A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (beşinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


◘Ola bilsin ki, vəhyin bəyan olunmasının tərki yalnız hidayətinə ümid bəslənilməyən inadkar fərdlərə aid idi. Amma Allah-təala göstəriş verdi ki, onlar iman gətirməsələr də, Peyğəmbər (s) öz vəzifəsini tərk etməsin.

Ayə başqa cür də mənalandırıla bilər: kafirlər o qədər biganə idilər ki, sanki onlara vəhy oxunmamışdı. Beləcə, Peyğəmbərin (s) qəlbini sıxan bəzi ayələrin bəyanının tərki fikri ola bilər.

Bildirişlər

1. Təbliğatçı Allah kəlamının bəyanında qətiyyətli olmalıdır. Xalqın bəhanələri heç bir vəchlə nəzərə alına bilməz.

2. Dəvət zamanı “sən beləsən” əvəzinə “məbada belə olasan” təbirini işlədək.

3. Kafirlər fiziki əziyyətlərdən əlavə, müxtəlif bəhanələri ilə Peyğəmbəri (s) sıxıntıda saxlayırdılar.

4. Xalqın ağlı onun gözündədir. Onlar risaləti yalnız var-dövlətlə birlikdə qəbul edirlər.

5. Biz nəticəyə yox, vəzifəmizi yerinə yetirməyə zaminik. Sən vəzifənə əməl et, qalan işləri Allahın öhdəsinə burax.

6. Təbliğatçının vəzifəsi məcburiyyət yox, xəbərdarlıqdır.

7. Möcüzələrin gerçəkləşməsi xalqın istəyi, Allahın işidir.

 

Ayə 13:

﴿أَمْ يَقُولُونَ افْتَرَاهُ قُلْ فَأْتُواْ بِعَشْرِ سُوَرٍ مِّثْلِهِ مُفْتَرَيَاتٍ وَادْعُواْ مَنِ اسْتَطَعْتُم مِّن دُونِ اللّهِ إِن كُنتُمْ صَادِقِينَ

“Ya da deyirlər: “O, Quranı özündən düzəltmişdir.” De ki, əgər doğru deyirsinizsə, siz də özünüzdən on surə düzəldib gətirin. (Bu işdən ötrü) hər kəs Allahdan qeyri istədiyini (köməyə) çağırsın.”

Nöqtələr

◘Quran təkcə fəsahət və bəlağət baxımından möcüzə deyil, onun maarifi, moizələri, dəlilləri, qeybi xəbərləri və qanunları da möcüzədir. Çünki Quran təkcə Quranın fəsahət və bəlağətini anlayan ərəbləri yox, bütün xalqları dəvət edir. Digər bir ayədə buyurulur: “Əgər bütün ins və cin bir yerə toplanarsa, Quranın mislini gətirə bilməz.”[327]

◘Quranın ecazkar cəhətləri çoxdur: onun qiraətindəki şirinlik; iyirmi üç il ərzində nazil olmasına baxmayaraq məzmun həmahəngliyi; həmin dövrədək məlum olmayan elmlərin bəyanı; sonralar baş verəcək hadisələrin öncədən xəbər verilməsi; nişanəsi qalmamış qədim qövmlərin tarixi xəbərləri, insanın fərdi və ictimai həyatını əhatə edən ümumi və kamil qanunların bəyanı; təhrifdən uzaqlıq; daimi aktuallıq.

◘Bütün bu yüngülləşdirmə və təhriklərə baxmayaraq bəşər yenə acizdir. Quran bir yerdə “bütün Quranın oxşarını gətirin”[328]. Başqa bir yerdə ”Quranın on surəsinin oxşarını gətirin”, üçüncü bir yerdə “Quranın bir surəsinin oxşarını gətirin,”[329] deyə müxalifləri mübarizəyə çağırır. Quran öz mübarizə çağırışında qarşı tərəf üçün çətinlik yaratmamaqla yanaşı həm də təhrik edir. Bir yerdə “əgər cin və ins əl-ələ versələr də belə, bacarmazlar”, digər bir yerdə “yer üzünün bütün beyinlərini dəvət edin” deyə qarşı tərəf mübarizəyə təşviq olunur. Tarix də sübuta yetirmişdir ki, İslama qarşı müharibələr alovlandırmış düşmənlər Quranın bir surəsinə oxşar surə gətirə bilməmişlər. Məgər bu möcüzə deyil?!

