A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (yeddinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


“O zaman bacın (sandığın ardınca saraya) gedib dedi: «Sizə onu (körpə Musanı) öhdəsinə götürəcək bir şəxs tanıtdırımmı?» (Onlar qəbul etdilər.) Ananın gözünə işıq gəlsin qəmdən qurtulsun deyə Biz səni (bu sayaq) anana qaytardıq. (Ey Musa,) sən bir şəxsi qətlə yetirdin. Biz səni qəmdən xilas etdik, müxtəlif sınaqlara çəkdik. Bir neçə il Mədyən camaatının yanında qaldın. Sonra təyin olunmuş vaxtda (peyğəmbərliyin qəbulu üçün buraya) gəldin.”

 

Nöqtələr

Firon sandığı sudan çıxardığı vaxt öncə körpəni öldürmək istədi. Amma zövcəsi onu bu işdən çəkindirdi. Uşağa süd vermək üçün dayələr dəvət olundu. Amma Musa heç bir qadının südünü qəbul etmədi. Firon hökuməti bu uşaq qarşısında aciz qaldı. Musanın məsələdən xəbər tutan bacısı oraya gəlib adi halda dedi: “Mən sizə elə birini tanıtdıraram ki, uşaq onun döşünü qəbul edər.”

Bəli, Musa bu sayaq anasının qoynuna qayıtdı.

Həzrət Musanın həyat və mübarizə yolunda bir neçə qadın mühüm rol oynamışdır. (Musanın anası, Musanın bacısı, Musanın zövcəsi və Fironun zövcəsi.)

Peyğəmbərlərin başına gələn hadisələr bəzən bir-birinə oxşayır. Məsələn, həzrət Musanın əhvalatı həzrət Yusifin əhvalatına bir neçə baxımdan oxşardır:

a) Hər iki peyğəmbər bir müddət sarayda yaşamışdır;

b) Onlardan heç biri saray həyatını özü seçməmişdir;

v) Hər iki peyğəmbərin ata-anası övladdan ayrılıq ağrısını yaşamışlar;

q) Sonda hər iki peyğəmbər valideyninin yanına qayıtmışdır;

e) Hər iki şəxs başqa birinin fitnəsinə düşmüşdür; həzrət Yusif qardaşlarının, Musa isə Fironun fitnəsinə düçar olmuşdur;

ə) hər iki şəxsin həyatında saray qadını rol oynamışdır. Əzizi-Misrin zövcəsi Yusifin həyatında mənfi, Fironun zövcəsi Musanın həyatında müsbət rol ifa etmişdir.

Bildirişlər

1. Zalım quruluşda istər qadın, istər kişi, hər bir haqq tərəfdarı mübarizə vəzifəsini yetərincə icra etməlidir.

2. İlahi lütflər əldə etmək üçün hərəkət lazımdır.

3. Öz haqq və məntiqi təkliflərimizi mülayimliklə bəyan edək.

4. Sirləri faş etməyək.

5. Övlada süd vermək bəs etmir, onu tam himayə etmək lazımdır.

6. Allah Öz vədlərinə vəfalıdır. (İmam Baqir (ə) buyurur: “Övlad öz anasından 3 gün ayrı düşdü.”)

7. Övladın normal inkişafı üçün ən zəruri şərt ananın himayəsidir.

8. Ananın razılığı Allah hüzurunda xüsusi dəyərə malikdir.

9. Görülən işlərin doğuracağı reaksiyadan nigarançılıq xalislik və ismətə zərbə vurmur. (Musa bilmədən bir qibtini öldürmüşdü. Bu, günah olmasa da Musa nigaran və qəmgin idi.)

10. İlahi insanların qarşısında çətin sınaqlar olur. Peyğəmbərlər də çətin hadisələrin acısını dadmalıdırlar. Buna görə də illər uzunu saray həyatından sonra biyabanda çobanlığa başlayır.

11. Çətin mərhələləri adladıqdan sonra ilahi və mənəvi məqama çatmaq üçün müqəddimə gəlir.

12. Məsuliyyətlərin, ilahi yardımların və lütflərin öz vaxtı və hesabı var.

 

● Ayə 41:

﴿وَاصْطَنَعْتُكَ لِنَفْسِي﴾

“(Ey Musa,) Mən səni Özüm üçün ərsəyə gətirib seçmişəm.”

