A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (beşinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


6. Zülm, əyyaşlıq və günah süqut üçbucağının tərəfləridir.

 

 

 

 

 

 

Ayə 117:

﴿وَمَا كَانَ رَبُّكَ لِيُهْلِكَ الْقُرَى بِظُلْمٍ وَأَهْلُهَا مُصْلِحُونَ

“Rəbbin xalqı islahçı olan abadlıqları zülm və sitəmlə həlak etmək qəsdində deyil.”

Nöqtələr

◘Peyğəmbər (s) buyurmuşdur: “Ayədə islah deyərkən insanların bir-birinə insafla yanaşması nəzərdə tutulur.[429]

◘Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Ey İbn-Məsud, xalqla insaflı rəftar et, onlara xeyirxah ol, mərhəmət göstər. Əgər belə olsan, aralarında olduğun şəhər əhli qəzəbə gəldikdə Allah sənə nəzər salıb, sənə xatir onlara rəhm edər.”[430]

Bildirişlər

1. Allahın qəhr-qəzəbinin dəlili var.

2. Saleh olmaq bəs etmir, islahedici də olmaq lazımdır. (Allahın əzabından amanda qalma yollarından biri xalqın islah istəyidir.)

 

Ayə 118:

﴿وَلَوْ شَاء رَبُّكَ لَجَعَلَ النَّاسَ أُمَّةً وَاحِدَةً وَلاَ يَزَالُونَ مُخْتَلِفِينَ

“Əgər Rəbbin istəsəydi, bütün xalqı (məcburi surətdə) vahid bir ümmət qərar verərdi. Onlar hələ də ixtilafdadırlar.”

Nöqtələr

◘Qurani-məciddə insanların əqidə seçimində azad olmaları məsələsi dəfələrlə qeyd olunmuşdur. Allah xalqı doğru yola hidayət etsə də, onlar məcbur olunmur. İslam peyğəmbərinə (s) də xalqı məcbur etmək haqqı verilməmişdir. Həzrətin vəzifəsi xalqa haqqı xatırlatmaq və doğru yolu göstərmək olmuşdur.[431] Buna görə də Allah təqva və günah yolunu insanın fitrəti dərk edəcək bir yolla çatdırmışdır. Bundan əlavə, cəmiyyətə peyğəmbərlər göndərilmiş, insanlar doğru yola dəvət edilmişlər. Yolunu öz istəyi ilə əyən insan özüdür.

Bildirişlər

1. İnsanın yaranışındakı ilahi sünnə əqidə və düşüncə azadlığına əsaslanır.

2. Allahın iradəsinə qarşı çıxmaq mümkünsüzdür.

3. Heç bir dövrdə insanlar həmfikir olmamışlar.

4. İnsanlar arasındakı ixtilaf onların azad olduğunu göstərir.

 

Ayə 119:

﴿إِلاَّ مَن رَّحِمَ رَبُّكَ وَلِذَلِكَ خَلَقَهُمْ وَتَمَّتْ كَلِمَةُ رَبِّكَ لأَمْلأنَّ جَهَنَّمَ مِنَ الْجِنَّةِ وَالنَّاسِ أَجْمَعِينَ

“Rəbbinin mərhəmət etdiyi kəslər (ixtilafa münasibətdə) istisnadır. (Allah) bunun üçün (rəhmət üçün) xalqı yaratdı. Rəbbindən fərman gəldi ki, cəhənnəmi cin və insanla dolduracağam.”

