A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (yeddinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


5. Mənəviyyatın maddi həyatda da mühüm rolu var.

6. Dünyada həqiqətlərə göz yuman insan qiyamət səhnəsinə kor gətirilər.

7. İmansız insan dünyada məşəqqət içində yaşayır, axirətdə görmək nemətindən məhrum qalır.

● Ayə 126:

﴿قَالَ كَذَلِكَ أَتَتْكَ آيَاتُنَا فَنَسِيتَهَا وَكَذَلِكَ الْيَوْمَ تُنسَى﴾

«(Allah cavab olaraq) buyurar: “Ayələrimiz sənə yetişən vaxt onları unutduğun kimi, bu gün özün unudulmusan.”»

● Ayə 127:

﴿وَكَذَلِكَ نَجْزِي مَنْ أَسْرَفَ وَلَمْ يُؤْمِن بِآيَاتِ رَبِّهِ وَلَعَذَابُ الْآخِرَةِ أَشَدُّ وَأَبْقَى﴾

“Həddi aşıb israf edən Rəbbinin ayələrinə iman gətirməyən hər kəsə bu sayaq cəza verərik. Şübhəsiz, axirət əzabı daha şiddətli davamlıdır.”

Nöqtələr

Allah zikrinin bariz nümunələrindən biri namazdır. Allah-təala buyurur: “Məni yada salmaq üçün namaz qıl.”[512] Şübhəsiz ki, Allahı yada salan insanı Allah da yada salasıdır. Bu, Allahın vədidir.[513] Allahı unudan kəsləri Allahın da unudacağı şübhə doğurmur.

Allahın rəsulu (s) buyurur: “Quran oxuyub, ona əməl etməyən kəsi Allah kor halda məhşur edər. Həmin bəndə nə üçün səhnəyə kor gətirildiyini soruşduqda xitab olunar ki, onu cəhənnəmə aparın.”[514]

İmam Sadiq (ə) “unudulmuş ayələr” təbiri ilə bağlı buyurur: “Allahın ayələri məsum imamlardır. Onlara arxa çevirən kəs qiyamət günü oda atılacaq.”[515]

Bildirişlər

1. Bütün ilahi cəzalar ədalətlidir.

2. İnsanın itaətsizliyi etinasızlıqdan qaynaqlansa cəzalandırılasıdır. İxtiyarsız şəkildə baş vermiş xətalara görə məzəmmət yoxdur.

3. Allah öncə höccəti tamamlayır, yetərli dəlillər gətirir, sonra qəhr-qəzəbini və əzabını nazil edir.

4. Nemətlərin israfı və onlardan səmərəsiz istifadə küfr üçün zəmin yaradır.

 

● Ayə 128:

﴿أَفَلَمْ يَهْدِ لَهُمْ كَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّنَ الْقُرُونِ يَمْشُونَ فِي مَسَاكِنِهِمْ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّأُوْلِي النُّهَى﴾

“Bu günkülərə xəbərdarlıq üçün bəs etmədimi ki, bundan öncə evlərinə get-gəl etdikləri xalqlar qəhr-qəzəbimizə düçar oldu?! Həqiqətən, bunda ağıl düşüncə sahibləri üçün nişanə ibrətlər var.”

 

● Ayə 129:

﴿وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِن رَّبِّكَ لَكَانَ لِزَامًا وَأَجَلٌ مُسَمًّى﴾

“Əgər Rəbbinin sünnə təqdiri, müəyyənləşdirilmiş bir vaxt olmasaydı, hər halda ilahi əzab qaçılmaz olardı.”

Nöqtələr

“Nuhyə” sözünün cəm forması olan “Nuha” sözü insana çirkin işləri qadağan edən şey mənasını bildirir. Bu səbəbdən də ağıl “nuhyə” adlandırılmışdır. Çünki ağıl insanı azğın istəklərdən qoruyur. Demək, həqiqi ağıl düşüncədən əlavə təhlükə və pisliklərdən uzaqlıq səbəbidir.

