A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (beşinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


8. İslam azadlıq dinidir. Qorxu-hürkü ilə yox, düşüncə ilə əldə edilən iman dəyərlidir.

9. Məntiqə əsaslanan əqidə məktəbində tələskənlik yoxdur. Düşmənə düşünmək üçün fürsət verin və ona rahat götür-qoy etmək üçün şərait yaradın.

10. Bəzilərinin küfrü cəhalətdən qaynaqlanır. Əgər onlar xəbərdar olsalar, haqqı qəbul edərlər.

 

Ayə 7:

﴿كَيْفَ يَكُونُ لِلْمُشْرِكِينَ عَهْدٌ عِندَ اللّهِ وَعِندَ رَسُولِهِ إِلاَّ الَّذِينَ عَاهَدتُّمْ عِندَ الْمَسْجِدِ الْحَرَامِ فَمَا اسْتَقَامُواْ لَكُمْ فَاسْتَقِيمُواْ لَهُمْ إِنَّ اللّهَ يُحِبُّ الْمُتَّقِينَ

“Necə ola bilər ki, Allah və Onun rəsulunun müşriklərlə bir peymanı olsun? Məscidül-həramın yanında peyman bağladığınız kəslər istisnadır. Nə qədər ki, əhdlərinə vəfalıdırlar, siz də vəfa qılın. Allah təqvalıları sevir.”

Nöqtələr

◘Bu ayə “bəraət” surəsinin başlanğıc ayələrini açıqlayır, bəraət və uzaqlaşma üçün dəlillər göstərir. Bəli, onlar öz əhdlərinə vəfa qılmadılar.

◘Kəbənin 48 mil radiuslu dairəsi “Hərəm” sayılır. Bu məntəqədə bağlanmış peymanlar “İndəl-məscidil-həram” adlanır. Məsələn, Məkkədən on beş mil aralı bağlanmış “Hüdəybiyyə” peymanı bu qəbildəndir.

◘Peyman yerinin bəyanı zamanı Məscidül-həramın adının çəkilməsi həmin məkanın əhəmiyyətini göstərir. Amma Məscidül-həramdan kənarda bağlanmış peymanlara da vəfa qılmaq lazımdır.

Bildirişlər

1. Yəhudilər və müşriklər müsəlmanlarla daha çox düşmən olduqlarından[14] onların çoxundan vəfa gözləməyin.

2. Tənqid edərkən sağlam fərdləri istisna edək.

3. Öz düşmənlərinizlə bağladığınız peymanlara münasibətdə onlar kimi rəftar edin.

4. Təqva üçün əhdə vəfa, əhdə vəfa üçün təqva lazımdır.

 

Ayə 8:

﴿كَيْفَ وَإِن يَظْهَرُوا عَلَيْكُمْ لاَ يَرْقُبُواْ فِيكُمْ إِلاًّ وَلاَ ذِمَّةً يُرْضُونَكُم بِأَفْوَاهِهِمْ وَتَأْبَى قُلُوبُهُمْ وَأَكْثَرُهُمْ فَاسِقُونَ

“Axı necə (onlarla peyman bağlamaq olar), bir halda ki, sizə qalib gəldikdə heç bir yaxınlıq və peymanı nəzərə almazlar, sizi öz yumşaq dilləri ilə razı salarlar, amma qəlbən qəbul etmirlər. Onların çoxu həddi aşanlardır.”

Nöqtələr

◘ “İll” deyərkən yaxınlıq, qonşuluq və qəlb bağlılıqları nəzərdə tutulur. (İlkin İslam dövrünün müsəlmanları və müşriklər arasında yaxınlıq, əhd-peymana vəfa etmək lazımdır. Hər kəs bu peymanı pozsa, xalq tərəfindən məzəmmət olunur.

◘Bu ayələr əhdi pozmuş müşriklərlə sərt rəftar göstərişinin növbəti bir dəlilidir.

◘”Düşmən bizə qalib gəlsə, pislik edər”, deyə ona hücum etmək olmaz. Düşmənə qarşı təcavüz üçün dəlillər olmalıdır. Əks-təqdirdə, qarşı tərəfə hücum “cinayətdən öncə qisas” sayılar.

