A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (yeddinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


 

Nöqtələr

● “Kaf, ha, ya, əyn, sad” hərfləri Quranın müqəttəə hərflərindəndir və onlarda bir rəmz var. Bəzi dualarda Allahı bu hərflərə and verərək deyirik: “Kaf, ha, ya, əyn, sad haqqında”. Həzrət Əli (ə) də öz duasında Allahı bu hərflərə and verərək çağırır.[280]

● “Nida” dedikdə uca səslə çağırış başa düşülür. “Xəfiyya” asta yox, gizli mənasını bildirir. Çünki belə bir nida ahəstə yox, gizli ola bilər.[281]

Ola bilsin ki, Zəkəriyya xalqın ona istehza edəcəyindən çəkinərək gizli dua etmişdir. Xalq deyə bilərdi ki, nə üçün bu qoca kişi Allahdan övlad istəyir?!

● “Zəkəriyya” adı Quranda yeddi dəfə zikr olunur. Zəkəriyya Bəni-İsrail peyğəmbərlərindən, Musanın qardaşı Harunun övladlarından biri olmuşdur.

● Hədisdə deyilir: “Ən üstün dua gizli duadır.[282]

Bildirişlər

1. Allahın xüsusi nemətlərindən yada salınması ilahi məhəbbət amilidir.

2. Allah övliyalarının zikri bir dəyərdir.

3. İbadət və dua rəhmət əldə etmək üçün zəmindir.

4. Bəşər həyatındakı dəyişikliklərdə duanın rolundan qəflətdə qalmayaq. Peyğəmbərlər də öz çətinliklərinin həlli üçün duaya müraciət etmişlər.

5. Mömin insan heç vaxt tənhalıq hiss etmir.

6. Əgər Allah istəsə, Öz xalis bəndələrinin məxfi nidasını tarix üçün aşkarlayar.

7. Gizli dua ixlas halına yaxın olduğundan daha dəyərlidir.

 

● Ayə 4:

﴿قَالَ رَبِّ إِنِّي وَهَنَ الْعَظْمُ مِنِّي وَاشْتَعَلَ الرَّأْسُ شَيْبًا وَلَمْ أَكُن بِدُعَائِكَ رَبِّ شَقِيًّا﴾

“(Zəkəriyya) dedi: “Pərvərdigara, həqiqətən, sümüyüm süstləşmiş, başım qocalıq şöləsindən ağarmışdır. Pərvərdigara! Mən heç vaxt Sənə duada əli boş qalmamışam.”

 

● Ayə 5:

﴿وَإِنِّي خِفْتُ الْمَوَالِيَ مِن وَرَائِي وَكَانَتِ امْرَأَتِي عَاقِرًا فَهَبْ لِي مِن لَّدُنكَ وَلِيًّا﴾

“Həqiqətən, mən özümdən sonra yaxınlarıma görə qorxuram. Zövcəm sonsuzdur, Öz tərəfindən mənə bir canişin əta et.”

 

Nöqtələr

● Sonsuz kişi və ya qadın “aqir” adlanır. “İştial” dedikdə odun şölələnib yayılması nəzərdə tutulur. “Vəş təələr-rəsu”, yəni başımda tüklərin ağlığı alov tək şölələnib yayılmışdır.

● “Ali-İmran”, surəsinin 38-ci ayəsində Zəkəriyyanın Allahdan pak bir övlad istəməsi nəql olunur. Həmin ayədən məlum olur ki, bu ayədə “vəliyyən” deyərkən öz atasına canişin olacaq saleh övlad nəzərdə tutulur.

● Bəzən duada Allahla bəndə arasındakı rabitə o qədər sıx olur ki, “ya Rəbb” əvəzinə sadəcə “Rəbbi” deyə müraciət olunur.[283]

● İmam Sadiq (ə) buyurur: “Zəkəriyya əmisi və əmioğlanlarına görə nigaran idi.”[284]

Bildirişlər

1. Duada “Rəbbi” sözündən faydalanaraq, öz zəifliklərimizi sadalayaq, Allahın nemət və lütflərini zikr edək. Yalnız bundan sonra istəyimizi dilə gətirək.