“Qərn” dedikdə eyni bir dövrdə yaşamış qövm, xalq nəzərdə tutulur. Bəzən zamanın özü də “qərn” adlandırılır. “Lizam” sözü zəruri və qəti iş mənasını bildirir.

“Kəlimətun-səbəqət” dedikdə Allahın həzrət Adəmə “yerə enin” buyruğu nəzərdə tutulur.[516]

Məkkə əhli səfərə çıxarkən Ad və Səmud qövmünün yaşadığı yerlərdən keçər, onlardan qalan xarabalıqları görərdilər. Allah bu ayələrdə onlara xəbərdarlıq edir ki, həmin qövmlərin acı taleyini unutmasınlar, bu nişanələri düşünüb ibrət götürsünlər.[517]

Bildirişlər

1. Tarix ən yaxşı müəllim və ən doğruçu vaizdir. Tarixdən ibrət götürməyən kəs məzəmmətə layiqdir.

2. Allahın xəbərdarlıqlarına ciddi yanaşaq.

3. Tarixi dəyişikliklər Allahın əlindədir.

4. Elm təklikdə bəs etmir, ibrət də lazımdır. Onlar baş verənləri görsələr də qəflətdədirlər.

5. Qəzəbə gəlib xaraba qalmış hər bir məntəqə düşüncə sahibləri üçün ibrətdir.

6. Tarixi abidələri təkcə əyləncə xatirinə seyr etməyək. Yalnız düşüncəsiz insanlar bu qalıqlardan ibrət götürmür.

7. Hər insan ibrət gözü ilə baxa bilmir. Yalnız nəfsini bulaşıqlıqlardan qoruyan insanlar ibrət götürürlər.

8. Tarixin fəlsəfəsi var və səbəb-nəticə qanununa əsaslanır. Bəli, keçmiş qövmlər müəyyən əsaslarla məhv edilmişlər. Əgər bu gün də uyğun əməllər təkrarlansa, eyni fəlakətlərlə üzləşərik.

9. Bütün işlərin nizamlanması, möhlət verilməsi ilahi bir sünnədir. Əks-təqdirdə, günahkarlar dərhal məhv edilərdi. (Hər ümmət üçün müəyyənləşdirilmiş bir vaxt var.)

10. Əzabın təxirə düşməsi imansız zalımları arxayınlaşdırmasın.

11. Allah yalnız höccəti tamamladıqdan sonra günahkarları əzaba düçar edir.

12. İnsanlar proqram və vaxt bölgüsü əsasında ömür sürürlər.

 

● Ayə 130:

﴿فَاصْبِرْ عَلَى مَا يَقُولُونَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ غُرُوبِهَا وَمِنْ آنَاء اللَّيْلِ فَسَبِّحْ وَأَطْرَافَ النَّهَارِ لَعَلَّكَ تَرْضَى﴾

“Onların dediklərinə səbir et. Günəş doğmamışdan qürub etməmişdən öncə Rəbbinə sitayişlə Ona təsbih de. Gecənin bəzi vaxtlarında gün ətrafı təsbih söylə. Ola bilsin ki, razı qalasan (xoşhal olasan).”

 

Nöqtələr

Allah-təala Qurani-kərimdə 19 dəfə Peyğəmbərə (s) səbir göstərişi verir.

Bu ayə də “Bəqərə” surəsinin 45-ci ayəsi kimi Peyğəmbəri (s) səbrə və Rəbbinə sitayişə çağırır. Ayədə zahirən Peyğəmbərə (s) müraciət olunsa da, göstərişlər ümumi ünvanlanmışdır.

Bəzi rəvayətlərə və bəzi təfsirçilərin nəzərinə əsasən, ayədə gündəlik yövmiyyə namazları, gün uzunu qılınası namazlar nəzərdə tutulur. “Gün ətrafı” dedikdə isə gündəlik müstəhəb nafilə) namazlarına işarə olunmuşdur.

