A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (yeddinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


3. Allah qarşısında bəndəlik və təslimçilik şəfaət məqamının əldə olunması səbəbidir.

4. Mələklər də şəfaət əhlidir.

5. Şəfaət üçün ləyaqət lazımdır. Dinindən Allahın razı olduğu kəslər şəfaətə nail olurlar.

6. Allahı daha çox tanımaq daha çox xəşyət yaratmalıdır. (İnsanın paklığı onun Allah əzəmətindən qorxmasına mane olmur.)

 

● Ayə 29:

﴿وَمَن يَقُلْ مِنْهُمْ إِنِّي إِلَهٌ مِّن دُونِهِ فَذَلِكَ نَجْزِيهِ جَهَنَّمَ كَذَلِكَ نَجْزِي الظَّالِمِينَ﴾

“Onlardan (mələklərdən) hansı biri «mən Allahın əvəzinə məbudam» desə, cəhənnəmi ona cəza qərar verərik. Biz zalımları bu sayaq cəzalandıracağıq.”

 

Nöqtələr

Ola bilsin ki, bu ayədə “qızım sənə deyirəm, gəlin sən eşit” prinsipi əsas götürülmüşdür. Yəni xalq bilməlidir ki, hətta mələklər belə bir kəsi şirkə dəvət etsələr, cəhənnəm əzabı gözləməlidirlər.

Bildirişlər

1. Şirk iddiası heç bir mövcuddan qəbul olunmur və bağışlanmır.

2. Allah qarşısında özünü Ona şərik kimi tanıtdıran istənilən bir kəs - tərəfdarı olsa da, olmasa da - cəhənnəmlə cəzalandırılır.

3. İlahi cəzalar əbədi sünnə və qanunlara əsaslanır.

4. Müşrik zalımdır və zalımın cəzası yalnız cəhənnəmdir.

 

● Ayə 30:

﴿أَوَلَمْ يَرَ الَّذِينَ كَفَرُوا أَنَّ السَّمَاوَاتِ وَالْأَرْضَ كَانَتَا رَتْقًا فَفَتَقْنَاهُمَا وَجَعَلْنَا مِنَ الْمَاء كُلَّ شَيْءٍ حَيٍّ أَفَلَا يُؤْمِنُونَ﴾

“Kafirlər görmürlərmi ki, göylərlə yer bir-birinə bitişik ikən Biz onları ayırdıq hər bir canlını sudan yaratdıq. Yenədəmi iman gətirməzlər?”

 

Nöqtələr

Göylərin və yerin bitişikliyi və bir-birindən ayrılması ilə bağlı müxtəlif izahatlar var:

a) Yer və göy yaranışın əvvəlində eyni kütlə idi. Böyük qaz toplumu olan bu kütlə daxili partlayışlar və hərəkətlər nəticəsində tədricən bir-birindən ayrılmışdır.

b) Göyün və yerin ilkin maddəsi əvvəlcə eyni olub. Zaman ötdükcə onlar yeni forma alıb.

v) Göyün bağlı olması dedikdə, yağıntının olmaması, yerin bağlı olması dedikdə, otların cücərməməsi nəzərdə tutulur. Allah bu bağlılıqları açmış, səmadan yağış nazil etmiş, yerdən otlar cücərtmişdir.[549]

Su insan və heyvanın yaranış qaynağıdır. İnsan və heyvan orqanizminin 70%-ni su təşkil edir. Otların həyatı sudan asılıdır.

Bildirişlər

1. Təbiətin məqsədli müşahidəsi iman əldən etmək üçün vasitədir.

2. Təbiət aləminin fərqli dövrləri olmuşdur.

3. Cansızlıq və bağlılıqda fayda yoxdur. Həyat qaynağı açılışdır.

4. Bütün canlı varlıqların başlanğıcı sudandır.

 

● Ayə 31:

﴿وَجَعَلْنَا فِي الْأَرْضِ رَوَاسِيَ أَن تَمِيدَ بِهِمْ وَجَعَلْنَا فِيهَا فِجَاجًا سُبُلًا لَعَلَّهُمْ يَهْتَدُونَ﴾

“(Yer) onları silkələməsin deyə, yer üzündə sabit möhkəm dağlar qərar verdik. Dağlar arasında geniş yollar qoyduq. Ola bilsin ki, yolu tapalar.”

