A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (beşinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


“Elə ki, (qəhr-qəzəb) fərmanımız gəldi, Şüeyb və onunla iman gətirənləri Öz rəhmətimizlə xilas etdik. (Həmin vaxt) dəhşətli səs zalımları əhatə etdi. Onlar evlərində üzü üstə düşdülər (və öldülər).”

Bildirişlər

1. Allahın zalımlara qəzəbinin gec-tezi var. Amma bu qəzəb labüddür.

2. Səmadakı şimşəklər təsadüfi deyil. Onlar Allahın fərmanı ilə nazil olur.

3. Allah iman əhlinə nicat verib arxa durur.

4. Peyğəmbərlərə iman onların himayə edilməsi ilə müşayiət olunmalıdır.

5. İman qurtuluş rəmzidir.

6. Peyğəmbər dəvətinə diqqətsizlik zülmdür.

7. Zülm və zalımın sonu fəlakətdir.

8. Allahın onlara əzabı o qədər iti və böyük idi ki, evlərindən bayıra çıxmağa macal tapmadılar. (Belə görünür ki, həmin əzab gecə nazil olmuşdur.)

9. Allahın qəzəbi nazil olduqda zalımların qaçmaq gücünü əlindən alır.

 

Ayə 95:

﴿كَأَن لَّمْ يَغْنَوْاْ فِيهَا أَلاَ بُعْدًا لِّمَدْيَنَ كَمَا بَعِدَتْ ثَمُودُ

“(Mədyən kafirləri elə məhv oldular ki,) sanki heç vaxt həmin məntəqədə sakin olmamışdılar. Agah olun ki, (Allahın lütfü) Səmud qövmündən uzaq olduğu kimi Mədyən xalqından da uzaq oldu.”

Nöqtələr

◘Allahın qəzəbi istənilən bir mərmidən də həlakedicidir. Əgər göydən bomba yağdığı vaxt kimsə qaça bilirsə, Allahın əzabı nazil olanda məntəqə elə alt-üst olur ki, sanki orada heç vaxt kimsə yaşamamışdır.

Bildirişlər

1. İlahi qəhr-qəzəbdən qurtuluş yolu yoxdur.

2. Zalımlara nifrin, onlara ölüm istəyi ilahi və Qurana məxsus bir yoldur.

 

Ayə 96:

﴿وَلَقَدْ أَرْسَلْنَا مُوسَى بِآيَاتِنَا وَسُلْطَانٍ مُّبِينٍ

“Həqiqətən, Biz Musanı möcüzə və aşkar dəlillərlə göndərdik.”

 

Ayə 97:

﴿إِلَى فِرْعَوْنَ وَمَلَئِهِ فَاتَّبَعُواْ أَمْرَ فِرْعَوْنَ وَمَا أَمْرُ فِرْعَوْنَ بِرَشِيدٍ

“Firon və onun qövmünün əyan-əşrafına doğru (elçi göndərdik). Onlar (Musanın dəvətini qəbul etmək əvəzinə) Fironun əmrinə tabe oldular. Halbuki Fironun göstərişi faydalı deyildi.”

Nöqtələr

◘Quranda həzrət Musa və Bəni-İsrail haqqında nazil olmuş ayələr bütün digər mövzulardakı ayələrdən çoxdur. Həzrət Musa Quranın 30-dan çox surəsində yüz otuz dəfədən çox xatırlanır. Uyğun mövzu bu surədə ən xülasə şəkildə bəyan olunmuşdur.

◘“Sultan” dedikdə səltənət, hökmranlıq başa düşülür; bu söz bəzən zahiri hökmranlıq, bəzən də məntiqi hökmranlıq mənasını ifadə edir.

Bildirişlər

1. Allah tərəfindən gəlmiş nümayəndələrin iddialarının nişanə və dəlilləri olmalıdır.

2. Peyğəmbərlərin məntiq və möcüzəsi bütün xalq üçün aydın və anlaşılasıdır.

3. Peyğəmbərlərin besətinin mühüm fəlsəfələrindən biri zalım qüvvəni aradan götürmək, bəşəriyyəti başqalarına bəndəçilikdən xilas etməkdir.