Bildirişlər

1. Allahın tədbirinə, əzabın qanunauyğunluğuna, ilahi sünnələrə diqqət səbir və təsbih üçün müqəddimədir.

2. İnsanın səbri onun rastlaşdığı çətinliklər həddində olmalıdır.

3. Allaha həmd-səna və onun təsbihi düşmənin inadkarlıqları və təbliğatları qarşısında ruhiyyəni gücləndirən vasitədir.

4. Allaha sitayiş və həmd-səna yolu ilə Ona tasbih edilir.

5. Çirkinliklərdən təmizlənmək yaxşılıqlarla zinətlənməkdən öndə gəlir. Təsbih (Allahı pak bilmək) həmddən müqəddəmdir.

6. Quran təbii meyarlardan istifadə etməklə vəzifələr üçün zaman müəyyənləşdirir.

7. İlahi təsbih və həmd-səna günəşin tülu (doğuş) və qürubundan öncə xüsüsi təsirə malikdir.

8. Vaxtımızı ilahi zikrlə keçirək. Belə etsək, boş fikirlərə yer qalmaz.

9. Gecə təkcə yatmaq üçün deyil. Onun bir hissəsini ibadət üçün ayırmaq lazımdır.

10. Bütün şərtlər ödəndikdə Allahın zikri böyük nəticələr verir. (Allah zikri təklikdə bəs etmir, səy, vəhdət, ixlas kimi digər şərtlər də ödənməlidir.)

11. Təkamülün ən üstün dərəcəsi razılıq məqamıdır. (Təkamülün dərəcələri var: Səbir, Allahı pak bilmək, Allaha həmd-səna, sitayiş, Allahın qəza-qədərindən razılıq.)

 

● Ayə 131:

﴿وَلَا تَمُدَّنَّ عَيْنَيْكَ إِلَى مَا مَتَّعْنَا بِهِ أَزْوَاجًا مِّنْهُمْ زَهْرَةَ الْحَيَاةِ الدُّنيَا لِنَفْتِنَهُمْ فِيهِ وَرِزْقُ رَبِّكَ خَيْرٌ وَأَبْقَى﴾

“Heç vaxt onlardan bir dəstəsinə verdiyimiz dünya malına göz dikmə. (Dünya malı) dünya həyatının bir cilvəsidir bununla onları sınamaq istəyirik. Rəbbinin ruzisi isə daha üstün daha davamlıdır.”

 

Nöqtələr

Nəql olunur ki, İmam Sadiq (ə) buyurmuşdur: “Gözü xalqın əlində olan kəsin qəm-qüssəsi uzanar, qeyzi yerində qalar.”[518]

Qurani-kərim dünya malını xeyir, fəzl, zinət saysa da[519] ona əsir olmağı məzəmmət edir. Çünki dünya həyatının ömrü çiçək tək qısadır və bir küləklə sona çatır.

Bildirişlər

1. Yalnız dünyanın bər-bəzəyinə uymayan insan Allahın razılıq məqamına çata bilər. (Bəli, maddiyyata vurğun insan daim əskiklik hiss edir və Allahdan razı qalmır.)

2. İnsan təbii şəkildə maddiyyata meyl göstərir. Amma bu meyl cilovlanmalıdır.

3. Əsarət və bağlılığın müqəddiməsi baxışdır.

 

 

Gözün , qəlbin , əlindən aman,

Könül bəndə düşür göz görən zaman.

 

4. Ümmətin rəhbərinin başqalarının malında gözü olmamalı, diqqəti maddiyyata, başqalarının dəbdəbəli həyatına yönəlməməlidir.

