A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (beşinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Ad qövmü iki qrupdan ibarət olmuşdur: birinci Ad və ikinci Ad. İkinci Ad qövmü həzrət İsa Məsihdən yeddi yüz il öncə Hicazdakı Əhqaf məntəqəsində, ya da Yəməndə məskunlaşmışdı.[382]

Bildirişlər

1. İlahi ayələrə arxa çevirib, Allahın peyğəmbərlərinə itaətsizlik göstərən və zalım hakimlərə tabe olanlar Allahın rəhmətindən uzaqdırlar.

2. Dünyada bədnamlıq ilahi cəzalardan biridir.

3. “Zalımlara ölüm” Quran şüarlarındandır.[383]

 

Ayə 61:

﴿وَإِلَى ثَمُودَ أَخَاهُمْ صَالِحًا قَالَ يَا قَوْمِ اعْبُدُواْ اللّهَ مَا لَكُم مِّنْ إِلَـهٍ غَيْرُهُ هُوَ أَنشَأَكُم مِّنَ الأَرْضِ وَاسْتَعْمَرَكُمْ فِيهَا فَاسْتَغْفِرُوهُ ثُمَّ تُوبُواْ إِلَيْهِ إِنَّ رَبِّي قَرِيبٌ مُّجِيبٌ

“Səmud qövmünə doğru qardaşları Salehi (göndərdik). O dedi: “Ey mənim qövmüm! Bir olan Allaha pərəstiş edin, sizin üçün Ondan savay məbud yoxdur. Odur sizi yerdən yaradan. Sizdən istəmiş ki, oranı abad edəsiniz. Ondan bağışlanma diləyin, sonra Ona doğru dönün. Həqiqətən, mənim Rəbbim yaxın və qəbul edəndir.”

Nöqtələr

◘Həzrət Saleh Nuh və Huddan sonra peyğəmbərliyə çatmış üçüncü şəxsdir.

Bildirişlər

1. Peyğəmbərin xalqla bağlılığı qardaşyana bağlılıq idi.

2. Yaxşı olar ki, təbliğatçı təbliğ olunan məntəqədən olsun.

3. Bütün peyğəmbərlərin məqsədi yeganə Allaha pərəstiş olmuşdur.

4. Allaha ibadətin dəlil və fəlsəfəsi Onun bəşəriyyətə olan sonsuz lütfüdür.

5. İnsanın yaranış qaynağı torpaqdır.

6. İslam dünya və axirəti əhatə edən dindir. (Həm yer üzünün abadlığına, həm də tövbəyə dəvət edilir.)

7. Allahın istəyi yer üzünün abadlığıdır.

8. Müvəhhidlərin məbudu düşüncəli, şüurlu, elmli və qüdrətli, eşidən və cavab verən məbuddur. Bütlərdə isə bu xüsusiyyətlər yoxdur.

9. Allaha doğru qayıdış asandır və tövbə Allaha yaxınlaşma zəminidir.

10. Bağışlanma istənilsə və tövbə qılınsa Allah qəbul edər.

11. Allah-təala hamıya yaxındır. Bizi Allahdan uzaqlaşdıran öz düşüncə və rəftarımızdır.

 

Ayə 62:

﴿قَالُواْ يَا صَالِحُ قَدْ كُنتَ فِينَا مَرْجُوًّا قَبْلَ هَـذَا أَتَنْهَانَا أَن نَّعْبُدَ مَا يَعْبُدُ آبَاؤُنَا وَإِنَّنَا لَفِي شَكٍّ مِّمَّا تَدْعُونَا إِلَيْهِ مُرِيبٍ

“(Səmud qövmü) dedi: “Ey Saleh! Sən həqiqətən, bundan öncə bizim aramızda ümid yeri idin. İndi bizə atalarımızın pərəstiş etdiklərinə pərəstiş etməyi qadağan edirsən? Həqiqətən, bizi dəvət etdiyin şeyə şəkkimiz var. (Bu dəvət) bizi sənə qarşı bədgüman etmişdir.”

