A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (yeddinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


“Onlar öz işləri ilə bağlı çəkişir, xəlvəti pıçıldaşırdılar.”

 

Bildirişlər

1. Möcüzəni sehr saymaq Allaha qarşı iftiradır.

2. Möcüzədən öncə xalqa xəbərdarlıq etmək zəruridir. Möcüzədən öncə Musa xalqa müraciət etdi.

3. Allaha qarşı iftira yaxan kəs dünyada nakam qalası, axirətdə ağır əzabla cəzalandırılasıdır.

4. Yalan və iftira ilə heç vaxt məqsədə çata bilmərik.

5. Haqq qarşısında dayanan kəs həlak olar.[462]

6. Siz əmr be məruf və nəhy əz münkər edin. Sizin yaxşılığa əmr, pisliyə qadağanız bir dəstəyə təsir etməsə də, digər bir dəstədə tərəddüd yaradar.

7. Düşmənlər öz aralarındakı ixtilafı gizlədirlər.

 

● Ayə 63:

﴿قَالُوا إِنْ هَذَانِ لَسَاحِرَانِ يُرِيدَانِ أَن يُخْرِجَاكُم مِّنْ أَرْضِكُم بِسِحْرِهِمَا وَيَذْهَبَا بِطَرِيقَتِكُمُ الْمُثْلَى﴾

“(Fironçular) dedilər: “Həqiqətən, bu iki nəfər (Musa Harun) şübhəsiz, cadugərdir. Onlar öz sehrləri ilə sizi məmləkətinizdən çıxarmaq, üstün ayinlərinizi aradan götürmək istəyirlər.”

 

● Ayə 64:

﴿فَأَجْمِعُوا كَيْدَكُمْ ثُمَّ ائْتُوا صَفًّا وَقَدْ أَفْلَحَ الْيَوْمَ مَنِ اسْتَعْلَى﴾

“Qurğularınızı cəmləyin, sonra bir cərgəyə düzülün. Şübhəsiz, bu gün qələbə üstünlük əldə edən kəsindir.”

 

Nöqtələr

Məsulların və hakimlərin xalqın hansı etiqadda olmasında mühüm rolu var. Firon 57-ci ayədə Musaya deyirdi: “Sən sehr yolu ilə bizi məmləkətimizdən çıxarmaq istəyirsən.” Bu ayədə isə eyni sözləri Fironun tərəfdarları təkrarlayırlar.

İlahi insanların məntiqinə əsasən qələbə təqvalılara, pəhrizkarlara məxsusdur.[463] Dünyanın super güclərinin şüarı üstünlük və hakimlikdir.

Bildirişlər

1. Zalım hakimlər xalqı ilahi insanlara qarşı qaldırmaq üçün onları milli ayinlərə müxalif kimi tanıtdırırlar.

2. Malikiyyət (mülk sahibliyi) təbii bir istəkdir. İnsanlar bu istəyə qarşı çıxanlarla mübarizə aparır. (Vətən sevgisi bütün insanlarda mövcud olan fitri istəkdir.)

3. Vəhdət qələbə, ixtilaf isə süqut rəmzidir. Fironçular bütün köməkçilərini həmkarlığa və qüvvələrin səfərbərliyinə çağırdılar.

4. Nizam-intizam düşməni qorxuya salan amillərdəndir.

5. Düşmənlər haqqı aradan götürmək üçün bir məqsəd ətrafında toplanır və bütün hərəkətlərini uyğunlaşdırırlar.

 

 

 

 

 

 

● Ayə 65:

﴿قَالُوا يَا مُوسَى إِمَّا أَن تُلْقِيَ وَإِمَّا أَن نَّكُونَ أَوَّلَ مَنْ أَلْقَى﴾

“(Sehrbazlar) dedilər: “Ey Musa! Sən (əsanı) atırsan, yoxsa əvvəlcə biz ataq?”

 

● Ayə 66:

﴿قَالَ بَلْ أَلْقُوا فَإِذَا حِبَالُهُمْ وَعِصِيُّهُمْ يُخَيَّلُ إِلَيْهِ مِن سِحْرِهِمْ أَنَّهَا تَسْعَى﴾

“(Musa) dedi: «Bəlkə siz atasınız. (Onlar öz qurğularını ortaya atdıqda) sehrləri nəticəsində Musaya elə göründü ki, onların kəndirləri əsaları hərəkət edir.»”

