A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (yeddinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


“(Ey peyğəmbər!) Biz səndən öncə yalnız vəhy etdiyimiz kişiləri (peyğəmbər olaraq) göndərdik. Əgər bilmirsinizsə, zikr əhlindən soruşun.”

 

Nöqtələr

Ötən ayədə kafirlər “bu şəxs sizin kimi bəşərdirmi” deyə soruşurdular. Bu ayədə Allah-təala buyurur: “Nəinki bu peyğəmbər, bütün əvvəlki peyğəmbərlər insanlar idi, onlara vəhy olunurdu.” Bəli, elçinin insan nəslindən olması onun peyğəmbərliyi ilə zidd deyildir.

Müşriklər kitab əhli ilə yaxşı münasibətdə olduqlarından Allah-təala onlara buyurur: “Kitab əhlindən soruşun.”

Zikr (kitab) əhlindən sorğu və mütəxəssisə müraciət ağılın tələbidir. Ayədə “zikr əhli” deyərkən yəhudi və məsihi alimləri nəzərdə tutulmuşdur. Rəvayətlərdə tövsiyə olunur ki, çıxış yolu tapmadıqda Peyğəmbər (s) Əhli-beytinə (ə) müraciət edin. Bu böyük insanlar “zikr əhlinin” kamil nümunələridirlər.

İslam Peyğəmbəri (s) buyurur: “Nə alim sükut etsin, nə də cahil sorğudan çəkinsin.”[534]

Bildirişlər

1. Küfr və inadkarlıq olan yerdə Allahın qəzəbi qaçılmazdır. Bu, ilahi bir sünnədir. (İman bəşər cəmiyyətinin hifzi və davamı üçün səbəbdir.)

2. Tarixə ibrət gözü ilə baxaq.

3. Bütün peyğəmbərlər kişi cinsindəndirlər.

4. Bütün peyğəmbərlərə vəhy edilmişdir, onların elmi vəhy qaynağındandır.

5. Sorğu-sual dinin tövsiyəsidir.

6. İnsan məsələni anlamaq məqsədi ilə sual verməlidir.

7. Mütəxəssisə müraciət etməsək, həqiqi bilik əldə edə bilmərik.

8. Etiqadi və dini məsələlərdə həqiqətə çatanadək axtarış aparaq.

9. Suallara cavab almaq üçün alim yaxında olmalıdır.

10. Elm əhli olmaq yox, zikr əhli olmaq mühümdür. (Bir çox alimlər Allahdan qəflətdədirlər.)

11. Bir işə başlamaq üçün mütəxəssis olmaq lazımdır. Səthi məlumat, təqlidlə nəticə əldə etmək olmaz.

12. Xalqa yol göstərmək zikr əhlinə vacibdir. Əks-təqdirdə sorğu-sual göstərişi səmərəsiz olar.

 

● Ayə 8:

﴿وَمَا جَعَلْنَاهُمْ جَسَدًا لَّا يَأْكُلُونَ الطَّعَامَ وَمَا كَانُوا خَالِدِينَ﴾

“Biz onları yemək yeməyən cisimlər yaratmadıq. Onlar əbədi deyildilər.”

 

Nöqtələr

Rəhbərin müvəffəqiyyət rəmzlərindən biri budur ki, o, “rəftarlarından ibrət götürülsün” deyə insanlar arasında və insanlar kimi olsun.

Bildirişlər

1. Peyğəmbərlər maddi və insani ehtiyaclar baxımından başqalarından fərqlənmirlər.

2. Peyğəmbərlərin mələk olması istəyi yersiz istəkdir.

3. Yemək və ailə həyatından uzaqlıq Allah və ilahi dinlərin tələbi deyil.

4. Ölüm hamını əhatə edir, hətta peyğəmbərlər də əbədi deyil.

 

● Ayə 9:

﴿ثُمَّ صَدَقْنَاهُمُ الْوَعْدَ فَأَنجَيْنَاهُمْ وَمَن نَّشَاء وَأَهْلَكْنَا الْمُسْرِفِينَ﴾

“Sonra Biz onlara verdiyimiz vədə vəfa qıldıq. Onlara istədiyimiz hər kəsə nicat verib, israfçıları həlak etdik.”