 

● Ayə 42:

﴿اذْهَبْ أَنتَ وَأَخُوكَ بِآيَاتِي وَلَا تَنِيَا فِي ذِكْرِي﴾

“(İndi) sən qardaşın sizə verdiyim ayələrlə yola düşün Məni yada salmaqda süstlük göstərməyin.”

 

● Ayə 43:

﴿اذْهَبَا إِلَى فِرْعَوْنَ إِنَّهُ طَغَى﴾

“Gedin Firona doğru. O, tüğyan qoparıb.”

 

● Ayə 44:

﴿فَقُولَا لَهُ قَوْلًا لَّيِّنًا لَّعَلَّهُ يَتَذَكَّرُ أَوْ يَخْشَى﴾

“Onunla yumşaq danışın, bəlkə anlaya ya qorxa.”

 

Nöqtələr

“Xəşyət” dedikdə mərifətdən və bir başqası qarşısında əzəmət hissindən qaynaqlanan qorxu başa düşülür.

Allah həzrət Musa haqqında xüsusi təbirlər bəyan etmişdir: “Biz onu Özümüzlə xəlvət söhbətə yaxınlaşdırdıq.”[445] Mən səni seçmişəm.”[446] “Mənim nəzərim altda ərsəyə çatasan.”[447] “Səni Özüm üçün ərsəyə gətirdim və seçdim.”[448]

Ötən ayələrdə həzrət Musanın iki möcüzəsi bəyan olundu: Əsanın əjdahaya çevrilməsi, Musanın əlinin ağarması. Bu ayədə isə Musaya başqa möcüzələr də veriləcəyindən danışılır.

Hazırkı surənin 24-cü ayəsində Firona doğru hərəkət göstərişi verilir. Amma Musa Allahdan köməkçi istəyir. Onun istəyi yerinə yetirildikdən sonra bu ayədə hərəkət göstərişi gəlir.

“Ədiyy” ibn Hatəm deyir: “Əmirəlmöminin (ə) Siffeyndə Müaviyə ilə üzbəüz gəldiyi vaxt uca səslə buyurdu: “And olsun Allaha, Müaviyə və onun səhabələri ilə vuruşacağam.” Sonra həzrət astadan buyurdu: “İnşaəllah.” Soruşdum ki, nə üçün savaşdan uca danışır, asta səslə “inşaəllah” deyirsiniz? Həzrət buyurdu: “Döyüş hiylədir. Mən isə yalançı deyiləm. Məqsədim ətarafımdakıları savaş üçün ayağa qaldırmaqdır.” Sonra həzrət hazırkı ayəni oxuyub əlavə etdi: “Allah Fironun anlamayacağını bilirdi. Amma Musanı Fironun üstünə qaldırmaq üçün belə deyirdi.”[449]

Bildirişlər

1. Böyük məqsədlərə çatmaq üçün insanlar tərbiyə olunmalıdır.

2. Allahın peyğəmbərlər üçün xüsusi proqramları var.

3. Öncə özünütərbiyə, sonra cəmiyyətin islahı!

Bir şəxsi müəyyən işə müdir təyin etdikdə onun ruhiyyəsini eşq, iftixar və təsəlli ilə gücləndirməyə çalışaq.

5. Qarşı tərəfi bəzən gətirtmək, bəzən isə ona doğru getmək lazımdır.

6. Bəzi mərhələlərdə elçi və peyğəmbər tək olmamalıdır.

7. Təbliğatçı təbliğ vasitələri ilə silahlanmalıdır.

8. Təbliğatçı şücaətli, qətiyyətli və nüfuzedilməz olmalıdır. Yalnız belə bir təbliğatçı zalım hakimlərin qüdrəti qarşısında özünü itirməz, Allahı unudub vəzifəsini boşlamaz.

9. Allaha tam və daimi diqqət müvəffəqiyyət rəmzidir.

10. Təbliğ, tərbiyə, yaxşılığa əmr və pisliyə qadağa Allahın zikri sayılır.

11. Peyğəmbərlərin ən böyük məqsəd və xidmətlərindən biri zalım rejimlə mübarizə və allahpərəstliyə yol açmaqdır.

12. Yaxşılığa əmr və pisliyə qadağa (əmr be məruf və nəhy əz münkərdə) ilk addım yumşaq bəyandır.

13. Ümid xoş rəftaradır, sərtlikdən bir şey gözlənilmir.

14. Təlim-tərbiyəyə səmimi söhbətlərlə başlamaq lazımdır. (Allah-təala əziz Peyğəmbərə (s) buyurur: “(Xalqla yumşaq rəftar et.) Ən azğın adamlarla belə öncə yumşaq və xoş danışmaq lazımdır.