5. Maddi görüntülər hətta peyğəmbərlər üçün təhlükə yarada bilər.

6. Hər dünya malı və hər ləzzət vasitəsi ilahi nemət sayılmır.

7. Kafirlər arasında dünyadan ləzzət almayanlar da var.

8. Dünya görüntüləri heç zaman açmayan qönçə kimidir.

9. Dünya həyatının görüntüləri insan üçün sınaq vasitəsidir.

10. Başqalarının əlində olan yox, öz əlimizdə olanlar haqqında düşünək.

11. Ruzi vermək Allahın rübubiyyət şənindəndir.

12. İnsan öz ixtiyarında olanların hamısından faydalana bilmir. Bəzilərinin bütün imkanları olsa da, çox az şeylərdən istifadə edirlər.

13. İstənilən bir şeyi dəyərləndirmək üçün iki meyar var: Xeyirlilik və davamlılıq.

 

● Ayə 132:

﴿وَأْمُرْ أَهْلَكَ بِالصَّلَاةِ وَاصْطَبِرْ عَلَيْهَا لَا نَسْأَلُكَ رِزْقًا نَّحْنُ نَرْزُقُكَ وَالْعَاقِبَةُ لِلتَّقْوَى﴾

“Ailənə namazı əmr et. Özün bu işdə möhkəm ol. Biz səndən ruzi istəmirik, sənə ruzi veririk. (Yaxşı) aqibət təqva əhli üçündür.”

 

Nöqtələr

Çoxsaylı rəvayətlərdə bildirilir ki, bu ayə nazil olduqdan sonra Peyğəmbər (s) bir neçə ay ardıcıl Əli (ə) və Fatimənin (s) qapısını döyüb buyururdu: “Namaz!” Sonra həzrət “Təthir” ayəsini oxuyurdu.[520]

Həzrət Peyğəmbər (s) sıxıntıya düşdüyü vaxt bu ayəni oxuyar və ailəsinə namaz göstərişi verərdi.[521]

“İstəbir ələyha”, yəni həm namazın icrasında, həm də ona çağırışda möhkəm ol.

Bildirişlər

1. Əmr be məruf (yaxşılığa əmr) maddiyyat əsiri olmayanlara daha çox təsir göstərir.

2. İslam cəmiyyətinin rəhbəri öz ailəsindən xəbərsiz olmamalıdır.

3. Kişi öz ailəsinin etiqadına görə məsuliyyət daşıyır. Ailənin təkcə maddi ehtiyaclarını ödəmək yetərli deyil.

4. Əmr be məruf üçün ən mühüm ünvanlardan biri insanın ailəsi və yaxınlarıdır. (“Əhl” dedikdə təkcə ailə-övlad yox, bütün ev əhli nəzərdə tutulur.)

5. Təbliğatçı ilkin mərhələdə öz ailəsini doğru yola çağırmalıdır.

6. Tərbiyənin ilk mərhələsi ailə ocağında gerçəkləşir.

7. Bütün göstərişlər arasından namaz göstərişinə önəm verilməsi ailə üzvlərinin sığortalanma rəmzidir.

8. Dünya bağlılıqları və dəbdəbəsindən namaza sığınaq.

9. Namaz xeyir əməlin ən bariz nümunələrindəndir.

10. Namazın ailə üçün mühüm əhəmiyyəti var. Valideyn bu məsələyə diqqətli olmalıdır.

11. Əmr be mərufda davamlılıq və möhkəmlik şərtdir.

12. İbadətlərimizin Allaha heç bir faydası yoxdur. Namaz özümüz üçün faydalıdır.

13. Yaxşılığa çağırış ciddi olmalı, işin sonu açıqlanmalıdır.

14. Namaz paklıq və təqva üçün zəmin yaradır.

15. Xoş aqibət maddiyyat yox, ilahi təqva sayəsində əldə olunur.

 

● Ayə 133:

﴿وَقَالُوا لَوْلَا يَأْتِينَا بِآيَةٍ مِّن رَّبِّهِ أَوَلَمْ تَأْتِهِم بَيِّنَةُ مَا فِي الصُّحُفِ الْأُولَى﴾

“(Kafirlər) dedilər: «Nə üçün (Peyğəmbər) öz Rəbbi tərəfindən bizim üçün möcüzə nişanə gətirmir?» Məgər əvvəlki kitablarda onlar üçün aşkar dəlil nişanə gəlməmişdimi?!”

