A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (yeddinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


“Həqiqətən, bu sizin ümmətinizdir, vahid ümmət! Mən sizin Rəbbinizəm, Mənə pərəstiş edin.”

 

● Ayə 93:

﴿وَتَقَطَّعُوا أَمْرَهُم بَيْنَهُمْ كُلٌّ إِلَيْنَا رَاجِعُونَ﴾

“(Təfriqədən çəkinin; amma) onlar öz aralarında işi təfriqəyə aparıb çıxardılar. (Bilsinlər ki, nəhayət) hamı Bizə doğru qayıdar.”

 

Bildirişlər

1. Bütün ilahi dinlərin məqsədi birdir.

2. Tövhid və vəhdət ilahi dinlərin əsas işidir.

3. Rübubiyyət pərəstiş tələb edir.

4. İlahi dinlərlə və İslam dinində təfriqəni törədən insanların özləridir.

5. Təfriqəçilər Allahın hüzurunda cavab verməyə hazırlaşmalıdırlar.

 

● Ayə 94:

﴿فَمَن يَعْمَلْ مِنَ الصَّالِحَاتِ وَهُوَ مُؤْمِنٌ فَلَا كُفْرَانَ لِسَعْيِهِ وَإِنَّا لَهُ كَاتِبُونَ﴾

“Saleh işlər görüb mömin olan kəsin səyi heç vaxt əvəzsiz qalmayacaq. Həqiqətən, Biz onun üçün qeydə alırıq.”

 

Nöqtələr

Mükafat və savab vədləri Quranda müxtəlif təbirlərlə qeyd olunmuşdur. Bir yerdə belə buyurulur: “Biz xeyir əməl sahiblərinin mükafatını zay etmərik.”[592] Başqa bir yerdə belə buyurulur: “Xalqın səy və təlaşına görə təşəkkür olunar.[593]

Digər bir ayədə belə buyurulur: “Allah sizin mükafatınızdan zərrəcə azaltmaz.”[594] Başqa bir ayədə isə oxuyuruq: “Bir zərrə yaxşı iş görsəniz, onun əvəzini alacaqsınız.”[595]

Bildirişlər

1. Vəhdəti qorumaq saleh əməllərdəndir.

2. İslamda meyarlar və dəyərlər kompleksi mövcuddur. İstənilən bir şəxsin istənilən bir zamanda gördüyü dəyərli iş mədh olunur.

3. Əgər bütün xeyirli işləri görmək gücündə deyilsinizsə, heç olmasa imkan çatan işləri yerinə yetirin.

4. İlahi məqsəd işə dəyər verir.

5. İlahi dünya görüşündə kimsənin müsbət səyləri cavabsız və nəticəsiz qalmır. (Biz də insanların yaxşılıqlarını nəzərdən qaçırmayaq.)

6. Əsas məsələ (istək həyata keçməsə də,) xeyir iş üçün çalışmaqdır.

7. İnsanın əməlləri qeydə alınır, hesab-kitab əsasında mükafat verilir.

 

● Ayə 95:

﴿وَحَرَامٌ عَلَى قَرْيَةٍ أَهْلَكْنَاهَا أَنَّهُمْ لَا يَرْجِعُونَ﴾

“(Fəsad günahına görə) həlak etdiyimiz məmləkət əhlinin qayıdışı haramdır.”

 

● Ayə 96:

﴿حَتَّى إِذَا فُتِحَتْ يَأْجُوجُ وَمَأْجُوجُ وَهُم مِّن كُلِّ حَدَبٍ يَنسِلُونَ﴾

“O vaxtadək ki, Yəcuc Məcuc üçün yol açılsın onlar hər yüksəklikdən çaparaq sürətlə ötüb keçsinlər.”

 

Nöqtələr

“Kafirlərin qayıdışı” dedikdə nəzərdə nə tutulur? İmam Sadiq (ə) buyurur: “Dünyada Allahın qəzəbi ilə həlak olanlar bir daha dünyaya qayıda bilməz. Təbii ölümlə dünyasını dəyişən kafirlərin isə qayıdışı (rəcəti) mümkündür.[596] Demək, “qayıdış” dedikdə dünyaya qayıdış nəzərdə tutulmuşdur.

