A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (yeddinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


“Biz peyğəmbərləri yalnız (möminlərə) müjdə verən (günahkarları) qorxudan kimi göndəririk. Amma kafirlər batil yolla höcətləşib, düşmənçilik aparırlar ki, haqqı məhv etsinlər. Onlar bizim nişanələrimizi qorxudulduqları şeyi məsxərəyə qoydular.”

 

Bildirişlər

1. İlahi sünnələrdən, peyğəmbər risalətindən, xalqın reaksiyasından və inadkar qövmün aqibətindən xəbərdarlıq peyğəmbər üçün bir növ təsəllidir.

2. Peyğəmbərlərin işi xalqı məcbur etmək yox, müjdə və xəbərdarlıqdır.

3. Allah xalqa höccəti tamamlayır, yetərincə dəlil gətirir. Din xalqa məcburi qəbul etdirilmir.

4. Kafirlərin məqsədi haqqın məhvi, bu məqsədə çatmaq üçün vasitələri höcət və istehzadır.

5. Haqla batil arasında tarix boyu müharibə olmuşdur.

6. Kafirlər haqqın qarşısını batil vasitəsi ilə almaq istəyirlər. Onlar anlamırlar ki, batil müvəqqətidir.[231]

7. Peyğəmbərlərin müjdə və xəbərdarlıqları gerçəklikdir və kafirlər onun məhvi üçün səy göstərirlər.

8. İlahi ayə və hökmlərin məsxərəyə qoyulması kafirlərin həmişəki işidir.

 

● Ayə 57:

﴿وَمَنْ أَظْلَمُ مِمَّن ذُكِّرَ بِآيَاتِ رَبِّهِ فَأَعْرَضَ عَنْهَا وَنَسِيَ مَا قَدَّمَتْ يَدَاهُ إِنَّا جَعَلْنَا عَلَى قُلُوبِهِمْ أَكِنَّةً أَن يَفْقَهُوهُ وَفِي آذَانِهِمْ وَقْرًا وَإِن تَدْعُهُمْ إِلَى الْهُدَى فَلَن يَهْتَدُوا إِذًا أَبَدًا﴾

“Rəbbinin ayələri ilə xəbərdar edildikdən sonra onlardan üz döndərən, öz keçmiş əməllərini unudan kəsdən sitəmkar kimdir?! Əlbəttə, Quran ayələrini anlamasınlar deyə Biz onların qəlblərinə pərdələr çəkdik, doğru yola çağırıldıqları vaxt yola gəlməsinlər deyə qulaqlarında ağırlıq qərar verdik.”

 

Nöqtələr

● “Təzəkkür” dedikdə insanın ruhunun dərinliyində Allahı tapdığı halda Ondan qəflətdə qalması rəmzi anlaşılır. “Təzəkkür”, yəni xəbərdarlıq, xatırlatma qəflət pərdəsini aradan götürmək üçündür. Həzrət Əli (ə) Peyğəmbərin (s) vəsfində buyurur: “Peyğəmbərin besətinin məqsədi budur ki, xalqa unutduqlarına vəfa qılmaq xatırladılsın.”[232]

● “Əkinnə” dedikdə pərdələr və örtüklər mənası başa düşülür.

Bildirişlər

1. İlahi ayələrə etinasızlıq və diqqətsizlik ən böyük zülmdür.

2. Pis əməllərin xatırlanması tövbə və üzrxahlıq üçün zəmin yaradır. Əksinə, pis işlərə diqqətsizlik ruhun zülmətə bürünməsi səbəbi və bütün bədbəxtliklərin açarıdır.

3. İlahi ayələrə diqqətsizliyin, istehzanın və günahlardan xəbərsizliyin cəzası həqiqətlərin dərkindən məhrumluqdur.

4. İlahi əzab təkcə qiyamətə aid deyil. Dərketmə gücünün alınması da bir əzabdır.