Nöqtələr

◘Bəziləri deyirlər: Ayədə bildirilir ki, xalq daim ixtilafdadır. Yalnız Allahın lütf və rəhmət kölgəsində olanlar ixtilafdan uzaqdır. Allah insanları həmin vəhdət kəlməsi üçün yaratmışdır.[432]

◘İnsanın yaranış fəlsəfəsi Quran ayələrində müxtəlif şəkillərdə bəyan olunmuşdur. “Zariyat” surəsinin 56-cı ayəsində oxuyuruq: “Biz cin və insanı yalnız ibadətdən ötrü yaratdıq.” “Mulk”, surəsinin 2-ci ayəsində isə belə buyurulur: “Allah ölüm və həyatı sizi sınağa çəkmək üçün yaratdı.” Haqqında danışdığımız ayədə isə insanın rəhmətə qovuşmaq üçün yaradıldığı bildirilir. Zahirdə belə görünür ki, insan üç məqsədlə yaradılmışdır: ibadət, sınaq və rəhmət. Amma məsələyə bir qədər dərindən nəzər saldıqda görürük ki, hər üç səbəbin müştərək nöqtələri var və bu müştərək nöqtə insan ruhunun, mənəviyyatının təkamülüdür.

◘Ötən ayədə bildirildi ki, insan azaddır. Bu ayənin sonunda isə cəhənnəmin mütləq insan və cinlə doldurulacağı bəyan olunur. Bu iki ayədən belə anlaşılır ki, insan yol seçimində azad olsa da, batili qəbul etdikdə cəhənnəmə düşür.

◘Çoxsaylı rəvayətlərdə bildirilir ki, xalqın ixtilafının aşkar nümunəsi məsum rəhbər məsələsinə münasibətdir. Təbii olaraq, Allahın rəhmətinə qovuşanlardan, əhli-beyt və məsum rəhbərlərin xəttində olanlardan savay bütün xalq yolunu azmışdır.[433]

◘İmam Sadiq (ə) buyurmuşdur: “Allah insanı yaratmışdır ki, müəyyən işlər görüb ilahi rəhmətə çatsın.”[434]

Bildirişlər

1. Bütün ixtilafların yeganə həlli ilahi lütf və mərhəmətdir.

2. Yalnız ilahi yardımlar vəhdət amili ola bilər. Dünyəvi və maddi mehvərlər müvəqqəti, birtərəfli və xəyalidir.

3. Bəşərin yaranış fəlsəfəsi ilahi rəhmətin qəbulu və əldə olunmasıdır.

4. Allah müəyyən qanun və sünnələri Özünə zəruri edib.

5. Allahın qəti qəzəbi yalnız Onun lütfündən, peyğəmbərlərdən, səmavi kitablardan, moizə və xəbərdarlıqdan, möhlətdən sonra gəlir.

6. Allah insanı daxildən fitrət və ağılla təchiz edib, xaricdən peyğəmbərlər və səmavi kitablar göndərməklə höccəti tamamlamış, yetərincə sübutlar gətirmişdir.

7. Cəhənnəm məhduddur.

8. Cinlər də insanlar kimi vəzifəlidirlər, mükafatlanır və ya cəzalanırlar.

 

Ayə 120:

﴿وَكُـلاًّ نَّقُصُّ عَلَيْكَ مِنْ أَنبَاء الرُّسُلِ مَا نُثَبِّتُ بِهِ فُؤَادَكَ وَجَاءكَ فِي هَـذِهِ الْحَقُّ وَمَوْعِظَةٌ وَذِكْرَى لِلْمُؤْمِنِينَ

“Peyğəmbərlərin sənə danışdığımız hər bir əhvalatı qəlbini möhkəmləndirmək üçündür. Bunda (bu xəbərdə) sənin üçün həqiqət, iman əhli üçün öyüd-nəsihət var.”

Bildirişlər

1. Tarixin mühüm dönəmlərinin nəqli tərbiyə üsullarındandır.

2. Peyğəmbərlərin əhvalatının bəyanı tərbiyəvi əhəmiyyətə malikdir. Bu əhvalatlarda gərəksiz söz və nöqtə yoxdur.

3. Quranda qeyd olunan əhvalatlar peyğəmbərlərin həyatından götürülmüş seçmələrdir.

4. Quran əhvalatları əyləncə üçün yox, öyüd-nəsihət üçündür.

5. Əhvalatlarda dəyərli sətirlərə diqqət yetirilməlidir.