 

● Ayə 67:

﴿فَأَوْجَسَ فِي نَفْسِهِ خِيفَةً مُّوسَى﴾

“Musa qorxduğunu hiss etdi. (Məbada, xalq bu sehrə aldana!)”

Nöqtələr

“Həbl” sözünün cəm forması olan “hibal” sözü kəndir mənasını bildirir. “İsiyy” sözü isə əsa sözünün cəm formasıdır.

“Əvcəs” dedikdə gizli səs mənası anlaşılır.

Həzrət Əli (ə) “Nəhcül-bəlağə”nin 6-cı xütbəsində “fəəvcəsə fi nəfsihi” təbiri ilə bağlı buyurur: “Musa qorxurdu ki, sehr cahil xalqa təsir etsin.”

Bildirişlər

1. Azad buraxmaq haqlılıq nişanəsi deyil. (Fironun tərəfdarları və sehrbazlar Musanı iki yoldan birini seçməkdə azad buraxdılar.)

2. Müxaliflərə əməli azadlıq icazəsi verək, sonra möhkəm və məntiqi cavabla onları rədd edək.

3. Cavab vermək və nöqsanı aradan qaldırmaq üçün şübhə təlqininə icazə var.

4. Sehr əşyanın mahiyyətini dəyişmir. Sehr nəticəsində sadəcə görüntülər dolaşır və insanın idrakına təsir göstərir.

5. Rəhbərlər öz nigarançılıqlarını düşmənə hiss etdirməməlidir.

6. Peyğəmbər də digər insanlar kimi fərqli ruhiyyələrdə olur.

 

● Ayə 68:

﴿قُلْنَا لَا تَخَفْ إِنَّكَ أَنتَ الْأَعْلَى﴾

“Biz (Musaya) dedik: «Qorxma! Həqiqətən, sən özün üstünsən.»”

 

● Ayə 69:

﴿وَأَلْقِ مَا فِي يَمِينِكَ تَلْقَفْ مَا صَنَعُوا إِنَّمَا صَنَعُوا كَيْدُ سَاحِرٍ وَلَا يُفْلِحُ السَّاحِرُ حَيْثُ أَتَى﴾

“Sağ əlində olanı at, qoy onların bütün düzəltdiklərini udsun. Həqiqətən, onların hazırladıqları sehrbaz hiyləsidir. Sehrbaz haraya getsə müvəffəq olmaz.”

 

● Ayə 70:

﴿فَأُلْقِيَ السَّحَرَةُ سُجَّدًا قَالُوا آمَنَّا بِرَبِّ هَارُونَ وَمُوسَى﴾

“(Musanın möcüzəsini, bütün qurğularının necə udulduğunu gördükdə) sehrbazlar səcdəyə düşdülər dedilər: “Biz Harunun Musanın Rəbbinə iman gətirdik.”

 

Nöqtələr

Musanın gördüyü işin sehr-cadu olmadığını anlayan sehrbazlar ixtiyarsız olaraq səcdəyə düşdülər. Sübh vaxtı kafirlər cərgəsində olan sehrbazlar qürub vaxtı şəhidlər toplumuna qatıldılar. Onlar Harun və Musanın Rəbbinə iman gətirdiklərini bildirməklə yanlış yolda olduqlarını etiraf etdilər. Firon özünü xalqın rəbbi sayırdı. Sehrbazlar “Harunun və Musanın Rəbbi” deməklə başqa bir sui-istifadənin də qarşısını aldılar. Əgər onlar “Musanın Rəbbi” desəydilər, Firon iddia edərdi ki, Musanı mən tərbiyə etmişəm. Bu səbəbdən də sehrbazlar öncə Harunun, sonra Musanın adını çəkdilər.[464]

Allah Öz peyğəmbərlərinə heç bir şərt qoymadan üstünlük vəd edir. Möminlərə isə yalnız imana vəfa şərti ilə üstünlük vəd olunur.[465] Peyğəmbərlər daim vəfalı olduğu halda, möminlər yolunu aza da bilər. Bu səbəbdən də Allah möminləri imana vəfa şərti ilə üstün sayır.

Bildirişlər

1. Nigarançılıq çox olan yerdə daha çox təkidə ehtiyac duyulur.

2. Təlqin ruhiyyəni gücləndirən amildir.

3. Höcətkeşə onun sözlərinə uyğun şəkildə, öz dilində cavab vermək lazımdır.

4. Haqq batili puça çıxarır.

5. Təkcə həzrət Musa dövrünün sehrbazları yox, bütün sehrbazlar bədbəxt olmuşlar.

6. Sağlam və qeyri-inadkar fərdlər həqiqət aydınlaşan kimi onu qəbul edirlər. (Sehrbazlar sanki daxilən səcdəyə məcbur edildilər.)

