A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (yeddinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


9. Təzə iman gətirənlər üçün mürtədlik (dindən çıxma) təhlükəsi daha ciddidir.

10. Peyğəmbərin səhabəsi olmaq bəs deyil. Xoş aqibət və dini möhkəmlik zəruridir. (Allah Bəni-İsraili xilas etdi, onlara pak ruzi verdi. Amma yenə bədbəxt oldular.)

 

● Ayə 86:

﴿فَرَجَعَ مُوسَى إِلَى قَوْمِهِ غَضْبَانَ أَسِفًا قَالَ يَا قَوْمِ أَلَمْ يَعِدْكُمْ رَبُّكُمْ وَعْدًا حَسَنًا أَفَطَالَ عَلَيْكُمُ الْعَهْدُ أَمْ أَرَدتُّمْ أَن يَحِلَّ عَلَيْكُمْ غَضَبٌ مِّن رَّبِّكُمْ فَأَخْلَفْتُم مَّوْعِدِي﴾

“Musa qəzəbli pərişan halda qövmünün yanına qayıtdı. O dedi: “Ey mənim qövmüm! Rəbbiniz sizə xeyir vəd etməyibmi? (Mənim olmadığım) müddət sizə uzun gəldimi? Yoxsa Rəbbinizin qəzəbinə gəlmək istədiyiniz üçün mənimlə olan vədinizə xilaf çıxdınız?”

 

Nöqtələr

Bu ayədə iki vədə işarə olunur: Allah tərəfindən Tövratın nazil olması ilə bağlı vəd; Musadan sonra qardaşı Haruna itaətlə bağlı verilmiş vəd. Amma xalq buzovpərəstliyə üz tutub bu vədləri unutdu. Musa onları məzəmmət edərkən azğınlıqlarının səbəbini soruşdu: “Siz bilmədən yolunuzu azdınız, yoxsa bilərəkdən Allahın qəzəbinə üz tutdunuz? Bəlkə otuz gün əvəzində qırx gün olmamağım sizi çaşdırdı?”[478]

Bu ayədə də 81-ci ayədəki kimi ilahi qəzəbin nazil olmasından danışılır. Amma qəzəb səbəbi kimi birinci halda xalqın tüğyanı, ikinci halda xalqın əhdi pozması göstərilir. Bəni-İsrailin süqutu məhz bu amillərlə bağlı idi.

Bildirişlər

1. Hansısa azğınlıqdan xəbər tutan kimi dərhal reaksiya göstərin.

2. Dini qeyrət ilahi övliyaların bariz sifətlərindəndir. (Xalqın yolunu azması ilahi rəhbər və övliyaları qəmləndirir.)

3. Allahın razılığı yolunda qəzəb məzəmmət olunmur. Allah övliyalarını qəzəbləndirib pərişan edən xalqın yolunu azması və mənəvi büdrəməsidir.)

4. Münasib vaxtda xətakar məzəmmət olunmalıdır.

5. Rəhbərin bir müddət olmaması və yaxud proqramdakı cüzi dəyişikliklər azğınlıq və dindən kənarlaşma səbəbi olmamalıdır.

6. İrtica, dinsizlik və əhdi pozmaq Allahın qəhr-qəzəbi ilə nəticələnir.

7. Qəhr-qəzəb tərbiyə üsullarındandır.

8. Peyğəmbərlə əhdi pozmaq ilahi qəzəb amilidir. (Peyğəmbərlərlə xalq arasında öhdəçiliklər olmuşdur. Peyğəmbərlərin hökm və nümayəndələri ilə bağlı bu əhdlərə vəfa qılmaq lazımdır. Musa xalqdan Haruna itaətlə bağlı əhd almışdı.)