 

Nöqtələr

Bu ayə ilə Peyğəmbərə (s) təsəlli verilir. Bildirilir ki, Biz möminlərə verdiyimiz vədə vəfa qılırıq.

Bildirişlər

1. Allahın peyğəmbərlərə verdiyi qələbə vədi qətidir.

2. Allah peyğəmbərlərə nicat verəcəyini və müxalifləri məhv edəcəyini onlara vəd etmişdir.

3. İlahi cəzalar öz əməllərimizin nəticəsidir.

4. İsraf məhvə zəmin yaradır. Bütün israfçıların sonu puçdur.

 

● Ayə 10:

﴿لَقَدْ أَنزَلْنَا إِلَيْكُمْ كِتَابًا فِيهِ ذِكْرُكُمْ أَفَلَا تَعْقِلُونَ﴾

“Həqiqətən, sizə elə bir kitab nazil etdik ki, onda sizin üçün xəbərdarlıq var. Yoxsa düşünmürsünüz?!”

 

Nöqtələr

“Zikrukum” sözü ya xəbərdarlıq vasitəsi, ya da izzət səbəbi mənasını bildirir. “Zikr” sözünün şərafət və şöhrət kimi lüğət mənaları da var.[535]

İmam Kazim (ə) bu ayə haqqında buyurur: “Fihi zikrukum,” yəni kitabda zikr olunmuşdur ki, peyğəmbərdən sonra imama itaət olunur.”[536] Yəni peyğəmbərdən sonra imama itaət sizin üçün izzət və şərəfdir.

Bildirişlər

1. Kitab və qanun Allah tərəfindən insan üçün inkişaf və oyanış vasitəsidir.

2. Quran yüksək mövqe, uca məqama malikdir.

3. Səmavi kitabın nazil olmasının bir səbəbi də insanlara xəbərdarlıq və onlara kəramət bəxş etməkdir.

4. İnsanın keçmişi, bu günü və gələcəyi Quranda xəbər verilir.

5. Ərəb qövmü və Hicaz məmləkəti Quranın bərəkəti ilə əziz və məşhur olmuşdur.

6. İnsanlar dərindən düşünsələr, hökmən vəhy və səmavi kitaba əl açarlar.

7. İnsanların inkişaf üçün fitri meyllərindən istifadə edək. (Xoş xatırlanmasını istəyən insan Allahın uyğun buyruğunu nəzərə almalıdır: “Adınız qalsın deyə sizə kitab göndərdik.”)

8. Peyğəmbərlərin təkzibi düşüncəsizlikdir. Çünki Quran maarifi əqlə uyğundur.

 

● Ayə 11:

﴿وَكَمْ قَصَمْنَا مِن قَرْيَةٍ كَانَتْ ظَالِمَةً وَأَنشَأْنَا بَعْدَهَا قَوْمًا آخَرِينَ﴾

“Biz insanları zalım olan bir çox abadlıqları məhv etdik. Onlardan sonra başqa bir qövm yaratdıq.”

 

Bildirişlər

1. Zülmün ardınca insanların məhvi ilahi bir sünnədir.

2. İlahi qanunu pozan hər kəs məhvə məhkumdur.

3. İnsanlar talelərini özləri müəyyənləşdirirlər.

4. Əgər zülm adət şəklini alarsa, ilahi qəzəb nazil olasıdır. Amma zülüm davamlı olmadıqda və insan ayılıb tövbə etdikdə uyğun qəzəb nazil olmur.

5. Allah üçün məhv etməklə yaratmaq arasında fərq yoxdur, O, ehtiyacsızdır.

 

● Ayə 12:

﴿فَلَمَّا أَحَسُّوا بَأْسَنَا إِذَا هُم مِّنْهَا يَرْكُضُونَ﴾

“Elə ki, (zalım qövm) Bizim qəzəbimizi hiss etdi, qəfildən qaçmağa üz tutdu.”