7. İnsan bir anda qərarını dəyişib, yeni əqidə seçə bilən mövcuddur.

8. Tövbə yolu hamının üzünə açıqdır. Şirkin tövbəsi Allaha iman gətirməkdir. Hər çaşqın insanı pis saymayaq, həmin şəxs tövbə edə bilər.

9. İnsanlar əqidə seçimində azad buraxılıb və mühitə tabe deyil.

10. Səcdə əminlik nişanəsidir. Səcdəsiz iman olmur.

11. Sehrbazlar bir cümlə ilə tövhid və nübüvvətə imanlarını izhar etdilər.

 

● Ayə 71:

﴿قَالَ آمَنتُمْ لَهُ قَبْلَ أَنْ آذَنَ لَكُمْ إِنَّهُ لَكَبِيرُكُمُ الَّذِي عَلَّمَكُمُ السِّحْرَ فَلَأُقَطِّعَنَّ أَيْدِيَكُمْ وَأَرْجُلَكُم مِّنْ خِلَافٍ وَلَأُصَلِّبَنَّكُمْ فِي جُذُوعِ النَّخْلِ وَلَتَعْلَمُنَّ أَيُّنَا أَشَدُّ عَذَابًا وَأَبْقَى﴾

“(Firon bütün planlarının boşa çıxdığını görüb sehrbazlara) dedi: «Mən sizə icazə verməmiş ona iman gətirdiniz? Şübhəsiz, o sizin başçınızdır, sizə sehr öyrədib. Əl-ayaqlarınızı çarpaz kəsəcək, sizi xurma ağacının budaqlarından asacağam. Tezliklə kimin işgəncəsinin daha ağır olduğunu biləcəksiniz.»”

 

Nöqtələr

61-ci ayədə Musa fironçuları əzabla qorxutdu. Bu ayədə isə Firon deyir: “Tezliklə kimin əzabının daha ağır olduğunu görəcəksiniz.”

Bildirişlər

1. Allah istəsə, pisdən də xeyir gəlir. Firon həqiqəti aradan götürmək üçün bütün mütəxəssisləri bir yerə topladı. Amma oraya cəm olanların hamısı Musanın vasitəsi ilə hidayət oldu.

2. Zalım quruluşda çıxıntı hakimdir, xalq hətta əqidə azadlığından məhrumdur.

3. Hədə-qorxu və böhtan zalım hakimlərin qaydasıdır.

4. Peyğəmbərlər insanların ruhu üzərində işləyir. Zalım hakimlər isə insanların cisminə zərbə vurmaqla intiqam alır. Onlar anlamırlar ki, işgəncə və qətl yolu ilə xalqın etiqadını dəyişmək olmaz.

5. Təkəbbürlü zalımlar özlərini əbədi bilirlər.

 

● Ayə 72:

﴿قَالُوا لَن نُّؤْثِرَكَ عَلَى مَا جَاءنَا مِنَ الْبَيِّنَاتِ وَالَّذِي فَطَرَنَا فَاقْضِ مَا أَنتَ قَاضٍ إِنَّمَا تَقْضِي هَذِهِ الْحَيَاةَ الدُّنْيَا﴾

“(İman gətirmiş sehrbazlar Firona) dedilər: «Biz heç vaxt bizi yaratmış kəsdən bizim üçün gəlmiş möcüzələrdən səni üstün tutmayacağıq. İstədiyin hökmü ver. Sən yalnız dünya həyatında hökm verirsən.”

 

● Ayə 73:

﴿إِنَّا آمَنَّا بِرَبِّنَا لِيَغْفِرَ لَنَا خَطَايَانَا وَمَا أَكْرَهْتَنَا عَلَيْهِ مِنَ السِّحْرِ وَاللَّهُ خَيْرٌ وَأَبْقَى﴾

“Həqiqətən, biz Rəbbimizə iman gətirdik ki, xətalarımızı, bizi vadar etdiyin sehrləri bizə bağışlasın. Allah daha üstün əbədidir.”

