A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (yeddinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


● Əgər hərəkətlər dəyərli, insanlar məqsədli olsa bağlılıqlar, hətta heyvanlar da hesaba alınar. Çünki heyvan və murdar olmaq dəyərsizlik dəlili deyil. Bu ayədə it 3 dəfə xatırlanılır. 18-ci ayədə də Kəhf səhabələrinin itinin müsbət rolu qeyd olunur.

● Hazırkı surənin müxtəlif ayələrində yersiz gümanlar məzəmmət olunmuşdur.[196]

Bildirişlər

1. Quran gələcəkdən xəbər verir.

2. Əsassız danışmayaq və yersiz gümanlara istinad etməyək.

3. Qeyri-zəruri olduqda mübahisədən çəkinin.

4. Say yox, məqsəd barədə düşünün. Faydasız biliklər sorağınca getməyin.

5. Kimdən öyrənmək və kimdən soruşmaq mühüm məsələdir. Suallarımızı cahillərə ünvanlamayaq.

 

● Ayə 23:

﴿وَلَا تَقُولَنَّ لِشَيْءٍ إِنِّي فَاعِلٌ ذَلِكَ غَدًا﴾

“Heç heç haqqında “Onu sabah yerinə yetirəcəyəm” demə.”

 

● Ayə 24:

﴿إِلَّا أَن يَشَاء اللَّهُ وَاذْكُر رَّبَّكَ إِذَا نَسِيتَ وَقُلْ عَسَى أَن يَهْدِيَنِ رَبِّي لِأَقْرَبَ مِنْ هَذَا رَشَدًا﴾

“Yalnız de ki, Allah istəsə” (“İnşaəllah”) Əgər (bunu deməyi) unutsan, Rəbbini yad et de: “Ümid var ki, Rəbbim məni daha yaxın yola yönəltsin.”

 

Nöqtələr

● “İnşaəllah” (Əgər Allah istəsə”) təbiri Allahın qüdrət və iradəsinə etiqadı göstərir. Övliyalar Allaha bu sözlə tapınır. Quranda və peyğəmbərlərin dilində bu sözlə rastlaşmaq olar. Həzrət Yəqub öz övladına deyir: “Misirə daxil olun, inşaəllah, amandasınız.[197] Musa Xızra belə müraciət edir: “Əgər Allah istəsə, bizi dözümlü görəcəksən.”[198] Həzrət Şüeybin Musaya, İsmailin atası İbrahimə müraciətində də oxşar təbirlə rastlaşırıq.[199]

Əlbəttə ki, bu qəbildən olan sözləri təkcə dildə demək kifayət etmir, insan öz dediklərinə qəlbən inanmalı və həyatın bütün yönümlərində uyğun baxışa malik olmalıdır.

● İmam Sadiq (ə) buyurur: “Öz yazılarınızda da “İnşaəllah” sözünü unutmayın.” Bir gün imam göstəriş verir ki, məktub yazsınlar. Məktubun “İnşaəllah”-sız yazıldığını görüb buyurur: “Necə ümid edirsiniz ki, bu iş yoluna düşər?”[200] İslam Peyğəmbəri (s) qəbiristana daxil olarkən buyururdu: “Əgər Allah istəsə (İnşaəllah) biz də sizə qatılacağıq. Ölüm qaçılmazdır.”[201]

● İnsan azad və ixtiyar sahibi olmasına baxmayaraq, Allahın istəyi olmadan bir iş görə bilməz. Yəni o nə məcburdur, nə də tam ixtiyar sahibi. Onun azadlığı Allahın iradəsi ilə şərtlənir.

Bildirişlər

1. Danışarkən və ya qərara gələrkən Allahı unutmayın.

2. Heç vaxt özünüzü Allahdan ehtiyacsız və müstəqil saymayın. Ən kiçik işlərlə bağlı belə qəti söz deməyək.

3. Öz imkan və gücümüzlə kifayətlənməyək. Bir iş üçün müqəddimənin hazır olması onun başa çatması üçün bəs etmir. Əmin olduğumuz işlərlə bağlı belə “inşaəllah” deyək.

4. İnsan daim Allaha ehtiyaclıdır. O bütün işlərdə özünü ilahi iradədən asılı bilməlidir.

5. Əldən çıxarılmışları geri qaytarmaq lazımdır.

