A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (yeddinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


1. Saleh və məsuliyyətli insanlar çalışqan və əzmkardırlar.

2. İlahi insanlar bütün imkanları ilə məhrumların nicatı və ədalətin bərpası yolunda hərəkət edirlər.

3. İlahi insanların səfərləri və bu səfərlərin bərəkətləri haqqında söhbət dəyər və ibrətdir.

4. İstər şərq, istər qərbdə ən mühüm məsələ xalqın hidayəti və ona xidmətdir.

5. Allah fərdlərdən və onlara əta etdiyi xüsusi nemətlərdən tam agahdır. (Zül-Qərneynin səfərləri, rastlaşdığı hadisələr, xalqla söhbətlərinin bəyanı Allahın elmi əhatəsini göstərir.)

● Ayə 92-93:

﴿ثُمَّ أَتْبَعَ سَبَبًا حَتَّى إِذَا بَلَغَ بَيْنَ السَّدَّيْنِ وَجَدَ مِن دُونِهِمَا قَوْمًا لَّا يَكَادُونَ يَفْقَهُونَ قَوْلًا﴾

“Sonra (digər bir səfər üçün ixtiyarında olan səbəblərdən) başqa bir səbəb sorağınca getdi. Nəhayət iki sədd arasına yetişdi. Həmin iki dağın arxasında sanki heç bir söz anlamayan bir qövm tapdı.”

 

Nöqtələr

● Ötən ayədən göründüyü kimi xalq Zül-Qərneynin kamalından, qüdrətindən, canıyananlığından və ləyaqətindən xəbərdar idi və ən böyük çətinlikləri olan asayiş məsələsinin Zül-Qərneynin əli ilə həll olacağını düşünüb onunla söhbətləşdilər. Onların anlaqsızlığının qeydi mədəniyyətlərinin aşağı olmasına işarədir. Necə ki, “Nisa” surəsinin 78-ci ayəsində oxuyuruq: “Nə üçün bunlar heç bir söz anlamırlar?” Əlbəttə ki, ayədə həmin qövmün dil bilməməsi yox, düzgün yolda olmaması nəzərdə tutulur.

● Bu surədə üç əhvalat nəql olunur. Hər bir əhvalatda hərəkət və hicrət özünə yer almışdır: Kəhf səhabələrinin hicrəti, Xızrla görüş üçün Musanın hicrəti, Zül-Qərneynin hicrəti. İlkin hicrətdə məqsəd imanı qorumaq idi. İkinci hicrətdə məqsəd bilik əldə etmək, üçüncü hicrətdə məqsəd məhrumların xilası idi.

Bildirişlər

1. Təbiətə hakim qanunları kəşf edib işə salmaq lazımdır.

2. Hər bir hərəkət, məqsəd və səfərin xüsusi bir vasitəyə ehtiyacı var.

3. İlahi insanlar üçün rahatlıq, fərağət, bir yerdə dayanmaq mənasızdır.

4. Rəhbərlər digər məntəqələrə də baş vurub, ətrafdakı cərəyanlardan xəbər tutmalıdırlar.

5. Hərəkət və çalışmaq yoxsa, ehtiyaclar və gerçəklik öyrənilməmiş qalar.

6. İstər mütərəqqi, istər geri qalmış məhrum kütləyə xidmət dəyərdir.

 

● Ayə 94:

﴿قَالُوا يَا ذَا الْقَرْنَيْنِ إِنَّ يَأْجُوجَ وَمَأْجُوجَ مُفْسِدُونَ فِي الْأَرْضِ فَهَلْ نَجْعَلُ لَكَ خَرْجًا عَلَى أَن تَجْعَلَ بَيْنَنَا وَبَيْنَهُمْ سَدًّا﴾

“(Həmin qövm) dedilər: «Ey Zül-Qərneyn! Həqiqətən, Yəcuc Məcuc (qövmləri) bu yerlərdə fəsad törədirlər. Bizimlə onlar arasında sədd yaratmağın üçün sənə bir məbləğ verəkmi?»”

 

Nöqtələr

● “Xərac” torpaqdan xaric olan şeyə deyilir. “Xərc” isə maldan xaric olan şeydir.

● Təfsirçilər və tarixçilər mövcud əlamətlərə istinad edərək bildirirlər ki, Yəcuc və Məcuc həmin monqol-tatar qəbilələridir.