6. Qəlbdə aramlıq yaradan əhvalat ən yaxşı əhvalatdır.

7. Qəlblərə aramlıq verən Allahdır.

8. Peyğəmbərlərin də ruhuna qüvvət verilməlidir.

9. Gerçək və daimi aramlıq batil yolla əldə olunmur.

10. Yalnız arxayın təbliğatçı öz təbliğ və moizəsində müvəffəqdir.

11. Bütün Quran əhvalatları həqiqətdir və dəlil-sübutludur.

12. Təbliğdə öncə aramlıq, sonra dəlilli kəlam, daha sonra moizə gəlir.

13. Ən yaxşı tərbiyə üsulları belə hazırlıqlı insanlara təsir göstərir.

Ayə 121:

﴿وَقُل لِّلَّذِينَ لاَ يُؤْمِنُونَ اعْمَلُواْ عَلَى مَكَانَتِكُمْ إِنَّا عَامِلُونَ

“İman gətirməyənlərə de ki, əllərindən gələni etsinlər, Biz də edərik.”

 

Ayə 122:

﴿وَانتَظِرُوا إِنَّا مُنتَظِرُونَ

“Siz intizarda olun, biz də intizardayıq.”

Bildirişlər

1. Hədə və müjdənin bəyanı peyğəmbərlərin vəzifəsidir.

2. İnsan azaddır və peyğəmbər də onu məcbur etmir.

3. Moizəni qəbul etməyən insana xatırlatmağın faydası yoxdur. Belələrinə hədə təsir göstərir.

4. Təbliğatçı öz yoluna və hədəfinə tam inanmalıdır.

5. Təbliğdə qarşı tərəflə onun ağıl və düşüncəsinə uyğun danışılma-lıdır. İnadkar insanlara münasibətdə qəhr-qəzəb daha təsirlidir.

6. Xoş aqibət peyğəmbər və möminlərin intizarındadır.

 

Ayə 123:

﴿وَلِلّهِ غَيْبُ السَّمَاوَاتِ وَالأَرْضِ وَإِلَيْهِ يُرْجَعُ الأَمْرُ كُلُّهُ فَاعْبُدْهُ وَتَوَكَّلْ عَلَيْهِ وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ

“Göylərin və yerin sirri yalnız Allah üçündür. Bütün işlər Ona doğru qaytarılasıdır. Onun bəndəsi ol (yalnız Ona pərəstiş et) və Ona təvəkkül et. Rəbbin sizin əməllərinizdən xəbərsiz deyil.”

Nöqtələr

◘Qeyb elmi mütləq şəkildə Allaha məxsusdur. Amma Allahın izni ilə peyğəmbər də bu elmdən bəhrələnir.[435]

Bildirişlər

1. Varlıq aləminin sirlərindən yalnız Allah xəbərdardır.

2. Yer və göyün (bütün varlıq aləminin) zahirindən əlavə batini də var.

3. Hər şeyin qayıdışı Ona doğrudur.

4. Qeybə iman ibadət və təvəkkül üçün zəmin yaradır.

5. Allaha təvəkkül edən insan Onun lütfünə nail olur.

6. İnsanın əməllərindən xəbərdarlıq Allahın rübubiyyət şənindən-dir.


 


Qeydlər

[1] “Maidə” 13.

[2] “Sad” 29.

[3] “Təfsire-Nurus-səqəleyn”.

[4] “Təfsire-Məcməül-bəyan”.

[5] Əhməd Hənbəl, “Məsnəd”, c. 3, s. 212-283; c. 1, s. 151-330; “Mustədrəke-səhiheyn”, c. 3, s. 51; “Təfsire-əl-minar”, c. 10, s. 157; “Təfsire-Təbəri”, c. 10, s. 46; “Təfsire-ibn Kəsir”, c. 2, s. 322-333; “İhqaqil-həqq”, c. 5, s. 368; “Fəzailul-xəmsə”, c. 2, s. 342; “Əl-ğədir”, c. 6, s. 338.

[6] “Tövbə”, 74.

[7] “Fəth”, 10.

[8] “Nisa”, 80.

[9] “Təfsire-Ətyəbul-bəyan”.

