A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (yeddinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


“(Hesab üçün qəbirlərdən) çağırılacağınız gün siz həmd-səna deyən halda cavab verər və düşünərsiniz ki, qısa bir müddət yubanmısınız.

 

● Bildirişlər

1. Qiyaməti yaddan çıxarmayın.

2. Qiyamət bütün insanların ümumi çağırış günüdür.

3. Qiyamət zamanı bütün ölülər həmd-səna deyər. (Amma bunun kafirlərə faydası yoxdur.)

4. Qiyamətlə müqayisədə dünya və bərzəx həyatının uzunluğu çox azdır.

 

● ayə 53:

﴿وَقُل لِّعِبَادِي يَقُولُواْ الَّتِي هِيَ أَحْسَنُ إِنَّ الشَّيْطَانَ يَنزَغُ بَيْنَهُمْ إِنَّ الشَّيْطَانَ كَانَ لِلإِنْسَانِ عَدُوًّا مُّبِينًا﴾

“Bəndələrimə de ki, gözəl söz danışsınlar. Çünki şeytan (ölçüsüz sözlərlə) onların arasında fitnə-fəsad salır. Həqiqətən, şeytan insan üçün daim aşkar düşmən olub.”

 

○ Nöqtələr

● Allah ən üstün varlıqları yaradandır.[98] O, bizlərdən üstün olanları üstün əmələ, üstün sözə, üstün dəvətin qəbuluna çağırır.[99]

● Belə görünür ki, kafirlərin rəftar üsulu, acı sözləri ilə, eləcə də qarşı tərəfə eyni tərzdə cavab verilməsi ilə bağlı müsəlmanların sualları olmuşdur. Ayə “qul” (“de”) əmri ilə onlara cavab verir. Çünki bəzən bütlərə ünvanlanmış pis söz Allahın ünvanına kafirlərin pis söz deməsi ilə nəticələnirdi.

● “Gözəl söz” dedikdə istənilən bir bəyənilmiş söz nəzərdə tutula bilər. Salam, dua, doğru yola dəvət, məhəbbətin izharı, yaxşılığa əmr, pisliyə qadağa, Allah zikri, tövbə və yalvarış gözəl sözə nümunə ola bilər.

 

● Bildirişlər

1. Gözəl sözə gözəl danışıqla dəvət etmək lazımdır.

2. Yaxşı danışıq məhəbbət, pis danışıq müxtəlif şeytani vəsvəsələr üçün zəmindir. Bəli, gözəl söz vəsvəsə zəminini aradan qaldırır.

3. Başqaları ilə xoş rəftar bəndəlik şərtidir.

4. Xalq arasında düşmənçilik toxumu səpmək şeytan işidir. Bu sayaq düşmənçilik yaradan insan şeytanın həmkarıdır.

5. Şeytan daim insanın düşməni olmuş, öz düşmənçiliyindən bir an belə əl çəkməmişdir.

6. Şeytan öz fitnə-fəsadında və insanla düşmənçiliyində çox ciddidir.

 

● ayə 54:

﴿رَّبُّكُمْ أَعْلَمُ بِكُمْ إِن يَشَأْ يَرْحَمْكُمْ أَوْ إِن يَشَأْ يُعَذِّبْكُمْ وَمَا أَرْسَلْنَاكَ عَلَيْهِمْ وَكِيلاً﴾

“Rəbbiniz sizi daha yaxşı tanıyır. İstəsə sizə mərhəmət göstərər, istəsə (pis əməllərinizə görə) sizə əzab verər. Biz səni xalqa vəkil göndərmədik. (Onları məcburi şəkildə imana sövq etmək sənin vəzifən deyil.)”

 

○ Nöqtələr

● Ötən ayədə yaxşı danışıq əmr olundu. Bu ayədə də yaxşı danışığın nümunələri bəyan olunur: insan özünü başqalarından üstün bilməməli, onları təhqir etməməli, hətta kafirlərə “siz cəhənnəm əhlisiniz, biz behişt əhli” söyləməməlidir. Çünki bu sayaq danışıq fitnə yaradır. Digər bir tərəfdən, kim bilir ki, kimin aqibəti xoş olacaq?! Allah daha yaxşı bilir - əgər istəsə bağışlayar, istəsə əzab verər.