2. Sümüklər insan bədəninin sütunlarıdır. Sümüklər zəiflədikdə bütün bədən zəifləyir.

3. Mömin heç vaxt Allahın rəhmətindən ümidini üzmür. (Zəkəriyya pir çağında Allahdan övlad istəyir.)

4. Ümidsiz insan bədbəxtdir. Amma ilahi insanlar ən çətin şəraitdə də ümidlərini itirmirlər.

5. İlahi insanlar varisin pisliyindən qorxurlar.

6. İlahi dünya görüşündə Allahın iradəsi təbii amillərə hakimdir.

7. Allah insanın istəklərini bilsə də, dua və yalvarışda ruhi aramlıq, təvazö, bəndəlik, Allaha həmd-səna kimi bərəkətlər var.

8. Övlad Allah tərəfindən bir hədiyyədir.

9. Ümidinizi itirib sonsuz arvadı rədd etməyin.

10. Əbədilik istəyi bəşəriyyətin fitrətindədir. İnsan unudulmaqdan, nəslinin kəsilməsindən nigarançılıq duyur.

11. İnsanın nigarançılıqlarından biri onun sonsuzluğudursa da, Allahın övliyaları övladı daha çox mənəvi məqsədlərin davamı üçün istəmişlər.

 

● Ayə 6:

﴿يَرِثُنِي وَيَرِثُ مِنْ آلِ يَعْقُوبَ وَاجْعَلْهُ رَبِّ رَضِيًّا﴾

“(Pərvərdigara! Mənə elə bir canişin əta et ki,) mənə Yaqub nəslinə varis olsun. Pərvərdigara! Onu bəyənilmiş qərar ver.”

 

● Ayə 7:

﴿يَا زَكَرِيَّا إِنَّا نُبَشِّرُكَ بِغُلَامٍ اسْمُهُ يَحْيَى لَمْ نَجْعَل لَّهُ مِن قَبْلُ سَمِيًّا﴾

“(Allah-təala buyurdu:) Ey Zəkəriyya! Biz səni Yəhya adlı bir oğlan övladı ilə müjdələyirik. Əvvəllər kimsəyə onun adını qoymamışıq.”

 

● Ayə 8:

﴿قَالَ رَبِّ أَنَّى يَكُونُ لِي غُلَامٌ وَكَانَتِ امْرَأَتِي عَاقِرًا وَقَدْ بَلَغْتُ مِنَ الْكِبَرِ عِتِيًّا﴾

“(Zəkəriyya) dedi: «Pərvərdigara! Zövcəm sonsuz, mən isə qoca zəif ikən oğlum necə ola bilər?»”

 

Nöqtələr

● Quran ayələrində irs dedikdə bəzən elm, bəzən hökumət nəzərdə tutulur.[285] Amma xüsusi bir dəlil olmadıqda irs sözü mal-mülk kimi başa düşülməlidir. Hazırkı ayələrdə “yərisuni” dedikdə atadan irs ötürən övlad nəzərdə tutulur.[286]

● Peyğəmbər (s) buyurmuşdur: “Allahın mömin bəndələrinin mirası atanın ölümündən sonra Allaha ibadət edəsi saleh övladdır.” Sonra həzrət bu ayəni tilavət buyurdu.[287]

● “Rəziyy” sözü həm Allahın, həm də xalqın sevimlisi olmaq mənasını bildirir. Allahın insandan və insanın Allahdan razılığı məqamların ən üstünü və ən əzəmətlisidir.

● “Min qəblu səmiyya” cümləsi iki cür anlaşıla bilər: Həmin vaxtadək kimsəyə Yəhya adı qoyulmamışdır və ya bu sayaq xüsusiyyətlərə malik şəxsiyyət olmamışdır.

● “İtiyya” dedikdə həddi keçmək başa düşülür və qocalıq səbəbindən qəddi qurumuş şəxs belə adlandırılır.