15. Heç vaxt başqalarının islahından ümidimizi üzməyək.

16. Peyğəmbərlərin vəzifəsi xəbərdarlıq və tərbiyədir.

 

● Ayə 45:

﴿قَالَا رَبَّنَا إِنَّنَا نَخَافُ أَن يَفْرُطَ عَلَيْنَا أَوْ أَن يَطْغَى﴾

“(Musa Harun) dedilər: «Pərvərdigara! Həqiqətən, onun bizə əziyyət verəcəyindən ya tüğyanını davam etdirəcəyindən qorxuruq.»”

 

● Ayə 46:

﴿قَالَ لَا تَخَافَا إِنَّنِي مَعَكُمَا أَسْمَعُ وَأَرَى﴾

“(Allah) buyurdu: «Qorxmayın, həqiqətən, Mən sizinləyəm, eşidirəm görürəm.»”

 

Nöqtələr

“Fərt” dedikdə sürət götürmək, önə keçmək mənaları anlaşılır. “Ən yəfrutə ələyna”, yəni qorxuruq ki, biz dəlil və möcüzələrimizi göstərməmiş, Firon bizi qabaqlayıb, Bəni-İsrailə münasibətdə tüğyanını artıra.[450]

İnsan həyatında qorxu təbii bir hadisədir. Bütün insanlar təhlükə ilə üzləşdikdə qorxurlar. Amma peyğəmbərlərin Allahdan qeyrisindən qorxması bəyənilməmiş və məzəmmət olunmuşdur.

Bildirişlər

1. Problemləri araşdırmaq, ehtimal olunan maneələri nəzərdən keçirmək və gələcəklə bağlı ehtiyatlanmaq ixlas və peyğəmbərlik məqamına zidd deyil.

2. Fitnə-fəsad törətmək, şayiə yaymaq zalımlara xas xüsusiyyətdir. Onlar mühiti zəhərləyir, ilahi insanlara böhtan atır, haqq sözü eşitdikdən sonra qarışıqlıq salırlar ki, söz təsirsiz qalsın.

3. Allah hüzuruna iman, ilahi yardımlara əminlik şücaət amilidir və möminlərin ruh yüksəkliyinə səbəb olur.

4. Bir şəxsə müəyyən iş tapşırdıqda onu təmin etmək, ruhiyyəsini gücləndirmək lazımdır.

5. Bütün insanlar ilahi mərhəmətdən faydalansa da, Allahın peyğəmbərlərə olan lütfü daha artıqdır.

 

● Ayə 47:

﴿فَأْتِيَاهُ فَقُولَا إِنَّا رَسُولَا رَبِّكَ فَأَرْسِلْ مَعَنَا بَنِي إِسْرَائِيلَ وَلَا تُعَذِّبْهُمْ قَدْ جِئْنَاكَ بِآيَةٍ مِّن رَّبِّكَ وَالسَّلَامُ عَلَى مَنِ اتَّبَعَ الْهُدَى﴾

“Onun sorağınca gedin, (ona) deyin: «Ey Firon, biz sənin Rəbbinin iki elçisiyik. Bəni-İsraili bizə qoş onları incitmə. Əlbəttə biz sənin Rəbbin tərəfindən yanına möcüzə ilə gəlmişik. Salam olsun doğru yolu tutan kəsə.»”

 

● Ayə 48:

﴿إِنَّا قَدْ أُوحِيَ إِلَيْنَا أَنَّ الْعَذَابَ عَلَى مَن كَذَّبَ وَتَوَلَّى﴾

“(Ona deyin,) həqiqətən, bizə vəhy olunub ki, əzab (ilahi ayələri) təkzib edib boyun qaçırana aiddir.”

 

Nöqtələr

Zalım başçıların tərbiyəsi çox çətin və mühüm olduğundan Allah Firona doğru hərəkət etməyə yenə də göstəriş verir.

Bu ayələrdə 3 etiqadi əsas yada salınır: tövhid, nübuvvət və məad.

Allah Musa və Harunun görəcəyi işləri beş mərhələyə bölür: Getmək, demək, dəlil göstərmək, təşviq etmək, xəbərdarlıq etmək.