6. Peyğəmbərlərin də ilahi təlim və hidayətə ehtiyacı var.

7. İlahi yardımlara ümidvarlığın izharı dua qaydalarındandır.

8. Hidayətin mərhələləri var, bütün mərhələlər Allahın əlindədir.

9. Həqiqətə aparan ən orta və ən yaxın yol tapılmalıdır.

10. Peyğəmbərlərin arzusu ən böyük yüksəlişə çatmaqdır.

11. Peyğəmbərlər üçün də üstün mərhələlərə yüksəliş lazımdır.

12. Təkamülə çatmaq üçün ən qısa yol Allahın ardıcıl zikridir.

 

● Ayə 25:

﴿وَلَبِثُوا فِي كَهْفِهِمْ ثَلَاثَ مِائَةٍ سِنِينَ وَازْدَادُوا تِسْعًا﴾

“Onlar öz mağaralarında 300 il qaldılar 9 il artırıldı.”

 

● Ayə 26:

﴿قُلِ اللَّهُ أَعْلَمُ بِمَا لَبِثُوا لَهُ غَيْبُ السَّمَاوَاتِ وَالْأَرْضِ أَبْصِرْ بِهِ وَأَسْمِعْ مَا لَهُم مِّن دُونِهِ مِن وَلِيٍّ وَلَا يُشْرِكُ فِي حُكْمِهِ أَحَدًا﴾

“De ki, Allah mağarada qaldıqları müddəti daha yaxşı bilir. Göylərin yerin qeybi Ona aiddir. Necə görən eşidəndir! Xalq üçün Ondan savay yardımçı yoxdur. O Öz hökmünə kimsəni şərik etməmişdir.”

 

Nöqtələr

● Yəhudilər Kəhf səhabələrinin mağarada nə qədər qalması ilə bağlı Həzrət Əliyə (ə) sual ünvanladılar. Həzrət onların 309 il qaldığını buyurdu. Dedilər: “Bizim kitabımızda 300 il qeyd olunub!” Həzrət buyurdu: ”9 il günəş təqvimi ilə ay təqvimi arasındakı fərqdən yaranıb.”[202]

Mərağinin təfsirində həmin 9 il Quran üçün möcüzə sayılır. Ay təqvimi ilə günəş təqvimi arasındakı fərqin dəqiq göstərilməsi diqqəti cəlb edir.

● Deyilə bilər ki, müddət həmin 300 il olmuşdur və xalq 9 il ona artırmışdır. Bu səbəbdən Allah “De ki, Allah daha yaxşı bilir” buyurur.

● İnsan ömrü üçün müəyyən hədd təyin olunmamışdır. Su 100º-də qaynayıb, 0º-də buza döndür, lakin insan ömrünə münasibətdə dəqiq rəqəm göstərmək olmaz. Sınaqlar zamanı bəzi canlıların ömrü 12 dəfəyədək arta bilir. Elmi mənbələrdə yazılır: Şimal qütbündə neçə min il öncə buzlaşmış balıq ilıq suda yerləşdirildikdən sonra yenidən canlanmışdır.[203]

● Rəqəmlər bəzən sadə şəkildə bəyan olunduqda daha tez unudulur. Məsələn, xəstə həkimə “dörd saat növbədə dayanmışam” və ya “dörd saatdan yeddi dəqiqə az növbədə dayanmışam” deyirsə, bu iki deyiliş diqqəti fərqli şəkildə cəlb edir. Bəzən rəqəmlər az və ya çoxluğu bildirmək məqsədi daşıdığından bir o qədər də diqqət çəkmir. Dəqiq şəkildə bəyan olunan rəqəm isə dinləyicinin diqqətini daha çox cəzb edir. Bu səbəbdən də həzrət Nuhun təbliğ müddəti haqqında belə buyurulur: “Min ildən əlli il əskik.” Belə bir bəyan dəqiqliyi göstərir. Bu ayədə də üç yüz il və doqquz il əlavə” təbiri dəqiq bir vaxtdan söhbət açır.