● Zəkəriyya soruşur ki, onlar cavanlaşacaqlar, yoxsa elə pir yaşında övlad sahibi olacaqlar?[288] Bəli, peyğəmbərlərin də biliyi məhduddur. Nəyəsə təəccüb etmələri onların peyğəmbərlik məqamına zidd deyil.

● İmam Baqir (ə) buyurur: “Övlad müjdəsindən Yəhyanın dünyaya gəlişinədək beş il vaxt ötdü.[289]

Bildirişlər

1. Peyğəmbərlərin müqəddəsliyi ilə övlad istəyi kimi fitri meyllər arasında ziddiyyət yoxdur.

2. Peyğəmbər yolunu izləmək mənəvi bir dəyərdir.

3. Peyğəmbərlər də adi insanlar kimi irs qoyur.

4. İlahi insanlar hətta maddi ehtiyaclarına münasibətdə mənəvi dəyərlərə diqqət yetirirlər.

5. Allahın razılığına səbəb olmuş övlad rəhmətdir.

6. Övladın salehliyi və yaxşılığı üçün o, nütfə halına düşməmiş dua etmək lazımdır.

7. Allahdan saleh övlad istəyək.

8. Ad qoyulması sadə bir məsələ deyil. Bəzi adlar Allah tərəfindən nazil olmuşdur. (Ad əqidə və mədəniyyət, əlaqə və bağlılıq, məqsəd və amil, baxışların nişanəsidir.)

9. Sonsuz kişilər və qadınlar Allahın lütfündən məyus olmasınlar.

10. Övladın oğlan və ya qız olması Allahın əlindədir.

 

● Ayə 9:

﴿قَالَ كَذَلِكَ قَالَ رَبُّكَ هُوَ عَلَيَّ هَيِّنٌ وَقَدْ خَلَقْتُكَ مِن قَبْلُ وَلَمْ تَكُ شَيْئًا﴾

“(Vəhy mələyi dedi:) «Elədir, amma Rəbbin buyurdu ki, bu Mənim üçün asandır. Bundan öncə səni heç ikən yaratdım.”

 

● Ayə 10:

﴿قَالَ رَبِّ اجْعَل لِّي آيَةً قَالَ آيَتُكَ أَلَّا تُكَلِّمَ النَّاسَ ثَلَاثَ لَيَالٍ سَوِيًّا﴾

“(Zəkəriyya) dedi: «Pərvərdigara! Mənim üçün bir nişanə müəyyən et.» (Allah) buyurdu: «Üç gecə-gündüz xalqla danışa bilməyəcəyin sənin nişanəndir.»”

 

Nöqtələr

● Allah hər işə qadirdir və bütün işlər Onun üçün asandır. Bu nöqtəyə “Hədid” surəsinin 22-ci, “Təğabun” surəsinin 7-ci, “Bəqərə” surəsinin 20-ci və 106-cı, “Kəhf” surəsinin 45-ci ayələrində də işarə olunmuşdur.

● Ərəblər arasında gecə dedikdə, bəzən sutka nəzərdə tutulur.[290] “Ali-İmran” surəsinin 41-ci ayəsində gün, hazırkı ayədə gecə sözləri işlədilmişdir. Çünki gecə və gündüz bəzən bir-birinin yerinə zikr olunur.

● “Təfsire-Məcməül-bəyan”, “Təfsire-Təbəri”, “Təfsire-Əl-mizan” kitablarında həzrət Zəkəriyya haqqında deyilir: “İlahi ayələrin tilavəti və Allahın zikri zamanı onun dili açılırdı, amma xalqla danışarkən dili bağlanırdı.”

● Həzrət Zəkəriyya haqqı batildən, ilahi vəhyi şeytani təlqinlərdən fərqləndirmək üçün Allahdan nişanə istədi.[291]

Bildirişlər

1.Təbiət qanunları və maddi səbəblər heç vəchlə Allahın qüdrətini məhdudlaşdırmır.