 

● Ayə 13:

﴿لَا تَرْكُضُوا وَارْجِعُوا إِلَى مَا أُتْرِفْتُمْ فِيهِ وَمَسَاكِنِكُمْ لَعَلَّكُمْ تُسْأَلُونَ﴾

“(Amma xitab olundu ki,) qaçmayın! Evlərinizə kam aldığınıza dönün. Ola bilsin ki, sorğuya çəkiləsiniz.”

 

● Ayə 14:

﴿قَالُوا يَا وَيْلَنَا إِنَّا كُنَّا ظَالِمِينَ﴾

“(Əzabımızı ağır görüb) dedilər: «Vay olsun bizə! Həqiqətən, biz, zalım idik.»”

 

● Ayə 15:

﴿فَمَا زَالَت تِّلْكَ دَعْوَاهُمْ حَتَّى جَعَلْنَاهُمْ حَصِيدًا خَامِدِينَ﴾

“Biz onları qırıb, hərəkətdən salanadək daim bu sözləri deyirdilər.”

Nöqtələr

“Həsid” dedikdə “bitmək” mənası başa düşülür. “Xamid” sözü susmaq, dayanmaq mənasını bildirir.

“Sorğuya çəkilərsiniz” cümləsi nəyə işarədir? Ola bilsin ki, bir-birinizi, ya fəqirlərin, ya da tarixin sizi sorğuya çəkməsi nəzərdə tutulur.

Bildirişlər

1. Zülmkar cəmiyyətə əzab tədricən nazil olur. (Qəzəb nişanələrini görməklə hisslər də tədricən yaranır.)

2. Kimsədə Allahın qəzəbi qarşısında dayanmaq gücü yoxdur. (Ən məğrur insanlar da təhlükə zamanı səhnədən qaçırlar.

3. Allahın qəzəbindən qaçmaq mümkünsüzdür.

4. Eyş-işrət zülm və tüğyan üçün zəmin yarada bilər.

5. Cəza günah baş verən yerdə icra olunmalıdır.

6. Zülmkarlar nəhayət sorğuya çəkiləsidirlər.

7. Zülmün sonu peşmançılıqdır.

8. Sonda yatmış vicdanlar oyanası, inkarçılar həqiqəti etiraf edəsidirlər.

9. Bəla nazil olan zaman ah-nalə fayda vermir.

10. Küfr və zülm insan üçün ot kimi biçilmiş, qırılmış tale ərməğan gətirir.

11. Qalmaqallı təbliğatlar, sitayişlər, yalanlar, hədələr Allah hüzurunda məhvə məhkumdur.

12. Ardıcıl zülm ilahi əzabla sonuclanır.

 

● Ayə 16:

﴿وَمَا خَلَقْنَا السَّمَاء وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا لَاعِبِينَ﴾

“Biz göy yeri, onlar arasında olanı əyləncə yaratmadıq.”

 

● Ayə 17:

﴿لَوْ أَرَدْنَا أَن نَّتَّخِذَ لَهْوًا لَّاتَّخَذْنَاهُ مِن لَّدُنَّا إِن كُنَّا فَاعِلِينَ﴾

“Əgər əyləncə düzəltmək istəsəydik, Onu özümüz üçün edərdik.”

 

Nöqtələr

“Lov” kəlməsi ərəb dilində mümkünsüz işlərdən danışılarkən işlədilir. Allah üçün əyləncə mümkünsüz olduğundan burada həmin kəlmə işlədilmişdir.

Bu ayələrdə Allah öncə əyləncə yaratmadığını bildirir. Burada “əyləncə istəsəydik, Özümüz üçün edərdik” buyurur. Öncəki “laib”, sonrakı ayədə “ləhv” təbiri işlədilir. Məlum olur ki, “ləhv” və “ləib” sözləri eyni mahiyyət daşıyır. “Əl-mizan” təfsirində oxuyuruq: “Xəyali məqsədlərlə qurulmuş nizamlı bir iş “ləib” adlandırılmışdır. Amma bu sayaq xəyali işlər ciddiləşib insanı əsl məqsəddən uzaqlaşdırdıqda ona “ləhv” deyirlər. Hər iki iş, yəni həm oyun, həm də əyləncə Allahdan uzaq işlərdir.