Nöqtələr

◘Kafirlər həzrət Salehə öncə belə dedilər: “Sən bizim ümid yerimiz idin, biz səni sevirdik.” Onlar düşünürdülər ki, bu sözlərdən sonra həzrət Saleh mövcud rabitələri qorumaq üçün öz dəvətindən əl çəkər.

 

 

 

 

 

Bildirişlər

1.Təbliğatçının adı və keçmişi təmiz olmalıdır.

2. Azğınların tərifi bizi yuxuya verməməlidir. (Düşmənin bizi tərif etməkdə məqsədi var.)

3. Peyğəmbərlər xurafi əqidələri aradan qaldırırlar.

4. İnsan ata-babalarının və keçmişdəkilərin əqidəsini kor-koranə qəbul etməməlidir.

5. Tarix ötdükcə qövmlərin mədəniyyəti bir-birinə qarışmışdır.

6. İnsanlar öz ata-babalarının əqidəsindən asanlıqla əl çəkmirlər. (Dərhal islah təmənnasında olmayaq.)

7. İstənilən yeni bir söz və proqram xalqda tərəddüd yaradır.

8. Əgər şəkk təhqiq və hidayət zəmini üçün müqəddimə olmazsa, böyük bir süqutun amilinə çevrilər.

 

Ayə 63:

﴿قَالَ يَا قَوْمِ أَرَأَيْتُمْ إِن كُنتُ عَلَى بَيِّنَةً مِّن رَّبِّي وَآتَانِي مِنْهُ رَحْمَةً فَمَن يَنصُرُنِي مِنَ اللّهِ إِنْ عَصَيْتُهُ فَمَا تَزِيدُونَنِي غَيْرَ تَخْسِيرٍ

“(Saleh) dedi: “Ey mənim qövmüm! Sizin fikriniz budur ki, əgər Rəbbim tərəfindən möcüzəm olsa və Onun rəhmətinə nail olsam (ağzımı bağlayıb təbliğ etməməliyəmmi?) Əgər Allaha qarşı günah işlətsəm (risalətimi yerinə yetirməsəm), Onun qəzəbi qarşısında kim mənə yardım göstərəcək? Siz mənə yalnız zərər-ziyan artırırsınız.”

Bildirişlər

1.Səmavi dinlər və ilahi rəhbərlər xalqı tövhidə zorla yox, aşkar dəlil və möcüzə ilə dəvət edirlər.

2. Nübuvvət məqamı Allahın Öz bəndələrinə olan xüsusi bir rəhmətidir.

3. Peyğəmbərlər öz risalələrində səhlənkarlığa yol verdikdə Allahın qəzəbinə gəlirlər.

4. Xalqın xoşuna gəlib onların himayəsini qazanmaq fikri ilə Allah və Onun yolundan əl çəkməyək. Azğın camaat başqaları üçün yalnız zərər-ziyan artırır.

5. Haqla müxalifətçilik zərərdir.

 

 

 

 

 

 

 

Ayə 64:

 ﴿وَيَا قَوْمِ هَـذِهِ نَاقَةُ اللّهِ لَكُمْ آيَةً فَذَرُوهَا تَأْكُلْ فِي أَرْضِ اللّهِ وَلاَ تَمَسُّوهَا بِسُوءٍ فَيَأْخُذَكُمْ عَذَابٌ قَرِيبٌ

”(Saleh öz möcüzəsinin bəyanında dedi:) “Ey mənim qövmüm! Allahın bu dişi dəvəsi sizin üçün bir möcüzədir. Onu azad buraxın, Allahın yerində otlasın. Onu incitməyin ki, tezliklə sizi əzab bürüyər.”