Bildirişlər

1. Düşmənin nə dərəcədə kinli olduğu o qüdrətə çatdığı vaxt müəyyənləşir.

2. Qalib gələcəyi təqdirdə həddi aşacağı gözlənilən düşmən qarşısında sükut və sadəlövhlük günahdır.

3. Müşriklər nə insanlıq və qonşuluq çərçivəsini gözləyir, nə də əhd-peymana hörmət qoyurlar.

4. Düşmənin siyasi oyunlarına və azdırıcı təbliğatına aldanmayaq.

5. Əhdi pozmaq, nifaq, maskalanma, siyasətbazlıq günahdır.

6. Müşriklərin əksəri günahkardır. Amma onların da arasında sağlam fərdlər tapılır. (Münasibətlərimizdə insaflı olaq.)

 

Ayə 9:

﴿اشْتَرَوْاْ بِآيَاتِ اللّهِ ثَمَنًا قَلِيلاً فَصَدُّواْ عَن سَبِيلِهِ إِنَّهُمْ سَاء مَا كَانُواْ يَعْمَلُونَ

“(Əhdi pozan müşriklər) Allahın ayələrini ucuz qiymətə satdılar və (xalqı) Allahın yolundan çəkindirdilər. Həqiqətən, onlar pis işlər görürdülər.”

Bildirişlər

1. İnsanın əməl və yol seçimində seçim haqqı var.

2. İlahi ayələri itirmək müqabilində hər nə qazansaq yenə azdır.

3. Dünyapərəstlik səbəbindən insan dinlə mübarizə aparır, xalqı Allahın yolundan çəkindirir.

4. İlahi razılığı əbədi behişti ötəri və bəlalı dünya həyatına satmaq ən zərərli işdir. Çünki Allahın möminlərə lütfü qarşısında bütün dünya və onda olanlar əhəmiyyətsizdir.

 

Ayə 10:

﴿لاَ يَرْقُبُونَ فِي مُؤْمِنٍ إِلاًّ وَلاَ ذِمَّةً وَأُوْلَـئِكَ هُمُ الْمُعْتَدُونَ

“(Əhdi pozan müşriklər təkcə sizə münasibətdə yox) heç bir möminə münasibətdə yaxınlıq haqqına və əhd-peymana riayət etməyəcəklər. Onlar həmin təcavüzkarlardır.”

Nöqtələr

◘Bu ayə də müşriklərdən bəraətlə bağlı ciddi ilahi göstərişi bəyan edir.

◘Ötən iki ayədə sizə münasibətdə peymanlara əməl olunmamasından danışıldı. Bu ayədə isə onların bütün iman əhli ilə düşmənçilikləri qeyd edildi.

Bildirişlər

1. Müşriklər möminlərlə düşməndirlər. Belə isə, onlarla sərt rəftarda tərəddüd göstərməyin.

2. Kafirlərin nəzərində müsəlmanların ən böyük günahı onların Allaha iman gətirmələridir. Onların iman əhli ilə düşmənçilikdə bəhanələri budur.[15]

3. Əhdi pozmaq təcavüzkarlıqdır.

4. Qohumların hüququna riayət və əhdə vəfalı olmaq vacibdir. Bu göstərişlərə etinasızlıq təcavüzkarlıq ruhundan doğur.

5. Əhdi pozmuş müşriklərlə döyüş müdafiə xarakteri daşıyır. On üçüncü ayədə qeyd olunduğu kimi bu döyüşü müsəlmanlar başlamamışdır.

 

Ayə 11:

﴿فَإِن تَابُواْ وَأَقَامُواْ الصَّلاَةَ وَآتَوُاْ الزَّكَاةَ فَإِخْوَانُكُمْ فِي الدِّينِ وَنُفَصِّلُ الآيَاتِ لِقَوْمٍ يَعْلَمُونَ

“Amma tövbə edib namaz qılsalar və zəkat ödəsələr, bu halda sizin din qardaşınızdırlar. Biz Öz ayələrimizi bilən (düşünən) qövm üçün ətraflı bəyan edirik.”