 

Nöqtələr

“Xətiə” sözünün cəm forması olan “xətaya” sözü bilərəkdən yol verilən günahlar mənasını ifadə edir.[466]

“Ma əkrəhtəna ələyhi minəs-sihr”, yəni biz Allahdan sənin məcbur etdiyin xətalara görə bağışlanma diləyirik. “Sehrə məcburiyyət” dedikdə sehrbazların bir yerə toplanması və sehr göstərməyə vadar edilməsi nəzərdə tutulur.

Allah yolunda canından keçən kəs hər an inkişafdadır. Sehrbazlar bu ayələrdə Allahı üç təbirlə xatırlamışdır.

İmam Sadiqdən (ə) nəql olunmuş hədisdə oxuyuruq: “Özünü başqalarından üstün bilən hər kəs təkəbbür əhlidir.” İmamdan soruşdular ki, “özünü günahkarlardan üstün sayan pak insanlar da təkəbbür əhli sayılırmı?” İmam sehrbazların iman gətirməsi mövzusunu bəyan etdi və buyurdu: ”İnsan bəzən bir neçə anda fikrini dəyişir. Buna görə də özünüzü üstün saymayın. Çünki işin sonundan xəbərsizsiniz.”[467]

Bildirişlər

1. İnsanlar əqidə və iman seçimində azad buraxılıblar. İnsanların əqidəsini zorla dəyişmək olmaz.

2. Elə edin ki, düşmənlər sizdən ümidlərini üzsünlər.

3. İman insana qüdrət və cürət verir. Sehrbazlar iman gətirdikdən sonra Firona qarşı çıxdılar.

4. Məntiq və bəsirətə əsaslanan iman dəyərlidir.

5. Dünyanın super gücləri həqiqi möminlərin gözündə aciz və dəyərsizdirlər.

6. İlahi dəyərlərin müdafiəsi yolunda insanın candan keçməyə hazırlığı gerçək iman nişanəsidir.

7. İmansız insan zalım rejimin hədiyyələrinə meyl göstərir. Həqiqi mömin isə Allahdan savay nə varsa kiçik və dəyərsiz sayır.

8. İlahi əfvə nail olmaq üçün ilk addım Allaha iman gətirməkdir.

9. Sehr-cadu günahdır və bu işi görən tövbə etməlidir.

10. Zalım hakimlər xalq arasındakı mütəxəssislərdən sui-istifadə edirlər.

11. Düşmənlə düşmən kimi davranın. Firon özünü öydüyü vaxt iman gətirmiş sehrbazlar Allahı öydülər.

 

● Ayə 74:

﴿إِنَّهُ مَن يَأْتِ رَبَّهُ مُجْرِمًا فَإِنَّ لَهُ جَهَنَّمَ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيى﴾

“Həqiqətən, Rəbbinin yanına günahkar kimi gələn hər kəs üçün cəhənnəm var. Orada ölər, nə yaşayar.”

 

● Ayə 75:

﴿وَمَنْ يَأْتِهِ مُؤْمِنًا قَدْ عَمِلَ الصَّالِحَاتِ فَأُوْلَئِكَ لَهُمُ الدَّرَجَاتُ الْعُلَى﴾

“İman gətirib saleh işlər görən halda gəlmiş kəslər üçün ali üstün dərəcələr var.”

 

● Ayə 76:

﴿جَنَّاتُ عَدْنٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا وَذَلِكَ جَزَاء مَن تَزَكَّى﴾

“Altından çaylar axan əbədi bağlar! Onlar həmişə orada qalacaqlar. Bu, özünü paklayanların mükafatıdır.”

 

Nöqtələr

Sehrbazlar iman gətirdikdən sonra Firona dedilər: “Sənin işgəncələrin, qətl hökmün bu bir neçə günlük dünyaya aiddir. Allahın qəhr-qəzəbi və ya lütfü isə daimidir. Cəhənnəmə düşən hər bir kəs orada əbədi qalasıdır. Behişt əhli də behiştdə əbədidir.

Möminin yeri behiştdir. Behiştdəki dərəcə isə insanın nə həddə paklanmasından asılıdır. İnsan çalışmalı, bütün yönümlərdə özünü çirkinliklərdən təmizləməlidir. Ruhu azğın əqidələrdən, əxlaqı çirkin adətlərdən, cismi bulaşıqlıqlardan, əməl və rəftarları çirkin işlərdən paklamaq mühümdür.