Bir rəvayətdə nəql olunur ki, Əmirəlmöminin Əli (ə) buyurmuşdur: “Zül-Qərneyn bir qövmlə rastlaşdı və ona dedilər: “Yəcuc və Məcuc qövmləri bu dağın arxasındadır. Onlar məhsul və meyvə yığımı zamanı hücum edib hər şeyi qarət edirlər. Sənin illik xərcini ödəsək, bizim üçün sədd yaradarsanmı?”[259]

Bildirişlər

1. Xalq ehtiyac duyduğu sahəyə sərmayə yatırır. Hazırkı surənin 77-ci ayəsində bildirildi ki, insanlar iki peyğəmbərə bir tikə çörək vermədilər. Amma bu ayədə onlar böyük sərmayə qoymağa hazırlıqlarını elan edirlər.

2. Allahın övliyaları əmin-amanlıq yarada biləcək ən üstün şəxslərdir. Onlar xalqı çətinlikdən qurtarmaq imkanındadırlar.

3. Əmin-amanlığa olan ehtiyac məskən və libasa olan ehtiyacdan önəmlidir. (Günəş qarşısında kölgənəcəyi olmayanlar Zül-Qərneyndən asayiş istədilər.)

4. Bəşər cəmiyyətində asayiş məsələsi çox mühüm məsələdir. Bu səbəbdən də cəmiyyətdə asayişi pozanlar üçün ən ciddi cəza nəzərdə tutulur.

5. Fəsad törədənlərin həbsi caizdir.

 

● Ayə 95:

﴿قَالَ مَا مَكَّنِّي فِيهِ رَبِّي خَيْرٌ فَأَعِينُونِي بِقُوَّةٍ أَجْعَلْ بَيْنَكُمْ وَبَيْنَهُمْ رَدْمًا﴾

“(Zül-Qərneyn onlara cavab olaraq) dedi: «Rəbbimin mənə verdiyi (qüdrət) daha yaxşıdır. Mənə öz gücünüzlə yardım göstərin, sizinlə onlar arasında möhkəm sədd çəkim.»”

 

● Ayə 96:

﴿آتُونِي زُبَرَ الْحَدِيدِ حَتَّى إِذَا سَاوَى بَيْنَ الصَّدَفَيْنِ قَالَ انفُخُوا حَتَّى إِذَا جَعَلَهُ نَارًا قَالَ آتُونِي أُفْرِغْ عَلَيْهِ قِطْرًا﴾

“Mənim üçün dəmir parçaları gətirin. Elə ki, iki dağın arası (dəmir parçaları ilə) dolub bərabərləşdi, dedi: «Onu alovlananadək üfürün.» Dedi: «Ərimiş mis gətirin, dəmirlərin üzərinə töküm.»”

 

● Ayə 97:

﴿فَمَا اسْطَاعُوا أَن يَظْهَرُوهُ وَمَا اسْتَطَاعُوا لَهُ نَقْبًا﴾

“(Bu dəmir divar hazırlandıqdan sonra Yəcuc Məcuc) onu adlaya, nə dağıda bildilər.”

 

Nöqtələr

● Çatın tutulması “rədm”, kənar və tərəf “sədf”, ərimiş mis “qitr”, böyük dəmir parçası “zubər” adlanır.

● İmam Sadiq (ə) buyurur: “Təqiyyə dedikdə sizinlə müxaliflər arasında onların aşa və dələ bilməyəcəyi sədd nəzərdə tutulur.”[260]

Bildirişlər

1. İlahi övliyaların nəzərində bütün imkanlar Allahdandır.

2. Peyğəmbərlər risalət və xalqın hidayəti üçün kimsədən pul və maddiyyat ummamışlar.[261]

3. İnsanların imkanları onların faydası yolunda istifadə olunmalıdır.

4. Məqsədə çatmaq üçün proqram, istək və büdcədən əlavə xalqın çalışqanlığı və iştirakı da lazımdır.

5. Bəzən maddi yardımlardan yox, insani qüvvədən kömək istənilməlidir.

6. Dəmir və mis qatqısı peyğəmbərlərin kəşfidir. (Bu gün də elmi baxımdan uyğun tərkib əhəmiyyətlidir.)

7. İşin möhkəm və nöqsansız yerinə yetirilməsi peyğəmbərlərə xas xüsusiyyətlərdir. Zül-Qərneynin tikdiyi sədd o qədər möhkəm idi ki, kimsə onu aşa və dələ bilmirdi.