5. Xalqın hidayəti, doğru yola yönəldilməsi üçün təkcə dəlil bəs etmir. Qarşı tərəfin qəbul ruhiyyəsi də şərtdir.

6. Yumşaq qəlb və eşidən qulaq hidayət yoludur. Bu iki səciyyə olmadıqda hətta peyğəmbərlərin də sözü cavabsız qalır.

 

● Ayə 58:

﴿وَرَبُّكَ الْغَفُورُ ذُو الرَّحْمَةِ لَوْ يُؤَاخِذُهُم بِمَا كَسَبُوا لَعَجَّلَ لَهُمُ الْعَذَابَ بَل لَّهُم مَّوْعِدٌ لَّن يَجِدُوا مِن دُونِهِ مَوْئِلًا﴾

“Rəbbin bağışlayan rəhmət sahibidir. Əgər xalqı onların əməllərinə görə cəzalandırsa, onlara daha tez əzab göndərər. Amma onlar üçün vəd olunmuş məqam var. Allahın lütfü olmasa, heç vaxt geriyə dönüş yolu tapmazlar.”

 

Nöqtələr

● “Məvil” dedikdə sığınacaq, qurtuluş vasitəsi mənası başa düşülür.

● Allah həm ədalətlidir, həm də bağışlayan. O, ədaləti əsasında günahkarı cəzalandırmalıdır. Amma mərhəmətli olduğundan insana tövbə üçün möhlət verir. Tövbə etməyən insan isə ilahi ədalət əsasında cəzalandırılır.

Bildirişlər

1. Bağışlama və mərhəmət ilahi rübubiyyət şənindəndir və tərbiyə şərtidir.

2. Allah həm çox bağışlayandır, həm də geniş rəhmət sahibidir.

3. İlahi qəhr-qəzəb və əzab insanların öz əməllərinin nəticəsidir.

4. İnsanın məqsədli şəkildə yol verdiyi günahlar daha çirkindir və bu günahların əzabı daha ağırdır.

5. Günahkarlara möhlət vermək ilahi sünnədir.

6. Möhlət vermək və əzabı təxirə salmaq ilahi lütf nişanələrindəndir.

7. Allahın verdiyi möhlət günahkarları qürrələndirməsin. Çünki bir gün möhlət başa çatar, əzab anı yetişər və heç bir qurtuluş yolu qalmaz.

 

● Ayə 59:

﴿وَتِلْكَ الْقُرَى أَهْلَكْنَاهُمْ لَمَّا ظَلَمُوا وَجَعَلْنَا لِمَهْلِكِهِم مَّوْعِدًا﴾

“Zülm etdikləri vaxt həmin abadlıqların əhlini həlak etdik. Onların məhvi üçün zaman müəyyənləşdirdik.”

Bildirişlər

1. Tarixdən və keçmişdəkilərin başına gələnlərdən ibrət götürmək lazımdır.

2. İnsanların zülmə qapılaraq yol verdiyi əməllər bədbəxtlik və fəlakət rəmzidir.

3. Mədəniyyətlərin, cəmiyyətlərin süqutu Allahın iradəsinə tabedir.

4. İlahi qəhr-qəzəb hikmətə əsaslanır və onun üçün xüsusi vaxt müəyyənləşmişdir.

5. Sitəmkarları rifah və asayiş içində gördükdə məyus olmayın. Onlara da möhlət verilmişdir.

 

● Ayə 60:

﴿وَإِذْ قَالَ مُوسَى لِفَتَاهُ لَا أَبْرَحُ حَتَّى أَبْلُغَ مَجْمَعَ الْبَحْرَيْنِ أَوْ أَمْضِيَ حُقُبًا﴾

“(Xatırla,) o zaman ki, Musa gənc yoldaşına belə dedi: “İki dəryanın qovuşduğu yerə çatmayınca, illər uzansa belə öz axtarışımdan əl çəkmərəm.”

 

● Ayə 61:

﴿فَلَمَّا بَلَغَا مَجْمَعَ بَيْنِهِمَا نَسِيَا حُوتَهُمَا فَاتَّخَذَ سَبِيلَهُ فِي الْبَحْرِ سَرَبًا﴾

“Onların ikisinin qovuşduğu məhəllə çatdıqları vaxt (yol üçün götürdükləri) balığı unutdular. Balıq da suya sıçrayıb getdi.”