“Kəhf” surəsinin 93-98-ci ayələrində Yəcuc və Məcuc qövmlərindən danışılır. Onlar qonşu məntəqələrə hücum çəkərək fəsad törədir, abadlıqları xaraba qoyurdular. Nəhayət, Zül-Qərneynin tikdiyi səd onların qarşısını kəsdi.

Bu səddin dağılması və həmin qövmlərin yeni hücumları Qiyamətin və yer üzündə həyatın sona çatma nişanələrindəndir.

Hər halda bu ayələr təcavüzkarların yürüşünü, onların bütün məntəqələrə hücumunu öncədən xəbər verir.

Bildirişlər

1. Həlak olmuş qövmlərin qayıdış arzusu (rəcət) yalnız yer üzündə Yəcuc və Məcucun meydana çıxması ilə gerçəkləşəsidir.

2. Dünya tüğyan edənlər üçün meydan olacaq.

3. Fəsad əhli gələcəkdə də hökm sürəsidir.

 

● Ayə 97:

﴿وَاقْتَرَبَ الْوَعْدُ الْحَقُّ فَإِذَا هِيَ شَاخِصَةٌ أَبْصَارُ الَّذِينَ كَفَرُوا يَا وَيْلَنَا قَدْ كُنَّا فِي غَفْلَةٍ مِّنْ هَذَا بَلْ كُنَّا ظَالِمِينَ﴾

“(Qiyamətin bərpası ilə bağlı) Haqq vəd yaxınlaşdı. Həmin vaxt kafirlərin gözü (dəhşətdən) bərələ qaldı. (Özləri özlərinə deyərlər:) «Vay olsun bizə! Doğrudan da, biz bu gündən xəbərsiz idik, bəli, biz zülmkar olmuşuq.”

 

Nöqtələr

“Şaxisə” sözü “şuxus” kökündən olub, “bir məkandan o birinə köç” mənasını bildirir. Təəccüb edən zaman gözlər elə bir hala düşür ki, sanki hədəqəsindən çıxacaq. Bu səbəbdən də gözün uyğun halı da “şuxus” adlanır.

Qiyamət uzaq görünsə də yaxındadır.[597]

Bildirişlər

1. Fitnəkarların hücumu yer üzündə həyatın başa çatdığını göstərir.

2. Qiyamətin bərpası labüddür.

3. Qiyamət və onun hadisələri qəfil meydana çıxasıdır.

4. Qiyamət heyrət günüdür.

5. Qiyamət vicdanların oyanış və təəssüf günüdür.

6. Qiyamətdən xəbərsizlik küfr və kafirlərin bariz nişanələrindəndir.

7. Bütün azğınlıqların və bədbəxtçiliklərin kökü qəflətdir.

8. Qiyamətdən qəflət insanın özünə və ətrafındakılara zülm üçün səbəbdir.

9. Qiyamət peşmançılıq və etiraf günüdür.

 

● Ayə 98:

﴿إِنَّكُمْ وَمَا تَعْبُدُونَ مِن دُونِ اللَّهِ حَصَبُ جَهَنَّمَ أَنتُمْ لَهَا وَارِدُونَ﴾

“(Onlara deyilər:) «Həqiqətən, siz Allahdan qeyri pərəstiş etdikləriniz cəhənnəmə yanacaq olacaq, ona daxil olacaqsınız.»”

 

Nöqtələr

Sual: Ayədə bildirildi ki, bütpərəstlər və onların məbudları cəhənnəm yanacağı olacaq. Bəziləri həzrət İsanı məbud götürdülər. Bu qayda onlara da aiddirmi?

Cavab: Bu sayaq məbudlar istisna olunmuşdur. Əvvəla, Quran həmin məbudları “və ma təbudunə” təbiri ilə yad edir. “Ma” kəlməsi şüursuz mövcudlara münasibətdə işlədilir.[598] İkincisi, ayədə Məkkə bütpərəstlərinə müraciət olunur. Onlar isə daş və ağac bütlərə sitayiş edirdilər. Üçüncüsü növbəti ayələrdə bildirilir ki, Allah tərəfindən yaxşı vəd almış kəslər (məsələn, həzrət İsa) cəhənnəmdən uzaqdır.