Qurani-məciddə dəfələrlə qeyd olunur ki, varlıq aləmi oyuncaq deyil və məqsədli yaradılmışdır. “Təlaq” surəsinin 12-ci ayəsində insanın imanı yaranış məqsədi sayılır. Allah yeddi qat göyü və yeri xəlq etdi ki, Onun hər bir işə qadir olduğunu biləsiniz. Onun elmi hər şeyi əhatə edir. Əlbəttə, bu məqsədin gerçəkləşməsi üçün varlıq aləmi haqqında düşünmək, ibrət götürüb etiraf etmək lazımdır.

“Əgər əyləncə istəsəydik, şübhəsiz Özümüz üçün edərdik” cümləsi müxtəlif cür mənalandırılır:

a) Hətta əyləncə üçün də olsa, varlıq aləminin yaradılışı bütlərin yox, Allahın işidir.

b) Allah əyləncə istəsəydi belə, bu iş üçün maddiyyat aləminə üz tutmaz, mələklərdən və dərgahına yaxın olanlardan istifadə edərdi.

İmam Sadiq (ə) uyğun ayəyə istinad edərək insana mənasız işləri (ləvh) qadağan edir.[537]

Bildirişlər

1. Varlıq aləmi məqsədli yaradılmışdır. (Əgər yaranış məqsədsiz deyilsə, demək ölüm də işin sonu, yoxluq sayılmamalıdır.)

2. Oyun oynamaq istəyən kəs nəhayətsiz və sirli varlıq aləmi yox, oyun-oyuncaq hazırlayır. Bu varlıq aləminin təkcə hüceyrə və atomları əsrləri və nəsilləri araşdırmalara məşğul etmişdir.

3. Allah əylənmək istəsəydi belə, onu Öz zatına münasib şəkildə həyata keçirərdi. (Maddi aləmə üz tutmazdı.)[538]

4. Əgər Allah-təala varlıq aləmini oyun məqsədi ilə yaratsaydı bir bu qədər peyğəmbər göndərməz, halal-haram göstərişi verməz, mükafat və cəza müəyyənləşdirməzdi.

 

● Ayə 18:

﴿بَلْ نَقْذِفُ بِالْحَقِّ عَلَى الْبَاطِلِ فَيَدْمَغُهُ فَإِذَا هُوَ زَاهِقٌ وَلَكُمُ الْوَيْلُ مِمَّا تَصِفُونَ﴾

“(Yox, belə deyil,) Biz batilin beynini dağıtmaq üçün onu haqla vururuq, batil dərhal məhv olur. Vay olsun sizə, (Allaha) aid etdiyiniz sifətlərə görə!”

Nöqtələr

“Qəzf” dedikdə uzaqdan sürət və qüvvətlə atmaq mənası anlaşılır. “Dəmğ” sözü başa dəyib beynə təsir göstərən zərbə mənasını bildirir.

“Vəyl” dedikdə əzab və məhv mənaları anlaşılır. Bu söz əzaba layiq olunduqda işlədilir.[539]

Bildirişlər

1. Haqqın batilə qələbəsi Allahın iradəsi və varlıq aləminin məqsədli olduğunu göstərən bir əlamətdir.

2. Haqq batillə müdafiə mövqeyindən davranmamalıdır.

3. Batilin məhvi ilahi sünnədir.

4. Haqq batilə qalibdir.

5. Haqqın cəbhədə hüzuru ilə batil məhv olur.

6. Batillə mübarizədə sürət, qüdrət və məqsədyönümlülük prinsiplərinə riayət olunmalıdır.

7. Batil yarımcan buraxılmamalı, tam surətdə məhv edilməlidir.

8. Haqq qalası, batil gedəsidir.

9. Batil hökumət Allahın verdiyi möhlət qanununa əsasən bir neçə gün yaşayır. Sonda isə təqvalılar və haqq əhli iqtidara çatır.

10. Vay olsun yaranışı oyuncaq sayanlara!

 

● Ayə 19:

﴿وَلَهُ مَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَنْ عِندَهُ لَا يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِهِ وَلَا يَسْتَحْسِرُونَ﴾

“Göylərdə yerdə varsa Ona məxsusdur. Onun yanında olanlar (mələklər) Ona ibadətdə təkəbbür göstərməz, yorulub dayanmazlar.”

