəd əyləncə və ya işdən qaçmaq istəyi deyil.

● Müxaliflərin yersiz istəkləri, qəlbidaşlığı, inadkarlığı, bəhanəçiliyi, məqsəddən xəbərsizliyi, ədəbsizliyi Peyğəmbərdən (s) yersiz istəklərlə nəticələnirdi. Onlar su arxı, bağ, çay, səmanın süqutunu, mələklərin önə gətirilməsini, qızıl ev, göyə uçuş, Allahdan xüsusi bir namə tələb edirdilər.

● Bildirişlər

1. Hərə öz tutumunda istəyir. Müşriklərin nəzərində ad-san, çeşmə və maddiyyat peyğəmbərlik ölçüsü idi.

2. Peyğəmbərlərin məqsədi xalqın tövhidə dəvəti olsa da, bəziləri var-dövlət, qızıl-gümüş arzusunda idi.

3. Hər istək və tələb məntiqi olmur. Peyğəmbərlərdən, din təbliğatçılarından yersiz istəklər çox idi.

 

● ayə 92:

﴿أَوْ تُسْقِطَ السَّمَاء كَمَا زَعَمْتَ عَلَيْنَا كِسَفًا أَوْ تَأْتِيَ بِاللّهِ وَالْمَلآئِكَةِ قَبِيلاً﴾

“Səmanı güman etdiyin kimi üstümüzə parça-parça endirməyincə və ya Allah və mələkləri qarşımıza gətirməyincə (iman gətirmərik).”

 

● ayə 93:

﴿أَوْ يَكُونَ لَكَ بَيْتٌ مِّن زُخْرُفٍ أَوْ تَرْقَى فِي السَّمَاء وَلَن نُّؤْمِنَ لِرُقِيِّكَ حَتَّى تُنَزِّلَ عَلَيْنَا كِتَابًا نَّقْرَؤُهُ قُلْ سُبْحَانَ رَبِّي هَلْ كُنتُ إَلاَّ بَشَرًا رَّسُولاً﴾

“Ya zər-zivərdən evin olsun, ya səmaya uç; bizim oxumağımız üçün səmadan kitab endirməyincə sənə iman gətirmərik.” De ki, mənim Rəbbim pak-pakizədir. Məgər mən göndərilmiş bir bəşər deyiləm?!”

 

○ Nöqtələr

● “Kəma zəəmtə” “Səba” surəsinin 9-cu ayəsində qeyd olunmuş xəbərdarlıq və əzab vədinə işarədir.

● Möcüzə Allahın rübubiyyət şənindəndir. İlahi istək və hikmət möcüzə qaynağıdır. Möcüzənin məqsədli olması onun şərtlərindəndir. Kafirlər, bu ayədə bəyan olunduğu kimi, Peyğəmbərə (s) yersiz istəklərlə müraciət edirdilər. Səmanın süqutu hamının məhvi ilə nəticələnər, həmin vaxt iman gətirmək üçün kimsə qalmaz. Allah və mələklərin önə gətirilməsi də mümkünsüzdür. Çünki onlar cisim deyil və biz onları müşahidə edə bilmərik.

● Bildirişlər

1. Kafirlər inadkar və ədəbsizdirlər. “Kəma zəəmtə” və “lən numinə” təbirləri ədəbsizlik nümunələridir.

2. Kafirlər peyğəmbərlərin xəbərdarlıqlarını ciddi qəbul etmir, onlara inanmırdılar.

3. Mümkünsüz və boş istəklər qəbul olunmur.

4. Müşriklərin hissə meyli onların yersiz istəklərinin dəlilidir.

 

● ayə 94:

﴿وَمَا مَنَعَ النَّاسَ أَن يُؤْمِنُواْ إِذْ جَاءهُمُ الْهُدَى إِلاَّ أَن قَالُواْ أَبَعَثَ اللّهُ بَشَرًا رَّسُولاً﴾

“O zaman ki, hidayət (doğru yola dəvət) xalqın sorağına gəldi, xalqı iman gətirməkdən saxlayan olmadı. Yalnız belə dedilər: “Məgər Allah peyğəmbər olaraq bir insan seçmişdirmi?”