Bildirişlər

1. Kafirlər öz iddialarına dəlil göstərmək əvəzinə, Peyğəmbərə (s) böhtan atırdılar ki, Quran Allah kəlamı yox, Peyğəmbərin (s) öz sözləridir.

2. Quran tarixin əbədi möcüzəsidir.

 

Ayə 14:

﴿فَإِن لَّمْ يَسْتَجِيبُواْ لَكُمْ فَاعْلَمُواْ أَنَّمَا أُنزِلِ بِعِلْمِ اللّهِ وَأَن لاَّ إِلَـهَ إِلاَّ هُوَ فَهَلْ أَنتُم مُّسْلِمُونَ

“Əgər sizə (kömək istəyinizə) cavab verə bilməsələr, bilin ki, nazil olan şey Allahın elminə əsaslanır və Ondan başqa məbud yoxdur. (Bu halda) təslim olursunuzmu?!”

Nöqtələr

◘Kafirlər Peyğəmbərə (s) böhtan atırdılar ki, o, Quranı başqa birindən öyrənib.[330] Quran onlara cavab verir ki, bu kitabın qaynağı başqalarının dediyi yox, ilahi elmdir. Bəzən də deyirdilər ki, Quran onun öz sözləridir, amma başqaları ona kömək etmişlər.[331] Bu ayə bütün böhtanlara cavab verir.

Bildirişlər

1. Quranın qaynağı Allahın sonsuz elmidir.

2. Quran bəşərə məxsus ehtimal, fərziyyə, xəyal və düşüncə deyil. Bu kitab Allahın elminə əsaslanır.

3. Quran ilahi elmə əsaslandığından zaman, məkan, irq və nəsil kimi məhdudiyyətləri tanımır.

4. Quranın sirləri Allahın sonsuz elmi kimi tükənməzdir.

5. Düşmənlərin küfr və tərəddüdü sizi Allahın birliyi və Quran ilə bağlı şübhəyə salmasın.

 

Ayə 15:

﴿مَن كَانَ يُرِيدُ الْحَيَاةَ الدُّنْيَا وَزِينَتَهَا نُوَفِّ إِلَيْهِمْ أَعْمَالَهُمْ فِيهَا وَهُمْ فِيهَا لاَ يُبْخَسُونَ

“Dünya və ondakı gözəllikləri istəyənlərə əməllərinin əvəzini həmin bu dünyada tam verərik. Onda heç bir əskiklik olmayacaq.”

Nöqtələr

Sual: Bu ayədə buyurulur ki, dünyapərəstlərə əməllərinin əvəzi elə bu dünyada tam şəkildə verilər. Başqa bir ayədə isə hər kəsə Allahın istəyi həddində əta olunacağı bildirilir.[332] Bu iki ayə bir-birinə zidd deyilmi?

Cavab: Bu ayədə buyurulur ki, işlərinin nəticəsini verərik. O biri ayədə isə işdən yox, arzudan danışılır. Allah-təala buyurur ki, bəziləri öz arzularının bir hissəsinə çatar.

◘Məada inanmayan və Allahın razılığı üçün iş görməyənlərin Allahdan heç bir alacağı yoxdur. Onlar elə bu dünyada ad-san qazanmaqla öz xidmətlərinin və ixtiralarının əvəzini alırlar. Axirət mükafatını yalnız axirətə inananlar gözləyə bilər. Nə Allahı, nə də axirət dünyasını qəbul etməyənin hansı tələbi ola bilər?!