4. Xalqın çoxu zalım qüvvələrin ətrafında olmuşdur.

5. Zalım qüvvələrin təbliğ şüarlarını boykot etmək lazımdır. Firon xalqı aldadaraq onları doğru yola çəkdiyini bildirdiyindən, Allah-təala bu ayədə cavab olaraq bəyan edir ki, Firon qurtuluşa aparmırdı.

6. Elm və mərifət azğınlığın qarşısının alınması üçün bəs etmir. (Musa dəlillər gətirsə də, xalq Firona itaət edirdi.)

 

Ayə 98:

﴿يَقْدُمُ قَوْمَهُ يَوْمَ الْقِيَامَةِ فَأَوْرَدَهُمُ النَّارَ وَبِئْسَ الْوِرْدُ الْمَوْرُودُ

“O (Firon), Qiyamət günü qövmünün önündə hərəkət edər və onları oda aparar. Onların daxil olduğu yer necə də pisdir!”

Nöqtələr

◘“Vird” dedikdə insanın daxil olduğu su başa düşülür. “Vurud” sözü isə suya doğru hərəkət mənasını bildirir. Amma bu söz sadəcə daxil olmaq mənasında işlənməyə başlamışdır.

Bildirişlər

1. Hər hansı proqramın yetərli olmasının nişanəsi onun insanı cəhənnəmə yox, behiştə aparmasıdır.

2. Dünyada xalqın qabağınca gedənlər axirətdə də onları öz arxasınca ya behişt, ya da cəhənnəmə aparacaq. Ədalətli (nur) imam xalqı behiştə (nura), zalım (od) imam xalqı cəhənnəmə (oda) yönəldəcək.

 

Ayə 99:

﴿وَأُتْبِعُواْ فِي هَـذِهِ لَعْنَةً وَيَوْمَ الْقِيَامَةِ بِئْسَ الرِّفْدُ الْمَرْفُودُ

“Onlar dünyada lənətə düçar oldular, Qiyamətdə də belə olacaq. Onlara necə də pis əta olunar!”

Bildirişlər

1. Firon və başqa zalım qüvvələrin ardınca düşənlər dünya və axirətdə bədnamlığa və nifrinə düçar olar.

 

Ayə 100:

﴿ذَلِكَ مِنْ أَنبَاء الْقُرَى نَقُصُّهُ عَلَيْكَ مِنْهَا قَآئِمٌ وَحَصِيدٌ

“(Ey peyğəmbər,) bu (sözlər) abadlıqlar və şəhərlər haqqında sənə danışdıqlarımızdandır. Onlardan bəziləri hələ də qalır, amma bəziləri artıq viran olmuşdur.”

Nöqtələr

◘Ayədən belə bir məna anlaşıla bilər ki, bəziləri həlak edilsə də, onların əsərləri qalmışdır. Amma məhv edilənlərdən bəzilərinin əsər-əlaməti də yoxdur.

◘Quranda göstərlilən əhvalat mühüm rolu və təsirləri var: (bu əhvalat) qəlbəyatımlı və cazibəlidir; bir çox dəlillər üçün düşüncəyə yol açır; dərs oxumamış bir peyğəmbər üçün möcüzə sayılır; eşidənlər üçün ibrət dərsidir.

Bildirişlər

1. Tarixdən ibrət götürüləcək qədər danışmaq yetər.

2. Nuh, Hud, Saleh, Lut, Şüeyb, Musanın tarixi bəşər tarixinin mühüm hissələrindəndir.

3. Quran keçmişin tarixi ilə tanışlıq üçün bir mənbədir.

4. Yalnız Allah düzgün, sənədli və ibrətamiz əhvalatlar nəql edə bilər, bunu unutmayaq.

5. Quranın qeyd etdiyi əhvalatlar ən gerçək əhvalatlardır. Çünki bu əhvalatları Allah-təala nəql etmişdir.

6. Ümmətlərin tarixi onların nişanələri mövzusundan fərqlənir. Nişanələr məhv olub getsə də, tarix qalır.