 

Nöqtələr

Müşriklər tələb edirdilər ki, İslam Peyğəmbəri (s) də həzrət Musa kimi möcüzələr göstərsin. Amma Allah-təala buyurur: “Quran möcüzəsinin bütün əvvəlki möcüzələrdən üstün olduğunu bilmirsinizmi?! Məgər həmin möcüzələr qarşısında inadkarlıq göstərmədilərmi?!”

Əvvəlki kitablar dedikdə Tövrat, İncil və Zəbur nəzərdə tutulur.

Bildirişlər

1. Bəhanə xarakterli tələblərə məhəl qoymamaq lazımdır. (Bu sayaq tələblər inadkar və təkəbbürlü insanlara aiddir. Onlar aşkar dəlili bir kənara qoyub, başqa tələblər irəli sürürlər.)

2. Əsas məsələ möcüzə yox, qarşı tərəfin qəbul ruhiyyəsidir.

 

● Ayə 134:

﴿وَلَوْ أَنَّا أَهْلَكْنَاهُم بِعَذَابٍ مِّن قَبْلِهِ لَقَالُوا رَبَّنَا لَوْلَا أَرْسَلْتَ إِلَيْنَا رَسُولًا فَنَتَّبِعَ آيَاتِكَ مِن قَبْلِ أَن نَّذِلَّ وَنَخْزَى﴾

“Əgər Biz onları (Peyğəmbərin (s) gəlişi Quranın nazil olmasından) əvvəl əzab göndərib həlak etsəydik deyərdilər: «Pərvərdigara! Nə üçün bizə peyğəmbər göndərmədin? Biz zəlil xar olmazdan öncə Sənin ayələrinə itaət edərdik.»”

 

Bildirişlər

1. Peyğəmbərlərin gəlişində məqsəd höccəti tamamlamaq, yetərli dəlillər gətirmək və bəhanəyə yer qoymamaqdır.

2. Qanun elan edilməmiş cəzalandırılmaq ədalətdən kənardır.

3. Xalq dinləsə də, dinləməsə də dinin təbliği vacibdir. Təbliğ olmayan yerdə insanların etiraz haqqları var.

4. Peyğəmbərlərə tabeçilik izzət və hörmət səbəbidir.

● Ayə 135:

﴿قُلْ كُلٌّ مُّتَرَبِّصٌ فَتَرَبَّصُوا فَسَتَعْلَمُونَ مَنْ أَصْحَابُ الصِّرَاطِ السَّوِيِّ وَمَنِ اهْتَدَى﴾

“De ki, (biz siz) hər birimiz intizardayıq. Gözləyin, tezliklə kimlərin doğru yolda olduğunu kimin hidayət tapdığını biləcəksiniz.”

Nöqtələr

“Doğru yol səhabələri” dedikdə məsum imamlar, “hidayət tapanlar” dedikdə onların ardıcılları nəzərdə tutulur.[522]

İmam Kazim (ə) uyğun ayə ilə bağlı buyurur: “Doğru yol bizim Qaimin (imam Mehdinin (ə)) yoludur. Yalnız ona itaət edənlər hidayət tapanlardır.[523]

Bildirişlər

1. Peyğəmbər xəbərdarlıq edib qorxutmağa vəzifəlidir.

2. Zaman və tarix bütün qaranlıqlara işıq salır.

3. Kafirlər özlərini doğru yolda sayırlar.

4. İslam ifrat və təfritdən uzaq olan orta məktəb, müsəlmanlar isə doğru yolu (hidayət) tapmış kəslərdir.