9. Peyğəmbərin canişini və nümayəndəsinə qarşı çıxmaq onun özünə qarşı çıxmaqdır. (Haruna itaətsizlik Musaya itaətsizlikdir.)[479]

10. Məzəmmət edərkən xilafkarlar üçün tövbə yolu saxlayın. (Musanın çoxsaylı suallarından belə bir nəticə alınır.)

 

● Ayə 77:

﴿قَالُوا مَا أَخْلَفْنَا مَوْعِدَكَ بِمَلْكِنَا وَلَكِنَّا حُمِّلْنَا أَوْزَارًا مِّن زِينَةِ الْقَوْمِ فَقَذَفْنَاهَا فَكَذَلِكَ أَلْقَى السَّامِرِيُّ﴾

“(İnsanlar Musaya) dedilər: «Biz öz istəyimizlə vədə xilaf çıxmadıq. Onun (Fironun) qövmünün bər-bəzəkləri ilə yüklənmişdik. Biz onları (oda) atdıq. Samiri bu sayaq (bizə) təlqin etdi.»”

 

Bildirişlər

1. Günahkarlar cəzadan qaçmaq üçün xaricdən məcburiyyət, sıxıntı kimi bəhanələr gətirirlər.

2. Haram mal haram işə sərf olar. (Fironçuların zülm yolu ilə əldə etdiyi bər-bəzəklər sonda buzovun düzəldilməsinə xərcləndi.)[480]

3. Dünyaya aid bir çox görüntülər, bər-bəzəklər və mal-mülk insan üçün dərd-bəladır.

4. Azğınlar xalqın öz sərmayəsindən onu azdırmaq, çirkin məqsədlərinə çatmaq üçün istifadə edirlər.

5. Zəif imanlı və müti cəmiyyət özü hər şeyi asanlıqla əldən verir.

6. Azğınların təlqini və sənəd nümayişləri cəmiyyətə təsirsiz qalmır.

7. Günahkar şəxs öz günahını başqasının boynuna atmağa çalışır.

8. Ən böyük zərbələr azğınlıq amillərinin özünə aiddir.

 

● Ayə 88:

﴿فَأَخْرَجَ لَهُمْ عِجْلًا جَسَدًا لَهُ خُوَارٌ فَقَالُوا هَذَا إِلَهُكُمْ وَإِلَهُ مُوسَى فَنَسِيَ﴾

“(Samiri) onlar üçün səs çıxaran erkək buzov heykəli düzəltdi. (Ardıcılları ilə birlikdə insanlara) dedilər: «Bu sizin Musanın tanrısıdır. «(Samiri Allahı Musanın bütün təlimlərini) unutdu.»”

 

● Ayə 89:

﴿أَفَلَا يَرَوْنَ أَلَّا يَرْجِعُ إِلَيْهِمْ قَوْلًا وَلَا يَمْلِكُ لَهُمْ ضَرًّا وَلَا نَفْعًا﴾

“Görmürlərmi ki, (buzovun) onlara heç bir cavabı yoxdur onlar üçün xeyir-zərər sahibi deyil?!”

 

Nöqtələr

Samirinin ustalıqlarından biri bu idi ki, buzovu xalqın gözü qarşısında düzəltmədi. Xalq birdən birə səs çıxaran buzov heykəli ilə üzbəüz qaldı.

Bəni-İsrailin ağlına da gəlmədi ki, əgər buzov pərəstişə layiqdirsə, onu düzəldən Samiriyə daha öncə pərəstiş edilməlidir.

Bildirişlər

1. Sosioloji və psixoloji əsaslara malik sənət əsəri daha təsirlidir. (Samirinin tez bir zamanda müvəffəqiyyət qazanmasının səbəbi onun cəmiyyətdəki bütpərəstlik və buzovpərəstlik zəminini və rəhbərin olmamasını nəzərə alması idi.)

2. Azğın insanın ixtiyarındakı sənət sərxoşun əlindəki xəncər kimidir. Samirinin buzovu da bu qəbildən idi.

3. Heykəltəraşlığın, metal əritmənin və tökməçiliyin uzun keçmişi var.

4. Hər bir ümmət və inqilabı hədələyən ən böyük təhlükə irtica, dinsizlik, azğın mədəniyyətdir.

5. Bütün insanların fitrətində allahpərəstlik var. Peyğəmbərlər doğru yol və həqiqi məbudu göstərirsə, samirilər insanları əyri yola və buzovpərəstliyə çağırırlar.

