A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (yeddinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


1. Məzəmmət doğru yola dəvətlə yanaşı olmalıdır.

2. Əqidə ilə bağlı sözləri qəlbdən keçirmək bəs etmir, onları dilə gətirmək lazımdır.

3. Təbiətin gözəl mənzərələri ilə rastlaşdıqda Allahı yada salaq. Bütün nemətlər Ondandır.

4. Qəflət və qürurun qarşısını almaq üçün nemətlərlə rastlaşdıqda Allahın iradəsini yaddan çıxarmayaq.

5. Həqiqi mömin var-dövlət və övladın azlığına xatir yolunu azmaz. “İn tərəni” yəni “mən əskik deyiləm, sən məni əskik görürsən” mənasınadır.

 

● Ayə 40:

﴿فَعَسَى رَبِّي أَن يُؤْتِيَنِ خَيْرًا مِّن جَنَّتِكَ وَيُرْسِلَ عَلَيْهَا حُسْبَانًا مِّنَ السَّمَاء فَتُصْبِحَ صَعِيدًا زَلَقًا﴾

“Ümid var ki, Rəbbim sənin bağından da yaxşısını mənə əta etsin sənin bağına səmadan hesab olmuş cəza (şimşək əzab) göndərməklə onu yerlə yeksan etsin, otsuz sürüşkən hala salsın.”

 

● Ayə 41:

﴿أَوْ يُصْبِحَ مَاؤُهَا غَوْرًا فَلَن تَسْتَطِيعَ لَهُ طَلَبًا﴾

“Ya onun suyu hopsun heç vaxt onu geri qaytara bilməyəsən.”

 

Nöqtələr

● “Zələq” dedikdə saf, ot-ələfsiz torpaq nəzərdə tutulur. Belə bir torpaqda insanın ayağı sürüşür.

Bildirişlər

1. Allah rübubiyyəti əsasında əta edir və geri alır.

2. Yoxsullar məyus olmasın. Məyusluq yoxsulluqdan da pisdir.

3. Əgər Allah istəsə yoxsul varlaşar, hətta başqalarından da varlı olar.

4. Qürrələnən kafirlərdən nemətlərin alınmasını arzulamaq, onlara nifrin bəyənilmiş işdir.

5. Allahın qəhr-qəzəbi hesablıdır və ədalətlidir.

6. Varlılar öz olanlarına görə qürrələnməsinlər. Onların sərvəti bir anda məhv ola bilər.

7. Şirk, küfr və lovğalıq insanın var-dövlətini puça çıxarır.

8. Allah Öz əzabını göydən və yerdən istənilən vaxt nazil edə bilər.

9. Allahın qəhr-qəzəbi qarşısında dayanacaq bir qüvvə və qurtuluş yolu yoxdur.

 

● Ayə 42:

﴿وَأُحِيطَ بِثَمَرِهِ فَأَصْبَحَ يُقَلِّبُ كَفَّيْهِ عَلَى مَا أَنفَقَ فِيهَا وَهِيَ خَاوِيَةٌ عَلَى عُرُوشِهَا وَيَقُولُ يَا لَيْتَنِي لَمْ أُشْرِكْ بِرَبِّي أَحَدًا﴾

“Onun bar-bəhrəsi (ilahi qəzəblə) əhatə oldu. Elə bir hala düşdü ki, bağa qoyduğu xərclərə xatir (həsrətdən) iki əlini bir-birinə çəkdi. Halbuki onun (bağın) dayaqları uçulub tökülmüşdü. O deyirdi: “Kaş ki, kimsəni Rəbbimə şərik qoşmayaydım.”

 

Nöqtələr

● Bəziləri təkəbbür göstərib malına güvənməklə Allahdan qəflətdə qalır və tövhid mehvərindən çıxıb müşrik olur. Amma istər möminlər, istərsə də kafirlər nə vaxtsa Allah qarşısında etiraf etməli olur.[212]

Bildirişlər

1. Allah əhatə edəndir (“Mühit”) Onun həm lütfü, həm də qəhr-qəzəbi əhatəlidir.[213]

2. Allahın cəzası qürrələnənlərin pusqusundadır.

3. Allahın bəlaları və əzabları öz pis düşüncə və əməllərimizin nəticəsidir. Bağ sahibi haqqında danışılarkən əvvəlcə onun küfrü, sonra ilahi bəla qeyd olunur.