 

Nöqtələr

● “Musa” adı Quranda 136 dəfə çəkilmişdir. Bütün məqamlarda həmin ülul-əzm peyğəmbər nəzərdə tutulur.

Qulam və oğul əvəzinə gənc mənasını bildirən “fəta” sözünün işlənməsi ədəb, mehribanlıq və yaxşı çağırış nişanəsidir. Ayədə “fətah” deyərkən həzrət Musanın səfər yoldaşı Yuşə ibn Nun nəzərdə tutulmuşdur.[233]

● 70 ildən 80 ilədək çəkən uzun illər “huqub” sözü ilə ifadə olunmuşdur.

● Təfsir və rəvayətlərdə Musa ilə həzrət Xızrın əhvalatı bəyan olunur. Buxarinin “Səhih” kitabında İbn Abbasdan belə nəql olunur: Ubəyy ibn Kəb nəql edir ki, Peyğəmbər (s) buyurdu: “Bir gün həzrət Musa xütbə oxuduğu vaxt Bəni-İsrail ona sual verdi ki, ən alim şəxs kimdir? Həzrət Musa buyurdu: “Mənəm.” Həmin məqamda Allah Musanı məzəmmət etdi ki, nə üçün Allahın daha yaxşı bildiyini qeyd etməyib və həzrət Xızrın daha alim olduğunu deməyib? Musa dedi: “Xızr haradadır?” Xitab oldu: “Məcməul-Bəhreyn məntəqəsində. Həmin yeri tapmaq üçün səbətə bir balıq at və hərəkətə başla. Harada səbəti boş görsən, bil ki, orada həzrət Xızrla görüşə bilərsən.”[234]

Musa səbətə bir balıq atıb yoldaşına dedi: “Harada səbəti boş görsən mənə de.” Musa və yoldaşı hərəkətə başladı. Nəhayət, dənizin kənarına çatdılar. İstirahət üçün bir daşın kənarına çəkildilər. Musa yuxuda olduğu vaxt balıq hərəkətə gəlib dəryaya atıldı. Musanın yoldaşı, yuxuda olduğu üçün Musanı çağırmadı. Musa oyandıqdan sonra isə balığın suya atıldığını deməyi unutdu. Sonra yollarına davam etdilər. Bir gün ərzində yol getdikdən sonra Musa dedi: “Bu yol bizi yordu, yeməyə bir şey gətir.” Musanın yoldaşı həmin vaxt balığın suya atıldığını xatırlayıb əhvalatı Musaya danışdı. Musa dedi: “Balığın atıldığı yerə qayıtmalıyıq, bizə vəd olunmuş yer oradır.”

● İmam Baqir (ə) və İmam Sadiq (ə) buyurmuşdur: “Musanın yoldaşı duzlanmış balığı dənizin kənarına apardı ki, onu yusun. Balıq onun əlində hərəkətə gəlib suya atıldı.”[235]

● Belə bir fikir var ki, “Məcməul-Bəhreyn” məntəqəsi iki peyğəmbər dəryasının görüşdüyü yerdir. Musa zahiri, Xızr isə batini hikmət dəryası idi.

● Peyğəmbərlər məsum olduqlarından və nəyisə yaddan çıxarmadıqlarından, balığın yaddan çıxması dedikdə onun bir kənara qoyulması nəzərdə tutulur. Bəzi ayələrdə Allaha münasibətdə də belə təbirlər işlədilir.[236] Əslində həmin iki şəxs balıq məsələsini unutmamışdı və özləri ilə balıq götürmüşdü. Sadəcə Musa yatdığından məsələdən xəbər tutmamış və yoldaşı ona bu barədə danışmağı unutmuşdu.

● Quranda tez-tez rastlaşırıq ki, heyvanlar hansısa xəbər üçün əlamət olur. Habilin qarğanın təlqini vasitəsi ilə dəfni, Səba əhlinin Hud-hud (şanapipik) vasitəsi ilə xəbər tutması, iki peyğəmbərin görüşü əhvalatından balığın dirilməsi, peyğəmbərin qorunmasında hörümçəyin rolu, Kəhf səhabələrinin it tərəfindən qorunması deyilənlərə misal ola bilər.

