A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (beşinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Sual: Necə olur ki, peyğəmbər öz mömin qızını kafir kişiyə təklif edir?

Cavab: Bəlkə də evlənmədən öncə iman şərt qoyulacaq idi ki, evlənən tərəflər iman gətirsinlər. Ya da ki, “bənati” dedikdə, xalqın qızları nəzərdə tutulmuşdur. Çünki peyğəmbər ümmətin atası olduğundan, xalqın qızlarını öz qızı kimi təqdim edir. Belə də ola bilər ki, həmin dövrdə uyğun izdivaca icazə verilirmiş.

Bildirişlər

1. Bəzən cəmiyyət o qədər pozulur ki, xalq qaçaraq günaha üz tutur.

2. Azğın nəfs insanı günaha çəkir.

3. Bir günah o biri günaha yol açır.

4. Pis işlərin qarşısını almaq üçün öncə düzgün yol və xeyir işlər xalqa göstərilməlidir.

5. İffət və paklıq guşənişinlik yox, təbii get-gəl arasında paklığı gözləməkdir. (Həzrət Lut xalqın qarşısında qızlarına işarə etdi.)

6. Cəmiyyətin hidayəti üçün moizə bəs etmir. Bəzən fədakarlığa, isara ehtiyac var.

7. Qız atası izdivac təklif edə bilər.

8. Cinsi ehtirası söndürmək üçün yeganə düzgün yol izdivacdır.

9. Cəmiyyətdə günah adiləşmişsə də, insan “nəhy əz munkər” etməyə, insanları pis işdən çəkindirməyə borcludur.

10. Həmcinsbazlıq (homoseksualizm) keçmiş dinlərdə də haram və mənfur sayılmışdır.

11. Təsir ehtimalı az olsa da, pis işdən çəkindirmək zəruridir.

12. Qonağa hörmətsizlik ev sahibinə hörmətsizlik sayılır.

13. Qonaqpərvərlik o qədər dəyərlidir ki, ən şərif insanlar bu yolda böyük əziyyətlərə qatlaşmışlar.

14. Qonağın müdafiəsi insanlıq haqqıdırsa, qonağa biganəlik namərdlikdir.

15. “Nəhy əz münkər” edərkən, xalqı pis işdən çəkindirərkən onların mərhəmət hisslərindən bəhrələnək.

16. Həmcinsbazlıq kişilik, rəşadət və qeyrətlə bir araya sığmır.

 

Ayə 79:

﴿قَالُواْ لَقَدْ عَلِمْتَ مَا لَنَا فِي بَنَاتِكَ مِنْ حَقٍّ وَإِنَّكَ لَتَعْلَمُ مَا نُرِيدُ

“(Lut qövmü) dedi: “Sən özün bilirsən ki, sənin qızlarından heç bir istəyimiz yoxdur. Nə istədiyimizi özün yaxşı bilirsən.”

 

 

 

Ayə 80:

﴿قَالَ لَوْ أَنَّ لِي بِكُمْ قُوَّةً أَوْ آوِي إِلَى رُكْنٍ شَدِيدٍ

“(Həzrət Lut) dedi: “Kaş ki, sizə qarşı bir gücüm olaydı, ya da möhkəm bir arxaya sığınaydım!”

Nöqtələr

◘Həzrət Lut bu ayədə buyurur ki, əgər mənim mömin tərəfdarlarım olsaydı, sizinlə mübarizə edib, qonaqlarımın müdafiəsinə qalxar, ən azı əmin-aman bir yerə aparardım.

◘İslam Peyğəmbərindən (s) nəql olunmuş bir hədisdən belə anlaşılır ki, o, dünyaya vida deyib Allaha qovuşdu və öz qövmünün şərindən azad oldu.[396]

◘Həmcinsbazlıq böyük günahlardandır. Bu günahın cəzası edam və qamçıdır. Uyğun cəza günahkarın etirafı və ya ədalətli şəxslərin şəhadəti ilə icra olunur.