● Bildirişlər

1. Öz imanımızla qürrələnməyək.

2. Allahın işləri Onun elminə əsaslanır.

3. Allahın elmi, Onun mərhəmət və qəzəbi rübubiyyət şənindəndir.

4. Öncə mərhəmətdən, sonra qəhr və əzabdan danışılır.

5. İnsan qorxu və ümid arasında olmalıdır.

6. İnsan əqidə seçimində azad buraxılıb. Hətta peyğəmbərlər də xalqı məcbur etməyə vəzifəli deyil.

7. Din təbliğatçısı özünü xalqın vəkili və hamisi saymamalıdır.

 

● ayə 55:

﴿وَرَبُّكَ أَعْلَمُ بِمَن فِي السَّمَاوَاتِ وَالأَرْضِ وَلَقَدْ فَضَّلْنَا بَعْضَ النَّبِيِّينَ عَلَى بَعْضٍ وَآتَيْنَا دَاوُودَ زَبُورًا﴾

“Rəbbin göylərdə və yerdə olanı daha yaxşı bilir. Əlbəttə, Biz bəzi peyğəmbərlərə başqalarından üstünlük verdik. Davuda Zəbur əta etdik.”

 

○ Nöqtələr

● Ötən ayələrdə Allahın insanlardan xəbərdarlığı qeyd olundu. Bu ayədə isə səmada və yerdə olan bütün mövcudlardan agahlıq bəyan olunur.

● Hədisdə deyilir: Peyğəmbərlər 124 min nəfər olmuşlar. Onlardan bəziləri bütün xalqa məbus olub səmavi kitab gətirmiş, bəziləri bir məntəqə və ya qövmə göndərilərək böyük peyğəmbərin göstərişini yerinə yetirmişlər.

● Bildirişlər

1. Peyğəmbərlər Allahın xüsusi nəzarəti altındadırlar.

2. Aləm Allahın hüzurundadır və O hər şeydən xəbərdardır.

3. Səmada da şüurlu mövcudlar var.

4. Peyğəmbərlər arasında da mərtəbələr və üstünlüklər mövcuddur. Hətta ən üstün insanlar və müttəqilər də eyni səviyyədə deyil.

5. Allahın birini o birindən üstün etməsi Onun hər şeyi əhatə edən elminə əsaslanır.

6. Səmavi kitab peyğəmbərin üstünlük nişanəsidir.

7. Əsas üstünlük var-dövlət, vəzifə, ömrün uzunluğu deyil, elmi üstünlükdür.

 

● ayə 56:

﴿قُلِ ادْعُواْ الَّذِينَ زَعَمْتُم مِّن دُونِهِ فَلاَ يَمْلِكُونَ كَشْفَ الضُّرِّ عَنكُمْ وَلاَ تَحْوِيلاً﴾

“De ki, Allahdan savay məbud saydıqlarınızı çağırın. Onlar sizin nə çətinliyinizi həll edə bilər, nə də onu dəyişməyi bacararlar.”

 

● Bildirişlər

1. Allahdan qeyrisinin sorağınca getmək və ona ümid bağlamaq puç bir xəyaldır.

2. Təbliğdə həqiqət bəyan olunmalıdırsa da, xalqa seçim azadlığı vermək lazımdır.

3. İnsanda hansısa gücə sığınmaq meyli pərəstiş üçün əsas olur. Bütlərdə isə pərəstiş olunası güc yoxdur.

4. Allahdan qeyrisi insanın rastlaşdığı təhlükəni nə ondan uzaqlaşdıra bilər, nə dəyişə, nə də yüngülləşdirə bilər. (Allah övliyalarının şəfaətinə inam Allahın izni ilə mümkün olur və ayrıca bir məsələdir.)

 

● ayə 57:

﴿أُولَـئِكَ الَّذِينَ يَدْعُونَ يَبْتَغُونَ إِلَى رَبِّهِمُ الْوَسِيلَةَ أَيُّهُمْ أَقْرَبُ وَيَرْجُونَ رَحْمَتَهُ وَيَخَافُونَ عَذَابَهُ إِنَّ عَذَابَ رَبِّكَ كَانَ مَحْذُورًا﴾

“Onların çağırdıqları (İsa və ya mələklər) özləri Rəblərinə yaxınlıq üçün daha yaxın bir vasitə axtarırlar. Onun rəhmətinə ümid edir, əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabı həzər qılınasıdır.”