Bildirişlər

1. Allahdan qeyrisinə pərəstiş abid və məbudu cəhənnəmə sürükləyir.

2. Cəhənnəmin yanacağı kafirlər və onların uydurma məbudlarıdır.

 

● Ayə 99:

﴿لَوْ كَانَ هَؤُلَاء آلِهَةً مَّا وَرَدُوهَا وَكُلٌّ فِيهَا خَالِدُونَ﴾

“Əgər bunlar (həqiqi) tanrı olsaydılar, (cəhənnəmə) daxil olmazdılar. Halbuki həmişəlik orada qalacaqlar.”

 

● Ayə 100:

﴿لَهُمْ فِيهَا زَفِيرٌ وَهُمْ فِيهَا لَا يَسْمَعُونَ﴾

“Onlar cəhənnəmdə ah-nalə, fəryad içindədirlər orada (heç bir cavab) eşitməzlər.”

 

Nöqtələr

Adətən, ərəb dilində sədalar “fəil” vəznində bəyan olunur. Məsələn, zəfir, şəhiq, zəir, hərir. “Zəfir” dedikdə nəfəs verməklə müşayiət olunan səs nəzərdə tutulur.

“La yəsməunə” dedikdə cəhənnəm əhlinin heç bir səs eşitməməsi nəzərdə tutulmur. Söhbət cəhənnəm əhlinin fəryadına heç bir cavab verilməməsindən gedir. Quranda cəhənnəm əhlinin səs eşitməsini təsdiqləyən ayələr var. Onlar əzab məmurundan möhlət istəyər və ya Allahdan qurtuluş diləyərlər. Cəhənnəm əhli verilən sualları da cavablandırar.

Bildirişlər

1. Allahdan qeyrisinə könül verməyək. Taleyimizi uydurma və aciz tanrılara tapşırmayaq.

2. Acizlik və məhkumluq Allahlıq məqamına uyğun deyil.

3. Şirkə görə verilən əzab əbədi əzabdır.

4. Cəhənnəm cavabsız qalacaq fəryadlar məkanıdır.

5. Ah-nalə və fəryadların cavabsız qalması özü də cəhənnəm əhli üçün bir işgəncədir.

 

● Ayə 101:

﴿إِنَّ الَّذِينَ سَبَقَتْ لَهُم مِّنَّا الْحُسْنَى أُوْلَئِكَ عَنْهَا مُبْعَدُونَ﴾

“Həqiqətən, öncədən Bizim tərəfimizdən yaxşılıq vədi alan kəslər ondan (cəhənnəmdən) kənar saxlanılacaq.”

 

Nöqtələr

Rəvayətdə bildirilir ki, bir qrup şəxs Peyğəmbərdən soruşdu: “Əgər Quran bütpərəst abid və onun məbudunu cəhənnəm yanacağı kimi tanıtdırırsa, tanrı seçilmiş İsa və Məryəmin halı necə olacaq?” Həzrət verilmiş suala cavab olaraq uyğun ayəni tilavət etdi.

Bildirişlər

1. Allah iman və təqva əhlinə verdiyi vədə vəfa qılır.

2. Behiştə daxil olan kəs nə vaxtsa cəhənnəmə aparılmaz.

 

● Ayə 102:

﴿لَا يَسْمَعُونَ حَسِيسَهَا وَهُمْ فِي مَا اشْتَهَتْ أَنفُسُهُمْ خَالِدُونَ﴾

“Onlar cəhənnəmin (nərə) səsini eşitməzlər, onlar ürəklərindən keçən nemətlər içində əbədidirlər.”

 

Nöqtələr

İnsan dünya həyatında rifah içində yaşasa da, istər-istəməz acı hadisələrlə rastlaşır. Qiyamətdə isə behişt əhli bütün pis xəbərlərdən, ah-nalədən uzaq, ləzzət içində ömür sürər.

Əmirəlmöminin Əli (ə) “Nəhcül-bəlağə”nin 183-cı xütbəsində buyurur: “Allah-təala behişt əhlini o qədər əziz tutmuşdur ki, hətta onların qulaqları cəhənnəm odunun və cəhənnəm əhlinin səsini eşitməz.”[599]

Quranda behişt nemətlərinin kəmiyyət və keyfiyyətindən danışan çeşidli ayələr var. Ayələrdən birində buyurulur: “ İnsanın meyli çəkən hər şey və gözünü oxşayan hər şey!”[600] Hazırkı ayədə oxuyuruq: “Onlar qəlblərindən keçən hər şeylə daim bəhrələnərlər.” Başqa bir ayədə oxuyuruq: “Behişt əhli üçün hansı ləzzətlər hazırlandığını kimsə bilməz.”[601]

Həzrət Peyğəmbər (s) buyurur: “Behişt nemətləri ilə bağlı nə qulaq bir şey eşidib, nə göz bir şey görüb.”[602]

Bildirişlər

1. Qiyamətdə behişt əhli əziyyət və əziyyətə düşənlərin naləsindən kənarda kam almağa məşğuldur.

2. İnsanın istəkləri yalnız behiştdə gerçək təmin olunur.