Bildirişlər

1. Rəqəmlər və ədədlər dəqiq şəkildə bəyan olunmalıdır.

2. Rəqəmlərin bəyanına diqqət bu rəqəmləri yaddaşda möhkəmləndirir.

 

● Ayə 27:

﴿وَاتْلُ مَا أُوحِيَ إِلَيْكَ مِن كِتَابِ رَبِّكَ لَا مُبَدِّلَ لِكَلِمَاتِهِ وَلَن تَجِدَ مِن دُونِهِ مُلْتَحَدًا﴾

“Rəbbinin xitabından sənə vəhy olunanı (xalqa) oxu. İlahi sözləri (sünnələri) dəyişən yoxdur. Heç vaxt Ondan savay sığınacaq tapmazsan.”

 

Nöqtələr

● Peyğəmbər müxaliflərinin bəhanələrindən biri bu idi ki, onlar Quranın dəyişməsini istəyir və deyirdilər: “Ya başqa bir Quran gətir, ya da onu dəyiş.”[204] Peyğəmbər onlara cavab olaraq buyurdu: “Bu iş mənim ixtiyarımda deyil. Ayələri dəyişmək yalnız Allahın işidir.”

Bildirişlər

1. Vəhy və səmavi kitabın nazil olması ilahi rübubiyyət şərtidir və insanların tərbiyəsinə yönəlmişdir.

2. Quran istənilən bir dəyişiklik və təhrifdən uzaqdır. İslam Peyğəmbəri (s) son peyğəmbər olduğu kimi, Quran da son səmavi kitabdır.

 

● Ayə 28:

﴿وَاصْبِرْ نَفْسَكَ مَعَ الَّذِينَ يَدْعُونَ رَبَّهُم بِالْغَدَاةِ وَالْعَشِيِّ يُرِيدُونَ وَجْهَهُ وَلَا تَعْدُ عَيْنَاكَ عَنْهُمْ تُرِيدُ زِينَةَ الْحَيَاةِ الدُّنْيَا وَلَا تُطِعْ مَنْ أَغْفَلْنَا قَلْبَهُ عَن ذِكْرِنَا وَاتَّبَعَ هَوَاهُ وَكَانَ أَمْرُهُ فُرُطًا﴾

“Sübh şam vaxtı Rəblərini çağıran Onun razılığını diləyənlərə qarşı dözümlü ol. Gözünü onlardan çəkmə ki, dünya bər-bəzəyi istəyəsən. Qəlbini Allah zikrindən xəbərsiz qoyduqlarımıza öz həvəslərinin ardınca gedənlərə, işlərində həddi aşanlara tabe olma.”

 

Nöqtələr

● Tarix boyu kafirlər, varlılar və sərvətlilər yoxsulları iman yolunda maneə saymışlar. Onlar Nuha da bu məzmunda müraciət etmişdilər. Həzrət Nuh onların cavabında buyurdu: ”Mən möminləri yoxsulluqları səbəbindən rədd etmərəm.”[205] İslam Peyğəmbərinin (s) dövründə də Səlman, Əbuzər, Əmmar, Xəbab kimi yoxsul möminlərin qovulması təklif olunurdu. Bu ayə uyğun düşüncə tərzini məzəmmət edir.

● İmam Sadiq (ə) və İmam Baqir (ə) buyurmuşlar: “Allahı sübh və şam çağırmaq dedikdə, namazın qılınması nəzərdə tutulmuşdur.”[206]

Bildirişlər

1. Varlılar çalışırdılar ki, Peyğəmbərin (s) yoxsul möminlərlə əlaqəsinə mane olsunlar. Peyğəmbərə (s) bu sayaq fəaliyyətlərə qarşı müqavimət göstərmək əmr olundu.

2. Yoxsullarla yoldaşlıq çətindir, amma buna dözmək lazımdır.

3. Davamlı şəkildə dua və yalvarış insanla ünsiyyət üçün onun ləyaqət şərtidir.

4. Rəhbər məhrumlara münasibətdə etinasız yox, onlarla həmdərd olmalıdır.[207]

5. Daimi və xalisanə dua dəyərlidir.

6. Günün əvvəlində və sonunda Allahı xatırlamaq lazımdır.

7. Varlıların razılığını qazanmaq üçün yoxsullardan uzaqlaşmayaq.

8. Ən çirkin iş odur ki, xalq Allaha üz tutsun, rəhbər isə dünyaya!