◘Axirət əvəzinə dünya, əbədilik əvəzinə fanilik, sonsuzluq əvəzinə məhdudiyyət ardınca gedənlərin əməllərinin nəticəsi fani dünyada məhdudlaşacaq.

Bildirişlər

1. Əməlin özü yox, onun məqsədi mühümdür.

2. İnsan azaddır və istədiyi yolu seçə bilər.

3. Allah ədalətlidir. Hətta Onun razılığını gözləməyənlərin dünya mükafatını əskiltmir.

4. Dünyapərəstlik haqqın qəbul olunmamasının dəlilidir.

 

 

 

 

 

 

 

Ayə 16:

﴿أُوْلَـئِكَ الَّذِينَ لَيْسَ لَهُمْ فِي الآخِرَةِ إِلاَّ النَّارُ وَحَبِطَ مَا صَنَعُواْ فِيهَا وَبَاطِلٌ مَّا كَانُواْ يَعْمَلُونَ

“Onlar qiyamətdə oddan savay bir şeyi olmayanlardır. Dünyada hazırladıqları şeylər havaya sovruldu. Gördükləri əməllər batil və səmərəsiz olacaq.”

Nöqtələr

◘Vəzifəsi ibadət olan və bu işi Allaha yaxınlıq məqsədi ilə yerinə yetirməli olan insan uyğun məqsədi gizləmədikdə gördüyü işlər batildir. Allaha yaxınlıq qəsdi olmadan və dünya üçün görülən işlərin isə nəticəsi yalnız dünyaya aiddir və bu əməl qiyamətdə puça çıxar.

◘Peyğəmbərin (s) ətrafındakılardan biri bir qadına nəzər salıb ona əl uzatdı. Getdiyi yolda uçulan divar onun üz-gözünü yaraladı. Həzrət Peyğəmbər (s) bu əhvalatı eşidib buyurdu: “Allah səni dünyada cəzalandırdı ki, axirətdə əziyyət çəkməyəsən. Bəzi fərdlərin isə əməllərinin mükafatı bu dünyada verilir ki, axirətdə bir tələbləri olmasın.”[333]

◘Həzrət Əli (ə) bu ayəni tilavət edərkən buyurmuşdur: “Bir qığılcımı yerə düşdükdə bütün cücərtiləri yaxıb-yandıran oda necə səbir edim?!”[334]

Bildirişlər

1. Axirətdə dünyapərəstlərin əli boşdur.

2. Dünya üçün, riyakarlıqla görülən işlər axirətdə puça çıxır.

 

Ayə 17:

﴿أَفَمَن كَانَ عَلَى بَيِّنَةٍ مِّن رَّبِّهِ وَيَتْلُوهُ شَاهِدٌ مِّنْهُ وَمِن قَبْلِهِ كِتَابُ مُوسَى إَمَامًا وَرَحْمَةً أُوْلَـئِكَ يُؤْمِنُونَ بِهِ وَمَن يَكْفُرْ بِهِ مِنَ الأَحْزَابِ فَالنَّارُ مَوْعِدُهُ فَلاَ تَكُ فِي مِرْيَةٍ مِّنْهُ إِنَّهُ الْحَقُّ مِن رَّبِّكَ وَلَـكِنَّ أَكْثَرَ النَّاسِ لاَ يُؤْمِنُونَ

“Rəbbi tərəfindən aşkar dəlili olan, ardınca Ondan (Allahdan) bir şahid gələn, bundan öncə Musanın kitabı rəhbər və rəhmət olmuş (həmin kitabda gəlişi müjdə verilmiş kimsə başqaları kimi ola bilərmi?”) Onlar (haqpərəstlər) ona iman gətirər. Onu inkar edən dəstədən olan kəsin yeri oddur. Ondan sonra tərəddüddə olma. Şübhəsiz, o (vəhy), xalqın əksəri iman gətirməsə də, Rəbbin tərəfindən gəlmiş bir haqdır.”