 

○ Nöqtələr

● Düzgün məntiqdən məhrum insanlar güclü nöqtəni zəif nöqtə sayırlar. Peyğəmbərin bəşər növündən olması onun üçün zəiflik yox, qüvvə sayılmalıdır. Çünki o, istəklərə, meyllərə və çətinliklərə malik olduğundan insanların dərdini dərk edir, əməli nümunə ola bilir. Peyğəmbər öz həmnövləri üçün faydalı nüsxə vermək imkanındadır.

● Quran ayələrinə əsasən kafirlər iman gətirməmək üçün müəyyən bəhanələr gətirirdilər:

a) Nə üçün peyğəmbərlər də bizim kimi insandır?

Cavab: Ən gözəl təbliğ odur ki, əməli nümunə və ideal təqdim olunsun.

b) Əgər peyğəmbərin insan növündən olması müəyyənləşmişsə, nə üçün filankəs peyğəmbər olmasın?

Cavab: İnsanlar öz gümanları və maddi meyarlar əsasında münasibət göstərirlər. Vəhyi qəbul etmək üçün isə əsas şərt ləyaqətdir.

v) Nə üçün özümüz peyğəmbər olmayaq?

Cavab: Peyğəmbərlik olduqca uca məqamdır. Bu məqam hətta mələklərin məqamından ucadır. Müsbət keçmişi olmayan insan peyğəmbərliyə layiq deyil.

q) Nə üçün mələklər bizim özümüzə nazil olmur?

Cavab mələklər yalnız günahsız insanlara nazil olur. Adi insanlar yalana yol verdiyindən gündəlik yalanları da vəhy adı ilə təqdim edə bilərlər.

● Bildirişlər

1. Kafirlər bəhanəçi və məntiqsizdirlər. Onların bəhanəsi bu idi ki, nə üçün peyğəmbər onlar kimi insandır?

2. Peyğəmbərlər xalqın hidayət və tərbiyəsi üçün gəlirdilər.

3. Şəxsiyyət və kəramət cahil insan üçün qaranlıq olduğundan, o elə düşünürdü ki, insan peyğəmbərliyə layiq məxluq deyil.

 

● ayə 95:

﴿قُل لَّوْ كَانَ فِي الأَرْضِ مَلآئِكَةٌ يَمْشُونَ مُطْمَئِنِّينَ لَنَزَّلْنَا عَلَيْهِم مِّنَ السَّمَاء مَلَكًا رَّسُولاً﴾

“De ki, əgər yer üzündə arxayınlıq və aramlıqla yol gedən mələklər olsaydı, hər halda onlara səmadan peyğəmbər olaraq bir mələk göndərərdik.”

 

○ Nöqtələr

● Ayədə peyğəmbərin insan olmasına etiraz edənlərin baxışı rədd edilir və buyurulur: “Peyğəmbərin göndərilməsi ilahi sünnə və dini zərurətdir. Əgər bütün yer əhli mələk olsaydı və onların arasında heç bir ixtilaf düşməsəydi, hamılıqla aram və rifah içində yaşasaydılar, yenə də onlara öz cinslərindən bir peyğəmbər gələrdi. Peyğəmbərlərin vəzifəsi yalnız düşmənçiliyi aradan qaldırmaq yox, mənəvi təkamülü təmin etmək  və nümunə göstərməkdir.