 

● Ayə 20:

﴿يُسَبِّحُونَ اللَّيْلَ وَالنَّهَارَ لَا يَفْتُرُونَ﴾

“Onlar gecə-gündüz süstlük göstərmədən Onu paklığına görə öyərlər.”

 

● Ayə 21:

﴿أَمِ اتَّخَذُوا آلِهَةً مِّنَ الْأَرْضِ هُمْ يُنشِرُونَ﴾

“(Kafirlərin) yerdən seçdikləri tanrılar ölüləri dirildərmi?”

Nöqtələr

Məcazi malikiyyətdə (adi həyatda) insan ağasına yaxınlaşdıqca onu daha az saya salır, bəzən bu yaxınlıqdan arxayınlaşıb xətaya da yol verir. Həqiqi malikiyyətdə isə (Allah-bəndə münasibətlərində) insan öz məbuduna yaxınlaşdıqca daha çox ibadət edir.[540]

“Nəhcül-bəlağə”nin birinci xütbəsində mələklər haqqında deyilir: “Mələklərdə yuxu, unutqanlıq, yorğunluq və qəflət yoxdur.”

Bildirişlər

1. Varlıq aləminin həqiqi maliki yalnız Allahdır. (Əgər Onun hökmü altındayıqsa, bəndəlik vəzifələrimizə əməl edək.)

2. İbadət və bəndəlik təkcə insana aid deyil.

3. Mələklərdən uzaqlığın kökü təkəbbürdür.

4. Allahın bəzi məxluqları Ona yaxın məqama çatar.

5. İbadətdən uzaqlığın kökü təkəbbürdür.

6. İbadət insanı mələklərlə bir cərgəyə qatır.

7. Xoşhallıq ibadətin dəyərini göstərir.

8. Mələklər yatmır.

9. Davamlılıq ibadətə dəyər verir.

10. Batil əqidələri sual altına alaq.

 

● Ayə 22:

﴿لَوْ كَانَ فِيهِمَا آلِهَةٌ إِلَّا اللَّهُ لَفَسَدَتَا فَسُبْحَانَ اللَّهِ رَبِّ الْعَرْشِ عَمَّا يَصِفُونَ﴾

“Əgər göylərdə yerdə Allahdan başqa məbudlar olsaydı, hər ikisi (göy yer) dağılardı. Ərşin Rəbbi olan Allah Ona aid edilən sifətlərdən pakdır.”

 

Nöqtələr

Bir neçə müəllif tərəfindən yazılmış kitaba diqqət və nəzər salsaq, onun müxtəlif cümlələri və hissələrinin üslubu arasında fərqlər görərik. Kitab böyüdükcə uyğun ziddiyyət də artır. Ola bilsin ki, eyni bir fikri müxtəlif şəxslər təsadüfi olaraq eyni bir tərzdə ifadə etsinlər. Amma varlıq aləmi kimi böyük bir kitabda mütləq uyğunluq və nizamı yalnız vahid Allah yarada bilər.

Sual: Əgər Allah varlıq aləmindəki prosesləri nizamlayırsa, nə üçün müəyyən ziddiyyətlər var?

Cavab: Əvvəla, nəzərdə tutulanları ziddiyyət adlandırmaq düzgün deyil. Bu növ təzadlar qayçının və tərəzinin bir-birinə zidd gedən iki tərəfi kimi eyni bir işə xidmət göstərir. Məsələn, yuyulmuş paltarın suyunu sıxmaq istəyən insanın əlləri bir-birinə zidd istiqamətdə hərəkət edir. Məqsəd isə birdir.

Hişam ibn Həkəm İmam Sadiqdən (ə) soruşdu: “Allahın birliyinin dəlili nədir?” Həzrət buyurdu: ”Varlıq aləmindəki tədbirlər arasındakı bağlılıq, yaranışın kamil olması Allahın birliyinin dəlilidir.”[541]

 Bu ayə hər bir iş üçün xüsusi tanrı müəyyənləşdirənlərə cavabdır.