Bildirişlər

1. Haqqa çağırış və təbliğ müdafiə xarakterli olmamalıdır.

2. Peyğəmbərlərin risaləti Allahın rübubiyyət şənindəndir.

3. Təkəbbürlülərin qürurunu sındırın. Özünü Rəbb sayanlarla “sənin Rəbbin” təbirini işlətməklə söhbət aparılır.

4. Yumşaq danışıq qətiyyət və aşkarlıqla zidd deyil.

5. İnsanları zalım hakimlərin zülm-sitəmindən qurtarmaq peyğəmbərlərin ilkin vəzifəsidir. (Bəli, din siyasətdən ayrı deyil. Zalım güclərlə mübarizə və xalqı azadlığa çıxarmaq ilahi göstərişlərdəndir.)

6. Zülm və günah mühitindən hicrət qurtuluş üçün müqəddimədir. Öncə azadlıq, sonra iman.

7. Zalım hakimlə mübarizə və xalqın azadlığa çıxarılması ilahi prinsiplər əsasında həyata keçirildikdə dəyərli olur.

8. Xalqa əzab-əziyyət vermək qadağandır.

9. Məmurların əməllərinə görə həm də onların başçıları məsuliyyət daşıyır. Firon özü şəxsən kimisə cəzalandırmasa da, əsas amil odur.

10. Yetərli əmniyyət və salamatçılıq yalnız ilahi göstərişlərə itaətlə əldə oluna bilər.

11. Zalım hakimlərə, sitəmkarlara, hidayət yolunda olmayanlara salam vermək qadağandır.

12. Əsas məsələ haqqa itaətdir.

13. Sözün sonunda salam vermək danışıq ədəblərindəndir.

 

● Ayə 49:

﴿قَالَ فَمَن رَّبُّكُمَا يَا مُوسَى﴾

“(Firon) dedi: «Ey Musa! Bəs siz iki nəfərin Rəbbi kimdir?»”

 

● Ayə 50:

﴿قَالَ رَبُّنَا الَّذِي أَعْطَى كُلَّ شَيْءٍ خَلْقَهُ ثُمَّ هَدَى﴾

“(Musa) dedi: «“Bizin Rəbbimiz hər şeyə xüsusi yaranış əta edən, onu doğru yola yönəldən kəsdir.»”

 

● Ayə 51:

﴿قَالَ فَمَا بَالُ الْقُرُونِ الْأُولَى﴾

“(Firon) dedi: «Bəs ötən nəsillərin halı necədir?»”

 

Nöqtələr

“Bal” fikir mənasını bildirsə də, hal mənasında da işlədilir.

Firon üçün xaliqlik yox, Rəbblik mühüm görünürdü. O, xaliqlik iddiasında deyildi və özünün də məbudu vardı.[451] Kafirlər də Allahı xaliq olaraq qəbul edirlər.[452] Fironun iddiası Rəbblik, başqa sözlə rəhbərlik, mütləq hakimiyyət idi. Bu səbəbdən də Musa ona cavab olaraq buyurdu: ”Varlıq aləminin xaliqi, Rəbbi və hakimi birdir.

Bütün peyğəmbərlər insanları tövhidə çağırmış, yalnız ilahi yolu kamillik yolu saymışlar. Həzrət İbrahim buyurur: “Məni yaradan Allah məni hidayət etdi.”[453] Həzrət Musa buyurdu: “O, hər şeyə yaranış verdi və hidayət etdi.”[454] Həzrət Məhəmməd (s) isə belə buyurmuşdur: “Xəlq edib nizama salan, müəyyən edib yol göstərən Allah.”[455]

Hərəkət və qiyama rəhbərlik Musaya aid idi. Musa Fironun hüzuruna Harunla getsə də, rəhbər olduğundan Firon “ya Musa” deyə müraciət edir.

Bildirişlər

1. Mübahisə doğuran məsələ Allahın xaliqliyi yox, Rəbbliyi, rübubiyyəti, idarəçiliyidir.

2. Zalım güclərin ruhiyyəsi onların danışıq və sorğu-sualından da hiss olunur.

3. Allahın bizə verəcəyi yoxdur, nə verirsə hədiyyədir.

4. Bir olan Allah həm yaradır, həm də təkvini (təbii) hidayətlə idarə edir. (Bəli, O yaratdıqdan sonra həyat və kamilləşmə üçün yol qoyur.)

5. Allah hər bir mövcuda kamil yaranış, münasib xüsusiyyətlər əta etmişdir.

6. Allahın doğru yola yönəltməsi Onun Rəbblik, rübubiyyət şərtidir.

7. Rəbblik, idarəçilik yalnız Yaradanın haqqıdır.

8. Bütün mövcudlar ilahi hidayətdən bəhrələnir. Varlıq aləminə hakim olan bütün qanunlar və insandakı meyllər ilahi hidayətdəndir.

