A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (beşinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


◘Zəkat göstərişi İslamın varlı və kasıb zümrələrin mövcudluğuna maraqlı olmasını göstərmir, sadəcə, qarşıda duran gerçək bir problemi həll etməkdir. Bəzən varlılar özləri də təbii fəlakətlər səbəbindən yoxsulluğa düçar olurlar. İslam quruluşunda ictimai ehtiyacların təmini üçün büdcənin olması zəruridir.

◘Rəvayətdə deyilir: Allah-təala ehtiyaclıların çətinliyini həll etmək üçün varlıların malından pay müəyyənləşdirmişdir. Yetərli olmadıqda bu pay artırılır. Əgər insanlar fəqirlərin haqqını ödəsəydilər, hamı normal yaşayardı. Varlılar zəkat ödəsəydilər, yoxsul tapılmazdı.[83]

◘Şəxsi mülkiyyətə məhdudiyyət qoyan bəzi ideologiyaların ziddinə olaraq, İslam insana mülkiyyət azadlığı verir. İslam quruluşunun himayəsində olan hər bir şəxs öz istedad və bacarığını işə salıb istənilən qədər var-dövlət sahibi ola bilər. Amma zəkat ödəmək də zəruridir.

◘Zəkatın Allah yolunda xərclənməsi deyərkən təkcə yoxsullar nəzərdə tutulmur. İslam quruluşuna faydası olan istənilən bir cəhətdə zəkat sərf oluna bilər.[84]

◘İslam cəmiyyətini şər qüvvələrin fitnəsindən qorumaq üçün zəkatdan sərf oluna bilər.[85]

◘Əgər bir şəxs diyə ödəməli olarsa və buna gücü çatmazsa zəkatdan ona yardım göstərmək olar.[86]

◘Ola bilsin ki, “fir-riqab” təbirinə əsasən, məhbusların azadlığı və onların ehtiyacının təmini üçün zəkatdan xərclənilsin.

◘Zəkatın səkkiz istiqamətdə bərabər bölünməsi zəruri deyil. İslam hakiminin nəzarəti altında hər sahəyə ehtiyac qədərində pay ayrılmalıdır.

◘Zəkat sərvətin tarazlıq amilidir.

◘Zəkat Allahın verdiklərinə əməli təşəkkürdür.

◘Zəkat təbəqələrarası fərqi azaldır, fəqirlərlə varlılar arasındakı kin-küdurəti aradan qaldırır.

◘Zəkat insanda səxavət və mərhəmət ruhunu dincəldir, dünyapərəstlik və maddiyyata bağlılıq hissini zəiflədir.

◘Zəkat məhrumlar üçün ictimai bir təminatdır – fəqirə deyilir ki, nigaran olma, varlıya deyilir ki, yenidən səy et, müsafirə deyilir ki, yolda qalmaqdan qorxma, fəhləyə deyilir ki, sənin payın qorunur, qula azadlıq vəd olunur, ilahi xidmət sahəsi rövnəq tapır, ətrafdakıların qəlbi İslama cəzb olunur.

◘Allah zikrindən qəflət xalqın istismarına, qəlbin daşlaşmasına, tüğyan və əyyaşlığa, var-dövlətlə öyünməyə səbəb olur. Zəkat bu xəstəliyin dərmanıdır.

◘Zəkat yoxsulluğu aradan qaldırmaqla yanaşı İslama rəğbət oyadır. Ən azı insanlar İslam düşmənləri ilə həmkarlıqdan çəkinir. Rəvayətlərdə bildirilir ki, maddi yardımlar və İslama yaxınlaşma ilə fərdlərin imanı möhkəmlənir.[87]

◘İslam quruluşunun səciyyəsi olan zəkat ictimai ədalətə, fəqirliyin aradan qaldırılmasına, fəhlələrin təminatına, beynəlmiləl yaxınlığa, qulların azad olunmasına, qüvvələrin hərəkətə gətirilməsinə, müsəlman ayinlərinin hifzinə və ümumi xidmətlərin genişlənməsinə zəmin yaradır.

Bildirişlər

1. Zəkat iman izharında sədaqəti göstərir.

2. Zəkat umacaqlar yox, vəhy əsasında bölünür. Ayədə eyb axtaran münafiqlərə cavab verilir.

3. Zəkatı ayədə göstərilən təyinatlardan kənarda sərf etməyə icazə verilmir.

4. İslamın ictimai ədalət prinsiplərindən biri məhrumların dolanışıq təminatıdır.