Bildirişlər

1. Yaradanın birdən çox olması mümkünsüz işdir.

2. Göylərin və yerin Rəbbi birdir. Müşriklər isə göy üçün ayrı, yer üçün ayrı Rəbb nəzərdə tuturlar.[542]

3. Bir işi bir neçə nəfərin idarə etməsi ziddiyyət və fəsad yaradır.

4. Batil söz yada salınarkən “sübhanəllah” deməklə Allahı paklığına görə öymək lazımdır.

5. Allahın təsbihi (pak sayılması) kor-koranə takrarlanmamalı, agahlıq, dəlil və məntiqə əsaslanmalıdır. (Öncə dəlil göstərildi ki, varlıq aləmində iki müdiriyyət olsa, fəsad yaranar, sonra Allaha təsbih deyildi.)

 

● Ayə 23:

﴿لَا يُسْأَلُ عَمَّا يَفْعَلُ وَهُمْ يُسْأَلُونَ﴾

“O (Allah), gördüyü işə görə sorğuya çəkilməz. Amma onlar (insanlar) sorğuya çəkiləsidirlər.”

 

Nöqtələr

Quranda dəfələrlə bəyan olunmuşdur ki, insan gördüyü işlərə görə cavabdehlik daşıyır. “Hicr” surəsinin 92-ci ayəsində oxuyuruq: “And olsun Rəbbinə ki, bütün xalq sorğuya çəkiləcək.” Digər bir ayədə buyurulur: “Onları dayandırın, sorğuya çəkilməlidirlər.[543] İstənilən bir halda Qiyamət günü insandan onun düşüncəsi, niyyətləri, gəncliyi, ömrü, qazancı, xərci, rəhbər seçimi, böyüklərə itaəti haqqında sorğu-sual aparılacaq.

Sual: Necə olur ki, “Ər-rəhman” surəsinin 39-cu ayəsində “Heç bin cin və ins sorğuya çəkilməz” buyurulur?

Cavab: Qiyamətin müxtəlif səhnələri var. Hər səhnənin öz xüsusi şəraiti var. Məsələn, bir dayanacaqda insanlar onlara ünvanlanan suallara cavab verə bilirlər. Amma digər bir dayanacaqda onların ağzı möhürlənir, bədən üzvləri şəhadət verir.

Bildirişlər

1. Allah varlıq aləminin həqiqi və mütləq malikidir. Malik öz hökmlərinə görə qınanmır.

2. Allahdan kimsənin tələbi, alacağı yoxdur. Sorğu haqqı isə tələb və alacağı olan kəsə aiddir.

3. Allahı yalnız Ondan üstün kəs sorğuya çəkə bilər. Şübhəsiz ki, belə biri yoxdur.

4. İnsanlar gördükləri işlərə görə məsuliyyət daşıyırlar.

5. Sorğu və cəza məsuliyyətin ən üstün göstəricisi, azadlığın ən mühüm əlamətidir. (İmam Rzadan (ə) nəql olunmuş hədisdə deyilir: Allah Adəmə (ə) xitabən buyurdu: “Mən istəmişəm ki, sən öz arzunla azad olasan.”[544] Bəli, insan məcburən sorğuya çəkilmir. Çünki məsuliyyət daşımayan və məcbur olmuş şəxsin sorğuya çəkilməsi əqlən qəbahətlidir.

 

● Ayə 24:

﴿أَمِ اتَّخَذُوا مِن دُونِهِ آلِهَةً قُلْ هَاتُوا بُرْهَانَكُمْ هَذَا ذِكْرُ مَن مَّعِيَ وَذِكْرُ مَن قَبْلِي بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ الْحَقَّ فَهُم مُّعْرِضُونَ﴾

“Yoxsa onlar (kafirlər) Allahın əvəzinə məbudlar qəbul etdilər? (Onlara) de ki, dəlilinizi gətirin. Bu (Quran), mənim ardıcıllarımın məndən öncəkilərin zikridir. (Allahın şəriki olmamasını hamı yekdil olaraq qəbul edib,) amma insanların əksəri haqqı bilməz (ondan) üz döndərər.”