● Bildirişlər

1. Xalq rəhbərdən nümunə götürməli olduğundan insan üçün insan, mələk üçün mələk peyğəmbər gəlməlidir.

2. Risalət və peyğəmbərlik Allah tərəfindən qəbul olunur və bu istiqamətdə seçim yoxdur.

 

● ayə 96:

﴿قُلْ كَفَى بِاللّهِ شَهِيدًا بَيْنِي وَبَيْنَكُمْ إِنَّهُ كَانَ بِعِبَادِهِ خَبِيرًا بَصِيرًا﴾

“De ki, mənimlə sizin aranızda şahidlik üçün Allah bəs edər. Həqiqətən, O Öz bəndələrinə münasibətdə agah və görəndir.”

 

● Bildirişlər

1. İnsan təkcə elm, ağıl və dəlillərlə hidayət olmur, ilahi tövfiq də lazımdır.

2. Azğınlara Allahdan başqa nicat verən yoxdur.

3. Qulağından haqqı eşitmək, gözündən haqqı görmək, dilindən haqqı demək üçün istifadə etməyən insan qiyamətdə kor, kar və lal vəziyyətdə səhnəyə gətirilir. Bu, bir növ insanın əməllərinin təcəssümüdür!

4. Cəhənnəm odu günahkarlar üçün daim alışmaqdadır.

 

● ayə 97:

﴿وَمَن يَهْدِ اللّهُ فَهُوَ الْمُهْتَدِ وَمَن يُضْلِلْ فَلَن تَجِدَ لَهُمْ أَوْلِيَاء مِن دُونِهِ وَنَحْشُرُهُمْ يَوْمَ الْقِيَامَةِ عَلَى وُجُوهِهِمْ عُمْيًا وَبُكْمًا وَصُمًّا مَّأْوَاهُمْ جَهَنَّمُ كُلَّمَا خَبَتْ زِدْنَاهُمْ سَعِيرًا﴾

“Allahın hidayət etdiyi kəs doğru yolu tapmışdır. Allahın azdırdığı kəs üçün isə heç vaxt Allahdan savay yardımçı tapmayacaqsan. Biz onları qiyamət günü sürünən halda, kor, kar lal vəziyyətdə məhşur edərik (səhnəyə gətirərik). Onların yeri cəhənnəmdir. Od söndükcə onun alovunu artırarıq.”

 

○ Nöqtələr

● “Xəbət” sözü şöləni yatırtmaq mənasını bildirir. “Səir” dedikdə alışma mənası başa düşülür və cəhənnəmin adlarından biri “səir”dir.

Sual: Əgər azğınlar qiyamətdə kar, kor və lal olursa, nə üçün digər ayələrdə onların odu görməsindən, cəhənnəmin səsini eşitməsindən, şivən qoparmasından danışılır?[173]

Cavab: Qiyamətin çoxsaylı mərhələləri və dayanacaqları var. Hər dayanacağı növbəti dayanacaqdan fərqləndirən xüsusiyyətlər var.”[174]

● Bildirişlər.

1. İnsan təkcə elm, ağıl və dəlillərlə hidayət olmur, ilahi tövfiq də lazımdır.

2. Azğınlara Allahdan başqa nicat verən yoxdur.

3. Qulağından haqqı eşitmək, gözündən haqqı görmək, dilindən haqqı demək üçün istifadə etməyən insan qiyamətdə kor, kar və lal vəziyyətdə səhnəyə gətirilər. Bu, bir növ insanın əməllərinin təcəssümüdür!

4. Cəhənnəm odu günahkarlar üçün daim alışmaqdadır.

 

● ayə 98:

﴿ذَلِكَ جَزَآؤُهُم بِأَنَّهُمْ كَفَرُواْ بِآيَاتِنَا وَقَالُواْ أَئِذَا كُنَّا عِظَامًا وَرُفَاتًا أَإِنَّا لَمَبْعُوثُونَ خَلْقًا جَدِيدًا﴾

“Bu (cəhənnəm), onların cəzasıdır. Çünki, kafir oldular və dedilər: “Sümük və tikə-tikə olduqdan sonra doğrudanmı yeni yaranmış surətində ayağa qaldırılacağıq?”

 </