 

○ Nöqtələr

● Ayə belə də tərcümə oluna bilər: “Xalqı haqqa dəvət edən peyğəmbərlər özləri də onları daha tez və daha çox Allaha yaxınlaşdırası vasitə sorağındadırlar. Allaha yaxın peyğəmbər belə Ona doğru daha çox can atmaqdadır.

● Bir çox rəvayətlərdə ayə ilə bağlı bildirilir ki, insanda ümid və qorxu eyni həddə olmalıdır. Əks-təqdirdə, insan ya məyus olur, ya da qürrələnir.

● Bildirişlər

1. Ümid və qorxu bağlılıq və zəiflik nişanəsidir. Özü vasitə sorağında olan insanı hansı əsasla vasitə seçmək olar?!

2. Allaha yaxınlıq üçün yollar və vasitələr mövcuddur.

3. Vasitə axtaran və şəfaət sorağında olan insan ilahi əzabı yaddan çıxarmamalıdır.

4. Allaha yaxınlıqda yarış və müsabiqənin dəyəri var. (Allaha daha yaxın olan kəsin yaxınlıq üçün vasitə axtarışı, səyi də çoxdur).

5. Ən üstün vasitə insanı Allaha yaxınlaşdıran vasitədir.

6. Allahın mərhəməti onun qəzəbindən öndə gəlir. (Mərhəmətə ümid əzab qorxusundan əvvəl zikr edilir.)

7. Əzab Allahın rübubiyyət şənindəndir, onunla zarafat olmaz.

 

● ayə 58:

﴿وَإِن مَّن قَرْيَةٍ إِلاَّ نَحْنُ مُهْلِكُوهَا قَبْلَ يَوْمِ الْقِيَامَةِ أَوْ مُعَذِّبُوهَا عَذَابًا شَدِيدًا كَانَ ذَلِك فِي الْكِتَابِ مَسْطُورًا﴾

“Qiyamətdən öncə həlak edilməyən və ya şiddətli əzaba düçar olunmayan bir məntəqə yoxdur. Bu, ilahi kitabda təsbit olunmuşdur.”

 

○ Nöqtələr

● “Qəryə” dedikdə xalqın toplaşdığı şəhər və ya kənd nəzərdə tutulur. “Əl-kitab” sözü isə “lövhi-məhfuz”, yəni toxunulmaz təqdir lövhəsi mənasını bildirir. “Əl-kitab” dedikdə ümmətlərin süqut səbəblərinin əks olunduğu Quran da nəzərdə tutula bilər.

● Bildirişlər

1. Dünya həyatı kimsə üçün əbədi deyil.

2. Yer üzündə həyat büsatının süqutu təsadüf deyil, ilahi qanuna əsaslanır. Fəlakətlər Allah tərəfindən öncədən təyin və qeyd olunmuşdur.

 

● ayə 59:

﴿وَمَا مَنَعَنَا أَن نُّرْسِلَ بِالآيَاتِ إِلاَّ أَن كَذَّبَ بِهَا الأَوَّلُونَ وَآتَيْنَا ثَمُودَ النَّاقَةَ مُبْصِرَةً فَظَلَمُواْ بِهَا وَمَا نُرْسِلُ بِالآيَاتِ إِلاَّ تَخْوِيفًا﴾

“Ayə və möcüzələr göndərməyimizə yalnız keçmiş ümmətlərin təkzibi mane oldu. Biz Səmud qövmünə (düşüncələri) aydınladan dişi bir dəvə verdik. Amma ona zülm etdilər. Biz möcüzələri yalnız qorxutmaq üçün göndərərik.”