8. İctimai problemlərin həllində həmdərd insanların əl-ələ verməsi lazımdır. Çəkilən zəhmətlərə qiymət verdikdə iş dəyərli olur.

9. Ləyaqətli rəhbərlər elm və sənət, qarşılıqlı yardım sayəsində ən sadə fərd və vasitələrlə ən üstün işlər görürlər. Əgər müdir ləyaqətli olsa, sadə işçilər mühüm layihələri həyata keçirə bilərlər.

 

● Ayə 98:

﴿قَالَ هَذَا رَحْمَةٌ مِّن رَّبِّي فَإِذَا جَاء وَعْدُ رَبِّي جَعَلَهُ دَكَّاء وَكَانَ وَعْدُ رَبِّي حَقًّا﴾

“(Zül-Qərneyn) dedi: «Bu, Rəbbim tərəfindən böyük mərhəmətdir. Rəbbimin vədi yetişən vaxt onu dağıdıb hamarlayar. Rəbbimin vədi haqdır.»”

 

Nöqtələr

● Zül-Qərneynin tikdiyi sədd bəzilərinin iddia etdiyi kimi Çin səddi deyil. Çünki həmin sədd dəmir və mislə düzəlmişdi. Qafqaz ərazisində yaxınlığında çay axan dəmir bir sədd tapılmışdır. Bu səddin həmin sədd olduğu daha inandırıcı görünür.[262]

Bildirişlər

1. İlahi insanlar heç vaxt qürrələnmir və Allahın rəhmətindən yardım aldıqlarını bilirlər.

2. Bütün səylər, dəyişikliklər bəşəriyyətin tərbiyəsi və inkişafı üçündür. Bu məqsəd ayədə 3 dəfə təkrarlanır.

3. Allahın rəhmət və rübubiyyəti bir-birinə bağlıdır.

4. Asayiş ilahi rəhmətdir. Adı çəkilən sədd xalqın əmniyyəti üçün tikilmişdi.

5. İş və səyin ilahiliyi, ciddilik, xalqın həmkarlığı, müdiriyyət və sənət, uca məqsədlər - bütünlüklə ilahi lütflər məcmuəsidir.

6. Xalqın asayişini təmin etməklə daha yaxşı təbliğ və dəvət etmək olar, eləcə də, digər işlər üçün zəmin yaranar. Zül-Qərneyn səddi başa çatdırdıqdan sonra xalqı yaranış və məadla tanış etdi.

7. Qiyamət astanasında hər şey xarab olar.

8. Allahın iradə və qüdrəti qarşısında insanların ən möhkəm qalaları davamsızdır.

9. İlahi insanlar Allahın lütfünə istinad edərək gələcəkdən xəbər verirlər.

10. İşin möhkəm görülməsini Allahın övliyalarından öyrənmək lazımdır. Onlar qiyamət astanasınadək yerində dayanası sədd düzəldirlər.

11. Həm dünya işlərini nöqsansız və möhkəm yerinə yetirmək, həm də ilahi qüdrəti danıb fərdi gücün puçluğunu unutmamaq lazımdır.

12. İlahi rəhbərlər insanların həm dünyasını abad edir, həm də onların diqqətini axirətə yönəldirlər.

 

● Ayə 99:

﴿وَتَرَكْنَا بَعْضَهُمْ يَوْمَئِذٍ يَمُوجُ فِي بَعْضٍ وَنُفِخَ فِي الصُّورِ فَجَمَعْنَاهُمْ جَمْعًا﴾

“Həmin gün (dünyanın sonunda) dalğa tək bəziləri bəzilərinə qatışsın deyə onları boşlayarıq. Sur üfürüldüyü vaxt hamını bir yerə toplayacağıq.”

 

● Ayə 100:

﴿وَعَرَضْنَا جَهَنَّمَ يَوْمَئِذٍ لِّلْكَافِرِينَ عَرْضًا﴾

“Həmin gün cəhənnəmi necə lazımsa kafirlərə göstərəcəyik.”

 

● Ayə 101:

﴿الَّذِينَ كَانَتْ أَعْيُنُهُمْ فِي غِطَاء عَن ذِكْرِي وَكَانُوا لَا يَسْتَطِيعُونَ سَمْعًا﴾

“O kəslər ki, gözlərində Mənim zikrimdən qəflət pərdəsi vardı (təəssüb inadkarlıq səbəbindən) eşitmək gücündə deyildilər.”