5. İnsanın var-dövləti bütünlüklə onun deyil. Bu mülkiyyətdə başqalarının da payı var.

6. Zəkat verənlər fəqirlərə minnət qoymamalıdırlar. Çünki zəkat onların öz mülkləri deyildir.

7. Yoxsulluğun aradan qaldırılması İslam quruluşunun ilkin vəzifələrindəndir. Öncə fəqirliyin aradan qaldırılması, sonra digər tədbirlər bəyan olunur.

8. Dini hökmləri yerinə yetirənlərin dolanışığını təmin etmək zəruridir.

9. İnsanın ehtiyaclı olub-olmamasından asılı olmayaraq onun gördüyü işin dəyəri var.

10. Hakimin rüşvət fikrinə düşməməsi üçün onu təmin etmək lazım olduğu kimi, zəkatı yerbəyer edənləri də əyri yoldan çəkindirmək üçün təmin etmək lazımdır.

11. Zəkatın toplanması üçün İslam hökuməti tərəfindən məmurlar təyin olunmalıdır.

12. Maddi və mənəvi məsələlər bir-biri ilə əlaqəlidir.

13. İslam yalançı və boşboğaz istismarçıların xilafına olaraq, cəmiyyətin iqtisadi problemlərini həll etməklə, Allaha yaxınlıq məqsədi ilə, dəlil və çağırışla öz məktəbini genişləndirir.

14. Yardımlar vasitəsi ilə qəlbləri cəzb etmək İslam dövlətinin vəzifələrindəndir.

15. İslam dini qulların azad olunması üçün büdcə müəyyənləşdirmişdir.

16. Zəkat qurumunun xərclərini dövlət ödəmir, bu qurum özü özünü təmin edir.

17. Fəqirlərin birbaşa varlılara müraciət edib özünü alçaltmaması üçün İslam hökuməti zəkatı toplamaq və yerinə çatdırmaq məsuliyyəti daşıyır.[88]

18. Cihad və ölkənin müdafiə büdcəsi zəkatdan ödənir və xalqın boynunadır.

19. Maddiyyat insanın Allaha yaxınlığı üçün vasitə olmalıdır.

20. İslam yolda qalanlara büdcə ayırmaqla səfər, ticarət və səyahət məsələlərinə əhəmiyyət vermişdir.

21. Zəkat qanunu hesablanmış və hikmətə əsaslanan qanundur.

22. İslam təkcə ibadət dini deyil, onun iqtisadi qanunları da vardır.

 

Ayə 61:

﴿وَمِنْهُمُ الَّذِينَ يُؤْذُونَ النَّبِيَّ وَيِقُولُونَ هُوَ أُذُنٌ قُلْ أُذُنُ خَيْرٍ لَّكُمْ يُؤْمِنُ بِاللّهِ وَيُؤْمِنُ لِلْمُؤْمِنِينَ وَرَحْمَةٌ لِّلَّذِينَ آمَنُواْ مِنكُمْ وَالَّذِينَ يُؤْذُونَ رَسُولَ اللّهِ لَهُمْ عَذَابٌ أَلِيمٌ

“Münafiqlərdən bəziləri Peyğəmbəri incidir və deyirlər: “O, başdan-ayağa qulaqdır (hər kəsin dediyinə qulaq asır.) De ki, onun dinləməyi sizin xeyrinizədir. O, Allaha inanır, möminləri təsdiq edir və sizlərdən iman gətirmiş hər bir kəs üçün rəhmət səbəbidir. Allahın rəsulunu incidənlər üçün ağrılı əzab vardır.”

Nöqtələr

◘“Minhum” deyilərkən ya münafiq bir dəstə, ya da qorxudan cəbhədə iştirak etməyib döyüşdən sonra üzr və bəhanə gətirən süst imanlı fərdlər nəzərdə tutulur.

◘Rəvayətlərin bildirdiyinə görə, Peyğəmbər (s) Həzrət Əli (ə) ilə daimi təmasda olduğundan bəzi münafiqlər onu sadəlövh və tez inanan kimi tanıtdırırdılar.[89]

◘Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Allahın lənəti olsun mənim əhli-beytimi incidən kəsə.”