 

○ Nöqtələr

● Bəhanəcil Məkkə kafirləri Peyğəmbərdən (s) çoxsaylı möcüzələr istədilər. Onlar hətta Məkkə dağlarının qızıla çevrilməsi arzusunda idilər. Bəzən də dağların yerinin dəyişməsini və əkin sahəsinin cücərməsini tələb edirdilər. Allah-təala buyurur ki, tarixi təcrübəyə əsasən, inadkar kafirlər bu nişanələri də görsələr, iman gətirməzlər. Yaranış nizamı inadkar insanların istəkləri əsasında dəyişməz. Əgər xalqın istəyi ilə möcüzə göstərilsə və xalq bu möcüzəyə qarşı küfr etsə, onların dünya əzabı qətiləşər.

● Dəvə adi bir heyvandır. Amma Allah Salehin dəvəsi haqqında “Allahın dəvəsi” təbirini işlədir. Çünki Allaha aid olan hər şey müqəddəsdir. Quranda hətta Əbu-Ləhəbin adına belə dəstəmazsız toxunmaq olmaz.

● Bildirişlər

1.Peyğəmbərlər rəngarəng möcüzələrinə baxmayaraq, inadkar insanların sıxıntısına məruz qalırdılar.

2. Allah hər işə qadirdir, amma Onun işi xalqın həvəsinə yox, hikmətə bağlıdır.

3. Müqəddəsliklərin təhqiri, möcüzələrin təkzibi ilahi qəhr-qəzəb və əzabla sonuclanır.

4. Allah tərəfindən olan və ilahi rəngə malik hər şeyə münasibət fərqlidir.

5. Möcüzələr xalqın tanınması və ona xəbərdarlıq üçündür.

 

● ayə 60:

﴿وَإِذْ قُلْنَا لَكَ إِنَّ رَبَّكَ أَحَاطَ بِالنَّاسِ وَمَا جَعَلْنَا الرُّؤيَا الَّتِي أَرَيْنَاكَ إِلاَّ فِتْنَةً لِّلنَّاسِ وَالشَّجَرَةَ الْمَلْعُونَةَ فِي القُرْآنِ وَنُخَوِّفُهُمْ فَمَا يَزِيدُهُمْ إِلاَّ طُغْيَانًا كَبِيرًا﴾

“(Xatırla,) o zaman ki, sənə dedik: Həqiqətən, Rəbbin insanları əhatə etmişdir. Sənə göstərdiyimiz röyanı və Quranda lənətlənmiş ağacı xalq üçün yalnız sınaq qərar verdik. Biz insanları qorxuduruq, amma (Bizim xəbərdarlığımız) onlarda tüğyan və azğınlıqdan başqa bir şey artırmır.”

 

○ Nöqtələr

● Ötən ayədə Salehin dəvəsinin öldürülməsindən danışıldı. Bu ayədə isə Peyğəmbər (s) Əhli-beytinin (ə) qatili olmuş məlun ağacdan söz açılır.

Rəvayətlərdə oxuyuruq ki, Əhli-beyt (ə) buyurmuşdur: “Biz Salehin dəvəsindən əskik deyilik, bizə qarşı düşmənçilik fəlakətlə sonuclanır.”[100]

● Quranda İslam Peyğəmbərinin (s) bir neçə yuxusuna işarə olunur: Bədr döyüşü astanasında röyada Allah düşmənləri Peyğəmbərə (s) azsaylı göstərildi.[101] Digər bir röyada həzrət Məscidül-Hərama qalib halda daxil olduğunu gördü.[102] Başqa bir yuxu isə bu ayədə bəyan olunur. Əvvəlki iki yuxu hicrətdən sonra Mədinədə gerçəkləşmişdi. Bu yuxu isə Məkkə dövrünə aiddir. Bəziləri bildirirlər ki, bu röya meracla bağlıdır. Halbuki merac gerçəkdə baş vermişdir, röya isə yuxuda görülənlərdir.

Həmin yuxu və lənətlənmiş ağac bir-birindən ayrı deyil. Çünki hər ikisinin nəticəsi eynidir və bu nəticə xalq üçün fitnədən ibarətdir. Allah lənətlənmiş ağac və onların əməllərini Peyğəmbərə (s) yuxuda göstərdi. Bildirildi ki, bu, ümmətinin fitnə səbəbidir. “Rəbbin insanları əhatə edir” cümləsi ilə Peyğəmbərə (s) təsəlli verildi.