Nöqtələr

◘Əksər şiə mənbələrinin bildirdiyinə əsasən, “şahid” təbiri Əli ibn Əbi-Talibə (ə) işarədir.[335] Bu həqiqəti Həzrət Əli (ə) də öz xütbəsində təsdiqləmişdir.

◘Bu ayəyə əsasən, Peyğəmbərin (s) şahidi onun özündəndir. Şiə və sünni rəvayətlərinə əsasən, Peyğəmbər (s) buyurmuşdur: “Mən Əlidənəm, Əli də məndən.”[336]

◘“Rəd” surəsinin son ayəsində bildirilir ki, Peyğəmbər (s) kafirlərin müəyyən iradlarının cavabında buyurdu: “Mənimlə sizin aranızda şahidlik üçün Allah və kitab elmi olan kəs bəs edər.” Şiə və sünni rəvayətlərinə əsasən, həzrət öz buyruğunda Əli ibn Əbi-Talibi (ə) nəzərdə tutmuşdur. Əli (ə) ilə bağlı bəzi yerdə “şəhid”, bəzi yerdə “şahid” kəlmələri işlədilmişdir.

Bildirişlər

1. Öz təbliğatınızda qarşı tərəfin sağlam vicdanını məntiqi suallarla mühakiməyə çağırın.

2. Quran Allahın xalqa höccəti, dəlilidir.

3. Peyğəmbərin həyatı dövründə ona ardıcıl olan kəs peyğəmbərdən sonra da onun canişinidir.

4. Haqpərəst və fədakar ardıcılların varlığı peyğəmbərləri tanıma yollarından biridir.

5. Allah xalq üçün höccəti, zəruri dəlilləri tamamlamışdır. Həm Quran özü möcüzədir, həm də onun Əli ibn Əbi-Talib (ə) kimi şahidi var. Bu həqiqət həm də Tövrat tərəfindən müjdə verilmişdir.

6. Səmavi kitablar bir-birlərini təsdiqləyir.

7. Təbliğdə qarşı tərəfi tanımaq mühümdür. Hicazda yəhudilər məsihilərdən çox idi. İncildə də müjdələr verilməsinə baxmayaraq, Quran yəhudilərə müraciət edir.

8. Səmavi kitablar və ilahi qanunlar xalq üçün hidayət yolu və rəhmət vasitəsidir.

9. Xalq səmavi kitabı özünə rəhbər götürməlidir.

10. İmamət və rəhmət yanaşı olmalıdır.

11. Ölçü və mehvər firqə yox, həqiqətdir. Firqə, irq, məntəqə fərqlərinə yox, haqqa əsaslanq.

12. Hansı tayfadan və firqədən olmasına baxmayaraq bütün insanlar Qurana üz tutmalıdırlar. Əks təqdirdə, bəşəriyyəti Allahın qəhri gözləyir.

13. Bəzilərinin küfrü möminləri süstləşdirməsin.

14. Çoxluq haqlılıq nişanəsi deyil.

 

Ayə 18:

﴿وَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَى عَلَى اللّهِ كَذِبًا أُوْلَـئِكَ يُعْرَضُونَ عَلَى رَبِّهِمْ وَيَقُولُ الأَشْهَادُ هَـؤُلاء الَّذِينَ كَذَبُواْ عَلَى رَبِّهِمْ أَلاَ لَعْنَةُ اللّهِ عَلَى الظَّالِمِينَ

“Allaha iftira yaxandan da zalım kimdir? Onlar (qiyamətdə) Rəblərinə tapşırılarlar. Şahidlər deyəcəklər: “Bunlar Rəblərinə iftira yaxan kəslərdir.” Bilin ki, zalımlar Allahın lənətinə gələrlər.”

Nöqtələr

◘Qiyamət mühakiməsinin bir çox şahidi var: bütün əməllərimizə şahid olan Allah[337]; həzrət Peyğəmbər (s)[338]; məsum imamlar[339]; mələklər[340]; yer[341]; vicdan[342]; bədən üzvləri[343]; zaman imam Zeynəlabidin (ə) “Səhifeyi-Səccadiyyə kitabının” altıncı duasında qiyamətdə zamanın şahid olacağını qeyd edir.); əməl[344].