Bildirişlər

1. Musanın Xızrla görüş və elm əldə etməklə bağlı çalışmaları qeyd olunasıdır.

2. Səfərdə yoldaşımız olsun.

3. Gözəl ünvan seçimi İslamın tövsiyəsidir.

4. Hicrət və elm əldə etmək üçün səfərin çoxlu tarixi keçmişi var.

5. Elm istəyində olan oturub alimin yolunu gözləməməli, onun sorağınca getməlidir. Yəni alimə yetişənədək axtarışdan əl çəkməmək!

6. Elm və alim axtarışına bütün ömrü sərf etməyə dəyər.

7. Elm təhsilinin sonu yoxdur. Musa kimi bir peyğəmbər də elm əldə etmək üçün uzun səfərə hazır olmalıdır.

8. Əsil yoldaş səfərin sonunadək insandan ayrılmır.

9. Dəniz və dənizkənarı mənəvi təlimlər və görüşlər üçün münasib məhəl ola bilər.

 

● Ayə 62:

﴿فَلَمَّا جَاوَزَا قَالَ لِفَتَاهُ آتِنَا غَدَاءنَا لَقَدْ لَقِينَا مِن سَفَرِنَا هَذَا نَصَبًا﴾

“Elə ki, (dəniz kənarından) ötdülər, Musa öz gənc yoldaşına dedi: “Səhər yeməyimizi gətir. Həqiqətən, bu səfərdə çox əziyyət görmüşük.”

 

● Ayə 63:

﴿قَالَ أَرَأَيْتَ إِذْ أَوَيْنَا إِلَى الصَّخْرَةِ فَإِنِّي نَسِيتُ الْحُوتَ وَمَا أَنسَانِيهُ إِلَّا الشَّيْطَانُ أَنْ أَذْكُرَهُ وَاتَّخَذَ سَبِيلَهُ فِي الْبَحْرِ عَجَبًا﴾

“(Həmin gənc) dedi: “Yadındadırmı, qayaya sığındığımız vaxt mən balığı unutdum. Onu mənə yalnız şeytan unutdurdu. Qəribədir, balıq dənizdə öz yolunu tutdu.”

 

Nöqtələr

● Sübh yeməyi “ğəda”, axşam yeməyi “əşa” adlanır.

● İmam Sadiq (ə) bildirir ki, həzrət Musa üç dəfə aclıqdan şikayətləndi: Şüeybin qızlarına su gətirib onlara kömək edəndə, (bir qırağa çəkilib dedi: “Pərvərdigara! Mənə nazil edəcəyin xeyirə möhtacam); bu ayədə göstərilən məqamda; kənd əhli onların yemək istəyinə müsbət cavab verməyəndə (Musa Xızra etiraz etdi ki, nə üçün bizə yemək verməyənlərə müftə iş görürsən?);

● Musa və Xızrın görüşəcəyi yerin nişanəsi vardı və bu nişanə həmin yerdə balığın dəryaya sıçraması idi. Həmin yerə çatdıqda balıq dəryaya atıldı, amma Musanın yoldaşı bu barədə Musaya bir söz deməyi unutdu. Bir qədər yol getdikdən sonra əhvalatı ona danışdı. Yenidən geri qayıtdılar və Musa həmin yerdə Xızrla görüşdü.

● Həzrət Musanın 4 səfəri olmuşdur: “Hərb səfəri”;[237] “Tələb səfəri”;[238] “Türəb səfəri”;[239] “Təb səfəri”;[240]

Bildirişlər

1. Yol yoldaşı və azuqə səfər ehtiyaclarındandır. (Kəhf səhabələrinin də nağd pulu vardı.)

2. Elm və təhsil, mərifət, amallara doğru hərəkət yolunda peyğəmbərlər də çətinliklərlə üzləşmişlər.

3. Şeytanlar Musa və Xızrın görüş və yoldaşlığını istəmədiyindən əhvalatı danışmağı Musanın yoldaşına unutdurdular.