6. Haqpərəst rəhbəri böhtanla sıradan çıxardıqdan sonra onların ətrafını aradan götürmək asanlaşır.

7. İlahi göstərişləri unutmayın. Din rəhbərlərindən uzaq düşməyin nəticəsi azğınlıq və bədbəxtlikdir. (Qeyd olunur ki, Samiri Musanın tərəfdarlarından idi, sonradan onunla bağladığı əhdi unutmuşdu.)[481]

8. Peyğəmbər yolu dəlil və məntiq yoludur. (Ağıl deyir ki, insanın üz tutduğu məbud ona mənfəət verib, zərərdən qorumaq qüdrətinə malik olmalıdır.)

 

● Ayə 90:

﴿وَلَقَدْ قَالَ لَهُمْ هَارُونُ مِن قَبْلُ يَا قَوْمِ إِنَّمَا فُتِنتُم بِهِ وَإِنَّ رَبَّكُمُ الرَّحْمَنُ فَاتَّبِعُونِي وَأَطِيعُوا أَمْرِي﴾

“Əlbəttə, Harun (Musa gəlməmişdən) öncə onlara demişdi: “Ey mənim qövmüm! Siz onun (buzovun) vasitəsi ilə sınağa çəkilmisiniz. Həqiqətən, mənim Rəbbim Rəhman Allahdır. Mənə tabe olun göstərişlərimə itaət edin.”

 

● Ayə 91:

﴿قَالُوا لَن نَّبْرَحَ عَلَيْهِ عَاكِفِينَ حَتَّى يَرْجِعَ إِلَيْنَا مُوسَى﴾

“(Dindən çıxmış qövm Haruna) dedilər: «Musa yanımıza qayıdanadək bu yoldayıq. (Buzovpərəstlikdən əl çəkməyəcəyik).»”

 

Bildirişlər

1. Bəziləri o qədər süquta uğrayıb ki, nə ağılın, nə də peyğəmbərin göstərişlərinə məhəl qoymur.

2. Bəni-İsrail agah şəkildə doğru yoldan çıxıb dinə arxa çevirirdi.

3. Rəhbər və onun ardıcıllarının vəzifəsi bidəti ifşa edib höccəti tamamlamaq, bəhanəyə yer qoymamaqdır.

4. Peyğəmbərlər xalqa canıyanandırlar.

5. İnsanların sınağa çəkilməsi qəti ilahi sünnə, qanundur. Lakin sınaq vasitələri müxtəlif ola bilər.

6. Allahın lütf və mərhəmətinin yada salınması insanların düzəliş və tövbəsi üçün zəmin yarada bilər.

7. Peyğəmbərin canişini və nümayəndəsinə itaət vacibdir.

8. İlahi rəhbərlərə itaət insanları fitnə-fəsaddan qoruyan səbəbdir.

9. Peyğəmbərlərin fəryadı inadkar insanlara təsir göstərmir.

10. Bəni-İsrail düşünmək əvəzinə, şəxsiyyətə uyurdu.

 

● Ayə 92:

﴿قَالَ يَا هَارُونُ مَا مَنَعَكَ إِذْ رَأَيْتَهُمْ ضَلُّوا﴾

“(Musa qardaşının saç-saqqalından yapışıb) dedi: “Ey Harun! Onların yolunu azdığını gördüyün vaxt səni dayandırdı?”

 

● Ayə 93:

﴿أَلَّا تَتَّبِعَنِ أَفَعَصَيْتَ أَمْرِي﴾

“Yoxsa mənə itaət etmirsən? (Nə üçün xalqı xilas etmək üçün ardımca gəlmədin?) Yoxsa göstərişimə tabe olmadın?”

 

● Ayə 94:

﴿قَالَ يَا ابْنَ أُمَّ لَا تَأْخُذْ بِلِحْيَتِي وَلَا بِرَأْسِي إِنِّي خَشِيتُ أَن تَقُولَ فَرَّقْتَ بَيْنَ بَنِي إِسْرَائِيلَ وَلَمْ تَرْقُبْ قَوْلِي﴾

“(Harun) dedi: «(Ey qardaş,) ey anamın oğlu! Saç-saqqalımdan başımdan tutma. Həqiqətən, qorxdum deyəsən ki, Bəni-İsrail arasına təfriqə saldın, mənim sözlərimi nəzərə almadın!”