Sual: Quran bir çox günahlarla bağlı cəm formada “əzləm” sözünü işlətmişdir. Məgər zülmlərin ən böyüyü bir zülm deyilmi?

Cavab: Bu təbir on beş məqamda işlədilsə də, bütün hallarda şirk, iftira, haqqın gizlədilməsi kimi düşüncə azğınlıqlarından söhbət gedir. Beləcə ən böyük zülm düşüncə, mədəniyyət və etiqadla bağlı zülmdür.

◘Quran bu və bundan əlavə bir neçə ayədə iftiraçı insanların simasından və taleyindən danışaraq buyurur: iftiraçılar insanların ən zalımıdırlar, ilahi lütflərdən məhrumdurlar, qiyamətə imanları yoxdur, həqiqəti təhrif edirlər, Allah yolunu bağlayırlar, qiyamətdə yardımçıları yoxdur, əzabları neçə qat artıqdır, ömürləri puça getmişdir, səyləri əbəsdir, varlıqlarını uduzmuşlar.

Bildirişlər

1. Ən böyük zülm Allaha iftira yaxılmasıdır. Dini yazarlar və natiqlər öz fəaliyyətlərində ehtiyatlı olsunlar.

2. Zülmün böyüklüyü onun ünvanından asılıdır.

3. Qiyamətdə pərdələr götürülər və heç bir iş gizli qalmaz.

4. Qiyamətdə çoxları şəhadət verər. Əməllərimizə qarşı diqqətli olaq.

 

Ayə 19:

﴿الَّذِينَ يَصُدُّونَ عَن سَبِيلِ اللّهِ وَيَبْغُونَهَا عِوَجًا وَهُم بِالآخِرَةِ هُمْ كَافِرُونَ

“Allah yolundan (xalqı) uzaqlaşdıranlar və onu əyməyə çalışanlar özləri axirətə kafir olanlardır.”

Nöqtələr

◘Düşmənlər Allah yolunda müxtəlif üsullarla maneçilik törədirlər. O cümlədən: bidət (dində dəyişiklik), böhtan, şəxsi rəy əsasında təfsir, uydurma hədislər, şəkk-şübhə yaratmaq, məscidlərin tənəzzülü, Peyğəmbər (s) əhli-beytini bir kənara qoymaq, yaxşı işlərə qadağa, bəhanəçilik, qeyri-sağlam əyləncələr, fərdi məsələlərin qabardılması, şəxsiyyətlər quralamaq, pis işlərə rəvac vermək, möminlərin təhqiri, halal şeylərin haram edilməsi, yersiz təşviq, yersiz təbliğat, zalım hakimlərin əzəmətli göstərilməsi və ...

◘Allah övliyalarının, Peyğəmbər (s) əhli-beytinin, məsum və adil rəhbərlərin qapısının bağlanması Allah yolunun bağlanmasının bariz nümunələrindəndir.

Bildirişlər

1. Allah yolunu bağlamaq və ya onu əyri göstərmək zülmdür.

2. Düşmən ilkin mərhələdə yolu bağlayır. Əgər bunu bacarmadısa, onu dəyişir.

3. Dini maarifin təhrifi və onun pis göstərilməsi Allah yolunun bağlanması nümunələrindəndir.

4. Allahın dinində heç bir nöqsan və əyrilik yoxdur. Əyintini yaradan müxaliflər özləridir.

5. Axirətə imansızlıq hər növ zülmün müqəddiməsidir.

 

Ayə 20:

﴿أُولَـئِكَ لَمْ يَكُونُواْ مُعْجِزِينَ فِي الأَرْضِ وَمَا كَانَ لَهُم مِّن دُونِ اللّهِ مِنْ أَوْلِيَاء يُضَاعَفُ لَهُمُ الْعَذَابُ مَا كَانُواْ يَسْتَطِيعُونَ السَّمْعَ وَمَا كَانُواْ يُبْصِرُونَ