2. Yaranış və hadisələr haqqında təfəkkür Allahın qüdrəti ilə bağlı bütün şəkk-şübhələri aradan qaldırır.

3. Peyğəmbərlər yəqin mərtəbəsindən də uca bir mərhələyə çatmaq fikrində olmuşlar. İbrahim Allahdan qəlb əminliyi yaradacaq nişanə istəyir.[292] Zəkəriyya da Allahdan xüsusi bir nişanə diləyir.

4. Bizim bütün hərəkətlərimiz Allahın iradəsindən asılıdır. Allah istəməsə, sağlam olduğumuz halda danışa bilmərik.

 

● Ayə 11:

﴿فَخَرَجَ عَلَى قَوْمِهِ مِنَ الْمِحْرَابِ فَأَوْحَى إِلَيْهِمْ أَن سَبِّحُوا بُكْرَةً وَعَشِيًّا﴾

“(Zəkəriyya) ibadət mehrabından xalqın qarşısına çıxıb onlara işarə etdi ki, səhər-axşam Allaha təsbih deyin.”

 

Nöqtələr

● “Bukrə” dedikdə fəcr tülusundan günəş tülusunadək olan vaxt nəzərdə tutulur. “Əşiyyən” sözü isə ya günorta ilə qürub arasındakı fasilə və ya günün sonu mənasını bildirir.

● “Mihrab” dedikdə məsciddəki mehrab nəzərdə tutulur. Bu ibadət məhəllində insanın diqqətini həqiqətdən yayındıran şeytan və onun vəsvəsələri ilə mübarizə getdiyindən onu mehrab adlandırmışlar. Ola bilsin ki, Bəni-İsrailə aid mehrablar dedikdə xalqın ibadət üçün seçdiyi məscidlər nəzərdə tutulmuşdur.

● Təbərsi və Fəxri-Razinin nəzərincə, bu ayədəki təsbih sözü namaza işarədir. Çünki namaz təsbih üzərində qurulmuşdur.

Bildirişlər

1. Təbliğçinin həmyerli olması önəmlidir.

2. İlahi insanlar ibadət üçün xüsusi yer seçirlər.

3. Xalqı ibadətə çağıran insan özü də ibadət əhli olmalıdır.

4. Hər bir vasitə ilə təbliğ etmək lazımdır. (Zəkəriyyanın dili tutulduğu vaxt işarə ilə xalqı Allaha təsbihə çağırır.)

5. Peyğəmbərlərin vəzifəsi xalqı ibadətə dəvət etməkdir.

6. Qoca kişinin sonsuz qadından övlad sahibi olması Allahın bütün əskikliklərdən və zəifliklərdən pak olduğunu göstərir.

7. İbadət müvəqqəti yox, daimi olduqda dəyərlidir.

 

● Ayə 12:

﴿يَا يَحْيَى خُذِ الْكِتَابَ بِقُوَّةٍ وَآتَيْنَاهُ الْحُكْمَ صَبِيًّا﴾

“Ey Yəhya! (İlahi) kitabı möhkəm tut. Uşaq vaxtı ona hikmət (və nübuvvət) verdik.”

 

● Ayə 13:

﴿وَحَنَانًا مِّن لَّدُنَّا وَزَكَاةً وَكَانَ تَقِيًّا﴾

“Yenə ona Öz tərəfimizdən mehribanlıq paklıq əta etdik. O, təqvalı idi.”

 

Nöqtələr

● “Hukm” sözü elm və fəhm (“Lisanul-ərəb”), mühakimə gücü (“Qamusul-Quran”) mənalarında işlədilmişdir. “Təfsire-Əl-mizan” da oxuyuruq: “Hukm” dedikdə ilahi maarifdən xəbərdarlıq və qeyb pərdələrinin kənara çəkilməsi başa düşülür.

● Üç şəxs uşaq yaşında peyğəmbərliyə çatmışdır: Süleyman, İsa və Yəhya. İmamət məqamı da uşaq yaşında üç nəfərə verilmişdir. İmam Cavad (ə), imam Hadi (ə) və imam Mehdi (ə).[293]

● Bəziləri bildirirlər ki, Yəhya adı “Əhdi-cədid” kitabında “Yuhənna” kimi qeyd olunmuşdur.