Nöqtələr

◘Allah-təala ötən ayələrdə buyurdu ki, əgər müşriklər tövbə etsələr, namaz qılsalar, zəkat ödəsələr, onlara qarşı çıxılmasın. Bu ayədə isə qeyd olunur ki, nəinki onlara əziyyət verməyin, hətta keçmişləri unudub, onlarla qardaşcasına rəftar edin.

Bildirişlər

1. Öz rəftarınızda “addım-addım, tədricən” prinsipinə riayət edin. Öncə təcavüzdən çəkinmək, sonra isə ülfət və qardaşlıq!

2. Gerçək tövbə əməl ilə müşayiət olunur.

3. Namaz və zəkatı tərk edənlər bizə din qardaşı deyillər.

4. Dini qardaşlıq dairəsinə daxil olma şərti namaz və zəkatdır.

5. Müsəlmanın rabitələrinin, sevgi və nifrətinin kökü əqidə məktəbindədir.

6. Peşman olmuş və tövbə etmiş insanla qardaşcasına rəftar edin.

7. İslam döyüşlərinin əsas məqsədi müşrikləri tövhidə qaytarmaqdır.

8. Dünənədək qətli vacib olanlar tövbə, namaz və zəkat sayəsində müsəlmanlarla bərabər ictimai hüquq əldə edirlər və onlarla döyüş haram olur.

9. Elm və bilik ilahi ayələrin dərki üçün zəmindir.

 

Ayə 12:

﴿وَإِن نَّكَثُواْ أَيْمَانَهُم مِّن بَعْدِ عَهْدِهِمْ وَطَعَنُواْ فِي دِينِكُمْ فَقَاتِلُواْ أَئِمَّةَ الْكُفْرِ إِنَّهُمْ لاَ أَيْمَانَ لَهُمْ لَعَلَّهُمْ يَنتَهُونَ

“Amma əgər (tövbə yerinə) peyman bağladıqdan sonra andlarını pozsalar, dininizə tənə etsələr, küfr başçıları ilə döyüşün. Çünki onlar üçün heç bir and yoxdur. Bəlkə öz rəftarlarından çəkinələr.”

Nöqtələr

◘Həzrət Əlidən (ə) soruşdular: “Nə üçün Siffeyn döyüşündə fərariləri təqib etdiniz, Cəməl döyüşündə isə onları azad buraxdınız?” Həzrət buyurdu: “Siffeyn döyüşündə küfr başçısı sağ idi və qaçanlar onun ətrafında toplanırdılar. Cəməl savaşında isə başçı öldürüldüyündən növbəti dəfə toplanmaq üçün bir mərkəz yox idi.”

◘İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs sizin dininizə tənə etsə, hökmən, kafir olar.” Sonra həzrət uyğun ayəni oxudu.[16]

Bildirişlər

1. Əhdi pozmağın və əqidə məktəbini məsxərəyə qoymağın bir nümunəsi də dindən çıxmaqdır.

2. İslama qarşı tənə və onun xar edilməsinin cəzası edamdır.

3. İslami cihadın məqsədi əqidə məktəbinin müdafiəsidir.

4.Əhdi pozan və dini məsxərəyə qoyan küfr başçıları ilə mübarizə aparın.

5. Mübarizədə fitnə başçılarının, düşmən komandanlığının məhvi ilkin vəzifələrdəndir.

6. Qarşı tərəfin hər andı sizi aldatmasın. Əhdi pozanların andı etibarsızdır.

7. Düşmən planlarının qarşısının alınması İslam cihadının məqsədlərindəndir.

 

Ayə 13:

﴿أَلاَ تُقَاتِلُونَ قَوْمًا نَّكَثُواْ أَيْمَانَهُمْ وَهَمُّواْ بِإِخْرَاجِ الرَّسُولِ وَهُم بَدَؤُوكُمْ أَوَّلَ مَرَّةٍ أَتَخْشَوْنَهُمْ فَاللّهُ أَحَقُّ أَن تَخْشَوْهُ إِن كُنتُم مُّؤُمِنِينَ

“Öz andını pozmuş, Peyğəmbəri (vətənindən) çıxarmağa səy göstərmiş, sizinlə ilkin olaraq döyüşə başlamış qövmlə döyüşmürsünüzmü? Yoxsa onlardan qorxursunuz? Əgər imanınız varsa, Allahdan qorxmağınız daha yaxşıdır.”