● “Şəcərə” həm ağac, həm də budağı olan hər hansı gövdə mənasını bildirir. Bu səbəbdən qəbilə, tayfa da şəcərə adlanır. Həzrət Peyğəmbər (s) buyurur: “Mən və Əli bir şəcərəyik.”[103] Əsil-nəsil silsiləsi də “şəcərənamə” adlanır. Demək, lənətlənmiş şəcərə (ağac) dedikdə, lənətlənmiş qövm nəzərdə tutulur.

● Ayənin sonunda deyilir ki, lənətlənmiş ağacla bağlı ilahi xəbərdarlıq düşmənlərin yalnız tüğyanını artırdı. “Tuğyanən kəbira” təbiri yalnız bu ayədə işlədilmişdir. Demək, bir lənətlənmiş ağacdan, qövmdən danışılır. Bu qövm zahirən müsəlman olsa da, daxilən münafiqdir və xalq arasında fitnəyə səbəb olur.

Quranda bir çox işlər lənətlənmişdir. Məsələn, İblis, yəhudilər, münafiqlər, müşriklər, haqqı gizlədən alimlər, Peyğəmbərə (s) əziyyət verənlər. Amma yalnız münafiqlər müsəlmanlarladır və onlar arasında fitnə törədirlər. İblis, kitab əhli və müşriklərin siması aydındır. Yalnız münafiqlər müsəlman qiyafəsində fitnə axtarırlar.[104]

● Bəziləri elə düşünürlər ki, lənətlənmiş ağac dedikdə, ilahi əzab vasitəsi olan Zəqqum ağacına işarə olunmuşdur. Amma əzab vasitəsi olan başqa amillər də var və bu səciyyə lənətlənmə göstəricisidir. Fironun qərq olduğu Nil çayı, yolunu azmış qövmlərə əzab gətirən mələklər, Allahın qüdrəti ilə kafirləri məhv edən möminlər misal göstərilə bilər.[105]

● Əllamə Təbatəbai “Qədr” surəsi ilə bağlı rəvayətlərdən danışarkən Xətib Bağdadi, Termizi, İbn Cübeyr, Təbərani, Beyhəqi, İbn Mərdəvey kimi sünni, “Kafi” kitabının sahibi Kuleyni kimi şiə alimlərindən belə nəql edir: Həzrət Peyğəmbər (s) yuxuda öz minbərindən meymunların yuxarı qalxdığını görüb çox qəmgin oldu. Cəbrail nazil oldu. Həzrət öz yuxusunu ona danışdı. Cəbrail səmaya qalxıb çox keçməmiş qayıtdı və özü ilə bu ayələri gətirdi: “Görmürsənmi, əgər onlara illər uzunu bəhrə versək, sonra vəd olunmuş əzab soraqlarınca gəlsə, dünyadan aldıqları bəhrənin heç bir faydası olmayacaq.”[106] Bu röya həm də “Qədr” surəsinin nazil olma səbəblərindəndir. Peyğəmbərə (s) təsəlli verildi ki, əgər Bəni-Üməyyənin hakimiyyəti min il çəkərsə, əvəzində sənə min aydan üstün qədr gecəsi əta etdik.

Peyğəmbərin (s) yuxuda meymunları görməsi, onların Peyğəmbərin (s) minbəri ilə yuxarı qalxaraq hakimiyyəti ələ keçirmələri məsələsi imam Baqir (ə) və imam Sadiqdən (ə) də nəql olunmuşdur.[107] Şiə və sünni təfsirçiləri bildirirlər ki, lənətlənmiş ağac (şəcərə) dedikdə Bəni-Üməyyə tayfası nəzərdə tutulmuşdur. İmam Səccad (ə) buyurur: “Cəbrail meymunları Bəni-Üməyyə kimi yozdu. Peyğəmbər (s) soruşdu: “Bu hadisə mənim dövrümdəmi baş verəcək?” Cəbrail cavab verdi: “Xeyr, sənin hicrətindən qırx il sonra!”[108]

Bəni-Üməyyə arasında ən böyük tüğyan qoparmış, Kərbəla hadisəsini vücuda gətirmiş şəxs Yezid idi. Bu faciə tarixin ən böyük faciəsidir.