Bildirişlər

1. Tövbə etməyən şəxs qiyamət səhnəsinə günahkar kimi gətirilər. (Sehrbazlar dedilər: “Biz iman gətirdik ki, Allah bizim tövbələrimizi qəbul edib bağışlasın.” Sonra əlavə etdilər ki, Allahın hüzuruna günahkar gələn kəs cəhənnəmə düşəsidir.)

2. Günahdan da pisi günahkar halda ölməkdir.

3. İnsan öz imanını ömrünün son anınadək qorumalıdır.

4. İnsan əqidə seçimində azad buraxılıb.

5. İman saleh əməldən ayrı deyil.

6. Həqiqi mömin hər bir saleh iş üçün amildir.

7. Behiştin silsilə mərhələləri var.

8. Paklanma behiştin açarıdır.

9. Mömin özünütərbiyə və paklanma əhlidir.

 

● Ayə 77:

﴿وَلَقَدْ أَوْحَيْنَا إِلَى مُوسَى أَنْ أَسْرِ بِعِبَادِي فَاضْرِبْ لَهُمْ طَرِيقًا فِي الْبَحْرِ يَبَسًا لَّا تَخَافُ دَرَكًا وَلَا تَخْشَى﴾

“Həqiqətən, Biz Musaya vəhy etdik ki, bəndələrimizi gecə (Misirdən) yola çıxar. Onlar üçün dərya arasından quru bir yol ki, nə təqibdən qorxasan, nə (qərq olmaqdan) çəkinəsən.”

 

● Ayə 78:

﴿فَأَتْبَعَهُمْ فِرْعَوْنُ بِجُنُودِهِ فَغَشِيَهُم مِّنَ الْيَمِّ مَا غَشِيَهُمْ﴾

“Firon öz qoşunu ilə onların ardınca getdi. Dərya onları bürüdü bütünlüklə qərq etdi.”

 

● Ayə 79:

﴿وَأَضَلَّ فِرْعَوْنُ قَوْمَهُ وَمَا هَدَى﴾

“Firon öz qövmünü azdırdı doğru yola aparmadı.”

 

Nöqtələr

Sehrbazlar və Misir camaatı Musaya iman gətirdiyi vaxt Fironun hədələrindən çəkinmədi. Beləcə, ilahi yardım yolu açıldı. Musaya xitab olundu ki, camaatı gecə vaxtı Misirdən yola çıxarsın, onlar üçün dəryadan yol açılıb və Fironun şərindən qorunublar.[468]

“İsra” sözü gecə vaxtı hərəkət mənasını bildirir. Öncə suyu olmuş, sonradan qurumuş yer “yəbəs” adlanır. “Dərək” dedikdə insanı yaxalamış zərər, “ibadi” dedikdə Bəni-İsrail nəzərdə tutulur.

Bildirişlər

1. Peyğəmbərlərin hərəkəti və mübarizə üsulu ilahi vəhyə əsaslanır.

2. Qürbətdə izzət vətəndə zillətdən üstündür.

3. Əgər çirkin mühiti dəyişə bilmiriksə, heç olmasa həmin mühitdən uzaqlaşaq.

4. Peyğəmbərlərin göndərilməsində məqsədlərdən biri insanları zalım hakimlərin şərindən qurtarmaqdır.

5. Zalıma qarşı ilk addım onun ətrafını boşaltmaqdır.

6. Allah məhrumların yardımçısıdır.

7. Xalqın hidayət və idarəçiliyi ilahi rəhbərlərin vəzifəsidir.

8. Musanın möcüzəsi cəmiyyəti elə silkələdi ki, Firon özü onları təqib etməyə məcbur oldu.

9. Dərya da təbiətin bir hissəsi olaraq Allahın qəhrinə və ya mehrinə tabedir.

10. Cəmiyyət rəhbərlərinin və hakimlərin xalqın hansı yolu tutmasında mühüm rolu var.

11. Azğın şüarları cavabsız qoymayaq. Firon öz əməl və rəftarlarına görə lazımınca cavab aldı. O nəinki xalqı doğru yola çəkmədi, əksinə azğınlığa sürüklədi.

 

● Ayə 80:

﴿يَا بَنِي إِسْرَائِيلَ قَدْ أَنجَيْنَاكُم مِّنْ عَدُوِّكُمْ وَوَاعَدْنَاكُمْ جَانِبَ الطُّورِ الْأَيْمَنَ وَنَزَّلْنَا عَلَيْكُمُ الْمَنَّ وَالسَّلْوَى﴾

“Ey Bəni-İsrail! Həqiqətən, Biz sizi düşmənlərdən qurtardıq. Sizinlə Tur dağının sağında vədələşdik. Sizin üçün «mənn» və «səlva» (kimi qidalar) nazil etdik.”