Bildirişlər

1. Müsəlman döyüşçü üçün döyüşün məqsədi aydın olmalıdır. Düşmənin öz əhdini pozması, Peyğəmbərə (s) qarşı pis niyyəti və döyüşə başlaması qeyd olunur).

2. Sizin döyüş müdafiə döyüşüdür və bu döyüşü düşmən başlamışdır.

3. Döyüş zamanı döyüş odu ilə cəhənnəm odunu müqayisə edin. Belə bir müqayisə döyüş əzmini möhkəmləndirir.

4. Həqiqi mömin yalnız Allahdan qorxur.

 

Ayə 14:

﴿قَاتِلُوهُمْ يُعَذِّبْهُمُ اللّهُ بِأَيْدِيكُمْ وَيُخْزِهِمْ وَيَنصُرْكُمْ عَلَيْهِمْ وَيَشْفِ صُدُورَ قَوْمٍ مُّؤْمِنِينَ

“Onlarla döyüşün ki, Allah sizin əlinizlə onlara əzab versin, onları xar, etsin, sizi isə qalib etsin və möminlərin qəlbinə məlhəm qoysun.”

Nöqtələr

Sual: “Ənfal” surəsinin 32-ci ayəsində buyurulurdu ki, Peyğəmbərin (s) xalq arasında olması xalqı əzabdan qoruyur. Bu ayədə deyilənlər həmin buyruqla zidd deyilmi?

Cavab: Əgər “Ənfal” surəsində Ad və Səmud qövmünə nazil olmuş əzab kimi səmavi və sarsıdıcı əzab nəzərdə tutulurdusa, bu ayədə döyüş çətinliklərinə işarə olunur.

Bildirişlər

1. Döyüş cəbhələri ilahi yardımların nazil olduğu məhəllərdir. (Cihad sizdən, yardım isə Allahdandır.)

2. Mücahidlər haqqın vuran əli, ilahi hökmün icra amilidir.

3. İlahi sünnələr təbii yolla, səbəblər əsasında həyata keçir.

4. Düşmənin hərbi məğlubiyyətinin ardınca onun ruhi və siyasi məğlubiyyəti gəlir.

5. Allah din düşmənlərinin süqutu və möminlərin izzətə çatması istəyindədir.

6. Küfrün məhvi, kafirlərin süqutu və möminlərin rahatlığı döyüş məqsədlərindəndir.

7. Döyüşdən öncə təşviq və təbliğə ehtiyac var. Allah möminlərə qəti müjdə verir.

8. İlkin İslam dövründə müsəlmanların qəlbi yaralanmışdı, onlar incidilmişdilər.

9. Döyüşdə bir dəstə şəhid olsa da, İslam ümməti izzət və aramlığa çatır.

10. İctimai məsələlərdə möminlərin taleyi bir-birinə bağlıdır. Sizin qələbəniz digər möminlərin qəlbinə şəfa olur.

 

Ayə 15:

﴿وَيُذْهِبْ غَيْظَ قُلُوبِهِمْ وَيَتُوبُ اللّهُ عَلَى مَن يَشَاء وَاللّهُ عَلِيمٌ حَكِيمٌ

“(Onlarla vuruşun ki, Allah) möminlərin qəlbindən qeyz-qəzəbi çıxarsın. Allah Öz lütfünü istədiyi kəsə nazil edər (istədiyi kəs üçün tövbə yolunu açar.) Allah biləndir və hikmət sahibidir.”