 

● Ayə 64:

﴿قَالَ ذَلِكَ مَا كُنَّا نَبْغِ فَارْتَدَّا عَلَى آثَارِهِمَا قَصَصًا﴾

“(Musa) dedi: «Bu, axtardığımız həmin yerdir.» Öz ayaqlarının yerini izləyib həmin yolla qayıtdılar.”

 

● Ayə 65:

﴿فَوَجَدَا عَبْدًا مِّنْ عِبَادِنَا آتَيْنَاهُ رَحْمَةً مِنْ عِندِنَا وَعَلَّمْنَاهُ مِن لَّدُنَّا عِلْمًا﴾

“Sonra (həmin yerdə) Öz tərəfimizdən böyük mərhəmət əta etdiyimiz bəndəmizi tapdılar. Biz ona Öz elmimizdən öyrətmişdik.”

 

Nöqtələr

● İmam Sadiq (ə) buyurur: “Musa şəriət elmini Xızrdan daha yaxşı bilirdi. Digər sahələrdə Xızr Musadan daha agah idi.[241]

● Ayədə “əbd” (bəndə) deyərkən həzrət Xızra işarə olunmuşdur. O, müəyyən dəlillərə əsasən peyğəmbər olmuşdur:

a) Musa kimi peyğəmbərə ustad olan şəxs hökmən peyğəmbər olasıdır.

b) “Əbdina”, “əbdihi”, “ibadina” təbirləri Quranda adətən peyğəmbərlərlə bağlı işlədilir.

v) Xızr Musaya dedi: “Məndən gördüyün və səbir etmədiyin bütün qeyri-adi işlər mənim yox, Allahın əmri və rəyi əsasında idi.”

q) Musa Xızra söz verdi ki, mən sənin göstərişinə zidd bir iş görmərəm. Ülul-əzm peyğəmbərin nə üçün-niyəsiz təslimçiliyi, qarşısında dayanan şəxsin məsum və peyğəmbər olduğunu göstərir.

d) Qeyri-adi elmlər peyğəmbərlərə məxsusdur.

e) Bəzi təfsirçilər haqqında danışılan tərəfə aid edilən “Rəhmət” sözünü peyğəmbərlik kimi açıqlamışlar.

Bildirişlər

1. Bəzi elmləri səy, təcrübə və təlim yolu ilə əldə etmək olmur. Bu sayaq elmləri əldə etmək üçün “lədunni”–ilahi elmə ehtiyac var.

2. Əziyyət və axtarışın sonu tapıntı və müvəffəqiyyətdir.

3. Cəmiyyətdə yol göstərən Xızrlar tapılır. Əsası axtarmaq, tapmaq və şagirdlik etməkdir.

4. İnsanları Allaha bəndəçiliyə doğru dəvət edən kəs həm özü, həm də onun ustadı həqiqi bəndə olmalıdır.

5. Yalnız bəndəlik sayəsində ilahi rəhmət və elm əldə etmək olar.

6. Hər bir bilikdən də üstünü həmin şeyi daha yaxşı bilməkdir. Demək, elmimizlə qürrələnməməliyik.

 

● Ayə 66:

﴿قَالَ لَهُ مُوسَى هَلْ أَتَّبِعُكَ عَلَى أَن تُعَلِّمَنِ مِمَّا عُلِّمْتَ رُشْدًا﴾

“Musa ona (Xızra) dedi: «Kamal üçün sənə öyrədilənləri mənə öyrədəsən deyə ardınca gəlimmi?»”