Quran və hədislərdə livatın (həmcinsbazlıq) günahı

◘Quranın müxtəlif ayələrində həzrət Lut və onun qövmünün əhvalatı bəyan olunmaqla bu qövmün çirkin əməli böyük günah kimi tanıtdırılır və ciddi şəkildə haram buyurulur. Uyğun günahla bağlı bəzi təbirləri nəzərdən keçirək. Çirkin iş[397]; israf[398]; günah[399]; zülm[400]; xəbislik[401]; cəhalət[402]; azğınlıq.[403]

◘Rəvayətlərdə də bu günahla bağlı sərt hədələr nəzərə çarpır. Rəvayətlərdə bildirilir ki, əgər bir cavanla livat edilsə, Allahın ərşi lərzəyə gələr və qiyamətdə Allah onlarla danışmaz.[404] İmam Sadiq (ə) buyurmuşdur: “Əgər bir şəxsi iki dəfə daşqalaq etmək qərarı çıxarılsa, o şəxs livat əhlidir.”[405] Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Başqalarını livata çağıran şəxs xalqı özünə livata dəvət edənədək dünyadan köçməz.”[406] Livatda hər iki tərəf edam olunur. Belə bir cəzanın səbəbi, rəvayətlərə əsasən, həmin günahın insan nəslini kəsməsi və fəsaddır.[407]

◘Rəvayətlərdə özünü kişiyə oxşadan qadınlar və özünü qadına oxşadan kişilər çirkin livat əməli üçün zəmin yaratdıqlarından şiddətlə məzəmmət olunurlar.

Bildirişlər

1. İnsan günah nəticəsində elə məsx olur (dəyişilir) ki, ən təbii yol ona çirkin, ən çirkin yol ona gözəl görünür.

2. Qüdrət, imkan, tərəfdar sahibi olmaq cəmiyyəti islah etmək fikrində olan peyğəmbər və islahatçıların ilkin istəyidir.

3. Əgər qüdrət, hökumət, təşkilat və silahlı qüvvə olmasa, peyğəmbərlər də çirkin işlərin qarşısını ala bilməz.

4. Çalışaq ki, fəsadın qarşısını alaq. Bunu bacarmadıqda günahkar mühitdən uzaqlaşaq.

5. Bəzən peyğəmbərlər də öz qövmləri arasında qərib olmuşlar.

6. Qonağın müdafiəsi və onun təhqirinin qarşısının alınması üçün atılan hər bir addım zəruridir.

 

Ayə 81:

﴿قَالُواْ يَا لُوطُ إِنَّا رُسُلُ رَبِّكَ لَن يَصِلُواْ إِلَيْكَ فَأَسْرِ بِأَهْلِكَ بِقِطْعٍ مِّنَ اللَّيْلِ وَلاَ يَلْتَفِتْ مِنكُمْ أَحَدٌ إِلاَّ امْرَأَتَكَ إِنَّهُ مُصِيبُهَا مَا أَصَابَهُمْ إِنَّ مَوْعِدَهُمُ الصُّبْحُ أَلَيْسَ الصُّبْحُ بِقَرِيبٍ

“(İş bu yerə çatdıqda qonaqlar) dedilər: “Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. (Bizə görə narahat olma, çünki) onlar heç vaxt sənə əl uzada bilməyəcəklər. Gecənin bir vaxtı ailəni (bu məmləkətdən) çıxar və sizdən heç biriniz (arxaya) dönüb baxmasın. Amma zövcəni (özünlə götürmə, çünki) hamıya çatacaq bəladan ona da yetişəcək. Həqiqətən, onların (məhv) vaxtı sübhdür. Sübh yaxın deyilmi?!”

Nöqtələr

◘“İsra” kökündən olan “əsri” sözü gecə hərəkət mənasını bildirir.

◘“İlləmrəətəkə” cümləsi ya Luta zövcəsindən savay öz əhlini gecə köçürmək əmrini verir, ya da zövcəsindən savay kimsənin geriyə baxmamasını tapşırır. Lutun zövcəsi həmin məntəqədən çıxarkən günahkar qövmə görə nigaran olduğundan köçdən geri qaldı və nəticədə əzaba düçar oldu.