Bildirişlər

1. Döyüşdə məqsəd Allahın razılığı, müdafiə, şirkin və fitnənin qarşısının alınması olsa da, digər bir məqsəd qəlblərin təskinlik tapması, ruhların aramlaşmasıdır.[17]

2. Qələbə çaldıqdan sonra sizə qoşulmaq istəyənlərə “bu vaxtadək harada idiniz” deməyin, onları yaxşı qarşılayın.

3. Tövbənin qəbul olunması Allahın istək və iradəsindən asılıdır.

4. Sizə yaxınlaşanları “hiylə gəlirlər” deyə özünüzdən uzaqlaşdırmayın. Allah həqiqi və riyakar tövbədən xəbərdardır. İlahi hikmətə əsasən, şəhadət kəlmələrini deyən kəs qəbul olunmalıdır.

 

Ayə 16:

﴿أَمْ حَسِبْتُمْ أَن تُتْرَكُواْ وَلَمَّا يَعْلَمِ اللّهُ الَّذِينَ جَاهَدُواْ مِنكُمْ وَلَمْ يَتَّخِذُواْ مِن دُونِ اللّهِ وَلاَ رَسُولِهِ وَلاَ الْمُؤْمِنِينَ وَلِيجَةً وَاللّهُ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

“Yoxsa güman edirdiniz ki, Allah sizlərdən cihad edib, Allahı, Onun rəsulunu və möminləri sirdaş seçənləri müəyyənləşdirməmiş azad buraxılarsınız?! Allah etdiyiniz işlərdən agahdır.”

Nöqtələr

◘Bu ayə də ötən ayələr kimi cihada təşviq üçündür.

◘ “Vəlicətən” sözü sirr, gizli iş mənasını bildirir. Burada həmin söz sirdaş mənasında işlədilmişdir.

◘Çoxsaylı rəvayətlərə əsasən, ayədə sirr veriləsi möminlər deyilərkən, səmavi rəhbərlər nəzərdə tutulur.[18]

Bildirişlər

1. Varlıq aləmi və ondakı proqramlar məqsədlidir. İnsanlar və onların gələcəyi öz başına buraxılmamışdır. Bu səbəbdən də xəyal dünyasından çıxıb gerçəyi görməliyik.

2. “İmanlıyam” demək bəs etmir. İnsanları bir-birindən fərqləndirən amil əməl, cihad və sınaqdır.

3. İman sınağından o kəslər müvəffəqiyyətlə çıxır ki, İslam cəmiyyətinin sirlərini yalnız Allaha, Onun rəsuluna və gerçək möminlərə açırlar. (İlkin İslam dövründə bəziləri biganələrlə əlaqə saxlayırdı)

4. Biganələrə sirr vermək, onları məhrəm saymaq haramdır, zəiflik və imansızlıq nişanəsidir və məzəmmət olunur.

5. Müsəlmanların vəzifəsi xarici düşmənlərlə döyüş, daxili düşmənlərə sirr verməməkdir.

6. Allah xalqın vəziyyətindən agahdır və onları sınamağa ehtiyac duymur. Amma hər bir insanın sınağa çəkilməsi ilahi bir sünnədir. (İlahi sınaqda insan öz kimliyini anlayır)

7. Əgər biganəyə sirr açsanız, Allah bilər və hesabınıza yetişər.

 

Ayə 17:

﴿مَا كَانَ لِلْمُشْرِكِينَ أَن يَعْمُرُواْ مَسَاجِدَ الله شَاهِدِينَ عَلَى أَنفُسِهِمْ بِالْكُفْرِ أُوْلَئِكَ حَبِطَتْ أَعْمَالُهُمْ وَفِي النَّارِ هُمْ خَالِدُونَ

“Müşriklər öz küfrlərinə aşkar şahid olduqları halda Allah məscidlərini təmir edə bilməzlər. Onların işi puça çıxmışdır və onlar odda əbədi qalacaqlar.”

Nöqtələr

◘Ayə Məscidül-həramın təmiri ilə bağlı nazil olsa da, onda bəyan olunmuş hökmlər bütün məscidlərə aiddir. Ona görə də ayədə “məscid” yox, “məscidlər” sözü işlədilmişdir.