 

Ayə 101:

﴿وَمَا ظَلَمْنَاهُمْ وَلَـكِن ظَلَمُواْ أَنفُسَهُمْ فَمَا أَغْنَتْ عَنْهُمْ آلِهَتُهُمُ الَّتِي يَدْعُونَ مِن دُونِ اللّهِ مِن شَيْءٍ لَّمَّا جَاء أَمْرُ رَبِّكَ وَمَا زَادُوهُمْ غَيْرَ تَتْبِيبٍ

“Biz onlara zülm etmədik. Onlar özləri özlərinə sitəm qıldılar. Rəblərinin qəzəbi yetişdikdə Allah əvəzinə çağırdıqları tanrılar onlara fayda verməyib, yalnız zərərlərini artırdı.”

Nöqtələr

◘“Təbb” sözündən olan “tətbib” sözü zərər-ziyanın davamlılıq mənasını bildirir.

Bildirişlər

 1. Zalımı cəzalandırmaq zülm yox, eynilə ədalətdir.

2. İnsanın taleyi onun əməl və rəftarlarından asılıdır.

3. Allahdan savay heç bir kimsə insana nicat verə bilməz.

4. Allahın iradəsi qarşısında kimsə müqavimət göstərə bilməz.

 

Ayə 102:

﴿وَكَذَلِكَ أَخْذُ رَبِّكَ إِذَا أَخَذَ الْقُرَى وَهِيَ ظَالِمَةٌ إِنَّ أَخْذَهُ أَلِيمٌ شَدِيدٌ

“Rəbbinin cəzası belədir–zülmkar şəhərləri və abadlıqları (Öz qəhri ilə) yaxalayır. Həqiqətən, Onun cəzası ağrılı və şiddətlidir.”

Bildirişlər

1. Allahın qəhr-qəzəbi və lütfü möhkəm və əbədi qanunlara əsaslanır. İlahi cəza müdafiə məqsədli və təsadüfi deyil.

2. Zülmkar ümmətlər Allahın qəhr-qəzəbinə düçar olur.

3. Yerində hədələmə ən təsirli tərbiyə vasitələrindəndir.

4. Allahın qəhr-qəzəbi onun rübubiyyət şənindəndir.

5. Bədbəxtlik və ilahi qəzəb amili insanın özüdür.

6. Allahın qəzəbi o zaman nazil olur ki, zülm məntəqənin simasına çökür.

7. Allahın qəhr-qəzəbini sadə və əhəmiyyətsiz saymayaq.

 

Ayə 103:

﴿إِنَّ فِي ذَلِكَ لآيَةً لِّمَنْ خَافَ عَذَابَ الآخِرَةِ ذَلِكَ يَوْمٌ مَّجْمُوعٌ لَّهُ النَّاسُ وَذَلِكَ يَوْمٌ مَّشْهُودٌ

“Əlbəttə ki, bunda (xəbərdarlıqlarda) axirət əzabından qorxan kəs üçün nişanə (ibrət) var. O gün ki, xalq bir yerə toplanar, o gün ki, (hamı onu) müşahidə edər və hamı üçün aşkar olar (bütün əməlləri və ruhiyyəsi ortaya qoyular).”

Bildirişlər

1. Hər hansı əhvalat hansısa məqsədlə bəyan olunmalıdır.

2 Yalnız axirətə inananlar həqiqi Quran əhvalatlarından ibrət götürürlər.

3. Qiyamət qorxusu (hətta ehtimala əsaslansa da) ibrət səbəbidir.

4. Qiyamətdə xalqın toplanması və iştirakı ixtiyar üzündən yox, məcburidir.

5. Qiyamət günü şahidlik günüdür. Hər bir kəs və hər bir şey bir başqasının xeyrinə və ya zərərinə şəhadət verər. Həmin gün pərdələr qaldırılar.