 

Nöqtələr

● Uyğun ayəni “Ənbiya” surəsinin 96-cı ayəsi ilə yanaşı qoysaq məlum olar ki, Yəcuc və Məcuc qövmü məsələsi qiyamətə aiddir və həmin gün üçün bir müqəddimədir. Yəni qiyamətdən öncə Yəcuc və Məcuc qövmü özbaşına buraxılar və dalğa tək yayılıb gedər.

● İmam Rzadan (ə) “gözlərində mənim zikrimdən qəflət pərdəsi” ayəsinin təfsiri haqqında soruşulduqda həzrət buyurdu: ”Ayədə zikr” dedikdə Əli ibn Əbi-Talib (ə) nəzərdə tutulmuşdur.[263]

● 101-ci ayədə göz və qulaq dedikdə mərifət, bəsirət və agahlıq nəzərdə tutulmuşdur. Söhbət qəlb gözü və qəlb qulağından gedir. Quranda korluq bəzən qəlbə aid edilir.[264]

Bildirişlər

1. Harada asayiş varsa, o asayiş Allahın lütfüdür. Xalq bir an özbaşına buraxılsa dünya bir-birinə dəyər.

2. Zül-Qərneyn səddinin uçulması qiyamət nişanələrindəndir.

3. Qiyamətdən öncə bəzi qövmlər yer üzündə hərc-mərclik yaradar. Amma həzrət Mehdinin (ə) zühuru ilə yer üzü islah olar.

4. İnsan daha çox göz və qulaqla xəbər tutur. Onların gözündə pərdə vardı və qulaqlarında haqqı eşitmək gücü yoxdur. Onlar haqqı anlamırdılar. Axı zikr gözlə görünəsi deyil.

5. Əslində eşitmə qabiliyyəti olan insan o qədər alçalır ki, onda haqqı eşitmək gücü qalmır.

6. Cəhənnəm kafirlərin dünyadakı əməllərinə və tərsliklərinə görə onlara göstərilir.

 

● Ayə 102:

﴿أَفَحَسِبَ الَّذِينَ كَفَرُوا أَن يَتَّخِذُوا عِبَادِي مِن دُونِي أَوْلِيَاء إِنَّا أَعْتَدْنَا جَهَنَّمَ لِلْكَافِرِينَ نُزُلًا﴾

“Yoxsa küfr edənlər elə güman etdilər ki, Mənim yerimə bəndələrimimi himayəçi götürsünlər? Şübhəsiz, Biz cəhənnəmi kafirləri qarşılamaq üçün hazırlamışıq.”

 

Nöqtələr

● Bu ayələrdə kafirlər belə təsvir olunur: Qəlbi kor, Allah əvəzində bəndələrə bəndəlik, cəhalət və təəssüb.[265]

● “Nuzul” dedikdə düşəcək yer və ya qonağın qarşıladığı ilkin şey nəzərdə tutulur.

Bildirişlər

1. Şirk və müşriklərin digər etiqadları xülyadan başqa bir şey deyil.

2. Allahdan savay istənilən bir kəs məxluq və Allahın bəndəsidir. Allahın əvəzinə məxluqa necə üz tutmaq olar?!

3. Allahdan qeyrisinin vilayətini, hakimiyyətini qəbul etmək küfrdür.

4. Cəhənnəm bu gün də mövcuddur. İlahi əzab ciddi və qətidir.

5. Küfrün cəzası cəhənnəmdir.

 

● Ayə 103:

﴿قُلْ هَلْ نُنَبِّئُكُمْ بِالْأَخْسَرِينَ أَعْمَالًا﴾

“De ki, sizə insanların ən ziyankarı haqqında xəbər verimmi?”

 

● Ayə 104:

﴿الَّذِينَ ضَلَّ سَعْيُهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا وَهُمْ يَحْسَبُونَ أَنَّهُمْ يُحْسِنُونَ صُنْعًا﴾

“O kəslər ki, dünya həyatındakı səyləri puça çıxar. Halbuki yaxşı gördüklərini zənn edirdilər.”