Bildirişlər

1. Allah bir qövmü həlak etməmiş onun peyğəmbərini xəbərdar edir.

2. Mömin o qədər cəld və ruhi hazırlıqlı olmalıdır ki, qısa bir müddətdə yerini dəyişə bilsin.

3. İnqilab və günahkar məntəqənin məhvi zamanı mal-mülk və ev əşyalarına vaxt ayırmayaq.

4. Peyğəmbərlə qohumluq qurtuluş səbəbi deyil.

5. Dəyər sistemi qohumluq yox, ləyaqət prinsipi üzərində qurulmuşdur.

6. İnsanlar yol seçimində azaddır. Hətta peyğəmbərin arvadı belə onun evindəcə azğınlıq yolunu seçir.

7. Dini şəxsiyyətlərin hesabını qohum-əqrəbanın hesabından ayıraq.

8. Allah hər bir iş üçün vaxt müəyyənləşdirmişdir.

9. Allahın qəhr-qəzəbi üçün tələsməyək.

 

Ayə 82:

﴿فَلَمَّا جَاء أَمْرُنَا جَعَلْنَا عَالِيَهَا سَافِلَهَا وَأَمْطَرْنَا عَلَيْهَا حِجَارَةً مِّن سِجِّيلٍ مَّنضُودٍ

“Elə ki (qəhr-qəzəb) əmrimiz gəldi, həmin məmləkəti alt-üst etdik, lay-lay gil daşlardan başlarına yağış yağdırdıq.”

 

Ayə 83:

﴿مُّسَوَّمَةً عِندَ رَبِّكَ وَمَا هِيَ مِنَ الظَّالِمِينَ بِبَعِيدٍ

“(O daşlar) Rəbbinin yanında nişanlanmışdı. Bu (daşqalaq cəzası) başqa sitəmkarlardan uzaq deyil.”

Nöqtələr

◘“Siccil” dedikdə elə bir kütlə başa düşülür ki, o nə gil kimi yumşaqdır, nə də daş kimi bərk. “Mənzud” sözü isə üst-üstə, ard-arda mənasını bildirir. Nişanlanmış daş dedikdə, ya hər bir daşın xüsusi bir şəxs üçün nişanlandığı, ya da həmin daşların yer daşlarından fərqləndiyi nəzərdə tutulur.

◘Bu ayə Lut qövmünün aqibətini bəyan edir. Xülasə olaraq deyə bilərik ki, həzrət Lut öz qövmünün peyğəmbəri idi, həzrət İbrahimin dövründə yaşamışdı və onun dinini təbliğ edirdi. Həzrət Lut həzrət İbrahimlə birlikdə Fələstinə yola düşdü və sonra Mötəfikat adlı məntəqəyə gedib oranın bütpərəst, aşkar livat edən əhlini doğru yola çağırdı. Həzrət Lut nə qədər çalışdısa nəsihətlərinin təsiri olmadı və nəhayət, onu qovmaqla hədələdilər. Onlar Luta dedilər: “Ey Lut, əgər nəsihətini kəsməsən səni sürgün edərik.”[408] Nəhayət əzab mələkləri nazil oldu. Onlar öncə həzrət İbrahimi, sonra həzrət Lutu məsələdən xəbərdar edib həmin məntəqəni viran qoydular.

◘“Hicr” surəsinin 73-cü ayəsində bildirilir ki, Lut qövmünü dəhşətli bir səs bürüdü. Ola bilsin ki, məntəqəni viran qoyan da həmin o səs oldu. Yerin təkindən göyə sıxılan böyük daşlar sonradan onların başına endi.[409] Bəlkə də daş yağdığı əsnada ərşdən gələn dəhşətli səs məntəqəni öz ağuşuna almışdır.

Bildirişlər

1. İnsan fitrətini viran qoyan kəslərin cəzası yurdlarının başlarına çevrilməsidir.

2. Allah Öz qüdrəti ilə su yerinə daş yağdıra bilər.

3. Əxlaqi və cinsi azğınlıq zülmdür.

4. Qərb və Amerika kimi həmcinsbazlığa (homeseksualizmə) rəsmi azadlıq verənlər Allahın qəhr-qəzəbini gözləsinlər. Bu məntəqələri viran olmaq təhlükəsi gözləyir.