 

Ayə 104:

﴿وَمَا نُؤَخِّرُهُ إِلاَّ لِأَجَلٍ مَّعْدُودٍ

“Biz onu (o günü) yalnız müəyyən müddət təxirə salarıq.”

 

Ayə 105:

﴿يَوْمَ يَأْتِ لاَ تَكَلَّمُ نَفْسٌ إِلاَّ بِإِذْنِهِ فَمِنْهُمْ شَقِيٌّ وَسَعِيدٌ

“O gün gələndə kimsə Allahın izni olmadan danışa bilməz. Onlardan bir dəstəsi bədbəxt, digər bir dəstəsi isə xoşbəxtdir.”

Nöqtələr

◘“Səadət” sözü nemət səbəblərinin, “şəqavət” sözü bədbəxtlik səbəblərinin gerçəkləşməsidir.

Bildirişlər

1. Qiyamətin bərpa vaxtı və dünyanın sonu öncədən müəyyənləşdirilmişdir.

2. Qiyamətin bərpası üçün müəyyənləşdirilmiş fasilə də məqsədlidir.

3. Qiyamət günü icazəsi olmayanlardan savay hamı susar.

 

 

 

 

Ayə 106:

﴿فَأَمَّا الَّذِينَ شَقُواْ فَفِي النَّارِ لَهُمْ فِيهَا زَفِيرٌ وَشَهِيقٌ

“Amma bədbəxt olmuş kəslər oddadırlar. Orada nalə və fəryad çəkərlər.”

 

Ayə 107:

﴿خَالِدِينَ فِيهَا مَا دَامَتِ السَّمَاوَاتُ وَالأَرْضُ إِلاَّ مَا شَاء رَبُّكَ إِنَّ رَبَّكَ فَعَّالٌ لِّمَا يُرِيدُ

“Nə qədər ki, göylər və yer var, onda (odda) əbədidirlər. Rəbbinin istəyi istisnadır. Həqiqətən, Rəbbin istədiyini edər.”

Nöqtələr

◘“Zəfir” dedikdə nəfəsin çölə çıxması ilə müşayiət olunan fəryad nəzərdə tutulur. “Şəhiq” isə elə uzun nalədir ki, nəfəs həm də içəri alınır. Bəziləri ulağın səsinin əvvəlinin “zəfir”, sonunun “şəhiq” adlandırıldığını bildirirlər.

◘Cəhənnəmə gedənlərin bir dəstəsi orada qısa bir müddət, digər bir dəstəsi uzun bir müddət, üçüncü bir dəstə isə əbədilik qalır.

◘Əgər “xülud” sözü “əbədi” sözü ilə yanaşı işlənsə (“xalidinə fiha əbəda”) əbədilik mənasını bildirir. Quran “nə qədər ki, göylər və yer var” təbirini işlətsə də, söhbət əbədilikdən gedir. Çünki ərəb dilində “nə qədər ki, göylər və yer var” təbiri əbədiliyə işarədir.

Bildirişlər

1. İnsan yanlış seçimi ilə öz bədbəxtliyinə səbəb olur.

2. Allah cəhənnəm əhlini istədiyi vaxt azad edə bilər. (Günahı az olanlar, bağışlananlar bir müddət sonra cəhənnəmdən qurtula bilərlər.)

 

Ayə 108:

﴿وَأَمَّا الَّذِينَ سُعِدُواْ فَفِي الْجَنَّةِ خَالِدِينَ فِيهَا مَا دَامَتِ السَّمَاوَاتُ وَالأَرْضُ إِلاَّ مَا شَاء رَبُّكَ عَطَاء غَيْرَ مَجْذُوذٍ

“Amma xoşbəxt olanlar göylər və yer durduqca behiştədirlər. Rəbbinin istəyi ilə bu əta qət olası deyil.”

Bildirişlər

1. İnsanların bədbəxtliyi onların öz istəyidir. Xoşbəxtlik isə yalnız Allahın tövfiqi ilə mümkündür.