● Ola bilsin ki, burada səmavi kitab dedikdə Tövrat nəzərdə tutulmuşdur. Çünki həzrət Yəhyaya başqa bir kitabın nazil olması haqqında məlumat yoxdur.

● “Bəqərə” surəsinin 63 və 93-cü ayələrində də göstəriş verilir ki, səmavi kitabdan möhkəm tutun.

● “Hənan” sözü şəfqət və mehribanlıq mənasını bildirir. Allahın Yəhyaya, Yəhyanın Allaha mehri, xalqın Yəhyaya və Yəhyanın xalqa məhəbbəti Allah tərəfindən mehribanlığın bir işartısıdır.

● Allah yolu bütünlüklə mərhəmətdir: Allah Rəhmandır, onun peyğəmbəri və kitabı aləmlərə rəhmət, insanları isə öz aralarında bir-birlərinə mehribandırlar.[294]

● “Zəkat” dedikdə sədəqə, inkişaf, günahdan paklıq və bərəkət mənaları anlaşılır. Yəhya həzrət Zəkəriyya üçün mübarək hədiyyə, pak və kamil insan nümunəsi idi.

Bildirişlər

1. Rəhbər səmavi kitabın məqsədlərinin həyata keçirilməsində qətiyyətli olmalıdır.

2. Dinin hifzi və hökmlərin icrası üçün qətiyyət və qüdrətə ehtiyac var.

3. Dindarlıq güc və ciddiliklə müşayiət olunmalıdır.

4. Allah istəsə, körpə uşağı da nübüvvət məqamına qaldırar.

5. Mehribanlıq, məhəbbət və paklıq təbliğ və tərbiyə şərtidir.

6. Mehribanlıq və qardaşlıq Allahdan qaynaqlanır.

7. Mərhəmət və qardaşlıq ruhiyyəsi insan üçün bir dəyərdir.

8. Yalnız daimi və xarakterə çevrilmiş təqva dəyərdir.

9. Təqva guşənişinlik və qəddarlıq yox, xalqla yoldaşlıq, onlara mehribanlıq və məhəbbətdir.

10. Təqva təkamül və məhbubluq kimi ilahi lütflərin əldə olunması üçün zəmindir.

 

● Ayə 14:

﴿وَبَرًّا بِوَالِدَيْهِ وَلَمْ يَكُن جَبَّارًا عَصِيًّا﴾

“O, ata-anasına qarşı xeyirxah idi, (xalqa münasibətdə) azğın üsyankar deyildi.”

 

● Ayə 15:

﴿وَسَلَامٌ عَلَيْهِ يَوْمَ وُلِدَ وَيَوْمَ يَمُوتُ وَيَوْمَ يُبْعَثُ حَيًّا﴾

“Ona doğulduğu, öləcəyi dirildilib qaldırılacağı gün salam olsun.”

 

Nöqtələr

● Allah bu ayələrdə həzrət Yəhyanın müxtəlif xüsusiyyətlərini sadalamışdır: O Allah hüzurunda pəhrizkar idi, valideyninə münasibətdə xeyirxah idi, xalqa qarşı azğın və üsyankar deyildi.[295]

● Ölüm zamanı salamatlıq dedikdə əqidə salamatlığı və imanla ölmək nəzərdə tutulur.

Bildirişlər

1. Məqam və mənsəb bizə valideynimizi unutdurmasın. Peyğəmbər də valideynə münasibətdə xeyirxah olmalıdır.

2. Ata-ataya yaxşılıq ilahi təqva nişanəsidir.

3. Valideynə münasibətdə itaətsizlik məqampərəstlikdən uzaq yaxşılıq sitayiş olunur.

4. Valideynə qarşı yaxşılığı tərk etmək üsyan və azğınlıq nişanəsidir.

5. Allah övliyalarına salam göndərilməsi təkcə onların həyatda olduğu dövrə aid deyil.

6. Salam vermək kiçikliyi göstərmir. Çünki böyük Allah da salam verir.[296]

7. Yəhya bütün eniş-yoxuşları sağlam din və imanla ötüb keçdi.

8. Övliyaların təvəllüd gününü əziz tutub vəfat gününü xatırlamaq Quran əmridir.