 

Nöqtələr

“Rasiyə” sözünün cəm forması olan “rəvasi” sözü sabit mənasını bildirir. Bu söz ayədə sabit dağlar mənasında işlədilmişdir. “Təmid” sözü böyük şeylərin iztirabı, titrəyişi mənasını ifadə edir. “Ficac” dedikdə isə iki dağ arasındakı geniş yol nəzərdə tutulur. Dağlar arasındakı dar yollar isə “şəb” adlandırılmışdır.[550]

Dağlarda bir çox fayda olduğu bildirilir. Qar saxlaması, yay üçün su ehtiyatı toplanması, hava kütlələrinin dəyişməsindən yaranan sərt küləklərin qarşısının alınması, bitki və canlıların inkişafı üçün münasib mühit yaranması, tikinti üçün müəyyən avadanlıqlar, müxtəlif qiymətli yataqlar uyğun faydalardandır.

Necə inanmaq olar ki, yerin titrəyişinin qarşısını almaq üçün dağları qərar verən Allah insanların büdrəməsinin qarşısını almaq üçün övliyalar, səbirli və sabit rəhbərlər seçməmiş ola?!

Bildirişlər

1. Dağlar təsadüfən yaradılmamışdır. Onların yaranışı ilahi tədbirə əsaslanır.

2. Dağlar yer üzündə aramlıq səbəbidir. Dağlar olmasaydı, yerdə daxili qazlar səbəbindən şiddətli titrəyişlər yaranardı.

3. Böyük maneələr arasından da qurtuluş yolları müəyyənləşdirilib.

4. Dağlar arası yollar həm insanları mənzilə çatdırır, həm də onların diqqətini ilahi hikmətə yönəldir.

 

● Ayə 32:

﴿وَجَعَلْنَا السَّمَاء سَقْفًا مَّحْفُوظًا وَهُمْ عَنْ آيَاتِهَا مُعْرِضُونَ﴾

“Səmanı qorunmuş tavan qərar verdik. Onlar isə ondakı nişanələrdən üz döndərdilər.”

 

Nöqtələr

Yer iki şəkildə mühafizə olunur: Daxildən və xaricdən. Yer daxildən dağlar vasitəsi ilə qorunur. Dağlar şiddətli zəlzələlər törədəcək qazların fəsadını aradan götürür. Yeri əhatə etmiş hava təbəqəsi onu xaricdən qoruyan amildir. Bu təbəqə gün uzunu atmosferdən yerə istiqamətlənmiş saysız-hesabsız meteorit yağışının qarşısını alır. Günəşin və kainatın zəhərli şüalanması həmin atmosfer təbəqəsindən süzülüb zərərsizləşir.

“Səmanın qorunması dedikdə” şeytanların get-gəlinin qarşısının alınması nəzərdə tutula bilər.[551]

Bildirişlər

1. Səma hesablı və məqsədli yaradılmışdır.

2. Təkcə yer yox, göylər də hifz olunur. (Onların insanın üzərinə süqutunun qarşısı alınır.)

3. Səma həm hifz edəndir, həm də hifz olunan.

4. Səmada Allahın qüdrət və hikmət nişanələri var.

5. Allah insanı təkrar-təkrar Onun ayə və qüdrət nişanələrindən ibrət götürməyə çağırsa da, insan qəflət içində arxa çevirir.

 

● Ayə 33:

﴿وَهُوَ الَّذِي خَلَقَ اللَّيْلَ وَالنَّهَارَ وَالشَّمْسَ وَالْقَمَرَ كُلٌّ فِي فَلَكٍ يَسْبَحُونَ﴾

“O, gecə gündüzü, günəşi ayı yaradan kəsdir. Onların hər biri öz yolu ilə üzməkdədir.”

 

Nöqtələr

Gecə də gündüz kimi Allahın məxluqu, yaratdığıdır.[552] Ölümün də həyat kimi varlığı var və o, Allah tərəfindən xəlq olunmuşdur.

Bu ayədəki “kullun” sözü ilə bağlı bir neçə ehtimal var:

a) Təkcə günəş və ay yox, bütün səma cisimləri hərəkətdədir.

b) Günəş və ayın tülu (doğuş) məhəlli müxtəlif və çoxsaylıdır.[553]

v) Gecə və gündüz də günəş və ay kimi hərəkətdədir. Əgər yer kürəsinə kənardan baxa bilsək, yerin kölgəsi olan gecəni konus, gündüzü işıqlı silindr formasında yer ətrafında hərəkət halında görərik.[554]

Bildirişlər

1. Allahın xəlq etdiklərinə diqqət ən yaxşı allahşünaslıq yoludur. Çünki təbiət daim bütün insanların gözü qarşısındadır.