Nöqtələr

◘Həzrət Salehin dəvəsi bir sıra imtiyazlara malik idi. Dağın köksündən çıxmışdı, təmasda olmadan balaya qalmışdı, bir günə bütün kəndin suyunu içirdi, məntəqə əhalisinin ehtiyacı qədər süd verirdi, xalqın bu dəvəyə heç bir qulluq məsuliyyəti yox idi.

◘Həzrət Saleh xalqa buyurdu: “Mən sizin bütlərdən bir şey istəyim, siz də mənim Allahımdan bir şey istəyin. Hansı müsbət cavab versə, hamımız ona pərəstiş edək.” Müşriklər qəbul etdilər. Onlar istədilər ki, dərhal dağın köksündən hamilə bir dəvə çıxsın. Allah onların istəyini yerinə yetirdi. Deyilən şərtlərə malik bir dəvə dağın köksündən xaric oldu.[384]

Bildirişlər

1. Peyğəmbərin dəlil və möcüzəsi xalq tərəfindən hiss olunmalıdır. Onlar bu möcüzəni anlamalı, müşahidə etməlidirlər.

2. Allahın qüdrət əli açıqdır və O, qüdrət sahibidir. Allah Öz peyğəmbərinə dəvənin dağın köksündən çıxması kimi möcüzə verə bilər.

3. Salehin dəvəsi böyük bir möcüzə idi.

4. Müqəddəsliklərə hörmət göstərmək lazımdır.

5. Müqəddəsliklərin təhqiri dərhal əzabla nəticələnir.

 

Ayə 65:

﴿فَعَقَرُوهَا فَقَالَ تَمَتَّعُواْ فِي دَارِكُمْ ثَلاَثَةَ أَيَّامٍ ذَلِكَ وَعْدٌ غَيْرُ مَكْذُوبٍ

“(Bütün bu xəbərdarlıqlara baxmayaraq Səmud qövmü) dəvəni kəsdilər. (Saleh) dedi: “Üç gün evlərinizdə bəhrələnin, (sonra ilahi əzab yetişəcək). Bu, doğru bir vəddir.”

Nöqtələr

◘Rəvayətdə oxuyuruq ki, dəvəni bir nəfər öldürdü. Bununla belə Quran bütün xalqın dəvəni öldürdüyünü bildirir. Bunun səbəbi ətrafdakıların qatillə razılaşması idi. İslamın nəzərincə, hər bir fərdin günahı onun tərəfdar və hamilərinin də ayağına yazılır.[385]

Sual: Üç gün möhlətin mənası nə idi?

Cavab: Bunun bir sıra səbəbləri var: Tövbə üçün fürsət vermək, ruhi sıxıntıya salmaqla əzabı artırmaq (əgər bir şəxsə üç gün sonra öləcəyi xəbər verilsə, həmin üç gün onun ruhuna ən böyük zərbə olur), bu müddətin təyini qeybi bir xəbər olduğundan, peyğəmbərin haqq olmasının növbəti bir sübutu idi.

Bildirişlər

1. Başqalarının günahı ilə razılaşmaq onların günahına şəriklikdir.[386]

2. Allahın xəbərdarlıqlarını zarafat saymayın.

3. Müqəddəsliklərin təhqiri qəti əzabla nəticələnir.

 

Ayə 66:

﴿فَلَمَّا جَاء أَمْرُنَا نَجَّيْنَا صَالِحًا وَالَّذِينَ آمَنُواْ مَعَهُ بِرَحْمَةٍ مِّنَّا وَمِنْ خِزْيِ يَوْمِئِذٍ إِنَّ رَبَّكَ هُوَ الْقَوِيُّ الْعَزِيزُ

“(Üç gün ötdükdən sonra) Bizim (əzab) fərmanımız gəldi. Saleh və onunla birlikdə iman gətirənlərə Öz rəhmətimizlə nicat verdik və onları həmin günün zəlalətindən (xilas etdik). Həqiqətən, sənin Rəbbin yenilməz qüvvə sahibidir.”

Nöqtələr

“Xizy” dedikdə aşkar olması ilə insanı rüsvay edən eyb nəzərdə tutulur.