 


ƏNBİYA” SURƏSİ

(21-ci surə, 112 ayə)

On yeddinci cüz

“Ənbiya” surəsinin siması

112 ayədən ibarət olan “Ənbiya” surəsi Məkkə surəsidir. Surədə Allahın lütfünü qazanmış 16 peyğəmbərin əhvalatına işarə olunur. Bu surəni oxumağın bir sıra bərəkətləri var. Qiyamət hesabının yüngüllüyü, Peyğəmbərlə (s) görüş bu bərəkətlərdəndir. Bir şərtlə ki, surə eşqlə oxunsun, iman və əməl üçün müqəddimə olsun.[524]

Eləcə də, “Ənbiya” surəsində müjdədən daha çox xəbərdarlıqla rastlaşırıq.

 

﴿بسم الله الرحمن الرحيم﴾

bağışlayan və mehriban Allahın adı ilə

 

● Ayə 1:

﴿اقْتَرَبَ لِلنَّاسِ حِسَابُهُمْ وَهُمْ فِي غَفْلَةٍ مُّعْرِضُونَ﴾

“İnsanların hesab vaxtı yaxınlaşmışdır. Onlarsa qəflət içində arxa çevirmişlər!”

 

Nöqtələr

Sual: Məgər “qəflət” dedikdə bir şeyə diqqətsizlik, “arxa çevirmək” dedikdə isə bir şeyi görüb ondan üz döndərmək nəzərdə tutulursa, bu iki təbir ayədə yanaşı necə işlənmişdir?

Cavab: Qəflət və diqqətsizlik iki növdür:

a) Xəbərdarlıqla aradan qaldırılan qəflət;

b) Arxa çevirməklə sonuclanan qəflət. Yəni qafil şəxs özünü yatmış göstərib çağırışa cavab verməyən kəs kimi ayılmaq istəmir.

İnsanların əksəri məad və Qiyamət hesabından qəflətdə olduğu üçün Allah bu qəfləti bütün xalqa aid edir. Əlbəttə ki, bütün hallarda insanların bir qismi istisnadır. Hazırkı surənin 97-ci ayəsində insanlar qəflətdə olduqlarını öz dilləri ilə etiraf edirlər.

Qiyamət günü hesab məsələsinə bir baxış

Ayələrdən müəyyən nəticələr çıxarılır:

1. Bütün insanlar sorğu-suala çəkilər.[525]

2. Bütün əməllər hesaba çəkilər.[526]

3. Bütün hallar nəzərdən keçirilər.[527]

4. İnsanın hər bir bədən üzvü sorğuya çəkilər.[528]

5. İlahi nemətlər haqqında soruşular.[529]

6. Bütün işlər - harada olur olsun, nə ölçüdə olur olsun - səhnəyə gətirilər.[530]

Öncə namaz haqqında soruşular. Gənclik, ömür, qazanc yolu, xüsusi ilə rəhbərlik və vilayət kimi mühüm məsələlərin hesabı aparılar. Elə bircə bu yetər ki, Allah özü hesab aparsın.[531]

Bildirişlər

1. Xalqla hesab aparılması qəti bir məsələdir.

2. Qiyamət və hesab vaxtının uzaq olmasını düşünməyək.

3. Hesab bütün insanlara aiddir.

4. Nizam və hesab kamil həyat şərtləridir. (İnsan təsadüfən yaranmayıb, məqsədli şəkildə vücuda gətirilib.)

5. İnsanların diqqətini cəlb etmək üçün bəzən sərt və hədələyici halda danışmaq lazım gəlir.

6. İnsanlar qiyamət sorğusundan qəflətdə olsalar da bu sorğu özü onların sorağınca gəlir.