2. Hər bir göy cisminin öz orbiti var və bu orbitdə hərəkət edir.

 

● Ayə 34:

﴿وَمَا جَعَلْنَا لِبَشَرٍ مِّن قَبْلِكَ الْخُلْدَ أَفَإِن مِّتَّ فَهُمُ الْخَالِدُونَ﴾

“Biz səndən öncə heç bir insan üçün əbədilik qərar vermədik. Sən dünyadan getsən, onlar əbədi həyat tapacaqmı?!”

 

● Ayə 35:

﴿كُلُّ نَفْسٍ ذَائِقَةُ الْمَوْتِ وَنَبْلُوكُم بِالشَّرِّ وَالْخَيْرِ فِتْنَةً وَإِلَيْنَا تُرْجَعُونَ﴾

“Hər kəs ölümü dadasıdır. Biz sizi şər xeyirlə sınağa çəkirik. Bizə doğru qaytarılarsınız.”

 

Nöqtələr

Həzrət Əli (ə) ayədəki şər və xeyir təbirləri haqqında buyurur: Salamatlıq ehtiyacsızlıq xeyir, xəstəlik yoxsulluq şərdir. Hər ikisi imtahan üçündür.”[555]

Quran və rəvayətlərdə ölümün siması

1. Ölümə hazırlıq Allah övliyalarının xüsusiyyətidir.[556]

2. İnsan həyatında ölüm sinədəki boyunbağı kimidir. (Bu təşbeh Kərbəla səfəri astanasında İmam Hüseynin (ə) dilindən bəyan olunmuşdur.)

3. Ölüm yolun sonu yox, libas dəyişilməsi kimi həyat üsulunun dəyişilməsidir.[557]

4. Bu dünya ilə hər kəs bir şəkildə vidalaşır. Bəziləri çətinliklə ayrılır, bəziləri ayrılıq vaxtı sanki gül iyləyir.[558]

5. İnsanın ölüm qorxusu sürücünün qorxusu kimidir. Sürücü ya yanacaq olmadıqda[559], ya qaçaq mal apardıqda, ya da avtomobildən baş çıxarmadıqda qorxur.

Bildirişlər

1. İnsanın dünya həyatının müvəqqətiliyi ilahi sünnədir.

2. Əgər bir insanın dünyada daimi yaşaması nəzərdə tutulsa, həmin şəxs peyğəmbər olar.

3. Həm xeyir, həm də şər sınaq vasitələri olsa da, acı hadisələrlə sınaq daha münasibdir. (Ola bilsin ki, ayədə şər sözü bu məqsədlə öndə gəlmişdir.)

4. İlahi sınaqlar həm çətin, həm də mühümdür.

5. İnsan ölümlə yox olmur.

 

● Ayə 36:

﴿وَإِذَا رَآكَ الَّذِينَ كَفَرُوا إِن يَتَّخِذُونَكَ إِلَّا هُزُوًا أَهَذَا الَّذِي يَذْكُرُ آلِهَتَكُمْ وَهُم بِذِكْرِ الرَّحْمَنِ هُمْ كَافِرُونَ﴾

“Kafirlər səni gördükdə işləri ancaq istehza olar. (Bir-birlərinə deyərlər:) «Budurmu sizin tanrınızı (pisliklə) yada salan?» Halbuki onlar özləri Rəhmanın zikrinə kafirdirlər.”

 

Nöqtələr

Küfr nəticəsində insan o qədər süqut edir ki, güclü məntiqi və məsumun sözünü də məsxərəyə qoyur. Amma rəva bilmir ki, cansız daş və taxtaya (bütlərə) azca hörmətsizlik göstərilsin.

Əgər pis qoxulu bir leş kiçik bir gölməçəyə düşsə, yağış yağdıqda onun üfunəti daha da artar. Küfr insan ruhundakı leş kimidir. Kafir insan peyğəmbər gördükdə daha çox inadkarlıq göstərir.