Zəlzələ, sel, yoluxucu xəstəliklər kimi təbii bəlalar kafirlərlə yanaşı möminləri də əhatə edə bilər. Necə ki, bir qrup insanın ehtiyatsızlığından çoxları əziyyət çəkir. Möminlər Allahın kafirlərə nazil etdiyi qəzəbdən o zaman nicat tapırlar ki, “əmr be məruf” və “nəhy əz münkər”i tərk etməmiş olsunlar, azğınlıqlar qabağında susmasınlar.

Bildirişlər

1. Allah-təala peyğəmbərləri və onların ardıcıllarını öz əzabından qoruyur.

2. Allahın qəzəbindən qurtulmaq üçün iman və peyğəmbərə tabeçilik zəruridir.

3. Peyğəmbərə tabeçilik insanın başıucalıq və izzət səbəbidir.

4. Kafirlərin arasında bir neçə möminə nicat vermək Allah üçün çətin deyil.

5. Allah-təala peyğəmbərə təsəlli verir ki, Mən sənin müxaliflərinlə lazımı şəkildə rəftar etməyə qadirəm. Çünki O, yenilməz qüvvə sahibidir.

 

Ayə 67:

﴿وَأَخَذَ الَّذِينَ ظَلَمُواْ الصَّيْحَةُ فَأَصْبَحُواْ فِي دِيَارِهِمْ جَاثِمِينَ

“Zalımları (səmadan gələn) bir səs bürüdü. Onlar Öz evlərində üzü üstə düşdülər (və öldülər).”

 

Ayə 68:

﴿كَأَن لَّمْ يَغْنَوْاْ فِيهَا أَلاَ إِنَّ ثَمُودَ كَفرُواْ رَبَّهُمْ أَلاَ بُعْدًا لِّثَمُودَ

“(Səmud qövmü səs və zəlzələdən elə məhv oldu ki,) sanki heç vaxt orada sakin olmamışdı. Bilin ki, həqiqətən, Səmud öz Rəbbini inkar etmişdi. Bilin ki, Səmud (ilahi rəhmətdən) uzaq oldu.”

Nöqtələr

◘“Casimin” dedikdə dizi üstə oturmaq və ya üzü üstə düşmək başa düşülür. Necə ki, elektrik cərəyanı insanı dondurub, hərəkət etməyə qoymur. “Yəğnəv” dedikdə bir məkanda dayanmaq mənası başa düşülür.

◘İnadkar və zalım Səmud qövmünün işi bu ayədə bağlanmış olur.

◘Həzrət Saleh ərəb peyğəmbərlərindən və Səmud qövmündən idi. Bu qövm Mədinə və Şam arasındakı Əl-Qəra məntəqəsində yaşayırdı. Onların məşğuliyyəti əkinçilik və bağçılıq idi. Hazırkı Tövratda Salehin adı çəkilmir.[387]

◘Hazırda səsdən iti sürətli təyyarələrin uğultusu evlərin şüşəsini qırdığı kimi, dünyanın da son nöqtəsi səmadan enən bir səslə qoyulasıdır. Həmin səs yer üzündəki həyatı sona çatdırasıdır.[388] Qiyamət və məhşər səhnəsi də əzəmətli bir səs vasitəsi ilə bərpa olacaq.[389]

Bildirişlər

1. Zalımların Allah qəzəbinə gəlməsinin səbəbi onların öz ətrafındakılara zülm-sitəmləridir.

2. Allahın cəzası təkcə Qiyamətə aid deyil. Zülm-sitəmin elə bu dünyada da cəzası var.

 

 

 

Ayə 69:

﴿وَلَقَدْ جَاءتْ رُسُلُنَا إِبْرَاهِيمَ بِالْبُـشْرَى قَالُواْ سَلاَمًا قَالَ سَلاَمٌ فَمَا لَبِثَ أَن جَاء بِعِجْلٍ حَنِيذٍ

“Həqiqətən, Bizim elçilərimiz İbrahimə müjdə gətirib dedilər: “Salam.” (İbrahim) dedi: “Salam.” Çox ötmədi ki, onlara (qonaqlıq üçün) qızarmış bir buzov gətirdi.”