 

Ayə 84:

﴿وَإِلَى مَدْيَنَ أَخَاهُمْ شُعَيْبًا قَالَ يَا قَوْمِ اعْبُدُواْ اللّهَ مَا لَكُم مِّنْ إِلَـهٍ غَيْرُهُ وَلاَ تَنقُصُواْ الْمِكْيَالَ وَالْمِيزَانَ إِنِّي أَرَاكُم بِخَيْرٍ وَإِنِّي أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ مُّحِيطٍ

“Mədyənə doğru qardaşları Şüeybi (göndərdik). O dedi: “Ey mənim qövmüm! Allaha pərəstiş edin, sizin üçün başqa bir məbud yoxdur. Ölçü və çəkini əskiltməyin. Həqiqətən, mən bu işdə sizin üçün xeyir görürəm. Doğrusu, mən sizi bürüyəcək günün (Qiyamət gününün) əzabından qorxuram.”

Nöqtələr

◘Bu günki adı “Məan”, Tövratdakı adı “Mədyan” olan Mədyən şəhəri Əqəbə körfəzinin şərqində yerləşmişdir. Bu şəhərin əhalisi həzrət İsmailin övladları idi. Onların Misir, Livan və Fələstinlə ticarət əlaqələri vardı. Bəziləri də Sina dağı ətrafında yerləşən bir qəbilənin “Mədyən” adlandırıldığını bildirmişlər.

◘Ümmətlər müxtəlif dövrlərdə müxtəlif fəsadlar törətmişlər. Lut qövmü cinsi azğınlığa uğramışdısa, Şüeyb qövmü əskik satır, ticarət qanunlarını pozurdu.

Bildirişlər

1. Peyğəmbərlərin besəti ilahi sünnə, davamlı tarixi cərəyan olmuşdur.

2. Həzrət Şüeybin risaləti yalnız Mədyən məntəqəsinə aid idi.

3. Hər bir qövm üçün onun öz arasından peyğəmbər seçilir.

4. Bir Allaha pərəstiş müvəhhid baxışlara əsaslanır.

5. Allaha ibadət etmək kifayət etmir, müşriklərdən üz döndərmək də zəruridir.

6. Peyğəmbərlər yalnız etiqadi və əxlaqi məsələlərə nəzarətlə kifayətlənmir, iqtisadiyyata diqqət yetirir, iqtisadi fəsadlarla mübarizə aparırdılar.

7. İstisadi fəsaddan və fırıldaqçılıqdan qurtulmağın yolu təkcə rifah və təminat deyil. İmam Sadiq (ə) “həqiqətən sizə xeyir görürəm” təbirinin bolluq və ucuzluğa işarə olduğunu bildirir.[410]

8. Xalqı pis işdən çəkindirmək üçün onu həvəsləndirmək lazımdır.

9. Yaranış və məad etiqadına dəvət bütün peyğəmbərlərin ilkin dəvətləri olmuşudur.

10. Hesab gününə inam bütün işlərdə təqva zəminidir.

11. Allahın qəzəbindən qaçmaq olmaz.

 

Ayə 85:

﴿وَيَا قَوْمِ أَوْفُواْ الْمِكْيَالَ وَالْمِيزَانَ بِالْقِسْطِ وَلاَ تَبْخَسُواْ النَّاسَ أَشْيَاءهُمْ وَلاَ تَعْثَوْاْ فِي الأَرْضِ مُفْسِدِينَ

“(Həzrət Şüeyb təkid etdi ki,) ey mənim qövmüm, ölçü və tərəzini insaf və ədalətlə tamamlayın və xalqın malını əskiltməyin. Fəsad törədib yer üzünü xaraba qoymayın.”

Nöqtələr

◘“Bəxs” kökündən olan “təbxəsu” sözü əskiltmək mənasını bildirir. “La təsəv” sözü isə fəsad törətməmək mənasındadır.

Bildirişlər

1. Hərtərəfli ədalətin bərqərarı peyğəmbər hərəkatının nailiyyətlərindəndir.

2. Günah cəmiyyətdə adət şəkli aldıqda ardıcıl xatırlatmalarla onu aradan qaldırmaq lazımdır. Bu ayədə ölçü və çəki məsələsi bir neçə dəfə yada salınır.