9. Dünyapərəstlik o qədər təhlükəlidir ki, Allah bu barədə peyğəmbərlərə də xəbərdarlıq edir.

10. Dünya ardınca gedən şəxs ilahi yoldan xaric olur. Dünyapərəstlik allahpərəstliklə ziddir.

11. Dünyapərəstliyin cəzası Allah zikrindən bixəbərlikdir.

12. Allah zikrinin dəyəri onun qəlbdə və ruhda nə qədər kök atmasındadır.

13. İnsan addım-addım süqut edir. Öncə qəflət, sonra həvəsbazlıq və daha sonra azğınlıq.

14. Qafil, həvəsbaz və ifratçı insanların rəhbərliyi qadağandır.

15. Orta hədd dəyər, ifratçılıq nöqsandır.

 

● Ayə 29:

﴿وَقُلِ الْحَقُّ مِن رَّبِّكُمْ فَمَن شَاء فَلْيُؤْمِن وَمَن شَاء فَلْيَكْفُرْ إِنَّا أَعْتَدْنَا لِلظَّالِمِينَ نَارًا أَحَاطَ بِهِمْ سُرَادِقُهَا وَإِن يَسْتَغِيثُوا يُغَاثُوا بِمَاء كَالْمُهْلِ يَشْوِي الْوُجُوهَ بِئْسَ الشَّرَابُ وَسَاءتْ مُرْتَفَقًا﴾

“De ki, haqq Rəbbiniz tərəfindən yetişmişdir. İstəyən iman gətirsin, istəməyən kafir olsun. Həqiqətən Biz sitəmkarlar üçün pərdə tək onları bürüyəcək od hazırlamışıq. Sığınacaq axtardıqda (mis kimi) qaynar su ilə çöhrələrini yandırmaqla onlara yardım göstərilər. Necə pis içki, necə pis məkandır!”

 

Nöqtələr

● Belə görünür ki, ayədə iman gətirməzdən öncə şərt qoyan kəslərə cavab verilir. Onlar deyirlər: “Bizim dinə qatılmağımız üçün yoxsullar rədd edilsin.”

● Xalq iman və ya küfr yolunu seçməkdə azad buraxılsa da, bilməlidir ki, küfrün sonu yandırıcı qiyamət əzabıdır.

● “Suradiq”, yəni pərdə sözü Quranda bir yerdə işlədilmişdir və cəhənnəm əhlinə aiddir.

● İmam Rza (ə) zalım hökumət məmurlarından birinə buyurdu: ”Əgər dağdan atılsam və parça-parça olsam, zalıma işçi olmağımdan daha yaxşıdır. Yalnız möminləri çətinlikdən qurtarmaq üçün belə etmək olar.” Sonra həzrət buyurur: “Allah xalqın hesab-kitabını (Qiyamətdə) qurtarana kimi zalım hökumət işçilərini atəşdən pərdəyə bürüyər.”

Bildirişlər

1. Yeganə haqq mənbəsi Allahdır.

2. Mömin yoxsulların rədd edilməsi düzgün istək deyil, gerçək istək Allaha məxsusdur.

3. Xalqın meyilli və ya meyilsiz olmasının dinin necəliyinə təsiri yoxdur.

4. Peyğəmbərin vəzifəsi dəvət etməkdir və insanlar iman və ya küfrü qəbul etməkdə azad buraxılmışlar.

 

Küfrlə din müştərisiz qalmayıb,

Dindar küfrü, kafir dini almayıb.

 

5. Küfr insanın özünə qarşı zülmüdür.

6. Cəhənnəm indi də hazırdır.

7. İnsanın taleyi onun meyl və əməllərindən asılıdır. (İnsanı qoynuna almış şəhvətlər və fəsadlar onu axirətdə əhatə edəsi oddur.)

8. Kafirlərin pis aqibətinə diqqət insanın tərbiyəsində mühüm rol oynayır.

9. Məad cismanidir.

 

● Ayə 30:

﴿إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ إِنَّا لَا نُضِيعُ أَجْرَ مَنْ أَحْسَنَ عَمَلًا﴾

“Həqiqətən, iman gətirib saleh işlər görənlər (bilsinlər ki,) şübhəsiz, Biz yaxşı görənlərin mükafatını puça çıxarmarıq.”

 

Nöqtələr

● Allah bizim saleh işlərimizi puça çıxarmır. Yaxşı əməllərimizi məhv edən əslində öz pis xasiyyətlərimiz və əməllərimizdir.