◘İlkin İslam dövründə Məkkənin fəthindən qabaq Məscidül-həramın işlərinin idarəçiliyi və təmiri müşriklərin ixtiyarında idi.

◘Həzrət Əli (ə) tərəfindən bəyan olunmuş bəraətdəki məsələlərdən biri də müşriklərdən Məscidül-hərama qəyyumluq haqqının alınması idi. Onlara hətta Məscidül-hərama daxil olmağa icazə verilmirdi. (27-ci ayədə bu məsələyə işarə olunur)

Bildirişlər

1. Məscidlərin və müsəlman dini mərkəzlərinin inşasında kafirlər və müşriklər iştirak etmirlər.

2. Müqəddəs mərkəzlərin tikintisinə və idarəçiliyinə biganələrin müdaxilə etməməsi üçün bu işlərdə onlardan pul almayın.

3. Əsas rol oynayan amil əməl yox, niyyətdir.

4. Bəzən qazanc qeyri-şəri, iştirak isə dəyərsiz olur. Məscidlərin abad edilməsi xatirinə kafirlərin sizin dini işlərinizə nüfuz etmələrinə yol verməyin.

5. Özünü dinsiz göstərən kəslərin dini işlərə müdaxilə haqqı yoxdur.

6. Müşrik elə həmin kafirdir.

7. Küfr kafirlərin məhvinə, fəsad törətmələrinə və əməllərinin dəyərdən düşməsinə səbəb olur.

 

Ayə 18:

﴿إِنَّمَا يَعْمُرُ مَسَاجِدَ اللّهِ مَنْ آمَنَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وَأَقَامَ الصَّلاَةَ وَآتَى الزَّكَاةَ وَلَمْ يَخْشَ إِلاَّ اللّهَ فَعَسَى أُوْلَـئِكَ أَن يَكُونُواْ مِنَ الْمُهْتَدِينَ

“Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə inanan, namazı bərpa edən, zəkat ödəyən və Allahdan başqasından qorxmayan kəslər təmir etməlidirlər. Ümid var ki, onlar doğru yolu tapmışlardan olalar.”

Nöqtələr

◘Məscid müsəlmanların mühüm ibadət və yığıncaq yerləridir. Bu səbəbdən də məscidin qəyyumları saleh, proqramları tərbiyəvi, büdcəsi halal, əhli təqvalı olmalıdır. Əgər məscidi tikənlər zalım, pişnamaz qorxaq, xidmətçilər süst olarsa, təbii ki, həmin məkanda əsas məqsəd ödənməyəcək, mənəvi abadlıq olmayacaq.

◘Mərhum Feyz Kaşaninin “Təfsire-Safidə” qeyd etdiyi kimi, “məscidin təmiri” dedikdə onun binasının bərpası, təmizliyi, döşənməsi, işıqlandırılması, eləcə də, orada tədris və təbliğ nəzərdə tutulur.

◘Zəkat sözü Quranda otuz iki dəfə zikr edilmişdir. 28 məqamda zəkat sözü namaz sözü ilə yanaşı qeyd olunur.

◘Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Bir şəxsin məscidə gedib-gəldiyini gördükdə, onun imanına şahid durun.”[19]

◘Hədislərdə məscid əhli üçün bir çox faydalar zikr olunmuşdur: Dini dost və qardaş tapmaq, faydalı agahlıqlar əldə etmək, günahdan uzaqlaşmaq, ilahi nemət və rəhmətdən bəhrələnmə.[20]

Bildirişlər

1. Məscidə qəyyumluğun və onun təmirinin şərtləri var:

a) Məscidi təmir edən şəxs etiqad baxımından yaranış və məada etiqadlı olmalıdır.

b) Qəyyum əməl baxımından namaz qılmalı və zəkat ödəməlidir.

v) Həmin şəxs ruhi baxımdan şücaətli olmalı və kənar təsir altına düşməməlidir. (Əgər məscidin qəyyumu şücaətli olsa, məscid də zülmə qarşı hərəkət mərkəzi olar)

2. Məhrumların qayğısına qalmaq məscid qəyyumlarının və onu təmir edənlərin vəzifəsidir.

3. İman əməldən, namaz zəkatdan, məscid inqilabdan ayrı deyildir.