 

Nöqtələr

Həzrət Musa Tur dağından qayıtdıqdan sonra qövmünün doğru yoldan çıxdığını gördü. Onun qınağı üç istiqamətdə yönəldi: xalq, Harun, Samiri.

“Ətyəbul-bəyan” təfsirində bildirilir ki, Harun peyğəmbər və məsum olduğundan öz vəzifəsinə əməl etmişdi. Musanın ona ünvanlanmış məzəmmətləri “qızım sənə deyirəm, gəlin sən eşit” prinsipi ilə izah oluna bilər. Musa xalqın anlaması üçün Harunu qınayırdı.

“Təfsiri-Safi” mənbəsində nəql olunur ki, İmam Sadiq (ə) bu mövzu ilə bağlı buyurmuşdur: “Musa Harunu qınayırdı ki, nə üçün vəziyyəti dərhal ona xəbər verməyib. Ümumi düşüncəni hərəkətə gətirmək, cəmiyyətin ölülərini silkələmək üçün təbliğ gedişində yeni üsullara əl atmaq lazım gəlir. Məhz bu məqsədlə Musa öz məsum canişini ilə belə rəftar etdi. Həzrət Əli (ə) xütbə oxuduğu vaxt özünə möhkəm bir sillə vurdu.

Bildirişlər

1. Rəhbərlər xalqın büdrəmələrinə cavabdehdirlər.

2. Məsulların sükut və biganəliyi məzəmmətə layiqdir.

3. Pis sonluq dindarlıq üçün bəladır.

4. Bir peyğəmbər o biri peyğəmbərə tabe ola bilər.

5. Cəmiyyətə vahid müdiriyyət hakim olmalıdır.

6. Başqalarının qəzəbini soyutmaq üçün xoş sözlərdən istifadə edək.

7. Dindarlıq qohumcanlılıqdan mühümdür.

8. Dini qeyrət və təəssüb peyğəmbərlik şərtidir.

9. Müttəhimə müdafiə imkanı verək.

10. Kişinin saçı uzun ola bilər.

11. Ümmət arasındakı təfriqə təhlükəsi Harun peyğəmbəri də qorxutdu.

12. Vəhdəti qorumaq kiçik bir qrupu xilas etməkdən mühümdür.

13. Hər hansı qərar çıxararkən “əhəmiyyətli və daha əhəmiyyətli” (əhəmm və mühümm) prinsipini nəzərə almaq lazımdır.

14. İnqilabi hərəkatda maneələri nəzərə almaq, birtərəfli baxışdan çəkinmək lazımdır.

15. Təfriqə təhlükəsi azğınlıq önündə sükut təhlükəsindən daha böyükdür.

 

● Ayə 95:

﴿قَالَ فَمَا خَطْبُكَ يَا سَامِرِيُّ﴾

“(Sonra Musa Samiriyə) dedi: «Ey Samiri! Gördüyün bu böyük üçündür?»”

 

● Ayə 96:

﴿قَالَ بَصُرْتُ بِمَا لَمْ يَبْصُرُوا بِهِ فَقَبَضْتُ قَبْضَةً مِّنْ أَثَرِ الرَّسُولِ فَنَبَذْتُهَا وَكَذَلِكَ سَوَّلَتْ لِي نَفْسِي﴾

“(Samiri) dedi: «Mən başqalarının anlamadığı bir şey anladım. Rəsulun izlərindən bir ovuc götürdüm, onu (buzova) atdım. Nəfsim bu sayaq həmin işi mənə gözəl göstərdi. (Məni aldatdı.)»”