Bildirişlər

1. Kafirlərin elmi və məntiqi sözü yoxdur, işləri məsxərə və təhqirdir. (İstehza əldə dəlil olmamasını göstərir.)

2. Kafirlər Peyğəmbərin (s) əleyhinə xalqı qızışdırırdılar.

3. Daxilən xəbisliyə mübtəla olan kəs ilahi rəhbərləri çox gördükcə daha da inadkarlaşır.

 

● Ayə 37:

﴿خُلِقَ الْإِنسَانُ مِنْ عَجَلٍ سَأُرِيكُمْ آيَاتِي فَلَا تَسْتَعْجِلُونِ﴾

“(Təbiət baxımından elə görünür ki, sanki) insan tələskənlikdən yaradılmışdır. (Amma) Mən Öz ayələrimi tezliklə sizə göstərəcəyəm. (Məndən əzab istəməyə) tələsməyin!”

 

Bildirişlər

1. İnsanların öz istəklərinə tez çatmağa tələsməsi Allahın tədbir və hikmətinə təsir göstərmir.

2. İnsana öz istəklərini cilovlamaq üçün güc verilmişdir.

● Ayə 38:

﴿وَيَقُولُونَ مَتَى هَذَا الْوَعْدُ إِن كُنتُمْ صَادِقِينَ﴾

“(Kafirlər peyğəmbərə möminlərə) deyirlər: «Əgər doğru deyirsinizsə, bu vəd (qiyamət) nə vaxt yetişər?»”

Bildirişlər

1. Tələskənlik xüsusiyyəti kafirlərdə ilahi vədin gerçəkləşmə vaxtı ilə bağlı sual üçün zəmindir.

2. Kafirlər İslam Peyğəmbəri (s) və onun tərəfdarlarını yalançı sayırlar.

 

● Ayə 39:

﴿لَوْ يَعْلَمُ الَّذِينَ كَفَرُوا حِينَ لَا يَكُفُّونَ عَن وُجُوهِهِمُ النَّارَ وَلَا عَن ظُهُورِهِمْ وَلَا هُمْ يُنصَرُونَ﴾

“Əgər kafirlər bilsəydilər ki, həmin gün (çatan vaxt) alov şöləsini üzlərindən arxalarından uzaqlaşdıra bilməzlər, kimsə onlara yardım göstərməz. (Bilsəydilər, Qiyamətə bu qədər tələsməzdilər.)”

 

Nöqtələr

Bu ayədə insanın tələskənlik nümunələrinə işarə olunur. Göstərilir ki, kafirlər ardıcıl şəkildə Qiyamət vədinin nə vaxt yetişəcəyi ilə bağlı suallar verirdilər. Onlar öz sualları ilə həzrəti narahat edirdilər. Allah peyğəmbərə təsəlli verir ki, əgər onlar həmin gün alovun onları təkcə qarşıdan və arxadan yox, bütünlüklə bürüyəcəyini bilsəydilər, tələsməzdilər.

Bildirişlər

1. Tələskənliyin səbəbi cəhalətdir. (Əgər kafirlər bilsəydilər, tələsməzdilər.)

2. Qiyamət çətinliklərindən xəbərdarlıq həqiqət və düşmənçiliyə mane olur.

3. Küfr şəfaət üçün maneədir.

4. Allahdan savay heç bir məbud yardım göstərmək gücündə deyil.

5. Qiyamət günü odun qarşısının alınması üçün nə kafirlərdə, nə bütlərdə, nə də zalım qüvvələrdə güc var.

 

● Ayə 40:

﴿بَلْ تَأْتِيهِم بَغْتَةً فَتَبْهَتُهُمْ فَلَا يَسْتَطِيعُونَ رَدَّهَا وَلَا هُمْ يُنظَرُونَ﴾

“(Bu od) onların sorağına qəfildən gələr onlar yerlərində donub qalarlar. Onlarda müdafiə gücü var, nə möhlət verilər.”

 

Bildirişlər

1. Düşüncə dolaşığa düşdükdə, imkanlar da dolaşığa düşür.

2. Kafirlərə möhlət verilməsi axirət yox, dünyaya aid olan ilahi sünnədir.

 

● Ayə 41:

﴿وَلَقَدِ اسْتُهْزِئَ بِرُسُلٍ مِّن قَبْلِكَ فَحَاقَ بِالَّذِينَ سَخِرُوا مِنْهُم مَّا كَانُوا بِهِ يَسْتَهْزِؤُون﴾

“(Onların istehzası səni narahat etməsin.) Həqiqətən, əvvəlki peyğəmbərlərə istehza olundu. Amma məsxərə etdikləri (ilahi vəd) məsxərə edənləri yaxaladı!”