4. Ümidsizliklər və daxili hallar insanın zahirində və rəftarlarında əsər qoyur.

5. Dünyapərəstlər hadisələrə münasibətdə öncə iqtisadi, sonra mənəvi təhlil edirlər. Onlar öncə düşdükləri zərərə görə həsrət çəkir, sonra şirklərinə görə peşman olurlar.

6. Dünyada əzablar yatmış vicdanların və qəflətdə olan qəlblərin oyanış səbəbidir.

 

● Ayə 43:

﴿وَلَمْ تَكُن لَّهُ فِئَةٌ يَنصُرُونَهُ مِن دُونِ اللَّهِ وَمَا كَانَ مُنتَصِرًا﴾

“Heç bir qövmün Allahın qəzəbi qarşısında yardımçısı yoxdur özünə yardım göstərmək gücündə deyil.”

 

● Ayə 44:

﴿هُنَالِكَ الْوَلَايَةُ لِلَّهِ الْحَقِّ هُوَ خَيْرٌ ثَوَابًا وَخَيْرٌ عُقْبًا﴾

“O halda vilayət qüdrət yalnız haqq olan Allaha məxsusdur. Ən üstün mükafat ən yaxşı sonluq Onun tərəfindədir.”

 

Nöqtələr

● Quranda dəfələrlə təkid olunur ki, insan təhlükə ilə üzləşdiyi vaxt maddi vasitələri təsirsiz gördükdə Allaha üz tutur və dərin bir ümidlə Onu səsləyir. İnsan dənizdə tufana düşdükdə və ya əzabla üzləşdikdə iman gətirir.

Ayədə bağı yanmış şəxs köməyinə gələn olmadığını görüb hökmün Allaha məxsus olduğunu anlayır.

● Bu ayədə “vilayət” sözü qüdrət və yardım mənasında işlədilmişdir.

Bildirişlər

1. Allahdan qeyrisinə etimadın sonu əliboşluqdur.

2. Allahın qəzəbi nazil olan vaxt var-dövlət, övlad nə qədər çox olsa da kara gəlmir. (Təhlükə gəldikdə rifah dövrünün dostları tapılmır.)

3. Bütün acı hadisələrin qətnaməsi eynidir: Qüdrət yalnız Allaha məxsusdur.

4. Qeyri-ilahi vilayətlər davamsız və batildir. Yalnız Allahın vilayəti sabit və haqdır.

5. Nə qədər hesab aparıb uzağı düşünsək də Allahın sorağınca getməliyik.

6. İlahi yardım və Allahın haqq olması ən üstün mükafat və aqibətin təminatçısıdır.

7. Yaxşı sonluq və mükafat dəyər ölçüsüdür.

 

● Ayə 45:

﴿وَاضْرِبْ لَهُم مَّثَلَ الْحَيَاةِ الدُّنْيَا كَمَاء أَنزَلْنَاهُ مِنَ السَّمَاء فَاخْتَلَطَ بِهِ نَبَاتُ الْأَرْضِ فَأَصْبَحَ هَشِيمًا تَذْرُوهُ الرِّيَاحُ وَكَانَ اللَّهُ عَلَى كُلِّ شَيْءٍ مُّقْتَدِرًا﴾

“(Ey peyğəmbər,) onlar üçün dünya həyatını məsəl çək; (müvəqqətilikdə) su kimidir ki, səmadan endirdik, yerin otu (onun vasitəsilə ilə) qarışar, qəfildən quruyar. Belə ki, küləklər (onları) sovurar. Allah hər şeyə qüdrətlidir.”

Nöqtələr

● Ayədə qürurlu və qafil insanlara ibrət olsun deyə cücərtidən, yerin yaşıl örtüyündən, ilahi qəzəbin nazil olub onları yandırmasından danışılır.[214]

Bəli, dünya azca yağışla göyərib, azca küləklə quruyan köksüz ot kimidir. İnsana qalan onun əməlidir. Bu nöqtəyə həzrət Əmirəl-möminin (ə) da öz divanında işarə edir.