9. Həyatları boyu övliyalara salam, ziyarətnamə oxumaq Quran göstərişidir.

10. Sağlam həyat, sağlam ölüm və qiyamət salamatçılığının açarı təqva, valideynə yaxşılıq, günah və tüğyandan çəkinməkdir.

 

● Ayə 16:

﴿وَاذْكُرْ فِي الْكِتَابِ مَرْيَمَ إِذِ انتَبَذَتْ مِنْ أَهْلِهَا مَكَانًا شَرْقِيًّا﴾

“Bu kitabda Məryəmi yad et. Bir zaman ki, o, ailəsindən ayrılıb şərqdəki bir məkanda qərar tutdu.”

 

● Ayə 17:

﴿فَاتَّخَذَتْ مِن دُونِهِمْ حِجَابًا فَأَرْسَلْنَا إِلَيْهَا رُوحَنَا فَتَمَثَّلَ لَهَا بَشَرًا سَوِيًّا﴾

“Həmin vaxt başqalarından kənarda özü üçün pərdə tutdu. Həmin məqamda Biz Öz ruhumuzu (Ruhul-qüdüsü) ona doğru göndərdik. O, düz qamətli insan şəklində göründü.”

 

Nöqtələr

● Allahın rəsulu buyurmuşdur: “Məryəm dörd nümunə qadından biridir.”[297]

● “Nəbz” dedikdə etinasızlıq səbəbindən bir şeyin kənara düşməsi başa düşülür. Xalqdan uzaqlaşıb bir kənara çəkilmək isə “İntibaz” sözü ilə ifadə olunur. Məryəm məscidül-əqsaya vəqf olunduğunda məscidin şərqindəki bir guşəni özü üçün seçdi.

Bildirişlər

1. Dini rəhbərlərin vəzifələrindən biri tarixin pak insanlarını uca tutmaqdır.

2. Qəhrəman qadınların tarixi də qəhrəman kişilərin tarixi kimi yaşadılmalıdır.[298]

3. İbadət üçün xəlvət bir məkan seçək.

4. İbadət ilahi lütflərin nazil olması üçün zəmindir.

5. Xanımların ibadət etməsi üçün pərdə ilə yer ayırmaq bir dəyərdir. Məryəm ibadət üçün məscidin bir guşəsində pərdə asmışdı.

6. Cəbrailin Allah hüzurunda uca məqamı var.

7. Mələklər məzmunca dəyişmədən elə bir formaya düşə bilərlər ki, insan onları görsün.

8. Müəyyən tapşırıqların icrası zamanı çöhrəni dəyişmək lazım gəlir.

9. Tərbiyə addım-addım aparılan işdir. Allah öncə Yəhyanın bir ata və bir anadan dünyaya gəlişini nəql edir, sonra İsanın dünyaya atasız gəlişindən danışır.

10. Cəbrail başqa peyğəmbərlərin də yanına gedirdi.

11. Qadın elə bir məqama çata bilər ki, mələk onunla söhbət edər.

12. Allahın qüdrət və iradəsi yalnız Onun vasitə və səbəblər çərçivəsində məhdudlaşmır. Əksinə vasitə və səbəblər Allahın qüdrət və iradəsinə tabedir.

 

● Ayə 18:

﴿قَالَتْ إِنِّي أَعُوذُ بِالرَّحْمَن مِنكَ إِن كُنتَ تَقِيًّا﴾

“(Məryəm həmin mələyə dedi:) Həqiqətən, mən rəhman olan Allaha səndən pənah aparıram, əgər pəhrizkarsansa (Allahdan qorxursansa, məndən uzaq ol).”