3. Behiştdə nə nemət məhdudiyyəti var, nə də zaman məhdudiyyəti.

 

● Ayə 103:

﴿لَا يَحْزُنُهُمُ الْفَزَعُ الْأَكْبَرُ وَتَتَلَقَّاهُمُ الْمَلَائِكَةُ هَذَا يَوْمُكُمُ الَّذِي كُنتُمْ تُوعَدُونَ﴾

“(Həmin günə aid) ən böyük dəhşət onları qəmləndirməz. Mələklər onların görüşünə çıxar. (Deyərlər:) «Bu sizə vəd olunmuş gündür.»”

 

Nöqtələr

Rəvayətlərə əsasən, ayədə düzgün əqidəyə malik olmaqla yanaşı Allah və Onun rəsulu tərəfindən təyin olunmuş rəhbərlərin yolunu gedənlər nəzərdə tutulmuşdur.[603]

Bildirişlər

1. Şərin dəf olunmuş mənfəət əldə etməkdən uzaqdır. Bu səbəbdən də öncə qəm-qüssədən uzaqlıqdan, sonra xeyir əldə olunmasından danışılırlar.

2. Dünya acılıqları nə qədər böyük olsa da, axirət müsibətləri ilə müqayisədə heç bir şeydir.

3. Qiyamətdə mələklər insanlarla danışar.

4. Möminləri qarşılamaq və onlarla görüş mələklərə xas xüsusiyyətdir.

5. Bu gün dünyanın zalım qüvvələrin əlində olması bizi qəmləndirməsin. Möminlərin də dövrü gəlib çatacaq.

6. Allahın vədləri qətidir.

 

● Ayə 104:

﴿يَوْمَ نَطْوِي السَّمَاء كَطَيِّ السِّجِلِّ لِلْكُتُبِ كَمَا بَدَأْنَا أَوَّلَ خَلْقٍ نُّعِيدُهُ وَعْدًا عَلَيْنَا إِنَّا كُنَّا فَاعِلِينَ﴾

“Bir gün səmanı yazı vərəqləri tək bükərik. Yaranışa başladığımız kimi, onu geri döndərərik. Bu, Bizim öhdəmizdə olan bir vəddir. Biz hökmən (vədimizi) yerinə yetirənik.”

 

Nöqtələr

“Sicill” dedikdə, üzərinə yazı yazılan daş nəzərdə tutulur. Zaman ötdükcə bu söz, üzərində qeyd aparılmış vərəqlərə aid edilmişdir.

Qiyamətin bərpasının ilkin yaranışa bənzədilməsi ilə Quranda dəfələrlə rastlaşmaq olar: “Başlanğıcda sizi yaratdığı kimi yenə sizi qaytarar.”[604]; O, yaranışa başlayıb sonra onu təkrar edən kəsdir. Bu, Onun üçün çox asandır.”[605]

Bu ayədəki səma sözü bütün səmalara aiddir.[606]

Həzrət Əli (ə) buyurur: “İnsan qiyamət səhnəsinə üryan gətirilər.” Sonra həzrət bu ayəni tilavət etmişdir.[607]

Bildirişlər

1. Varlıq aləmi əzəli və əbədi deyil. O bir gün halını dəyişəsidir.

2. Allah üçün səmaları bükmək bir vərəq bükmək qədər asandır.

3. Mövzunu anlamaq üçün təmsil ən üstün və yetərli yoldur.

4. Əgər kağızı bükmək ondakı yazıları məhv etmək sayılmırsa, səmaların bükülməsi də yaranışın məhvi sayılmamalıdır.

5. Səmadakı bütün dəyişikliklər Allahın istək və iradəsindən asılıdır.

6. Allah bükülü məxluqları ilkin yaranışda olduğu şəkildə xəlq edəsidir.

7. İlahi vədlər qətidir və həyata keçəsidir.