[10] “Kəhf”, 26.

[11] “Kafi”, c. 4, s. 290.

[12] “Kafi”, c. 4, s. 290.

[13] “Kafi”, c. 5, s. 10.

[14] “Maidə”, 85.

[15] “Büruc”, 8.

[16] “Təfsire-Nurus-səqəleyn”.

[17] “Təlaq”, 7; “İnşirah”, 6.

[18] “Təfsire-Nurus-səqəleyn”.

[19] “Təfsire-Dürrül-Mənsur”.

[20] “Vəsailüş-şiə”; “Təfsire-Dürrül-Mənsur”.

[21] “Təfsire-nümunə”; “Kafi”, c. 8, s. 204.

[22] “Maidə”, 51.

[23] “Ali-İmran”, 28.

[24] “Təfsire-Əl-mizan”.

[25] “Təfsire-Nurus-səqəleyn”; “Kafi”, c. 8, s. 464.

[26] “Təfsire-Ətyəbul-bəyan”.

[27] “Təfsire-Safi”.

[28] “Bəqərə”, 248.

[29] “Təfsire-Nurus-səqəleyn”; “Kafi”, c. 3, s. 577.

[30] “Nisa”, 150.

[31] “Təfsire-Safi”.

[32] “Təfsire-nümunə”.

[33] “Təfsire-Nurus-səqəleyn”.

[34] “Bihar”, c. 2, s. 98.

[35] “Şuəra”, 98.

[36] “Bihar”, c. 23, s. 320.

[37] “Kəhf”, 20; “Tövbə”, 8.

[38] “Muntəxəbul-əsər”.

[39] “Təfsire-Nurus-səqəleyn”.

[40] “Təfsire-Safi”.

[41] “Təfsire-Fürqan”.

[42] “Təfsire-Safi”.

[43] “Təfsire-Safi”.

[44] “Təfsire-Safi”.

[45] “Təfsire-kənzud-dəqaiq”.

[46] “Əl-ğədir”, c. 8, s. 335.

[47] “Təfsire-nümunə”.

[48] “Təfsire-əl-minar”.

[49] “Maidə”, 82.

[50] “Təfsire-nümunə”.

[51] “Təfsire-kənzüd-dəqaiq”.

[52] “Təfsire-Məcməül-bəyan”.

[53] “Quranın ədəd möcüzələri”.

[54] “Kafi”, c. 4, s. 240.

[55] “Bəqərə”, 194.

[56] “Rəvayətlərə əsasən”.

[57] “Təfsire-kənzüd-dəqaiq”.

[58] “Təfsire-Nurus-səqəleyn”.

[59] “Təfsire-Əl-mizan”; “Təfsire-Dürrül-Mənsur”.

[60] “Ənfal”, 30.

[61] “Bihar”, c. 97, s. 48.

[62] “Təfsire-Nurus-səqəleyn”.

[63] “Tövbə”, 92.

[64] “Nəhcül-bəlağə”, h. 31.

[65] “Təfsire-nümunə”.

[66] “Ənkəbut”, 2.

[67] “Bəqərə”, 81.

[68] “Kafi”, c. 8, s. 286.

[69] “Nəhcül-bəlağə”, x. 108.

[70] “Təfsire-Ətyəbul-bəyan”.

[71] “Kafi”, c. 2. s. 228.

[72] “Təfsire-Əl-mizan”.

[73] “Təfsire-Nurus-səqəleyn”.

[74] “Təfsire-kənzüd-dəqaiq”.

[75] “Tövbə”, 103.

[76] “Məryəm”, 32.

[77] “Bəqərə”,34; “Ənbiya”, 73.

[78] “Bəqərə”, 77.

[79] “Tövbə”, 103.

[80] “İbrahim”, 31.

[81] “Maidə”, 55.

[82] “Təfsire-Nurus-səqəleyn”; “Kafi”, c. 4, s. 58.

[83] “Vəsail”, c. 6, s. 4.

[84] “Təfsire-ruhul-məani”.