● İstənilən saleh əməl bir neçə yolla yerinə yetirilə bilər: adi yolla, yaxşı yolla və ali yolla. Bu ayədə ən ali yola təşviq edilir. Bəli, bəzən qida məhsulları yaxşı olur, amma hazırlanma qaydası fərqlənir.

Bildirişlər

1.Tərbiyə zamanı xəbərdarlıq və müjdə yanaşı olmalıdır. (Ötən ayədə xəbərdarlıqdan, bu ayədə müjdədən danışıldı.)

2. İlahi məqsəd saleh əməldən öndə gəlir.

3. İslama əsasən ilahi hesabdan heç nə məxfi qalmır və heç bir əməlin mükafatı zaya çıxmır.

4. Əməlin dəyərləndirilməsində kəmiyyət yox, keyfiyyət ölçüdür.

 

● Ayə 31:

﴿أُوْلَئِكَ لَهُمْ جَنَّاتُ عَدْنٍ تَجْرِي مِن تَحْتِهِمُ الْأَنْهَارُ يُحَلَّوْنَ فِيهَا مِنْ أَسَاوِرَ مِن ذَهَبٍ وَيَلْبَسُونَ ثِيَابًا خُضْرًا مِّن سُندُسٍ وَإِسْتَبْرَقٍ مُّتَّكِئِينَ فِيهَا عَلَى الْأَرَائِكِ نِعْمَ الثَّوَابُ وَحَسُنَتْ مُرْتَفَقًا﴾

“Onlar üçün ağacları altdan çaylar axan əbədi bağlar var. Orada qızıl bilərziklərlə bəzənər, nazik qalın ipəkdən yaşıl libaslar geyinər, (behiştə məxsus) taxtlara söykənərlər. Necə gözəl mükafat necə xoş yerdir!”

 

Nöqtələr

● “Ədn” dedikdə dayanma və məskən mənaları nəzərdə tutulur. Bilərzik “əsavirə”, nazik ipək “sundus”, qalın ipək isə “istəbrəq” adlanır. Tor çəkilmiş sultan taxtına isə “əraikə” deyilir.

● Ötən iki ayədə cəhənnəm əhli haqqında oxuduq: “Necə pis içki, necə pis yerdir.” Bu ayədə isə behişt əhlinin mükafatı və məskəni haqqında xoş sözlər deyilir.

● Behiştdə istənilən növ rəngdə, istənilən növ libaslar olsa da, mümkündür ki, bəzənib taxtlara söykənən zaman rəsmi və ümumi libas yaşıl libasdır.

Bildirişlər

1. Həm behişt bağlarındakı ağacların, həm də behişt qəsrlərinin altından çaylar axır.[208]

2. Behişt əhlinin bər-bəzəkdən istifadə etməsi insan fitrətində bər-bəzəyə meyl olmasını göstərir.

3. İlahi göstərişlərə iman və əməl, dünyanın haram bər-bəzəyindən uzaqlıq axirətdə əbədi dəbdəbəyə çatmaq rəmzidir.

4. Məad həm ruhani, həm də çismanidir (həm ruha aiddir, həm də cismə). Əgər məad təkcə ruhani olsaydı hansısa qızıla, ipəyə və taxta ehtiyac qalmazdı.

5. Yaşıl rəng behişt rəngidir.

 

 

 

 

 

 

 

● Ayə 32:

﴿وَاضْرِبْ لَهُم مَّثَلًا رَّجُلَيْنِ جَعَلْنَا لِأَحَدِهِمَا جَنَّتَيْنِ مِنْ أَعْنَابٍ وَحَفَفْنَاهُمَا بِنَخْلٍ وَجَعَلْنَا بَيْنَهُمَا زَرْعًا﴾

“(Ey peyğəmbər,) onlar üçün iki kişini məsəl çək: onlardan biri üçün iki üzüm bağı qərar verdik ətrafını xurma ağacları ilə əhatəyə aldıq. Həmin iki bağ arasında əkin yerləşdirdik.”

 

● Ayə 33:

﴿كِلْتَا الْجَنَّتَيْنِ آتَتْ أُكُلَهَا وَلَمْ تَظْلِمْ مِنْهُ شَيْئًا وَفَجَّرْنَا خِلَالَهُمَا نَهَرًا﴾

“Hər iki bağ öz məhsulunu verdi ondan bir şey əskilmədi. Onların arasında bir çay axıtdıq.”