“Onlar yer üzündə aciz qoya bilməzlər (özləri üçün müəyyənləşdirdikləri bədbəxtliyi aradan qaldırıb qaça bilməzlər). Onların Allah qarşısında heç bir yardımçısı yoxdur. Onlar üçün Allahın əzabı ikiqatdır. (Çünki həm özləri azmış, həm də başqalarını azdırmışlar.) Onların (inadkarlıq səbəbindən) eşitmək gücləri yoxdur və haqqı) görmürlər.”

Nöqtələr

Sual: İkiqat əzab verilməsi Allahın ədalətinə sığırmı?

Cavab: Başqalarını da yoldan azdıran kəs təbii olaraq onların yükünü çiyninə götürməlidir. Alimlər başqalarına nümunə olduğundan, onların günahı adi fərdlərin günahından bir neçə qat ağırdır. Bütün bunlar ədalətdən kənar deyildir.

Bildirişlər

1.Zülmkarlar Allahın qəhr-qəzəb və qüdrəti əhatəsindədirlər. Onlar sonda öz əməllərinin cəzasını alarlar.

2. İftira əhli elə düşünməsin ki, zalım hakimlərin himayəsi ilə əzabdan qurtula biləcəklər.

3. Başqalarını doğru yoldan çəkindirən azğın rəhbərlər onların da günahlarını öz çiyinlərinə alasıdırlar.

4. Küfr, inadkarlıq, təəssüb azğınların gözünü və qulağını elə bağlamışdır ki, haqqı nə görür, nə də eşidirlər.

 

Ayə 21:

﴿أُوْلَـئِكَ الَّذِينَ خَسِرُواْ أَنفُسَهُمْ وَضَلَّ عَنْهُم مَّا كَانُواْ يَفْتَرُونَ

“Onlar özlərini əldən verənlər və yalandan quraladıqlarına əli çatmayanlardırlar.”

 

Ayə 22:

﴿لاَ جَرَمَ أَنَّهُمْ فِي الآخِرَةِ هُمُ الأَخْسَرُونَ

“Onlar, şübhəsiz, qiyamətdə fərdlərin ən ziyankarıdırlar.”

Nöqtələr

◘İslamda dünya bazara, xalq tacirə oxşadılır. İnsanın canı, var-dövləti, əməli bu bazarın malıdır. Bu malların alıcısı Allah, şeytan, nəfs istəkləri və başqaları ola bilər. Kimi onu ucuz, kimi də baha qiymətə alır. Quranda fayda “əcr”, “savab”, “zef”, “əzaf” sözləri, zərər isə “xusr”, “xusranun mubin”, “əxsərin” sözləri ilə bəyan olunur.

Bilməli olduğumuz ən mühüm şey odur ki, istənilən bir zərər-ziyanı aradan qaldırmaq olar. Yalnız ötüb keçmiş ömrü geri qaytarmaq mümkünsüzdür.

◘Bəzən insanın var-dövləti, məskəni, bəzən isə özü puça çıxır. Ən böyük zərər insanın öz insanlığını əldən verməsidir.

Bildirişlər

1. Batil və nahaq sözlər zahiri cilvəyə malik olsalar da, tamamilə puç olub gedəsidirlər.

2. Ən böyük zərər var-dövlətin yox, ömrün hədərə getməsidir.

3. Dünya zərərlərini aradan qaldırmaq olur. Qiyamətdəki zərərlər üçün isə heç bir çarə yoxdur.

 

Ayə 23:

﴿إِنَّ الَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ وَأَخْبَتُواْ إِلَى رَبِّهِمْ أُوْلَـئِكَ أَصْحَابُ الجَنَّةِ هُمْ فِيهَا خَالِدُونَ

“Həqiqətən, iman gətirib saleh işlər görənlər, Rəbləri qarşısında təvazökar olanlar behişt əhlidirlər. Onlar orada həmişəlik olaraq qalacaqlar.”