2. Allah istədiyini edə bilsə də, bu ayənin son hissəsi və digər ayələrdəki vədinə görə, behişt əhlini oradan çıxarmır. Behiştə daxil olan insan həmişəlik orada qalır.

 

Ayə 109:

﴿فَلاَ تَكُ فِي مِرْيَةٍ مِّمَّا يَعْبُدُ هَـؤُلاء مَا يَعْبُدُونَ إِلاَّ كَمَا يَعْبُدُ آبَاؤُهُم مِّن قَبْلُ وَإِنَّا لَمُوَفُّوهُمْ نَصِيبَهُمْ غَيْرَ مَنقُوصٍ

“(Ey peyğəmbər,) bu kafirlərin pərəstiş etdiklərinə (onların batil olmasına) şəkk etmə. Onlar yalnız əvvəllər atalarının ibadət etdiyinə (bütlərə) ibadət edirlər. Həqiqətən, Biz onların qismətini əskiltmədən tam şəkildə verəcəyik.”

Bildirişlər

1. Rəhbər öz yolunda o qədər möhkəm və qətiyyətli olmalıdır ki, ümmətin azğınlığı onu süstləşdirməsin.

2. Şəxsiyyətlərə müraciət xalqa daha çox təsir edir.

3. Bütpərəstlərin və müşriklərin heç bir dəlil və məntiqi yoxdur.

4. Ata-babaların öz nəsillərinin əməl və rəftarına təsiri var.

5. Bəzən ata-babaların əqidəsinə inanc yanlış olur.

6. Allah kafir və müşriklərə də zülm etmir.

 

Ayə 110:

﴿وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ فَاخْتُلِفَ فِيهِ وَلَوْلاَ كَلِمَةٌ سَبَقَتْ مِن رَّبِّكَ لَقُضِيَ بَيْنَهُمْ وَإِنَّهُمْ لَفِي شَكٍّ مِّنْهُ مُرِيبٍ

“Həqiqətən, Biz Musaya kitab (Tövrat) verdik. Onunla bağlı ixtilaf düşdü. Əgər Rəbbinin (əzabın təxiri ilə bağlı) sünnəsi öncədən müəyyənləşdirilməsəydi, hər halda (bu dünyadaca) onlar arasında mühakimə olardı (və cəzaya çatardılar.) Həqiqətən, onunla bağlı bədgümanlıqlarına səbəb olan bir şəkk içindədirlər.”

Bildirişlər

1.Tarixin heç bir dönəmində bir qövmün bütün fərdləri eyni əqidədə olmamışdır.

2. Dinlə bağlı ixtilaflar, bəzilərinin iman gətirməməsi bizi narahat etməsin. Bu yeni bir hadisə deyil.

3. Quranda Tövrat “Nur kitabı” adlandırılsa da,[413] xalq yenə də bu nurla bağlı ixtilaf saldı.

4. Allah Öz sünnələrini qoruyur və ayaq altına düşməyə qoymur. Çünki hər kəsdən öncə qanunu verən kəs o qanuna hörmət etməlidir. (Allah dünyanı mühakimə yeri qərar verməmişdir.)

5. İlahi sünnələr Allahın rübubiyyət məqamına əsaslanır.

6. Səmavi kitabla bağlı ixtilaf edənlərə möhlət verilməsi ilahi sünnələrdəndir.

 

Ayə 111:

﴿وَإِنَّ كُـلاًّ لَّمَّا لَيُوَفِّيَنَّهُمْ رَبُّكَ أَعْمَالَهُمْ إِنَّهُ بِمَا يَعْمَلُونَ خَبِيرٌ

“Şübhəsiz, Rəbbin onların bütün əməllərini (əməllərinin cəzasını) tam şəkildə verəcək. Həqiqətən, O, xalqın bütün əməllərindən agahdır.”

Bildirişlər

1. İlahi dünyagörüşündə heç bir əməl cavabsız, əvəzsiz deyil.

2. Əməlin əvəzi əskildilmədən verilir.