 

● Ayə 105:

﴿وَلَقَدْ كَتَبْنَا فِي الزَّبُورِ مِن بَعْدِ الذِّكْرِ أَنَّ الْأَرْضَ يَرِثُهَا عِبَادِيَ الصَّالِحُونَ﴾

“Həqiqətən, zikrdən (Tövratdan) sonra Zəburda yazdıq ki, Mənim saleh bəndələrim hökmən yer üzünə varis olacaqlar.”

 

Nöqtələr

Ərəb dilində “Zəbur” dedikdə, istənilən bir yazı və ya kitab nəzərdə tutulur.[608] Amma “Nisa” surəsinin 63-cü, “İsra” surəsinin 55-ci ayəsindən belə görünür ki, “Zəbur” dedikdə həzrət Davuda aid olan ilahi kitab nəzərdə tutulmuşdur. Bu kitab həzrət Davuda aid münacatlardan, dualardan, öyüd-nəsihətlərdən ibarətdir. Bu kitab Tövratdan sonra nazil olmuşdur.

Ayədə “Zikr” dedikdə Tövrat nəzərdə tutulur. Hazırkı surənin 48-ci ayəsi də bu ayəni təsdiqləyir.

Bəziləri bildirirlər ki, “Zəbur” dedikdə ayədə bütün səmavi kitablar, “Zikr” dedikdə Qurani-məcid nəzərdə tutulmuşdur. Əgər “min bədi” ifadəsi “əlavə olaraq” mənasında tərcümə olunsa, ayə belə anlaşılar: “Biz Qurandan əlavə bütün səmavi kitablarda yazdıq ki, yer üzünə Mənim saleh bəndələrim varis olacaq.”

İmam Sadiqdən (ə) “Zəbur” və “Zikr” sözləri haqqında soruşulduqda həzrət buyurdu: ”Zikr” Allahın yanındadır, “Zəbur” isə Davuda nazil olmuş kitabdır. Bütün kitablar elm əhlinə məxsusdur və bizik elm əhli.”[609]

Bu gün “əhdi qədim” adı ilə tanınan Zəburda deyilir: “Saleh insanlar yer üzünə varis olacaq.”[610]

Çoxsaylı rəvayətlərdə bildirilir ki, yer üzünə varis olacaq saleh bəndələr həzrət Mehdinin (ə) yardımçılarıdır.[611]

Bəzi rəvayətlərdə bildirilir ki, yer üzünün varisləri İslam Peyğəmbərinin (s) Əhli-beytidir (ə). Onlar ikinci dəfə həyata qaytarılasıdırlar.[612]

Bildirişlər

1. Saleh bəndələrin yer üzünə hakim və varis olması ilahi sünnədir.

2. Quranın öncə görmələri qətidir.

3. Quran gələcəkdən xəbər verir.

4. Gələcək salehlərindir.

5. Din siyasətdən ayrı deyil.

6. İbadət təklikdə bəs etmir, saleh əməl də lazımdır.

7. Yer üzünə varislik və hakimliyin iki şərti var: Allaha bəndəlik və saleh əməl.

 

● Ayə 106:

﴿إِنَّ فِي هَذَا لَبَلَاغًا لِّقَوْمٍ عَابِدِينَ﴾

“Həqiqətən, bunda (öncə görmədə) ibadət edən qövm üçün aşkar bildirişlər var.”

 

Nöqtələr

Ötən ayədə oxuduq ki, yalnız Allaha xalis bəndəlik və saleh əməl şərti ilə yer üzünə hakim və varis olmaq mümkündür. Bu ayədə növbəti dəfə təkid olunur ki, bəndələr uyğun bildirişi nəzərdə saxlayıb, həm xalis bəndəlik, həm də saleh əməl üçün çalışmalıdırlar.

Həzrət Əli (ə) buyurur: “Allaha xatir, Allaha xatir! Quran göstərişlərini nəzərdə saxlayın. Məbada başqaları onun göstərişlərinə əməl etməkdə sizi qabaqlayalar!”

Bildirişlər

1. Hidayət və səadət üçün Quranın müjdə və bildirişləri yetər.

2. Ey Allahın bəndələri! Yer üzünə varis olmaq üçün saleh əməl və ləyaqət sorağınca gedin!

3. Allahın həqiqi bəndələri ilahi göstərişlərə hamıdan öncə əməl etməlidirlər.

 

 

 

 

 

 

 

● Ayə 107:

﴿وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِّلْعَالَمِينَ﴾

“Biz səni yalnız aləmlərə rəhmət olaraq göndərdik.”