Bildirişlər

1. Həqiqətlərin bəyanı və xalqın hidayəti üçün Allah rəsuluna (s) əmr olunur ki, təmsildən istifadə etsin.

2. Tərbiyə və təbliğ üsullarından biri hamı tərəfindən anlaşılacaq və təbii misallardan istifadə etməkdir.

3. Hər bir baharın xəzanı, hər bir vüsalın fərağı var.

4. Dünyanın ötəri cilvələri bizi aldatmasın, davamlı gələcək haqqında düşünək.

 

● Ayə 46:

﴿الْمَالُ وَالْبَنُونَ زِينَةُ الْحَيَاةِ الدُّنْيَا وَالْبَاقِيَاتُ الصَّالِحَاتُ خَيْرٌ عِندَ رَبِّكَ ثَوَابًا وَخَيْرٌ أَمَلًا﴾

“Var-dövlət övladlar dünya həyatının zinətidir. Layiqli davamlı işlərin Allah yanında daha üstün mükafatı var. Onlara ümid etmək yaxşıdır.”

 

Nöqtələr

● Rəvayətlərdə “baqiyatus-salihat” təbiri üçün beş vaxt namaz, Allahın zikri, Əhli-beytə (ə) məhəbbət kimi nümunələr göstərilir.[215]

● Dünyanın bütün maddi nemətləri dünya zinətidir. Var-dövlət və övladın isə daha çox cazibəsi var. Bu səbəbdən də həmin iki nemət xüsusi qeyd olunmuşdur. Çünki adətən, qız yox, oğlan övladlar iqtisadi və fəal qüvvədir. Bu səbəbdən də “mal” sözü ilə yanaşı “bənat” yox, “bənun” sözü işlədilmişdir.

Bildirişlər

1. Var-dövlət və övladın cazibəsi yalnız dünyaya aiddir və bu iki nemətin axirətdə heç bir faydası yoxdur.

2. Maddi imkana malik olanlar lovğalanmasınlar. Var-dövləti olmayanlar da qəm yeməsin.

3. Var-dövlət və övlad əbədi deyil. Yalnız davamlı şeylər haqqında düşünüb, onlara könül verək.

4. Allah qarşısında heç bir saleh əməl zay olmur. Onların mükafatına zəmanət verilmişdir.

5. Yaxşı işlərin dəyərini hamı bilmir. İnsanların çoxu xeyir-bərəkəti maddi ləzzətlərdə görür.

6. Mükafat və cəza tərbiyə şərtidir və Allahın rübubiyyət şənindəndir.

7. Yalnız mükafat haqqında düşünməyin, ən əsası davamlı gələcəkdir.

8. Xalqın təlim-tərbiyəsində onların arzu və ümidlərindən istifadə edək.

 

● Ayə 47:

﴿وَيَوْمَ نُسَيِّرُ الْجِبَالَ وَتَرَى الْأَرْضَ بَارِزَةً وَحَشَرْنَاهُمْ فَلَمْ نُغَادِرْ مِنْهُمْ أَحَدًا﴾

“(Xatırla,) o gün ki, dağları hərəkətə gətirərik yeri aşkar (saf, hamar) görərsən. Hamını ayağa qaldırarıq kimsəni boşlamarıq.”

 

Nöqtələr

● Quran qiyamət astanasında dağların vəziyyətini müxtəlif şəkillərdə bəyan edir:

1. Zəlzələ, yerin və dağların titrəyişi.[216]

2. Hərəkət, yerdəyişmə.

3. Parçalanma və qum şəklinə düşmə.[217]

Bildirişlər

1. Dünya həyatına bağlanmamaq üçün qiyaməti xatırlamaq lazımdır.

2. Yaxşı işlər çox yerlərdə, o cümlədən dağların hərəkətə gələcəyi qiyamətdə fayda verir.

3. Qiyamətdə və məhşər səhnəsində heç bir alçaqlıq və hündürlük yoxdur.

4. Həşr və qiyamət qaçılmazdır.

5. Qiyamət hamı üçündür və bu işdə heç bir istisna yoxdur.

 

● Ayə 48:

﴿وَعُرِضُوا عَلَى رَبِّكَ صَفًّا لَّقَدْ جِئْتُمُونَا كَمَا خَلَقْنَاكُمْ أَوَّلَ مَرَّةٍ بَلْ زَعَمْتُمْ أَلَّن نَّجْعَلَ لَكُم مَّوْعِدًا﴾

“(Həmin gün) bütün insanlar cərgələnib Rəbbinə təqdim olunar. (Allah onlara buyurar:) «Sizi ilk dəfə yaratdığım kimi (bu gün) Bizə doğru gəldiniz. Yoxsa düşünürdünüz ki, heç vaxt verdiyimiz vədi yerinə yetirməyəcəyik?»”