9. Məntiqlə üzbəüz dayandıqda ata-babaların yoluna üz tutmaq olmaz.

Musa məntiqlə danışırdı, amma Firon söhbəti tarixi məcraya yönəldirdi. O bu yolla xalqın hisslərini oyatmaq istəyirdi.

 

● Ayə 52:

﴿قَالَ عِلْمُهَا عِندَ رَبِّي فِي كِتَابٍ لَّا يَضِلُّ رَبِّي وَلَا يَنسَى﴾

“(Musa) dedi: «Onun (ötən nəsillərin halının) elmi Rəbbimin yanında bir kitabdadır. Rəbbim itirər, nə unudar.»”

 

Nöqtələr

Firon ötən qövmlərin və ölülərin halı haqqında soruşduqda Musa ətraflı cavab verə biləcəyi halda xalqın ata-babalara həssaslığını nəzərə alaraq, uyğun cavabla kifayətləndi və bildirdi ki, uyğun biliklər Allaha aiddir. Belə bir cavabla həm mülayim danışıq qaydasına əməl etdi, həm də bəhanə və irad üçün onların əlinə əsas vermədi.

Bildirişlər

1. Peyğəmbərlər nəyi bilmirdilərsə və ya açıqlamaq istəmirdilərsə, həmin biliyi Allaha aid edirdilər.

2. Tərbiyəçi danışıqda siyasətçi olmalı, bəzən ətraflı cavab verib, bəzən susmaqla düşmənin əlinə bəhanə verməməlidir.

3. İlahi nizamda hər bir şeyin hesab-kitabı var.

4. İlahi kitab çox əzəmətli və böyükdür.

5. İlahi elmdə xətaya yol yoxdur. (Xəta həqiqəti bilməyənlərə aiddir. Hər şeyin batini və zahirindən olduğu kimi xəbərdar olan Allah tərəfindən hansısa xəta ehtimalı mövcud deyil.)

6. İnsanın biliyinin iki bəlası var: ya öncədən yanlışlığa yol verib həqiqəti düzgün müəyyənləşdirmir, ya da öyrəndikdən sonra unudur. Allahın elmi isə bu iki bəladan amandadır.

7. Yanlışlıq və unutqanlıqdan uzaq olan bir varlığın rübubiyyət haqqı var.

 

● Ayə 53:

﴿الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ مَهْدًا وَسَلَكَ لَكُمْ فِيهَا سُبُلًا وَأَنزَلَ مِنَ السَّمَاء مَاء فَأَخْرَجْنَا بِهِ أَزْوَاجًا مِّن نَّبَاتٍ شَتَّى﴾

“Elə bir Allah ki, yer üzünü sizin üçün asayiş məkanı qərar vermiş, onda sizin üçün yollar müəyyənləşdirmiş, səmadan su endirmişdir. Onun (suyun) vasitəsi ilə bitkilərdən müxtəlif zövclər cücərtmişdir.”

 

Nöqtələr

“Sizin üçün yollar müəyyənləşdirmişdir” cümləsi iki cür mənalandırıla bilər: İnsanların gediş-gəlişi üçün salınmış yollar; qazanc yolları.[456]

Həzrət Musa öz Allahını Firona belə tanıtdırdı: “Bizim rəbbimiz hər şeyi yaradıb hidayət etmiş şəxsdir...” Bu ayələrdə Allahın təbiətdəki hidayət nümunələrinə işarə olunur: İnsanların asayiş beşiyi olan yer, məntəqələri bir-biri ilə əlaqələndirən yollar, yağış, zövciyyət (cütlük) qanununa tabe olan müxtəlif bitkilər.

İlahi nemətləri daha yaxşı qiymətləndirmək üçün onların əks vəziyyətini təsəvvür edək. Məsələn, əgər yer aram dayanmasaydı, iti hərəkət etsəydi, yağış yağmasaydı, yer cəzb etməsəydi, yer üzündə bitkilər və su hövzələri olmasaydı nə olardı?! Yer üzünü “aramlıq beşiyi” saymaq olardımı?!

Bildirişlər

1. Körpə beşikdə növbəti həyat mərhələsi üçün inkişaf etdiyi kimi, insan da yer beşiyində axirət həyatı üçün inkişaf edir.[457]

2. Yer üzü insan üçün asayiş mənzilidir. Burada onun bütün ehtiyacları ödənir, ölü və diri insanlar yerləşdirilir, Allahın əmri ilə yer insana ram olur.