3. Allahın kamil cəzası insanların əməllərindən tam xəbərdarlıq əsasındadır.

 

Ayə 112:

﴿فَاسْتَقِمْ كَمَا أُمِرْتَ وَمَن تَابَ مَعَكَ وَلاَ تَطْغَوْاْ إِنَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

“(Ey peyğəmbər,) sənə əmr edildiyi kimi möhkəm ol. Səninlə Allaha doğru gələnlər də (möhkəm olsunlar.) Həddi aşmayın, O, etdiyiniz işləri görəndir.”

Nöqtələr

◘Rəvayətdə həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql edilir: “Hud” surəsi məni qocaltdı.” Bildirirlər ki, həzrət Peyğəmbər (s) Hud surəsinin məhz bu ayəsini nəzərdə tutmuşdur.[414] Bu ayənin ilk cümləsi eynən başqa bir surədə bəyan olunsa da[415], məhz bu ayə uyğun xüsusiyyətlə tanınmışdır. Ola bilsin ki, bu ayəni tarixin burada bəyan olunmamış səhifələri ağırlaşdırmışdır. Həzrət Peyğəmbərin (s) ətrafındakılardan ona vəfalı olmayanlar da vardı. Həzrət onların vəfasızlığından əziyyət çəkirdi.

Bildirişlər

1. Əgər Allah hamının gördüyü işin əvəzini əskiltmədən verirsə, möhkəm ol!

2. Peyğəmbər tarixinin nəticəsi sabitqədəmlikdir.

3. Sabitqədəmlik və möhkəmlikdə rəhbər birinci olmalıdır. (İlkin İslam dövründə Məkkə şəraiti müsəlmanlar üçün ağır idi və möhkəmliyə ehtiyac vardı.)

4. Möhkəmlik bütün sahələri əhatə etdikdə dəyərli olur. İnsan ibadətdə, təbliğdə, çətinliklər qarşısında möhkəm olmalıdır.

5. İnsanın əməlləri ilahi göstərişə əsaslanmalıdır. Qiyasa (yersiz müqayisəyə), təxəyyülə əsaslanan əməl puçdur.

6. Ümmət möhkəm olmadıqda rəhbərin möhkəmliyi səmərə vermir.

7. Allaha doğru qayıdışın qiyməti ağırdır. Bu qiymət doğru yolda sabitqədəmlik və tövbədən öncəki yola qayıtmamaqdan ibarətdir.

8. Hər şey ilahi göstərişə əsaslanmalıdır və ifrata varmaq olmaz.

9. Rəhbər və ümmət düz yolla hərəkət etməlidir. İfrat və təfritdən çəkinmək lazımdır.

10. Dində sabitqədəmlik Allah tərəfindən mükafatlandırılır.

 

Ayə 113:

﴿وَلاَ تَرْكَنُواْ إِلَى الَّذِينَ ظَلَمُواْ فَتَمَسَّكُمُ النَّارُ وَمَا لَكُم مِّن دُونِ اللّهِ مِنْ أَوْلِيَاء ثُمَّ لاَ تُنصَرُونَ

“Zülmkarlara meyl etməyin, onlara sığınmayın. (Əzab alovu) sizi də bürüyər və bu halda sizin üçün Allah qarşısında heç bir yardımçı tapılmaz. (Heç bir tərəfdən) yardım almazsınız.”

Nöqtələr

◘Rəvayətlərdə bildirilir ki, zalıma məhəbbət və itaət ona sığınmaq nümunələrindən sayılır. Rəvayətdə oxuyuruq: “Zülmkar şəxs qohumun və ya dostun olsa da, ona ümid bağlama.”[416] “Kafi” kitabında nəql olunur ki, əgər zülmkar bir şey bağışlamaq üçün əlini cibinə salacağı qədər yaşamasına razı olsan, zalıma sığınmısan və bil ki, Allah bu işi qadağan etmişdir.[417]

◘Əmr sahibinə itaət vacib, zalıma sığınmaq haramdırsa, demək, əmr sahibi (rəhbər) zalım ola bilməz. Günah zülm nümunəsi sayıldığından əmr sahibi hətta məsum olmalıdır.