Nöqtələr

◘“Xəbt” sözündən olan “əxbətu” sözü həm təslimçilik, həm təvazö, həm də arxayınlıq mənasını bildirir.

◘Xəbərdarlıq və hədə ilə yanaşı təşviqə də yer verilir. Ötən ayələrdə iftira əhlinin taleyi, bu ayədə isə haqq əhlinin siması bəyan olunur.

Bildirişlər

1. İman və saleh əməlimizə görə qürrələnməyək. Bəndəliyin şərti mütləq təslimçilikdir.

2. İnsanın qəlb halının onun alacağı mükafata təsiri var.

 

Ayə 24:

﴿مَثَلُ الْفَرِيقَيْنِ كَالأَعْمَى وَالأَصَمِّ وَالْبَصِيرِ وَالسَّمِيعِ هَلْ يَسْتَوِيَانِ مَثَلاً أَفَلاَ تَذَكَّرُونَ

“İki dəstə (kafirlər və möminlər) eynən “kor, kar” və “görən və eşidən” kimidir. Bu iki dəstənin məsəli eyni olarmı? Bəs nə üçün öyüd götürmürsünüz?”

Nöqtələr

◘Bədəndə göz və qulaq olduğu kimi, qəlb və ruhda da göz və qulaq var. Kor və karlar dünyada olanları dərk edə bilmədiyi kimi, inadkar insanlar da ilahi maarifi dərk etmirlər.

Bildirişlər

1. Yalnız maddi varlıqları görüb mənəvi dəyərlərdən xəbərsiz qalan insan kordur.

2. Öz təbliğimizdə məntiqi suallarla fərdlərin vicdanını mühakiməyə çağıraq.

 

 

Ayə 25:

﴿وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَى قَوْمِهِ إِنِّي لَكُمْ نَذِيرٌ مُّبِينٌ

“Həqiqətən, Biz Nuhu öz qövmünə doğru göndərdik. (O, xalqa dedi:) “Mən sizə aşkar xəbərdarlıq edənəm.”

 

Ayə 26:

﴿أَن لاَّ تَعْبُدُواْ إِلاَّ اللّهَ إِنِّيَ أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ أَلِيمٍ

“(Mənim dəvətim budur ki,) Allahdan qeyrisinə pərəstiş etməyin. Həqiqətən, mən ağrılı günün sizə əzabından qorxuram.”

Nöqtələr

◘Həzrət Nuh ilk “ülul-əzm”, yəni böyük peyğəmbərdir. O, şirk və bütpərəstliyə qarşı qiyam qaldırdı. Kafirlər qərq olduqdan sonra qalan bəşər nəsli həzrət Nuhdandır. Bu səbəbdən də Nuhu ikinci Adəm və ya ikinci ata adlandırırlar. Həzrət Nuh bütün peyğəmbərlərdən çox yaşadığı üçün ona “şeyxül-ənbiya” adı verilmişdir.

◘Ola bilsin ki, həzrət Nuh elə bu dünyada qövmünün ilahi qəzəbə gələcəyindən qorxurdu. Bu həqiqət növbəti ayələrdə təsdiqlənir.

Bildirişlər

1. Peyğəmbərlər ilk növbədə öz qövmlərinə təbliğ edirlər.

2. Peyğəmbərlərin xəbərdarlığı xalqın xeyrinədir.

3. Qafil insanın hər şeydən öncə xəbərdarlığa ehtiyacı var.

4. Göstəriş və təbliğ aydın və dəqiq olmalıdır.

5. Peyğəmbərlər həm xəbərdarlıq edir, həm də xalqa xeyirli yolu göstərirlər.

6. Peyğəmbərlərin məqsəd və vəzifələri tövhid məsələsinin bəyanıdır.

7. Şirkin tarixi həzrət Nuhun zamanına gedib çıxır.