3. Yaranış və yer üzündəki şərait məqsədlidir və insan üçün nəzərdə tutulmuşdur.

4. Yaranış nizamı səbəbiyyət, səbəb-nəticə prinsipləri üzərində qurulmuşdur.

5. Bitkilər arasında zövciyyət qanununun açıqlanması Quranın elmi möcüzələrindəndir.[458]

 

● Ayə 54:

﴿كُلُوا وَارْعَوْا أَنْعَامَكُمْ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّأُوْلِي النُّهَى﴾

“(Həm özünüz) yeyin, (həm) heyvanlarınızı otarın. Əlbəttə bu işlərdə düşüncə sahibləri üçün nişanələr var.”

 

● Ayə 55:

﴿مِنْهَا خَلَقْنَاكُمْ وَفِيهَا نُعِيدُكُمْ وَمِنْهَا نُخْرِجُكُمْ تَارَةً أُخْرَى﴾

“Biz sizi ondan (torpaqdan) yaratdıq, ona qaytarar növbəti dəfə ondan xaric edərik.”

 

Nöqtələr

“Nuhyə” sözünün cəm forması olan “nuha” sözü “nəhy” kökündən olub, saxlamaq mənasını bildirir. “Ulin-nuha” dedikdə ağıl və düşüncə sahibləri mənası nəzərdə tutulur. Bu səbəbdən də insanı azğın istəklərdən çəkindirən ağıl “nuhyə” adlandırılmışdır.[459]

Əziz Peyğəmbərdən (s) “ulin-nuha” təbiri haqqında soruşulduqda həzrət buyurdu: ”Onlar gözəl əxlaq sahibidirlər, ata-analarına yaxşılıq edirlər, fəqirlərə, ehtiyaclı qonşulara, yetimlərə yardım əli uzadırlar, aclara qida verirlər, yer üzündə sülh və asayişi möhkəmləndirirlər, başqaları yuxuda olan vaxt namaz qılırlar.”[460]

Həzrət Əli (ə) namazın səcdələrini bu ayəyə işarə sayaraq buyurur: “Birinci səcdənin mənası budur ki, Pərvərdigara, mən öncə torpaq idim. Başı səcdədən qaldırmaqla bildirilir ki, məni torpaqdan Sən yaratdın. İkinci səcdənin mənası budur ki, Sən məni torpağa qaytararsan. İkinci səcdədən qalxma isə belə mənalandırıla bilər: Sən qiyamət günü məni növbəti dəfə torpaqdan dirildərsən.”[461]

Bildirişlər

1. Nəbatat aləmi də məqsədli yaradılmışdır.

2. Nəbatat aləminin rəngarəngliyi ehtiyacların müxtəlifliyi ilə əlaqədardır.

3. Dördayaqlılar (mal-qara) insan üçün yaradılmışdır.

4. Maddiyyat sizi Allah zikrindən uzaq salmasın.

5. İnsanın yaranış qaynağı və maddəsi torpaqdandır.

6. Təbiət haqqında düşüncə allahşünaslıq yollarından biridir.

7. Ağılın varlığından daha mühüm olan, ondan istifadə və ona itaətdir.

8. İnsan torpaqda dəfn olunmalıdır.

9. Məad cismanidir.

 

● Ayə 56:

﴿وَلَقَدْ أَرَيْنَاهُ آيَاتِنَا كُلَّهَا فَكَذَّبَ وَأَبَى﴾

“Həqiqətən, Biz bütün ayə möcüzələrimizi ona (Firona) göstərdik. Amma o, təkzib imtina etdi.”

 

● Ayə 57:

﴿قَالَ أَجِئْتَنَا لِتُخْرِجَنَا مِنْ أَرْضِنَا بِسِحْرِكَ يَا مُوسَى﴾

“(Firon) dedi: «Ey Musa! Sən öz sehrinlə bizi torpağımızdan çıxarmağamı gəlmisən?!»”

 

Bildirişlər

1. Allah-təala fironlar üçün də höccəti tamamlayır, yetərli dəlillər gətirib bəhanəyə yer qoymur.

2. Bəzi inkarçılara bir möcüzə bəs edir. Firon kimi zalım hakimlərə isə çoxsaylı möcüzələr göstərmək lazım gəlir.

3. İnsanın qəlbi və ruhu xəstələndikdə he