3. Alış-verişə, iqtisadi proseslərə nəzarət lazımdır.

4. Yalnız möminlərə yox, bütün xalqa münasibətdə ədalət prinsipini gözləmək zəruridir.

5. Əskiltməmək təkcə çəkisi və ölçüsü olan, dartıla bilən şeylərə aid deyil. Xalqla alış-verişin bütün sahələrində ədalət gözlənilməlidir.

6. İqtisadi məsələlərlə xalqın haqqını tapdamaq fəsadın ən bariz nümunələrindəndir. Çünki qeyri-sağlam iqtisadiyyat cəmiyyəti məhv edir.

7. Fəsaddan da pisi fəsad ruhiyyəsində olmaqdır.

 

 

 

 

Ayə 86:

﴿بَقِيَّةُ اللّهِ خَيْرٌ لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ وَمَا أَنَاْ عَلَيْكُم بِحَفِيظٍ

“Əgər imanınız olsa, Allahın sizin üçün saxladığı (halal mal, əskiltməklə əldə etdiyiniz maldan) daha üstündür. Mən sizə nəzarətçi deyiləm.”

Nöqtələr

◘“Bəqiyyətullah” dedikdə bu ayədə halal sərmayədən əldə olunmuş qazanc nəzərdə tutulur. Rəvayətlərdə isə bütün mübarək vücudlar “bəqiyyətullah” adlandırılmışdır. O cümlədən, cəbhədən qələbə ilə dönən mömin döyüşçülər belə adlandırılırlar. Çünki onlar Allahın iradəsi ilə geri dönmüşlər. Əsrin imamı həzrət Mehdi (ə) də “Bəqiyyətullah” adlandırılmışdır. Çünki onun şərif vücudunu Allah xalqın hidayəti üçün saxlamışdır. Rəvayətdə oxuyuruq ki, “bəqiyyətullah” həzrət Mehdinin (ə) mübarək adlarındandır.[411] Biz həzrətə (ə) bu adla salam veririk: “Əssəlamu ələykə ya bəqiyyətəllahi fil ərəzin.” Həzrət Mehdi (ə) Məkkədə zühur edəcəyi vaxt bu ayəni tilavət edib buyurar: “bəqiyyətullah mənəm.” Başqa məsumlar da “bəqiyyətullah” ləqəbi ilə çağırılmışlar.[412]

Bildirişlər

1.Cüzi, amma halal və pak ruzi çox, amma haram ruzidən üstündür.

2. Dünya fani, axirət isə həmişəlikdir. Bu səbəbdən də axirətə meyl dünyapərəstlikdən üstündür.

3. Əgər əskik satmasaq müştərilər artar, nəticədə qazancımız çoxalar.

4. Haramı halaldan üstün sayan kəsin imanı şübhəlidir.

5. İnsanlar öz əqidəsində azaddırlar. Hətta peyğəmbərlər də onları məcbur etmirlər.

6. İnsan haram yediyi üçün bədbəxt olsa, kimsə ona zamin deyildir.

 

Ayə 87:

﴿قَالُواْ يَا شُعَيْبُ أَصَلاَتُكَ تَأْمُرُكَ أَن نَّتْرُكَ مَا يَعْبُدُ آبَاؤُنَا أَوْ أَن نَّفْعَلَ فِي أَمْوَالِنَا مَا نَشَاء إِنَّكَ لَأَنتَ الْحَلِيمُ الرَّشِيدُ

“(Mədyən camaatı) dedi: “Ey Şüeyb! Namazın sənə əmr edir ki, (biz) atalarımızın pərəstiş etdiyini boşlayaq? Həm də malımızı istədiyimiz kimi sərf etməyək? Sən ki, dözümlü və dərrakəlisən! (Bizdən istədiklərin nədir?)”

Bildirişlər

1. Bütün peyğəmbərlər müxaliflərlə qarşı-qarşıya gəlmişlər.

2. Ötən dinlərdə də namaz olmuşdur.