● Bildirişlər

1. Allah bəzən yuxu vasitəsi ilə müəyyən həqiqətləri peyğəmbərlərə və başqalarına ilham edir.

2. İstənilən bir hadisə, hətta yuxu yozumu xalq üçün sınaq ola bilər.

3. Lənətlənmiş ağac dedikdə azğınlıq səbəbi olan qəbilə və dəstələr nəzərdə tutulur.

4. Xalqa, hətta lənətlənmiş qəbilələrə xəbərdarlıq ilahi sünnələrdəndir.

5. Təəssübkeş inadkarların qəlbinə xəbərdarlıqlar təsir göstərmir. Dəmir mıx daşa yeriməz.

 

● ayə 61:

﴿وَإِذْ قُلْنَا لِلْمَلآئِكَةِ اسْجُدُواْ لآدَمَ فَسَجَدُواْ إَلاَّ إِبْلِيسَ قَالَ أَأَسْجُدُ لِمَنْ خَلَقْتَ طِينًا﴾

“Xatırla, bir vaxt mələklərə dedik: “Adəm üçün səcdə edin.” Səcdə etdilər. Yalnız İblis səcdə etməyib dedi: “Gildən yaranmış bir kəs üçünmü səcdə edim?!”

 

○ Nöqtələr

● Quranda mələklərin səcdəsinə və İblisin səcdədən boyun qaçırmasına dəfələrlə işarə olunmuşdur.

● İblis cin tayfasındandır.[109] Onun qoşunu var.[110] Onun qoşunu süvari və piyadalardan ibarətdir.[111] Onun azğınlığının, səcdə etməməsinin səbəbi torpaqla odu müqayisə etməsi oldu.[112]

● Bildirişlər

1. Allahın əmri əsasında Allahdan qeyrisinə səcdənin eybi yoxdur.

2. İnsan mövcudlar çələnginin çiçəyidir. Məsum mələklər də onun qarşısında səcdə etdilər.

3. Mələklər Allahın əmrinə təslimdir.

4. Xəyali üstünlüklərə etiqad şeytanın işidir. Çünki şeytan öz növünün üstünlüyünü iddia edirdi.

5. Allahın hikmətinə, ədalətinə və əmrinə etiraz səcdə etməməkdən də pisdir.

6. İblis ölçü aparan və azad buraxılmış bir mövcuddur.

7. Allahın əmri qarşısında ictihad (araşdırma aparmaq) qadağandır. (İblis Allahın hökmünə münasibətdə ictihad etdi.)

8. Bəzən günahın kökü özünəvurğunluq olur.

9. İblisin həsədi onun gözünü bağladı, o, insandakı ilahi ruhu yox, torpaq bədəni gördü.[113]

10. İblisə elə gəlir ki, dəyərləndirmə meyarı maddi səciyyələrdir.

 

● ayə 62:

﴿قَالَ أَرَأَيْتَكَ هَـذَا الَّذِي كَرَّمْتَ عَلَيَّ لَئِنْ أَخَّرْتَنِ إِلَى يَوْمِ الْقِيَامَةِ لأَحْتَنِكَنَّ ذُرِّيَّتَهُ إَلاَّ قَلِيلاً﴾

“İblis dedi: “De görüm, məndən əziz tutduğun kəs budurmu? Əgər qiyamətə qədər mənə möhlət versən, şübhəsiz, az bir qismi istisna olmaqla onun nəslini cilovlayıb, hökmüm altına çəkərəm.”

 

○ Nöqtələr

● “Ərəəytə” sözü “mənə xəbər ver” mənasını, “Əhtənikənnə” isə “hənək” sözündən olub heyvanı çəkmək üçün onun boynuna atılan ipi bildirir. “İhtinak” sözü kökdən qoparmaq və tam hakim olmaq mənasını verir.[114]

 

● Bildirişlər

1. Özünəpərəstiş insanı Allah qarşısında tüğyana sövq edir.

2. Var-dövlət və məqama əsir olmamaq ən çətin imtahanlardandır. (Böyük şəxsiyyətlər bildirirlər ki, insanın özünütərbiyəsində qurtulmalı son şey cah-cəlal və məqamdır.)