 

Bildirişlər

1. Bəşəriyyət tarix boyu peyğəmbərlərdən bəhrələnmişdir.

2. Kafirlər tarix boyu məsxərə və istehza ilə məşğul olmuşlar.

3. Başqalarının əziyyətindən xəbərdarlıq əziyyət çəkən insan üçün təskinlik olur.

4. Kimlərinsə məsxərəsinə görə faydalı işdən əl çəkmək olmaz. (Peyğəmbərlər məsxərəyə qoyulsa da, onların ardıcıl gəlişi kəsilmədi.)

5. İstehza insanı çətinliyə salır.

6. Günaha görə oxşar cəza verilir.

 

● Ayə 42:

﴿قُلْ مَن يَكْلَؤُكُم بِاللَّيْلِ وَالنَّهَارِ مِنَ الرَّحْمَنِ بَلْ هُمْ عَن ذِكْرِ رَبِّهِم مُّعْرِضُونَ﴾

“De ki, sizi gecə gündüz Rəhmanın əzabından kim qoruya bilər?! Amma onlar (yenə) Rəblərinin zikrindən üz döndərirlər.”

 

Bildirişlər

1. Hansısa güc insanı təhlükədən qoruya bilməz.

2. İnsan daim Allahın himayəsinə ehtiyaclıdır.

3. Vicdanlara müraciət müvəffəqiyyətli təbliğ üsullarındandır.

4. Allah daim (kafirlər də daxil olmaqla) hamını hifz edir.

5. Bizim hərəkətlərimiz hətta rəhmət qaynağını da qəzəbə gətirir. (Allah Öz mərhəməti əsasında hifz edir.)

6. Mühafizə Allahın rübubiyyət şənindəndir. (İnsan həyatı səmaların hifzi, heyvanların ram olması, orqanizmə düşmüş mikroblara qarşı mübarizə gücü kimi yüzlərlə növ mühafizə ilə müşayiət olunur.)

7. İnsanlar Allah zikrindən üz çevirdikdə, Allah da onlardan üz çevirir. Allah öncə kafirlərə müraciət edir. Amma sonra onlardan üz döndərmiş kimi üçüncü şəxs (qaib) haqqında danışır.

8. İnsan öz gerçək tərbiyəçini yada salmalıdır. Belə etmədiyi halda məzəmmətə layiqdir.

 

● Ayə 43:

﴿أَمْ لَهُمْ آلِهَةٌ تَمْنَعُهُم مِّن دُونِنَا لَا يَسْتَطِيعُونَ نَصْرَ أَنفُسِهِمْ وَلَا هُم مِّنَّا يُصْحَبُونَ﴾

“Bəlkə onları əzabımız qarşısında qoruyacaq tanrıları var? Onlar (saxta tanrılar) özlərinə yardım göstərməyə qadir deyillər Bizim tərəfimizdən yardım almazlar.”

 

Bildirişlər

1. Allahdan qeyriləri nə özlərini qoruya bilir, nə başqalarına yardım göstərməyi bacarır.

2. Ehtiyaclı bir varlığa hanı əsasla pərəstiş etmək olar?!

3. Zatən ehtiyaclı bir varlıq başqa birini ehtiyacsız etməkdə acizdir.

 

● Ayə 44:

﴿بَلْ مَتَّعْنَا هَؤُلَاء وَآبَاءهُمْ حَتَّى طَالَ عَلَيْهِمُ الْعُمُرُ أَفَلَا يَرَوْنَ أَنَّا نَأْتِي الْأَرْضَ نَنقُصُهَا مِنْ أَطْرَافِهَا أَفَهُمُ الْغَالِبُونَ﴾

“Bununla belə, Biz onlara atalarına ömürləri uzandıqca nemət verdik. Görmürlərmi ki, Biz yerin sorağına gəlib (ölüm fəna ilə) onu ətrafından əskildirik. Yoxsa onlar (Bizə) qalibdir?”

 

Nöqtələr

Yerin ətrafdan əskildilməsi nə deməkdir? Bu barədə müxtəlif fikirlər var:

a) Alimlərin ölümü nəzərdə tutulur.[560]

b) Ümmətlərin azalması, yer əhlinin məhvi nəzərdə tutulur.[561]

v) İslam genişləndikcə küfr əraziləri azalır.[562]

q) Coğrafi baxımdan yerin həcmi kiçilməkdədir.

Bildirişlər

1. Ömrün uzunluğu və nemətlərdən faydalanma Allahın iradəsindən asılıdır. Bu istiqamətdə heç bir məbudun rolu yoxdur.