Nöqtələr

“Bəsurtu” dedikdə adətən cəm forması “əbsar” olan göz mənası yox, cəm forması “bəsair” olan anlamaq mənası başa düşülür.[482]

“Ehticaci-Təbərsi” kitabında bildirilir ki, Həzrət Əli (ə) Bəsrə şəhərini fəth etdiyi vaxt xalq onu dinləmək üçün bir yerə toplandı. Həmin vaxt deyilənləri qeyd edən Həsən Bəsri imamın diqqətini cəlb etdi.

İmam ona uca səslə müraciət edib buyurdu: “Nə edirsən?” Həsən Bəsri dedi: “Sizin dediklərinizi yazıram ki, başqalarına söyləyəm.” İmam buyurdu: ”Bilin ki, hər bir qövmün və cəmiyyətin öz Samirisi var. Ey Həsən, bu ümmətin Samirisi sənsən. Sən məndən peyğəmbərin əsərlərini (izlərini) götürün, öz istəyincə təfsir edib nəfsinin istəkləri əsasında yeni bir məktəb düzəldirsən.”[483]

“Əl-mizan”, “Furqan”, “Nümunə” təfsirlərində bildirilir ki, Samiri “rəsulun, izləri” dedikdə Musadan götürdüklərini nəzərdə tuturdu. O deyirdi ki, mən Musanın əsərlərindən bir miqdar götürüb mömin oldum, sonra onu boşlayıb buzov düzəltdim. Yəni bu işi görmək üçün başqalarının xəbərsiz olduqlarını anladım. Belə bir məna yuxarıdakı hədislə daha çox uyğundur.

Bildirişlər

1. Azğınlığı aradan götürmək üçün öncə onun köklərini araşdırmaq lazımdır.

2. İdeoloji düşmənlərlə mübarizə aparmaq lazımdır.

3. İnqilab zamanı xalq bütünlüklə dəyişmir, Samiri kimiləri öz çirkin niyyətlərini həyata keçirmək üçün fürsət gözləyirlər.

4. Bəzən azğın adamlar etiqadlı adamların bilmədiyini öyrənirlər.

5. Azğınlığa yol açanlar xalqın cəhalətindən istifadə edirlər.

6. Batil başçıları xalqı azdırmaq üçün hətta müqəddəsliklərdən sui-istifadə edirlər.

7. Azğın nəfs istəklərinə əsaslanan sənətkarlıq ən böyük təhlükələrdəndir.

8. Öncə öz nəfsinə aldanmayan insan başqalarını aldada bilməz.

 

 

 

 

 

 

 

● Ayə 97:

﴿قَالَ فَاذْهَبْ فَإِنَّ لَكَ فِي الْحَيَاةِ أَن تَقُولَ لَا مِسَاسَ وَإِنَّ لَكَ مَوْعِدًا لَّنْ تُخْلَفَهُ وَانظُرْ إِلَى إِلَهِكَ الَّذِي ظَلْتَ عَلَيْهِ عَاكِفًا لَّنُحَرِّقَنَّهُ ثُمَّ لَنَنسِفَنَّهُ فِي الْيَمِّ نَسْفًا﴾

“(Musa Samiriyə) dedi: «Çıx get. Həqiqətən sənin bu dünyada qazancın “mənə toxunmayın” deməyin olacaq. (Axirətdə) heç vaxt qurtula bilməyəcəyin bir yer var. (İndi) həmişə pərəstiş etdiyin məbuduna bax. Biz hökmən onu oda çəkərik. Sonra onun külünü dənizə səpərik.»”

 

● Ayə 98:

﴿إِنَّمَا إِلَهُكُمُ اللَّهُ الَّذِي لَا إِلَهَ إِلَّا هُوَ وَسِعَ كُلَّ شَيْءٍ عِلْمًا﴾

“(Ey mənim qövmüm,) həqiqətən, sizin məbudunuz Allahdır, Ondan başqa məbud yoxdur. Onun elmi hər şeyi əhatə edir.”

 

Nöqtələr

“Təfsiri-Məcməül-bəyan” və “Təfsiri-Safi”də nəql olunmuş bir hədisdə deyilir: Həzrət Musa Samirini öldürmək istəyirdi. Amma Allah ona buyurdu ki, Samiri səxavətli olduğu üçün bu işdən vaz keç. Ona görə də Musa onu Bəni-İsrail arasından qovdu.