 

Nöqtələr

● “Səf” nizam, ardıcıllıq, ədəb və təvazö nişanəsidir. Quranda mücahidlər, eləcə də, mələklər vəsf olunarkən “səf” təbirindən istifadə olunur. Quranın “səf və “saffat” adlanan iki surəsi var.

● Əgər dünyada silahlı qüvvələr başçıların qarşısında dayanırsa, qiyamətdə bütün insanlar məcburi şəkildə və nizamlı halda Allahın hüzurunda dayandırılar.

Bildirişlər

1. Qiyamətdə iştirak və Allah qarşısında hüzur qətidir.

2. Dünyadakı təbəqələşmə qiyamətdə aradan qaldırılır, varlılar və yoxsullar eyni bir cərgədə dayanar.

3. Nizam həm dünya, həm də axirətdə öz yeri olan dəyərdir. Cəmiyyətdə və ibadətdə də nizam mühüm rol oynayır.

4. Qiyamət hüzuru dünyaya gəliş və hüzur kimidir. Həmin məqamda insan aciz, ağlar və üryan olur. (Münacatlarda insanın qiyamət səhnəsindəki üryanlığına işarə edilmişdir.)

5. Məad cismanidir.

6. Qiyamətdəki təkrar yaranış dünyadakı yaranış kimidir.

7. Məadı inkar edən kafirlərin heç bir dəlili yoxdur.

● Ayə 49:

﴿وَوُضِعَ الْكِتَابُ فَتَرَى الْمُجْرِمِينَ مُشْفِقِينَ مِمَّا فِيهِ وَيَقُولُونَ يَا وَيْلَتَنَا مَالِ هَذَا الْكِتَابِ لَا يُغَادِرُ صَغِيرَةً وَلَا كَبِيرَةً إِلَّا أَحْصَاهَا وَوَجَدُوا مَا عَمِلُوا حَاضِرًا وَلَا يَظْلِمُ رَبُّكَ أَحَدًا﴾

“Kitab (əməl naməsi) ortaya qoyular. Günahkarları bu naməyə görə qorxmuş görərsən onlar deyərlər: “Vay olsun bizə, bu necə yazıdır ki, heç bir (söz əməl) kiçik böyük ötürülməyib hesaba alınıb! Onlar öz əməllərini (qarşılarında) hazır görərlər Rəbbləri kimsəyə sitəm qılmaz.”

 

Nöqtələr

● Quran qiyamətə aid kitab, əməl naməsi ilə bağlı dəfələrlə söz açır: “Bizim mələklərimiz yazır.”;[218] “İşlərin əsərləri də yazılır.”[219]; “Onların əməl namələri boyunlarından asılar.”[220]; “Əməl namələri qiyamətdə açılar.”[221] “Namələr fərdlərin əlinə verilər; yaxşıların əməl naməsi sağ, pislərin əməl naməsi sol əlinə verilər; hər fərdin əməl naməsi olduğu kimi, hər bir ümmətin də kitab və naməsi var.”[222]

● Həzrət Peyğəmbər (s) Hüneyn döyüşündə qayıdarkən susuz bir səhrada dayandı. O öz səhabələrinə buyurdu: ”Dolanın və ətrafdakı çör-çöpü bir yerə yığın.” Səhabələr getdilər və hərə bir qədər çör-çöp gətirdi. Onlar gətirdiklərini üst-üstə qalaqladılar. Həzrət Peyğəmbər (s) buyurdu: ”Günahlar bu sayaq cəm olur, kiçik günahlardan çəkinin.”[223]

Uyğun proqramdan anlamaq olar ki, Allahın rəsulu (s) öz yoldaşlarının boş vaxtını doldurmaqla yanaşı döyüşdən sonrakı qürurun qarşısını almaq üçün müəyyən bəyanatlar verirdi. Belə məqamlarda səhabələr özlərini ya günahsız, ya da qismən günahkar sayırdılar.