3. Namaz Şüeyb ayininin bariz nümunəsidir.

4. Həqiqi namaz insanı başqalarının hidayətinə, “əmr be məruf” və “nəhy əz münkərə” vadar edir.

5. Aşkar dəlillərə göz yumub ata-babaların yanlış əqidəsinə təqlid etmək bir çox azğınlıqların qaynağıdır.

6. Din nə siyasətdən, nə də iqtisadiyyatdan ayrıdır.

7. Peyğəmbər ayinləri qeyd-şərtsiz, heyvani azadlığı inkar edir.

8. Bir şeyə sahib olmaq onu istənilən bir istiqamətdə sərf etmək üçün dəlil ola bilməz. (Şüeyb qanunlarında məsrəfə nəzarət qanunu vardı.)

9. Bəzən müxaliflər bizi susduğumuz üçün tərifləyir.

10. Müxaliflər bəzən istehza olaraq tərifləyirlər.

 

Ayə 88:

﴿قَالَ يَا قَوْمِ أَرَأَيْتُمْ إِن كُنتُ عَلَىَ بَيِّنَةٍ مِّن رَّبِّي وَرَزَقَنِي مِنْهُ رِزْقًا حَسَنًا وَمَا أُرِيدُ أَنْ أُخَالِفَكُمْ إِلَى مَا أَنْهَاكُمْ عَنْهُ إِنْ أُرِيدُ إِلاَّ الإِصْلاَحَ مَا اسْتَطَعْتُ وَمَا تَوْفِيقِي إِلاَّ بِاللّهِ عَلَيْهِ تَوَكَّلْتُ وَإِلَيْهِ أُنِيبُ

“(Şüeyb) dedi: “Ey mənim qövmüm! Düşünmürsünüzmü ki, əgər Rəbbim tərəfindən aşkar bir dəlilim varsa və O mənə gözəl bir ruzi (nübuvvət) əta etmişsə, (necə Ona müxalif olum?) Mən sizi çəkindirdiyim bir şeyə müxalif olmaq istəmirəm. Mənim gücüm həddində islahdan savay bir istəyim yoxdur və Allahın lütfündən başqa bir tövfiqim yoxdur. (Buna görə də) Ona təvəkkül etmişəm və Ona doğru qayıtmışam.”

Nöqtələr

◘Ötən ayədə kafirlər etiraz etdilər ki, nə üçün biz öz malımızı azad sərf edə bilməyək? Həzrət Şüeyb bu ayədə cavab verir ki, sizə öz məsrəfinizdə şərt qoymağım düşmənçilik və şəxsi mənafe üçün yox, yaşayış və cəmiyyətinizin islahı üçündür.

Bildirişlər

1. Nübuvvət aşkar möcüzəyə əsaslanır.

2. Peyğəmbərlər hər şeyi Allahın bəxşişi bilirlər.

3. Güman etməyək ki, əskik satmaq və haram yeməklə yaxşı yaşaya bilərik. Çünki peyğəmbərlər və övliyalar günaha batmadan gözəl ruzi əldə etmişlər. (Yaxşı ruzi dedikdə, əskik satmaq və zülm bahasına əldə olunmamış ruzi başa düşülür.)

4. İnsanı ruziyə çatdıran onun zirəkliyi yox, Allah və Onun lütfüdür.

5. Həzrət Şüeyb kafirlərin “bizim malımız” sözü müqabilində “ mənə gözəl ruzi verilib” deməklə maddi çətinliyi olmadığını bildirir.

6. Yaxşıya dəvət edib pisdən çəkindirən kəs özü doğru yolda olmalıdır. Peyğəmbərlər təkcə göstəriş vermirdilər. Onlar özləri də ən üstün əməl nümunələri idilər.

7. Peyğəmbərlər nəinki ilahi göstərişə qarşı çıxmır, hətta bu barədə düşünmürlər.

8. Peyğəmbərlərin məqsədi insanların və cəmiyyətin islahıdır.

9. Peyğəmbərlərin işi zamanla yox, onların gücü ilə müəyyənləşir.

10. Addım atmaq bizdən, tövfiq isə Allahdandır.

11. İşdə ciddi səylə çalışaq. Amma bilək ki, müvəffəqiyyət Allahın əlindədir.