Bildirişlər

1. Mələklər Allahın izni ilə insan şəklinə düşə bilirlər.

2. Sözə salamla başlamaq lazımdır.

3. Salam səmavi bir şüar, ilahi bir qaydadır.

4. Salama gözəl tərzdə cavab verilməlidir.

5. Qonaq qəbulunda iti olmaq lazımdır.

6. Tanınmayan bir şəxsi də qonaq qəbul etmək dəyərdir.

7. Peyğəmbərlər qonaqpərvər və səxavətli idilər.

8. Qonaqdan aclığı və nə yemək istədiyi barədə soruşmayaq.

9. Qonağa özümüz xidmət edək.

10. Qonağı xörəyin yanına yox, xörəyi qonağın yanına aparaq.

11. Qonağı yaxşı şəkildə qəbul etmək lazımdır. “Zariyat” surəsində oxuyuruq ki, həzrət İbrahim öz qonaqlarına kabab verərdi.

 

Ayə 70:

﴿فَلَمَّا رَأَى أَيْدِيَهُمْ لاَ تَصِلُ إِلَيْهِ نَكِرَهُمْ وَأَوْجَسَ مِنْهُمْ خِيفَةً قَالُواْ لاَ تَخَفْ إِنَّا أُرْسِلْنَا إِلَى قَوْمِ لُوطٍ

“(İbrahim) onların (qonaqların) yeməyə əl uzatmadılarını görüb narahat oldu və qəlbinə qorxu düşdü. (Düşündü ki, onlar öz pis məqsədlərini rahatca həyata keçirmək üçün çörək kəsmirlər.) Amma qonaqlar dedilər: “Qorxma, həqiqətən, biz Lut qövmünə (əzab üçün) göndərilmişik.”

Nöqtələr

◘Həzrət İbrahimin keçirdiyi qorxu adi insanların qorxusundan fərqlənirdi. İbrahim tarixin bütsındıranı idi və heç vaxt nədənsə qorxmamışdı. Amma təhlükə ehtimalı fərqli bir məsələ idi.

◘İşdə mərhələləri gözləmək lazımdır. Həzrət Lut və onun qövmü həzrət İbrahimin tabeçiliyində olan qövmlərdən idi. Bu səbəbdən də Lut qövmünün məhvi üçün həzrət İbrahim bu işdən xəbərdar edilirdi.

Bildirişlər

1. Mələklər maddi qidalardan istifadə etmirlər.

2. Peyğəmbərlərin elmi məhduddur.

3. Həzrət İbrahimin dövründə qonağın süfrəyə əl uzatmaması onun ev sahibi ilə düşmənçilik nişanəsi sayılırdı.

4. Bəzən insanın qorxusu məlumatsızlıqdan qaynaqlanır.

5. Mələklərin vəzifələrindən biri əzab gətirməkdir.

 

Ayə 71:

﴿وَامْرَأَتُهُ قَآئِمَةٌ فَضَحِكَتْ فَبَشَّرْنَاهَا بِإِسْحَقَ وَمِن وَرَاء إِسْحَقَ يَعْقُوبَ

“Onun zövcəsi ayaq üstə durmuşdu. Beləliklə o, (sirli qonaqlar mələk olduqda) sevincindən güldü. Beləliklə, ona İshaq (adlı oğulla) və İshaqın adınca Yəqub (adlı nəvə) ilə müjdə verdik.”

Nöqtələr

◘“İbrahimin zövcəsi ayaq üstə durmuşdu. (Söhbətləri eşidib) güldü. Biz ona İshaq (adlı bir övlad)la, İshaqdan sonra Yəqub (adlı bir övlad)la müjdə verdik.” İbrahimin zövcəsinin ayaq üstə durması bir neçə səbəblə izah olunur: ibadət üçün; qonaqlara xidmət üçün; get-gələ və söhbətlərə nəzarət üçün.