 

Nöqtələr

● Rəvayətlərdə bu ayənin Həzrət Əlinin (ə) vilayətini inkar edənlərə, vacib həcc vəzifəsini bu gün-sabaha salanlara aid edilir.[266]

● Həzrət Əli (ə) buyurur: “Ayədə ilk öncə haqq yolda olmuş, sonra dində bidətə yol verib yaxşı iş gördüyünü düşünən kitab əhli nəzərdə tutulur.” Sonra imam əlavə edir: “Nəhrəvanlılar onlardan geri qalmaz.”[267]

● İmam Hüseyn (ə) “Ərəfə” duasında deyir: “Pərvərdigara! Yaxşılıqlarımız pislikdir, həqiqətlərimiz iddiadan başqa bir şey deyil.”

● Faydalar bir-birindən fərqlənib müxtəlif dərəcəli olduğu kimi, zərərlərin də fərqli mərhələləri var; pis müamilə[268]; qazancsız müamilə[269]; xəsarət” adlanan zərər[270]; zərər-ziyanda qərq olmaq[271]; böyük və aşkar xəsarət[272]; hər tərəfli xəsarət.[273]

● Ziyankarlar bir neçə dəstəyə bölünür: yaxşı iş görməyənlər, yalnız dünya üçün çalışanlar, düzgün iş görmədiyini bilib çalışanlar, ziyanda olduğu halda fayda götürdüyünü güman edənlər.

İlk üç dəstə tövbə edib düzəlmək, pislikləri aradan qaldırmaq barədə düşünə bilər. Dördüncü dəstə isə heç vaxt çıxış yolu axtarmadığından ən pis dəstədir. Dünyanın halal ləzzətlərini özlərinə haram etmiş məsihi rahibləri belədir. Onlar peyğəmbərlər tərəfindən də tənqid olunur. Riyakar zahidnümalar da dördüncü dəstəyə nümunə ola bilər.

● Yanlış əqidədə olub, batil üzərində möhkəm dayananlar hər tərəfli ziyan içindədirlər. Çünki hər bir işin düzgün dəyərləndirmə meyarı düzgün məqsəddir. Quran xülya və əsassız gümanlardan qaynaqlanan hesab və qənaətləri tənqid edir.

Bildirişlər

1. Peyğəmbərə insanların həqiqi fayda və zərərini bəyan etmək əmr olunub.

2. Ən yaxşı təlim-tərbiyə üsullarından biri sorğu-sualdır.

3. İnsan üçün öz zərərindən xəbərsizlik təhlükəsi var.

4. Əməl zahirdə başa çatsa da, əslində məhv olub getmir.

5. Zənn-gümana əsaslanmayaq, həqiqətpərəst olaq.

 

● Ayə 105:

﴿أُولَئِكَ الَّذِينَ كَفَرُوا بِآيَاتِ رَبِّهِمْ وَلِقَائِهِ فَحَبِطَتْ أَعْمَالُهُمْ فَلَا نُقِيمُ لَهُمْ يَوْمَ الْقِيَامَةِ وَزْنًا﴾

“Onlar Rəbblərinin ayələrini Onunla (qiyamətdə) görüşü inkar edənlərdir. Belə ki, işləri puça çıxdı. Biz qiyamətdə onlar üçün mizan qurmayacağıq. (Çünki yalnız dəyərli işlərin ölçüyə ehtiyacı var.)”

 

● Ayə 106:

﴿ذَلِكَ جَزَاؤُهُمْ جَهَنَّمُ بِمَا كَفَرُوا وَاتَّخَذُوا آيَاتِي وَرُسُلِي هُزُوًا﴾

“Bu səbəbdən onların cəzası cəhənnəmdir. Çünki onlar küfr etdilər, Mənim ayələrimi mələklərimi məsxərəyə qoydular.”

 

Nöqtələr

● Lüğətdə “həbt” dedikdə heyvanın zəhərli ot yeyib, köpməsi nəzərdə tutulur. Bu hal onun ölümü ilə nəticələnə bilər. Onu zəhərlənib və qarnı şişmiş halda görənlər sağlam və ətli heyvan olduğunu düşünərlər.

Elə bu səbəbdən də insanın əməllərinin puça çıxması “həbt” adlandırılmışdır. Bu hala düşmüş insan günahlar vasitəsi ilə zəhərlənmişdir və məhv olmaq astanasındadır.