Həzrət (s) öz qızı Fatimə (s) haqqında belə buyurmuşdur: “Fatiməni incidən məni incitmişdir.”[90]

Bildirişlər

1. Həzrət Peyğəmbəri (s) ardıcıl şəkildə incidənlər vardı.

2. Peyğəmbərin (s) səhabələri arasında ədalətli olmayanlar, onu incidənlər vardı.

3. Ümmətin rəhbəri həm özününkülərin, həm də biganələrin əziyyətinə məruz qalır.

4. Peyğəmbəri (s) incitmək küfrdür.[91]

5. Münafiqlər hətta Peyğəmbərə (s) qarşı təbliğat aparır, quyu qazırdılar.

6. Allah-təalaÖ Peyğəmbərini (s) müxaliflərin gizli söhbətlərindən və planlarından xəbərdar edirdi.

7. Sadəlövhlükdə ittiham edilsəniz də, bütün xalqa danışmaq icazəsi verin ki, “bizi dinləyən yoxdur” deyə bilməsinlər.

8. İnsanın bütün vücudu ilə danışana qulaq asması dinləmə ədəblərindəndir.”Başdan-ayağa qulaqdır” təbiri qeyd olunan hala işarədir.

9. Bəzən ümmətin ümumi xeyri üçün müəyyən sözlərdən vaz keçmək lazım gəlir.

10. Bəzən tərbiyəvi, ictimai-siyasi baxımdan sükut danışmaqdan daha əhəmiyyətli olur.

11. Agah rəhbərin xüsusiyyətlərindən biri onun qəlb genişliyi, bütün dəstələrin sözünü dinləməsi, ətrafdakılarla xoş rəftar etməsi, eybləri örtməsi və xalq üçün tövbə yolu qoymasıdır.

12. Xoş üz və açıq qəlblə xalqı dinləyək.

13. Bir sözü eşidib susmaq həmin sözlə razı olmaq nişanəsi deyildir.

14. Əziyyətə düşmüş kəsi himayə edin. Peyğəmbəri (s) ittiham edənlərə Allah-təala o həzrətin dörd səciyyəsini sadalamaqla cavab verir.

15. Mömin şəxslər bir xəbər gətirdikdə onu təsdiq edin.

16. Peyğəmbər (s) bütün aləmdə olanlara rəhmətdirsə də, bu rəhmətdən yalnız iman əhli bəhrələnir.

17. Peyğəmbəri (s) incitməkdən qorxun.

 

Ayə 62:

﴿يَحْلِفُونَ بِاللّهِ لَكُمْ لِيُرْضُوكُمْ وَاللّهُ وَرَسُولُهُ أَحَقُّ أَن يُرْضُوهُ إِن كَانُواْ مُؤْمِنِينَ

“(Münafiqlər) and içirlər ki, sizi razı sala bilsinlər. Halbuki iman gətirsəydilər, Allah və Onun rəsulunu razı salmaq daha yaxşı olardı.”

Bildirişlər

1. Münafiq daim qorxu, dəhşət və iztirab içindədir. O, yalan andlarla xalqın inamından istifadə edib diqqəti özünə cəlb etmək istəyir.

2. Hər anda aldanmayın. Çünki bəzən müqəddəsliklər çirkin insanların əlində alətə çevrilir.

3. Həqiqi mömin üçün xalqın yox, Allahın razılığı mühümdür.

4. Peyğəmbərin (s) razılığı elə Allahın razılığıdır.

5. Xalqın razılığını Allahın razılığından üstün tutan kəsin nifaqdan payı var və belə bir şəxs məzəmmət olunmalıdır.

 

Ayə 63:

﴿أَلَمْ يَعْلَمُواْ أَنَّهُ مَن يُحَادِدِ اللّهَ وَرَسُولَهُ فَأَنَّ لَهُ نَارَ جَهَنَّمَ خَالِدًا فِيهَا ذَلِكَ الْخِزْيُ الْعَظِيمُ

“Bilmədilərmi ki, hər kəs Allah və Onun rəsulu ilə düşmənçilik etsə, cəzası cəhənnəm odudur və daim orada qalacaq? Budur böyük rüsvayçılıq!”

Nöqtələr

◘“Yuhadidillah” təbiri ya Allahın qüdrətini məhdudlaşdırmaq mənasındadır, ya da Allahı əli bağlı bilmək mənasında.