◘“Zihk” sözü gülmək mənasını bildirir. “Zəhk” sözü isə aybaşı mənasını ifadə edir. İbrahimin zövcəsi qonaqların süfrəyə əl uzatmamasının İbrahim üçün təhlükə olmadığını bildiyindən gülə bilərdi. Bəzi təfsirlərdə isə bu gülüş başqa cür mənalandırılır: İbrahimin zövcəsi (Sara) yaşlı bir qadın idi və uzun illər idi ki, aybaşı olmurdu. O, övladı olacağını eşitdikdə birdən belə hala düşdü və anladı ki, Allahın iradəsi ilə övlad sahibi ola bilər. İmam Sadiq buyurmuşdur: “Zəhikət” sözü onun aybaşı olmasını bildirir.”[390]

Bildirişlər

1. Bəzi səhnələrdə qadının da iştirakı lazım gəlir.

2. Qadının ruhu kişinin ruhundan zərifdir. Həzrət İbrahim də əhvalatı eşitmişdi. Amma yalnız Sara güldü.

3. Qəmli xəbərlər arasında müjdə də olur.

4. Ən üstün müjdə ardıcıl və davamlı nemət müjdəsidir. Ola bilsin ki, övladlardan biri o birindən sonra gəldiyi üçün “Yəqub” (“Üqb” sözündən) adlandırıldı.

5. Peyğəmbərlərin adı öncədən təyin olunmuşdur.

6. İlahi mələklərin hər bir dəstəsinin öz vəzifəsi olsa da, haqqında danışılan mələklərə bir neçə iş tapşırılmışdı. Onlar Lut qövmünü məhv etməli, İbrahim və Saraya övlad müjdəsi verməliydilər.

 

Ayə 72:

﴿قَالَتْ يَا وَيْلَتَى أَأَلِدُ وَأَنَاْ عَجُوزٌ وَهَـذَا بَعْلِي شَيْخًا إِنَّ هَـذَا لَشَيْءٌ عَجِيبٌ

“(İbrahimin zövcəsi) dedi: “Vay olsun mənə! Özüm qoca bir qarı, ərim qoca bir kişi olduğu halda övladımmı olacaq? Doğrusu, bu, təəccüblü bir işdir!”

Nöqtələr

◘İbrahimin zövcəsi təəccüb etməkdə haqlı idi. Çünki bu qadın gənc yaşından bəri sonsuz olmuşdu.[391] İndi isə onun 90, əri İbrahimin 100 yaşı vardı.

◘“Əl-mizan” təfsirində nəql olunduğuna əsasən, “bəl” başqasına ehtiyacı olmayan, ayaq üstdə dura bilən insana deyilir. Öz xərcini təklikdə ödəyə bilən ər də ”bəl” adlandırılmışdır. Suya ehtiyacı olmayan xurma ağacına da “bəl” deyilir.

Bildirişlər

1. Qadın elə bir məqama ucala bilər ki, mələklərlə danışar.

2. Allahın qüdrətinə təəccüb imana zidd deyil.

3. Allahın qüdrətini öz məhdud imkanlarımızla ölçməyək. (Bəzən zahiri vasitələr səmərəsiz olur.)

 

Ayə 73:

﴿قَالُواْ أَتَعْجَبِينَ مِنْ أَمْرِ اللّهِ رَحْمَتُ اللّهِ وَبَرَكَاتُهُ عَلَيْكُمْ أَهْلَ الْبَيْتِ إِنَّهُ حَمِيدٌ مَّجِيدٌ

“(Mələklər İbrahimin zövcəsinə) dedilər: “Allahın işinə təəccübmü edirsən? Siz ev əhlinə Allahın rəhmət və bərəkəti nazil oldu. Həqiqətən, O, mədh olmuş və böyükdür.”