● İmam Sadiq (ə) buyurur: “Qiyamət günü əməl naməsi insana verilən vaxt insan bu naməyə nəzər salıb, xırdalı-böyüklü bütün hərəkət və rəftarlarının qeyd olunduğunu görür. Ona elə gəlir ki, bütün bu işlər azca əvvəl baş vermişdir. Ona görə də “vay olsun mənə” deyir.” [224]

● Dünyada biganə ömür sürüb, istənilən yola qədəm atanlar axirətdə peşman olur. Dünya həyatında vəzifəsini yerinə yetirib Allahdan qorxan möminlər isə axirətdə asudədirlər.[225]

Bildirişlər

1. Qiyamətdə həm fərdlərin əməl naməsi onların əlinə verilər, həm də qarşılarında kitab qoyular.

2. Günahkarları narahat edən və qorxudan Allah yox, onların qeyd olunmuş əməlləridir.

3. Qiyamət günahkarlar üçün həsrət və əfsus günüdür.

4. İnsanlar qiyamətdə öz əməllərindən hər biri savadlı imiş kimi xəbər tutarlar. Həmin məqamda hamı oxumağı bacarar.

5. İnsanın əməllərinin dərəcələri var.

6. Qiyamət əməllərin təcəssüm səhnəsidir.

7. Ədalətli olmaq və zülmə yol verməmək ilahi rübubiyyət şərtidir.

 

● Ayə 50:

﴿وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ كَانَ مِنَ الْجِنِّ فَفَسَقَ عَنْ أَمْرِ رَبِّهِ أَفَتَتَّخِذُونَهُ وَذُرِّيَّتَهُ أَوْلِيَاء مِن دُونِي وَهُمْ لَكُمْ عَدُوٌّ بِئْسَ لِلظَّالِمِينَ بَدَلًا﴾

“(Xatırla,) o zaman ki, mələklərə dedik: «Adəmə səcdə edin.» İblisdən savay hamı səcdə etdi! O cinlərdən idi Rəbbinin göstərişindən boyun qaçırdı. (Belə olan halda) onu onun nəslini mənim yerimə himayəçimi seçirsiniz? Halbuki onlar sizə düşməndirlər! Sitəmkarlar Allahın əvəzinə pis bir şeyi seçmişlər.”

 

Nöqtələr

Səcdə üç növdür:

a) Namaz səcdəsi kimi yalnız Allaha məxsus olan ibadət səcdəsi;

b) Allah əmrinə itaət üçün mələklərin Adəmə səcdəsi kimi itaət səcdəsi;

v) Yusifin aqibəti ilə bağlı Yəqubun səcdəsi kimi, Allaha təşəkkür, “təhiyyət” səcdəsi.

Bildirişlər

1. Mələklərin Adəmə səcdəsi və İblisin rədd olunması əhvalatı düşünüləsi əhvalatdır və ibrət mayasıdır.

2. Mələklər insandan öncə var idilər.

3. İnsan mələkdən üstün olduğu üçün mələyə insana səcdə etmək əmri verildi.

4. Mələklər Allahın əmri qarşısında mütidirlər.

5. Səcdə etməyənlər İblisin yolundadırlar.

6. Öz keçmişimizlə öyünməyək. İblis uzun müddətli abid keçmişinə baxmayaraq yolunu azdı.

7. İblisin övladları, törəmələri var.

8. Günahkarları dost tutmaq olmaz.

9. Şeytanın ardıcılları nə etdiklərini bilmək üçün öz əməllərini nəzərdən keçirməlidirlər.

10. Şeytan və onun nəsli bəşəriyyətin düşmənidir.

11. Allah yerinə şeytanın ardınca gedənlər sitəmkarlardır.

12. Allahı boşlayıb, şeytanın ardınca getmək ən pis sonluğu seçməkdir.

 

● Ayə 51:

﴿مَا أَشْهَدتُّهُمْ خَلْقَ السَّمَاوَاتِ وَالْأَرْضِ وَلَا خَلْقَ أَنفُسِهِمْ وَمَا كُنتُ مُتَّخِذَ الْمُضِلِّينَ عَضُدًا﴾

“Mən onları (İblis övladlarını) nə səmaların yerin, nə özlərinin yaranışında şahid gətirmədim. Mən azğınları özümə köməkçi götürmərəm.”