Fəxr-Razi bu təbiri “Hədid” sözünün əsasında sərtlik kimi mənalandıraraq demişdir: “Muhaddət” ya ilahi qanunlar çərçivəsini aşmaq, ya da özünü bir, Allahı digər bir tərəfdə bilmək mənasını daşıyır.

Bildirişlər

1. Həqiqi rəhbərə qarşı müxalifət Allaha qarşı müxalifətdir.

2. Yalan and içməklə şəxsiyyəti qorumaq Allahla düşmənçilik nümunəsidir.

3. Agah insanların Allahın dininə qarşı sərtliyi əbədi cəhənnəmlə nəticələnir.

4. Cəhənnəm haqqında düşünmək insanı inadkarlıqdan çəkindirə bilər.

 

Ayə 64:

﴿يَحْذَرُ الْمُنَافِقُونَ أَن تُنَزَّلَ عَلَيْهِمْ سُورَةٌ تُنَبِّئُهُمْ بِمَا فِي قُلُوبِهِم قُلِ اسْتَهْزِؤُواْ إِنَّ اللّهَ مُخْرِجٌ مَّا تَحْذَرُونَ

 “Münafiqlər qorxurlar ki, onların içindəkilərdən xəbər verən zərərlərinə tamamlanacaq bir surə nazil olsun. De ki, (istədiyiniz qədər) məsxərə edin. Şübhəsiz, Allah qorxduğunuz şeyləri aşkar edəcək.”

Nöqtələr

◘Ayənin nazil olma şəni haqqında deyilir: Münafiqlərdən bir dəstəsi qərara gəldilər ki, Təbuk döyüşündə qayıdarkən aşırımlardan birində Peyğəmbərin (s) dəvəsini hürküdüb onu qətlə yetirsinlər. Bu məsələ vəhy vasitəsi ilə Peyğəmbərə (s) xəbər verildi.

Həzrət Peyğəmbər (s) Əmmar və Hüzeyfənin müşayiəti ilə aşırıma çatdı. Münafiqlər hücuma keçdilər. Peyğəmbər (s) onları tanıyıb adlarını Hüzeyfəyə dedi. O soruşdu: “Nə üçün qətllərinə fərman vermirsən?” Həzrət (s) buyurdu: “İstəmirəm desinlər ki, Məhəmməd (s) qüdrətə çatandan sonra müsəlmanları öldürdü.”[92]

◘Münafiqlər Peyğəmbərin (s) arxasınca istehza ilə deyirdilər: “O Şam saraylarını fəth etmək istəyir.” Ayə nazil oldu və onlar rüsvayçılıqla hədələndilər.[93]

◘“Surə” deyərkən ilahi ayələr məcmusu nəzərdə tutulur. Quranın yüz on dörd hissəsi ilkin İslam dövründən surə adlandırılmışdır.

Bildirişlər

1. Münafiq qorxur ki, hər an onun iç üzü açıla bilər.

2. Münafiqlər bilirdilər ki, Allah onların işindən agahdır, İslam Peyğəmbəri (s) haqdır və onun Allahla rabitəsi var. Bu səbəbdən də surələrin nazil olması onları narahat edirdi.

3. Quran ayələri ehtiyaclara uyğun tədricən nazil olmuşdur.

4. İstehza münafiqlərə məxsus şivədir. (İstehza deyərkən nifaq da nəzərdə tutula bilər.)

5. Münafiqlərin ifşa olunması ilahi sünnə və vədlərdəndir.

6. Allahın iradəsi münafiqlərin istəklərinə qalibdir.

7. Münafiqləri hədələmək zəruridir.

 

Ayə 65:

﴿وَلَئِن سَأَلْتَهُمْ لَيَقُولُنَّ إِنَّمَا كُنَّا نَخُوضُ وَنَلْعَبُ قُلْ أَبِاللّهِ وَآيَاتِهِ وَرَسُولِهِ كُنتُمْ تَسْتَهْزِؤُونَ

“Əgər münafiqlərdən (nə üçün məsxərə etdiklərini) soruşsan, şübhəsiz ki, deyərlər: “Biz yalnız zarafat edir, əylənirik.” De ki, yoxsa Allahı, Onun ayələrini və Peyğəmbərini (s) məsxərəyə qoyursunuz?!”