Nöqtələr

◘Bir gün Əmirəlmöminin Əli (ə) rastlaşdığı bir dəstə müsəlmanı salamladı. Onlar həzrətin salamına uzun-uzadı cavab verdilər. Həzrət buyurdu: “Salama mələklərin İbrahimə dediklərindən artıq cavab verməyin. Salamın cavabına “və rəhmətullahi və bərəkatuh” artırmaq kifayətdir.”[392]

Sual: Hazırki ayədə mələklər həzrət İbrahimin zövcəsinə onun “əhli-beyti” deyə xitab etdilər. Adətən hər bir şəxsin zövcəsi onun ev əhli sayılır. Nə üçün İslam Peyğəmbərinin (s) zövcələri onun əhli-beytindən sayılmır?

Cavab: Əgər sözün yalnız lüğət mənasına istinad etsək, “Əhli-beyt” sözü insanın zövcəsinə aid olur. Amma bəzən sözün mənasını dəyişən dəlillə rastlaşırıq. Məsələn “Hud” surəsinin 46-cı ayəsində Nuhun oğlu onun əhli sayılmır. Necə ki, həzrət Peyğəmbər (s) Salman haqqında buyurur: “Salman bizim əhli-beytdəndir.”[393] Təthir ayəsi[394] haqqında bir çox rəvayətlər var. Peyğəmbər (s) müəyyən şəxsləri öz əbası ilə örtərək yalnız onları əhli-beyti saymışdır. Həzrət öz zövcəsi Ümmü-Sələməyə əbaya daxil olmağa icazə verməmişdir.

Bildirişlər

1. Bəzən mələklər peyğəmbər olmayan kəslərlə də danışırlar.

2. Mələklər tərəfindən qadına da xitab oluna bilər. (Mələklər həzrət İbrahimin zövcəsinə inanmamağı qadağan etdilər.)

3. Heç vaxt Allahın qeybi yardımlarından ümidimizi üzməyək.

4. Bir işə təəccübdən yaxa qurtarmaq üçün Allahın saysız nemətlərini yada salaq. (Odu İbrahimə soyudan, onu bütlərə qalib edən Allah qoca qarı və qoca kişiyə də övlad əta edə bilər.)

5. Saleh övlad Allah tərəfindən rəhmət və bərəkətdir.

 

Ayə 74:

﴿فَلَمَّا ذَهَبَ عَنْ إِبْرَاهِيمَ الرَّوْعُ وَجَاءتْهُ الْبُشْرَى يُجَادِلُنَا فِي قَوْمِ لُوطٍ

“Elə ki, qorxu və dəhşət İbrahimdən uzaqlaşdı və ona (övladla bağlı) müjdə gəldi, Bizimlə Lut–qövmü haqqında (onlara şəfaət vermək məqsədi ilə) mübahisəyə başladı.”

Nöqtələr

◘Həzrət İbrahimin mübahisəsi, “Ənkəbut” surəsinin 31-ci ayəsində bəyan olunmuş mübahisə ola bilər. İbrahim mələklərə dedi: “Həzrət Lut, Allahın peyğəmbəri həmin məntəqədə olduğu halda oranı necə alt-üst edirsiniz?!” Onlar cavab verdilər: “Biz onların halından tam xəbərdarıq, Lut və onun ardıcıllarına nicat verərik.”

Bildirişlər

1. Elm ruhi aramlıq üçün müqəddimədir. (İbrahim məsələdən agah olub arxayınlaşdı.)

2. Peyğəmbərlərdəki qorxu ötəri bir haldır.

3. Əvvəlcə təhlükəni aradan qaldırmaq, sonra mərhəmət diləmək lazımdır.