12. Təvəkkül o vaxt səmərə verir ki, insan səy göstərsin.

13. İslahatçı özü saleh, imanlı olmalı, təvəkkül və duadan uzaq düşməməlidir.

14. Bu ayədə “əmr be məruf” və “nəhy əz münkər” edənlərə bəzi tapşırıqlar verilir: özünüz əməl əhli olun; məqsədiniz cəmiyyətin islahı olsun; işdə tövfiqi, yardımı Allahdan bilin; daim Ona təvəkkül edin; çətinliklər zamanı Ona sığının

 

Ayə 89:

﴿وَيَا قَوْمِ لاَ يَجْرِمَنَّكُمْ شِقَاقِي أَن يُصِيبَكُم مِّثْلُ مَا أَصَابَ قَوْمَ نُوحٍ أَوْ قَوْمَ هُودٍ أَوْ قَوْمَ صَالِحٍ وَمَا قَوْمُ لُوطٍ مِّنكُم بِبَعِيدٍ

“(Şüeyb dedi: “Ey mənim qövmüm! Mənimlə düşmənçilik və müxalifət sizi o işlərə sövq etməsin ki, Nuh, Hud, Saleh qövmü kimi (əzaba) düçar olasınız. (Bilin ki,) Lut qövmü (onların başına gələn) sizdən uzaq deyil.”

Bildirişlər

1. Hətta müxaliflərlə də gözəl tərzdə danışaq.

2. Bir nəfərlə düşmənçiliyə xatir özümüzün və cəmiyyətin xoşbəxtliyi üçün təhlükə yaratmayaq.

3. Bəşər qövmlərinin tarixi bir-birinə oxşardır. Onların təkrarlanması ibrət dərsidir.

4. Keçmişdəkilərin acı taleyini zarafat və təsadüf saymayaq. (Həzrət Nuh, Hud, Saleh və Lut Şüeybdən qabaq olmuşlar.)

5. Allah daim Öz əzabını nazil edə bilər. O, istənilən bir qövmü istənilən bir şəkildə, istənilən bir məntəqədə, istənilən bir zamanda məhv etməyə qadirdir. Necə ki, Nuh qövmü qərq oldu, Hud qövmü tufana düşdü, Saleh qövmü səmadan enən səslə həlak edildi, Lut qövmü viranlığa düçar oldu.

6. İbrət üçün ən yaxşı tarix ən yaxın tarixdir. Şüeyb qövmü Lut qövmü ilə həm məkan, həm də zaman baxımından yaxın idi.

 

Ayə 90:

﴿وَاسْتَغْفِرُواْ رَبَّكُمْ ثُمَّ تُوبُواْ إِلَيْهِ إِنَّ رَبِّي رَحِيمٌ وَدُودٌ

“Rəbbinizdən bağışlanma diləyin. Ona doğru qayıdın. Həqiqətən, mənim Rəbbim mehriban və sevəndir.”

Nöqtələr

◘“Vudd” dedikdə təsirli və davamlı bir dostluq nəzərdə tutulur.

Bildirişlər

1. Müxaliflərə xəbərdarlıq etməklə yanaşı, onlar üçün islah yolu saxlamalıyıq.

2. Bağışlanma diləmək və günahdan uzaqlaşmaq Allah yoluna qayıdışın müqəddiməsidir.

3. Əgər tövbə qılsaq, Rəbbimiz tərəfindən müsbət cavab eşidərik.

4. Allahı elə tanıtdıraq ki, Ona doğru qayıdışa eşq olsun.

5. Allahın rəhməti bir anıq deyil. Bu rəhmət davamlıdır və onun böyük bərəkətləri var.

6. Allah təkcə tövbələri qəbul etmir, həm də tövbə edəni sevir.

 

Ayə 91:

﴿قَالُواْ يَا شُعَيْبُ مَا نَفْقَهُ كَثِيرًا مِّمَّا تَقُولُ وَإِنَّا لَنَرَاكَ فِينَا ضَعِيفًا وَلَوْ