 

Nöqtələr

Həzrət Əli (ə) buyurur: Həqiqətən, Quranın Peyğəmbərə (s) nazil olması ilə, ötən peyğəmbərlərin, vəsilərin elmi, Qiyamətədək baş verəcək hadisələrin xəbəri ona çatdırılmış oldu.” Sonra həzrət hazırkı ayəni tilavət etdi.[545]

Bildirişlər

1. Bir Allahdan uzaqlaşan hər bir kəs çoxsaylı bütlərin tələsinə düşür.

2. Peyğəmbər (s) xalqla dəlil əsasında danışmalı və onlardan dəlil tələb etməlidir.

3. Tövhidin dəlilləri var. Şirk isə heç bir dəlilə əsaslanmır.[546]

4. Əqidə əsaslarını təqlid əsasında qəbul etmək olmaz.

5. Bütün səmavi kitablar tövhidə çağırmışdır.

6. Səmavi kitablar yatmış fitrətlərin oyanmasına, unudulmuş həqiqətlərin yada salınmasına səbəb olur.

7. Cahiliyyət fəzasında çoxluğun nə istiqbalı, nə də arxa çevirməsi əhəmiyyət kəsb etmir.

 

● Ayə 25:

﴿وَمَا أَرْسَلْنَا مِن قَبْلِكَ مِن رَّسُولٍ إِلَّا نُوحِي إِلَيْهِ أَنَّهُ لَا إِلَهَ إِلَّا أَنَا فَاعْبُدُونِ﴾

“Səndən öncə elə bir peyğəmbər göndərmədik ki, ona «Məndən başqa məbud yoxdur, Mənə pərəstiş edin»–deyə vəhy etməmiş olaq.”

 

Nöqtələr

“Əhzab” surəsinin 40-cı ayəsində Allah-təala İslam Peyğəmbərinin (s) son peyğəmbər olduğunu qəti şəkildə bildirsə də, digər məqamlarda da bu məsələyə toxunur. Belə ki, 30 dəfədən çox “səndən öncə” təbiri ilə rastlaşırıq. Amma bir dəfə olsun belə “səndən sonra” təbiri işlədilməmişdir.

Bildirişlər

1. Risalət vəhyin nazil olması ilə müşayiət olunur.

2. Tövhid bütün ilahi peyğəmbərlərin proqramında birinci yerdə dayanır.

3. Əməl etiqada əsaslanmalıdır. Öncə bünövrə, sonra bina. (Öncə ilahiyyatda, sonra ibadətdə tövhid.)

4. Haqqın batil üzərində inhisarçılığı ilahi şüardır.

 

● Ayə 26:

﴿وَقَالُوا اتَّخَذَ الرَّحْمَنُ وَلَدًا سُبْحَانَهُ بَلْ عِبَادٌ مُّكْرَمُونَ﴾

“(Kafirlər) dedilər: «Rəhman Allah (mələkləri özü üçün) övlad götürmüşdür!» O, (bu sifətdən) pakdır, (mələklər) əziz bəndələrdir.”

● Ayə 27:

﴿لَا يَسْبِقُونَهُ بِالْقَوْلِ وَهُم بِأَمْرِهِ يَعْمَلُونَ﴾

“(Mələklər) sözdə Ondan önə keçmirlər Onun əmrinə əməl edirlər.”

 

Nöqtələr

Mələklərin Allahın övladları olmasına əqidə müşriklərdən əlavə yəhudi və məsihilər arasında da yayılmışdır.[547]

“Mukrəmun” (əziz) sifətinin mələklərə aid edilməsinin səbəbi budur ki, onlar öncə Allahın bəndələridir, ikincisi, onların bəndəliyi xalis bəndəlikdir.

“Rəhman” adı müşriklər arasında Allahın tanınmış adıdır.

İnsana hakim şəraitin onun etiqad və mühakimələrinə təsiri var. İnsan cismə malik olduğundan övlada ehtiyac duyur. O, maddilikdən uzaq Allahın da övlada ehtiyac duyduğunu düşünür.

Bildirişlər

1. Başqalarının küframiz sözlərini nəql edərkən “sübhanəllah” deməklə Allahı paklığı ilə yad edin.

2. Başqalarının çaşqınlığı haqqında d