Zalıma sığınmaq odla nəticələnir. Görün zalımın öz vəziyyəti necə olacaq!

Bildirişlər

1. Daxili və xarici zülmkara istənilən cür meyl və etimad qadağandır. (Həmkarlar itaət və rəhbərliyə layiq deyil.)

2. Zülmkara sığınmaq kəbirə (böyük) günahdır. (Quranda od vəd olunmuş hər bir günah kəbirə günahdır)

3. Zalıma sığınmaq əvəzinə Allaha təvəkkül edək.

4. Sitəmkara sığınmağın nəticəsi qürbət və tənhalıqdır.

 

Ayə 114:

﴿وَأَقِمِ الصَّلاَةَ طَرَفَيِ النَّهَارِ وَزُلَفًا مِّنَ اللَّيْلِ إِنَّ الْحَسَنَاتِ يُذْهِبْنَ السَّـيِّئَاتِ ذَلِكَ ذِكْرَى لِلذَّاكِرِينَ

“Günün iki tərəfində və gecə vaxtları namazı bərpa edin. Həqiqətən, (namaz kimi) yaxşı işlər pislikləri məhv edir. Bu (fərman) zikr əhli üçün xatırlatmadır.”

 

Ayə 115:

﴿وَاصْبِرْ فَإِنَّ اللّهَ لاَ يُضِيعُ أَجْرَ الْمُحْسِنِينَ

“Möhkəm ol, həqiqətən, Allah yaxşı iş görənlərin mükafatını zay etmir.”

Nöqtələr

◘Rəvayətdə “günün iki tərəfi” deyilərkən sübh və qürub vaxtı, “gecə vaxtları” deyilərkən axşam namazının nəzərdə tutulduğu bildirilir.[418]

Əlbəttə ki, bu ayə gündəlik namazları tam şəkildə bəyan etmir.

◘Bir şəxs öz çirkin əməllərinə görə narahat idi. Ona görə də məsciddə namazdan sonra Peyğəmbərdən (s) onu cəzalandırmasını istədi. Həzrət (s) ona buyurdu: “Həmin pis işdən sonra cəmiyyət namazında iştirak etdiyin üçün Allah səni bağışladı.”[419]

◘İmam Sadiqdən (ə) soruşdular ki, zalımlıqla pul qazanan bir şəxs “yaxşı işlər pis işləri məhv edir” ayəsinə ümid edib fəqirlərə yardım göstərirsə, həccə gedirsə, bu düzgündür? Həzrət (s) buyurdu: “ Günahı günahla yumaq olmaz.”[420] Belə bir şəxsin əldə etdiyi mal xalqındır. Xalqın malını isə istənilən bir şəkildə sərf etmək haramdır.

Quranın ən ümidverici ayəsi

 ◘Həzrət Əli (ə) ətrafındakılardan soruşdu: “Quranın ən ümidverici ayəsinin hansı ayə olduğunu bilirsinizmi?!” Hərə öz halına uyğun bir ayə söylədi. Bəziləri bu ayəni oxudular: “Allah şirkdən savay bütün günahları bağışlayır.”[421] Digərləri başqa bir ayəni oxudular: “Hər kəs xilaf iş görüb zülm etsə və sonra tövbə qılsa, Allahın bağışlayan və mehriban olduğunu görər.”[422] Oradakılardan bir dəstəsi başqa bir ayəni oxudu: “Ey bəndələrim, öz haqqınıza münasibətdə israf etmisiniz. Allahın rəhmətindən məyus olmayın. Çünki O, bütün günahları bağışlayır.”[423] Bir başqaları bu ayəni ən ümidverici ayə kimi tanıdıqlarını bildirdi: “Çirkin bir iş görən və özünə zülm edən kəslər Allahı yada salar və günahlarına görə bağışlanma diləyərlər. Allahdan savay günahları bağışlayan kimdir?![424]