2. Bəşər nəslinin nemətlərdən faydalanması ilahi lütf nişanəsi deyil. (Ata-babaların ömrünün uzunluğu və rifah içində yaşaması sizi çaşdırmasın.)

3. Allah kafirləri cəzalandırmağa tələsmir.

4. Ömrün uzunluğu bizi sevindirməməlidir. Allah kafirlərə günahlarını yumaq üçün möhlət olaraq uzun ömür vermişdir.[563]

5. Millətlər və mədəniyyətlər tarixindən xəbərdarlıq, bütün bunlardan ibrət götürülməsi bəyənilmiş işdir.

6. Kafirlər millətlərin bir-birinin ardınca məhv olub getdiyini görə-görə qələbə ümidindədirmi?!

 

● Ayə 45:

﴿قُلْ إِنَّمَا أُنذِرُكُم بِالْوَحْيِ وَلَا يَسْمَعُ الصُّمُّ الدُّعَاء إِذَا مَا يُنذَرُونَ﴾

“De ki, mən yalnız vəhy yolu ilə sizə xəbərdarlıq edirəm. Amma (ey peyğəmbər, bil ki) karlar öyüd verilən zaman onu eşitmirlər!”

 

Bildirişlər

1. Peyğəmbərlərin müjdə və xəbərdarlıqları şəxsi mülahizələrə, fərziyyələrə yox, qəti ilahi vəhyə əsaslanır.

2. İlahi nemətlərdən düzgün faydalanmayanlar onlardan bəhrələnməmiş kimidirlər. Qulağı olduğu halda haqqı eşitməyən, gözü olduğu halda haqqı görməyən kəs əslində kar və kordur.

3. Bəzən təbliğat düzgün şəkildə aparılsa da, qarşı tərəfin qabiliyyətsizliyi səbəbindən səmərə vermir.

4. Bəzilərinin hidayət olacağına doğru yola gələcəyinə ümid bəsləməyə dəyməz.

 

Qara qəlbə qonmaz vaizin sözü,

Necə daşda qalmır mismarın izi.

 

● Ayə 46:

﴿وَلَئِن مَّسَّتْهُمْ نَفْحَةٌ مِّنْ عَذَابِ رَبِّكَ لَيَقُولُنَّ يَا وَيْلَنَا إِنَّا كُنَّا ظَالِمِينَ﴾

“Rəbbinin əzabından onlara azca yetişsə, şübhəsiz deyəcəklər: «Vay olsun bizə, həqiqətən, biz zalım olmuşuq.»”

Bildirişlər

1. Peyğəmbərlərin xəbərdarlıqları ilə oyanmayan kəslər əzab şallağı ilə oyanar. Azca əzab görünən kimi bütün qürurlar sınar, yatmış vicdanlar oyanar.

2. Zalımlar bir gün öz zülm-sitəmlərini etiraf edəcəklər.

3. Peyğəmbərlərin xəbərdarlıqlarına biganə qalanlar zalımdırlar.

 

 

 

 

 

 

 

 

 

 

● Ayə 47:

﴿وَنَضَعُ الْمَوَازِينَ الْقِسْطَ لِيَوْمِ الْقِيَامَةِ فَلَا تُظْلَمُ نَفْسٌ شَيْئًا وَإِن كَانَ مِثْقَالَ حَبَّةٍ مِّنْ خَرْدَلٍ أَتَيْنَا بِهَا وَكَفَى بِنَا حَاسِبِينَ﴾

“Biz Qiyamət üçün ədalət tərəziləri quracağıq. (Həmin gün) bir nəfərə olsun zülm olunmayacaq. Xardal dənəsi ağırlıqda olsa belə, onu (həmin əməli hesab üçün) gətirəcəyik. Hesabı bizim aparmağımız yetər.”

 

Nöqtələr

Bu ayə salehlərə müjdə, xətakarlara xəbərdarlıqdır. Bildirilir ki, hər bir əməl artırılıb-əskildilmədən dəyərləndirilər. Feyz Kaşani deyir:

 

Ayıq ol, burada zərrə hesabda,

Hesab var, kitab var, belədir qayda.

 

Xardal kiçik və qara toxumu olan bitkinin adıdır. O, kiçikliyinə görə misal çəkilir.

“Mizan” dedikdə ölçü vasitəsi nəzərdə tutulur. Bu söz Quranda dəfələrlə i