“La misasə” təbiri kimsə ilə təmasa yol verməyən xəstəliyə tutulmaq mənasını bildirir. Sonda Samiri ruhi xəstəliyə düçar olub xalqdan uzaqlaşdı.

Kim ona yaxınlaşırdısa, Samiri “məndən uzaq ol” deyə fəryad edirdi.[484]

Həzrət Musa Samiri üçün bir neçə cəza təyin etdi: qovulma, nifrin, axirət əzabı ilə hədələmə, buzovun yandırılması.

Bildirişlər

1. Günah sübuta yetdikdən sonra günahkar cəzalandırılmalıdır.

2. Nəhy əz münkərin (pisliyə qadağanın) mərhələlərindən biri günahkarların və kafirlərin qovulmasıdır.

3. Azğın əqidə sahibləri cəmiyyətdən çıxarılmalıdır. Düşüncə azadlığı dedikdə xalqı doğru yoldan çəkindirən azğınları azad buraxmaq nəzərdə tutulmur.

4. Peyğəmbərlər qeyb elmi əsasında fərdlərin gələcəyindən xəbər verirlər.

5. Bəzi xəstəliklər ilahi qəzəbdir.

6. Dünyəvi cəza adətən axirət cəzasını yüngülləşdirsə də, puç əqidə yayanlara münasibətdə belə olmur.

7. Dünyəvi cəzalardan qaçmaq mümkün olsa belə, axirət əzabı və ilahi qəzəbdən qurtuluş yolu yoxdur.

8. Ən pis günah günahın israrıdır. (Samiri özü də buzova pərəstiş edirdi.)

9. Günah vasitələri, azğın əsərlər məhv edilməlidir. (İslam Peyğəmbəri (s) fitnəkarlıq məqsədi ilə tikilmiş Zirar məscidinin uçurulmasına göstəriş verdi.)

10. Küfr və şirkə aparan əsərlər xalqın gözü qarşısında məhv edilməlidir.

11. Xalqın əqidəsini qorumaq qızıl-gümüşü qorumaqdan mühümdür. Bəzən pisliklə mübarizə yolunda qiymətli əşyanı fəda vermək lazım gəlir.

12. Dini qeyrət və azğınlıq qarşısında qətiyyət rəhbər üçün zəruri səciyyələrdir. (Qızıl buzovu yandırıb külünü dəryaya səpmək Musanın qəti qərarı idi.)

13. Sübut etmək lazımdır ki, müvəqqəti ömürlü şeylər pərəstişə layiq deyil.

14. Batili məhv etdikdən sonra haqqı bəyan edin.

15. Yalnız hər şeyə elmi əhatəsi olan Allah ibadətə layiqdir.

 

● Ayə 99:

﴿كَذَلِكَ نَقُصُّ عَلَيْكَ مِنْ أَنبَاء مَا قَدْ سَبَقَ وَقَدْ آتَيْنَاكَ مِن لَّدُنَّا ذِكْرًا﴾

“(Ey peyğəmbər,) Biz bu sayaq keçmişin xəbərlərini sənə nəql edirik. Həqiqətən, Biz sənə Öz tərəfimizdən zikr (Quran) vermişik.”

 

Nöqtələr

Peyğəmbərlərin tarixinin nəqlində bir çox bərəkətlər var. O cümlədən: Elm və agahlığın çox olması, bəsirət əldə olunması və səadət yolunun tapılması, xalqın tənbih və xəbərdar edilməsi, möminlər üçün müjdə və təsəlli.

Bildirişlər

1. Tarixin nəqli Quranın tərbiyə üsullarından biridir.

2. Quran dastanları ən üstün və ən düzgün dastanlardır. Çünki bu dastanları Allah nəql edir, dinləyici peyğəmbərdir və nə deyilirsə həqiqətdir.