 

Nöqtələr

● Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Musa Xızrla görüşdüyü vaxt bir quş dəryadan dimdiyinə su alıb sonra yerə atdı. Xızr Musaya dedi: “Quşun bu işinin nə demək olduğunu bildinmi? O bizə anladır ki, Allahın elmi ilə müqayisədə bizim elmimiz dərya ilə müqayisədə bu damla kimidir.”[242]

● Bu qısa ayələrdə ustada münasibətdə ədəb və təvazödən danışan çoxsaylı nöqtələr var. O cümlədən: Musa şagirdliyə icazə ilə başladı; özünü ustada ardıcıl kimi tanıtdırdı; Xızrı ustad kimi qəbul etdi; özünü ustadın elmlərindən bir hissəsinin şagirdi saydı; ustadın elmini qeyblə əlaqəli bildi; ustadın elmini təsirli saydı; “Allah sənə öyrətdiyi kimi sən də mənə öyrət”, dedi; itaətsizlik etməyəcəyini vəd etdi; ustadın iş və sözlərini əmr saydı; gələcəklə bağlı vəd verməyib “inşaəllah” söylədi.

Bildirişlər

1. Elm əldə etmək üçün ustad qarşısında ədəbli və təvazökar olmaq lazımdır.

2. Alimlər və ustadlar qarşısında təvazö peyğəmbər əxlaqındandır.

3. Elm və bilik aşiqi olan insan səy göstərir.

4. Alimlə birlikdə səfərə çıxmaq, elm əldə etmək yolunda çətinliklərə dözmək dəyərli işdir.

5. Elm sorağında olan insanın məqsədi olmalıdır və şəxsiyyət güdməməlidir.

6. İlahi işlər bəzən möcüzə yolu ilə həyata keçsə də, əsas qanun işlərin təbii yolla gerçəkləşməsidir. Musa hikmət öyrənmək üçün şagirdlik etməli oldu.

7. Ülul-əzm peyğəmbərlər də elm və bilik əldə etmək üçün çalışmışlar.

8. Həzrət Xızr peyğəmbər idi və Allah tərəfindən «lədunni» elm almışdır.

9. Təkamül yolunu keçmək və xüsusi ilahi maarifə çatmaq üçün müəllim və bələdçiyə ehtiyac var.

10. Peyğəmbərlərin elmi məhduddur və arta bilər.

11. Elm və kamaldan bəhrələnməkdə peyğəmbərlərin mərtəbələri fərqlidir.

12. Elm və kamalın bütün mərtəbələrinə yiyələnmək peyğəmbərlik şərti deyil.

13. İlahi maarif və elmlərdən xəbərdarlıq insan kamilliyinin təminatçısıdır.

14. Elm öz-özlüyündə məqsəd deyil. O inkişaf mayası olmalı, insanı saleh əmələ sövq etməli, onu qürurdan çəkindirib, təvazökarlığa aparmalıdır.[243]

 

● Ayə 67:

﴿قَالَ إِنَّكَ لَن تَسْتَطِيعَ مَعِيَ صَبْرًا﴾

“(Xızr) dedi: «Sən heç vaxt mənimlə yoldaşlığa dözə bilməzsən.»”

● Ayə 68:

﴿وَكَيْفَ تَصْبِرُ عَلَى مَا لَمْ تُحِطْ بِهِ خُبْرًا﴾

“Tam şəkildə bilmədiyin bir şeyə necə səbir edə bilərsən?”

 

● Ayə 69:

﴿قَالَ سَتَجِدُنِي إِن شَاء اللَّهُ صَابِرًا وَلَا أَعْصِي لَكَ أَمْرًا﴾

“(Musa) dedi: «Allahın istəyi ilə məni dözümlü görəcəksən heç bir işdə sənə itaətsizlik etməyəcəyəm.»”

 

● Ayə 70:

﴿قَالَ فَإِنِ اتَّبَعْتَنِي فَلَا تَسْأَلْنِي عَن شَيْءٍ حَتَّى أُحْدِثَ لَكَ مِنْهُ ذِكْرًا﴾

“(Xızr) dedi: «Əgər mənim ardımca gəlirsənsə, özüm bir söz deməyincə məndən heç haqqında soruşma.»”

 

Nöqtələr

● Ötən ayələrdə bəyan olunduğu kimi, həzrət Musa ülul-əzm peyğəmbərlərdən olsa və şəriət elmini bilsə də, digər elmlərdə həzrət Xızr ondan üstün idi.