Nöqtələr

Bəni-İsrailin Fironun sitəmindən xilas edilməsi və onlara “mənn” və “səlva” kimi qidalar verilməsi Quranda dəfələrlə yada salınmış mövzulardandır.

Zahirən “mənn” bal, “səlva” əti halal və dadlı quş növüdür.

Turun sağ tərəfində vədələşmə dedikdə, həzrət Musanın Bəni-İsraildən olan bir qrupla Tura getməsi və orada Tövrat lövhələrinin Musaya nazil olması nəzərdə tutulur.

Bildirişlər

1. İlahi nemətlərin yada salınması peyğəmbərlik vəzifələrindən biri, insanın inkişaf və təşəkkülü üçün zəmindir.

2. Azadlıq və əmin-amanlıq Allahın böyük nemətlərindəndir və digər nemətlərdən istifadə üçün zəmindir.

3. Zalım rejimin süqutundan və yeni hökumət təşkil olunduqdan sonra ilkin ehtiyac qanundur. (Allah Tövrat və ilahi qanun əta edəcəyini vəd vermişdir.)

4. Bütün lütflər Allah tərəfindəndir.

5. Mənəvi nemət maddi nemətdən öndə gəlir. Öncə Tövrat, sonra qidalar yada salınır.

 

● Ayə 81:

﴿كُلُوا مِن طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْ وَلَا تَطْغَوْا فِيهِ فَيَحِلَّ عَلَيْكُمْ غَضَبِي وَمَن يَحْلِلْ عَلَيْهِ غَضَبِي فَقَدْ هَوَى﴾

“Sizə ruzi etdiyimiz pak şeylərdən yeyin, (amma) tüğyan qoparmayın, yoxsa qəhr-qəzəbim sizi bürüyər. Qəzəbimə düçar olan kəs, şübhəsiz, süqut etmişdir.”

 

Bildirişlər

1. Bir şeyin haramlığı məlum deyilsə, ondan istifadəni halal saymaq lazımdır. Halal şeyləri haram etmək qadağandır.

2. İlahi dinlər qidalanmada təmizlik məsələsinə diqqət yetirir.

3. Halallıq meyarlarından biri xoşagəlimlikdir. (Təbiətə uyğun, xoşagələn şey “təyyib” adlanır.)

4. Şəriətin qidalanma ilə bağlı hökmlərinə riayət etməmək tüğyan üçün zəmindir.

5. Zülmdən qurtulmuş ümmətlər üçün tüğyan təhlükəsi var.

6. Allahın halallarını haram yolda istifadə etməyək.

7. Ehtiyacdan artıq məsrəf ilahi hökmdən çıxmaqdır.

8. Allahın tüğyan qoparanlara qarşı qəzəbi ciddi xəbərdarlıqdır.

9. İstifadədə həddi aşıb tüğyan qoparmaq kəbirə günahlardandır. Çünki belə bir işə görə ilahi əzab vəd olunmuşdur.

10. Əsil süqut siyasi, iqtisadi uğursuzluq yox, Allahın qəzəbinə düçar olmaqdır.

 

● Ayə 82:

﴿وَإِنِّي لَغَفَّارٌ لِّمَن تَابَ وَآمَنَ وَعَمِلَ صَالِحًا ثُمَّ اهْتَدَى﴾

“Şübhəsiz, Mən tövbə edib iman gətirən, saleh işlər görüb doğru yolu tutan hər kəsi bağışlayaram.”

 

Nöqtələr

Xəbərdarlıqla başa çatan ötən ayədən sonra bu ayədə müjdə verilir. Xəbərdarlıqla müjdənin yanaşı gətirilməsi bütün Quran boyu müşahidə olunur.

Günahların tövbəsi günaha münasib olmalıdır. Məsələn, namaz qılmayanın tövbəsi namazın qəzasını yerinə yetirmək, xalqa əziyyət verənin tövbəsi üzr istəmək, haqqı gizlədənin tövbəsi onu bəyan etmək, şirkə batanın tövbəsi iman gətirmək, xalqın malını qəsb edənin tövbəsi malı sahibinə qaytarmaqdır.

Bu ayədə t