4. İmanımız, saleh əməlimiz, namazımız, zəkatımız və şücaətimiz olsa da, qürrələnməyək və bilək ki, büdrəmə təhlükəsi hələ də var.

 

Ayə 19:

﴿أَجَعَلْتُمْ سِقَايَةَ الْحَاجِّ وَعِمَارَةَ الْمَسْجِدِ الْحَرَامِ كَمَنْ آمَنَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وَجَاهَدَ فِي سَبِيلِ اللّهِ لاَ يَسْتَوُونَ عِندَ اللّهِ وَاللّهُ لاَ يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ

“Yoxsa hacılara su verməyi, Məscidül-həramı təmir etməyi Allah və qiyamət gününə iman gətirib Allah yolunda cihad edənin işi ilə eyni tutursunuz? Bu iki iş Allah yolunda eyni ola bilməz. Allah zalım qövmü hidayət etməz.”

Nöqtələr

◘Peyğəmbərin (s) əmisi Abbas və Şeybə öz işlərini bir-birlərinə sadalayıb lovğalanırdılar. Abbas Allah evinin ziyarətçilərinə su verdiyi, Şeybə Kəbə açarlarını gəzdirdiyi üçün qürrələnirdi.

Həzrət Əli (ə) buyurdu: “Amma mən öz az yaşımla iftixar edirəm ki, siz mənim cihad və qılıncıma iman gətirdiniz.” Abbas Həzrət Əlinin (ə) bu sözlərindən narahat olub ondan Peyğəmbərə (s) şikayət etdi. Bu vaxt həmin ayə nazil oldu.[21]

◘Həzrət Əli (ə) öz öncüllüyünün sübutunda dəfələrlə bu ayəyə istinad etmişdir. Bəli, iman və cihad mənəvi dəyərdən məhrum şirk dövründəki xidmətlərdən üstündür.

Bildirişlər

1. Əməllərimizə uymayaq. İmansız əməl puç bir ilğım, cansız cəsəddir.

2. İxlaslı döyüşçülər başqalarından üstündürlər.

3. İmanlı mücahidləri başqaları ilə bir tutmaq məzəmmət olunur və ictimai zülmlərdən sayılır.

 

Ayə 20:

﴿الَّذِينَ آمَنُواْ وَهَاجَرُواْ وَجَاهَدُواْ فِي سَبِيلِ اللّهِ بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ أَعْظَمُ دَرَجَةً عِندَ اللّهِ وَأُوْلَئِكَ هُمُ الْفَائِزُونَ

“İman gətirib hicrət edənlər, malı və canı ilə Allah yolunda cihad edənlər Allah yanında ən böyük dərəcəyə malikdirlər. Onlar həmin nicat tapanlardır.”

Bildirişlər

1. İman, hicrət, cihad və təqva bütün dəyərlərin başında dayanır.

2. Əgər xalq üçün dəyər ölçüsü qohumluq əlaqələridirsə, Allah hesabında bu ölçü iman, hicrət və cihaddır. (Əgər bütün müsəlmanlar və Peyğəmbər (s) səhabələri bir cərgədə düzülsələr, Həzrət Əlinin (ə) ilkin iman gətirməsi, cəbhədə daha çox olub, daha çox zərbə alması aşkar olar.)

3. İman digər kamilliklər üçün şərtdir.

4. Bütün müqəddəs işlərin dəyəri insanın niyyətindən asılıdır.

5. Qurtuluş yalnız iman, hicrət və cihad sayəsində əldə olunur.

 

Ayə 21:

﴿يُبَشِّرُهُمْ رَبُّهُم بِرَحْمَةٍ مِّنْهُ وَرِضْوَانٍ وَجَنَّاتٍ لَّهُمْ فِيهَا نَعِيمٌ مُّقِ