3. İblis həm qiyamətdən xəbərdar idi, həm də qiyamətin bərpasına inanırdı.

4. Həsəd tədricən kin-küdurətə və başqalarına qarşı müxalifliyə çevrilir.

5. Bir qisim həsəd və kin-küdurət gələcək nəsilləri də əhatə edir.

6. İnsan şeytani vəsvəsələr qarşısında azad buraxılıb və onun seçim imkanı var.

7. İnsanların bəziləri İblisin əsarətindən amandadırlar.

 

● ayə 63:

﴿قَالَ اذْهَبْ فَمَن تَبِعَكَ مِنْهُمْ فَإِنَّ جَهَنَّمَ جَزَآؤُكُمْ جَزَاء مَّوْفُورًا﴾

«(Allah İblisə) dedi: “Get! İnsanlardan kim sənə tabe olsa, cəzanız cəhənnəmdir, kamil bir cəza!”

 

● Bildirişlər

1. Allah İblisin möhlət istəyini qəbul etdi.

2. İnsan Allah yolunu və ya şeytana itaət yolunu seçməkdə azad buraxılıb.

3. İblis və ardıcıllarının yeri cəhənnəmdir.

4. Allahın cəzası kamildir. Günahkarlar həm öz günahlarının, həm də azdırdıqları insanların günahlarının cəzasını çəkərlər.

● ayə 64:

﴿وَاسْتَفْزِزْ مَنِ اسْتَطَعْتَ مِنْهُمْ بِصَوْتِكَ وَأَجْلِبْ عَلَيْهِم بِخَيْلِكَ وَرَجِلِكَ وَشَارِكْهُمْ فِي الأَمْوَالِ وَالأَوْلادِ وَعِدْهُمْ وَمَا يَعِدُهُمُ الشَّيْطَانُ إِلاَّ غُرُورًا﴾

“(Ey şeytan,) insanlardan bacardığını öz səsinlə büdrət, süvari və piyada qüvvələrini onların ziddinə qaldır. Onların mallarına və övladlarına şərik ol, onlara vəd ver. Şeytan onlara yalandan başqa bir vəd vermir.”

 

○ Nöqtələr

● “İstifzaz” dedikdə sürətlə büdrətmək və ya sürüşdürmək, cəldlik və təkan vurmaq mənaları başa düşülür.

● İblis insanı aldatmaq üçün yalnız bir qapıdan daxil olmur. O, təbliğatlar, vədlər, arzular, vəsvəsələr, yaxınlıqlar vasitəsi ilə piyada və süvari halda insanı mühasirəyə alır. Bu arada bir dəstə insan ona qoşulur.

● Nə danışdığından və ya haqqında nə danışıldığından qorxmayan, istənilən bir işə əl atıb açıq və ya gizli şəkildə günah edən kəs şeytana şərikdir.[115] Eləcə də haram tikə, haram yemək, zina, pis övlad və nəsil tərbiyə etmək şeytana şəriklik hallarındandır.[116]

● Qeyri-sağlam istehsal və istehlak, ölü kapital toplamaq, xarici şirkət və müəssisələrin investisiyası, xaricilərin elmi-mədəni mərkəzlər təşkil etməsi, beynəlmiləl müsabiqələr bir növ şeytanın iştirakı ilə keçirilir.

● Bildirişlər

1. İblisin qüdrəti məhduddur.

2. Xalqın yolunu azmasında puç təbliğatın rolu var.

3. Düşmənin təbliğat və ideoloji hücumları hərbi hücumlardan təhlükəlidir. Ayədə öncə çağırış, sonra güc vasitəsi xatırlanır.

Şeytan öncə təbliğatla insandakı tövhid, təkallahçılıq amilini aradan götürür, sonra silah çəkib hücuma keçir.

4. İblisin həm özü, həm də qoşunu azğınlığa aparır.

5. Şeytanın qaydası pusquda oturmaq, cəzb edib oğurlamaqdır.

6. İblisin iştirakı mal və övladdan başlayır, haram və şübhəli tikə, zinayadək davam edir.