 

Nöqtələr

● “Ukul” dedikdə istifadəyə yararlı məhsul və meyvə nəzərdə tutulur.

● Bu ayələrdən bağçılıq və nümunəvi, dilruba bağ yaratmağı öyrənmək olar:

a) Bağın ortasında alçaq, ətrafında uca ağaclar olsun.

b) Bağlar aralı olsun və ətrafları açıq qalsın.

v) Bağlar arasındakı yerlər əkilsin.

q) Bağlar arasından su axsın.

e) Bağlar zəif, xəstəliyə yoluxmuş olmasın.

Bağçılıqda növbənöv üzüm tənəkləri, üzümlə yanaşı xurma, çeşidli əkin, əkinin ağaclarla əhatə olunması ən üstün mənzərə yaradır.

● Bu ayələrdə sanki varlı kafirlərin yersiz tələblərinə cavab verilir. Onlar peyğəmbərdən istəyirdilər ki, fəqirləri özündən uzaqlaşdırsın və sonra iman gətirsinlər. Allah-təala cavab olaraq buyurur: “Yoxsulluq zillət, var-dövlət izzət nişanəsi deyil.”[209]

Bildirişlər

1. Mövzunu ən sadə, ən fitri və ən ümumi şəkildə anlatma yollarından biri məsəllərdən istifadədir.

2. İnsanlar arasındakı yoxsulluq və varlılıq fərqləri hikmət sahibi olan Allah tərəfindəndir.

3. Əsil əkinçi insan yox, Allahdır.

 

● Ayə 34:

﴿وَكَانَ لَهُ ثَمَرٌ فَقَالَ لِصَاحِبِهِ وَهُوَ يُحَاوِرُهُ أَنَا أَكْثَرُ مِنكَ مَالًا وَأَعَزُّ نَفَرًا﴾

“Həmin kişinin (çoxlu) meyvəsi vardı. Onunla danışmaqda olan dostuna dedi: “Mən səndən varlı, say baxımından güclüyəm.”

 

Nöqtələr

● Meyvə, mal-mülk, hətta ağac növləri “səmər” adlanır. 42-ci ayədə buyurulur ki, Allahın qəhr-qəzəbi təkcə meyvələri yox, bütün bağı və ağacları əhatə etdi.

● “Sahib” dedikdə yoldaş, həmsöhbət başa düşülür. Bu şəxs hazırkı ayədəki kimi mömin və ya 37-ci ayədəki kimi kafir ola bilər.

Bildirişlər

1. Var-dövlətə, tayfaya bağlılıq və bütün bunlarla öyünmə tüğyan zəminidir.

2. Fəqirlik zillət, sərvət izzət dəlili deyil. Özümüzü yoxsullardan üstün tutmayaq.

 

Səfalət yurdunu alçaq sayma sən,

Tutsan qulpsuz kuzə düşməz əlindən.

● Ayə 35:

﴿وَدَخَلَ جَنَّتَهُ وَهُوَ ظَالِمٌ لِّنَفْسِهِ قَالَ مَا أَظُنُّ أَن تَبِيدَ هَذِهِ أَبَدًا﴾

“O özünə sitəm qılmış halda bağın içinə gəldi (lovğalıqla) dedi: “Bunun vaxtsa məhv olacağını güman etmirəm!”

 

Bildirişlər

1. İnsanın bütün olanları Allahdandır və həqiqi malik Allahdır.

2. Gen-bol var-dövlət və nemətlər qürur üçün zəmindir.

3. Allahdan xəbərsizlik, özünü üstün tutmaq, başqalarının təhqiri, maddi bər-bəzəyə aldanış insanın özünə zülmüdür.

4. Azğın və qafil insan heyvan və bitkidən alçaqdır. Allah-təala 23-cü ayədə bağ haqqında buyurur: “Bir şey əskik olmadı.” Amma bağ sahibi haqqında “özünə zülm etmiş” təbiri işlədilir.

5. Nemətləri və bəhrələri heç vaxt əbədi saymayaq.

● Ayə 36:

﴿وَمَا أَظُنُّ السَّاعَةَ قَائِمَةً وَلَئِن رُّدِدتُّ إِلَى رَبِّي لَأَجِدَنَّ خَيْرًا مِّنْهَا مُنقَلَبًا﴾

“Güman etmirəm ki, qiyamət qopa. Əgər hətta Rəbbimə doğru qaytarılsam, şübhəsiz, bundan da üstününü tapacağam.”