8. Bütün insanlarda pərəstiş və ibadət cövhəri var. Peyğəmbərlər isə sadəcə bu yolu müəyyənləşdirir.

9. Peyğəmbərlər xalqın xeyirxahıdırlar və ona can yandırırlar.

10. Təbliğatçı və tərbiyəçinin vəzifəsi qarşı tərəfi şirkin pis aqibətindən xəbərdar etməkdir.

 

Ayə 27:

﴿فَقَالَ الْمَلأُ الَّذِينَ كَفَرُواْ مِن قِوْمِهِ مَا نَرَاكَ إِلاَّ بَشَرًا مِّثْلَنَا وَمَا نَرَاكَ اتَّبَعَكَ إِلاَّ الَّذِينَ هُمْ أَرَاذِلُنَا بَادِيَ الرَّأْيِ وَمَا نَرَى لَكُمْ عَلَيْنَا مِن فَضْلٍ بَلْ نَظُنُّكُمْ كَاذِبِينَ

“Onun qövmünün kafir başçıları dedilər: “Biz səni yalnız özümüz kimi bir insan bilirik. Sadəlövh səfillərdən başqa kimsənin sənə itaət etdiyini görmürük. Sizdə özümüzlə müqayisədə heç bir üstünlük görmür, sizi yalançı sayırıq.”

Nöqtələr

◘Haqqın müxalifləri bəzən ilahi rəhbərləri kiçildərək deyirdilər: “Siz də bizim kimi insansınız və bizdən üstünlüyünüz yoxdur.” Bəzən də peyğəmbərlərin ardıcıllarını kiçik sayıb bildirirdilər: “Onlar əlsiz-ayaqsız, şəxsiyyətsiz kəslərdir.” Bəzən də peyğəmbərlərin əqidə məktəbini kiçik göstərərək deyirdilər: “Sizin sözünüz yalan, iftira, sehr və ya keçmişdəkilərin əfsanəsidir. Danışdıqlarınız adi sözdür, biz də istəsək, belə sözlər deyərik.”

Bildirişlər

1. Əyan-əşraflar, adətən, peyğəmbər müxaliflərinin ön cərgəsində dayanmışlar.

2. Xalq kütlələri, xüsusi ilə məhrumlar arasındakı bərabərlik təkəbbürlü qüvvələri qorxudur.

3. Dünyaya dərin bağlılığı olmayanlar daha tez iman gətirirlər.

4. Dünyapərəstlərin nəzərində həqiqət yox, var-dövlət dəyərlidir.

5. Peyğəmbərlərin müxaliflərinin heç bir dəlili yoxdur. Onlar zənn-güman əsasında danışırlar.

6. Kafirlərin ağlı onların gözündədir. Bu ayədə “görmürlər” sözü üç dəfə işlədilmişdir.

 

Ayə 28:

﴿قَالَ يَا قَوْمِ أَرَأَيْتُمْ إِن كُنتُ عَلَى بَيِّنَةٍ مِّن رَّبِّيَ وَآتَانِي رَحْمَةً مِّنْ عِندِهِ فَعُمِّيَتْ عَلَيْكُمْ أَنُلْزِمُكُمُوهَا وَأَنتُمْ لَهَا كَارِهُونَ

“(Nuh öz qövmünə) dedi: “Rəbbim tərəfindən aşkar dəlillə gəldiyimi və Özündən mənə rəhmət (peyğəmbərlik xüsusiyyəti) verdiyini görsəniz və bu sizə məxfi qalmasa (yenə də boyun qaçıracaqsınız?) Sizi ikrah bəslədiyiniz bir şeyin qəbulluğuna vadarmı edək?!”

Nöqtələr

◘Bu ayə müxaliflərin ötən ayədə bəyan olunmuş iki iradına cavab verir:

a) Kafirlər deyirdilər ki, sən bizim kimi bir insansan. Ayə cavab verir ki, mən zahirdə sizin kimi olsam da, mənə Allahın xüsusi rəhməti lütf olunub və vəhy gəlib.

b) Müxaliflər deyirdilər ki, sənin ar