Nöqtələr

“Xəvz” sözü palçığa batmaq (qədəm qoymaq) mənasını bildirir. Bu söz Quranda çirkin işlərə yol vermək mənasında işlədilmişdir.

Ayə Təbuk döyüşünə aiddir. Həmin döyüş ki, münafiqlər həzrət Peyğəmbəri (s) qətlə yetirmək fikrinə düşmüşdülər. Onlardan biri demişdi: “Əgər qurğumuz faş olsa, nə edək?” O biri demişdi: “Deyərik ki, əylənirdik.” Əslində günahdan da pis bir üzr gətirdilər.”[94]

Bildirişlər

1. Yalan və don geyindirmək münafiqlərin daimi işlərindəndir.

2. Hətta qurğu ifşa olunmamış geri çəkilmək, zəiflik göstərmək, yalan və müxaliflik münafiqin nişanələrindəndir.

3. Allah münafiqlərin bəhanələri və gələcəkləri haqqında xəbər vermiş, onları rüsvay etmişdir.

4. Münafiqlər özlərinə haqq qazandırmaq üçün həm and içirdilər, həm də zarafat etdiklərini bildirirdilər.

5. Peyğəmbər (s) münafiqləri qınamağa borcludur.

6. Dini müqəddəsliklərlə zarafata icazə yoxdur.

 

Ayə 66:

﴿لاَ تَعْتَذِرُواْ قَدْ كَفَرْتُم بَعْدَ إِيمَانِكُمْ إِن نَّعْفُ عَن طَآئِفَةٍ مِّنكُمْ نُعَذِّبْ طَآئِفَةً بِأَنَّهُمْ كَانُواْ مُجْرِمِينَ

“(Səbəbsiz) üzr və bəhanə gətirməyin. Həqiqətən, siz iman gətirdikdən sonra kafir oldunuz. Əgər sizdən bir dəstəsini bağışlasaq, başqa bir dəstənizi keçmiş günahlarına görə cəzalandırarıq.”

Nöqtələr

◘Hansı münafiqlərin bağışlana biləcəyi barədə müəyyən bildirişlər var: tövbə edənlər[95]; istehza edənlərin yanında olsalar da, bu işə rəhbərlik edənlərdən sayılmayanlar[96]; bağışlanması məsləhət olanlar[97]; qısa bir müddət yolunu azıb köklü və davamlı günaha batmayanlar.

Bildirişlər

1. Yalançıların və məsxərə edənlərin üzrü bəzən qəbul olmur.

2. Mürtədlik səbəbindən üzr qəbul olunmur.

3. Bugünkü imanımıza görə qürrələnməyək. Çünki daim pis aqibət təhlükəsi var.

4. Allah, Onun peyğəmbəri və ilahi ayələrə istehza küfrdür.

5. Münafiq əslində kafirdir.

6. Müxalifləri və münafiqləri hədələyərkən bütün yolları bağlamayaq.

7. Bəzi münafiqlər tövbə etsələr, bağışlana bilərlər. (Nifaqın da dərəcələri var.)

8. Münafiqlər keçmiş küfr və günahlarına görə cəzalandırılırlar.

 

Ayə 67:

﴿الْمُنَافِقُونَ وَالْمُنَافِقَاتُ بَعْضُهُم مِّن بَعْضٍ يَأْمُرُونَ بِالْمُنكَرِ وَيَنْهَوْنَ عَنِ الْمَعْرُوفِ وَيَقْبِضُونَ أَيْدِيَهُمْ نَسُواْ اللّهَ فَنَسِيَهُمْ إِنَّ الْمُنَافِقِينَ هُمُ الْفَاسِقُونَ

“Münafiq kişilər və qadınlar bir-birlərindəndirlər. Onlar pis işə çağırır, yaxşı işə qadağa qoyurlar. Öz əllərini (bəxşiş və infaqda) bağlayırlar. Onlar Allahı yaddan çıxarmışlar. Allah da onları yaddan çıxarmışdır. Həqiqətən, münafiqlər həmin fasiqlərdir.”

Nöqtələr

◘İlkin İslam dövründə kişilər kimi fəsada uğramış münafiq qadınlar da var idi.

Sual: Allahda unutqanlıq olmadığı halda[98] Onun münafiqləri unutmasını necə başa düşmək olar?