● Qiyamətdə insanlar üç dəstədir: yaxşı olduqlarından mizana ehtiyac duymayanlar, pis olduqlarından mizana ehtiyac duymayanlar, əməlləri hesaba çəkiləsi orta dəstə.[274]

Bildirişlər

1. Allahın inkarı əməllərin puça çıxması səbəbidir. Puça çıxan şeyin isə çəkisi olmur.

2. Allah yanında haqqın çəkisi var, batil isə puç və çəkisizdir.

3. İnsanın aqibəti onun əməllərindən asılıdır.

4. İlahi ayələrin, peyğəmbərlərin məsxərəsinin və küfrün sonu cəhənnəmdir.

● Ayə 107:

﴿إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ كَانَتْ لَهُمْ جَنَّاتُ الْفِرْدَوْسِ نُزُلًا﴾

“Şübhəsiz, iman gətirib saleh işlər görənlər üçün Firdovs behişti qəbul yeridir.”

 

● Ayə 108:

﴿خَالِدِينَ فِيهَا لَا يَبْغُونَ عَنْهَا حِوَلًا﴾

“Orada əbədidirlər yerlərini dəyişmək istəməzlər.”

 

Nöqtələr

● Həzrət Peyğəmbər (s) buyurur: “Behiştin yüz dərəcəsi var və onların ən üstünü Firdovsdur. Dua edərkən Allahdan Firdovs istəyin.”[275]

Bildirişlər

1. İman və saleh əməl behişt nemətlərinə çatmaq şərtidir.

2. Tərbiyədə xəbərdarlıqla yanaşı müjdə, mükafatla yanaşı əzab yer tutmalıdır. Bir neçə ayə öncə kafirlərin cəhənnəmdə qəbul vasitəsi bəyan oldu. Burada isə möminlərin qəbul vasitəsi olan Firdovs haqqında danışılır.

3. İnsan bir yerdə çox qaldıqda yorulur. O daha yaxşı yer gördükdə həmin yerə köçmək istəyir. Amma behişt əhli əbədi behiştdə heç vaxt yerlərini dəyişməyi arzulamırlar.

 

● Ayə 109:

﴿قُل لَّوْ كَانَ الْبَحْرُ مِدَادًا لِّكَلِمَاتِ رَبِّي لَنَفِدَ الْبَحْرُ قَبْلَ أَن تَنفَدَ كَلِمَاتُ رَبِّي وَلَوْ جِئْنَا بِمِثْلِهِ مَدَدًا﴾

“De ki, əgər dəniz Rəbbimin kəlmələri üçün mürəkkəb olsa, Onun kəlmələri sona çatmamış dəniz sona çatar. Başqa oxşar dəniz köməyə gətirsən!”

 

Nöqtələr

● “Midad” dedikdə mürəkkəbə qatılan cövhər nəzərdə tutulur. Qələm kağız üzərində onun köməyi ilə yazır.

● “Rəbbin kəlmələri” dedikdə ya vədlər və yaranmışlar, ya hikmətlər və məfhumlar, ya vəhy və ya Allahın hər hansı nişanəsi nəzərdə tutulur. Demək, hər bir zərrə, atom, hüceyrə Rəbbin kəlmələrindən biridir.

Bildirişlər

1. Allahın sonsuz nişanələri var. İnsan bu nişanələri hətta saymağa və qeyd etməyə belə acizdir.

2. İstənilən bir hadisə Rəbbin nişanəsi və kəlməsidir, insanın inkişaf və tərbiyəsinə yönəlmişdir.

 

● Ayə 110:

﴿قُلْ إِنَّمَا أَنَا بَشَرٌ مِّثْلُكُمْ يُوحَى إِلَيَّ أَنَّمَا إِلَهُكُمْ إِلَهٌ وَاحِدٌ فَمَن كَانَ يَرْجُو لِقَاء رَبِّهِ فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًا﴾

“De ki, həqiqətən, mən sizin kimi bir insanam. Mənə vəhy edilir ki, sizin məbudunuz yeganə məbuddur. Rəbbinin görüşünə ümid imanı olan kəs saleh görsün kimsəni ibadətdə Rəbbinə şərik qoşmasın.”

Nöqtələr

● Bu ayədə həm tövhid, həm nübuvvət, həm məad, həm ilahi rəhmətə ümid, həm ona çatmaqda səy, həm də əməldə ixlas mövzularına toxunulmuşdur. Bu səbəbdən Peyğəmbər (s) buyurur: “Ümmətimə yalnız “Kəhf” surəsinin son ayəsi nazil olsaydı, onlar üçün yetər