3. Tarixi nəql edərkən həyati əhəmiyyəti olmayan xırdalıqların bəyanından çəkinin.

4. Hər tarixi xəbər yox, yalnız mühüm xəbərlər nəql olunmalıdır.

5. Tarix əyləncə yox, ibrət vasitəsidir.

5. Quran mühüm yaddaş və yada salandır.

7. Tarix və Quran dastanlarının qaynağı oradan-buradan eşidilənlər yox, ilahi vəhydir.

 

● Ayə 100:

﴿مَنْ أَعْرَضَ عَنْهُ فَإِنَّهُ يَحْمِلُ يَوْمَ الْقِيَامَةِ وِزْرًا﴾

“Kim ondan (zikrdən) üz döndərsə, hökmən, qiyamət günü üzərinə ağır bir yük götürəcək. ”

 

● Ayə 101:

﴿خَالِدِينَ فِيهِ وَسَاء لَهُمْ يَوْمَ الْقِيَامَةِ حِمْلًا﴾

“(Onlar) həmin vəziyyətdə həmişəlik qalacaqlar. Bu, qiyamət günü onlar üçün necə pis yükdür.”

 

● Ayə 102:

﴿يَوْمَ يُنفَخُ فِي الصُّورِ وَنَحْشُرُ الْمُجْرِمِينَ يَوْمَئِذٍ زُرْقًا﴾

“Elə bir gün ki, sur üfürülər Biz həmin gün günahkarları gözləri bulaşıq halda səhnəyə gətirərik.”

 

● Ayə 103:

﴿يَتَخَافَتُونَ بَيْنَهُمْ إِن لَّبِثْتُمْ إِلَّا عَشْرًا﴾

“Onlar öz aralarında astadan danışarlar ki, siz (dünyada) bir neçə (on) gündən artıq qalmadınız.”

 

Nöqtələr

“Himl” və “həml” sözlərinin lüğət mənaları eynidir. Amma “himl” dedikdə zahiri yük, “həml” dedikdə batini yük nəzərdə tutulur. Məsələn, ana bətnindəki körpə “həml” adlanır.

“Zurq” dedikdə ağ və qara rəngin qarışığı nəzərdə tutulur. Məsələn, kül rəngi bu qəbildəndir. Və insanın korluğuna, qorxusuna, rənginin qaçmasına işarə ola bilər.

“Sur” sözü ya buynuz, ya da surətlər mənasını bildirir. İkinci mənaya əsasən ölülərin dirilməsi üçün onların üzlərinə üfürülmə nəzərdə tutulur.

Qurani-məciddə iki üfürmə qeyd olunur. Birinci üfürmədə bütün canlı mövcudlar ölər, ikinci üfürmədə bütün insanlar hesab üçün ayağa qaldırılar.[485] “Sur üfürülər” dedikdə qiyamət günündəki ikinci üfürmə nəzərdə tutulur.

Bildirişlər

1. İnsan yol seçimində azad buraxılıb. O həm haqqı, həm də batili qəbul edə bilər.

2. İlahi zikrdən uzaqlıq təkcə dünya bədbəxtliyi ilə yox, həm də axirət bədbəxtliyi ilə sonuclanır.[486]

3. Qiyamət yükünün təhlükə və ağırlığı kimsəyə məlum deyil.

4. Qiyamətdə günahkar şəxs ya kor və üzü qara məhşur olar, ya da qorxudan gözləri bozarar.

5.Dünya həyatının uzunluğu axirət həyatı ilə müqayisədə bir neçə gün kimi görünür.

 

● Ayə 104:

﴿نَحْنُ أَعْلَمُ بِمَا يَقُولُونَ إِذْ يَقُولُ أَمْثَلُهُمْ طَرِيقَةً إِن لَّبِثْتُمْ إِلَّا يَوْمًا﴾

“(Əlbəttə) Biz onların dediklərini daha yaxşı bilirik. Onlar arasında ən yaxşı rəftarı olanlar deyər: “Siz bir gündən çox yubanmadınız!”

 

Nöqtələr

Qiyamət o qədər əzəmətlidir ki, insan həmin səhnəni gördükdən sonra dünya ömrünü yarım, bir, ən çoxu on gün zənn edir. Quran müxtəlif zümrələrin dilindən dünya həyat