Cavab: Allahın kimlərisə unutması məcazi məna daşıyır. Yəni Allah onlarla yaddan çıxmış kimi rəftar edir.

İmam Riza (ə) buyurmuşdur: “Allahı və qiyaməti unutmuş kəsin cəzası onun özünü unutmasıdır.”[99] Həzrət Əli (ə) buyurmuşdur: “Allahın unutması dedikdə Onun kimlərisə xeyirdən məhrum etməsi nəzərdə tutulur.”[100]

Bildirişlər

1. Cəmiyyətin islahında həm qadın, həm də kişinin rolu var.

2. Münafiqlərdən bəziləri rəhbər, bəziləri ardıcıl rolunu oynayır.

3. Nifaq əhli müxtəlif dərəcələrə malik olsalar da, onların üsul və əməlləri müştərəkdir.

4. Münafiqlər sizinlə olduqlarına and içsələr də, onlara inanmayın.

5. Münafiqlər arasında möhkəm rabitə var.

6. Pis işlərin yayılması, günaha dəvət və yaxşılığa qadağa nifaq nişanələridir.

7. Münafiq düşüncəsində xeyirxahlığa yer yoxdur.

8. “Əmr be məruf və nəhy əz münkər”in, eləcə də, Allah yolunda infaqın tərki Allahı unutmaq nişanəsidir.

9. İlahi lütfdən məhrum qalmaq və unudulmaq Allahı unutmağın nəticələridir.

10. İlahi cəzalar insanın əməllərinə münasibdir.

11. Münafiqlər öz hesablarında Allahı yox, xalqı nəzərə alırlar.

12. Nifaq və ikiüzlülük azğınlıqdır.

 

Ayə 68:

﴿وَعَدَ الله الْمُنَافِقِينَ وَالْمُنَافِقَاتِ وَالْكُفَّارَ نَارَ جَهَنَّمَ خَالِدِينَ فِيهَا هِيَ حَسْبُهُمْ وَلَعَنَهُمُ اللّهُ وَلَهُمْ عَذَابٌ مُّقِيمٌ

“Allah münafiq kişi və qadınlara, kafirlərə daim qalacaqları cəhənnəm odu vəd etmişdir. O (cəhənnəm) bəsləridir. Allah onları lənətləmişdir və onlar üçün davamlı əzab var.”

Bildirişlər

1. Qadın və kişi ilahi vəzifələr qarşısında bərabərdir.

2. İlahi cəzalar öz əməllərimizin nəticəsidir. (65-ci ayədə münafiqlər müsəlmanlara istehza edirdilər. Bu ayədə Allah “vəədə” və “həsbuhum” təbirləri ilə bir növ münafiqlərə istehza edir)

3. Cəhənnəm vədi öncə münafiqlərə, sonra kafirlərə aiddir.

4. Münafiqlər dünyada möminlərin kənarında dayansa da, axirətdə kafirlərlə olasıdırlar.

5. Cəhənnəm bütün dərd-bəlaların məcmusudur. Münafiqlər və kafirlər üçün cəhənnəm bəs edər.

Ayə 69:

﴿كَالَّذِينَ مِن قَبْلِكُمْ كَانُواْ أَشَدَّ مِنكُمْ قُوَّةً وَأَكْثَرَ أَمْوَالاً وَأَوْلاَدًا فَاسْتَمْتَعُواْ بِخَلاقِهِمْ فَاسْتَمْتَعْتُم بِخَلاَقِكُمْ كَمَا اسْتَمْتَعَ الَّذِينَ مِن قَبْلِكُمْ بِخَلاَقِهِمْ وَخُضْتُمْ كَالَّذِي خَاضُواْ أُوْلَـئِكَ حَبِطَتْ أَعْمَالُهُمْ فِي الُّدنْيَا وَالآخِرَةِ وَأُوْلَئِكَ هُمُ الْخَاسِرُونَ

“(Siz münafiqlərin halı) sizdən əvvəlkilərinki kimidir. (Halbuki) onlar sizdən daha güclü, daha varlı idilər və daha çox övladları vardı. Onlar öz paylarını aldılar. Siz də özünüzdən əvvəlkilər kimi bəhrələndiniz. (Öz batil yolunuzda) itib-batdınız. Onların əməlləri dünya və