7. Allah bəzən insana lütf yox, bir növ qəzəb olaraq ixtiyar verir.

8. İnsanın arzuları şeytanın nüfuzu üçün zəmindir. Şeytan boş vədləri ilə bu arzuları gücləndirir.

9. Şeytan yalandan əlavə, günaha don geydirir, şəfaət vədi verərək tövbəni təxirə salır.

 

● ayə 65:

﴿إِنَّ عِبَادِي لَيْسَ لَكَ عَلَيْهِمْ سُلْطَانٌ وَكَفَى بِرَبِّكَ وَكِيلاً﴾

“Həqiqətən, Mənim (xalis) bəndələrim üzərində sənin hökmün yoxdur. Rəbbinin (onlara) vəkil olması yetər.”

 

○ Nöqtələr

● Bütün insanlar Allahın bəndəsi olsa da, Allah bəzi bəndələrinə hörmət olaraq onları Özünə aid edir. Belə bir halla başqa mövcudlara münasibətdə də rastlaşırıq.

● Digər bir ayədə Allahın bəndələri iman və təvəkkül kimi səciyyələrlə tanıtdırılır. Belələri üzərində şeytanın hökmü yoxdur.[117] Əlbəttə ki, şeytan onlara da vəsvəsə edir, yaxınlaşır. Amma onlar xəbərdar olub müqavimət göstərirlər.[118]

Hədisdə deyilir: “Azan və namaz şeytanı qovma amilidir.”[119]

● Bildirişlər

1. Allahın həqiqi bəndələri azdır. 62-ci ayədə oxuduq ki, İblis deyir: “Az bir hissə istisna olmaqla, bütün xalqı azdıraram.”

2. Allaha bəndəlik insanı İblisin təbliğ və hücumlarından qoruyur. Bəli, sonsuz qüdrətə sığınanlara nüfuz yolu yoxdur.

3. İnsan azad buraxılıb. O, İblisin hücumları qarşısında iman və bəndəliyə sığınmaqla müqavimət göstərə bilər.

4. Allah Ona bəndə olan kəsin vəkili, qoruyanı və hamisidir.

5. Peyğəmbər (s) Allahın xüsusi himayəsində olduğundan şeytanın nüfuzundan amandadır.

 

● ayə 66:

﴿رَّبُّكُمُ الَّذِي يُزْجِي لَكُمُ الْفُلْكَ فِي الْبَحْرِ لِتَبْتَغُواْ مِن فَضْلِهِ إِنَّهُ كَانَ بِكُمْ رَحِيمًا﴾

“Sizin Rəbbiniz öz səyinizlə Onun fəzl və rəhmətindən bəhrələnmək üçün gəmiləri dəryada hərəkətə gətirən kəsdir. Əlbəttə, O sizə daim mehribandır.”

 

○ Nöqtələr

● Dəniz yolları ucuzluq, həmişəlik, ümumilik baxımından sərnişin və yüklərin daşınmasında mühüm rola malikdir. Yük və müsafir daşınmasında, balıqçılıqda gəmiçiliyin böyük faydaları var. Dəniz oksigen, buxar, bulud və yağışın yaranmasında, balıqçılıqda, qidalanmada, nəbatat və heyvanat aləminin əlvanlığında xüsusi rola malikdir. “Coşən kəbir” duasında dənizin qəribəliklərinə işarə olunur.

 

● Bildirişlər

1. İnsanın maddi ehtiyaclarının təmini ümumi təminatda ilahi qüdrət nişanəsidir.

2. İmkan və fəzl Allahdan, iş və səy isə bizdəndir.

3. Dənizdən əldə etdiyimiz nemətlər Allahın fəzlidir.

4. Allahın rübubiyyəti Onun daimi rəhməti ilə müşayiət olunur.

 

● ayə 67:

﴿وَإِذَا مَسَّكُمُ الْضُّرُّ فِي الْبَحْرِ ضَلَّ مَن تَدْعُونَ إِلاَّ إِيَّاهُ فَلَمَّا نَجَّاكُمْ إِلَى الْبَرِّ أَعْرَضْتُمْ وَكَانَ الإِنْسَانُ كَفُورًا﴾



Geri   İrəli
Go to TOP