[85] “Təfsire-ruhul-məani”.

[86] “Təfsire-məraği”.

[87] “Təfsire-Nurus-səqəleyn”.

[88] “Tövbə”, 103.

[89] “Təfsire-Nurus-səqəleyn”.

[90] “Molhəqati-ihqaqil-həqq.” 18, s. 439, 458.

[91] “Təfsire-əl-minar”.

[92] “Təfsire-Əl-mizan”; “Təfsire-Fi Zilalil Quran”; “Təfsire-Məcməül-bəyan”; “Təfsire-Kəbire-Fəxr Razi”; “Təfsire-nümunə”.

[93] “Təfsire-Məcməül-bəyan”.

[94] “Təfsire-Məcməül-bəyan”.

[95] “Təfsire-Məcməül-bəyan”.

[96] “Təfsire-Kəbire-Fəxr Razi”.

[97] “Təfsire-Əl-mizan”.

[98] “Məryəm”, 64.

[99] “Təfsire-Nurus-səqəleyn”.

[100] “Təfsire-bürhan”.

[101] “Ali-İmran”, 77.

[102] “Həşr”, 14.

[103] “Tuhəful-Uqul”.

[104] “Təfsire-kənzüd-dəqaiq”.

[105] “Təfsire-əl-minar”.

[106] “Təfsire-Fi Zilalil Quran”.

[107] “Təfsire-Əl-mizan”.

[108] “Munafiqun”, 4.

[109] “Təfsire-Nurus-səqəleyn”.

[110] “Əraf”, 189-190.

[111] “Bihar”, c. 90, s. 132.

[112] “Təfsire-Fürqan”.

[113] “Bihar”, c.3, s. 319.

[114] “Münafiqun”, 7.

[115] “Münafiqun”, 6.

[116] “Təfsire-Məcməül-bəyan”,

[117] “Təfsire-Nurus-səqəleyn”; “Kafi”, c. 3, s. 181.

[118] “Təfsire-rahnoma”.

[119] Nurus-səqəleyn”; “Kafi”, c. 1, s. 165.

[120] “Təfsire-Dürrül-Mənsur”.

[121] “Təfsire-Kəbire-Fəxr Razi”.

[122] “Təfsire-Məraği”.

[123] “Təfsire-Nurus-səqəleyn”.

[124] “Təfsire-Nurus-səqəleyn”.

[125] “Təfsire-Nurus-səqəleyn”; “Kafi”, c. 2, s. 41.

[126] “Əl-Ğədir”, c. 3, s. 220-240; “İhqaqil-həqq”, c. 3, s. 114-120.

[127] “Bəqərə”, 157.

[128] “Fəth”, 10.

[129] “Təfsire-bürhan”.

[130] “Təfsire-Nurus-səqəleyn”.

[131] “Təfsire-kənzüd-dəqaiq”.

[132] “Təfsire-kənzüd-dəqaiq”.

[133] “Təfsire-Məcməül-bəyan”; “Təfsire-əl-minar”; “Təfsire-Nurus-səqəleyn”.

[134] “Vəsail”, c. 26, s. 14.

[135] “Vəsail”, c. 26, s. 14.

[136] “Bəqərə”, 185.

[137] “Maidə”, 2.

[138] “Təlaq”, 6.

[139] “Bəqərə”, 233.

[140] “Nisa”, 12.

[141] “Bəqərə”, 102.

[142] “Bəqərə”, 282.

[143] “Təfsire-Nurus-səqəleyn”.

[144] “Təfsire-Kəbire-Fəxr Razi”.

[145] “Təfsire-Məcməül-bəyan”.

[146] “Vəsail”, c. 15. s. 46.

[147] “Təfsire-Nurus-səqəleyn”.

[148] “Məryəm”, 47.

[149] “İbrahim”, 41.

[150] “Təfsire-Nurus-səqəleyn”.

[151] “Məryəm”, 46.

[152] “Təfsire-Nurus-səqəleyn”.

[153] “Kafi”, c. 1, s. 163.