 

Bildirişlər

1. Saleh bəndələrin yer üzünə hakimliyi risalət sayəsində əldə olunmuş bir lütfdür. Dünya və axirətdə nəsibimiz olası Peyğəmbər (s) rəhməti ilahi rəhmətdən bir cilvədir.

2. İslam Peyğəmbərinə (s) nazil olmuş bütün ilahi göstərişlər, o cümlədən cihad, cəza, qisas hökmləri cəmiyyət üçün rəhmətdir.

3. Allah aləmlərin Rəbbi, Onun rəsulu isə aləmlər üçün rəhmətdir. Yəni gerçək tərbiyə peyğəmbərlərin hidayəti sayəsində mümkün olur.

4. Peyğəmbər (s) bütün əsrlərdə, bütün məkanlarda bütün insanlar üçün rəhmətdir. Başqa bir peyğəmbərə ehtiyac yoxdur.

5. Əziz İslam Peyğəmbəri (s) hətta Allaha yaxın mələklər üçün rəhmətdir. Hədisdə bildirilir ki, Cəbrail (ə) Peyğəmbərə (s) bildirdi: “Sənin rəhmətin bizə də şamil oldu.”[613]

6. İslamın göstərişləri bütün dünyaya aiddir.

7. Bir insan Allahın istəyi ilə bütün aləmə təsir göstərə bilər.

 

● Ayə 108:

﴿قُلْ إِنَّمَا يُوحَى إِلَيَّ أَنَّمَا إِلَهُكُمْ إِلَهٌ وَاحِدٌ فَهَلْ أَنتُم مُّسْلِمُونَ﴾

“(Onlara) de ki, mənə vəhy olunan yalnız budur: «Sizin məbudunuz yalnız vahid Allahdır. Təslim olursunuzmu?!»”

 

Nöqtələr

İmam Rza (ə) Nişapurda minlərlə aşiq qarşısında xalqın istəyinə cavab olaraq silsilə qüdsi hədislər bəyan etdi: “Tövhid elə bir ilahi qaladır ki, bu qalada olan hər tərəfdən sığortalanmışdır;” “Həyatda olan imama tabeçilik bu tövhid üçün şərtdir.”[614]

 

 

 

 

 

 

Bildirişlər

1. Tövhidə dəvət ilahi rəhmətdən bir cilvədir.

 

● Ayə 109:

﴿فَإِن تَوَلَّوْا فَقُلْ آذَنتُكُمْ عَلَى سَوَاء وَإِنْ أَدْرِي أَقَرِيبٌ أَم بَعِيدٌ مَّا تُوعَدُونَ﴾

“Əgər üz çevirsələr, de ki, «hamınıza eyni şəkildə elan etdim. Mən sizə verilən vədin yaxın ya uzaq olduğunu bilmirəm.»”

 

Nöqtələr

Sual: Ayə və rəvayətlərdən məlum olur ki, İslam Peyğəmbəri (s) geniş qeyb elminə malik idi. “Nüdbə” duasında oxuyuruq: “Pərvərdigara! Sən Öz Peyğəmbərinə (s) keçmişin və gələcəyin elmini öyrətdin.” Amma yuxarıdakı ayəyə oxşar digər ayələrdə belə bir elmin mövcud olmadığını bəyan edən ifadələrlə rastlaşırıq. Uyğun ayə və rəvayətlər arasında ziddiyyət var, yoxsa hansısa açıqlama verilir?

Cavab: Qeyb elmi iki hissədir. Onun bir hissəsi Allahın zatına aiddir. Kiminsə bu elmə yol tapması mümkünsüzdür. Qiyamətin nə vaxt bərpa olacağı da bu qəbil məlumatlardandır. Duada oxuyuruq: “Pərvərdigara! Səni yalnız Özünə aid etdiyin elmə and verirəm.” Qeyb elminin digər bir hissəsi Allah tərəfindən Onun istədiyi kəslərə, peyğəmbər və övliyalara əta olunur.[615] Qurandakı bir çox məsələlər qeybi işlərlə bağlıdır.

Allah kafirlərə həm müharibələrdə məğlubiyyət, həm də Qiyamət əzabı vəd etmişdir.