Həzrət (s) onları dinlədikdən sonra sözə başladı: “Həbibim Peyğəmbərdən (s) eşitmişəm ki, bu ayə Quranın ən ümidverici ayəsidir: “Və əqimus-səlatə tərəfəyin nəhari...”[425] Sonra Peyğəmbər (s) sözünə belə davam etdi: “Ya Əli, and olsun bizi xalqa doğru müjdəçi və qorxudan olaraq göndərən Allaha, insan dəstəmaz aldıqda günahları yuyular, üzü qibləyə dayandıqda pak olar. Ya Əli, gündəlik namazlarını qılan kəs hər gün beş dəfə evinin qarşısındakı çayda yuyunan kəs kimidir.”[426]

Bildirişlər

1. Rəhbər xalqa nümunə olmalıdır.

2. Namazı bütün şərtləri ödəməklə və kamil qaydada yerinə yetirmək lazımdır. “İqamə” sözündə tamlıq mənası var.

3. Namaz möminlərin qəlbinin qüvvəsidir. Ötən ayədə sabitqədəmliyin və zalımlara etimadsızlığın zəruriliyi bəyan olundu. Bütün bunlar üçün yüksək ruhiyyəyə ehtiyac var. Ona görə də Allah bu ayədə namaz vasitəsi ilə ruhun gücləndirilməsini əmr edir.

4. Namazları qeyd olunmuş vaxtda qılmaq lazımdır.

5. Namaz yaxşı işin ən aşkar nümunəsidir.

6. İnsanın əməlləri bir-birinə təsir göstərir.

7. Namaz göstərişi Allahın ən işıqlı öyüdüdür. (Namaz ilahi zikrdir.)

8. İlahi xatırlatmalardan hər insan bəhrələnə bilmir.

9. Namazın bərpası səy və hövsələ tələb edir.[427]

 

 

 

 

 

 

 

 

Ayə 116:

﴿فَلَوْلاَ كَانَ مِنَ الْقُرُونِ مِن قَبْلِكُمْ أُوْلُواْ بَقِيَّةٍ يَنْهَوْنَ عَنِ الْفَسَادِ فِي الأَرْضِ إِلاَّ قَلِيلاً مِّمَّنْ أَنجَيْنَا مِنْهُمْ وَاتَّبَعَ الَّذِينَ ظَلَمُواْ مَا أُتْرِفُواْ فِيهِ وَكَانُواْ مُجْرِمِينَ

“Nə üçün sizdən əvvəlki vaxtlarda xalqı yer üzündə fəsaddan çəkindirən elm və qüdrət sahibləri olmayıb? Məgər onların arasında az kəsəmi nicat verdik? Zalımlar onları məst və azğın edən mal və məqam sorağında idilər. Onlar günahkar adamlardır.”

Nöqtələr

◘“Bəqiyyə” sözü Quranda üç dəfə işlədilmişdir. Bu söz, ərəb lüğətində “fəzl və qüdrət” kimi mənalandırılsa da, Quranda “saxlanan” mənasını bildirir. Bu söz insanların nəfis şeyləri özü üçün saxlamasına işarə ola bilər. Başqa bir yanaşmaya əsasən, yalnız qüdrət və qüvvə sahibləri səhnədə qala bilir.

◘Ayədə Allah-təala bir qrupu elm və qüdrətə yiyələnib cəmiyyəti islah etmədiyi üçün qınayır.

Bu xəbərdarlıq Quranda “ləvla” sözü ilə bir neçə dəfə təkrarlanmışdır.[428]

◘114-cü ayədə namaz, bu ayədə isə “nəhy əz münkər” haqqında danışılmışdır. Namaz və əmr be mərufun yanaşı yada salındığı ayələr də var: “Ənkəbut”, 45; “Hud”, 114; “Loğman”, “Həcc”, 41.

Bildirişlər

1. Bütün dövrlərdə ictimai fəsadlara biganə qalan insanlar məhkum və tənqid olunmuşlar.

2. “Nəhy əz munkər” vəzifəsinə münasibətdə ən böy