 

Nöqtələr

● Həzrət Əliyə (ə) dedilər: “Hakimiyyətin möhkəmlənənədək Müaviyəni əmirlikdə saxla. Qüdrətə çatdıqdan sonra onu işdən kənarlaşdırarsan.” Həzrət belə bir işin mümkün olmadığını buyurdu.[226]

● Allah mütləq ehtiyacsızdır. Hətta yaranış prosesində Onun kimsənin köməyinə ehtiyacı yoxdur. Onun hər hansı işi başqasına, məsələn, mələklərə tapşırması acizlikdən yox, hikmətdəndir və insanların tərbiyəsi üçündür.[227]

Bildirişlər

1. Allahın yaranışda şahidə ehtiyacı yoxdur.

2. Varlıq və yaranışın sirrini Allahdan başqa kimsə bilməz.

3. Yalnız yaradanın hakimiyyət haqqı var.

4. Allahın məmurları etibarlı olmalıdır.

5. Allahın yolunda olanlar azğınlardan yardım almamalı, siyasi və iqtisadi müstəqilliklərini hifz etməlidirlər.

 

● Ayə 52:

﴿وَيَوْمَ يَقُولُ نَادُوا شُرَكَائِيَ الَّذِينَ زَعَمْتُمْ فَدَعَوْهُمْ فَلَمْ يَسْتَجِيبُوا لَهُمْ وَجَعَلْنَا بَيْنَهُم مَّوْبِقًا﴾

“(Xatırla,) o gün ki, (qiyamətdə Allah mələklərə) deyər: «Mənə şərik qoşduqlarınızı yanınıza çağırın (sizə kömək etsinlər). Onları çağırarlar, amma bir cavab çıxmaz. Biz onların arasında həlakət dərəsi qərar verərik.»”

 

Nöqtələr

● Allahdan uzaq düşənlər avara qalır. Onlar insana, cansız cismə, heyvana, günəşə, aya, inəyə, buzova, mələklərə və şeytanlara müraciət etsələr də, bir cavab almırlar. Allahı çağıranlara isə hökmən cavab verilir.[228]

Sual: Quranda bildirilir ki, Allah haqqı gizlədənlərlə və əhdi pozanlarla danışmaz.[229] Bəs nə üçün bu ayədə Allahın müşriklərlə danışdığı bildirilir?

Cavab: Ola bilsin ki, haqqı gizlədənlər müşrikdən də pisdirlər. Ya da bu nöqtə qiyamət mərhələlərinin müxtəlifliyi ilə izah oluna bilər. Bir mərhələdə Allah danışır, digər mərhələdə onlardan üz çevirir. «Allah onlarla danışmaz» dedikdə mümkündür ki, mehriban danışıq nəzərdə tutulur.

Bildirişlər

1. Qiyamətdə müşriklərlə onların məbudları arasında böyük bir fasilə olar.

2. Allah qiyamətdə müşriklərə imkan verir ki, öz məbudlarından yardım istəsinlər. Amma bunun nə faydası?

3. Cəhalət, əsassız təsəvvürlər şirkin köküdür.

 

● Ayə 53:

﴿وَرَأَى الْمُجْرِمُونَ النَّارَ فَظَنُّوا أَنَّهُم مُّوَاقِعُوهَا وَلَمْ يَجِدُوا عَنْهَا مَصْرِفًا﴾

“Günahkarlar (qiyamətdə) cəhənnəm odunu görərlər. Anlayarlar ki, bu oda düşəcəklər qurtuluş yolu tapmayacaqlar.”

 

Nöqtələr

● Günahkarların qiyamətdə qurtuluş yolu yoxdur. Çünki yalnız iman sayəsində xilas olmaq mümkündür. Allahın əfvi üçün tövbə və saleh əmələ ehtiyac var. Onlarınsa əli boşdur. Onların şəfaət dilədiyi bütlər çarəsiz olduğundan hökmən cəhənnəmə düşəsidirlər.

Bildirişlər

1. Ötən ayədə vəd edilmiş fəlakətli yer cəhənnəmdir.

2. Şirk günahdır, müşrik isə günahkar.

3. Odu görmək əzabdır. Odda yanmaq isə növbəti bir əzab olasıdır.

4. Günahkarlar qiyamətdə odu uzaqdan gördükdə belə onun hənirtisi səbəbindən odda olduqlarını düşünərlər.[230]

5. Şirk əbədi əzabdır.

6. Qiyamətdə günahkarın heç bir qurtuluş ümidi, çıxış yolu yoxdur.

 

● Ayə 54:<