Bildirişlər

1. Bəzi inadkar insanlar hətta aləmlərə rəhmət olan Peyğəmbərdən (s) belə üz çevirirlər.

2. İnsan məcbur yox, ixtiyar sahibidir. Bu səbəbdən də hətta peyğəmbərlərin dəvətinə arxa çevirə bilir.

3. Bütün bəşəriyyətin haqqı qəbul edəcəyini gözləmək olmaz. Peyğəmbərlər də belə bir məqsədə çata bilməmişlər.

4. Xalqın inadkarlığı və arxa çevirməsi müqabilində məsuliyyətimizdən əl çəkməyək.

5. Peyğəmbər göstərişləri bütün insanlara eyni şəkildə ünvanlanmışdır. Bu istiqamətdə cins, millət, dil fərqi əhəmiyyət kəsb etmir. Bəli, təbliğdə bütün insanlara bir gözlə baxaq.

6. Bilmədiyimiz vaxt aşkar şəkildə “bilmirəm” deyək.

7. Elmlər birbaşa Allahın müqəddəs zatına məxsusdur.

 

● Ayə 110:

﴿إِنَّهُ يَعْلَمُ الْجَهْرَ مِنَ الْقَوْلِ وَيَعْلَمُ مَا تَكْتُمُونَ﴾

“Həqiqətən, O, həm aşkar sözləri bilir, həm gizlətdiklərinizi.”

 

● Ayə 111:

﴿وَإِنْ أَدْرِي لَعَلَّهُ فِتْنَةٌ لَّكُمْ وَمَتَاعٌ إِلَى حِينٍ﴾

“Mən bilmirəm, ola bilsin ki, bu (əzabın təxiri), sizin üçün bir sınaqdır, (sadəcə) müəyyən müddətədək kam alırsınız.”

 

Nöqtələr

İlahi vəd təxirə düşərsə, bunun səbəbi Allahın qəflətdə olması deyil. O hər şeyi bilir, hər şeydən agahdır. Təxirin isə müxtəlif səbəbləri var. O cümlədən:

a) Günahkarın günah yükünü bacardıqca ağırlaşdırması üçün;[616]

b) Günahkarın tofiq taparaq tövbə etməsi üçün;

v) Günahkarın yaxşı əməllərinin əvəzinin axirətə saxlanmayıb, dünyada verilməsi üçün.

Bildirişlər

1. Allah üçün qeyblə hüzurun (aşkarın) fərqi yoxdur.

2. Allah gizli işlərdən xəbərdardırsa, fitnə və nifaq nə üçündür?!

3. Peyğəmbərlərin elmi Allahın elmindən məhduddur.

4. Allahın cəzası sınaq üçün təxirə salınır. Bəzən də günah yükünü ağırlaşdırmaq üçün möhlət verilir.

5. Dünya ləzzətləri müvəqqətidir.

 

● Ayə 112:

﴿قَالَ رَبِّ احْكُم بِالْحَقِّ وَرَبُّنَا الرَّحْمَنُ الْمُسْتَعَانُ عَلَى مَا تَصِفُونَ﴾

“(Peyğəmbər) dedi: «Pərvərdigara! (Sən özün bizim aramızda) haqq üzərində hökm ver. (Ey kafirlər, bilin ki,) hamımızın Rəbbi Rəhman Allahdır. Aid etdiyiniz sifətlər qarşısında Ondan kömək istənilər.»”

 

Nöqtələr

Quranda Allaha qarşı iftira ilə bağlı danışılarkən xalqın Allaha ünvanlanmış xəyali vəsfi nəzərdə tutulur. Quranda buyurulur: “Vay olsun sizə vəsfinizə görə.”[617] Başqa bir ayədə oxuyuruq: “Allah tezliklə onların vəsfinin cəzasını verəcək.”[618] Hazırkı ayədə isə belə buyurulur: “Allahdan sizin vəsflərinizə görə kömək istəyirəm.”

Bildirişlər

1. Bəzən inadkarlıq elə bir həddə çatır ki, aləmlərə rəhmət olan Peyğəmbər (s) nifrin etməyə məcbur olur.

2. Düşmənlərin inadkarlığı qarşısında Allahdan yardım alaq.

3. Duaya “Rəbb” sözü ilə başlayaq.

4. Rübubiyyət və mühakimə arasında yaxın bağlılıq var.



Geri   İrəli
Go to TOP