4. Ruhi aramlıq həmnövlərə diqqət (insanın insana diqqəti) üçün zəmindir.

5. Həyəcanlı vaxtda qərar qəbul etməyək.

6. Nemətlə bağlı müjdə bizi başqalarının taleyindən xəbərsiz qoymasın.

7. Peyğəmbərlər öz tabeçiliklərində olanların fikrindədirlər.

8. Təkcə öz qövmümüz və tayfamızın fikrini çəkməyək.

9. İlahi müqəddərat qətiləşmədiyi bir vaxt israrın, şəfaət diləməyin, dua və təvəssülün təsiri var.

10. Allahın mələkləri və məmurları ilə mübahisə Allahla mübahisədir.

 

Ayə 75:

﴿إِنَّ إِبْرَاهِيمَ لَحَلِيمٌ أَوَّاهٌ مُّنِيبٌ

“Doğrudan da, İbrahim dözümlü, ah-nalə çəkən, tövbə və dua əhli idi.”

 

Ayə 76:

﴿يَا إِبْرَاهِيمُ أَعْرِضْ عَنْ هَذَا إِنَّهُ قَدْ جَاء أَمْرُ رَبِّكَ وَإِنَّهُمْ آتِيهِمْ عَذَابٌ غَيْرُ مَرْدُودٍ

“(Allahın Lut qövmü ilə bağlı qərarı qəti olduğundan mələklər İbrahimin şəfaət istəyinə belə cavab verdilər:) “Ey İbrahim! Bundan gözünü çək. Həqiqətən, Allahın fərmanı çıxarılıb və qarşısı alınmaz əzab hökmən onları yaxalayacaq.”

Nöqtələr

◘74-cü ayədə həzrət İbrahim Lut qövmünə əzabla bağlı mübahisəyə başladı. 76-cı ayədə buyurulur ki, ey İbrahim, bu mübahisədən əl çək. Bu iki ayə arasında İbrahimin şəxsiyyət və məqamının qorunması üçün onun yalnız canıyananlıqdan mübahisəyə qatıldığını önə çəkmək məqsədi ilə bu Allah peyğəmbərinin həlimliyi, ah-nalə əhli olması, təslimçiliyi qeyd olunur.

Bildirişlər

1. Peyğəmbərlər bəşəriyyətin ən canıyanan rəhbərləridirlər. Onlar öz dözümləri, ah-nalələri, duaları ilə xalqın qurtuluşu üçün çalışırlar.

2. Hər hansı xəbərdarlıqda insanın məqam və şəxsiyyəti gözlənilməlidir.

3. İbrahim şəfaət istədiyi vaxt əzabın qətiliyindən xəbərsiz idi.

4. Allahın əzabı da tərbiyə məqsədi ilə nazil olur.

5. Bəzən peyğəmbərlərin də şəfaəti qəbul olunmur. Allahın fərmanı qəti olduqda heç bir məqam onun qarşısını ala bilməz.

 

Ayə 77:

﴿وَلَمَّا جَاءتْ رُسُلُنَا لُوطًا سِيءَ بِهِمْ وَضَاقَ بِهِمْ ذَرْعًا وَقَالَ هَـذَا يَوْمٌ عَصِيبٌ

“Mələklərimiz Lutun sorağına gəldikləri vaxt onların gəlişindən qəmgin oldu və sıxıntıya düşdü. (Öz-özünə) dedi: “Bu gün çətin bir gündür!”

 

Nöqtələr

◘Allahın elçiləri gözəl gənclər simasında gəldiklərindən Lut öz qövmünün qonaqlara münasibətdə pis fikrə düşəcəyindən narahat oldu.

◘“Zaqə bihim zərən”, yəni “əli heç bir yerə çatmadı”. Bu təbir həzrət Lutun aciz qalmasına işarədir.

Bildirişlər

1. Peyğəmbərlərin elmi məhduddur. (Həzrət Lut bilmirdi ki, onun qonaqları insan qiyafəli mələklərdir.)

2. Pisliklə mübarizənin ilk mərhələsi qəlb mübarizəsidir.

3. Ev