Nöqtələr

● Kafirlər elə düşünürlər ki, Allahın işi nemət verməkdir və insan daim bu nemətlərdən bəhrələnməlidir. “Fussilət” surəsinin 50-ci ayəsində oxuyuruq: “Əgər qiyamət də qopsa, ən üstün şeylər bizim olacaq.” Amma Quran bu sayaq təfəkkürü rədd edir. İnsan Allahın lütf və fəzlindən bəhrələnsə də, Allah istədiyi vaxt suya acılıq qatar, ağacları qurudar, kafirləri məhv edər, ya da peyğəmbərlərə göndərdiyi vəhyi kəsər. Nəhayət anlayarlar ki, Allahın lütfü olmadan nemətlər ələ gələsi deyil.

Bildirişlər

1. Dünyaya bağlılıq və dünyapərəstlik qiyamətin inkarı üçün zəmindir.

2. Qiyaməti inkar edənlərin heç bir dəlili yoxdur.

3. Yersiz və sübutsuz ümid və arzu məhkum olunur.

4. İnsan fitrətən Allah və mənəviyyata meyillidir.

5. Bəziləri yanlış olaraq bol neməti özləri üçün kəramət və dəyər sayır, eləcə də onu əbədi bilirlər.

 

● Ayə 37:

﴿قَالَ لَهُ صَاحِبُهُ وَهُوَ يُحَاوِرُهُ أَكَفَرْتَ بِالَّذِي خَلَقَكَ مِن تُرَابٍ ثُمَّ مِن نُّطْفَةٍ ثُمَّ سَوَّاكَ رَجُلًا﴾

“Dostu onunla danışan halda dedi: “Səni torpaqdan, sonra nütfədən yaratdığı, kamil tam bədənli insan etdiyi halda kafir olursanmı?!”

 

● Ayə 38:

﴿لَّكِنَّا هُوَ اللَّهُ رَبِّي وَلَا أُشْرِكُ بِرَبِّي أَحَدًا﴾

“Amma mən (deyirəm ki, odur Allah), mənim Rəbbim. Kimsəni öz Rəbbimə şərik qoşmuram.”

 

Nöqtələr

● “Mühavirə” dedikdə danışıq, sual-cavab başa düşülür.

Bildirişlər

1.Əqidə məktəbləri arasında azad mübahisə Quran tərəfindən qəbul olunur.

2. Dövlətlilər və qüdrətlilər qarşısında əskiklik hiss etmədən onları doğru yola çağırın.

3. Bəzən var-dövlətə məhəbbət Allaha və qiyamətə qarşı küfrə zəmin olur.

4. Var-dövləti və qohum-əqrəbası ilə öyünən kəsin əlacı ona torpaq əslini xatırlatmaqdır.

5. Məadın inkarı Allahın inkarıdır. İnsan qiyamətə şübhə etməklə Allahın varlığını şübhə altına almış olur. Məadı inkar edən kəsə yoldaşı “səni yaratmış Allahı inkarmı edirsən” dedi.

6. Allahın inkarı təəccüb və heyrət doğurur, məzəmmət olunur.

7. Kafirlərə etiraz etmək caizdir. Amma bu istiqamətdə dəlillər gətirməklə və yol göstərməklə çıxış edilməlidir.

8. Başqalarının tərbiyəsi və azğınlıqdan çəkindirilməsi üçün dəlillər əsasında danışmaq lazımdır.

9. Mömin başqalarının şəkk-şübhəsinə öz mövqeyini qəti bəyan etməklə cavab verməlidir.

10. Allahdan qeyrisinə sığınmaq şirkdir.

11. Həqiqi tövhid istənilən növ şirkin inkarı ilə müşayiət olunur.

 

● Ayə 39:

﴿وَلَوْلَا إِذْ دَخَلْتَ جَنَّتَكَ قُلْتَ مَا شَاء اللَّهُ لَا قُوَّةَ إِلَّا بِاللَّهِ إِن تَرَنِ أَنَا أَقَلَّ مِنكَ مَالًا وَوَلَدًا﴾

“Nə üçün bağa daxil olduğun vaxt «maşallah, Allahdan başqa heç bir qüdrət yoxdur!» demədin? Əgər məni var-dövlət övlad baxımından özündən əskik görürsənsə!”