Bildirişlər

1. Tərbiyəçi və müəllim öz şagirdlərinin tutumundan xəbərdar olmalıdır.

2. Elmi məsuliyyətlər həvalə olunarkən müsbət və mənfi cəhətlər nəzərə alınmalıdır.

3. İnsanların məlumat tutumu fərqlidir. Hətta Musada Xızrın işlərinə dözüm yox idi.

4. Səbir olmadan elmi təkamül əldə oluna bilməz.

5. Bir çox höcətləşmələrin və kin-küdurətlərin səbəbi qarşı tərəfin düşüncə və məqsədindən xəbərsizlik olur.

6. Agahlıq və elmi əhatə insanın tutumunu və səbrini artırır.

7. Səbir və ilahi lütflə kamala çatmaq olar.

8. Gələcəkdə görəcəyimiz hər bir işdən öncə Allahın istəyini yada salaq və “inşaəllah” söyləyək.

9. Xızr məsum idi. Çünki Musa ona itaətsizlik göstərməyəcəyini əhd etdi.

10. Müəllimə itaət və təhsil yolunda səbir elmə çatmağın qaydası və şərtidir.

11. Elmi və tərbiyəvi işlərdə öhdəçilik götürmək caizdir.

12. Sual verməyin vaxtı var və bu işdə tələsmək olmaz.

13. Peyğəmbərlərin bütün işləri dəlil, məntiq və hikmətə əsaslanmışdır.

14. Ustad və tərbiyəçi öz şagirdlərinin şübhələrini aradan qaldırmalıdır.

 

● Ayə 71:

﴿فَانطَلَقَا حَتَّى إِذَا رَكِبَا فِي السَّفِينَةِ خَرَقَهَا قَالَ أَخَرَقْتَهَا لِتُغْرِقَ أَهْلَهَا لَقَدْ جِئْتَ شَيْئًا إِمْرًا﴾

“O iki nəfər (Musa Xızr) yola düşdülər. Nəhayət gəmiyə süvar oldular. (Xızr) onu deşdi. Musa dedi: «Yoxsa sərnişinləri batırmaq üçün onu deşdin? Həqiqətən, rəva olmayan bir gördün!»”

 

● Ayə 72:

﴿قَالَ أَلَمْ أَقُلْ إِنَّكَ لَن تَسْتَطِيعَ مَعِيَ صَبْرًا﴾

“(Xızr) dedi: «Demədimmi ki, sən heç vaxt mənimlə yoldaşlığa dözməzsən?»”

 

Nöqtələr

● “Xərq” fəsad səbəbi ilə və mütaliə etmədən bir şeyi parça-parça etmək mənasını bildirir. “İmr” dedikdə mühüm, təəccüblü və ya çox çirkin iş mənası anlaşılır.

Bildirişlər

1. Təhsildə vaxtı əldən verməyin.

2. Bəziləri sonadək yoldaşlıq etmir. Musanın ilkin yoldaşı sonadək onunla getmədi və Musa həzrət Xızrla ikilikdə yola düşdü.

3. Elm zaman, məkan və hər hansı xüsusi vasitə ilə məhdudlaşmır. (Dənizdə, gəmiyə süvari halda, səfərdə də oxumaq olar.)

4. Bir şəxsin elm və hikmətini qəbul etdikdə onun bizə təəccüblü görünən işlərinə də sükutla yanaşmalıyıq.

5. Bəzən bir şeyin məhvi təhsil üçün şərt olur.

6. Təhlükə baş verdikdə hamı özünü düşünürsə, peyğəmbərlər xalqa görə narahat olur.

7. Gəminin deşilməsi zahirdə başqasının malını korlamaq idi. Musa zahirdə dəlili olmayan bu işə görə etiraz etdi.

 

● Ayə 73:

﴿قَالَ لَا تُؤَاخِذْنِي بِمَا نَسِيتُ وَلَا تُرْهِقْنِي مِنْ أَمْرِي عُسْرًا﴾

“(Musa) dedi: «Məni yaddan çıxartdığım üçün məzəmmət etmə bu işə görə məni qınama.»”

&n