7. Etinasızlıqdan doğan qəflət təhlükəlidir.

 

● Ayə 2:

﴿مَا يَأْتِيهِم مِّن ذِكْرٍ مِّن رَّبِّهِم مُّحْدَثٍ إِلَّا اسْتَمَعُوهُ وَهُمْ يَلْعَبُونَ﴾

“Onlara Rəbbləri tərəfindən vaxt yeni bir xəbərdarlıq gəldisə, onu eşidib (yenə) əylənməyə başladılar.”

 

Nöqtələr

Allah kəlamının qədim və ya hadis (yeni) olma məsələsi abbasilər dövründə ortaya atılmış mövzulardandır. Bu mövzuda xeyli mübahisələr aparılmışdır. Uyğun mövzunun formalaşdırılmasında məqsəd, çox güman ki, xalqı zalım hakimlərlə qarşıdurmadan yayındırmaq olmuşdur. Şübhəsiz ki, Quran mahiyyətcə Allah elmindən qaynaqlanır və qədimdir. Peyğəmbərə nazil olan sözlər isə hadis (yeni) sayılır. İstənilən bir halda bu sayaq mübahisələr fərd və cəmiyyətin hansısa problemini həll etmir. İmamlarımız da bu sayaq mübarizələrdən çəkinmişlər.[532]

Bildirişlər

1. İlahi xəbərdarlıqlar davamlıdır və təkrarlanır.

2. Xəbərdarlıq və tərbiyə bir-biri üçün şərtdir.

3. Quran zikr səbəbidir.

4. Xəbərdarlıqda yenilik bir dəyərdir.

5. Dinləmək və anlamaq bəs etmir, qəbul və əməl etmək də lazımdır.

6. Qəflət və həqiqətdən kənarlaşmaq mənasız işlərə sövq edir.

7. Vəhy və ilahi zikrdən uzaq həyat oyun-oyuncaqdan başqa bir şey deyildir.

 

● Ayə 3:

﴿لَاهِيَةً قُلُوبُهُمْ وَأَسَرُّواْ النَّجْوَى الَّذِينَ ظَلَمُواْ هَلْ هَذَا إِلَّا بَشَرٌ مِّثْلُكُمْ أَفَتَأْتُونَ السِّحْرَ وَأَنتُمْ تُبْصِرُونَ﴾

“Halbuki onların qəlbləri (mənasız şeylərə) məşğuldur. Zülm edənlər məxfi şəkildə pıçıldaşırlar ki, «görən bu şəxs sizin kimi bir bəşərdir? Halbuki sehrə doğru getdiyinizi görürsünüz.»”

 

Bildirişlər

1. Mənasız işlərə məşğulluq insanın diqqətini qiyamət sorğusu kimi mühüm məsələlərdən yayındırır.

2. Azğın insanlar öz azğınlığına don geyindirirlər.

3. Nə qədər ki, qəlb Allah zikrindən uzaq düşməyib, insan ilahi ayələri əyləncə saymır.

4. Peyğəmbərin müxalifləri gizlində qurğu qurur, möcüzələri sehr-cadu sayırlar.

5. Kafirlər həqiqətləri ört-basdır etməklə özlərinə və ətrafdakılara zülm edirlər.

6. Zalımların peyğəmbərlərə böhtan atması peyğəmbər məktəbinin zülmə qarşı çıxdığını göstərir.

7. Peyğəmbərlər xalq arasında çox sadə bir həyat yaşamışlar.

 

● Ayə 4:

﴿قَالَ رَبِّي يَعْلَمُ الْقَوْلَ فِي السَّمَاءِ وَالأَرْضِ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ﴾

“(Peyğəmbər) dedi: «Mənim Rəbbim göydə yerdə olan bütün söhbətlərdən xəbərdardır. O, eşidən biləndir.»”

 

Bildirişlər

1. Peyğəmbərlər fitnə-fəsad və böhtanlarla qarşılaşdıqda Allaha təvəkkül edirlər.

2. Düşmənlər öz fitnə-fəsadlar