 

● Ayə 19:

﴿قَالَ إِنَّمَا أَنَا رَسُولُ رَبِّكِ لِأَهَبَ لَكِ غُلَامًا زَكِيًّا﴾

“(Mələk) dedi: «Həqiqətən, mən sənin Rəbbinin elçisiyəm. Sənə pak bir oğlan vermək üçün gəlmişəm.»”

 

● Ayə 20:

﴿قَالَتْ أَنَّى يَكُونُ لِي غُلَامٌ وَلَمْ يَمْسَسْنِي بَشَرٌ وَلَمْ أَكُ بَغِيًّا﴾

“(Məryəm) dedi: «Mümkündürmü ki, mənim övladım olsun? Axı bir bəşər mənimlə təmasda olub, nə mən zinakar olmuşam.»”

 

Nöqtələr

● “Zəkiyy” sözü təharət və bərəkət, “bəğiyya” sözü isə burada zinakar mənasını bildirir.

● Bu surədə Allahın övlad hədiyyə verməsi məsələsinə dəfələrlə toxunulmuşdur: 19-cu ayədə İsanın Məryəmə hədiyyə verilməsi, 49-cu ayədə İshaq və Yəqubun İbrahimə hədiyyə verilməsi, 53-cü ayədə Harunun Musaya hədiyyə verilməsi, 7-ci ayədə Zəkəriyyanın övladla müjdələnməsi məsələlərinə toxunulur.

Bildirişlər

1. Pak insanlar günah qorxusu hiss edən kimi titrəyib Allaha pənah aparırlar.

2. Ən yaxşı sığınacaq ilahi rəhmətdir.

3. Allah-təalaya pənah aparmaq Allahın peyğəmbərlərə sifarişi, peyğəmbər və övliyaların qaydasıdır.

4. Fərdlərə məxsus olan yerə qəfildən daxil olmaq olmaz.

5. Qadının yad kişi ilə xəlvətdə qalması təhlükəlidir.

6. Pisliyə qadağa qoyarkən fərdlərin dini qeyrətindən istifadə edin.

7. Təqva paklığa aparan yol, günahdan çəkindirən amildir.

8. Xalqı böhtan və nigarançılıqdan qurtarmaq üçün pak insan özünü təqdim etməlidir.

9. Mələklər təkcə ilahi vəhyi bəyan etmir, həm də onların işə salınması üçün vasitə olur.

10. Övlad dəyərdir, amma onun paklığı daha mühümdür.

11. Bütün səmavi dinlərdə zina mənfur iş sayılır.

 

● Ayə 21:

﴿قَالَ كَذَلِكِ قَالَ رَبُّكِ هُوَ عَلَيَّ هَيِّنٌ وَلِنَجْعَلَهُ آيَةً لِلنَّاسِ وَرَحْمَةً مِّنَّا وَكَانَ أَمْرًا مَّقْضِيًّا﴾

“(İlahi mələk) dedi: «Doğrudur, amma Rəbbin buyurdu ki, bu Mənim üçün asandır onu xalq üçün nişanə, Özümüzdən bir rəhmət qərar verərik. Bu, olası qəti bir işdir.»”

 

● Ayə 22:

﴿فَحَمَلَتْهُ فَانتَبَذَتْ بِهِ مَكَانًا قَصِيًّا﴾

“Məryəm (İsaya) hamilə oldu. Onunla uzaq bir məkanda xəlvətə çəkildi.”

 

● Ayə 23:

﴿فَأَجَاءهَا الْمَخَاضُ إِلَى جِذْعِ النَّخْلَةِ قَالَتْ يَا لَيْتَنِي مِتُّ قَبْلَ هَذَا وَكُنتُ نَسْيًا مَّنسِيًّا﴾

“Həmin vaxt doğuş ağrısı onu bir xurma ağacının gövdəsinə doğru çəkdi. (Narahatlıqdan ona söykəndi.) Dedi: «Kaş ki, bundan öncə ölüb yaddan çıxmış ola